Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Axmeta
Axmeta (gürc. ახმეტა) – Gürcüstanda şəhər. Əhalisi 7105 nəfər təşkil edir (2014-ci il). Kaxetiya regionunda yerləşir.
Kareta
Kareta — kiçik və yumşaq nəqliyyat növü. == Ümumi məlumat == Şərəban və Dilicana nisəbətən kareta kiçik və yumşaq nəqliyyat növü idi. Altı nəfərə qədər sərnişin götürə bilən kareta Azərbaycanda ancaq Bakı şəhərində işlədilmişdir.
Kometa
Kometa və ya Quyruqlu ulduz (q.yun. κομήτης, komḗtēs, tərc. uzun saçlı) — Günəş Sisteminin kiçik cisimlərindən biri. Kosmik fəzada təsadüf edilən müxtəlif ölçülü cisimlər olub, toz və qazdan ibarət "quyruğa" malikdirlər. Çox zaman Günəş ətrafında fırlanırlar. Kometalar Günəş sisteminin kiçik cisimləridir. Onlar olduqca sıxılmış orbit boyunca hərəkət edirlər və Günəşə yaxınlaşdıqca formalarını kəskin dəyişirlər. Kometalar Günəşdən uzaq məsafədə olduqca dumanlı, zəif işıqlanan obyekt kimi görünürlər. Günəşə yaxınlaşdıqca əks tərəfə yönəlmiş "quyruğu" yaranır. Kometa yunanca "kometos" sözündən olub, "quyruqlu ulduz" deməkdir.
Pamela
Pamela — ad. Pamela Anderson — Kanada əsilli ABŞ aktrisası və fotomodeli. Pamela Kosh – İngilis xarakter aktyoru. Pamela Spence — Türkiyəli rok müğənni.
Ameka
Ameka - Zamua çarı (E.ə. IX əsrin I yarısı). Qaynaqlar onu "çar" adlandırır və paytaxtın – Zamri şəhəri olmağı haqqında məlumat verir. E.ə. 880-cı ildə Assuriya hökmdarı II Aşşurnasirapalın Zamuaya yürüşü zamanı döyüşdə məğlubiyyətə uğramış, ölkənin paytaxtı Zamrini tərk edərək öz qoşunu ilə Etini dağlarına çəkilmişdir. Kitabədən bəlli olur ki, Ameka imkan tapıb Sabua dağında yerini möhkəmlətmişdi. Aşşur qoşunu ölkəni talan etmiş, lakin Amekanı ələ keçirə bilməmişdir. Ameka bir müddət aşşurlara qarşı müqavimətini davam etdirmişdir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. I cild.
Qamet
Qametlər (qədim yunan dilindən ετήαμετή - "evlənmək" ) — cinsi olaraq çoxalan orqanizmlərdə mayalanma zamanı başqa bir haploid hüceyrə ilə birləşən bir haploid hüceyrə. Qametlər, bədənin reproduktiv hüceyrələri də adlandırılan cinsiyyət hüceyrələridir. Morfoloji cəhətdən fərqli iki növ cinsiyyət hüceyrəsi istehsal edən və hər bir fərdin yalnız bir növ istehsal etdiyi növlərdə, qadın yumurta adlanan daha böyük bir cinsiyyət hüceyrəsi istehsal edən hər hansı bir fərddir və kişi daha kiçik bir tip meydana gətirir. Sperma və ya sperma hüceyrələri hüceyrənin hərəkət etməsinə imkan verən quyruq şəklində bir quruluş olan flaqellum sayəsində kiçik və hərəkətlidir. Buna qarşı hər yumurta və ya yumurta hüceyrəsi nisbətən böyük və hərəkətsizdir. Qısacası, bir hüceyrə bir yumurta (qadın hüceyrəsi) və ya sperma hüceyrəsidir (kişi hüceyrəsi). Heyvanlarda yumurta dişilərin yumurtalıqlarında, kişilərin testislərində isə sperma yetişir. Mayalanma zamanı zamanı sperma və yumurta birləşərək yeni bir diploid orqanizm əmələ gətirir . Qametlər bir fərdin genetik məlumatlarının yarısını, hər növün bir dənə ağırlığını daşıyır və cücərmə hüceyrəsinin iki bölünməyə məruz qaldığı və dörd hüceyrənin əmələ gəlməsi ilə nəticələnən meyoz yolu ilə yaranır . Biologiyada istehsal olunan qamet növü cinslərini təyin edir.
