irəliləmək
irq
OBASTAN VİKİ
İri arıquşu
İri arıquşu (lat. Parus major) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinin arıquşu cinsinə aid heyvan növü.
İri fındıq
İri fındıq (lat. Corylus maxima) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü. Tərkibində 70 % piyli yağ, 9, 6 % şəkər, dəmir duzu, B1 vitamini, qabığında isə boyayıcı və aşı maddələri vardır. Fındıq ləpəsindən sidik yolunda daş əmələ gəldikdə ağrıkəsici vasitə kimi istifadə olunur. Revmatizm xəstəliyinin müalicəsində, həmçinin orqanizm qüvvətdən düşdükdə və ya ümumi zəiflik yarandıqda fındığı bala qatıb yemək faydalıdır. Omeqa 3 qaynağı olduğu üçün ürəyin və damarların dostudur, təzyiqi salır, şəkər xəstələrində ürək xəstəliyi riskini azaldır. E vitamini ilə zəngin olan fındıq tez yaşlanmağın qarşısını alır, yaraların tez sağalmasına kömək edir, prostat xərçəngindən qoruyur. Fındıqda olan B5 vitamini stresi ardan qaldırmağa yardım edir, immuniteti gücləndirir. Tərkibindəki B9 vitamini isə damar sərtliyi, infarkt, iflic riskini azaldır, qırmızı qan hüceyrələrini yaradır. Fındıq borla zəngin olduğundan sümükləri gücləndirir.
Qoz iri mənənəsi
Qoz iri mənənəsi - (lat. Pterocallis juglandis) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin mənənələr fəsiləsinə aid olan növ. Qoz iri mənənəsi 4 mm-ə qədər böyüklükdə olub, sarımtıl limon rəngdədir. Qanadlı fərdlərdə baş və döş tutqundur. Bığcıqlar altıbuğumludur. Bədəninin üst hissəsində iki cərgədə girdə ləkələr düzülmüşdür. Qoz iri mənənəsi partegenotik yolla çoxalır. Kütləvi çoxalma halına may-iyun aylarında təsadüf olunur. Azərbaycanda il ərzində verdiyi nəslin miqdarı dəqiqləşdirilməmişdir. Qolarktika, Asiyanın hər bir ölkəsi, Azərbaycan, Qafqaz.
Qobi iri qəhvəyi yarasası
İri
Aşağı İri (Culfa)
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti — Azərbaycan Respublikasında su təchizatı sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən, mərkəzləşdirilmiş qaydada istehlakçıları içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən dövlət şirkətidir. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. 5 noyabr 2020-ci ildən 30 mart 2023-cü ilə qədər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olub. ASC 30 mart 2023-cü ildə əmlakları ilə birlikdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib. Bakı şəhəri icməli su ilə XX əsrin müxtəlif dövrlərində tikilmiş kəmərlər vasitəsilə 4 mənbədən təchiz olunur – Şollar və Xaçmaz yeraltı suları, Ceyranbatan su ambarı və Kür çayı, lakin 80 illərin sonu – 90-cı illərin əvvəllərində baxımsızlıq nəticəsində su təchizatı sistemində ciddi çətinliklər yaranmışdır. 1993-cü ildə ölkədə sabitlik bərqərar olunduqdan sonra qarşıda duran əsas vəzifə iqtisadiyyatın bir çox sahələrində olduğu kimi, su təchizatı sistemindəki çətinlikləri də aradan qaldırılmaqdan ibarət idi. İlk növbədə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının yaşayış məntəqələrinin içməli su ilə təchizatının yaxşılaşdırılmasına imkan verə biləcək bir qurumun yaradılmasına başlandı. Bununla əlaqədar olaraq, iki sabiq dövlət qurumu olan "Kommunsənayesutəchizatı" İstehsalat Birliyi və "AzSuGEO" Elmi-Tədqiqat İnstitutunun əsas və dövriyyə vəsaitlərinin zəminində Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 1995-ci ildə Abşeron Regional Səhmdar Su cəmiyyəti yaradılmışdır. Həmin dövrdə MDB ölkələri arasında ilk dəfə olaraq "Böyük Bakının su təchizatı sisteminin yenidənqurulması layihəsi" üçün beynəlxalq maliyyə institutlarından su sektoruna güzəştli şərtlərlə kredit ayrılmasına nail olundu və bu layihə uğurla həyata keçirildi. İqtisadiyyatın digər sahələrində olduğu kimi, su təchizatı sisteminin yaxşılaşdırılması istiqamətində aparılan islahatlar bu gün də uğurla davam etdirilir və daha da genişləndirilir.
