Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Burdun
Burdun — İrəvan xanlığının Gərnibasar mahalında kənd adı 1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır (yenə orada). Türk dillərində bor, bur boz və ton təpə sözlərindən ibarətdir.
Burzum
Burzum — 1991-ci ildə Norveçdə qurulan blək-metal musiqi qrupu. Hazırda fəaliyyətini elektronik və embient janrlarında davam etdirir. == Haqqında == Varq Vikernes (Qraf Grishnackh) tərəfindən qurulan və hələ də tək fərd proyekti olaraq davam edən Burzum, 1991-ci ildə Bergen, Norveçdə qurulmuş və Norveç black metalının ilk illərində gözə batmağı bacarmışdır. 1992 və 1993 illəri boyunca Burzum dörd albom yayımlamışdır; lakin Vikernes, gitarist Öysteyn "Yuronimus" Orşeti öldürməsi və bir neçə kilsə yandırma hadisəsinə qarışdığı üçün həbs olunmuşdur. Həbsdə iki albom daha yayımlayan Vikernes; bass gitara, gitara və bateriya kimi alətlər olmadığı üçün sintezator istifadə edərək dark ambient tərzində iki albom daha yayımlamışdır. Burzum, black metal tarixində ən əhəmiyyətli qruplardan biri olmuşdur. == Üzvləri == Varq Vikernes – Bergen şəhərində anadan olub. 1991-ci ildə qurduğu fərdi musiqi proyekti Burzum, erkən Norveç black metal səhnəsində sürətlə yüksəlişə keçdi. 1992-ci ildə Mayhemə qoşulan Vikernes, Count Grishnackh olaraq tanınmağa başladı. Bu vaxt ərzində musiqiçi, paqanizm ilə yaxınlaşdı və German neopaqanizmi ilə əlaqədar yazılar nəşr etdirdi.
Burşun
Dursun
Dursun — Kişi adı. Dursun Hüseynov — tibb elmləri doktoru, professor. Dursun Əhmədov — Belorusiya SSR Volkovısk Şəhər Xald Deputatları Sovetinin deputatı.
Gurzuf
Qurzuf (rus. Гурзу́ф, ukr. Гурзу́ф, krımtat. Gurzúf) — Ukraynanın Yalta rayonu inzibati ərazi vahidində qəsəbə. == Coğrafiyası == Qəsəbə Yaltadan 11 kilometr uzaqlıqda, Krımın cənub sahilində yerləșir. == Tarixi == Bəzi araşdırıcılar ehtimal edir ki, qəsəbənin adı lat. Ursusdan törənmişdir.
Kürkün
Kürkün — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Alpan bələdiyyəsinin tərkibindədir. == Tarixi == Kürkün kəndi nəinki Qubanın, həm də Azərbaycanın ən qədim kəndlərindəndir. Tarixi Qafqaz Albaniyasına gedib çıxan Kürkün Qorqan, Qorkan və Kyurkan adlarından yaranma ehtimalı var. Dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən Kürkün kəndinin indiki əhalisi azərbaycanlılar və əslən Dağıstanın Miskincə rayonundan gəlmiş Cənubi azərbaycanlılardır.Ehtimal olunur ki Miskincə rayonuna Cənubi Azərbaycanın Meşgin şəhərindən gəlmişlər. Onların Azərbaycanda yerləşməsindən 150–200 il ötsə də burada qədim qəbristanlıqların və tarixi məlum olmayan başdaşılarından da onun tarixi haqqında dəqiq məlumat almaq olmur. == Toponimikası == Kürkün oyk., sadə. Quba r-nunun Alpan i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Tədqiqatçıların fikrincə, oykonim ləzgi dilindəki kürkün sözündən olub, "yüksəkliyin yamacı" mənasını bildirir.
Kürtün
Kürtün Gümüşxanə ilinin bir ilçesidir. Mərkəz ilçe əhalisi 3000-dən. Əhalisi köyleriyle birlikdə 12.500 adamdır. 1991-ci ildə ilçe olmuşdur. Xalqının əhəmiyyətli bir hissəsini Türkmen, Çepniler meydana gətirər.
