Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İnam
İnam — 225 km² ərazini əhatə edən və Bakı şəhərindən təxminən 140 km cənubda dənizdə yerləşən neft-qaz yatağıdır. == Tarixi == İnam Cənubi Xəzər hövzəsinin şelf hissəsində yerləşir. Bu sahədə suyun dərinliyi şimalda 45 metrdən cənubda 200 metrə qədər dəyişir. 1990-cı illərin əvvəlində İnam strukturunda ARDNŞ tərəfindən qazma işləri aparılmışdır. Bu quyu çox yüksək təzyiqlə üzləşdiyindən dayandırılmışdır. 1999-cu ildə İnam strukturunda əhatəli şəkildə 3 ölçülü seysmik tədqiqat aparılmışdır. 2000-2001-ci ildə konsorsium strukturun cənub qanadında INX-1 quyusunu qazmışdır. Bu quyuda da layihə dərinliyinin yaxınlığında olduqca yüksək təzyiqə rast gəlinmişdir. Bu iki quyudan əldə olunmuş məlumatlar Cənubi Xəzərdəki digər geoloji kəşfiyyat quyularından əldə olunmuş nəticələrlə birlikdə interpretasiya edilmiş və İnam strukturunda INX-2 quyusunun qazılması planının hazırlanmasına imkan yaratmışdır. İnam strukturunun potensialını uğurla qiymətləndirmək üçün INX-2 quyusunun layihələndirilməsində bütün bu əvvəlki quyulardan əldə edilmiş təcrübələr və qazma sahəsində bəzi ən son texnologiyalar nəzərə alınmışdır.
İnaq
İnaq — monqollarda ən yaxşı xidmətçilər (nökərlər) inak adlanırdı. Monqolca inak – yaxın dost, inanılmış, sevimli adam.
Afət İnan
Afət İnan — (29 noyabr 1908, Saloniki vilayəti – 8 iyun 1985, Ankara) — tarixçi və sosiologiya professoru, Atatürkün mənəvi qızı. Türkiyə Respublikasının ilk tarix professorlarından biri. Afət İnan 7 iyun 1985-ci il tarixində 77 yaşında Ankarada vəfat etmişdir.
Jalə İnan
Jalə İnan — Türkiyənin ilk qadın arxeoloqudur. Uzun illər davam edən proqramlı qazıntılarla Perge və Side antik şəhərlərinin gün işığına çıxarılmasına əmək vermiş, çıxarılan əsərlərin sərgilənməsi üçün Antaliya və Side muzeylərinin qurulmasına nail olmuşdur. Türkiyənin ilk arxeoloqlarından olan Əziz Oğanın qızı, zamanın öndə gələn elm adamlarından olan Mustafa İnanın həyat yoldaşıdır. == Həyatı == 1914-cü ildə arxeoloq Əziz Oğanın ailəsində doğuldu. Anası Məsturə xanım idi. Orta məktəbə Ərənköy Qız Liseyində başladı. Atasının məsləyi ilə əlaqədar gəzintilərinə qatılaraq arxeologiya ilə tanış oldu.Aleksandr von Humbolt vəqfinin təqaüdü ilə arxeologiya üzrə oxumaq üçün Almaniyaya getdi. Bir il sonra da Türkiyə dövlətinin təqaüdünü qazandı. 1935–1943-cü illəri arasında arxeologiya üzrə bakalavr və doktorluq dərəcələrini Berlin və Münhen Universitetlərində tamamladı. 1943-cü ildə professor Rodenvaltın yanında "Kunstgeschichtliche Untersuchung der Opferhandlung auf römischen Münzen" adlı doktorluq tezisi ilə doktorluğu tamamlayaraq Türkiyəyə döndü.
Keyzo İmay
Keyzo İmay (d. 19 noyabr 1950) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 29 oyun keçirib.
Məlik İsay
Məlik İsay (1720-1781) — Dizaq Məlikliyinin bilinən 3-cü məliyi, Məlikyeqanovlar sülaləsinin banisi Məlik Yeqanın ikinci oğlu. Qafqaz Albaniyası dövlətinin qurucuları olan qafqaz mənşəli alban. Məlik İsay 1745-ci ildə qardaşı Məlik Aramın ölümündən sonra məliklik vəzifəsinə keçmişdir. Məlikliyi dövründə Qarabağ xanı İbrahimxəlil xan ilə çəkişməyə girir və 1781-ci ildə öldürülür. Onu Dizaq Məlikliyinin son xristyan məliyi hesab etmək olar. Məlik İsaydan sonra Məlikyeqanovlar sülaləsinin böyük bir hissəsi islamlaşır, daha sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında nəslin iki böyük nümayəndəsi Cavad bəy Məlik-Yeqanov və Xudadat bəy Məlik-Aslanov iştirak edirlər. Nəslin digər hissəsi ilə xristiyan dinində qalaraq sonradan erməniləşirlər.
