Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
IPNI
Bitkilərin Elmi Adının Beynəlxalq Siyahısı (ing. IPNI — ing. International Plant Names Index) — İnternet şəbəkəsində bitkilərin latın dilində adları olan verilənlər bazasına keçidi təmin edən sayt. Vəsait botaniki nomenklatura haqqında informasiyaların standartlaşdırılması məqsədilə yaradılıb.
İori
Qabırrıçay (gürcücə İori (იორი), saxurca Q'arbi (Къарби)) - Gürcüstan və Azərbaycan ərazisində çay, Qanıxçayın (gürcücə Alazani) sol qolu. == Etimologiyası == Qabırrıçayın adı qədim yunan qədim Roma müəlliflərinin əsərlərində Kambis kimi qeyd edilmişdi. Qafqaz Albaniyasının İberiya ilə sərhədində yerləşən əyaləti də Kambisena adlanırdı. XIX əsrin ortalarına aid bəzi mənbələrdə çayın adı Qambori kimi də qeyd olunmuşdur. Bəzi tədqiqatçıların fikrincə, Qabırrı adı Albaniyanın Kamb (Kambisena) əyalətinin adının və çayın adının gürcücə variantında qorunub saxlanan "İori" / "Yori" çay adının birləşməsindən yaranmışdır. Sonralar təhrif olunaraq Qabırrı şəklinə düşən Kambiori isə "Kamb əyalətindən axan Yori, Kamb Yorisi" mənasındadır. Yori hidronimi isə bəzi Nax-Dağıstan dil və ləhçələrində (məsələn, avarca ior / or (гІор)) "çay" mənasını verən sözdən və gürcü dilində əksər isimlərin sonuna artırılan "-i" şəkilçisindən ibarətdir. Qabırrı toponiminin yayılma arealı genişdir. Şirvan düzündə Qabırrı adlı qışlaq da mövcuddur. Qabırrı eyni zamanda Şamaxı rayonundakı Quşçu kəndinin əhalisinin tirələrindən birinin adıdır.
İprit
İprit (kimyəvi adı: dixlordietilsulfid) — İprit yağlı maye halında olan maddədir. Kimyəvi təmiz iprit rəngsiz, texniki iprit isə tərkibində olan qarışıqların təsirindən tünd – qəhvəyi rəngdə, istiot və ya sarımsaq iyi verən maddədir. Xüsusi çəkisi 1,3 q/sm3 , qaynama temperaturu 2170 °C, donma temperaturu isə mənfi 140 C-dir. İprit suda çətin, yağ və üzvi həlledicilərdə isə yaxşı həll olur. Suda həll olmuş iprit normal temperaturda hidroliz olaraq tiodiqlikol və xlorid turşusu əmələ gətirir. == Toksiki xassələri == İprit orqanizmə hərtərəfli təsir göstərir. O, maye-damcı halında dəri üzərinə düşdükdə bir necə saatdan sonra (4–24 saat) dəridə qızartı əmələ gəlir, qızartı getdikcə böyüyür, 2–3 gündən sonra kiçik köplər əmələ gəlir, bu köplər getdikcə böyüyərək 3–5 gündən sonra partlayır, onun yerində yaralar əmələ gəlir və onları da uzunmüddətli müalicədən sonra sağaltmaq mümkün olur. Əgər iprit buxarları gözə düşərsə, 2–4 saatdan sonra gözlərin şişməsi, göz yaşlarının axması, işıqdan qorxma və görmə qabiliyyətinin pozulması halları baş verir. İprit buxarları tənəffüs yollarına düşdükdə 4–12 saatdan sonra zəhərlənmə halları özünü büruzə verir. Quru öskürək və səsin batması müşahidə olunur.
İri
Aşağı İri (Culfa)
Asnı piri
Asnı piri — Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qarabağlar kəndindən şimalda yerləşən ziyarətgah. Pir Asnı çayının qaynağında yerləşir. Belə ki, Asnı çayının qaynağı xalq arasında müqəddəs pir kimi ziyarət olunur. Asnı çayı ilə bağlı bir-birindən fərqli üç əfsanə qeydə alınmışdır. Əfsanələrin birində deyilir ki, Güney Azərbaycanda bir oğlan varlı bir adamın qızını istəyirmiş. Qızın adı Asnı imiş. Qızın da oğlana meyli varmış. Atası qızı başqasına vermək istəyəndə oğlanla qız qaçaraq Qarabağlar kəndi yaxınlığındakı Qalacıq adlı yerə gəlirlər. Hər tərəf meşə imiş. Onların yeməyi, suyu qurtardığından oğlan su axtarmağa gedir və meşədə azır.
