Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yiri Yanosek
Yiri Yanosek (19 fevral 1997) — Çexiyalı peşəkar kişi trek velosipedçisi. Yiri Yanosek Çexiyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Yiri Yanosek 2016 UEC Avropa Trek Çempionatında 1 km zaman yarışında və komanda sprint yarışında iştirak etmişdir. O, Fransada baş tutan yarışlarda 1:01.612 saniyəlik nəticəsi ilə 4-cü yeri tutdu.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır.1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi.2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi. Jurnalın redaktorları fəaliyyətlərini onlayn formatda davam etdirmişdir.
Arif
Arif (ərəb. عارف‎) — Azərbaycan kişi adı. Arif Axundov — Azərbaycanlı atlet. Arif Məmmədli — şair, jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Arif Həsənov — Kimya elmləri doktoru, professor. Arif QasımovArif Qasımov (aktyor) — Azərbaycan aktyoru, rejissor. Arif Qasımov (icra başçısı) — Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı.Arif Qeybiyev — Kross qaçışı üzrə üçqat Azərbaycan Çempionu, 2-ci Qarabağ müharibəsinin şəhidi. Arif Mədətov (I) — Azərbaycan Yazıçılar Birliyinin üzvü. Arif Mədətov — Azərbaycan aktyoru, televiziya rejissoru. Arif Təbrizi — Azərbaycan şairi.
Birə
Birə — müxtəlif bakteriyaların, virusların, parazit qurdların və xəstəlik törədən ibtidailərin daşıyıcılarıdır. Onlar məməlilər, quşlar va digər heyvanların üzərində və yuvalarında yaşayır. Birələr qanla qidalanır. Bəzi növləri qansormadan 18 aya qədər yaşaya bilir. Fəallığından asılı olaraq onları qış və yay birələri adlandırırlar. Taun xəstəliyinin yayılması yetkin birələr vasitəsilə həyata keçirilir. Onlar gəmiricilər üzərində yaşayıb xəstəliyin yayılmasına (epidemiyalara) səbəb olur. Birələr həm də tulyaremiya, qarayara, bruselyoz, cüzam və s. xəstəliklərin törədicilərini də daşıyır. Birələr - qansoran həşəratlar qrupuna daxildir.
Cirə
Cirə (lat. Cuminum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. Bu cinsə 4 qəbul edilmiş növ daxildir. == Taksonomiya == Cins 1753-cü ildə Karl Linney tərəfindən Species Plantarum-da təsvir edilmişdir. Tipik növü adi cirədir (lat. Cuminum cyminum). == Növləri == Cuminum borszczowii (Regel & Schmalh. ) Koso-Pol. Adi cirə (Cuminum cyminum L.) Cuminum setifolium (Boiss. ) Koso-Pol.
Diff
Diff - İki fayl arasında fərqi tapıb, ekrana vermək üçün utilitdir. İlk versiyası 70-ci illərdə Unix əməliyyat sistemində yazılmışdır.
Diri
Diri – Azərbaycanın Qarabağ inzibati ərazi vahidində kənd. == Tarixi == Diri kəndinin hazırkı Cəbrayıl rayonunun Xudayarlı kəndinin ərazisində yerləşdiyi güman edilir. Madərşahlıq dövrünə aid Mazan nənə türbəsi bu kənddə yerləşirdi. Kəndin XIII-XIV əsrlərdə mövcud olduğu qaynaqlarda bildirilir. Bir qaynaqda yazılıb ki, Diri kəndi Şıxlar kəndində qərar tutan, Şеyx Cabir Ənsari övladından оlan Şеyx Kəmaləddin оğlu Şеyx Siracəddin vəqfinə bağlıdır."Qurbani" dastanının Zəncan versiyasına görə kəndin yiyəsi Hüseynalı xan idi. O, həm də Dirili Qurbaninin əmisi olub. Xudayarlı kəndinin ərazisində "Hüseynalı zəmisi" adlı tarla yeri vardı. Dastanın Diri versiyasına görə kəndin sahibi Fərəməz bəy olub. Aşıq Qurbani əslən Diridən olduğunu bir neçə qoşmasında bildirib. Qoşmalarının birində sevgilisi Pəriyə müraciətlə deyir: XVII əsrdə Diri kəndinin əhalisi Qaradağ vilayətinə köçmüş, Dirili qışlağında məskunlaşmışdı.
