Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arazi
Movses Melikoviç Harutunyan (erm: Մովսես Մելիքի Հարությունյան) və ya Arazi (erm: Արազի; 20 mart (1 aprel) 1878, Şüləver, Tiflis quberniyası – 21 dekabr 1964, İrəvan[…]) — erməni yazıçı. == Həyatı == Movses Harutunyan və ya təxəllüsüylə desək Arazi, 1 aprel 1878-ci ildə indiki Gürcüstan Respublikası ərazisində olan Şaumyani kəndində anadan olmuşdur. 1925-ci ilə qədər bu kəndin adı Şuləver (Şulaver) olmuşdur. Orta təhsilini Tiflisdə tamamladıqdan sonra, 1898-ci ildə Peterburq Texnologiya İnstitutunda təhsil almağa başlayır. Tələbə hərəkatlarına qoşulduğu üçün həbs edilərək 1901–1905-ci illərdə Şimali Qafqaza sürgün edilir. 1906-cı ildən etibarən isən aktiv olaraq yazıçı kimi fəaliyyətə başlayır. Erməni proletar nəsrinin banilərindən hesab edilən Arazinin "Son yuxu" (1912), "Günəş", "Yaralı quş" (1913), "Qanlı çiçək"(1916) kimi hekayələrində burjua cəmiyyəti tənqid edilir. O, "Yoldaş Mukuç" (1924), "Qorxudulmuş Hanes" (1927), "Minbaşlı" (1931) kimi əsərləri sosializm quruculuğundan bəhs edən əsərlər yazmışdır. Arazinin 1959-cu ildə yazdığı "İsrael Ori" tarixi romanı XVII–XVIII əsrdə ermənilərin azadlıq mübarizəsindən, erməni-rus münasibətlərindən bəhs edir. Arazinin 1925-ci ildə yazdığı "Düşmənin mahnısı" hekayəsində isə azərbaycanlı kəndlilərinin inqilabdan əvvəlki ağır həyatından bəhs edilir.
Arazı
Arazı — Araz ətrafı rayonlarda, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Şərur, Babək və Kəngərli rayonlarının toy şənliklərində ifa olunan qədim yallı növlərindəndir. Bu yallının digər adı Papuro da adlanır. Asta və sürətlə ifa olunmaqla iki hissədən ibarət bu yallını qadınlar və kişilər qarışıq şəkildə çeçələ barmaqları ilə çiyin səviyyəsində bir-birindən tutaraq ifa edirlər. İfaçılar sağ ayaqlarını daban üstə qarşıya sola qoyur, sağ ayağı da cəld çox da hündür olmayaraq qarşıya sola atırlar. Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Şərur, Sədərək, Babək rayonlarında, eləcə də Naxçıvan şəhərində keçirilən mədəni-kütləvi tədbirlərdə toy və bayram mərasimlərində folklor rəqs kollektivləri tərəfindən maraqla ifa olunur.
Ərazi
Ərazí — Hər hansı bir sərhəd cərçivəsi ilə əhatə edilmiş səth.
Razi
Razi — ad. Razi Nurullayev — Azərbaycan siyasətçisi. Razi Səfərov Fəxrəddin Razi — Məhəmməd ibn Zəkəriyə əl-Razi — fars tibb və kimya elm adamı. Yaşayış məntəqələri Razi (Xoy) — İranda kənd.
Asılı ərazi
Asılı ərazi, asılı sahə və ya asılılıq — suveren bir dövlət olaraq tam siyasi müstəqillik və ya suverenliyə sahib olmayan, ancaq siyasi olaraq onu idarə edən dövlətin inteqral ərazindən kənarda olan ərazi.
Federal Ərazi
Federal ərazi — federasiya quruluşlu bəzi dövlətlərdə ölkənin inzibati bölgüsünə daxil olan subyektlər tərəfindən deyil, birbaşa federal hökumət tərəfindən idarə olunan xüsusi ərazi. Bu tip bölgüyə, əsasən federal paytaxtın yerləşdiyi ərazilər daxil olur.