Tamta
Tamta Qoduadze və ya sadəcə Tamta (gürc. თამთა გოდუაძე; yun. Τάμτα Γκοντουάτζε; 10 yanvar 1981, Tbilisi) — Gürcü əsilli Yunanıstan müğənnisi. O, 2004-cü ildə iştirak etdiyi Super Idol musiqi yarışmasından sonra Yunanıstan və Kiprdə şöhrət qazanmışdır. Tamtanın Yunanıstan və Kiprdə bir neçə hit mahnıları olmuşdur. O, 2014-cü ildə X Factor Gürcüstan və 2016-cı ildə isə X Factor Yunanıstan yarışmalarında münsif olaraq yer almışdır. Tamta "Replay" mahnısı ilə Kipri Tel-Əvivdə keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Tamta Qoduadze Gürcüstanda anadan olmuş və böyüyüb başa çatmışdır. Orada beş yaşında ikən musiqi ilə maraqlanmağa başlamışdır. Tamta 22 yaşında ailəsi ilə birlikdə Yunanıstana köçmüşdür.
Zamua
Zamua – Azərbaycan ərazisində, mərkəzləşmiş Manna dövlətindən qabaq mövcud olmuş kiçik çarlıqlardan biri. Zamuanın adı ilk dəfə II Adadnerari (e.ə. 911–891) yazılarında zəbt etdiyi dövlətlər sırasında çəkilir. Artıq e.ə. IX əsrin əvvəlində burada bütün Zamuanı, yaxud hər halda onun xeyli hissəsini əhatə edən birləşmə əmələ gəlir, onun başında Daqara vilayətinin tayfa başçısı Nur-Adad dururdu. Daqara vilayətn şimal-şərq və şərq ölkələrinin bir növ qapısı idi, buna görə də assurlar onu işğal etməyə xüsusi maraq göstərirdilər. E.ə. 881-ci ildə Zamua üzərinə yeriyən II Aşşurnasirapal (e. ə. 883–859) məlumat verir ki, zamualılar istilaçıların yolunu kəsmək üçün Babit aşırımında (indiki Dərbəndi Bazian) müdafiə divarı hörmüşlər.
Emiliano Zapata
Emiliano Zapata (isp. Emiliano Zapata Salazar) - 1910-cu ildən etibarən, başlamış Meksika inqilabının lideri.
Florensiya (Kaketa)
Florensiya (isp. Florencia) — Kaketa departamentinin inzibati mərkəzi, Kolumbiyanın cənub-qərbində yerləşən, şəhər və bələdiyyədir. == Tarixi == Şəhər 25 dekabr 1902-ci ildə Doroteo de Pupiales tərəfindən qurulmuşdur. 1912-ci ildə Florensiyaya bələdiyyə statusu verildi və eyni ildə şəhər şurasına ilk seçkilər keçirildi. 1950-ci il martın 14-də Florensiya, Kaketa departamentinin inzibati mərkəzi seçildi. == Coğrafi mövqeyi == Şəhər departamentin şimali-qərb hissəsində yerləşir, Aça çayının sol sahilində, şərq Kordilyer sıra dağlarının ətəklərində yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 561 metr yüksəklikdədir. == Əhalisi == 2012-ci ildə siyahıyaalınma zamanı şəhər əhalisinin sayı 163 323 nəfər idi. Şəhər əhalisinin illər üzrə say artımı: Ağ və metislər irq olaraq şəhər əhalisinin 95,9%-ni, zəncilər 3,3%-ni, hindular isə 0,8%-ni təşkil edir. 5 il ərzində əhalinin arasında savadlılıq səviyyəsi 91,3%-ni təşkil etmişdir.
Frenki Zapata
Frenki Zapata (fr. Franky Zapata) (d. 27 sentyabr 1978, Marsel) — Fransız ixtiraçı. "Flyboard Air" reaktiv uçan platforma Frenki Zapata tərəfindən yaradılıb.