Neoseiulus inak
Neoseiulus inak (lat. Neoseiulus inak) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Selçuk İnan
Selçuk İnan (10 fevral 1985, İskəndərun, Hatay ili) — Super Liqa təmsilçisi "Qalatasaray" və Türkiyə milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış etmiş türk keçmiş peşəkar futbolçu. == Həyatı == Selçuk, futbola doğulduğu şəhərin komandası olan "Karaağaç Belediyespor"-da həvəskar olaraq başlamışdı. 15 yaşındaykən seçmələrinə qatıldığı Çanaqqala Dardanelspor-da 2006-cı ilə qədər oynadı. 2005–2006 mövsümünün ilk yarısında da 15 liqa matçına çıxdıqdan sonra, dövrə arasında Ərsun Yanalın istəyi ilə dörd oyunçu və bir miqdar da pul qarşılığında Vestel Manisaspora transfer oldu. Egey komandası, eyni günlərdə Selçukla birlikdə bir başqa gənc ulduz namizədini də icarəyə almışdı, hətta bu iki gənc oyunçular sezonun sonuna qədər otaq yoldaşlığı etmişdi. Digər futbolçunun adı Arda Turan idi. 2008–2009 sezonunda əvvəlki məşqcisi Ərsun Yanal bu transferdə də baş rolu oynamış, oyunçusunu yeni komandasına gətirmışdı. Trabzonsporda 32 liqa matçında oynayaq Selçuk, 8 nömrəli formasıyla ilk çıxdığı iki matçda iki qol ataraq mövsümə əla başladı. Qalan matçlarda sadəcə bir dəfə qol ata bilən Selçuk, o qolla da komandasının liqa tarixindəki 2000-ci qolunun altına adını yazdıracaqdı. Selçuk İnan, karyerasının ən yaxşı oyununu heç şübhəsiz 2011-ci ildə keçirdi.
Seyfəddin İnal
Malik Əşrəf Seyfəddin Əbu Nasir İnal əl-Əlai əz-Zahiri Nasiri əl-Əcrud (Səyfəddin İnal ya da Seyfəddin Aynal; 1380, Qahirə – 26 fevral 1461, Qahirə) — 1453–1461-ci illər arasında Misirin 13-cü Burci Məmlük sultanı. Seyfəddin İnal 1381-ci ildə Qahirədə çərkəz tacir ailəsində anadan olmuşdur. Əvvəlcə ona "əl-Əlai" adını verən tacir Ələddin tərəfindən alınmışdır. Sonra isə Burci xanədanının qurucusu Sultan əz-Zahir Barquqa satdı. Barquq ilə xidmət etdiyi müddətdə İnal hərbi hazırlıq keçdi.
Sinay palimpsesti
Sinay palimpsestləri — 1975-ci ilin 25 mayında Müqəddəs Yekaterina Monastırında tapılmış Qafqaz albanlarının dilindəki ən qədim yazılı mənbəni özündə əks etdirən əlyazmalar toplusu. == Kəşfi == 1759-cu ildə Pyemont-Sardiniya kralı III Karl Emmanuel tərəfindən şərqə elmi ekspedisiyaya göndərilmiş, Turin Universiteti professoru Vitaliano Donatinin 1761-ci ildə yazılmış gündəliyində Misirin Sinay yarımadasındakı Müqəddəs Yekaterina monastırında tərk edilmiş əlyazmalar barədə qeydlərə rast gəlinir. 30 noyabr 1971-ci ildə monastırının şimal divarında, Müqəddəs Georgi şapelində yanğın olmuş və 1975-ci ilin may ayında bu yanğından əmələ gəlmiş dağıntını aradan qaldırmaq üçün restavrasiya işləri başlanmışdı. Restavrasiya zamanı monastırın arximandriti Sofronius tərəfindən torpağın altındakı bir boşluqda gizlədilmiş həmin 1100 qədim əlyazma tapılmışdır. Əlyazmalarda ərəbcə, asoruca, efiopca, qədim slavyan dilində nümunələr vardır. Bundan əlavə erməni dilində olduğuna inanılan 142 əlyazmanın 1984-cü ildə II İliya tərəfindən əslində gürcü dilində yazıldığı təsdiq edilmişdi. == Alban əlifbalı mətnlərin tapılması == 1990, 1994, 1996 və 2000-ci illərdə aparılmış tədqiqatlarda gürcü tədqiqatçı Zaza Aleksidze əlyazmalardan birinin X əsrdə yazılmış, Tur şəhərinin yepiskopu Müqəddəs Qriqorinin müəllifi olduğu "Müqəddəs Ataların həyatı" (lat. Vita Patrum) gürcücə tərcüməsinin üzərində araşdırma apararkən mətnin alt qatında fərqli əlifbada başqa bir mətnin daha olduğuna fikir verir. Sin. Geo.
