yer-yerdən
yer-yurdlu
OBASTAN VİKİ
Yurd
Yurd — bir şəxsin doğulduğu, əslən gəldiyi yer, vətəni, vətəndaşı olduğu ölkə, həmçinin fərd ilə cəmiyyət arasında, vətəndaş ilə dövlət arasında, şəxsiyyət ilə mərkəzləşdirilmiş ideoloji sistem arasında münasibətlər modeli. "Yurd" sözü qədim türk mənşəlidir. Sevan Nişanyana görə, bu söz qədim türkcədə "ur-" feilindən "+ut" şəkilçisi ilə törəmiş ola bilər, lakin bu dəqiq deyil. Sözün ilkin mənası "çadır" və "oba", həmçinin "məskən" demək idi. "İkinci yurd" bir şəxsə sığınacaq verən, doğma olmuş yerdir. . Əgər bir insan yaşadığı ölkəni dəyişirsə, bu milli quruluşun mədəniyyətinə yiyələnirsə və yeni ölkəyə intuitiv şüurlu bağlılıq inkişaf etdirərsə, yeni yaşayış ölkəsi onun üçün "yeni yurd" ola bilər. Təbii və insan yaradıcılığı ilə yaradılmış yurd təsvirləri onun kimliyinin şüurlu və şüursuz dərkini formalaşdırır, ona münasibəti əvvəlcədən müəyyən edir. İncəsənətdə yaradılmış yurd obrazları kimliyin ona aid olduğunu hiss etməyə imkan yaradır. Yurd obrazları da dövlət ideologiyası sistemində şüurlu quruculuğun nəticəsi ola bilər. İlk vətən Qohumluq münasibətləri Ana dili Андерсон Б. Воображаемые сообщества.
Yer
Yer — Günəşə yaxınlığına görə Günəş sistemindəki üçüncü planet və həyat aşkar olunan yeganə göy cismi. Radiometrik tanışlıq və digər dəlillərə görə Yer 4,5 milyard il əvvəl yaranmışdır. Yerin cazibə qüvvəsi kainatdakı digər cisimlərə, xüsusən də Yerin yeganə təbii peyki olan Aya və Günəşə qarşılıqlı təsir göstərir. Yer 365 gün ərzində Günəş ətrafında öz orbiti boyu hərəkət edir. Bu müddət ərzində Yer öz oxu ətrafında 365 (366) dəfə fırlanır. Yerin fırlanma oxunun sabit müstəviyə əyilməsinə görə Yerdə fəsillər yaranır. Yer ilə Ay arasındakı qravitasiya qarşılıqlı əlaqəsi qabarma və çəkilmələrə səbəb olur. Yer Günəş sistemindəki ən sıx planetdir və dörd daxili planetin (Günəşdən olan uzaqlığa görə daxili planetlər —Merkuri, Venera, Yer, Mars) ən böyüyü və ən ağırıdır. Yerin xarici təbəqəsi (litosfer) milyonlarla ildir ki, səth boyunca hərəkət edən bir neçə sərt tektonik plitələyə bölünmüşdür. Yer səthinin təxminən 29 %-i qitələr və adalardan ibarət qurudur.
Eger-Yurd
Eger-Yurd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Coğrafiyası və iqlimi == Egeryurd Kəlbəcər rayonu ərazisində dağ. Hündürlüyü 2167 m. Oronim haqqında tədqiqatçıların bir qismi xalq etimologiyasına əsaslanaraq belə ehtimal edirlər ki, dağ uzaqdan at yəhərinə oxşadığına görə Yəhərdağ adlanmış, rusdilli xəritələrdə isə təhrif olunaraq Eqeryurd kimi qeydə alınmışdır. Tədqiqatçıların digər qismi isə bu fikirdədir ki, toponim qədim türk dillərindəki eqer (yayda ev heyvanlarının saxlandığı düşərgə) və yurd komponentlərindən düzəlib, elatların yaylaq yurdları ilə bağlı yaranmış coğrafi adlardandır.
Yurd (dəqiqləşdirmə)
Yurd — İnsanın doğulub böyüdüyü yer, məmləkət, ölkə; vətən. Yurd (jurnal) — İraq türkmənlərin ilk rəsmi mətbu orqanı. Yurd (qəzet) — 1970-ci ildə Bağdad şəhərində çap olunmuş qəzet.