Məsqət ərazi
Məsqət — tarixi Azərbaycan ərazisinin bir hissəsi. Massaget tayfalarının məskunlaşdığı həmin ərazi e.ə. VII əsrdən müstəqil Massaget şahlığının ərazisi olsa da, sonradan Qafqaz Albaniyasının, daha sonra isə Şirvanşahlar dövlətinin tərkibinə daxil olmuşdur. Ərazidə ilk siyasi qurum olan Massaget şahlığı isə daha çox fars Əhəməni şahı II Kirin başını kəsərək qətlə yetirmiş cəsur qadın hökmdar Tomrisin adıyla məşhurlaşmışdır. == Tarixi == V–VII əsr erməni mənbələri maskut tayfalarının məskunlaşdıqları Məsqət vilayətinin adını çəkirlər. Sonralar IX–X əsr ərəb mənbələrində Samur çayı, Xəzər dənizi, ləkzlər ölkəsi və Şəbəranla həmsərhəd olan bərəkətli Məsqət – Maskut (indiki Müşkur) vilayətlərindən bəhs edilir. Onun ilkin adı – Maskut, yaxud Maşkut qədim massagetlərin adı ilə bağlıdır. Ammian Marsellinə (IV əsr) görə, alanlar qədim massagetlərdir və deməli, Məsqətin qədim sakinləridir. "Tarix-i əl-Bab"da Şirvana və Dərbəndə hücumlar edən alanların adı dəfələrlə çəkilir. Dərbəndin cənubunun hidronimikasında, ehtimal ki, alan dili leksikasına mənsub olan Rubas ("Tülkü") və Samur çay adları qalmışdır.
Ramiz Drazi
Ramiz Həsənoğlu (tam adı: Mirzəyev Ramiz Həsənağa oğlu; 13 aprel 1946, İrəvan) — Azərbaycan teatr, kino və televiziya rejissoru, "Azərbaycantelefilm"in direktoru (2019), Azərbaycan Respublikasının xalq artisti (2006), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989). == Həyatı == Ramiz Həsənoğlu 1946-cı ildə İrəvan şəhərində dünyaya göz açıb. Anası Azərbaycan milli teatr sənətində bənzərsiz ifa qabiliyyəti olan, əməkdar artist Ətayə Əliyeva, atası əməkdar mədəniyyət işçisi Həsənağa Mirzəyevdir. 1948-ci ildə ermənilərin yenidən azğınlaşmasından sonra İrəvan teatrının kollektivi qonşu Azərbaycana üz tutur. 2 yaşlı R. Həsənoğlu valideynləri ilə birlikdə Gəncə şəhərinə köçür. 1956-cı ildə Bakıya gəlirlər. Ramiz 1965-ci ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə qəbul olunur. 1966-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi işləməyə başlayır. Ağaəli Dadaşov, Rauf Kazımovski, Arif Babayev kimi görkəmli sənətkarlardan bu sənətin sirlərini öyrənir. == Sənət yolu == Anarın pyesləri əsasında "Mən, sən, o və telefon", "Dindirir əsr bizi", "Ötən ilin son gecəsi" teletamaşalarını ekranlaşdırır.
Rəhim Arazi
Rəhim Arazi (tam adı: Nəcəfov Rəhim Cəfər oğlu; 1928, Alışar, Naxçıvan MSSR – 19 avqust 1982, Alışar, İliç rayonu) — Dissident şair. == Həyatı == Nəcəfov Rəhim Cəfər oğlu (Arazi) 1928-ci ildə Şərur rayonunun Alışar kəndində anadan olmuşdur. 1950-ci ildə Azərbaycan Sənaye İnstitutunun III kurs tələbəsi olarkən siyasi fəaliyyətinə görə ailəsi (anası, qardaşı və bacıları) ilə birlikdə Cənubi Azərbaycana mühacirət etmək cəhdinə görə həbs olunmuş, 25 il müddətinə azadlıqdan məhrum edilmişdir. 1957-ci ilə qədər Komi MSSR-da siyasi dustaqlar üçün həbs düşərgələrində saxlanılmışdır. Amnistiyaya görə həbsdən vaxtından əvvəl azad olunduqdan sonra ailəsini dolandırmaq üçün uzun müddət fəhlə, gözətçi, kankan işləmişdir. 1967-ci ildən ömrünün sonuna kimi müxtəlif məktəblərdə riyaziyyatdan dərs demişdir. 1982-ci ilin avqust ayının 19-da doğma kəndində vəfat etmişdir. Siyasi və lirik şeirlərdən, kiçik poemalardan ibarət 4 dəftəri qalmışdır. Oğlu Yusif Nəcəfov atasının məhbəs şeirlərini çap üçün hazırlasa da, onlardan yalnız bir neçəsi "Ulus" və "Hürriyyət" qəzetlərində işıq üzü görmüşdür. Sabiq SSRİ-nin bir sıra dissidentləri ilə tanışlığı olan, Azərbaycan SSR məmurları tərəfindən təqib edilən, xalq tərəfindən həm anlaşılan, həm də anlaşılmayan Rəhim Arazi fərd kimi (əslində xalqı ilə birlikdə) faciəli bir ömür yaşamışdır.
