Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zaman
Zaman və ya vaxt — fizikada və başqa təbiət elmlərində bizim kainatın ölçüsü kimi qəbul edilir. O ölçüləbilmə qabliyyətinə malik olub kainatda baş verən istənilən materiya dəyişiklikləri ilə əlaqədardır. Zaman köklü fenomenlərlə izah oluna bilmədiyindən, o ölçmə yolu ilə qiymətləndirilir. Sİ vahidlər sistemində zaman saniyə (s) ilə ölçülür. Bunun əsasında dəqiqə, saat, gün və həftə əmələ gəlir. Təqvimdən asılı olaraq ay, il, əsr və minilliklərdə mövcuddur. Zamanın ölçülməsi astronomiyanın qədim məsələlərindən biridir. Astronomiyada günəş günü və ulduz günü arasında fərq vardır. Bu fərq il boyu bir gün edir. Günəş günü Sİ vahidlər sistemində heç bir vahidə malik deyil.
Zarat
Zarat (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Zarat (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd. Zarat (Dəvəçi) — Azərbaycanın Dəvəçi rayonunda kənd. 30 dekabr 1997-ci ildə ləğv olunub. Dərə Zarat — Azərbaycanın Siyəzən rayonunda kənd. Zaratxeybəri — Azərbaycanın Şamaxı rayonunda kənd. Zarat — Dəvəçi rayonu ərazisində çay.
Ay (zaman)
Ay — Ayın Yer ətrafında dövr etməsi vaxtına təqribən bərarabər olan və təqvimlərdə istifadə edilən zaman ölçü vahidi. Bir dövretmə ayın, yəni Ayın Yerdən görünən bütün mərhələlərini keçdiyi müddət orta hesabla 28,530588 günəş günüdür (28 gün, 12 saat, 44 dəqiqə və 3 saniyə). Bir ulduz ayı isə, Ayın hər hansı bir ulduzla ard-arda düzülməsi (ulduzla eyni mövqeyə gəlməsi) iki dəfə eyni yerə gəlməsi nəticəsində yaranan zaman müddətdir və 27,321661 gün davam edir (27 gün, 7 saat, 43 dəqiqə və 12 saniyə). Müasir təqvimlərdə ay 365 və 366 gün davam edir və bir ilin 12-də biri olaraq qəbul edilir.
Azamat İşenbayev
Azamat Beişenbekoviç İşenbaev (19 iyun 1978, SSRİ) — Qırğızıstan futbolçusu, hücumçusu. Qırğızıstan milli komandasında oynamışdı. == Karyerası == 1995-ci ildə Bişkek "Alqa"-nın tərkibində Qırğızıstan Milli Futbol Çempionatında çıxış etməyə başladı. 1997-ci ildə Bişkek "Dinamo"-suna köçdü və üç qat çempion (1997, 1998, 1999) və Qırğızıstan çempionatının gümüş medalçısı (2000) oldu. 2000-ci ildə vurduğu 16 qolla çempionat bombardirləri mübahisəsinin ilk 5-inə girdi. 2001-ci ildən bu yana "Dordoy Bişkek"-də oynadı (sonradan klub bir neçə il Dordoy-Dinamo adlandırıldı). 2001-2003-cü illərdə ardıcıl üç dəfə milli çempionatın bürünc medalçısı və 2004-2007-ci illərdə çempionatın, 2004-2006-cı illərdə də Qırğızıstan kubokunun qalibi oldu. 2001-ci ildə 20 qolla çempionat bombardirləri mübahisəsində üçüncü yeri tutdu, daha sonra mövsüm ərzində dəfələrlə 10 qola çatdı. Beynəlxalq səviyyədə AFC Prezident Kubokunun qalibi (2006, 2007) və finalçısı (2005) oldu. 2008-ci ilin əvvəlində bir qrup təcrübəli oyunçu ilə birlikdə "özünə qarşı daha aşağı tələblər etmək" səbəbindən Dordoydan qovuldu .