Aza piri
Aza piri — Ordubad rayonunda, Aşağı Aza kəndinin şimal-şərqində orta əsrlərə aid ziyarətgah. == Haqqında == Pirin içərisindəki kitabə və ətraf qəbiristanda qalmış kitabələr tarixi əhəmiyyətli abidə kimi diqqəti cəlb edir. Pirin keçmiş görkəmindən, yəni orada mövcud olmuş binalardan əsər əlamət qalmamışdır. Aşkar olunmuş üç qoç daşdan ikisi yazısızdır, başı sınmış üçüncü abidənin yan tərəflərində ərəbcə kitabədə yazılmışdır: "Onun sahibi Səfərdir. Səkkiz yüz yetmiş yeddinci il (1472/73)". Pirin giriş qapısının sağ və solundakı iki məzar daşı inşaat materialı kimi işlənmişdir. Daşların çoxu hörgüdə qalmışdır. Tədqiqatlar nəticəsində vaxtilə pirin ətrafında qəbiristanlıq olduğu aydınlaşdırılmışdır. İçəridə qəbirüstü sinə daşının üzərində həkk olunmuş çatma tağlı taxça hissəsində kitabə motivi – Qurandan ayələr, aşağı hissədə isə süls elementli nəsx xəttilə ərəbcə kitabədə "… əzəmətli … mömin … Mövlana Şəmsəddin Məhəmməd səkkiz yüz doxsan ikinci il zilhiccə ayında fani dünyadan əbadi dünyaya köçdü…". Zilhiccə 892 (18.
Ağoğlan piri
Ağoğlan türbəsi — Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Sədərək kəndindən şimalda yerləşən ziyarətgah. Yerli əhalinin məlumatına görə, Seyid Pərinin qəbri üzərində tikilmişdir. Seyid Pəri və оnun оğlu Ağоğlanla bağlı xalq arasında əfsanə vardır. Əfsanəyə görə, Ağоğlan bədniyyətli dərvişi öldürərək əhalinin firavan yaşayışını və rahatlığını təmin etmişdir. Bu ərazi xalq tərəfindən müqəddəs sayılaraq ziyarət edilir. Qəbirüstü abidə günbəzlə tamamlanan çоxüzlü prizma fоrmasındadır. Türbənin girişi cənubdandır. Üzlərində tağ şəkilli pəncərələri var. Ziyarətçilər dilək tutaraq şam yandırıb türbənin divarlarında оyuqlara qоyurlar. Türbənin ətrafındakı bulağın da suyu müqqəddəs və şəfaverici hesab edilir.
Ağqızoğlu Piri
Ağqızoğlu Piri (XVIII əsr – Şuşa)— Azərbaycanın XVIII əsr şairlərindən biri. M.P. Vaqif və M.V. Vidadinin müasiri olmuş, onlarla yaxın əlaqə saxlamışdır. Heca vəzni ilə yazılmış şeirləri vardır. Əsərləri çap edilməmişdir.
Ağzirət piri
Ağzirət piri — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yuxarı Yaycı kəndindən şərqdə yerləşən ziyarətgah. Mütəxəssislər Ağzirət pirini e.ə. III-II minilliklərə aid edirlər. Pir təbii qayalığın içərisində olan oyuqda yerləşir. Pirin olduğu təbii oyuğa şimal tərəfdən salınmış dar cığırla getmək mümkündür. Təbii qayalığın içərisi xalça və palazla döşənmiş və ziyarətgaha çevrilmişdir. Təbii qayanın bəzi qisimləri yonularaq şam və çıraq qoymaq üçün yer düzəldilmişdir. Ziyarətçilər tərəfindən çıraq və şam yandırıldığı üçün pirin tavanı tamamilə qaralmışdır. Pirin içərisində bir ədəd orta əsrlərə aid çırağın və müxtəlif keramika parçalarının olduğu müəyyən edilmişdir. Pirin aşağı mərtəbəsində təbii mağaranın içərisindən su damır, onun qarşı sında isə tut ağacı var.