Paytaxtları ölkənin ən iri şəhəri olmayan ölkələrin siyahısı
Bu ölkənin ən iri şəhəri olmasa da paytaxt olan şəhərlərin siyahısıdır.
İri arıquş
İri atpıtrağı
İri atpıtrağı (lat. Arctium lappa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin atpıtrağı cinsinə aid bitki növü. Hündürlüyü 100-180 sm, gövdəsi düz, möhkəm,şırımlı olub, çox vaxt bənövşəyi rəngli və budaqlanan, hündür ikiillik ot bitkisidir. İri atpıtrağı ikiillik iri ot bitkisi olub, yoğun, lətli əsas kökümsovlu və düzqalxan, qırmızımtıl qabırğalı gövdəyə malik hündürlüyü 60-180 sm-dir. Yarpaqları saplaqlı, gövdənin zirvəsinə doğru tədricən azalan, ürəkvari-yumurtaşəkilli, dişcikli, yuxarıya doğru arabir qısa tükcüklü və ya çılpaq, yaşıl, aşağı tərəfdən sarımtıl-keçəvari olmaqla, uzunluğu 50 sm-ə bərabərdir. Çiçək səbətləri şarşəkilli olub, 3-3,5 sm diametrində, qalxanvari və ya süpürgəvaridir. Yarpaqcıqları çılpaq və ya hörümçək toruna bənzəyən naxışlı, kirəmitvari düzülmüş, xətti, sərt, qarmaqşəkilli və əyilmiş olur. Çiçək qrupunun yatağı sıx, qalın, sərt yerləşdirilmiş xətti və bizəoxşar çiçək altlığından ibarətdir. Bütün çiçəkləri boruşəkilli, ikicinsli, göyümtül-purpurşəkilli çiçək tacından ibarət olmaqla, kasacığı kəkillidir. Meyvəsi iri, sarımtıl-qonur toxumları 5-7 mm uzunluğunda, uzunsov və ya uzunsov-qabırğalı, çılpaq olmaqla, toxumları qısa kəkillidir.
İri ağacdələn
İri ağacdələn (lat. Dendrocopos major) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin ağacdələnlər fəsiləsinin əlvan ağacdələn cinsinə aid heyvan növü. Tüklərinə baxmayaraq əksəriyyətlə gözə dəyən bir quş deyildirlər. Böyük ağ çiyin yamağı və göz yamağı vardır. Böyüklükləri 23–26 sm, qanad açıqlıqları isə 38–44 sm qədərdir. Kişinin üst parçaları düz və parlaq qaradır, peysərdə tünd qırmızı bir nöqtə, üz və boyun kənarlarında ağ tüklər vardır. Dimdik qara və qıçlar yaşıl bənzəri bozdur. Dişidə və gəncdə, peysərdə tünd qırmızı nöqtə yoxdur amma tac tünd qırmızı rənglidir. Son buzlaq çağı əsnasında yaşayan Tarix əvvəli 'P. m. submajor daxil bir neçə alt cinsi vardır.
İri balqabaq
İri balqabaq (lat. Cucurbita maxima) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin balqabaq cinsinə aid bitki növü.
İri bayquşcuq
İri dazı
İri dazı (lat. Hypericum ascyron) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü. Ascyrum sibiricum Poir. Ascyrum tetragonum Moench Hypericum ascyron var. genuinum Maxim. Roscyna gmelinii Spach Hypericum ascyron subsp. ascyron Hypericum ascyron subsp. gebleri (Ledeb.) N.Robson Hypericum ascyron subsp.
İri vertikordiya
İri vertikordiya (lat. Verticordia grandis) — mərsinkimilər fəsiləsinin vertikordiya cinsinə aid bitki növü.
İri yapalaqca
Aşağı İri (Culfa)
Aşağı İri (fars. ايري سفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.616 nəfər yaşayır (410 ailə).
Yuxarı İri (Vərziqan)
Yuxarı İri (fars. ايري عليا‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 635 nəfər yaşayır (148 ailə).