Dərə Zarat
Dərə Zarat — Azərbaycanın Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Zarat kənd Sovetinin Dərə Zarat kəndi Beşdam kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == XIX əsrdə Zarat kəndindən çıxmış ailələrin dərədə saldığı yaşayış məntəqəsidir. Bəzən Yenikənd də adlandırılmışdır. Oykonim "dərədə salınmış Zarat kəndi" deməkdir. == Coğrafiyası və iqlimi == Kənd Ataçayın sağ sahilindən 3 km. aralı, Yan silsiləsinin (Böyük Qafqaz) yamacında yerləşir. == Əhalisi == Əhalisinin sayı 36 nəfərdir.
Fəza-zaman
Məkan-zaman və ya fəza-zaman anlayışı – nisbilik nəzəriyyəsində məkan və zamanın vahid 4 ölçülü koordinat sisteminin müxtəlif hissələri kimi götürülməsindən formalaşıb. Nisbilik nəzəriyyəsi kəşf olunana qədər mexanikada Nyuton qanunları və Qalileyin nisbilik prinsipi əsas yeri tuturdu. Bu çərçivədə məkan, sərbəst hərəkətin mümkün olduğu və 3 ölçülü koordinat sistemi ilə təsvir oluna biləcək mühit, zaman isə bu fəzadakı hərəkəti xarakterizə edən kəmiyyət olaraq götürülürdü. Beləliklə, nisbilik nəzəriyyəsindən əvvəl məkan və zaman bir-birindən ayrı anlayışlar idi. Lakin Albert Eynşteyn zaman və uzunluğun nisbi anlayışlar olduğunu göstərdikdən sonra alman riyaziyyatçısı Herman Minkovski, hadisələri 3 ölçülü fəzada dəyərləndirmək əvəzinə 4 ölçülü fəzazaman koordinat sistemində dəyərləndirməyin daha əlverişli olduğu qənaətinə gəldi. Belə olduqda zaman özü keçmişdən gələcəyə doğru bir istiqamət kimi götürülürdü. Ümumi nisbilik nəzəriyyəsinin kəşf olunmasında xüsusi nisbilik nəzəriyyəsinin, Minkovski koordinat sistemində təsviri böyük rol oynayıb.
Məhəmməd Zaman
Məhəmməd Zaman və ya Məhəmməd Paolo Zaman Kermani (d. 1680-ci ildən əvvəl – ö. 1700-cü ildən sonra) — Səfəvi imperiyasında fəaliyyət göstərən məşhur rəssam və xəttat. Səfəvi imperiyası miniatür sənətində XVII əsrin ortalarında yaranmağa başlayan Farangi-Sazi üslubunun ən görkəmli nümayəndələrindən biri hesab edilir. == Həyatı == Təxminən 1680-ci ildə dünyaya gəlmiş, fəaliyyəti nəticəsində məşhur Səfəvi xəttatlarından və rəssamlarından birinə çevrilmişdir. Əslən Kermandan olsa da, Təbrizdə təhsil almışdır. II Şah Abbasın hakimiyyəti dövründə şah tərəfindən rəssamlıq sənəti alması üçün Romaya göndərilmişdir, lakin buradakı təhsili zamanı Katolik olmuş və Paolo adını qəbul etmişdir. Din dəyişdirdiyinə görə, Səfəvi imperiyasına geri döndükdən sonra problem yaşamışdır. Xristianlığı qəbul etməsinin aşkarlanmasından sonra Böyük Moğol imperiyasına qaçmış, moğol sülaləsi tərəfindən qəbul edilərək saraya yerləşdirilmişdir. O, rəssam və xəttat kimi italyan rəssamların texnikasından təsirlənmişdir.