Firn
Firn (alm. Frin- keçənilki, köhnə‎) — qar sərhəddindən yuxarıda, buzlağın qidalanma sahəsində düşən qarın günəş şüalarının təsiri altında əriməsi, gecə isə donması nəticəsində əmələ gələn buz kristalları (ölçüsü 5–10 mm-ə qədər). Firn tədricən sıxlaşır, bərkiyir və buzlaq buzuna çevrilir. == Firn hövzəsi == Firn hövzəsi bərk atmosfer çöküntülərinin gəliri buxarlanmaya və əriməyə sərf edilən miqdardan üstün olduğu, qar sərhəddindən yuxarıda yerləşən sahədir. Firn hövzəsinə buzlağın qidalanma sahəsi də deyilir.
Girk
Girk — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 352 nəfərdir ki onunda 178 nəfəri kişi, 174 nəfəri qadındır.
Girn
Kırna (əvvəlki adı: Kirnə) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Kirnə kənd inzibati ərazi dairəsi tərkibindəki Kirnə kəndi Kırna kəndi, Kirnə kənd inzibati ərazi dairəsi Kırna kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Tarixi == == Mədəniyyəti == === Kırna türbəsi === Culfa rayonunun Kırna kəndində memarlıq abidəsi. Abidə Naxçıvan memarlıq məktəbinin mərkəzi günbəz tipli binalar sahəsində də diqqətəlayiq memarlıq kompozisiya üsulları yaratdığını göstərir. Abidənin ümumi quruluşu onun türbə və ya məscid olması haqqında mülahizə irəli sürməyə əsas verir. Planda kvadratşəkilli olan bina türbələr üçün səciyyəvi şəkildə ikiqat örtüklü olub, içəridə çatmatağlı, xaricdən isə piramidaşəkilli çadırvarı günbəzlə örtülmüşdür. Beləliklə, Kırna abidəsi ümumi kompozisiyası etibarı ilə günbəz-qülləvarı adlandırılan Azərbaycan türbələri sırasına daxil edilə bilər. Kırna abidəsi bir sıra xüsusiyyətlərinə görə Əlincəçay Xanəgahındakı abidəyə oxşayır. Bu, türbənin daxili günbəzinin quruluşunda və xüsusən xarici çadırvarı günbəzin oxşarlığında özünü göstərir. Hər iki abidənin xarici örtüyü 16 səthli piramida şəklində həll edilmişdir.
Giro
Giro vulusvalisi — Əfqanıstanın Qəzni vilayətində inzibati ərazi vahidi.
Hira
Hira mağarası (ərəb. ‎حراء‎‎) Məkkənin 3,5 kilometrliyində Nur dağının şimal-şərq meylində yerləşmiş mağara. Mağara elə də böyük ölçülərə malik deyil - təxminən uzunluğu 2 metr, eni 3,5 metrdir. Mağara Kəbəyə tərəf yönəlmişdir. Məhəmməd peyğəmbər Hira mağarasına gedərək, burada dini düşüncələr edirdi. Müsəlmanların inancına görə Cəbrayıl mələk, Allah tərəfindən Ələq surəsinin beşinci ayəsini Həzrəti Məhəmmədə nazil edərək ona Allah peyğəmbərliyinə seçildiyini bildirir.
Hirs
Hirs və ya qəzəb — gərgin emosional cavab.
Hərf
Hərf — Səsin, fonemin qrafik ifadəsi olan yazı işarəsi.