Tarixi ərazi
Tarixi ərazi və ya miras bölgəsi, tarixi və ya memarlıq səbəbiylə dəyərli sayılan köhnə tikililərin olduğu şəhərin bir hissəsidir. Tarixi rayonlar şəhərin mərkəzi ola da bilər, olmaya da bilər. Tarixi ərazilər ticarət rayonları, inzibati rayon və ya sənət rayonları ilə əlaqəli ola bilər və ya bunların hamısından ayrı ola bilərlər. == Kanada == Kanadada bu cür rayonlara "miras qoruma bölgələri" və ya "miras qorunma bölgələri" deyilir və əyalət qanunvericiliyi ilə tənzimlənir. == Amerika Birləşmiş Ştatları == Amerika Birləşmiş Ştatlarının bir çox yurisdiksiyasında təyin edilmiş tarixi rayonları müəyyən edən və qoruyan xüsusi qanunvericilik var. == Birləşmiş Krallıq == "Tarixi rayon" termini Birləşmiş Krallıqda istifadə edilmir. Ekvivalent şəhər əraziləri Qoruma Sahələri kimi tanınır. == İran == İran İrs və Turizm Təşkilatı dəyərli tarixi abidələri və ərazilərinə görə bir neçə şəhər seçmişdir. Baft-e Tarixi (fars dilində: بافت تاریخی və ya tarixi toxuması) bu bölgələrin adlandırıldığı bir addır. Nayin, İsfahan və Yəzd tarixi rayonları olan İran şəhərlərinə nümunədir.
Urbanizasiyalaşmış ərazi
Urbanizasiyalaşmış ərazi, urbanizasiyalaşmış sahə, urbanizasiyalaşmış region, şəhər sahəsi, şəhər aqlomerasiyası, şəhər regionu, şəhər bölgəsi, urbanizasiyalaşmış şəhər regionu, kütləvi yaşayış sahəsi, kütləvi yaşayış məntəqəsi və ya metropoliya ərazisi əhalinin yüksək sıxlığı və strukturlaşdırılmış infrastrukturu olan bir yaşayış yeridir. Şəhər əraziləri urbanizasiya yolu ilə yaradılır və şəhər morfologiyası ilə şəhərlər, qəsəbələr, konurbanizasiya və ya şəhərətrafı zonalar kimi təsnif edilir.
Xələfbəyli (ərazi)
Xələfbəyli qışlağı — Qaradağ vilayətinin Kərmədüz mahalının ərazisində yerləşir. == Tarixi == İran şahının vəliəhdi Abbas mirzə naibəssəltənə Mehdiqulu xan Cavanşirin küşikçibaşısı Xələf bəy Yağləvəndli-Cavanşirə yurd yeri vermişdi. 1828-ci ildə Xələf bəy Qarabağa dönəndən sonra bu yurdda Hacıəlili elinin Gəncəli oymağı yerləşdi. Aslanduz-Xumarlı yolunun sağ tərəfində qərar tutur.
Şott (ərazi)
Şimal-qərbi Afrikada, dibində duz qatı olan qapalı çökəklik. Şott gur yağışlarda şor gölə çevrilir. Ən geniş Şottlar Böyük səhranın şimal-qərb sərhədi boyunda və Atlas dağlarındadır.