Ramat-Qan
Ramat-Qan (ivr. ‏רמת גן‏‎, «Yüksəklikdə bağ») — mərkəzi İsraildə şəhər aqlomerat, Təl-Əvivdən şərqdə, Qivataim, Bney-Brak, Kiryat-Ono və Qivat-Şmuel şəhərlərinin yaxınlığında yerləşir. == Tarix == Ötən dövrdə arxeoloji qalıqları mis və bürünc aşkar, lakin sonra İsrail ərəb hakimiyyəti dövründə uzun müddət rayonunun əhalisi dwindled. 18-ci əsrin əvvəlində Əbu CISC Sina dağından gəldi qəbilə tərəfindən Yarkon River Alexander arasındakı sahədə əhalisi genişləndirilib və 1830 sonra tərəfindən Fallahin From Misir Revolutionaries və İsrail Sudan İbrahim Paşa və Məhəmməd Əli gətirdi. Əhali artımına baxmayaraq, yer quldurlar üçün gizləndiyi yer kimi xidmət və 18-ci əsrin sonuna qədər təhlükəli qaldı. === Şəhərin yaradılması === ilk yəhudi qəsəbəsi təklif şəhər Petah Tikva bir tənzimlənməsinin ilkin uğursuzluq sonra, Joshua Stampfer və Yoel Moshe Salomon məktubunda, 19-cu əsrin sonunda idi. Dr. Yehuda Leib cache Cohen, Herzliya Gimnaziyanın qurucusu liderliyində sakinləri Mansion House bir qrup, bu sahədə Hebrew iş əsaslanır bir kənd şəhər yaratmaq qərara zaman sahibkarların təsis iclası Tel-Əviv 1914-cü ildə keçirilən Bayer şəhər məhkəmə, yaratmaq. 1917-ci zamanı nəzərdə tutulan ərazilər Osmanlı və Britaniya qüvvələri arasında şəhərin cəbhə xəttində inşa ediləcək, çünki müxtəlif amillər hissəsində, Birinci Dünya müharibəsi sonuna qədər proqramın həyata keçirilməsini təxirə saldı. Britaniya qələbə və müharibənin sonu ilə, qrup Garden City Dərnəyi şəhər yaratmaq cəhdləri döndü və 1921-ci ildə "Bağçalar Şəhər" 1800 hektar ərazini, küçələrdə Arlozorov, Jabotinsky və Ben Gurion arasında sahəsi alıb.
Zaman (ad)
Zaman — Azərbaycanda kişi adı. Zaman Abdulla — Azərbaycanlı şair. Zaman Əsgərli — Azərbaycan ədəbiyyatşünası, tənqidçi, publisist.
Zaman (dəqiqləşdirmə)
Zaman — ölçülə bilən fiziki kəmiyyət. Həmçinin aşağıdakı mənalara da gələ bilər; Zaman — hadisələrin müəyyən ardıcıl gedişinin dərki; Zaman — Türkiyədə nəşr olunan gündəlik qəzet Zaman — qrammatikada hadisələrin gedişini təsvir edən forma.
Zaman (fizika)
Zaman və ya vaxt — fizikada və başqa təbiət elmlərində bizim kainatın ölçüsü kimi qəbul edilir. O ölçüləbilmə qabliyyətinə malik olub kainatda baş verən istənilən materiya dəyişiklikləri ilə əlaqədardır. Zaman köklü fenomenlərlə izah oluna bilmədiyindən, o ölçmə yolu ilə qiymətləndirilir. Sİ vahidlər sistemində zaman saniyə (s) ilə ölçülür. Bunun əsasında dəqiqə, saat, gün və həftə əmələ gəlir. Təqvimdən asılı olaraq ay, il, əsr və minilliklərdə mövcuddur. Zamanın ölçülməsi astronomiyanın qədim məsələlərindən biridir. Astronomiyada günəş günü və ulduz günü arasında fərq vardır. Bu fərq il boyu bir gün edir. Günəş günü Sİ vahidlər sistemində heç bir vahidə malik deyil.