Qurzuf
Qurzuf (rus. Гурзу́ф, ukr. Гурзу́ф, krımtat. Gurzúf) — Ukraynanın Yalta rayonu inzibati ərazi vahidində qəsəbə. Qəsəbə Yaltadan 11 kilometr uzaqlıqda, Krımın cənub sahilində yerləșir. Bəzi araşdırıcılar ehtimal edir ki, qəsəbənin adı lat. Ursusdan törənmişdir.
Sürgün
Sürgün — məhkəmənin hökmü ilə cəza olaraq bir şəxsin məcburi surətdə başqa, adətən uzaq bir yerə köçürülməsi. Sürgün Çar Rusiyasında məhkəməsiz olaraq çarın, bəzi qubernatorların (1850-ci illərdən), Daxili İşlər Nazirliyinin orqanlarının (1860-cı illərdən) əmri ilə tətbiq olunurdu. Sovet qanunvericiliyində inzibati sürgün nəzərdə tutulmamışdı, lakin ondan qanun pozuntusuna reaksiya kimi istifadə edilmişdir. ССЫЛКА В СИБИРЬ В XVII — ПЕРВОЙ ПОЛОВИНЕ XX вв. «Устав о ссыльных» Российской империи «Свод уставов о предупреждении и пресечении преступлений» Российской империи, включающий положения об административной ссылке" История пенитенциарной политики Российского государства и Сибирь XVIII—XXI веков Arxivləşdirilib 2016-03-16 at the Wayback Machine «Тюрьма без решеток» Страны Советов.
Vurğun
Vurğun — təxəllüs və ad. Səməd Vurğun — Azərbaycanın ilk xalq şairi. Vurğun Əyyub — Filologiya elmləri namizədi, Müsavat başqanının I müavini. Vurğun Hüseynov — peşəkar Azərbaycanlı futbolçu. Toponim Vurğun (Ağstafa) — Ağstafa rayonunun inzibati ərazi vahidində qəsəbə.
Xurcun
Xurcun - Bu məişət əşyası əsasən müxtəlif rəngli yun ipdən (bəzən iplikdən) xalça texnikası ilə toxunur, qotazlarla bəzədilir. İki gözdən və şol hissədən ibarət olur. Ağız hissəsinə gözək salınır, gözəyin içərisindən keçən qotazlı bağ dartılarkən xurcunun ağzı bağlanır. Xurcun müxtəlif olçüdə olur. Əsasən kənd təsərrüfatı məhsulları və sair daşımaq üçün istifadə olunur. Qədim dövrlərdən qonşu Şərq və Qafqaz xalqlarının, o cümlədən azərbaycanlıların məişətində mühüm yer tutmuşdur.
Xurzuk
Xurzuk (Qaraç-balk:Хурзук эл(ь)) — Qaraçay-Çərkəz Respublikasıda Qaraçayevsk rayonunda kənd. Kəndin yaxınlığında XIV əsrə aid "Mamiya qala" döyüş qalası yerləşir.
Burun
Burun — əsasən tənəffüs və iybilmə üçün istifadə olunan, insan və ya heyvan üzünün bir hissəsi. == Quruluşu == Burun iki hissədən ibarətdir: xarici burun və daxili burun. Daxili burun burun boşluğu da adlanır. Xarici burun üzün ortasında yerləşərək qığırdaq və sümük toxumalarından təşkil olunub. Burun boşluğu çoxqatlı yastı epitellə örtülüdür. Burada çoxlu miqdarda selikli vəzilər yerləşir. Burun boşluğunda qoxu və tənəffüs nahiyələri ayrılır. Tənəffüs nahiyəsində havanı isitmək üçün mağaralı venoz kələf, selik vəziləri və kirpikli epitel yerləşir. Burun divarının içində yerləşən burun tükcükləri yad cisimləri (toz, qum) tutub saxlayır. Burnun iç hissəsi tüklü və nəmli olduğundan kənar mühitdən alınan hava təmizlənir və nəmləndirilir.
Gürün
Gürün (türk. Gürün) — Sivas ilinin ilçəsi.