Ştiriya (ərazi)
Ştiriya — Avstriyanın federal əyaləti. Ştiriyanın inzibati mərkəzi Qrasdır. Ştiriya Avstriyanın Sloveniya ilə həmsərhəd olan federal əyalətidir və o, orta əsr qalalarının çoxluğuna və "Göllər şəhəri"Zaltskammerguta görə məşhurdur. Antik qalalar və monastrlar əyalətin ərazisi boyu səpələnmişdir. Burada got kilsəsi ilə ən böyük barokko qəsri Rigersburg, cəngavər zalı və orta əsr silahlarının kolleksiyası , Renesans dövrü qalası Herbershtajn (XIII–XVII əsrlər) Siah-yaraq müzeyi və ailə portretləri zalı;ziyarət kilsəsi Mariatsell(1157) , gümüş mehrablı kiçik kilsə (1727) və XIII əsrin möcüzəvi heykəli Nojburg-an-der-Mjurtsdakı keçmiş Sistersian abbatlığı , Foreydəki Avqust monastrı (11630) Reyndə ən qədim Avstriya Sisterian monastrı (1129), və ya Gessdəki Benedikt monastrı (1000) və digər tarixi və memarlıq abidələri vardır.
Ərazi bütövlüyü
Ərazi bütövlüyü — dövlətləri başqa dövlətin ərazi bütövlüyü və ya siyasi müstəqilliyi əleyhinə güc tətbiq etməkdən çəkindirən beynəlxalq hüququn prinsipi. Bu prinsip BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində dolayı yolla əks olunmuşdur. Güc tətbiq etməklə ərazi bütövlüyünün pozulması təcavüz aktı hesab olunur. Son zamanlar bu prinsiplə BMT Nizamanməsinin 73 (b) maddəsində qeyd olunmuş və "özünüidarəni inkişaf etdirmək, həmin xalqların siyasi səylərini lazımi qaydada nəzərə almaq və hər bir əraziyə və onun xalqlarına xas olan spesifik hallara və müxtəlif inkişaf səviyyələrinə uyğun olaraq, onlann azad siyasi institutlarının mütərəqqi inkişafına kömək etmək" kimi məqsədləri özündə ehtiva edən humanitar müdaxilə konsepsiyası arasında gərginlik yaranmışdır. == Tarixi == Məlum olduğu kimi, tarixən müəyyən bir əraziyə iddia edən siyasi qurumlar olmuşdur. Bu ərazilərə sahiblənmək çox vaxt müharibə hesabına olurdu və adətən döyüşlə nəticələnirdi. Bəzən də eyni ərazidə mövcud bir neçə ali hakimiyyət qüvvəsi bir-biri ilə müharibə vəziyyətində olurdu. Qədim və orta əsrlərdə zadəganlar hələ də eyni kralı və ya imperatoru qəbul etsələr də, vətəndaş müharibələri baş verirdi. Məsələn, qədim Çində Şərqi Çjou sülaləsinin formal olaraq hakimiyyətdə olduğu dövrü əhatə edən Çunçyu dövrünü nümunə göstərmək olar. Eləcə də katolik monarxları eyni Papanın dini hakimiyyətini tanısalar da, tez-tez bir-biriləri ilə mübarizə aparırdılar.
Ərazi mübahisələri
Ərazi mübahisəsi – bir neçə dövlətin bir ərazi üzərində iddia etməsi. == Ümumi == Ərazi Münaqişələri iki və ya daha çox ərazi vahidi arasında yada mülk üzərində (onun idarəsi), adətən yeni bir dövlətlə işğalçı güc arasında ərazi üzərində olan anlaşmazlıqdır. Bu münaqişələr mədəniyyət, din, etnik milliyətçilik kimi səbəblərdən yaranması ilə yanaşı əsasən çaylar, münbit torpaqlar mineral və neft ehtiyatları kimi təbii resurslara sahibliklə də bağlıdır. Ərazi münaqişələri müharibələrin və terrorizmin əsas səbəblərindən biridir çünki dövlətlər çox vaxt işğal yolu ilə ərazi üzərində öz suverenliklərini təsdiq etməyə və qeyri-dövlət qurumları isə terror hadisələri ilə siyasətçilərin fəaliyyətlərinə təsir etməyə çalışarlar. Beynəlxalq Hüquq bir dövlətin başqa bir dövlətin ərazisini ilhaqında güc tətbiq edilməsini dəstəkləmir.
