Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Trebiz
Trebiz (lat. Třebíz) — Çex Respublikasında, Kladno qraflığında yerləşən yaşayış məntəqəsidir.
Rebis
Qarağat (lat. Ribes) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinə aid bitki cinsi. 25-30 dərəcə şaxtaya və 30-40 dərəcə istiyə dözən, bol və sabit məhsul, tez bar verən qiymətli çoxbudaqlı kol bitkisidir. Qarağat üzüm kimi çoxillik meyvədir. Xəstəlik və ziyanvericilərə qarşı çox dözümlüdür. Əsasən qələm və kök vasitəsi ilə çoxalır. Qarağat mayda çiçəkləyir. Xırda yaşılımtıl çiçəkləri şivlərdə tək saplaqda yerləşir. Meyvəsi iyul-avqustda yetişir. Meyvəsi yumru və ya oval formalıdır.
Əl-Ərəbiyə
Əl-Ərəbiyə adası (ərəb. جزيرة العربی‎) — Fars körfəzində Farsi adası yaxınlığında Səudiyyə Ərəbistanı adalarından biri.
Ante Rebiç
Ante Rebiç (xorv. Ante Rebić ; 21 sentyabr 1993, Split) — xorvatiyalı futbolçu, "Beşiktaş" klubunun və Xorvatiya milli komandasının cinah hücumçusu. 2014 Dünya Kubokunun iştirakçısı. 2018 Dünya Çempionatının gümüş mükafatçısı. 2 sentyabr 2023-cu il tarixindən "Beşiktaş" klubunun formasını geyinir.
Diyar Rəbiə
Diyar Rəbiə (ərəb. دِيَارُ رَبِيعَةَ‎) — orta əsrlərdə Cəzirənin ən şərqdəki və ən böyük vilayətinin ərəbcə adı. Vilayətdən digər ikisi Diyar Bəkr və Diyar Mudar idi. Orta əsr coğrafiyaşünası Bəlazuri yazmışdır ki, hər üç vilayət VII əsrdə ərəb istilaları zamanı Müaviyə tərəfindən oraya köçürülən əsas ərəb qəbilələrin adı ilə əlaqəlidir. Diyar Rəbiədə Rəbiə qəbiləsi yaşayırdı. Diyar Rəbiə Xabur çayının yuxarı axarını və onun qollarını, yəni Tur-Abdin və Ərbayistan bölgələrini, eləcə də şimalda Cəzirət ibn Ömər yaxınlığından Dəclə çayının hər iki sahilini, cənubda Tikrit bölgəsində İraqla sərhədə, o cümlədən Yuxarı Zab və Aşağı Zabın aşağı axarlarını əhatə edirdi. Vilayətin əsas şəhəri Mosul idi və digər mühüm şəhər mərkəzləri Bаlаd, Cəzirət ibn Ömər, Sinnə, Bərqayid, Sincar, Nüseybin, Mardin və Rəsulayn idi. Vilayət Əməvilər və Abbasilər dövründə qərmətilərin basqınlarından əziyyət çəkmişdir. X əsrin ortalarında vilayət paytaxtı Mosul olan yerli Həmdanilər sülaləsinin nəzarəti altına keçmişdir. Həmdanilər əmirliyi 980-ci ildə Buveyhilər tərəfindən süquta uğradılmışdır, vilayət isə sonradan Ukeylilərin nəzarətinə keçmişdir, lakin onlar da XI əsrin sonlarında Səlcuqlular tərəfindən fəth edilmişdir.