Janeta İliyeva
Janeta İliyeva (3 oktyabr 1984) — Bolqarıstanı təmsil edən bədii gimnast. == Karyerası == Janeta İliyeva Bolqarıstanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.
Kaketa (departament)
Kaketa (isp. Caquetá) — Kolumbiyanın departamentlərindən biri, inzibati mərkəzi - Florensiya şəhəri, departamenti 1982-ci ildə prezident Xulio Sezar Turbay Ayalo tərəfindən yaradılmışdır.
Kamera-obskura
Kamera-obskura (lat. - "qaranlıq otaq" deməkdir) — obyektlərin optik təsvirini almaq üçün sadə qurğu. İşıq keçirməz qutudan, divarların birində kiçik dəlikdən və əks divarda ekrandan (mat şüşə və ya nazik ağ kağız) ibarətdir. 0,5-5 mm. diametrlik dəlikdən işıq şüaları keçərək ekranda təsvir əmələ gətirir. Kamera-obskuranın əsasında bir-çox fotoaparatlar düzəldilmişdir. == İşləmə prinsipi == Kamera-obskurada təsvirin sahə dərinliyi aşağı olur. Təsvirin sahə dərinliyinin müəyyən məhdud həddə qədər artırılması üçün dəliyin ölçüsü azaldılır. Dəliyin ölçüsünün həddən artıq azaldılması difraksiya effektinin əmələ gəlməsinə və təsfirin kifayət qədər bulanıq olmasına gətirib çıxarır. Obskura təsvirin sonsuz kəskin sahə dərinliyi ilə xarakterizə olunur.
Kamera musiqisi
Kamera musiqisi — böyük olmayan musiqi kollektivi tərəfindən ifa edilən instrumental və ya vokal musiqidir . == Tarixi == XVI əsrdə hələ iri konsert zallarının, filarmoniyaların olmadığı bir dövrdə instrumental musiqi və kiçik vokal əsərləri musiqi həvəskərlarının evlərində ifa edilirdi. Bu konsertlərdə adətən, klavesinin müşayiəti ilə skripka, violonçel, qoboy və b. solo alətləri çalınırdı. Bəstəkarlar belə musiqi yığıncaqları üçün kiçik həcmli əsərlər - sonata, trio, kvartet, romans və s. yazırdılar. Kamera musiqisi anlayışı (italyanca «camera» - «otaq» deməkdir) elə o zamanlardan mövcud olub, böyük konsert zallarında və ya kilsədə deyil, məhz kiçik salonlarda ifa olunan musiqi janrları kimi formalaşmağa başlamışdır. Tədricən, kamera musiqisi salonlardan kənara çıxaraq iri konsert zallarında ifa edilmişdir. Lakin «kamera» anlamı yenə də saxlanmışdır. Hal-hazırda kamera musiqisi konsertləri simfoniya və oratoriyaların ifa edildiyi iri konsert zallarında deyil, nisbətən kiçik həcmli xüsusi kamera musiqisi salonlarında keçirilir.
Kamera orkestri
Kamera orkestri - kamera musiqisini ifa edən kiçik qrup (adətən 4-12 nəfər). Simfonik orkestrlərin yaranmasından əvvəl (19-cu əsrdə ) onlar əslində orkestr qrupunun yeganə növü idi. 17-ci əsrdən başlayaraq, kamera orkestrlərinə tez-tez kiçik bir orkestri saxlaya bilən hersoqların və digər zadəganların saraylarında olurdu. Beləliklə, məsələn, 1703 - cü ildən İohann Sebastian Bax hersoq III İohann Ernst-in kamera orkestrində skripkaçı idi. 19-cu əsrdə kamera orkestrləri tədricən simfoniyalarla əvəz olundu. 20-ci əsrdə kamera orkestrləri, ən azı, son Romantik orkestrlərin nəhəng kompozisiyalarına (məsələn, Richard Wagner, Anton Bruckner, Gustav Mahler, Richard Strauss, Alexander Scriabin partituralarında böyüdülmüş orkestr kompozisiyalarına reaksiya olaraq yenidən populyarlıq qazanır. ). 20-ci əsrdə kamera orkestri üçün əsərlər Arnold Şonberq (1 nömrəli kamera simfoniyası), Alan Hovaness (Anhid, kamera orkestri üçün fantaziya, kamera orkestri üçün 6 nömrəli simfoniya), Alfred Şnitke (skripka və 3 nömrəli konsert) tərəfindən yazılmışdır. orkestr) və s. 20-ci əsrin tanınmış kamera orkestrləri arasında St.