Ərazi mübahisəsi
Ərazi mübahisəsi – bir neçə dövlətin bir ərazi üzərində iddia etməsi. == Ümumi == Ərazi Münaqişələri iki və ya daha çox ərazi vahidi arasında yada mülk üzərində (onun idarəsi), adətən yeni bir dövlətlə işğalçı güc arasında ərazi üzərində olan anlaşmazlıqdır. Bu münaqişələr mədəniyyət, din, etnik milliyətçilik kimi səbəblərdən yaranması ilə yanaşı əsasən çaylar, münbit torpaqlar mineral və neft ehtiyatları kimi təbii resurslara sahibliklə də bağlıdır. Ərazi münaqişələri müharibələrin və terrorizmin əsas səbəblərindən biridir çünki dövlətlər çox vaxt işğal yolu ilə ərazi üzərində öz suverenliklərini təsdiq etməyə və qeyri-dövlət qurumları isə terror hadisələri ilə siyasətçilərin fəaliyyətlərinə təsir etməyə çalışarlar. Beynəlxalq Hüquq bir dövlətin başqa bir dövlətin ərazisini ilhaqında güc tətbiq edilməsini dəstəkləmir.
Fəxrəddin Razi
Fəxrəddin Əbu Abdullah Məhəmməd ibn Ömər ər-Razi, daha çox Fəxrəddin ər-Razi (ərəb. فخرالدین الرازی‎ kimi tanınır; hicri 1149, Rey — hicri 1209, Herat) — əşirət qələminin tanınmış nümayəndəsi, altıncı mücəddid. Quri sultanlığında və Xarəzmşahlar dövlətində sarayda xidmət etmişdir. Yarımçıq olan məşhur Məfatih əl-qayb təfsiri ona məxsusdur. Bu təfsiri o, mutazilit əz-Zəmaxşarinin təfsirinə cavab olaraq yazmışdır. == Həyatı == Tam adı Əbu Abdullah Məhəmməd ibn Ömər əl-Hüseyn ət-Taymi əl-Bəkri ət-Təbaristani Fəxrəddin ər-Razi olan filosof 1149-cu ildə Reydə anadan olmuşdur. Atası Rey şəhərinin hatibi olmuşdur. Buna görə də onu İbn əl-Hatib (hatibin oğlu) deyə çağırmışlar. Şafi fiqhi, üsul əl-fiqh sahəsində ilk təhsilini atasından və əl-Kamal əs-Simnanidən almışdır. Fəlsəfəni isə Məcduddin əl-Cilidən öyrənmişdir.
Hüseyn Razi
Rzayev Hüseyn Məmməd oğlu (Hüseyn Razi; 17 oktyabr 1924, Dəstə, Naxçıvan MSSR – 27 fevral 1998, Dəstə, Naxçıvan Muxtar Respublikası) – şair, dramaturq, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1959-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Naxçıvan MR (1981) və Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1984). == Həyatı == 1924-cü il oktyabrın 17-də Naxçıvan MR Ordubad rayonunun Dəstə kəndində anadan olmuşdur. Ordubad Pedaqoji Məktəbini bitirdikdən sonra Culfa rayonunun Ərəzin kəndində orta məktəbdə müəllim işləmişdir (1941-1943). İkinci dünya müharibəsində Sovet ordusu sıralarında Oryol, Kursk, Bryansk istiqamətində gedən döyüşlərdə iştirak etmiş, yaralanmış, sağaldıqdan sonra kiçik təyyarə mütəxəssisləri məktəbini bitirmiş, ikinci Pribaltika cəbhəsində əlahiddə uzaq kəşfiyyat alayında xidmət etmiş, ordudan tərxis olunmuşdur (1943-1945). Ordubadda səkkizillik məktəbdə müəllim, Dəstə kənd klubunda müdir, Naxçıvan Radio Verilişləri Redaksiyasında redaktor, "Şərq qapısı" qəzetində ədəbi işçi, Azərbaycan Teleqraf Agentliyinin Naxçıvan MR üzrə xüsusi müxbiri vəzifəsində çalışmışdır. "Şərq qapısı" qəzetində Ədəbiyyat və İncəsənət şöbəsinin müdiri olmuş (1962-1989), sonra təqaüdə çıxmışdır (1989). S.M.Kirov adına ADU-nun filologiya fakültəsini bitirmişdir (1959). 1947-ci ildə ilk şeirləri "Şərq qapısı" qəzeti və "İnqilab və mədəniyyət" jurnalında çap olunmuş, bundan sonra dövri mətbuatda müntəzəm olaraq çıxış etmişdir. O, poetik yaradıcılıqla bərabər tərcümə ilə də məşğul olmuşdur. M.İsakovski, L.Martınov, S.Mixalkov, S.Şipaçev, O.Şestinski, R.Həmzatov, R.Babacan, A.Bartonun şeirlərini dilimizə tərcümə etmişdir.