Rəbiə (qəbilə)
Rəbiə — ərəb qəbiləsi. Ərəbləşmiş daha doğrusu arabı-müstaribe (ərəbləşmiş ərəblər) adlanan Adnanilərə mənsubdurlar. Əş-Şeyban tayfası Məhəmməd Peyğəmbərin ulu babası olan Mudarın qardaşı Rəbiə bin Nizarın qurduğu Rəbiə qəbiləsindəndir. Şirvanşahların əslən İbrahim peyğəmbərin oğlu İsmayıl peyğəmbərin övladları olduğunu hesab edənlər də var. Rəbiə tayfasıdan olan Salman ibn Rəbiə əl-Bəhili xəlifə Osmanın (644-656) zamanında Aranı işğal etdi. Z. Bünyadovun fikrincə, Şirvan tarixində ərəb Rəbiə tayfasının Şeyban qəbiləsinin nümayəndələri böyük yer tutur. Bunlar əvvəlcə, mərkəzi Bərdədə olan yarımmüstəqil əmirlik, sonralar isə XI əsrədək yaşamış müstəqil Şirvanşahlar dövlətini yaratmağa müvəffəq olmuşlar. Məzyədilər kökcə Rəbiə adlı ərəb tayfasından idilər. Hələ xəlifə Osmanın (644-656) zamanında Aranı işğal edən Salman ibn Rəbiə bu tayfanın nümayəndəsi idi. Rəbiə tayfasının Şeybanilər nəslindən olan Məzyədilər Azərbaycanda hələ o zamandan yerləşməyə başlamışdılar.
İbn Ərəbi
Mühyiddin İbn əl-Ərəbi (28 iyul 1165, Mursiya, Mursiya[…] – 16 noyabr 1240, Dəməşq, Abbasilər xilafəti) — İslam alimi. İslam düşüncəsinin batini yönünü fəlsəfi baxımdan izah edən ilk sufi və mütəfəkkir olan İbn Ərəbi 1165-ci il avqust ayının 7 – də (hicri 560-cı il Ramazan ayının 27 – si) İspaniyanın Mursiya əyalətində anadan olub. Təhsilini İslam mədəniyyətinin mərkəzlərindən hesab edilən Sevilyada tamamlayan İbn Ərəbi 1198-ci ildə şərqə üz tutmuş və bir daha boya – başa çatdığı yerlərə geri qayıtmamışdır. İbn Ərəbi ilk mühüm dayanacağı olan Məkkədə ən məşhur əsəri olan "Fütuhat əl-Məkkiyyə"ni yazmağa başlamış və kitabı Suriyada tamamlamışdır. İbn Ərəbi 560 fəsildən ibarət olan bu məşhur əsərində bütün batini İslam elmlərini özünün anladığı və təcrübədən keçirdiyi formada araşdırmışdır. Digər tərəfdən, kitab məşhur sufi alimin daxili dünyası ilə bağlı əhəmiyyətli məlumatları ehtiva etdiyindən şəxsi ensiklopediya mahiyyətindədir. Misirdən Anadoluya – Konyaya keçən İbn Ərəbi burada Sədrəddin Konəvi ilə qarşılaşdıqdan bir müddət sonra onun anası ilə evlənmişdir. İbn Ərəbi uzun səyahətlərdən sonra Suriyada məskunlaşmış və 1240-cı ildə burada vəfat etmişdir. Mühyiddin ibn Ərəbinin fikir və düşüncələrinin təqdir olunmamasına baxmayaraq ondan sonra yaşayan bütün sufilər Ərəbidən təsirlənmişdir. Mühyiddin ibn Ərəbi əsərlərində öz nəsəbini belə bildirir: Mühyiddin Əbu Abdullah Məhəmməd ibn Əli ibn Məhəmməd ibn əl – Ərəbi əl – Hatımi əl – Tai əl – Əndəlüsi.
Kor ərəbin mahnısı
Kor ərəbin mahnısı — görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun Azərbaycan şairi, yazıçı və dramaturq Hüseyn Cavidin "Şeyx Sənan" dram əsərinin tamaşasına bəstələdiyi mahnı. Mahnının ilk ifaçısı Məmmədəli Əliyev olub.