Maki Haneta
Maki Haneta (d. 30 sentyabr 1972) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 30 oyun keçirib, 1 qol vurub.
Mitsuo Kamata
Mitsuo Kamata (d. 16 dekabr 1937) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 44 oyun keçirib, 2 qol vurub.
Novaya qazeta
«Novaya qazeta» (rus. Новая газета — Yeni qəzet) — Rusiya ictimai-siyasi qəzeti. O, müxalif liberal-demokratik və insan haqları istiqamətləri, həmçinin jurnalist araşdırmaları ilə tanınır. Əsas sahibi redaktor heyəti, 24% -i Aleksandr Lebedev və Mixail Qorbaçova məxsusdur. Baş redaktoru Dmitri Muradovdur. Redaksiya Moskvada yerləşir. Qəzet və onun əməkdaşları dəfələrlə peşəkar, ictimai və dövlət mükafatlarının laureatı olublar. Yayımın ən az beş jurnalisti, ehtimal ki, peşə fəaliyyətlərinə görə öldürüldü . Qəzet, "Komsomolskaya Pravda" nı tərk edən və "Novaya ejednevnaya qazeta" adlı öz nəşrini yaradan bir qrup jurnalist (Dmitri Muratov, Sergey Kuşnerev, Pavel Vosçanov, Akram Murtazaev, Dmitri Sabov və s.) Tərəfindən yaradıldı. Nəşrin çoxdankı tərəfdaşı olan Mixail Qorbaçov 1993-cü ildə Nobel Mükafatındakı vəsaitin bir hissəsini istifadə edərək 30 jurnalistdən ibarət bu qrup üçün 8 kompüter aldı.
Olesya Zamula
Olesya Zamula (17 fevral 1984, Riqa) — 1999–2005-ci illərdə Latviyanı, 2007–2012-ci illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi. Olesya Zamula Latviya yığmasının heyətində mübarizə apardığı 1999-2005-ci illərdə altı beynəlxalq turnirdə mübarizə apardı. 2003-cü ildə Riqa şəhərində (Latviya) baş tutan Avropa Çempionatında yeddinci pillənin sahibi olan Olesya Zamula digər turnirlərdə ciddi nəticələrə nail ola bilmədi. 2007-ci ildə Azərbaycan Güləş Federasiyası (AGF) Olesya Zamulanı Azərbaycan yığmasının heyətinə dəvət elədi. Həmin illərdə Azərbaycanda qadın güləşçilərdən ibarət yığma yeni-yeni formalaşdırılırdı. Olesya Zamula həmin dəvəti qəbul elədi və 2007-ci ildən Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə apardı. 2007-ci ilin avqustunda Sofiya şəhərində (Bolqarıstan) D. Kolov - N. Petrov beynəlxalq turnirində beşinci pillənin sahibi olan Olesya Zamula, sentyabrda Azərbaycanda baş tutan Dünya Çempionatını yeddinci pillədə başa vurdu və olimpiya lisenziyasına sahib oldu. 2008-ci ilin aprelində Finlandiyada Avropa Çempionatını və iyununda Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirlərini beşinci pillədə başa vuran Olesya Zamula, avqustda Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında uğursuzluqla üzləşdi. Olimpiadanın 1/8 final mərhələsində Yaponiya nümayəndəsi Kaori İçoya 0:2 (0:2, 0:4) hesabı ilə məğlub olan Olesya Zamula, təsəlliverici qrupda ABŞ nümayəndəsi Randi Millera da 0:2 (0:2, 0:4) hesabı ilə məğlub oldu və olimpiadanı 16-cı pillədə başa vurdu. İlin sonunda Yaponiyada baş tutan Dünya Çempionatını isə Olesya Zamula beşinci pillədə başa vurdu.