Razi (Xoy)
Razi (fars. ‎‎رازي‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Razi Nurullayev
Razi Nurullayev (1 aprel 1971, Xəlfəli, İmişli rayonu) — azərbaycanlı siyasətçi, Milli Cəbhə Partiyasının və "Region Beynəlxalq Analitik Mərkəzi"nin (RBAM) sədri, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı. 2015–2020-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrliyinə iddiaçı olmuş Nurullayev, 2018-ci il və 2024-cü il Azərbaycan prezidenti seçkilərində prezidentliyə namizəd kimi iştirak etmişdir. == Həyatı == Razi Nurullayev 1 aprel 1971-ci ildə İmişli rayonunun Xəlfəli kəndində anadan olub. 1978–1988-ci illərdə İmişli rayonu Xəlfəli kənd məktəbində orta təhsil alıb.[mənbə göstərin] 1992–1997-ci illərdə Azərbaycan Dövlət Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) İngilis-fransız dilləri pedaqoji fakültəsində ali təhsil alıb.[mənbə göstərin] 2000–2005-ci illərdə Cənubi-Rusiya Humanitar İnstitutunun Hüquq fakültəsində ali təhsil alıb.[mənbə göstərin] 2004-cü ildə Kanadanın Montreal şəhərində John Abbott Collecində Beynəlxalq İnsan Hüquqları Təlimi Proqramı üzrə tam kursu, 2009-cu ildə isə ABŞ-nin Nyu York şəhərində Kolumbiya Universitetində Beynəlxalq və Dövlət Siyasəti Məktəbi ixtisasartırma kursunu bitirib.[mənbə göstərin] Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.[mənbə göstərin] == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1994-cü ilin yanvar ayından 1995 noyabr ayına qədər "ÇAĞ" qəzetində müxbir işləyib. Bu qəzetdə beynəlxalq siyasət, mədəniyyət, adət-ənənələr və inkişaf məsələləri ilə bağlı onlarla yazılar yazıb, "The Daily Mail", "The Times" və "The Guardian" kimi qəzetlərdən onlarla tərcümələr edib.[mənbə göstərin] 1995-ci ilin may ayından 1995-ci ilin noyabr ayına qədər Bakı şəhərində yerləşən "Hyatt Regency" hotelində VIP qonaqlarla iş üzrə çalışıb.[mənbə göstərin] 1995–1997-ci illərdə "McDermott Marine Construction"da tərcüməçi, anbar və alqı-satqıya nəzarətçi işləyib.[mənbə göstərin] "Çıraq 1" neft platformasında Quruda və dənizdə iş, baş mühəndisin köməkçisi və gəmi kapitanının tərçüməçisi olub.[mənbə göstərin] 1998-ci ilin yanvar ayından 1998-ci ilin may ayına qədər Rusiyanın Həştərxan şəhərində yerləşən "BUE Caspian Ltd." şirkətində ingilis, rus, Azərbaycan dilinə gəmi sənədlərinin və layihələrinin tərcüməçisi olub. Xəzər gəmiçiliyi, banklar və gömrük idarələri arasında danışıqların aparılması işini görüb.[mənbə göstərin] 1998-ci ildən 2001-ci ilə qədər "Baku Steel Company"də menecer köməkçisi və tərcüməçi olub.[mənbə göstərin] 2001-ci ilin may ayından 2003-cü ilin oktyabr ayına qədər Böyük Britaniyanın "International Alert" təşkilatının Azərbaycan üzrə məsləhətçisi olub.[mənbə göstərin] 2001-ci ildən 2003-cü ilə qədər Azərbaycan Dillər Universitetində İngilis dilinin qramatikasından mühazirələr deyib.