Zaman (fəlsəfə)
[[İmage:Titian - Allegorie der Zeit.jpg|thumb|250px|Tisian, „Zamanın alleqoriyası" - Keçmişin, çağdaşın və gələcəyin münasibətlərinin alleqorik təsviri. Burada keçmiş sola, gələcək sağa, çağdaş yaşlı kişi düz baxır.]] Zaman fəlsəfədə baş verən hadisələrin ardıcıllığının insan tərəfindən dərk edilməsidir. Bu dəyişikliklər "zamanın istiqamətini" əsaslandırırlar. Zamanın mövcudluğunu Platon, Aristotel, Avqust, Leybnits, Kant kimi dahi filosoflar müxtəlif şəkildə təsvir etmişlər. Gündəlik həyatdan məlumdur ki, zaman dərk oluna bilməyən obyektlərdən asılı olmayaraq da mövcuddur. Buna görə də, zamanın təsvirində həmişə belə bir sual ortaya çıxırdı ki, zaman insanların düşüncəsində xüsusi baxış formalaşdıqdan sonra mövcud olmuş, ya da ondan asılı olmayaraq obyektiv, bərabərformalı və mütləq mövcuddur. Bu sualın cavabı əsrlər boyu fəlsəfənin, teologiyanın və mistikanın əsas mövzusu olmuşdur. Son zamanlarda fizika, astronomiya, neurologiya, xronopsixologiya və başqa elm sahələri də zamanın tədqiqində öz töhfələrini vermişlər. Zamanın mövcudluğu öz-özlüyündə problem yaradır, çünki, mövcudluq anlayışının vaxtla əlaqələndirilməsi çətindir. İnsan beynində aparılan son tədqiqatlar, molekulyar biologiya və psixologiya göstərmişdir ki, insanda dərketmə, düşünmə, yadasalma, vaxt hissi və şüur bir-biri ilə o dərəcədə sıx bağlıdır ki, onlar adi halda bir-birindən ayrıla bilməzlər.
Zaman Abdulla
Zaman Abdulla (tam adı:Abdullayev Zaman Məsimalı oğlu), (d.1938, Çaxırlı, Göyçə - ö. 09.08.2004, Bakı) – şair. == Həyatı == Abdullayev Zaman Məsimalı oğlu 1938-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Çaxırlı (Qızılbulaq) kəndində anadan olub. Anası Zərnişan mahalın Daşkənd kəndində yaşayan Şahnazarlı nəslindən olan Çıraqəlinin qızıdır. 1941-ci ildə Böyük Vətən Müharibəsi başlayanda atası Məsimalı müharibəyə getmiş və bir daha geri qayıtmamışdır. Anası Zərnişan balaca 3 yaşlı Zamanı da götürərək ata evinə yəni Çıraqəli kişinin himayəsinə getmişdir. 1944-1954-cü illərdə Daşkənd kənd orta məktəbində oxumuşdur. Sonralar Zaman Abdullayev Qazaxıstanda, daha sonra isə Stavropolda yaşamışdır. O, sonda yenə doğma Göyçə mahalına qayıtmışdır. 1988-ci ildə məlum hadisələrlə əlaqədar olaraq Bakı şəhərinə köçmüşdür.
Zaman Məmmədov
Zaman Habil oğlu Məmmədov (3 avqust 1995, Şahtaxtı, Kəngərli rayonu, Naxçıvan Muxtar Respublikası — 28 oktyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zaman Məmmədov 1995-ci il avqustun 3-də Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olub. 2002-2013-cü illərdə Şahtaxtı kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Zaman Məmmədov 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Zaman Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zaman Məmmədov oktyabrın 30-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Kəngərli rayonunun Şahtaxtı kəndində dəfn olunub.