Bibqətəl piri
Bibqətəl piri — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gəmiqaya ərazisində yerləşən ziyarətgah. Ziyarətgah Gəmiqayanın cənub-şərqində Nazağa adlanan yerin cənub tərəfindədir. Yerli əhali arasında Bibiqətəl, Bibiqətl – "Bibinin qətlə yetirildiyi yer" kimi də adlandırılır. Buraya ilin yay fəslində – iyul ayında gələr, gecəni orada qalar, sübh çağı otların üzərinə düşən səhər şehindən üzlərinə sürtər və ətrafa su səpərlər. Ona görə də buraya ziyarətə gəlinən günə və həyata keçirilən mərasimə "susəpən" deyirlər. Bundan sonra ziyarətgaha gələnlər musiqi sədaları altında Gəmiqayaya doğru hərəkət edər və hamı bir yerə cəmləşər. Orada xüsusi bayram yeməkləri hazırlanar, şənlik başlanardı. Aşıq məclisi təşkil olunar, yallı oynanılar, at yarışı keçirilərdi. Burada küsülülər barışdırılar, oğlanlar gül-çiçək verməklə istədikləri qızlara könüllərini açardılar. Zaman keçdikcə ziyarətgah insanların yaylağa köçməsilə bağlı olmuş, yurdlara gələnlər ilk öncə bu piri ziyarət etmişlər.
Buğakar piri
Buğakar piri — Zəngəzur mahalının Meğri rayonunun Buğakar kəndi ərazisində müsəlman ziyarətgahı. Azərbaycan memarlığı üslubunda inşa edilib. == Haqqında == Buğakar kəndi adını IX əsrdə yaşamış sərkərdə Buğa Əl-Kəbirin adından almış, ziyarətgah isə kəndin adı ilə "Buğakar ziyarətgahı" kimi tanınmışdır. O, xalq arasında Sultan Seyid Əhməd məqbərəsi kimi də tanınır. == Tarixi == Buğakar kəndində qədim dövrlərdən azərbaycanlılar yaşamış, 1939-cu ildə isə kənd ermənilər tərəfindən ləğv edilərək əhalisi ermənilər yaşayan Lehvaz kəndinə köçürülmüşdür. Buna baxmayaraq, Buğakar piri ətraf kəndlərin azərbaycanlı əhalisi üçün ziyarətgah olaraq qalmışdı. Bölgədəki azərbaycanlılar 1988-ci ildə zorla qovulduqdan sonra bu abidə ermənilər tərəfindən dağıdılmışdır.
Dilək piri
Dilək piri — Culfa rayonunun Qazançı kəndinin cənubunda, kəndin içərisində ziyarətgah. Pir daşdan tikilmiş bir оtaqlı binadan ibarətdir. Girişi cənub tərəfdəndir. Şərq tərəfə baxan bir pəncərəsi, qərb divarının içəri tərəfində bir dördkünc fоrmalı taxçası vardır. Binanın interyeri sadə оlub gəclə suvanmışdır. Binanın fasadında kiçik həcmli üçbucaq fоrmalı taxça vardır. Taxça hisdən qaralmışdır. Taxçada çıraq, ya da şam yandırılır, daş yapışdırmaqla niyyət edilir. Binanın içərisi İslam dininin müqəddəs şəxsiyyətlərinin şəkilləri və dini mоtivli digər rəsmlərlə bəzədilmişdir. Pirin indiyədək saxlanmış tikintiləri XIX əsrə aid оlsa da, ətrafdan aşkar оlunan şirli və şirsiz saxsı məmulatı оnun Erkən Оrta əsrlərdən fəaliyyət göstərdiyini deməyə əsas verir.