[mənbə göstərin] 2002-ci ilin fevral ayından AMEA Beynəlxalq Münasibətlər İnstitutunda, 2003-cü ildən 2006-cı ilə qədər isə AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun "Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq" şöbəsində elmi işçi kimi fəaliyyət göstərib.[mənbə göstərin] === Siyasi fəaliyyəti === 2001-ci ilin iyun ayından 2002-ci ilin yanvar ayına qədər Belçikanın Brüssel şəhərində yerləşən Beynəlxalq Xəzər Araşdırmaları Mərkəzinin icraçı direktoru olub.[mənbə göstərin] 1999-cu ilin sentyabr ayından 2011-ci ilə qədər Demokratik İslahatlar Uğrunda Cəmiyyətin həmsədri olub.[mənbə göstərin] 2007-ci ildən 2012-ci ilə qədər Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının kordinatoru olub.[mənbə göstərin] 2009-cu ilin sentyabr ayının 15-dən 2015-ci ilin fevral ayına qədər Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin xarici məsələlər üzrə müavini olub. 2012-ci ildən Region Beynəlxalq Analitik Mərkəzinin (RBAM) sədridir.[mənbə göstərin] 19 avqust 2015-ci ildə AXCP-də Əli Kərimlidən narazı qüvvələr sabiq müavin olan Razi Nurullayev və tərəfdarları AXCP Etimad Qurultayı Təşkilat Komitəsi (AXCP EQTK) yaratdıqlarını bəyan ediblər. 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Əli Kərimlinin növbəti dəfə sədr seçilməsindən sonra AXCP EQTK bu qurultayı və seçkiləri tanımayıb, 17 oktyabr 2015-ci ildə qurultay keçirib və Razi Nurullayevi AXCP sədri seçib. 2020-ci ilin 28 iyul tarixində keçirilən onlayn qurultayda Razi Nurullayev AXCP adından imtina etdi və yeni Milli Cəbhə Partiyasını təsis etdi. 2005-ci il Azərbaycan Respublikasının Milli Məclisinə III çağırış seçkilərdə 8 saylı Binəqədi birinci seçki dairəsindən (SD) namizəd olub.
Razi Səfərov
Razi Səfərov (6 iyun 1981, Cəhri, Babək rayonu) — azərbaycanəsilli cüdoçu, cüdo üzrə görmə məhdudiyyətləri olan şəxslər arasında dünya çempionu. Hal-hazırda "İnterpol"da axtarışdadır. == Həyatı == Razi Səfərov 6 iyun 1981-ci ildə Azərbaycan SSR-də, Naxçıvan MSSR-nin Babək rayonunun Cəhri kəndində anadan olmuşdur. Onun Azərbaycan və Rusiya vətəndaşlığı var. Səfərov 2006-cı ilə qədər Rusiya millisində çıxış etmişdir. O, 2006-cı ildə görmə qabiliyyətini qismən itirmişdir. 2010-cu ildə Kocaeli Böyükşəhər Bələdiyyəsinin "Kağıtspor" komandasına transfer olmuş və Türkiyənin görmə məhdudiyyətli cüdo milli komandasının düşərgələrində partnyor idmançı kimi iştirak etmişdir. O, görmə məhdudiyyətləri olan şəxslər arasında cüdo üzrə dünya çempionu olmuşdur. Səfərov 2011-ci ildə Türkiyə millisində oynamaq üçün Türkiyə vətəndaşlığını almağa çalışmışdır. O, bu zaman Kocaelidə olarkən siyasi sığınacaq istəmiş və bildirmişdir ki, digər ölkələrdən təkliflər olsa da, Türkiyə adına yarışmaq istəyir.