Zaman Novruz
Zaman Novruz(ing. Zaman Nəzərəli oğlu Novruzov; d.7 noyabr 1932, Kürdəmir, Axtaçı k. - ö.14 avqust, 2005, Bakı) — nasir, publisist, Azərbaycan Xalq Yaradıcılığı Akademiyasının biologiya doktoru (1993), 2005-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == 1932-ci il noyabrın 7-də Azərbaycanda Kürdəmir rayonunun Axtaçı kəndində anadan olub. 1958-ci ildə Sabirabad şəhər orta məkətbini bitirib. 1958-63-cü illərdə Azərbaycan Dövlət Neft-Kimya İnstitunun sənaye iqtisadiyyatı fakültəsində, 1963-69-cu illərdə isə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin axşam şöbəsində təhsil alıb. 1954-59-cu ildə Əmək fəaliyyətinə Azərbaycan Xalq Təsərrüfatı Şurasında mühəndis-texnoloq kimi başayıb. 1959-89-cu ildə Azərbaycan Daxili İşlər Nazirliyində baş exspert, baş müstəndiq, idarə rəisi işləmişdi. 1988-ci ildən Azərbaycan Ovçular Cəmiyyyəti birliyinə sədr seçilən Z.Novruz 1991-1993-cü illərdə Azərbaycan Dövlət Texniki Universitetində professor əvəzi fəaliyyət göstərmişdir. 2005-ci il avqustun 14-də Bakı şəhərində dünyasını dəyişmişdi.
Zaman Qarayev
Zaman Qarayev (1931, Böyük Dəhnə, Nuxa rayonu – 27 mart 2014, Bakı) — yazıçı, publisist, tənqidçi, ədəbiyyatşünas alim. 1961-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü, filologiya elmləri namizədi (1976). == Həyatı == Zaman Sadıq oğlu Qarayev 1931-ci ilin yanvar ayında Şəki rayonunun Böyük Dəhnə kəndində dünyaya gəlib. 1937–1947-ci illərdə Böyük Dəhnə kənd məktəbində orta təhsil alıb. 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1952-ci ildə ali təhsilini başa vuraraq Azərbaycan dili, məntiq və psixologiya müəllimi ixtisasına yiyələnmişdir. Təyinatla Goranboy rayonuna göndərilmiş, Goranboy kəndində yaşlılar orta məktəbinə direktor və ədəbiyyat müəllimi təyin edilmişdir. 1954-cü ildə doğma Şəki rayonuna qayıdan Zaman Qarayev əvvəlcə 1 saylı Kiçik Dəhnə kənd orta məktəbində, 1955–1961-ci illərdə Böyük Dəhnə kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir.Ədəbi mühitə daha yaxın olmaq, geniş yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq üçün Zaman Qarayev 1961-ci ilin yanvar ayında Bakıya köçmüş, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifəsində işləməyə başlamışdır. 1961-ci il 4 yanvar tarixində SSRİ Yazıçılar İttifaqına üzv seçilmişdir. O, 1967-ci ildə “Gənclik” nəşriyyatında, 1971-ci ildə “Kənd həyatı” jurnalında redaktor vəzifəsində çalışmışdır.
Zaman Universiteti
Zaman Universiteti — Kambocanın Pnompen şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 2010-cu ildə qoyulmuşdur.
Zaman fəlsəfəsi
[[İmage:Titian - Allegorie der Zeit.jpg|thumb|250px|Tisian, „Zamanın alleqoriyası" - Keçmişin, çağdaşın və gələcəyin münasibətlərinin alleqorik təsviri. Burada keçmiş sola, gələcək sağa, çağdaş yaşlı kişi düz baxır.]] Zaman fəlsəfədə baş verən hadisələrin ardıcıllığının insan tərəfindən dərk edilməsidir. Bu dəyişikliklər "zamanın istiqamətini" əsaslandırırlar. Zamanın mövcudluğunu Platon, Aristotel, Avqust, Leybnits, Kant kimi dahi filosoflar müxtəlif şəkildə təsvir etmişlər. Gündəlik həyatdan məlumdur ki, zaman dərk oluna bilməyən obyektlərdən asılı olmayaraq da mövcuddur. Buna görə də, zamanın təsvirində həmişə belə bir sual ortaya çıxırdı ki, zaman insanların düşüncəsində xüsusi baxış formalaşdıqdan sonra mövcud olmuş, ya da ondan asılı olmayaraq obyektiv, bərabərformalı və mütləq mövcuddur. Bu sualın cavabı əsrlər boyu fəlsəfənin, teologiyanın və mistikanın əsas mövzusu olmuşdur. Son zamanlarda fizika, astronomiya, neurologiya, xronopsixologiya və başqa elm sahələri də zamanın tədqiqində öz töhfələrini vermişlər. Zamanın mövcudluğu öz-özlüyündə problem yaradır, çünki, mövcudluq anlayışının vaxtla əlaqələndirilməsi çətindir. İnsan beynində aparılan son tədqiqatlar, molekulyar biologiya və psixologiya göstərmişdir ki, insanda dərketmə, düşünmə, yadasalma, vaxt hissi və şüur bir-biri ilə o dərəcədə sıx bağlıdır ki, onlar adi halda bir-birindən ayrıla bilməzlər.