İri Buynuzlu koronavirus
İri Buynuzlu koronavirus (BCV və ya BCoV) — Koronaviruslar ailəsinə məxsus virus. Bükülmüş, qapalı və RNT virusları ilə əhatələnmiş səthi var. İnfeksiya dana enteritinə və buzovlarda enzootik sətəlcəm kompleksinə səbəb olur. Yetkin İri Buynuzlularda qış dizenteriyasına da səbəb olur. Virusun transmissiyası tənəffüs yolları vasitəsilə üfüq edir. Transmissiya üfüqi ötürməylə və ya nəcisli oral yoluna daxil olaraq tənəffüs yollarını yoluxdurur. İnfeksiya normal olaraq bir həftədən üç aya qədər olan buzovlarda baş verir. Klinik əlamətlərə diareya, susuzluq, depressiya, çəkinin azalması və anoreksiya daxildir. Dana burnunda tənəffüs yoluxucu burun axıntısında seroz çıxara bilər. Klinik əlamətləri orta bakteriya infeksiyası ilə daha da pisləşə bilər.
İri ağ vağ
İri ağ vağ (lat. Ardea alba) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin əsl vağ cinsinə aid heyvan növü.
İri tənək hafı
İri tənək hafı (lat. Hippotion celerio ) — pulcuqluqanadlılar dəstəsinin haflar fəsiləsinə aid növ. Nəsli kəsilməkdə olan növdür. Qanadları açıq halda 75 mm-dir. Ön qanadlar qəhvəyimtil-qonur olub, zirvədən əsasa doğru çəpinə xətt keçir, orta hücrənin zirvəsində ağ halqa ilə haşiyələnmiş qara nöqtə vardır. Arxa qanadlar çəhrayı rəngdədir, xarici kənarı tünd haşiyələnmişdir, əsasında da tünd rəngli xətt vardır. Qanadların damarları qaraya çalır. Cənubi Avropa, Kiçik Asiya, Şimali Afrika, Malay Arxipelaqı, Avstraliya, Kanar adaları, Orta Asiya, Cənubi Qafqaz, Azərbaycanda — Talış (Zuvand). Evritop növdür. Kəpənək iyunda uçur, yeganə fərdə yalnız Zuvandda rast gəlinmişdir.
İri şam ağacı
İri ağ köpək balığı
Böyük ağ köpəkbalığı (lat. Carcharodon carcharias) Lamniformes dəstəsindən olan balıq növü. Bütün okeanlarda isti su olan ərazilərdə, həmçinin Aralıq və Yapon dənizində yaşayır. Onların uzunluğu 7–8 metrə, bəzən isə 12 metrə qədər olur. Ağ köpək balığı yırtıcılıq və gücünə görə köpəkbalıqları arasında ən təhlükəlisi hesab olunur. Dişi fərdləri erkəklərdən daha iri olur. Böyük köpəkbalığı ətyeyəndir və balıqlar (məsələn, tuna, vatoz, digər köpəkbalığı növləri), su məməliləri (məsələn, delfin, balina), üzgəcayaqlılar (suiti, xəzli suiti, dəniz şiri), su tısbağası və su quşları ilə qidalanır.
Azərbaycan İri Addımlarla Addımlayır (1979)
Azərbaycan iri addımlarla addımlayır filmi rejissor Vasif Babayev tərəfindən 1979-cu ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Sənədli televiziya filmi Sov İKP MK-nın Baş katib Leonid Brejnevin Bakıya gəlməsindən və Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlərdən söhbət açır. == Məzmun == Sənədli televiziya filmi Sov İKP MK-nın Baş katib Leonid Brejnevin Bakıya gəlməsindən və Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlərdən söhbət açır. == Festival və mükafat == 1979-cu ildə Bakıda VIII Ümumittifaq televiziya filmləri festivalında sənədli film bütün 4 münsiflər heyətinin Xüsusi Prizinə layiq görülmüşdür.
Felis iriomotensis
İriomot pişiyi (lat. Prionailurus bengalensis iriomotensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin asiya pişiyi cinsinin benqal pişiyi növünə aid heyvan yarımnövü.
