Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Grok (çatbot)
Grok — böyük dil modelləri (LLM) əsasında xAI tərəfindən hazırlanmış dialoqlu generativ süni intellekt çatbotu. O, Maskın həmtəsisçisi olduğu OpenAI-ın ChatGPT-nin yüksəlişinə birbaşa cavab olaraq İlon Mask tərəfindən bir təşəbbüs olaraq hazırlanmışdır. Çatbot "yumor hissinə sahib" və Twitter-ə (indiki X) birbaşa çıxış kimi reklam olunur. Hazırda beta sınaq mərhələsindədir. == Zəmin == 2023-cü ilin noyabrında xAI erkən giriş proqramında iştirak etmiş təsdiqlənmiş istifadəçilərlə məhdudlaşan seçilmiş istifadəçilərə üçün böyük dil modellərinə (LLM) əsaslanan çatbotun sınaq versiyasını göstərməyə başladı. İlkin betadan çıxdıqdan sonra botun yalnız X Premium+ abunəçiləri üçün əlçatan olacağı açıqlandı. İlkin baxış zamanı xAI çatbotu "çox erkən beta məhsul – 2 aylıq təlimlə edə biləcəyimizin ən yaxşısı" və "hər keçən həftə sürətlə təkmilləşə bilər" kimi təsvir etdi. == Xüsusiyyətləri == xAI, çatbotun "suallara bir az ağılla cavab vermək" üçün hazırlanmış olduğunu və "üsyankar bir xətt"ə sahib olduğunu, həmçinin "digər Sİ sistemləri tərəfindən rədd edilən mübahisəli suallara cavab verməyə" hazır olduğunu bildirdi. Həmçinin botun "Avtostopçunun Qalaktika bələdçisindən ilhamlanaraq yaradıldığı və demək olar ki, hər şeyə cavab verməsi üçün nəzərdə tutulduğu" bildirildi. X işçisi tərəfindən paylaşılan çıxarışda Grok-dan vulqar bir şəkildə "Milad musiqisini dinləmək nə vaxt uyğundur?" sualına cavab verməsinin istəndiyini göstərir.
Emir Can İğrek
Emir Can İğrek (2 aprel 1993, Çerkezköy[d], Təkirdağ ili) — türk musiqiçi, musiqi yazarı. == Həyatı == Emir Can İğrek 2 aprel 1993-cü ildə Tekirdağın Çerkezköy rayonunda anadan olub. Çerkezköy Hacı Fahri Zümbül Anadolu Liseyini bitirib. Musiqi karyerasına doğulduğu şəhərdə kiçik səhnə qrupları yaratmaqla başlayıb. Yıldız Texniki Universitetində son kursu tərk edərək Nazım Hikmət Akademiyasında səs və solfecio təhsilinə başlamış və 4 il Nazım Hikmət Akademiyası Xorunda tenor kimi çıxış etmişdir. 2018-ci ildə "Ağır Roman" adlı ilk tammetrajlı albomu işıq üzü gördü. O, 2019-cu ildə "Nalan" mahnısı ilə debüt edib. O, 2020 PowerTürk Musiqi Mükafatlarında "İlin ən yaxşı çıxış edən müğənnisi" mükafatına layiq görülüb. Emir Can İğrek, bir çox müğənnilər üçün musiqi bəstələyib verib. O, hal hazırda Kadıköydəki studiyasında yeni əsərlərinin hazırlıqlarını davam etdirir.
Girik
Girik — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yerli əhalinin məlumatına görə, oykonim ləzgi dilindəki küyqü sözündən olub, "çaytikanı" deməkdir. Girik sözü Azərbaycan dilinin dialektlərində "çayın keçid yeri", türk dillərində isə "gərilmiş, dartılmış, uzanmış" mənalarında işlənir. == Coğrafiyası və iqlimi == Kənd Samurçayın sahilində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1307 nəfər əhali yaşayır.
Girov
"Əsir" bura istiqamətləndirir. Girov və ya əsir — müharibə və ya müəyyən hərəkətlərdə qabaqlayıcı tədbir kimi təhlükəsizlik məqsədləri üçün varlıqların və ya şəxslərin tutulması və ya saxlanmasıdır. Girov qismində tutulan varlıq və ya şəxs girov və ya əsir adlanır. İndiki müasir istifadədə, müharibələrdə deyil, hər hansı bir cinayətdə iştirak etmiş şəxsin və qrupun, işəgötürən, hüquq-mühafizə orqanları və ya hökumət orqanlarına zorla tələblərini qəbul etdirməyə və tələb yerinə yetirildikdən sonra sərbəst buraxılan şəxsə deyilir. Girov götürən şəxs məhkumlara fiziki zərər verə bilər.
