Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Başarat
Başarat — Azərbaycan Respublikasının Qubadlı rayonunun Başarat kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il 4 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Başarat kəndi Kiçik Həkəri çayının sağ sahilindən bir qədər aralı, Qarabağ silsiləsinin ətəyindədir. Oykonim baş (yuxarı) və arat (dincə qoyulmuş sahə) komponentlərindən düzəlib. Görünür, rayonun ərazisində bir vaxtlar Aşağı Arat adlı kənd də mövcud olmuşdur. Mənbələrin məlumatına görə, kəndin əvvəlki sakinləri XVIII əsrin sonlarında Türkiyəyə köçmüşlər. İndiki əhalisi isə XIX əsrdə yaxınlıqdakı Hürneyit kəndindən köçən ailələrdir. R-nun ərazisində eyniadlı dağ da var. XVI əsrə aid bir sənəddə Başaratbey şəxs adı da qeydə alınmışdır.
Farağat
Farağat - mənası: Sakit, səssiz, dinməz-söyləməz deməkdir. Sıra Nizamnaməsinə aid olan bu komanda, əsasən hərbi qulluqçuların sıra intzamını pozmayaraq, sırada düz duraraq verilən komandaları dinləmək və ya rəislərin tapşırıqlarına sakit , səssiz heç bir sual vermədən qulaq asmaq üçün verilir. Farağat komandası hərbi salam verilən zaman,rəisin yanından keçən və ya onu izləyən zaman,sırada duran zaman verilir. Bunadan başqa Farağat komandası əlavə olara məruzə edilən zamanda istifadə edilir, məsələn: "Bölük Düzlən, Farağat,Diqqət !!! Mərkəzə..." == Farağat komandası zamanı hərbiçinin duruşu == == Xarici keçidlər == Farağat,diqqət !!!
Qarağat
Qarağat (lat. Ribes) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinə aid bitki cinsi. 25-30 dərəcə şaxtaya və 30-40 dərəcə istiyə dözən, bol və sabit məhsul, tez bar verən qiymətli çoxbudaqlı kol bitkisidir. Qarağat üzüm kimi çoxillik meyvədir. Xəstəlik və ziyanvericilərə qarşı çox dözümlüdür. Əsasən qələm və kök vasitəsi ilə çoxalır. Qarağat mayda çiçəkləyir. Xırda yaşılımtıl çiçəkləri şivlərdə tək saplaqda yerləşir. Meyvəsi iyul-avqustda yetişir. Meyvəsi yumru və ya oval formalıdır.
Zarağan
Zarağan — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Kənd keçmişdə Qəbələ şəhərinin 3 km.-liyindəki Şıx Taci qəbristanlığının yanında yerləşirdi. Çökək yerdə, həm də çay ağzında olduğuna görə əhali indiki yerə köçüb, burada məskunlaşmışdır. Kəndin adı ərazidəki sarağan (vəlgə də adlanır) ağacının bolluğu ilə əlaqədardır. Həmin ağacın yarpağından keçmişdə dəri aşılamaq, özəyindən isə sarı boya almaq üçün istifadə olunurdu. Ərazidə Sarağan meşəsi də var. Zarağan kəndi rayon mərkəzindən 7 kilometr cənub qərbdə, Dəmiraparançayın sahilində, Alazan-Həftəran vadisində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2804 nəfər əhali yaşayır. Elman Məmmədov — kimya elmləri doktoru, professor. Kəndin üç yolun ayrıcında (Qəbələ-Bakı, Qəbələ-Ağdaş və Qəbələ-Oğuz) yerləşməsi, şəhərə yaxınlığı səbəbindən burada iri ticarət obyektləri mövcuddur.
Zayağan
Xasaqa
Asqat
Asqat — Monqolustanın Zavxan vilayətinin 24 rayonundan (som) biri.
Adi qarağat
Adi qarağat (lat. Ribes uva-crispa) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü. == Təbii yayılması == Orta və Cənubi Avropa, Şimali Amerikada geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1 m olan koldur. Zoğları tikanlıdır. Tikanları 2,5 sm uzunluqda sadə və qısadır. Qaratikanları 3-5-7 bölümlü, nadir hallarda düyümlərdə və adətən düyümlər arasında yerləşir. Yarpaqları yumru, xırda, eni 3-5 sm, 3-5 dilimlidir. Çiçəkləri ikicinsli, oturaq, dəstə halında 3 çiçəklidir. Yumurtalığı çılpaq meyvə saplağına qədər uzanmış, meyvələrlə birlikdə qalır.
Cuzeppe Saraqat
Cuzeppe Saraqat — İtaliyanın beşinci prezindenti (29 dekabr 1964 – 29 dekabr 1971). Sosial-Demokrat partiyasını təmsil edib.