Düylün piri
Düylün piri — Ordubad rayonunun Düylün kəndində ziyarətgah. Naxçıvan bölgəsində əhalinin hörmət və ehtiramla ziyarət etdiyi ziyarətgahlardan biri də Düylün piridir. Bu pir Ordubad şəhərindən təxminən 20 km qərb tərəfdə yerləşən Düylün cənubunda yerləşir. Ətrafı geniş qəbiristanlıq olan pi¬si binası çiy kərpicdən inşa edilmişdir. Binanın içərisində ziyarət obyekti olan qəbir vardır. Qəbirin üstü təxminən 20 sm hündürlükdə hörülmüş və palçıqla suvanmışdır. Üstündə heç bir yazılı abidə yoxdur. Qəbirin üzərində kitabə olmadığı üçün onun mənsubiyyətini aydınlaşdırmaq mümkün olmamışdır. Ancaq el arasında olan fikirlərə görə bu pirdə şiələrin VII imamı Museyi Kazımın övladlarından Seyyid Şəffan (Səfi) dəfiı olun¬muşdur. Ehtimal etmək olar ki, ataları Museyi Kazımın zəhərlənib öldürülməsindən sonra canlarını qurtarmaq üçün müxtəlif yerlərə qaçan övladlarından biri olan Seyyid Şəffan (Səfi) bu qaziyə gəlmiş və orada yaşamışdır.
Hadiqaib piri
Hadiqaib piri - Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda ziyarətgah. Hаdiqаib yаşаyış yеrində оlаn аrmud аğаcınа sitаyiş еdilməsi müхtəlif şəkildə həyаtа kеçirilir. Birinci növ sitаyişdə аrmud аğаcının budаqlаrınа müхtəlif rəngli pаrçаlаr bаğlаnılır. İkinci növ nəzirlərin vеrilməsi və qurbаn kəsilməsidir. Sоnuncuyа хüsusilə üstünlük vеrilir. Ахurа kənd əhаlisi qurаqlıq bаş vеrdikdə Hаdiqаib pirinin yаnındа qurbаn kəsir və аllаhа duа еdərək yаğış göndərməsini хаhiş еdir və yаlvаrırlаr.
Havuş piri
Havuş piri — Şərur rayonunun eyniadlı kəndinin şimal-şətq qurtaracağında, sıldırım qayalar arasında ziyarətgah. Dərinliyi 15 m-dən artıqdır. Eni 3, bəzi yerlərdə 4 m-dir. Giriş hissəsi tağvarı formadadır. İçərisində cızma və qazma üsulu ilə həkk edilmiş əli nizəli döyüşçü rəsmləri var. Mağarada 1x1 m ölçüdə təmizləmə işi aparılmış, 40 sm dərinlikdə insan skeletləri aşkar edilmiş, 1 m dərinlikdən iti uclu qara rəngli silah sınığı tapılmışdır. Qədim insan məskəni olması ehtimal edilən mağaranın pirə çevrilməsi əcdadlara və onların ruhlarına olan inamlarla bağlıdır. Buradakı tək armud ağacından da pir kimi istifadə edilir; övladı olmayan qadınlar ağacın budaqlarından nənni asır və arzularını diləyirlər. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh.155.
Həzrətbaba piri
Babadağ — Quba və İsmayıllı rayonu ərazisində yerləşən, Böyük Qafqaz dağlarının cənub şərqində qərar tutan ən hündür zirvələrindən biri, ziyarətgah. == Ümumi məlumat == Dəniz səviyyəsindən 3632 metr hündürlükdə yerləşən Babadağdan Qaraçay, Vəlvələçay və Girdimançay çayları başlanır. İlin çox vaxtı qarla örtülü olur. == Adının mənası == Babadağ oronimi Azərbaycan dilindəki "baba" (hörmət bildirən titul mənasında) sözündəndir.>. == Həzrətbaba piri == Babadağ ziyarətgah yeridir və "Həzrətbaba piri" də adlanır. Keçmişdə Quba, İsmayıllı, Qəbələ və başqa rayonlardan gəlib bu piri ziyarət edirdilər. Rəvayətə görə, bu pir vaxtilə Şabranda rəncbər olmuş bir nəfər şəxsin qəbridir. O, bir dəfə plov yeyərkən təsadüfən bir düyünü taptalamış və bunu böyük günah sayaraq həmin dağa qalxmış və orada vəfat etmişdir. Başqa bir rəvayətə görə, Həzrət Baba Səudiyyə Ərəbistanında yaşayırmış. Sonralar söhbət gedən məkana gəlib.