Imron
Qırov
Qırov – ayaz gecələrdə yerin və cisimlərin səthi soyuyaraq mənfi temperatura düşdükdə onların səthinə çökən buz kristalcıqları.
İdrak
İdrak — sözü "düşüncə, təcrübə və hisslər vasitəsilə zehni hərəkət və yaxud bilik və anlayış əldə etmək prosesi" mənasına gəlir. İdrak qavrayış, diqqət, düşüncə, kamal, biliklərin formalaşması, yaddaş və iş yaddaşı, mühakimə və qiymətləndirmə, əsaslandırıcı və hesablama, problemlərin həlli və qərarların qəbul edilməsi, dil anlayışı və inkişafı kimi ağıllı funksiyaları və proseslərin bütün aspektləri əhatə edir. Bilişsel idraki proseslər mövcud biliklərdən istifadə edir və yeni biliklər ortaya çıxarır. İdraki proseslər müxtəlif kontekstlərdə, xüsusilə olaraq dilçilik, musiqişünaslıq, anesteziya, neyronauki(neyroniki), psixiatriya, psixologiya, təhsil, fəlsəfə, antropologiya, biologiya, sistemik elmləri, məntiq və informatika sahələrində müxtəlif aspektlərdən təhlil edilir. İdrak təhlili bu və digər yanaşmalar (təcəssüm etdirilmiş idrak kimi) getdikcə muxtar bir akademik intizam olan idrak elmin inkişaf sahəsində sintez olunur. İdrak sözü XV əsrə aiddir və mənası " düşüncə və məlumatlandırma " deməkdir. Bu termin Latın isimi olan cognitio ("imtahan", "təlim" və yaxud "bilik") sözündən gəlib. Cognosco mürəkkəb feilindən yaranan con (ilə) və gnosco (bilin) deməkdir. Sözün ikinci yarısı olan gnōscō yunan feili olan gi(g)nόsko (γι(γ)νώσκω (bilmək) mənasına gəlir. "İdrak" sözünün özü XV əsrə təsadüf etməsinə baxmayaraq, idraki proseslərə diqqət Aristotelin dövründən (e.ə 384–322) və onun ağılın daxili işinə marağından və insan təcrübəsinə necə təsir etdiyindən XVIII əsrdən əvvəl yaranmışdı.
İqriq
İqriq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. İqriq oyk., sadə. Quba r-nunun Alekseyevka i.ə.v.-də kənd. Düzənlikdədir. Oykonimi tədqiqatçıların bir qismi qədim türk dillərində "düşərgə, dayanacaq yeri" mənasında işlənən uqruq sözü ilə, başqa bir qismi isə qəd. türk tayfalarından biri olan iqrak/uqrak tayfasının adı ilə əlaqələndirir. Əhalisi 9567 min nəfərdir.Əsas təsərrüfat sahəsi əkinçilikdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1598 nəfər əhali yaşayır. Quba rayonu Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti Azərbaycan coğrafiyası.
İqrığ
İqriq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. İqriq oyk., sadə. Quba r-nunun Alekseyevka i.ə.v.-də kənd. Düzənlikdədir. Oykonimi tədqiqatçıların bir qismi qədim türk dillərində "düşərgə, dayanacaq yeri" mənasında işlənən uqruq sözü ilə, başqa bir qismi isə qəd. türk tayfalarından biri olan iqrak/uqrak tayfasının adı ilə əlaqələndirir. Əhalisi 9567 min nəfərdir.Əsas təsərrüfat sahəsi əkinçilikdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1598 nəfər əhali yaşayır. Quba rayonu Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti Azərbaycan coğrafiyası.
İzron
İzron (fr. Izeron) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38195. Kommunanın 1999-cu il üçün əhalisi 609 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 166 ilə 1440 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 28 km qərbdə yerləşir.
Girk
Girk — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 352 nəfərdir ki onunda 178 nəfəri kişi, 174 nəfəri qadındır.
Giro
Giro vulusvalisi — Əfqanıstanın Qəzni vilayətində inzibati ərazi vahidi.