Sinay palimpsestləri
Sinay palimpsestləri — 1975-ci ilin 25 mayında Müqəddəs Yekaterina Monastırında tapılmış Qafqaz albanlarının dilindəki ən qədim yazılı mənbəni özündə əks etdirən əlyazmalar toplusu. == Kəşfi == 1759-cu ildə Pyemont-Sardiniya kralı III Karl Emmanuel tərəfindən şərqə elmi ekspedisiyaya göndərilmiş, Turin Universiteti professoru Vitaliano Donatinin 1761-ci ildə yazılmış gündəliyində Misirin Sinay yarımadasındakı Müqəddəs Yekaterina monastırında tərk edilmiş əlyazmalar barədə qeydlərə rast gəlinir. 30 noyabr 1971-ci ildə monastırının şimal divarında, Müqəddəs Georgi şapelində yanğın olmuş və 1975-ci ilin may ayında bu yanğından əmələ gəlmiş dağıntını aradan qaldırmaq üçün restavrasiya işləri başlanmışdı. Restavrasiya zamanı monastırın arximandriti Sofronius tərəfindən torpağın altındakı bir boşluqda gizlədilmiş həmin 1100 qədim əlyazma tapılmışdır. Əlyazmalarda ərəbcə, asoruca, efiopca, qədim slavyan dilində nümunələr vardır. Bundan əlavə erməni dilində olduğuna inanılan 142 əlyazmanın 1984-cü ildə II İliya tərəfindən əslində gürcü dilində yazıldığı təsdiq edilmişdi. == Alban əlifbalı mətnlərin tapılması == 1990, 1994, 1996 və 2000-ci illərdə aparılmış tədqiqatlarda gürcü tədqiqatçı Zaza Aleksidze əlyazmalardan birinin X əsrdə yazılmış, Tur şəhərinin yepiskopu Müqəddəs Qriqorinin müəllifi olduğu "Müqəddəs Ataların həyatı" (lat. Vita Patrum) gürcücə tərcüməsinin üzərində araşdırma apararkən mətnin alt qatında fərqli əlifbada başqa bir mətnin daha olduğuna fikir verir. Sin. Geo.
Sinay yarımadası
Sina Yarımadası (ərəb. سيناء‎) - Misirdə yerləşən yarımada. Sina Yarımadası şimaldan Aralıq dənizi və cənubdan Qırmızı dəniz ilə əhatə olunmuşdur. Yarımada 60.000 km² əraziyə malikdir.
Səlcuq İnan
Selçuk İnan (10 fevral 1985, İskəndərun, Hatay ili) — Super Liqa təmsilçisi "Qalatasaray" və Türkiyə milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış etmiş türk keçmiş peşəkar futbolçu. == Həyatı == Selçuk, futbola doğulduğu şəhərin komandası olan "Karaağaç Belediyespor"-da həvəskar olaraq başlamışdı. 15 yaşındaykən seçmələrinə qatıldığı Çanaqqala Dardanelspor-da 2006-cı ilə qədər oynadı. 2005–2006 mövsümünün ilk yarısında da 15 liqa matçına çıxdıqdan sonra, dövrə arasında Ərsun Yanalın istəyi ilə dörd oyunçu və bir miqdar da pul qarşılığında Vestel Manisaspora transfer oldu. Egey komandası, eyni günlərdə Selçukla birlikdə bir başqa gənc ulduz namizədini də icarəyə almışdı, hətta bu iki gənc oyunçular sezonun sonuna qədər otaq yoldaşlığı etmişdi. Digər futbolçunun adı Arda Turan idi. 2008–2009 sezonunda əvvəlki məşqcisi Ərsun Yanal bu transferdə də baş rolu oynamış, oyunçusunu yeni komandasına gətirmışdı. Trabzonsporda 32 liqa matçında oynayaq Selçuk, 8 nömrəli formasıyla ilk çıxdığı iki matçda iki qol ataraq mövsümə əla başladı. Qalan matçlarda sadəcə bir dəfə qol ata bilən Selçuk, o qolla da komandasının liqa tarixindəki 2000-ci qolunun altına adını yazdıracaqdı. Selçuk İnan, karyerasının ən yaxşı oyununu heç şübhəsiz 2011-ci ildə keçirdi.