Kilit piri
Kilit piri — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kilit kəndindən cənubdada, təpənin üzərində ziyarətgah. Girişi şərqdəndir. Dördkünc formalı kiçik binadan ibarətdir. Divarında kiçik dördkünc formalı taxçalar var. Taxçalarda orta əsrlərə aid çıraqlar qoyulmuşdur. Pirin mərkəzi hissəsində bir qəbir var. Araşdırmalar zamanı pirin ətrafından orta əsrlərə aid keramika məmulatı aşkar olunmuşdur.
Miranşah piri
Miranşah piri — Naxçıvan Muxtar Respublikası Babək rayonunun Qaraqala kəndindənndən şərqdə, hündür təpənin ətəyində yerləşən ziyarətgah. == Tarixi == Pir vaxtilə qayanın təbii oyuğunda olmuş və daş inancı ilə bağlı olmuşdur. Pirin içərisi düzgün olmayan dördbucaqlı formaya malikdir. Onun içərisində müsəlman adəti ilə dəfn aparılmış iki qəbir vardır. Baş daşlarında yazı yoxdur. Hazırda pir bərpa olunmuş və onun üzərində müsəlman məscidlərinə bənzəyən monumental abidə tikilmişdir. Pirin içərisi sütunlu olub, əsasən, iki hissəyə bölünmüşdür. Pirin silindrik formalı iki minarəsi və günbəzi aypara təsvirləri ilə tamamlanmışdır. Pirin fasadında iki qapısı və üç pəncərəsi vardır. Onlar varımdai- rəvi tağlarla tamamlanmışdır.
Oxud piri
Oxud piri — Şəki rayonunun Oxud kəndində, meşənin içərisindəki köhnə qəbiristanlıqda ziyarət yeri. == Məzmun == Ziyarət yerindəki çaylaq daşlarından düzəldilmiş başdaşlarına həkk olunmuş yazılar - kitabələr göstərir ki, dəfn olunanların ziyarətgahın meydana çıxması tarixi ilə heç bir əlaqəsi yoxdur. Ziyarət olunan məzarlardan biri hicri 1105 (1693/1694)-cü ildə vəfat etmiş Ruqiyə adlı qadına məxsusdur. O, Məhəmməd Əmin Əfəndinin qızıdır. İkinci qəbrin başında kitabədən məlum olur ki, hicri 1141 (1728/1729)-ci ildə vəfat etmiş Əhməd ibn Əlinin adı yazılmışdır. Üçüncü qəbr abidəsi baş əmir Sultan Məcid ibn əl-X-l-u bəyə məxsusdur. O, 1149 (1736/1737)-cu ildə vəfat etmişdir. Bu abidələr kitabələrin mətninə görə pirin meydana çıxmasını, onun əsasını qoyan Şeyxin adını bildirməsə də, hər halda onun fəaliyyətinin XVII əsrdən əvvələ aid etməyə imkan verir.
Oxut piri
Oxud piri — Şəki rayonunun Oxud kəndində, meşənin içərisindəki köhnə qəbiristanlıqda ziyarət yeri. == Məzmun == Ziyarət yerindəki çaylaq daşlarından düzəldilmiş başdaşlarına həkk olunmuş yazılar - kitabələr göstərir ki, dəfn olunanların ziyarətgahın meydana çıxması tarixi ilə heç bir əlaqəsi yoxdur. Ziyarət olunan məzarlardan biri hicri 1105 (1693/1694)-cü ildə vəfat etmiş Ruqiyə adlı qadına məxsusdur. O, Məhəmməd Əmin Əfəndinin qızıdır. İkinci qəbrin başında kitabədən məlum olur ki, hicri 1141 (1728/1729)-ci ildə vəfat etmiş Əhməd ibn Əlinin adı yazılmışdır. Üçüncü qəbr abidəsi baş əmir Sultan Məcid ibn əl-X-l-u bəyə məxsusdur. O, 1149 (1736/1737)-cu ildə vəfat etmişdir. Bu abidələr kitabələrin mətninə görə pirin meydana çıxmasını, onun əsasını qoyan Şeyxin adını bildirməsə də, hər halda onun fəaliyyətinin XVII əsrdən əvvələ aid etməyə imkan verir.