Kirk
Tomas Kirk (ing. Thomas Kirk; 18 yanvar 1828, Koventri, Uest-Midlends[d] – 8 mart 1898, Vellinqton) — Yeni Zelandiya botaniki. == Elmi fəaliyyəti == Tomas Kirk toxumlu bitkilər və qıjıkimilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Forest Flora New Zealand (1889). Students’ Flora New Zealand (1899). == Şərəfinə adlandırılmış taksonlar == CinsKirkianella cinsiNövSclerochiton kirkii C.B.Clarke Cheilanthes kirkii J.B.Armstr. Doryopteris kirkii (Hook.) Alston Centemopsis kirkii Schinz Lannea kirkii Burtt Davy Searsia kirkii (Oliv.) Moffett Macledium kirkii (Harv.) S.Ortiz Combretum kirkii M.A.Lawson Crassula kirkii (Allan) A.P.Druce & Given Euphorbia kirkii (N.E.Br.) Bruyns Ledebouria kirkii (Baker) Stedje & Thulin Gossypioides kirkii (Mast.) Skovst. Meliosma kirkii Hemsl. & E.H.Wilson == İstinadlar == == Ədəbiyyat == Ray Desmond (1994). Dictionary of British and Irish Botanists and Horticulturists includins Plant Collectors, Flower Painters and Garden Designers.
Kirs
Kirs (Kirov) — Rusiyada şəhər. Kirs (Qafan) — Zəngəzur mahalının Qafan rayonunda kənd.
Lira
Lira (yun. λύρα , lat. lyra) – simli-dartımlı musiqi aləti. (Xordofon) Qədim dövrlərdən günümüzə qədər gəlib çatmış və müxtəlif ölkələrdə yayılmışdır. == Antik dövr == Qədim Yunanıstan və Qədim Romada lira sözü geniş mənada istifadə olunur və lira ailəsinə—xelis (q.yun. χέλυς, lat. chelys, chelis hərf. tısbağa), barbit (q.yun. βάρβιτον, βάρβιτος, lat. barbitos, barbitus), Forminqa (q.yun.
Lirə
Türk lirəsi — Türkiyə Respublikasının pul vahidi. Kipr lirəsi — Kipr Respublikasının pul vahidi. Livan lirəsi — Livanın pul vahidi. Malta lirəsi — Maltanın pul vahidi.
MARF
MARF (Modular Audio Recognition Framework) - Java dilində yazılmış səs, danışıq, mətn və NLP alqoritmlərinin toplusundan ibarət açıq kodlu, modulyar tədqiqat framevorkudur. MARF modulyar olduğu üçün yeni alqoritmlər əlavə edilə, mövcüd framevork genişləndirilə bilər.
Mira
Mira — bu günkü Türkiyədə Antalya vilayətinin Qala (Demre) mahalının yer aldığı bölgədə olan antik bir Likiya şəhəridir. Alacadağ, Akdağ (Massikytos) sırası və Egey dənizi arasında Demre çayı (Myros) tərəfindən daşınan torpaqla meydana gəlmiş məhsuldar allüvial düzənliyində qurulmuşdur. == Tarixi == Mirada qazıntılar 2009-ci ildə Nevzat Çevikin başçılığında başlanmış və davam etməkdədir. 2010-ci ildə qazıntı qrupu tərəfindən əhatəli bir kitab nəşr olunmuşdur. Çevikiyə görə Miranın erkən adı Muridir. Bəzi araşdırmaçılar Miranı Arzawanın Mirası ilə eyni yaşayış yeri olduğunu düşünsə də sübut üçün belə bir əlaqə yoxdur. Mira Likiya ittifaqının (e.ə. 168 - 43) bir üzvü olmaqdan əvvəl Mira ilə əlaqədar ələ geçirilməsi barədə yazılı bir qaynaq yoxdur. Strabona görə ittifaqın ən böyük şəhərlərindən biri idi. Yunan xalqı şəhərin qoruyucu tanrıçası olan Artemis Eleutheriaya tapınmışdılar.