Tadaşi İmay
Tadaşi İmay (8 yanvar 1912, Tokio[d] – 22 noyabr 1991[…], Tokio[d]) — yapon rejissoru, Beynəlxalq Sülh mükafatı laureatı (1951). == Həyatı == Tadaşi İmay 1939-cu ildən kinoda fəaliyyət göstərirdi. Ən yaxşı filmləri: "Xalqın düşmənləri (film, 1949)", "Hər halda yaşayırıq (film, 1951)", "Gündüz çağı zülmət (film, 1956)", "Düyü (film, 1957)" , "Qisas (film, 1964)". Tadaşi İmayın filmlərində Yaponiyanın ümumi ictimai problemləri - ağır, üzücü əmək, işsizlik və başqa məsələlər öz əksini tapmışdır. == İstinadlar == == Xarici keçidlər == Tadashi Imai — IMDb səhifəsi Тадаси Имаи (yap.) на сайте Japanese Movie Database.
Takaşi İnuy
Takaşi İnui (2 iyun 1988) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 19 oyun keçirib, 2 qol vurub.
Çərkəz İnal
Çərkəz İnal, Şahzadə İnal və ya gürcü mənbələrinə görə Möhtəşəm İnal (çərkəzcə: Инал) — çərkəzlər və abxazlar tərəfindən şahzadələrin şahzadəsi adlandırılır, bunun səbəbi bütün çərkəz qəbilələrini birləşdirib Çərkəz dövlətini quraraq, bölgədəki güclü dövlətlərdən biri halına gətirməsidir. Bu dövlət onun ölümünün ardından müxtəlif hissələrə parçalanmışdır. İnaldan sonrakı dövrdə çərkəzlər Rus-Çərkəz müharibəsinə qədər birdə heç vaxt birləşə bilmədilər. İnanca görə, İnal Kabarda, Besleney, Çemguy və Hatıkuay qəbilələrinin atasıdır. İnalın ləqəbinin (Nef/Nexu) qaynağı dəqiq bilinməsə də, bəziləri bir gözünün kor olduğunu, bu səbəblə də şərq çərkəzcəsində kor mənasını verən Nef kəlməsindən gəldiyini, bizləri isə qərb çərkəzcəsində ziyalı mənasını verən sözdən gəldiyini iddia etmişdir. == Həyatı == İnaldan əvvəl Çərkəz bölgəsində bir çox ağanın bölgə hakimiyyəti, özlərinə aid suveren sinifi vardı və təşkilatlı struktur inkişaf etmişdi. Teymuri-Çərkəz döyüşlərini çərkəzlər qazansa da, bu müharibənin nəticəsində Çərkəz bölgəsi böyük dağıntılara məruz qalmışdı.Taman yarımadasında torpaq sahibi olan İnal özünə əsasən Hegayk qəbiləsindən ibarət olan ordu qrup 1400-cü illərdə məqsədinin bir çox dövlətlərə bölünmüş çərkəzləri birləşdirmək olduğunu açıqladı və mərkəzi Çərkəz bölgəsinə doğru yola çıxaraq öz dövlətini qurduğunu elan etdi, digər dövlətləri isə tək-tək himayəsinə aldı.Çərkəz zadəganları və şahzadələri İnalın yüksəlişinə mane olmaq istəsələr də, Mzımta çayı sahilindəki döyüşdə 30 çərkəz ağası İnan və dəstəkçiləri tərəfindən məğlub edildi. On ağa edam edildi, geri qalan qismi isə tabe olacaqlarına and içdikdən sonra azad edildilər. Qərb çərkəzlərinə hökm edən İnal 1434-cü ildə şərq çərkəzləri üzərinə təşkil edilən edərək, 1438-ci ildə Kuban çayının şimalına təşkil edilən hücumla Krım tatar boylarını Ten çayına qədər qovduğu səfərlər başda olmaqla, çərkəzlər yaşayan yerlərin tamamını və ya böyükbir qismini bir dövlətin hakimiyyəti altında birləşdirməyi bacardı.Dövləti 40 bölgəyə ayıran İnal hər bölgəyə bir hakim təyin etdi. İnal tərəfindən qurulan bu yeni çərkəz dövlətinin paytaxtı İnalın doğulub-böyüdüyü Taman bölgəsindı yerləşən Şencir şəhəri idi.