Kuzun
Kuzun — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd ərazisində yaşayış məskənlərinin e.ə. II minillikdən movcud olması güman edilir. == Toponimikası == Kuzun oyk., sadə. Qusar rayonunun Zindanmuruq i.ə.v.-də kənd. Qusarçayın sahilində, dağətəyi ərazidədir. Tədqiqatçıların fikrincə, oykonim türk dillərində coğrafi termin kimi işlədilən kəzen (dağın beli, yayla, aşırım) sözündəndir. Yaşayış məntəqəsi salındığı ərazinin adını daşıyır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 847 nəfər, milliyətcə ləzgi olan əhali yaşayır.
Urğun
Urğun - türk, anadolu və ltay xalq mədəniyyətində cin. Orgun və ya Vurğun da deyilir. Atəşdən yaradılmışdır. Tək ağacların altında, su sahillərində yaşayırlar. Həm yaxşısı, həm pisi ("müsəlmanı" və "kafiri") vardır. Qaranlıqdan sonra çıxarlar ortaya. İnsanı qaranlıq yerdə və ya sudan keçərkən vurur. Vurğun yemə deyilən bu cin vurmasına yakala adam bir müddət ölü kimi yatar. Və ya uzunca bir zaman kar və dilsiz gəzər. Vurğun vurma olaraq da adlandırılan bu narahatlıq çox təhlükəlidir.
Ürkün
Ürkün (qırğ. Үркүн) — 1916-cı ilin iyulun 30-da Qırğızıstan ilə Çin sərhədinin yanında yerləşən Bedel aşırımında baş verən hadisə. Bəziləri onu qırğız xalqına qarşı törədilən soyqırım olduğunu hesab edir. Həlak olanların sayı ilə bağlı ziddiyyətli fikirlər mövcuddur. Bəziləri iddia edir ki, ölkənin şimalında yaşayan əhalinin təxminən yarısı öldürülüb. Brüs Pannyer ehtimal edir ki, ölənlərin sayı 100000-dan çoxdur. Rusiyanın bəzi mənbələri iddia edir ki, hadisənin nəticəsində 3000-ə yaxın adam ölüb. Ürkün haqqında kitabın müəllifi olan tarix professoru, Tınçtıkbek Çoroteqinin fikirinə görə, üsyanın səbəbi Boris Stürmer buraxdığı hərbi xidmətə çağırış idi: Fərman 1916-cı ilin iyunun 25-də verilib. O, əvvəl hərbi xidmətdən azad olan qeyri-rus əhalisi olan bir sıra vilayətlərdən 19-43 yaş arasında olan kişiləri xidmətə çağırıb. Rusiya imperiyasının hissəsi olan Qərbi Türkistandan sağ qala bilən on minlərlə qırğız və qazax Çinə qaçmağa məcbur oldular.
Hüzün
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Hamza Dursun
Hamza Dursun (11 fevral 1994) — Türkiyəli xizək yürüşçüsü. Hamza Dursun Türkiyəni 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Hamza Dursun birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər klassik sprint yarışlarında iştirak etdi. Dursun 3:36.53 saniyəlik nəticəsi ilə 80 atlet arasında 71-ci yeri tutdu və növbəti mərhələyə vəsiqə qazana bilmədi.
Molla Dursun
Molla Dursun, Şaumyan — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Rayon mərkəzindən 5 km şimalda, Abaran çayının yanında yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənd Molla Dursun adlı şəxs tərəfindən salınmışdır, kəndi onun şərəfinə Molla Dursun adlandırmışlar. Kəndin adı 1920-ci ildə dəyişdirilərək Şaumyan (26-ların başçısı Stepan Şaumyanın şərəfinə) qoyulmuşdur. Monqol dilində mayla "tala", "əkin sahəsi" sözündən və Dursun şəxs adından ibarətdir. "Dursunun əkin sahəsi" mə’nasındadır. Burada 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1828–1829-cu illərdə İrandan buraya ermənilər köçürülmüşdür. Kənddə 1831-ci ildə 75 nəfər azərbaycanlı, 45 erməni, 1873-cü ildə 124 nəfər azərbaycanlı, 114 erməni, 1886-cı ildə 134 nəfər azərbaycanlı, 146 erməni, 1897-ci ildə 147 nəfər azərbaycanlı, 150 erməni yaşamışdır.