Qara qarağat
Qara qarağat (lat. Ribes nigrum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü. Təbiətdə növün arealı Avropanın bütün ərazisini, Rusiyanın Avropa hissəsini, Sibiri (Uraldan Baykal gölünədək), Qazaxstanı, Çini və Monqoliyanın şimalını əhatə edir. Hündürlüyü 1–2 m-ə çatan bitkidir. Cavan zoğları tükcüklü, açıq, iri zoğları qonurdur. Yarpaqları uzun saplaqlı, barmaqvari formada, aşağı hissəsində qətranlı, vəzicikli olub, uzunluğu və eni 3-5 (12-dək) sm, kənarları dişli, üç-beş qanadlıdır. Qanadları əsasən enli-üçkünc, orta, uzunsov, üstü tutqun, tünd yaşıl, çılpaq, alt tərəfi damarcıqlarda tükcüklüdür. Çiçəkləri zəngvari formada, qırmızıdır. Çiçək qrupları 5-10 çiçəkli, uzunluğu 3-5 (8-dək) sm olan salxımlardır. Çiçək saplaqlarının uzunluğu 3–8 mm, çılpaq və ya tükcüklüdür.
Qarağat rəvəndi
Qarağat rəvəndi və ya bəzi bölgələrdə uşqun (lat. Rheum ribes) - Qırxbuğumkimilər— (Polygonaceae Juss.) fəsiləsi, rəvənd cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. 50-100 sm hündürlüyündə çoxillik ot bitkisidir. Yarpaqları ürəkvari-dairəvi və ya dairəvi, kənarları xırda dişli, 5 qalın damarlıdır. Aşağı tərəfdə damarlar xırda tikanlıdır, alt və üst hissədə ziyillidir. Çiçək qrupu yarımşarvaridir, çiçəkləri 5-12 ədəddir. Meyvələri 17 mm uzunluqda, 14 mm enində, yumurtavari, yuxarya doğru daralan, əsasında dərin-ürəkvari, qırmızımtıl qanadlı və uzunsov-qəhvəyi fındıqcadır. Çiçəkləmə və meyvə əmələ gətirmə dövrü iyun ayına təsadüf edir. Orta dağ qurşağında quru daşlı yerlərdə və kolluqlarda rast gəlinir.
Qırmızı qarağat
Qırmızı qarağat (lat. Ribes rubrum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü. Yabanı halda Asiyada və Avropanın kölgəli, rütubətli ərazilərində yayılmışdır. Kolun hündürlüyü 2 m-ə qədərdir. Yarpaqları 3-5 dilimli olub, uzunluğu 3-5 sm-dir. Çiçəkləri sarı-yaşılı rəngli, kasaşəkilli formalı, 5 sm uzunluğunda salxımlarda seyrək halda yerləşir. May ayında çiçəkləyir, meyvələri iyunda yetişir. Meyvələri qırmızı, turş, yumru, diametri 8–12 mm olan giləmeyvədir. Bitki bitmə şəraitinə az tələbkar, zərərverici və xəstəliklərə davamlıdır. Quba-Qusar, Lənkəran və digər bölgələrdə həyətyanı sahələrdə becərilir.
Qızılı qarağat
Qızılı qarağat (lat. Ribes aureum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü. Qafqazda, Orta Asiyada, Uzaq Şərqdə, Şimali Amerikada geniş yayılmışdır. XIX əsrdən mədəni şəraitdə becərilir. Hündürlüyü 2 m-ə çatan, qırmızı, çılpaq və ya xırda zoğlara malik olan kol bitkisidir. Yarpaqların uzunluğu 5 sm, eni 4 sm, növbəli, dairəvi-yumurtavari, qutucuqlu, kənarları dərin, 2-3 dişvari dilimli, hər iki tərəfdən çılpaq, qaidəsi pazvaridir. Yarpaqları payızda qızarır. Mart ayının axırı, aprel ayının əvvəllərində çiçəkləyir. Çiçək salxımları 3-7 sm uzunluqda, hər salxımda 5-15 ədəd çiçək olur. Çiçəklərin uzunluğu 1 sm, eni isə 1,5 sm, sarı, ətirlidir.
Zarağan bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Başağac (Şırnak)
Başağac — Türkiyənin Şırnak vilayətinin Mərkəz rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı 1928-ci il qeydlərində Məndəkəran kimi tanınır. 1987-ci ildə PKK münaqişəsi səbəbilə boşaldılan kənd 1999-cu ildən sonra baş nazir Vülənd Ecevitin təşəbbüsü ilə yenidən məskunlaşdırlldığı üçün xalq arasında "Ecevit Köyü" kimi tanınır.