Kim Çen İrin titul siyahısı
Şimali Koreyada Kim Çen İrin adının qarşısında müəyyən titullar istifadə olunur. O, 1994-cü ildən 2011-ci ilədək ölkə rəhbəri, KXDR dövlət müdafiə komitəsinin sədri, Koreya Əmək Partiyası MK-nin baş katibi olmuşdur. Başçının adı xüsusi şriftlə ya qalın, yada daha böyük hərflərlə qeyd olunur. Bu da öz növbəsində bu şəkildə yazılır "위대한 령도자 김정일동지께서<…>지적하시였다." (Böyük Rəhbər yoldaş Kim Çen İr əmr edirdi…). Titullar KƏP MK-də hazırlanır, onların adının çəkilməsi isə siyasi vəziyyətdən asılı olaraq dəyişir. Analoji vəziyyət 1948–1994-cü illərdə KXDR-na başçılıq edən Kim Çen İrin atası Kim İr Senin dövründə də mövcud idi. Bəzi alimlər Şimali Koreya liderlərinin titullarının tam siyahısını toplamağa cəhd göstərmişdilər. Aşağıda Kim Çen İrin titul siyahısı verilib.
Lionlu İriney
İrinéus (yun: Εἰρηναῖος) (təq. 130[…], İzmir – təq. 202[…], Lion) – ilk kilsə atalarından, ilahiyyatçılarından və apologetlərindən biri. Onun əsərlərinin xristian ilahiyyatının formalaşmasına böyük təsiri olmuşdur. Rəvayətlərə görə o erkən Xristianlığın məşhur nümayəndəsi, Həvari Yuhənnanın tələbəsi Polikarpdan dərs almışdır. == Bioqrafiyası == İrineus II yüzilliyin birinci yarısında doğulmuşdur. Onun dəqiq anadan olma tarixi bilinmir, 115-125-ci illər arasıdır. Doğum yeri kimi də Smirna (İzmir) şəhəri ehtimal olunur. Bir çox başqa xristian xadimlərindən fərqli olaraq o xristian ailəsində tərbiyə almış, bu dini sonradan qəbul etməmişdir. İmperator Mark Avreliusun (161–180) dövründə İrineus Lion şəhərində keşiş idi.
Mayailurus iriomotensis
İriomot pişiyi (lat. Prionailurus bengalensis iriomotensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin asiya pişiyi cinsinin benqal pişiyi növünə aid heyvan yarımnövü.
Prionailurus bengalensis iriomotensis
İriomot pişiyi (lat. Prionailurus bengalensis iriomotensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin asiya pişiyi cinsinin benqal pişiyi növünə aid heyvan yarımnövü.
Prionailurus iriomotensis
İriomot pişiyi (lat. Prionailurus bengalensis iriomotensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin asiya pişiyi cinsinin benqal pişiyi növünə aid heyvan yarımnövü.
Pseudo-iris
Süsən (lat. Iris) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinə aid bitki cinsi. Müxtəli formalı və rəng çalarları olan 800-ə yaxın növü məlumdur. Bu xüsusiyyətinə görə süsən yunanca ἶρῐς — göy qurşağı adlandırılmışdır. Süsənin (Iris L.) dünya florasının tərkibində 200-ə qədər növü yayılmışdır. Bunlara ən çox Orta Aralıq dənizi ölkələrinin dağlıq ərazisində, Şimal yarımkürəsinin mülayim iqlimli zonalarında rast gəlmək olar. Qafqazda 33, Azərbaycanda 26 növü yayılmışdır. Süsənin xalq təsərrüfatında ancaq bir neçə növündən: sarı süsən — Iris pseudacorus L., Florensiya süsəni — I. florentina L., Almaniya süsəni — I. germanica L., solğun süsən — I. pallida Lam. və s. növlərindən istifadə olunur.
İriçiçək zanbaqca
İriçiçək zanbaqca (lat. Fritillaria grandiflora) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR B1ab(v). Azərbaycanın endemik növüdür. Çoxillik ot bitkisidir. Soğanaq çox böyük deyil, basılmış şarvaridir. Gövdə hündür, 35–50 sm, çılpaqdır. Yarpaqlar növbəli, 5–7 ədəd, neştərşəkilli, aşağı yarpaqlar 1,5 sm-ə qədər enində, yuxarıdakılar ensiz, 0,5 mm-ə qədər olur. Çiçəklər çox iri, təkdir. Çiçəkyanlığı 5 sm-ə qədər uzunluğundadır.