Piri Məmmədov
Piri Məmmədov (25 yanvar 1940, Alıkənd, Göyçay rayonu – 25 dekabr 2008, Bakı) —Azərbaycan Respublikasının əməkdar jurnalisti,5 may 1977-ci ildə "Qızıl qələm" mükafatına layiq görülüb == Həyatı == Piri Məmmədov 1940-cı il yanvarın 25-də Azərbaycan SSR-də, Göyçayın Alı kəndində anadan olub,Əmək fəaliyyətinə 1965 ildə “Azərbaycan gəncləri” qəzetində başlayıb. Daha sonra S.M.Kirov adına ADU-nun (indiki BDU) Jurnalistika fakültəsini bitirib (1969). 1978 ildən “Kommunist” qəzetində şöbə müdiri vəzifəsində çalışıb. 1992 ildən fəaliyyətini “Xalq qəzeti”ndə davam etdirən Məmmədov 1996 ildən ömrünün sonunadək “Respublika” qəzetində “Sosial problemlər” şöbəsinin müdiri vəzifəsində çalışıb. 1977 ildə “Qızıl qələm” mükafatı ilə təltif edilib.2008-ci il dekabrın 25-də Bakıda vəfat edib.
Piri Quliyev
Piri Dostməmməd oğlu Quliyev və ya Usta Piri (2 (14) mart 1869, Əmircan, Bakı qəzası – 5 avqust 1951, Bakı) — Azərbaycan neftçisi, qazma ustası, Əmək Qəhrəmanı. == Həyatı == 2 mart 1869-cu ildə Əmircanda doğulub. 1885-ci ildən bəri Bakı Neft Şirkətinin barel istehsalında işləyən, 1887–1904-cü illərdə əsas işçi, köməkçi qazma ustası, Balaxanı və Suraxanı neft yataqlarında qazma ustası, 1904-cü ildən Bakı neft şirkətinin baş qazma ustası. 1917–1920-ci illərdə Bakı şəhərində inqilabi fəaliyyətdə fəal iştirak etmişdir. İnqilab zamanı Bakı neft yataqlarında işləyən avadanlıq praktik olaraq məhv edilib və Piri Quliyev bütövlükdə respublikanın neft sahələrində və neft sənayesində qazma işlərinin bərpası üçün böyük işlər gördü. 1924–1926-cı illərdə ABŞ-yə işgüzar səfərə çıxmışdı. Amerikaya gəldikdən sonra, Signal Hill-də qazma müqaviləsi hazırlayıb, daha sonra Torrens neft yataqlarında, St Paul, Midfest-Rifaineri və Oklahoma şəhərində işləmişdir. Piri Quliyev SSRİ-yə ABŞ-nin neftçilərindən öyrəndiyi fırlanan qazma texnikasını gətirdi. 1926-cı ildən — "Azneft" MMC-nin yeni yataqlarının kəşfiyyat şöbəsinin müdiri. Balaxanı və Sabunçu quyuslarının əsas inkişaf etdiricilərindən biri Qala və Qaraçuxur yatağlarının kəşf edilməsi və istismara verilməsi istiqamətində aktiv iştirak etmişdir.
Piri Rəis
Piri Rəis (türk. Piri Mühiddin Rəis; 1470, Karaman və ya Gelibolu yarımadası, Mərmərə regionu – 1554, Qahirə) — Bəzi məlumatlara görə əsl adı Piri Mühiddin Rəisdir. Böyük Türk dənizçisi və coğrafiyaçısı. == Həyatı == Əslən Osmanlı türkü olan Piri Rəis 1465-ci ildə Geliboluda anadan olmuş, 1554-cü ildə Qahirədə vəfat etmişdir. Hacı Mehmedin oğlu olan Piri Rəis əmisi Kamal Rəisin yanında və nəzarəti altında dənizçilik fəaliyyətinə başlamışdır. Əmisinin vəfatından sonra Barbarosun yanında çalışan Piri Əndəlüs müsəlmanlarının ispanlardan azad olunmasında və 1517-ci ildə Sultan Səlimlə (1512–1520) birlikdə Misirin fəthində iştirak etməklə, həmçinin Nil hövzəsinin xəritəsinin tərtibini də başa çatdırmışdır. == Xəritələri və əsərləri == Admiral Piri Rəis məşhur bir dənizçi olduğu kimi, həm də gözəl xəritə tərtibatçısı idi. Topladığı bilik və məlumatlara əsasən məşhur olan iki xəritəsi və "Kitabi Bəhriyyə" əsəri ilə dünyada əvəzolunmaz bir şəxsiyyətə çevrilmişdir. Məşhur dənizçi-coğrafiyaşünas tərtib etdiyi xəritələri və kitabı öz imzası ilə 1517-ci ildə Yavuz Sultan Səlimə təqdim etmişdir. Əsərin təqdimatında – "Hind və Çin dənizçiləri haqqında heç kim bu günə qədər Osmanlı ölkəsinə belə zəngin məlumat verməmişdir" kimi deyilən sözlər onun nə dərəcədə əhəmiyyətli olmasına əyani sübutdur.