Nurgun Group
Nurgün Şirkətlər Qrupu fəaliyyətinə 1994-cü ildən başlamışdır.
Qurşun Cami
Qurşun Cami (tərcümədə "qurğuşun məscidi" mənasını verir) — XIV əsrə aid olunan krım tatarlarının keçmiş məscidi. Starıy Krım şəhərində yerləşir. Hal hazırda xarabalıqlar qalıb. Rusiyanın mədəni irsi statusuna malikdir. Məscidin qalıqları rəssam İvan Ayvazovskinin keçmiş mülki ərazisində yerləşir. "Qurğuşun məscidi" adı ola bilsin onunla bağlıdır ki, məscidin inşası zamanı üzlük daşları qurğuşun səddləri ilə bitişdirilmişdir və ya günbəzin qurğuşun örtüyü səbəbindən belə adlandırılmışdır. Övliya Çələbinin məlumatlarına görə, məscid 1396-cı ildə Timur Qutluq xanın qız nəvəsi Bay Buqla Hatunun göstərişi ilə tikilmişdir və öncəki illərdə təkyə (dərvişlərin iqamətgahı) hesab olunurdu. 1398-ci ildə məhəllə məscidinə çevrildi. Tikilinin plan quruluşu düzbucaqlıdır (12.5 × 17.5 m). İnşa zamanı əhəngli məhlul əsasında yırtıq (qaba) daş və kvadrat kərpicdən istifadə edilmişdir.
Ahmet Dursun
Hilmi Durgun
Hilmi Durgun (1981, Antalya ili) — aqrar mühəndis və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Hilmi Durgun 1981-ci ildə Antalya ilində anadan olub. Süleyman Dəmirəl Universiteti Aqrar Bölməsindən məzun olub. Kənd təsərrüfatı sahəsində çalışıb. Uzun illərdir MHP üzvüdür. MHP Antalya il şöbəsinin sədr müavini və sədri vəzifələrində çalışıb. 2023-cü ildə MHP namizədi olaraq Antalya ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Kənd Təsərrüfatı, Meşə və Kənd Məsələləri Komissiyasının üzvü vəzifəsində təmsil olunub. İngiliscə bilir. Evli və 1 uşaq atasıdır.
Vurğun Quliyev
Vurğun Quliyev (13 iyul 1976, Masallı rayonu, Azərbaycan SSR, SSRİ – 2000, Göyçay rayonu, Azərbaycan) — qapıçı mövqeyində çıxış etmiş Azərbaycan futbolçusu. == Karyerası == Vurğun Quliyev 13 iyul 1976-cı ildə Masallı rayonunda anadan olub. Peşəkar futbolçu karyerasına 1993-cü ildə "İnşaatçı Bakı" komandasında başlayıb. Burada keçirdiyi iki mövsüm ərzində yüksək dəstədə 12 oyunda meydana çıxıb. 1995–1996 mövsümünü o dövrdə istedadlı gəncləri heyətinə cəlb etməsi ilə tanınan Vaqif Sadıqovun rəhbərlik etdiyi birinci dəstə təmsilçisi olan "Fərid"də keçirir. Yeni komandasında əvvəlcə üçüncü qapıçı olan Vurğun, bir müddət sonra məşqçinin ona verdiyi şansdan maksimum yararlanır və klubun əsas qapıçısına çevrilir. 1996–1997 mövsümünü "Bakı Fəhləsi"ndə keçirən qapıçı, 1998-ci ildə Ağdamın "Qarabağ" komandasına transfer olunub. "Köhlən atlar"ın heyətində keçirdiyi iki mövsüm ərzində 30-u yüksək dəstədə, 4-ü isə UEFA İntertoto Kubokunda olmaqla, cəmi 34 oyunda forma geyinib. == Ölümü == Yenicə "VAZ-2106" markalı avtomobil alan qapıçı, 2000-ci ildə anası və nişanlısı ilə Zaqatalada baş tutacaq qohum toyuna getməyi qərara alır. Avtomobil sürməyi təzə öyrəndiyi üçün, dostları və qohumları ona avtobusla getməyi məsləhət görsələr də, o, fikrindən dönmür.