Qroq
Qroq (ing. grog)-isti alkoqollu içkidir. Romu xatırladan bu içkidə su və şəkər tozu qarışığı da var. Bəzən isti çay kimi də istifadə edilir. İçkinin adı Britaniyanın vitse-admiralı Edvard Vernona (Edward Vernon; 1684—1757)- «Олд Грог» (Old Grog) adından gəlir. O zamanlarda Britaniya Krallığının gəmi heyətinə hər gün 80% -lı rom verilirdi (təqribən 280 millilitr) buda onların öz davranışlarını aparmasında və içkili matroslar arasında davalara səbəb olurdu. Admiral Vernon matroslar arası alkoqulluğu azaltmaq üçün romu yalnız su qatılaraq verilməsini əmr etdi ki, bundan belə rom su və ya limon soku ilə qarışılaraq verilməyə başladı.Bu matrosların ağız dadına uyğun olmadı. Belə ki, bu qarışıqda romun faizi azalmışdı. Onu rom 3 suda və ya qroq adlandırmağa başladılar. Bu içkinin müasir çeşidlərinə müxtəlif qarışıqlar da əlavə edirlər.
İqlo
İglo və ya iglu (İnuitçe: İglu), Eskimoslar və Aleut xalqı kimi etnosların yaşadığı ev. İqloların çoxu ov zamanı inşa olunur. Belə evlərdə bəzən 4 ay yaşayan yerlilər, daha sonra həmin evlər tərk edilir və yeniləri inşa olunur. İqlolar daimi yaşamaq üçün nəzərdə tutulmamışdır. Eskimoslar və ya digər xalqlar əsasən ov zamanı və ya bir neçə günlük gəzinti zamanı, gecələmək üçün nəzərdə tutulan iqlolar, qardan və ya taxtadan hazırlanır. Əsasən qardan hazırlanan iqlolar daha məşhurdur. İqlonun tam hazırlanması üçün bir neçə saat lazımdır. Təcrübə olmadan iqlo hazırlanmasının mümkün olmadığı fikri məşhurdur. İqlo tikmək eskimoslar üçün çox asantdır.Peşəkar bir ovçu qar bıçaqının köməyi ilə bir saata iqlo inşa edə bilər. Lakin çox zaman iqlo tikilməsində iki nəfər iştirak edir.
İrak
İraq (ərəb. العراق; kürd. عێراق) və ya rəsmi adı ilə İraq Respublikası (ərəb. جمهوریة العراق; kürd. کۆماری عێراق) — Qərbi Asiyada dövlət. İraq Yaxın Şərqdə dünyanın ən qədim mədəniyyətlərinin beşiyi olmuş Aşağı Mesopotamiya bölgəsində yerləşir. Şimalda Türkiyə, şərqdə İran, cənub-şərqdə Küveyt, cənubda Səudiyyə Ərəbistanı, cənub-qərbdə İordaniya, qərbdə isə Suriya ilə həmsərhəddir. Ölkənin cənub-şərqdə Fars körfəzinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Bağdad, ümumi sahəsi 438,317 kvadrat kilometr, əhalisinin sayı 40 milyon nəfərdən çoxdur. Digər böyük şəhərləri Mosul, Kərbəla, Nəcəf və Ərbildir.
Igor
Igor — amerikalı repçi Tyler, the Creator-un beşinci studiya albomu. 17 may 2019-cu ildə Columbia Records tərəfindən buraxılıb.
İqor
İqor — ad. İqor Ametov — texnika elmləri doktoru, professor. İqor Burqanov — Rusiyanın Əməkdar rəssamı, professor. İqor Qorbenko — Ukraynanı təmsil edən yüngül atlet. İqor Yusufov — rus dövlət xadimi, biznesmen.