Şərif Razi
Seyid Rəzi və ya Əbulhəsən Məhəmməd ibn Əbi Əhməd (ləqəbi: Şərif Rəzi; 970 və ya təq. 970, Bağdad – 27 iyun 1015 və ya 1016, Bağdad) — alim, fəzilət sahibi və ədib, İraq seyyidlərinin nəcib və böyüklərindən və Əbu Talib nəslinin ən yaxşı şairlərindən. == Həyatı == O, on yaşından şer deməyə başlayıb və otuz yaşında çox az bir müddət ərzində Quranı əzbərləyib. Çox çalışqan və pak nəfsli insan olub. Heç kəsdən hədiyyə və mükafat qəbul etməzmiş. Bütün elm və yaxşılıqlardan paya malik olub. Seyid Rəzi və onun Ələmulhüda ləqəbi ilə tanınan qardaşı Əbulqasim Əli Mürtəza uşaqlıqlarından şiənin böyük fəqih və alimlərin- dən Şeyx Müfidin tərbiyəsi altında olublar. Şeyx Müfidin bu iki qardaşın tərbiyəsini öz öhdəsinə götürməsinin maraqlı bir tarixçəsi var və İbn Əbil-Hədid onu öz şərhində belə nəql edir: “Şeyx Müfid ləqəbi ilə tanınan məşhur böyük şiə alimi Əbu Abdullah Məhəmməd ibn Nöman bir gecə yuxusunda görür ki, Bağdadın Kərx məhəlləsində olan məscidin- də oturub və birdən Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) qızı Fatimə əleyhas-salam uşaqlıq yaşlarında olan iki oğlu – Həsənlə Hüseynin əlindən tutub məscidə daxil oldu və salam verdikdən sonra buyurdu: “Ey Şeyx, bunlara fiqh öyrət”! Şeyx Müfid tam heyrət içində yuxudan oyanır. Həmin gecənin səhərisi günü Seyid Rəzi ilə Mürtəzanın anası Fatimə binti Hüseyn öz oğlanlarının əllərindən yapışmış və yanında kənizlər olan halda məscidə daxil olur və salam verdikdən sonra deyir: “Ey Şeyx, bu iki oğlumu sənin yanına gətirmişəm ki, onlara fiqh öyrədəsən”.
Əmin Razi
Əmin Əhməd oğlu Razi (az-əbcəd. امین رازی‎ ləqəbi: Ümid) — Səfəvilər dövrünə (16–17-ci əsrlər) aid Azərbaycanlı coğrafiyaşünas və yazıçı olub. Bətləmiusun Əl-Məcisti yeddi iqlim sisteminə əsaslanaraq məşhurYeddi iqlim (fars. هفت اقلیم‎ — həft iqlim) adlı coğrafi təzkirəsinin yazmışdır. Razi Səfəvi dövlətinin Rey şəhərində ziyalı ailədə anadan olmuşdur. Onun atası Mirzə Əhməd Tehrani Şah I Təhmasib tərəfindən Rey şəhərinin rəisi təyin olunmuşdur. Onun əmisi Məhəmməd Şərif şair və Xorasan vilayyətinin başçısının naziri və sonra da Şahın naziri olmuşdur. Razi qeyd edir ki, o, qamusunu hicri təqviminə görə 1002-ci ildə (1593 miladi) altı il işlədikdən sonra tamamladı, baxmayaraq ki, indiyə qədər olan əsərdə daha kiçik tarixə aid əlavələr var. Onun doğum və ölüm tarixləri məlum deyil. Səfəvi sarayının üzvü olan Əmin Razi Şah Abbas dönəmində Hindistana gedərək Cahangir şahla görüşmüşdür, başqa məlumata görə, Əkbər Şahın dövründə Muğal Hindistanına səfər etmiş ola bilər.
51-ci ərazi
51-ci ərazi (ing. Area 51) (ICAO: KXTA) — Nevada Sınaq və Təlim Bazasında yerləşən yüksək səviyyəli ABŞ Hava Qüvvələri müəssisəsi. Rəsmi olaraq Homey hava limanı (KXTA) və ya yaxınlıqda yerləşən duz gölünün adı ilə Qrum Gölü adlandırılır. Müəssisədə keçirilən əməliyyatların detalları ictimaiyyətə açıqlanmasa da, ABŞ Hava Qüvvələri bunu "açıq təlim bazası" adlandırır. Ehtimal olunur ki, tarixi sübutlara əsaslanaraq eksperimental təyyarə və silah sistemlərinin inkişafı və sınaqları burada həyata keçirilir. ABŞ Hava Qüvvələri 1955-ci ildə, ilk növbədə Lockheed U-2 təyyarəsinin uçuş sınaqları üçün buranı seçdi.
Branzi
Branzi (it. Branzi) — İtaliyanın Berqamo əyalətinin Lombardiya bölgəsində yerləşən kommuna. Əhalisi 715 nəfərdir (2016). Əhalinin sıxlığı 30 nəfər/km². Ərazisi 25 km² ərazini tutur. Poçt kodu — 24010. Telefon kodu — 0345. Müqəddəs həvari Bartalmay kommunanın himayədarı hesab edilir. Kommunanın bayramı 25 avqust tarixində keçirilir .