Rəbia Bala Xatun
Rəbia Bala Malhun Hatun (Osmanlı türkcəsi : ربيعه بالا خاتون; 1258 – yanvar 1324, Söğüt, Biləcik ili) — Osmanlı imperiyasının qurucusu Osman Qazinin həyat yoldaşı və Şeyx Ədəbalinin qızıdır. O, Osmanlı İmperiyasının birinci vəziri Ələddin Paşanın anasıdır. "Osman Qazinin yuxusu" əfsanəsinin qəhrəmanı. Ədəbəlinin qızı mənbələrdə müxtəlif adlarla çağırılır. Şeyx Ədəbalinin qızı Uric tarixində "Rabia", Aşıkpaşazadə, Neşri, Rüstəm paşa və Lütfi Paşanın əsərlərində "Mal/Malhun" kimi. İlk Osmanlı tarixçilərindən biri olan Âşıkpaşazadə, Mal/Malhun Hatunu Şeyx Ədəbalinin qızı kimi təsvir edir və Osmanın yuxusunu böyük bir dövlətin doğulmasının müjdəçisi kimi yozan Şeyx Edebalinin ona qızını verdiyini qeyd edir; O, Orxan bəyin də onun oğlu olduğunu bildirir. O, həmçinin əlavə edir ki, Şeyx Edebali və Mal Hatun bir-iki ay içində öldülər və onlardan üç ay sonra öləcək Osman bəy hər ikisini öz əli ilə Biləcikdə dəfn etdi. Bu məlumat doğrudursa, Orxanın anasının ölüm tarixi 1324-cü ilə uyğun gəlir. Ancaq Şeyx Ədəbəlinin qızının adını fərqli şəkildə Rəbiə və Bala Hatun kimi qeyd edən tarixçilər var. Lakin Bala Hatun adının yazılışı Mal Hatun yazısının (Kitâb-ı Tevârîh-i Âl-i Osman, vr.
Rəbiə Bala Xatun

Salman ibn Rəbiə
Salman ibn Rabiə al-Bəxili (ərəb. سلمان بن ربيعة الباهلي‎‎) (doğ.:naməlum - 650-ci ildə ölüb) Azərbaycanı işğal edən ərəb qoşunlarından birinə başçılıq edib. Xəlifə Ömərin dövründə, 633–644-ci illərdə Xilafətin Azərbaycan və Ərməniyyədəki qoşunlarının hərbi komandanı. Bələncər döyüşündə xəzərlər tərəfindən öldürülən qardaşı Əbdürrəhman ibn Rəbiə ilə birlikdə Şimali Qafqaz və Xəzər çöllərində ərəblərin hərbi əməliyatlarında iştirak edir. Rəbiə tayfasının nümayəndəsidir.
Ütbə ibn Rəbiə
Ütbə ibn Rəbiə (567, Məkkə – 12 mart 624, ərəb. عتبة بن ربيعة‎) — İslam peyğəmbəri Məhəmmədə tabe olmaqdan imtina edən Qureyş qəbiləsinin başçılarından biri. Əbu Süfyanın qayınatası. Bədr döyüşündə öldürülmüşdür. Onun tam adı Əbu-l-Valid Ütbə ibn Rəbiə ibn Əbd-Şəms ibn Əbd-Mənaf əl-Kürəşidir. Məhəmmədin çoxlu sayda tərəfdarı olduğunu görən Ütbə, Qüreyşin digər rəhbərləri ilə məsləhətləşdikdən sonra Peyğəmbərin yanına gedir və istədiyi hər şeyi təklif edir. Sadəcə onun təlimlərinin təbliğindən əl çəkməsi istənilir. O, Bədr döyüşü ərəfəsində də Əmr ibn əl-Xədrəminin müsəlmanlar tərəfindən öldürülməsinə görə təzminat ödəməyi təklif edərək, Qureyşi müsəlmanların əleyhinə getməməyə inandırmağa çalışmışdır. Ütbənin özü döyüşdə ölümcül yaralanmış, cəsədi isə ümumi bir çuxura atılmışdır. Məhəmməd onun hədiyyələrini yüksək qiymətləndirdiyini bildirib.