Elmi idrak
Elmi idrak – özünün xüsusi məqsədləri, xüsusilə də yeni biliklərin alınması və yoxlanılması metodları ilə xarakterizə olunan tədqiqat. Elmi idrak metodologiyası – elmi-tədqiqat fəaliyyətinin prinsipləri, formaları və üsulları haqqında təlim. Elmi informasiya – idrak prosesində alınan, təbiətin, cəmiyyətin və təfəkkürün obyektiv inkişaf qanunauyğunluqlarını əks etdirən və müxtəlif ictimai-təcrübi fəaliyyət sahələrində istifadə edilən məntiqi informasiya. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Fatma Girik
Fatma Girik (12 dekabr 1942, İstanbul, Türkiyə – 24 yanvar 2022, İstanbul, Türkiyə) — türk aktrisası, siyasətçi, rejissor, ssenarist. Yeşilçamın önəmli simalarından biri. Əsasən filimlərdə yaratdığı güclü qadın obrazları ilə tanınıb. O, 1989–1994-cü illərdə Sosial Demokrat Xalq Partiyasından Şişli Bələdiyyə Başçısı olub. == Həyatı == Fatma Girik 1942-ci ildə İstanbulda balıqçı Hayri Girik və fabrik işçisi Münnəvər Girikin ailəsində dünyaya gəlib anadan olmuşdur. Fatmaya uşaq ikən cəsur xasiyyətinə görə "Oğlan Fatma" (erkek Fatma) deyirdilər. 1955-ci ildə, 13 yaşında, "Günahkar Baba" filmində kiçik bir rol oynayaraq, ilk filminə çəkilib. 1957-ci ildə "Ləkə" filmində baş rolu oynamışdır. Bundan sonra o, müntəzəm olaraq filmlərə çəkilməyə başladı. 1960-cı ildə Memdüh Ünanın "Ölüm arxamızda" filmində oynadığı bu rol Giriki məşhurlaşdırdı.
Girov (dəqiqləşdirmə)
Girov
Mişel Larok
Mişel Larok (fr. Michèle Laroque; doğ. 15 iyun 1960, Nitsa) — Fransa aktrisası. Mişel Larok 15 iyun 1960-cı ildə Fransanın Nitsa şəhərində anadan olub. Valideynləri Fransa musiqiçisi Klod Larok və Rumıniya rəqqasəsi Doina Trandabur (rum. Doina Trandabur) idilər. O, 1988-ci ildə aktrisa fəaliyyətinə başlayıb. Mişel Larok bir çox film və seriallarda çəkilib. Mişel Larok "Sezar" mükafatına layiq görülüb. Movies starring Michèle Laroque with more than a million of entries in France.
Narok Muzeyi
Narok Muzeyi — Keniyanın Narok regionunda yerləşən muzeydir. Muzeyin eksponatları Masailərin mədəni irsin, eləcə də digər Maa-danışıq mədəniyyətləri, o cümlədən Samburu, Nyemps və Ndorobo xalqlarının mədəniyyətini özündə əks etdirir.
Playa Giron
Playa Giron (isp. Playa Girón) — Kubanın cənubunda, Donuzlar körfəzinin sahilində, Giron qəsəbəsi yaxınlığında yerləşən çimərlik. Ərazi 17 aprel 1961-ci ildəki Donuzlar Körfəzi əməliyyatı ilə tanınır. Əməliyyat Kuba inqilabı vasitəsilə hakimiyyətə gələn Fidel Kastro və tərəfdarlarının hakimiyyətdən salınması üçün həyata keçirilmişdir. 2 gün davam edən döyüşlərdən sonra ABŞ tərəfindən dəstəklənən Sürgün Kuba Hökuməti birlikləri məğlub olmuş və nəticədə əməliyyat ordunun qələbəsi ilə başa çatmışdır.
Viktoriya Zdrok
Viktoriya Nika Zdrok (ukr. Вікторія Здрок; 3 mart 1973, Kiyev) — Ukrayna-ABŞ pornoaktrisası, yazıçısı və fotomodeli.
Girov diplomatiyası
Girov diplomatiyası, bəzən girov dəyişmə diplomatiyası — diplomatik məqsədləri üçün girov alınması. Qədim dünyada girov diplomatiyası siyasətin və hərbin tərkibi hissəsi idi. Siyasi və ya hərbi başçılar bir və ya bir neçə girovu başqa tərəfə ötürməklə öhdəliklərinin yerinə yetirməsində xoş niyyətinin sığortası olaraq istifadə edirdilər. Bu öhdəliklər sülh və ya atəşkəs müqaviləsi ola bilərdi. Müasir dövrdə girov diplomatiyası xariclərin uydurulmuş ittihamlar əsasında həbs olunması yolu ilə tədbiq olunur. Diplomatik girovlar tez-tez sövdələşmə üçün işlənilir. Bağlanan müqavilələrdən başqa, girov diplomatiyasının iqtisadi üstünlükləri ola bilər. Məsələn, Avropa ölkələri öz vətəndaşlarını girovluqdan azad etmək üçün millionlarla pul verib. Eyni zamanda, girov diplomatiyası girov tutan ölkənin yumşaq gücünə zərar verir. == Nümunələr == === Çin === Qədim Çinin yaz-payız və döyüşən çarlıqlar dövrlərində girov diplomatiyası hərbi razılaşmaların sığortası üçün işlənilirdi.