İrikasacıq novruzçiçəyi
İrikasacıq novruzçiçəyi (lat. Primula macrocalyx) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin novruzçiçəyi cinsinə aid bitki növü. Lower Risk - LR [b - Near Threatened - NT] Orta dağ qurşağından başlayaraq Ardıcdağ, Küküdağ, Aracıqdağ və Zəngəzur silsiləsinin subalp qurşağının meşə talalarında, kolluqlarda və çəmənlərdə tək-tək və ya kiçik talalar şəklində rast gəlinir. Meşə talaları, kolluq və çəmənlərdir. Məhdud sahələrdə rast gəldiyindən ehtiyatı azdır. Toxumladır. Çoxillik bitkidir, gövdəsinin hündürlüyü 15-35 sm-ə çatır, çəpinə kökümsovu və çoxsaylı yoğun ağ məftilvarı kökləri vardır. Bütün bitki zəif inkişaf etmiş kiçik tükcüklərlə örtülmüşdür. Yarpaqları yumurtavari, yaxud yumurtavari-uzunsovdur, qırışlıdır, yuxarı hissədə dəyirmidir, kütdür, kənarları aydın olmayan xırda dişciklidir, tədricən qanadlı və dişcikli saplağa doğru daralır, uzunluğu yarpaq ayasına bərabərdir. Yarpaq ayası 3-21 sm uzunluqda, 2-8 sm enindədir.
İrimeyvəli südləyən
İrimeyvəli südləyən (lat. Euphorbia macrocarpa) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. Çoxillik, hündürlüyü 30-45 sm, gövdəsi düz, yoğun, daxili boş, adətən şırımlı olan, yumuşaq tüklü bitkidir. Gövdə yarpaqları oturaq, uzunluğu 3,7-5 sm, eni 1-1,8 sm, uzunsov-lansetvari, yarımgövdə qucaqlayan, küt və ya ucubizdir. Yuxarıdakı çiçəksaplağı qısa, 5-7 sayda, qoltuqaltlıqdakılar kimi sadə və ya iki hissəyə bölünmüşdür. Sarğısının yarpaqcıqları böyrəkvari yumrudur. Qədəhciyin dilimləri iri, dəyirmi-ellipsvari, dişli, kənarları kirpikciklidir. Qutucuğu kürəvari, diametiri 8-10 mm, silindrvarisapvari, sarı çıxıntılarla örtülmüşdür. Toxumları yumru, boz, hamar, əlavələrsizdir. Böyük Qafqazın qərb hissəsinin rayonlarında aşağı dağ qurşağında yayılmışdır.
İrina
İrina — ad.
İrina Melnikova
İrina Nikolayevna Melnikova (ukr. Ірина Миколаївна Мельникова; 24 oktyabr 1918, Mena[d], Çerniqov quberniyası[d] – 3 noyabr 2010, Kiyev) — Ukrayna tarixçisi. O, Slovakiya və Çexiya tarixi, bohemistika üzrə mütəxəssis olmuşdur. Tarix elmləri doktoru olan Melnikova Ukrayna Milli Elmlər Akademiyasının müxbir üzvü idi. İrina Nikolayevna Melnikova 1918-ci ildə indiki Ukraynanın Mena şəhərində anadan olmuşdur. O, 1940-cı ildə Kiyev Universitetini bitirmişdir. Melnikova İkinci Dünya müharibəsi zamanı Almaniya–SSRİ hərbi münaqişəsinin başlaması ilə Qazaxıstanın Çimkənd şəhərinə təxliyə edilmişdir. O, məcburi olaraq mühacirətdə olmuş, 1941–1942-ci illərdə Cənubi Qazaxıstan Vıçtel İnstitutunda tarix fənnini tədris etməyə başlamışdır. Melnikova Qızılorda şəhərində yerləşən Birləşmiş Ukrayna Dövlət Universitetinin aspiranturasında təhsil almışdır. O, 1946-cı ildə Kiyevdə "1725–1740-cı illərdə Rusiya hökumətinin Ukraynaya qarşı siyasəti" (elmi rəhbər Andrey Vvedenski) dissertasiyasını müdafiə etmiş, lakin bundan sonra ukraynaşünaslıqdan ayrılmış, tədqiqatlarını bohemistika və qərbi slavyanşünaslığa həsr etmişdir..