Zaman kapsulu
Zaman kapsulu — içərisində hazırlandığı zamana aid əşyalar qoyulan və əsas məqsədi gələcəkdə kapsulu tapan insanlar ilə ünsiyyət üsulu olan və arxeoloqlara, tarixçilərə və antropoloqlara kömək edən kapsuladır.
Zaman kəməndi
Zaman kəməndi və ya kəmənd paradoksu — zaman səfərinə görə keçmişdə olan hadisə gələcəkdə olan hadisənin nəticəsində olması. Onda keçmişdə olan hadisə də həmin gələcəkdə hadisənin qismən və ya tamamilə səbəbi olur.
Zaman sıraları
Zaman sıraları — müəyyən göstərici sırası olub, ardıcıl nöqtələrin bircinsli zaman intervallarında təyin edilməsi ilə ölçülür. Bu zaman intervalları günlük, aylıq və illik kimi təyin edilə bilər. Zaman sıraları statistika, ekonometrika, riyazi maliyyə, hava proqnozu, zəlzələ proqnozu, astronomiya, iqtisadiyyat, mühəndislik və sair müxtəlif elm sahələrində geniş istifadə olunur. Zaman sıraları təhlilləri göstəricilərin əhəmiyyətli statistik və digər xüsusiyyətlərini üzə çıxarmaq məqsədi ilə zaman sıralarının təhlilinə imkan verən müxtəlif üsulları ehtiva edir. Zaman sıralarının proqnozlaşdırılması göstəricinin keçmiş müşahidə edilən qiymətlərinə əsaslanaraq gələcək qiymətlərinin təxmin edilməsi üçün nəzərdə tutulan modeldir. Reqressiya təhlilləri isə adətən bir vəya bir neçə asılı olmayan zaman sıralarının indiki dəyərinin digər zaman sıralarının indiki dəyərinə təsirini müəyyən etmək üçün istifadə edilir, bu kimi təhlillər "zaman sıraları təhlilləri" adlanmır, çünki "zaman sıraları təhlilləri" zaman sıralarının müxtəlif zamanlarda dəyərlərini müqayisə edir. === İşarələmə === Zaman sıraları təhlillərində müxtəlif işarəmələrdən istifadə olunur. X {\displaystyle X} göstəricisinin zaman sırası ümumi olaraq təbii ədədlə indekslənmiş şəkildə ifadə olunur X = { X 1 , X 2 , . . .