Piri Torpağı
Piri Torpağı (dan. Peary Land) — Yarımada Qrenlandiyanın şimal qutaracağında Viktoriya-Ford və İndependes-Ford körfəzləri sahillərində yerləşir. Yarımada şimalından Linkoln dənizi və Şimal Buzlu okeanın suları yuyur. Yarımadanın qərbdən şərqə uzunluğu 375 km təşkil edir. Ərazi dağlıqdır və ən hündür zirvə 1920 m təşkil edir. Sahilləri parçalıdır və fiordlarla zəngindir. Ən iri fiord Frederik-Hayd-Frorddur. Qərb sahillərində buzlaqlar vardır. Yarımadada Qrenlandiyanın ucqar şimal nöqtəsi olan Morris-Cesul burnu yerləşir. Yarımada ABŞ qütb araşdırmaçısı Robert Pirinin şərəfinə adlandırılmışdır.
Piri kəndi
Piri kəndi (Kəleybər)
ИХР-388 aşqarı
ИХП-388 aşqarı – tiofosfinat tipli coxfunksiyalı polimer aşqardır. == Xassələri == ИХП-388 aşqarı yüksək yuyucu-dispersləşdirici, antikorroziya, antioksidləşdirici və neytrallaşdırıcı xassələr daşıyır. Digər aşqarlardan fərqli olaraq, ИХП-388 aşqarı yağların özlülük indeksinin qiymətini 5–12 vahid artırır, yüksək hidrolitik davamlılığa malikdirdir. == Alınması == ИХП-388 aşqarı ilk dəfə izobutilen-stirol birgə polimerinin (və ya poliizobutilenin, daha sonra isə poliheksen-stirol birgə polimerinin) fosforkükürdləşdirilmiş məhsulunun alkilfenolla qarışığının maqnezium oksidlə neytrallaşmasından alınmışdır, sonra isə barium, kalsium və sink duzları da sintez edilmişdir. ИХП-388 aşqarının sintezi texnologiyası AMEA Ə. M. Quliyev adına Aşqarlar Kimyası İnstitutunda işlənib hazirlanmışdır. ИХП-388 aşqarı almaq üçün istifadə olunan polimerin molekul kütləsi 600–800 hədləri arasındadır. ИХП-388 aşqarınin əsas göstəriciləri: küllülük – 7–10%, kükürdün miqdarı – 2,5–3,0%, fosforun miqdarı – 1,5–1,7%. == Tətbiqi == ИХП-388 aşqarı avtomobil və dizel yağlarının istismar xassələrini yaxşılaşdırmaq üçün nəzərdə tutulmuşdur. Motor yağlarının ИХП-388 aşqarının istifadəsi ilə karbürator və dizel mühərriklərində sınaqları göstərdi ki, bu aşqar yağların istismar xassələrini xeyli yaxşılaşdıraraq mühərrikin hissələrinin təmizliyini qoruyur, yeyilməsini və karbon əmələ gəlməsini azaldır, nəticədə isə mühərrikin işinin etibarlılığı və uzunmüddətliliyi artmış olur. Çoxfunksiyalı ИХП-388 polimer aşqarından istifadə edilməklə müasir güclü dizel və karbürator mühərriklərində istifadə olunan yağlar üçün effektiv aşqar kompozisiyası yaradılmışdır.