İris Çanq
İris Şun-Ru Çanq (28 mart 1968-ci il – 9 noyabr 2004) Amerikalı jurnalist, tarixi kitabların müəllifi və siyasi fəal idi. O, ən çox 1997-ci ildə ən çox satılan Nankinq qırğını, Nankinqin zorlanması və 2003-cü ildə Amerikada Çinlilər: Anlatı Tarixi hekayələri ilə tanınır. Çanq 2007-ci ildə çəkilmiş "İris Çanqın tapılması" tərcümeyi-halı və 2007-ci ildə Olivia Çenqin İris Çanq rolunda oynadığı "İris Çanq: Nankinqin zorlanması" sənədli filminin mövzusudur. 2007-ci ildə çəkilmiş müstəqil sənədli film onun əsəri əsasında çəkilib və onun xatirəsinə həsr olunub. İris Çanq materik Çindən Tayvana köçən və nəticədə ABŞ-yə mühacirət edən iki universitet professoru Ying-Ying Chang və Dr. Shau-Jin Chang-ın qızı idi. Çanq Nyu-Cersi ştatının Prinston şəhərində anadan olub və İllinoys ştatının Şampan-Urbana şəhərində böyüyüb. Çanq ana tərəfdən nənə və babasının qaça bildiyi Nankinq qırğını haqqında hekayələr eşidib böyüdü. O , Champaign Public Library- də bu mövzuda kitablar tapmağa çalışdıqda, heç bir kitab olmadığını gördü. İllinoys ştatının Urbana Universitet Laboratoriya Liseyində oxuyub və 1985-ci ildə oranı bitirib.
İriyarpaq qargiləmeyvə
İriyarpaq qargiləmeyvə (lat. Symphoricarpos rotundifolius) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin qargiləmeyvə cinsinə aid bitki növü.
İriyarpaqlı mürdəşər
İriyarpaqlı mürdəşər (lat. Frangula grandifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin mürdəşər cinsinə aid bitki növü. Azərbaycanda, İranda təbii halda yayılmışdır. Hündürlüyü 5 m-dək olan, tünd boz və ya təxminən qara qabıqlı şaxələnmiş koldur. Budaqları qonur və ya sarımtıl-boz, tünd mərciməkli, çılpaqdır. Yarpaqları qısa saplaqlı, nazik, üstü tünd yaşıl, hamar, alt tərəfi açıq sarımtıl, seyrək tükcüklü, ellipsvari və ya enli ellipsvari, simmetrik olub, uzunluğu 18 sm və eni 6-10 sm-dir. Yarpaqları ucunda enli üçkünc və uzanmış bizli, bünövrəsində yumru, kənarları xırda dişli, 11-14 cüt olub, qonur, təxminən düz damarcıqlıdır. Çiçəkləri uzun çiçək saplaqlarında, çətirvari çiçək qrupunda yerləşir. Çiçəkləri 6-12 ədəd enli, uzunluğu 0,3-0,4 sm, zəngvari, tükcüklüdür. Aprel-iyunda çiçəkləyir, iyul-avqustda meyvə verir.
İrina Tsilık
İrina Andreyevna Tsilık (ukr. Іри́на Андрі́ївна Ці́лик; 18 noyabr 1982, Kiyev) — Ukraynalı kinorejissor, yazıçı, nasir, bir çox mahnı sözləri, poetik və nəsr əsərlərinin müəllifi. Ukraynanın əməkdar artisti (2020), Ukrayna Ukrayna PEN klubunun üzvü. “Yer sanki naringi kimi, mavi” sənədli filminə görə ən yaxşı rejissor nominasiyasında Amerika Sandens Film Festivalının (2020) qalibidir. İrina Tsilık Kiyevdə anadan olub. 2004-cü ildə İ.K.Karpenko-Kari adına Kiyev Milli Teatr, Kino və Televiziya Universitetini fərqlənmə diplomu ilə bitirib. O, film istehsalı sahəsində rejissor kimi çalışır. O, bir neçə şeir, nəsr toplularının və uşaq nəşrlərinin müəllifidir. Çoxsaylı ədəbi festivalların və mədəni tədbirlərin ("Poesiefestival Berlin-2017", "Vyana Book Fair-2017", "Leipzig Book Fair-2017", "Frankfurt Book Fair-2016", "Lyrik für Alle" (Babelsprex konfransı, Salzburq) iştirakçısı , 2016), "Meridian Czernowitz" (2015-2016), Vilnüs Kitab Sərgisi - 2016 "Müəlliflərin Oxumaları Aylığı" (Çexiya, Slovakiya, 2016), "Vilenitsa mükafatı" (Sloveniya, 2008) və s.). Fərdi əsərlər alman, ingilis, polyak, fransız, isveç, çex, litva, rumın və katalan dillərinə tərcümə edilmişdir.