Qrif
Qrif — vəzifəli adamın imzası olan möhür; Qrif — üzərində imza nümunəsi, hər hansı mətni və yaxud digər əlyazması olan möhür, ştempel, habelə belə möhürün və ya ştempelin sənəddə izi, şəkli; Qrif — sənədin və ya nəşrin üzərində edilən qeyd (yazı): bu qeyd həmin sənəddən və yaxud dərc olunmuş nəşrdən xüsusi qaydada istifadə edilməli olduğunu bildirir; Qrif — kitabların, nəşrlərin və sənədlərin üzərində onların istifadə spesifikası, xarakteri, xüsusiyyətlərini və xüsusi saxlanma şəraitlərini göstərən (müəyyən edən) xüsusi rəsmi yazı. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Qırx
Qırx — say sistemində ədədlərdən biridir. Otuz doqquzdan sonra, Qırx birdən əvvəl gəlir. == Türk mədəniyyətində 40 ədədi == Qırx, türk, altay, orta Asiya və yaxın şərq mifologiyalarında və xalq mədəniyyətində ayrıca İslam inancında müqəddəs ədəddir. Kırk, Gırk, Kırh, Kırn olaraq da deyilər. İslamın təsiri əhəmiyyətini artmışdır. Qırx övliya tərəfindən və ya qırx şaman tərəfindən qorunan müqəddəs şəxslərə "qırxlı" adı verilər. Burla Xatunun döyüşçü Qırx Qız köməkçisi vardır. Yeni doğum etmiş bir qadının yanına bir-iki adam xaric qırx gün ərzində kimsə girib çıxmaz. Bundan başqa bu müddət uşağın "qırxının çıxması" mənasına da gəlir ki, bu anlayışa bağlı ənənələr vardır; dua oxunması, yemək verilməsi kimi. Ölünün qırxının çıxması da yenə bənzər şəkildə dualarla və halva edilərək həyata keçirilir.
KPRF
Rusiya Federasiyası Kommunist Partiyası (rus. Коммунистическая партия Российской Федерации, abbr. КПРФ) — Rusiya Federasiyasında rəsmi qeydiyyata alınmış aparıcı müxalif partiyası. == Tarixi == Partiya 1992-ci ilin fevralın 14-də keçirilən Rusiya Kommunistlərinin II Fövqəladə Qurultayının qərarına görə Rusiya Sovet Federativ Sosialist Respublikası Kommunist Partiyası adı altında yaradılıb. == Nəticələri == === Prezident seçkiləri === KPRF Rusiya Federasiyası Prezidenti seçkilərində 5 dəfə iştirak edib. === Milli Duma seçkiləri === KPRF Rusiya Federasiyası Dövlət Duması seçkilərini 6-sında iştirak edib.
Diri-diri basdırılma (hekayə)
Diri-diri basdırılma (ing. The Premature Burial) - Edqar Allan Po tərəfindən Qorxu janrında yazılmış hekayə. Əsər 1844-cü ildə The Philadelphia Dollar Newspaper nəşriyyatında nəşr edilmişdir.
Diri diri basdırılma (hekayə)
Diri-diri basdırılma (ing. The Premature Burial) - Edqar Allan Po tərəfindən Qorxu janrında yazılmış hekayə. Əsər 1844-cü ildə The Philadelphia Dollar Newspaper nəşriyyatında nəşr edilmişdir.
Diri diri basdırımla (hekayə)
Diri-diri basdırılma (ing. The Premature Burial) - Edqar Allan Po tərəfindən Qorxu janrında yazılmış hekayə. Əsər 1844-cü ildə The Philadelphia Dollar Newspaper nəşriyyatında nəşr edilmişdir.
.рф
.рф (punycode: .xn--p1ai; (Российская Федерация) — yuxarı səviyyəli Rusiya milli domeni. İnternetdə ilk kiril əlifbasında yazılmış domen. Daha əvvəl daxil edilmiş ".ru" domenindən fərqi odur ki, domendə ". рф" xüsusi istisnalıqla kiril əlifbasında yazılır. Domen 12 may 2010-cu ildə daxil edilmişdir.