Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zabıtıy (ada)
Zabıtıy — Şimal Torpağına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarınin Taymır rayonu ərazisinə daxildir. Laptevlər dənizində, arxipelaqın mərkəzində, Bolşevik adasının şimal-qərbində yerləşən Baranov burnundan 400 metr şimalda yerləşir. Aypara formasına malikdir. Yüksəkliyi yoxdur. Sahilləri düzənlikdir.
Salitis
Salitis (e. ə. XVII əsr – e. ə. XVII əsr) — Misirin XV sülaləsindən ilk kralı. Şeşininn sələfidir. Ehtimal ki, Hz. Yusif onun dövründə yaşamış, İsrailoğullarının Misirə köçü onun dövründə baş vermişdir. Bəzi nəzəriyyələrə görə, Quranda "Yusif" surəsində adı keçən Misir padşahının Salitis olduğu ehtimal edilir. Salitis haqqında ilk məlumatları Manefon və İosif Flavi verir.
Zalipi
Zalipi (pol. Zalipie) — Polşada kənd. Kənd Krakov şəhərindən 90 dəqiqəlik məsafədə yerləşir. Rəvayətə görə bir zamanlar bu kəndin sakinlərindən biri bekarçılıqdan evinin tavanına çiçək şəkli çəkir. Aradan bir xeyli müddət keçirdən sonra baxırlar ki, bütün kənd əhalisi öz evlərini gül çələngi rəsmləri ilə bəzəyiblər. 1948-ci ildən bəri burada "Rəngli kotec" adlı boyama festivalı keçirilir. Əslində isə həmin vaxtdan bəri keçirilən bu festival əvvəlcə İkinci Dünya müharibəsindən sonra ağır günlər yaşayan Polşa xalqının psixoloji vəziyyətini düzəltmək üçün təşkil edilmişdir.
Qalisiy Vikipediyası
Qaliscə Vikipediya — Vikipediya, açıq ensiklopediyanın Qalisiya dilində olan versiyasıdır. Qaliscə Vikipediyanın bənzərsiz xüsusiyyətlərindən bir dənəsi budur ki coğrafi məqalələrinin başlıqları həm Qaliscə adı və imlanı həm də yerli adını və imlasını ehtiva edir, məsələn Yeni Dehli məqaləsinin adı "Nova Deli - नई दिल्ली", və Azərbaycan məqaləsinin adı "Acerbaixán - Azərbaycan" və s.
Maltiy dili
Malta dili (Malti) — Maltada istifadə edilən rəsmi dil.
Mara Zalite
Mara Zalite (latış. Māra Zālīte‎ d. 18 fevral 1952, Krasnoyarsk) — Latviya şairəsi, dramaturq və ictimai xadim. Latviya Elmlər Akademiyasının fəxri üzvü (1998). == Bioqrafiyası == Mara Zalite 18 fevral 1952-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Krasnoyarsk diyarında, sürgün olunmuş ailədə anadan olub. 1956-cı ildə ailəsi ilə birlikdə Latviyaya qayıtmışdır. Zemqale məktəbində oxumuşdur. Latviya Dövlət Universitetinin Filologiya fakültəsini bitirib (1975). Latviya Yazıçılar Birliyində referent vəzifəsində çalışmışdır. SSR (1974-1979) və Liesma jurnallarında ədəbi məsləhətçisi (1977-1990), Karoqs jurnalının baş redaktor (1989-2000), Latviya Müəlliflər Birliyinin prezidenti, Dövlət Dil Komissiyasının sədri ( 2002-2004), Latviya Milli Kitabxanasının İdarə Heyətinin üzvü, Müəllif Hüquqları üzrə Məşvərət Şurasının üzvü və Latviya Respublikası Nazirlər Kabineti yanında Milli Mədəniyyət Şurasının üzvü olmuşdur.
Slitıy adası
Slitıy adası — Şimal Torpağı adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Kara dənizində, Komsomoles adasının cənub-qərbindən qərbdə yerləşir. Klin buxtasında qərarlaşır. Adadan 300 şərqdə Lineynıy adası yerləşir. Cənub-qərbdən şimal-şərqə uzanır. Uzunluğu 2,4 km, eni 750 m təşkil edir. Maksimal hündürlük 2 metrdir. Qərbində geodeziya məntəqəsi vardır.
Emin Axundov (polis zabiti)