İrinli cərrahiyyə
İrinli cərrahiyyə (ing. purulent surgery) — irinli cərrahi infeksiya ilə xəstəliklərin müalicəsi və profilaktikasını öyrənən cərrahiyyə sahəsi. Ocaqların yerləşdiyi yerə görə irinli infeksiyalar yerli və ümumi bölünür. Bədəndə və ya insan bədənində yerləşdiyi yerdən asılı olaraq, irinli infeksiya müəyyən simptomlar və təzahürlərə malik ola bilər. Горюнов С.В., Ромашов Д.В., Бутивщенко И.А. ГНОЙНАЯ ХИРУРГИЯ. АТЛАС /Под редакцией И. С. Абрамова/ М.: БИНОМ. Лаборатория знаний, 2004.
İriyarpaq doronokum
İriyarpaq doronikum — (lat. Doronicum macrophyllum) Çoxillik, hündürlüyü 50–150 sm olan, gövdəsi şırımlı, orta və ya yuxarı hissədən az budaqlı, vəzili-tüklü, qısa kökümsovlu bitkidir. Kökyanı yarpaqları uzunsaplaqlı, yumru və ya üçkünc ürəkvaridir, uzunluğu 30 sm, eni 20–25 sm çatır, orta və yuxarı yarpaqları oturaqdır. Səbətləri iri, diametri 10–20 mm enli zınqırovvaridir, qalxanvari çiçəkqrupunda yığılmışlar. Sarğısı 2–3 sıralı, yarpaqcıqları uzunsov lansetvari, sıx vəzilidir. Dilcik çiçəklərinin uzunu 20–30, eni 3–5 mm, sarı rəngdədir. Toxumcaları 3–5 mm, tinli silindirik-uzunsov, mixəyi rəngdədir; kəkili ağ, nahamar tüklü, toxumca ilə eyni ölçüdədir. BQ qərbi, BQ Quba sahəsinin rayonlarında yuxarı dağ və subalp qurşağında yayılmışdır. Dağ meşələrində, subalp çəmənliklərində, dağ çaylarının kənarlarında bitir.
İrina Fliqe
İrina Anatoliyevna Fliqe (rus. Ирина Анатольевна Флиге; 25 yanvar 1960, Leninqrad) — Sovet və Rusiya hüquq müdafiəçisi, repressiyalar tarixinin tədqiqatçısı, uzun müddət Sankt-Peterburq Memorial Araşdırmalar Mərkəzinin direktoru (2002-ci ildən). İrina Anatoliyevna Fliqe 25 yanvar 1960-cı ildə Leninqradda anadan olub. 1977-ci ildə məktəbi bitirdikdən sonra Leninqrad Dövlət Universitetinin riyaziyyat-mexanika fakültəsinə daxil olub. Bir il sonra Gəmiqayırma İnstitutuna daxil olanda oranı tərk edib, lakin sonradan orda da tədrisə başlamayıb. 1976-1979-cu illərdə “Sol müxalifət” marksist gənclər qrupunun üzvü olub. 1978-ci ildə İrina Venyamin İofe ilə tanış olub. 1978-ci ildə dissident Andrey Reznikovla nigaha girib. 1981-ci ildə İrina Flieqe ikinci övladına hamilə olarkən Leninqrad Dövlət Universitetinin coğrafiya fakültəsinə daxil olur. İrina Flieqe 1988-ci ildə universiteti bitirib, rəsmi olaraq dördüncü və beşinci övladına qulluq etmək üçün iki akademik məzuniyyət götürmək məcburiyyətində qalıb.
Azərbaycan iri addımlarla addımlayır (film, 1979)
Azərbaycan iri addımlarla addımlayır filmi rejissor Vasif Babayev tərəfindən 1979-cu ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Sənədli televiziya filmi Sov İKP MK-nın Baş katib Leonid Brejnevin Bakıya gəlməsindən və Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlərdən söhbət açır. == Məzmun == Sənədli televiziya filmi Sov İKP MK-nın Baş katib Leonid Brejnevin Bakıya gəlməsindən və Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlərdən söhbət açır. == Festival və mükafat == 1979-cu ildə Bakıda VIII Ümumittifaq televiziya filmləri festivalında sənədli film bütün 4 münsiflər heyətinin Xüsusi Prizinə layiq görülmüşdür.

Digər lüğətlərdə