İlay Erkök
İlay Erkök (d. 1 oktyabr 1993, İstanbul) — Türk aktrisa. == Həyatı == İlay Erkök 1 oktyabr 1993-cü ildə İstanbulda anadan olmuşdur. İstanbul Universiteti Dövlət Konservatoriyası məzunudur. İlk olaraq 2013-cü ildə "Günəşi Beklerken" adlı serialda Demet obrazını canlandırdı. Daha sonra İnadına Aşk (2015-2016) adlı serialda, Hayatımın Aşkı (2016) adlı serialda və Çetin Çeviz 2 adlı filmdə rol aldı. 2017-ci ildə ise "Seni Gidi Seni" ve "İlk Öpücük" filmlərində rol aldı. 2018-ci ildə ise Darısı Başımıza adlı serialda "Nur" obrazını canlandırdı. 2019-cu ildən bəri Hercai adlı serialda "Yaren Şadoğlu" obrazını canlandırıyor.
İlay Uollak
Eli Vallax (ing. Eli Herschel Wallach, (d. 7 dekabr 1915, Nyu-York — v. 24 iyun 2014, Nyu-York) — ABŞ aktyoru. == Həyatı == Kino karyerasına 1956-cı ildə Baby Doll adlı filmlə başladı. Bu film ilə ən yaxşı çıxış aparan aktyor kimi BAFTA mükafatını qazandı. Kino karyerasındakı ən böyük çıxışı isə Tuco xarakteriylə "Yaxşı, pis, zalım" filmində etdi. 24 iyun 2014-cü ildə vəfat etmişdir. == Filmoqrafiya == Baby Doll (1956) The Lineup (1958) Yeddi oğru (1960) Qanuni Yeddilik (1960) The Misfits (1961) Gənc adam Hemingwayın macəraları (1962) Qərb necə qazandı? (1962) Viktorlar (1963) Birinci hərəkət (1963) Ay-Dönən adamlar (1964) Prezidəntə öpüşlər (1964) Lord Cim (1965) Çingiz xan (1965) Lalədə bir çiçəkdir (1966) Milyonu necə oğurlamaq olar?
İnab (Bostanabad)
İnab (fars. اعناب‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 438 nəfər yaşayır (77 ailə).
İnam Baxşəliyev
İnam Rasim oğlu Baxşəliyev (20 fevral 1993; Kövüzbulaq, Cəlilabad rayonu, Azərbaycan — 9 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İnam Baxşəliyev 20 fevral 1993-cü ildə Cəlilabad rayonunun Kövüzbulaq kəndində anadan olmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan İnam Baxşəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. İnam Baxşəliyev 9 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İnam Baxşəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İnam Baxşəliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İnam Baxşəliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
İnam Kərimov
İnam İmdad oğlu Kərimov (6 iyun 1977, Bakı) — Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri və hakimi (2023-cü ildən), Məhkəmə-Hüquq Şurasının sədri (24.06.2023—h.h.), A. R. sabiq kənd təsərrüfatı naziri (2018–2023), Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birinci sədri (2012–2018) == Həyatı == 1977-ci il iyunun 6-da Bakı şəhərində anadan olub. 1984-cü ildən 1994-cü ilə qədər S. C. Pişəvəri adına Humanitar fənlər Gimnaziyasında təhsil alıb. 1994–1995-ci illərdə Amerika Birləşmiş Ştatların İndiana ştatında yerləşən Riçmond Orta məktəbində təhsilini davam etdirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə qəbul olub. 1998-ci ildən 2000-ci ilə qədər Fransanın Strasburq Universitetində hüquq ixtisası üzə bakalavr təhsili alıb. 2000–2002-ci illərdə isə Sorbonna Universitetində hüquq ixtisası üzrə magistr təhsili alıb. 2013-cü ildə Sorbonna Universitetində hüquq elmləri doktoru (docteur en droit) elmi dərəcəsi alıb. İngilis, fransız, rus və fars dillərini bilir. === Ailəsi === Ailəlidir, 2 övladı var. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimlinin qardaşıdır.