İbn əl-Ərəbi
Mühyiddin İbn əl-Ərəbi (28 iyul 1165, Mursiya, Mursiya[…] – 16 noyabr 1240, Dəməşq, Abbasilər xilafəti) — İslam alimi. İslam düşüncəsinin batini yönünü fəlsəfi baxımdan izah edən ilk sufi və mütəfəkkir olan İbn Ərəbi 1165-ci il avqust ayının 7 – də (hicri 560-cı il Ramazan ayının 27 – si) İspaniyanın Mursiya əyalətində anadan olub. Təhsilini İslam mədəniyyətinin mərkəzlərindən hesab edilən Sevilyada tamamlayan İbn Ərəbi 1198-ci ildə şərqə üz tutmuş və bir daha boya – başa çatdığı yerlərə geri qayıtmamışdır. İbn Ərəbi ilk mühüm dayanacağı olan Məkkədə ən məşhur əsəri olan "Fütuhat əl-Məkkiyyə"ni yazmağa başlamış və kitabı Suriyada tamamlamışdır. İbn Ərəbi 560 fəsildən ibarət olan bu məşhur əsərində bütün batini İslam elmlərini özünün anladığı və təcrübədən keçirdiyi formada araşdırmışdır. Digər tərəfdən, kitab məşhur sufi alimin daxili dünyası ilə bağlı əhəmiyyətli məlumatları ehtiva etdiyindən şəxsi ensiklopediya mahiyyətindədir. Misirdən Anadoluya – Konyaya keçən İbn Ərəbi burada Sədrəddin Konəvi ilə qarşılaşdıqdan bir müddət sonra onun anası ilə evlənmişdir. İbn Ərəbi uzun səyahətlərdən sonra Suriyada məskunlaşmış və 1240-cı ildə burada vəfat etmişdir. Mühyiddin ibn Ərəbinin fikir və düşüncələrinin təqdir olunmamasına baxmayaraq ondan sonra yaşayan bütün sufilər Ərəbidən təsirlənmişdir. Mühyiddin ibn Ərəbi əsərlərində öz nəsəbini belə bildirir: Mühyiddin Əbu Abdullah Məhəmməd ibn Əli ibn Məhəmməd ibn əl – Ərəbi əl – Hatımi əl – Tai əl – Əndəlüsi.
Əbdürrəhman ibn Rəbiə
Əbd ür-Rəhman ibn Rəbiə ərəb: (عبدالرحمن بن ربيعة‎) erkən Xilafət dövrü ərəb sərkərdəsi. Ehtimal ki, xəlifə Ömərin vaxtında Xilafətin Azərbaycanda hərbi canişini Salman ibn Rəbiə əl-Bəhilinin qardaşıdır. Təbəriyə görə 642-643-cü ildə xəlifə Ömər Dərbəndə Surakə ibn Əmri göndərdi. Surakə ordusunun qabaq dəstəsi Əbdürrəhman ibn Rəbiə əl-Bəhilinin komandanlığı ilə şəhərin hasarları yanında Bukeyr ilə birləşdi. Surakənin ölümündən sonra xəlifə Dərbənd yaxınlığındakı sərhəd xəttinə Əbd-ür-Rəhman ər-Rəbiəni təyin etdi və ona əmr etdi ki, xəzərlərə qarşı çıxsın. Ərəb atlıları əl -Beyda şəhərinə çatıb onu işğal etdilər. Lakin Bələncər yaxınlığında xəzərlər ərəbləri məğlub etdi və onların komandanı Əbd-ür-Rəhman ər-Rəbiəni öldürdülər.
Əl-Ərəbi körfəzi
Əl-Ərəbi (ərəb. خليج العرب‎) — Misirin Aralıq dənizi sahillərində, Nil çayının mənsəbinə yaxın ərazidə yerləşən körfəz. Körfəz İsgəndəriyədən qərbdədir. Antik dövrdə Qırmızı dəniz olaraq adlandırılırdı. Burada Livan dənizinin ən ucqar cənub nöqtəsi yerləşir. Geoloji cəhətdən körfəz, Afrikanın şimal sahilindəki sinklinal hövzəsinin nəticəsidir Körfəzin qərb hissəsində bir neft limanı kimi inkişaf etmiş, hazırda isə turizm şəhərinə çevrilmiş Əl-Əlameyn şəhəri vardır. İkinci Dünya müharibəsi zamanı şəhər uğrunda şiddətli döyüşlər getmişdir: birinci və ikinci Əl-Əlameyn döyüşləri. .