Zaman səyahəti
Zaman səyahəti — zaman daxilində müəyyən nöqtələr arasında soxulcan dəliyi kimi vasitələrlə hərəkət etmək düşüncəsi. Zaman səyahəti haqda fəlsəfə və fantastika sahələrində daha çox danışılır. == Nəzəriyyə == Bəzi nəzəriyyələr xüsusilə, "xüsusi və ümumi nisbilik" nəzəriyyələri müvafiq məkan və zaman həndəsələri vasitəsilə zamanda keçmişə və yaxud gələcəyə getməyin mümkün olduğunu irəli sürür. Fiziklər texniki məqalələrdə əsasən zamanda "hərəkət etmək" və ya "səyahət etmək" ifadələrindən istifadə etmirlər.Nisbilik nəzəriyyələrinə əsasən, əgər bir insan Yerdən uzaqlaşıb nisbi sürətdə geri qayıdarsa, həmin insan üçün Yerdə daha çox vaxt keçmiş olar. Buna əsasən də "gələcəyə səyahət"in mümkün olduğu düşünülür. "Baba padoksu"nda isə bu deyilir: === Zaman turizmi === Stiven Hokinq gələcəkdə turistlərin olmamasının zamanda səyahətin varlığına qarşı bir ziddiyət olduğunu irəli sürmüşdür. Bu paradoks "Fermi paradoksu"nun başqa növ formasıdır. Amma bu paradoks zaman səyahətinin fiziki cəhətdən mümkün olduğunu sübut etmir. Çünki zaman səyahəti fiziki cəhətdən mümkün ola bilər, amma indiyə kimi istifadə edilə biləcək formada olmayıb. Zaman səyahəti inkişaf etmiş olsa belə, Hokinq başqa bir yerdə zaman səyahətinin ancaq düzgün istiqamətə yönləndirilmiş kosmos zamanınında baş verə biləcəyini və əgər gələcəyə qədər belə bir kosmos zamanı yaratmasaq zaman sərnişinlərinin o tarixdən keçmişə səyahət edə bilməyəcəklərini bildirmişdir.
Zaman Əsgərli
Əsgərli Zaman Şükür oğlu — Azərbaycan ədəbiyyatşünası, tənqidçi, publisist, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1997). == Həyatı == Zaman Əsgərli 1953-cü il yanvar ayının 17-də Salyan rayonuunun Kərimbəyli kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində təhsil almışdır (1970–1974). Salyan rayonundakı Qaraçala qəsəbə orta məktəbində müəllim işləmiş, həqiqi hərbi xidmətdə olmuşdur. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir (1976–1979). "N.Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsi və onun Azərbaycan ədəbi-ictimai fikrində mövqeyi" mövzusunda namizədlik (1980), "Azərbaycan faciəsinin poetikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1992). Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi və baş elmi işçi vəzifəsində çalışmışdır (1979–2018-ci illərdə). Eyni zamanda ali və orta ümumtəhsil məktəblərində müəllim, professor, kafedra müdiri, "Vətənpərvər" və "Azərbaycan müəllimi" qəzetləri redaksiyalarında redaktor, şöbə müdiri, ədəbi işçi vəzifələrində işləmişdir. Şair Fikrət Sadığın "Dəniz küçəmizə gəlir" kitabı haqqında yazdığı ilk məqaləsi 1968-ci ildə hələ orta məktəbdə oxuyarkən "İşıq" qəzetində çap olunmuşdur. Professor Zaman Əsgərli 2018-ci il avqustun 22-də infarktdan vəfat etmiş və doğulduğu Salyan rayonunda dəfn olunmuşdur.
Zarat (Dəvəçi)
Zarat — Azərbaycan Respublikasının Dəvəçi rayonunun Çuxurəzəmi kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 dekabr 1997-ci il tarixli, 419-IQD saylı Qərarı ilə Dəvəçi rayonunun Çuxurəzəmi kənd inzibati ərazi vahidi tərkibindəki Zarat kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Zarat (Siyəzən)
Zarat — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. == Haqqında == Kənd Azərbaycanın gözəl guşələrindən biridir. Orada yayda həddindən artıq isti, qışda isə həddindən artıq soyuq olur. Azərbaycanın məşhur Beşbarmaq dağı da bu kənddə yerləşir. == Əhalisi == Əhalisinin sayı 1410 nəfərdir (2009-cu il). == Toponimikası == Siyəzən rayonunun Çuxur-əzəmi inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Tədqiqatçılar oykonimi ərəb dilindəki ziraət (əkin yeri) sözü ilə əlaqələndirir, yaşayış məntəqələrinin keçmiş əkin yerlərində salınmalarına əsaslanırlar.