İnam boğazı
İnam boğazı (rus. Надежда (Пролив)) — Sakit okeanına daxil olan Matua adasını Rasşua adasından ayırır. Oxot dənizini Sakit okeanı ilə birləşdirir. Uzunluğu 15 km, ən dar eni isə 29 km təşkil edir. Dərinliyi 500 metrə çatır. Sahilləri sıldırımlı və qayalıdır. Boğazda Severnıy (Rasşua), Poloqıy (Matua) burnuları vardır. Sahillərinə yaxın sularda çoxlu sualtı və su üstü daşlı qayalıqlar vardır. Matua adasının şimalında Zakatnıy buxtası yerləşir. Boğazın sahillərində dərinlik 1,0 m təşkil edir.
İnam intervalı
İnam intervalı - riyazi statistikada təsadüfi dəyişənin vəziyyətinin dəqiqliyinin qiymətləndirilməsinə xidmət edir. İnam intervalı araşdırılan parametr ətrafında bir sərhəd yaradır. Bu sərhəd əvvəlcədən verilmiş ehtimalla parametrin (y) həqiqi vəziyyətini əhatə edir (şəkil). Üsulun üstün cəhəti ondan ibarətdir ki, aparılan statistik analiz üçün verilmiş parametrin əhəmiyyətli olub-olmaması üzə çıxır. Analiz olunan parametrin (y ) inam intervalının ölçüsü ehtimalın (α), standart meyillənmənin ( s 2 {\displaystyle s^{2}} ) və ölçmələrin sayından (n) asılı olaraq belə təyin olunur: y ¯ ± t a σ n {\displaystyle {\overline {y}}\pm t_{a}{\frac {\sigma }{\sqrt {n}}}} burada: σ - orta kvadratik meyillənmmədir; tα-student əmsalı adlanır və α-nın qiymətindən asılı olaraq ədəbiyyatlarda cədvəl şəklində verilir. α-nın qiyməti yuxarı və aşağı sahələr arasında bərabər paylanır: (-α/2; +α/2). Statistik araşdırma zamanı inam intervalına düşən parametrlər nəzərdən atılır, çünki onların dəyişməsinin araşdırılan göstəriciyə təsiri dəqiq analiz oluna bilmir. == Mənbə == Əliyev, R. Maşınqayırma leksikonu. Bakı: Apostroff, I hissə, 2012.427 s. Şahbazov, Ə. Ehtimal nəzəriyyəsi və riyazi statistika: ali məktəblər üçün dərslik / red.
İnan ocağı
İnan ocağı —Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Alışar kəndində ziyarətgah. == Haqqında == Vaxtilə ətrafında möhrədən tikilmiş ev olub. Rəvayətə görə burada bir qoca kişi və qadın yaşayırmış. Yuxuda onlara deyiblər ki, bu yerin sahibi var, buradan çıxın. O vaxtdan qocalar evi tərk edib və həmin ev ziyarətgaha çevrilib. Onun mərkəzi hissəsində böyük bir qara daş var. Hazırda pirin binası bərpa edilməkdədir.
İnya (hərf)
𐔿 (səslənməsi: /nʲ/; transkripsiyası: N', n') — Alban əlifbasının 16-cı hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ի՛նա (Ína) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulzenin fikrincə bu hərfin adı qismən doğrudur və hərfin orijinal adı alb. 𐔼𐔿𐔰𐔼𐕆𐔴𐕚𐕒𐕡𐕎 (in'aihesun) 'barışmaq' sözünün kökündəki "İn'a" olmalıdır. Fonetik olaraq dil-diş samiti olan 𐕎 hərfinin damaqlaşdırılmış formasıdır. Bu hərf əsasən alban dilinə alınma sözlərdə istifadə edilir. Erməni tədqiqatçı Aşot Abramyan bu hərfi erməni əlifbasındakı Ի və Խ hərfləri ilə izah etməyə çalışmış və "xe" səsini ifadə etdiyini irəli sürmüşdür. Sergey Muravyev isə onun İrb hərfinin udlaqlaşmış versiyası olduğunu düşünürdü. Rəqəm dəyəri 60-dır.