Rəbiyə Şərmi Qadın Əfəndi
Rabiyə Şərmi Sultan (Osmanlıca: رابعه سلطان 1698–1732) Osmanlı padşahı I Əbdülhəmidin anası və Sultan III Əhmədin arvadı. Rabiyə Şərmi Sultan əslən macar idi və əsl adı İda Kovaç idi. 1732-ci ildə vəfat edəndə oğlunun hələ 7 yaşı var idi. Oğlu I Əbdülhəmid anasının vəfatından 42 il sonra taxta çıxmış, bu səbəblə validə sultan olmamışdır. İstanbulda yerləşən Yeni Məscidin Turhan Validə Sultan türbəsində dəfn edilmişdir. Zeynəb Sultan, (8 aprel 1714–25 mart 1774) — 21 oktyabr 1727-ci ildə Mustafa Paşa, 1765-ci ildə isə Məlik Mehmed Paşa ilə ailə qurmuşdur. İlk evliliyindən bir oğlu vardı.
Mühyiddin İbn əl-Ərəbi
Mühyiddin İbn əl-Ərəbi (28 iyul 1165, Mursiya, Mursiya[…] – 16 noyabr 1240, Dəməşq, Abbasilər xilafəti) — İslam alimi. İslam düşüncəsinin batini yönünü fəlsəfi baxımdan izah edən ilk sufi və mütəfəkkir olan İbn Ərəbi 1165-ci il avqust ayının 7 – də (hicri 560-cı il Ramazan ayının 27 – si) İspaniyanın Mursiya əyalətində anadan olub. Təhsilini İslam mədəniyyətinin mərkəzlərindən hesab edilən Sevilyada tamamlayan İbn Ərəbi 1198-ci ildə şərqə üz tutmuş və bir daha boya – başa çatdığı yerlərə geri qayıtmamışdır. İbn Ərəbi ilk mühüm dayanacağı olan Məkkədə ən məşhur əsəri olan "Fütuhat əl-Məkkiyyə"ni yazmağa başlamış və kitabı Suriyada tamamlamışdır. İbn Ərəbi 560 fəsildən ibarət olan bu məşhur əsərində bütün batini İslam elmlərini özünün anladığı və təcrübədən keçirdiyi formada araşdırmışdır. Digər tərəfdən, kitab məşhur sufi alimin daxili dünyası ilə bağlı əhəmiyyətli məlumatları ehtiva etdiyindən şəxsi ensiklopediya mahiyyətindədir. Misirdən Anadoluya – Konyaya keçən İbn Ərəbi burada Sədrəddin Konəvi ilə qarşılaşdıqdan bir müddət sonra onun anası ilə evlənmişdir. İbn Ərəbi uzun səyahətlərdən sonra Suriyada məskunlaşmış və 1240-cı ildə burada vəfat etmişdir. Mühyiddin ibn Ərəbinin fikir və düşüncələrinin təqdir olunmamasına baxmayaraq ondan sonra yaşayan bütün sufilər Ərəbidən təsirlənmişdir. Mühyiddin ibn Ərəbi əsərlərində öz nəsəbini belə bildirir: Mühyiddin Əbu Abdullah Məhəmməd ibn Əli ibn Məhəmməd ibn əl – Ərəbi əl – Hatımi əl – Tai əl – Əndəlüsi.
Mirzə Rəbi Cahanşahi
Mirzə Rəbi Cahanşahi (1882-?) — ictimai xadim. Mirzə Rəbi Cahanşahi 1882-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Müsəddiqülmülk ləqəbi ilə tanınırdı. Qəvamülüləma ləqəbli qazının oğlu idi. Mirzə Rəbi Cahanşahi bir neçə dəfə İran Milli məclisinə üzv seçilmişdi. Ənvər Çingizoğlu, Cahanşahi ailəsi, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, №1, səh.