Pamela Anderson
Pamela Deniz Anderson (ing. Pamela Denise Anderson; 1 iyul 1967) — Kanada əsilli ABŞ aktrisası və fotomodel. Pamela Anderson karyerasına Labatt pivə reklamlarında, sonra isə Playboy səhifələrində modellik etməklə başlayıb. Daha sonra aktrisa kimi çalışmağa başladı, bir çox telelayihələrin iştirakçısı, eləcə də ictimai fəaliyyəti ilə seçilir. Bir neçə dəfə nikahda olsa da, bütün evlilikləri uğursuz olaraq boşanmalar ilə bitmişdir. Birinci evliliyindən iki oğul övladı var. Andersona 2002-ci ildə hepatit C diaqnozu qoyuldu. Virusu aktrisaya birinci əri Tommi Li (çox güman ki, cütlük eyni iynəni döymə üçün istifadə etdikdən sonra) keçirib. Aktrisa 2015-ci ildə xəstəliklə bağlı müasir müalicə üsulları yarandıqdan sonra tam sağaldığını elan etmişdir.
Pamela Kosh
Pamela Kosh (ing. Pamela Kosh; 1 oktyabr 1928, Kent qraflığı – 4 may 2022) – İngilis xarakter aktyoru.
Pamela Spence
Pamela Spence Türkiyəli rok müğənni. 25 fevral 1973-cü ildə Almaniyanın Haydelberq şəhərində anadan olub. Atası milliyyətcə amerikalı, anası isə türkdür. 15 yaşında ana dili olan türk dilinə yiyələndikdən sonra bir çox türk filmlərində çəkilmiş, vokalist kimi çıxış etmişdir. Pamela Ankara Dövlət Konservatoriyasının Teatr bölümünün məzunudur.
Pinhol kamera
Stenop (fr. Sténopé) — obyektivsiz, əvəzində diafraqma şəklində kiçik dəlikdən və qarşısında işıq keçirməz qutudan ibarət fotoqrafik cihazdır. Obyektlərdən əks olunan işıq şüaları kiçik dəlikdən keçərək fotoapparatın divarinda tərsinə çevrilmiş təsvir yaradır. Müasir fotoqrafiyada "pinhol" (ing. Pinhole — "iynə dəliyi") adı da geniş yayılmışdır. Dəliyin diametri ilə dəliklə işığahəssas materialın arasındakı məsafənin nisbətinə əməl edildikdə daha çox sahə dərinliyi olan təsvir əldə edilir. Stenopun əsas üstünlüklərindən biri onun sonsuz sahə dərinliyinə malik olmasıdır. Dəliyin kiçik olması ilə əlaqədar olaraq ekspozisiya üçün saniələrlə, saatlarla hətta günlərlə vaxt tələb edilə bilər. Stenopdan yüxu gördüyümüz təsvirlərə bənzər landşaft şəkilləri çəkmək üçün də istifadə edilir. Stenoplar adətən fotoqraflar tərəfindən əldə düzəldilir.
Rodolfo Zapata
Rodolfo Zapata və ya Rolo Zapata (d. 1 may 1966, Buenos-Ayres, Argentina) — Argentina Futbol Assosiasiyasının məşqçisi və keçmiş oyunçusu. Hal-hazırda Keniyanın "AFC Leopards" klubunun baş məşqçisidir. 1 may 1966-cı ildə Argentinanın Buenos-Ayres şəhərində anadan olmuşdur. Rodolfo Zapata futbolçu karyerasına Argentinanın 2-ci divizionu olan Primera B Nasionalda başlamışdır. O, burada qapıçı kimi "Hurakan", "Sportivo İtaliano", "Rasinq de Olavarria", "Klub Atletiko San Miguel" və "Cipolletti de Rio Negro" komandalarının heyətində meydana çıxmışdır, lakin ardıcıl diz zədələri səbəbiylə Zapata vaxtından əvvəl futbolçu karyerasına son qoymağa məcbur olur. O, 1990-cı ilin yanvar ayında Buenos-Ayres Bella Vista ərazisində Rolo Zapata Futbol Akademiyasını qurmuşdur. Bu Akademiya gənclər və yeniyetmələr üçün xüsusi təlim kompleksidir. Hal-hazırda Argentina və ABŞ-dakı elit futbol proqramlarından biridir. 2000-ci ilin iyun ayında Zapata Kanadada Alberta Futbol Assosiasiyasında məşqçilik etmişdir.