Mirzə Rəbi Kəbiri
Mirzə Rəbi Kəbiri (1889, Marağa, Şərqi Azərbaycan ostanı – 1947, İran) — general-mayor, Azərbaycan Milli Hökumətinin Yollar, Poçt və tеlеqraf naziri. Mirzə Rəbi Kəbiri 1889-cu ildə Marağa şəhərində anadan olmuşdu. Cənubi Azərbaycanlı olan Mirzə Rəbi Kəbiri general və siyasətçi olmuşdur. Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Azərbaycan Milli Hökuməti qurulan zaman həmin hökumətdə Yollar, Poçt və Teleqraf naziri olmuşdur. 1946-cı ilin dekabr ayında SSRİ rəhbəri Stalinin Cənubi Azərbaycanı qərb qüvvələri və İrana güzəştə getməsindən sonra ingilis qoşunları tərəfindən dəstəklənən İran qüvvələri Azərbaycan Milli Hökumətinə silahlı hücuma başladılar. Nəticədə elə dekabr ayındaca milli hökumət süqut etdi. Azərbaycan Demokratik Firqəsinə qoşulan siravi şəxslərdən tutmuş, bütün səviyyələrdəki Milli Hökumət üzvləri və işçiləri kütləvi qırğınlara məruz qaldılar. Bu repressiyalar nəticəsində öldürülənlərdən biri də həmin hökumətin Poçt, Yol və Teleqraf naziri general Mirzə Rəbi Kəbiri olmuşdur. Onun cənazəsi insanlarda qorxu yaratması üçün bilərəkdən günlərlə dar ağacında saxlanılmışdır.
Rəbi-Rəşidi kompleksi
Rəb-i Rəşidi kompleksi (fars. رَبع رشیدی‎) — Elxani hökmdarı Qazan xanın hakimiyyəti illərində vəziri Fəzlullah Rəşidəddin tərəfindən inşa etdirilən və daxilində bir sıra təhsil, mədəniyyət, ibadət və tibb mərkəzlərinin olduğu yaşayış kompleksi.Təbrizin şimal-şərqində yerləşən Rəb-i Rəşididə 30 min ev vardı. Bəzi mənbələrə görə burada 24 karvansara, 1500 dükan, üçmərtəbəli karvansaralar, məscid, bazar, hamam, zərbxana, 7 min tələbəsi və 4500 müəllimi olan tədris müəssisəsi fəaliyyət göstərirdi. Hamamlar, kağız istehsal edən karxana, boyaqçı emalatxanaları, xiyabanlar, sikkəxana, bağlar, dəyirmanlar, rəssam və xəttatların fəaliyyət göstərdiyi emalatxanalar Rəşidiyyənin çoxfunksiyalı şəhərcik olduğuna dəlalət edirdi. Lakin Rəb-i-Rəşidinin çiçəklənməsi uzun çəkmədi. 1318-ci ildə baş vəzir Fəzlullah Rəşidəddin edam edildikdən bir müddət sonra qəzəblənmiş kütlə 1336 -cı ildə şəhərciyi talan və viran etdi. Beləliklə, Rəb-i Rəşidi süqut etdi. Monqollar, xüsusən birinci yarım əsrlik talan və dağıntılar başa çatdıqdan sonra Yaxın Şərqdə Elxanilər dövlətinin yaranması ilə müsbət izlər buraxmağa başladılar. Xüsusən Qazan xanın (1295-1304) taxta çıxması və daxili çəkişmələrə son qoyaraq dövləti öz nəzarəti altına alması ilə Elxanilər dövlətində böyük inkişaf fəaliyyəti başlandı ki, burada Elxani hökmranlığının mərkəzi olan Azərbaycan imtiyazlı yer tuturdu. Bu dövrdə bir tərəfdən Təbriz kimi köhnə yaşayış məskənlərində yeni quruculuq işləri aparılır, digər tərəfdən isə Elxani dövlətinin ərazisində yeni məskənlər salınmağa çalışılırdı.
Salman ibn Rəbiə əl-Bəhili
Salman ibn Rabiə al-Bəxili (ərəb. سلمان بن ربيعة الباهلي‎‎) (doğ.:naməlum - 650-ci ildə ölüb) Azərbaycanı işğal edən ərəb qoşunlarından birinə başçılıq edib. Xəlifə Ömərin dövründə, 633–644-ci illərdə Xilafətin Azərbaycan və Ərməniyyədəki qoşunlarının hərbi komandanı. Bələncər döyüşündə xəzərlər tərəfindən öldürülən qardaşı Əbdürrəhman ibn Rəbiə ilə birlikdə Şimali Qafqaz və Xəzər çöllərində ərəblərin hərbi əməliyatlarında iştirak edir. Rəbiə tayfasının nümayəndəsidir.
Salman ibn Rəbiə əl-Bəxili