Yurd (jurnal)
"Yurd" (jurnal) — türkmənlərin ilk rəsmi mətbu orqanı. 1970-ci il yanvarın 24-ü türkmənların mədəniyyət hüquqlarının fonunda türkmən dilində fəaliyyətə başlayan “Yurd” jurnalının meydana gəlməsi türkmən mətbuatının inkişafı üçün vacib addım oldu. 1972-ci il iyunun 18-də işıq üzü görmüş “Yurd” jurnalı türkmənların ilk rəsmi mətbu orqanı olması ilə yanaşı, İraq-türkmən mədəniyyəti, ədəbiyyatının yaşamasına və inkişafına öncüllük etmişdir. Otuz üç il fəaliyyət göstərmiş “Yurd” jurnalı İraqın əvvəlki qəzet və jurnalları kimi Amerika işğalından sonra bağlanıb. Jurnalın son sayı 2003-cü il martın 15-də işıq üzü görüb.
Yurd (qəzet)
"Yurd" (qəzet) — 1970-ci ildə Bağdad şəhərində çap olunmuş qəzet. Yurd qəzeti 1970-ci ildə Bağdad şəhərində çap olunmuşdur. 1970-ci il 24 yanvarda “Yurd” qəzeti fəaliyyətə başlayıb. “Yurd” qəzetinin ilk sayı 1970-ci il 18 iyunda işıq üzü görüb. 8 səhifəlik qəzetin baş məsul işçisi Abdullətif Bəndəroğlu, baş yazarı Tariq Abdulbaqi idi. O, qəzetin ikinci ilinin sonuna qədər fəaliyyətini davam etdirib, ondan sonra Sinan Səid 1972-ci il 20 iyulda yazı işləri katibi olub. Sinan Səid 1973-cü il fevral ayının 21-nə qədər bu vəzifəni yerinə yetirib. Qəzetin çapından bu günə kimi Abdullətif Bəndəroğlu həm baş redaktor, həm də qəzetin məsul rəhbəri olub. “Yurd” 345-ci sayına qədər 8 səhifəlik çıxmış və normal qəzet formasını qoruya bilmişdir. Qəzetin səhifələrində siyasi, tarixi, ictimai, elmi, iqtisadi, idman və folklor mövzusunda məqalələrə yer verilmişdir.
Yurd iyesi
Yurd iyəsi — türk, tatar və altay mifologiyasında məmləkətin qoruyucu ruhu. Əslində Ev iyəsi ilə də əlaqəlidir. Çünki yurd eyni zamanda çadır deməkdir. Məna genişlənməsi vətənin qoruyucu ruhu mənasına da gəldiyi də deyilə bilər. Kimi mədəniyyətlərdə çadırdaki ocaqda yaşadığına inanılır. Şəhər iyəsi - türk və altay xalq inancında vilayət ruhu. İl iyəsi, Hula (Kula) iyəsi və monqolca Kota Ezen olaraq da bilinər. Yurd iyəsine çox bənzər və əlaqəli bir varlıqdır. Şəhərin və ya bir məskun yerin qoruyucu ruhudur. Hər şəhər üçün fərqli bir iye vardır.
Yurd iyəsi
Yurd iyəsi — türk, tatar və altay mifologiyasında məmləkətin qoruyucu ruhu. Əslində Ev iyəsi ilə də əlaqəlidir. Çünki yurd eyni zamanda çadır deməkdir. Məna genişlənməsi vətənin qoruyucu ruhu mənasına da gəldiyi də deyilə bilər. Kimi mədəniyyətlərdə çadırdaki ocaqda yaşadığına inanılır. Şəhər iyəsi - türk və altay xalq inancında vilayət ruhu. İl iyəsi, Hula (Kula) iyəsi və monqolca Kota Ezen olaraq da bilinər. Yurd iyəsine çox bənzər və əlaqəli bir varlıqdır. Şəhərin və ya bir məskun yerin qoruyucu ruhudur. Hər şəhər üçün fərqli bir iye vardır.
Yurd yeri
Yurd yeri — 1994-cü il Azərbaycan istehsalı dram janrında film. Film-tamaşada hadisələr torpaqlarımızın erməni qəsbkarları tərəfindən işğala məruz qaldığı vaxtlarda cərəyan edir. Mahal (Kamal Xudaverdiyev) və ailəsinin yaşadığı kəndə də artıq ermənilərin yaxınlaşma təhlükəsi vardır. Bunu eşidən Mahalın oğlanları kəndə gəlirlər ki, ata, ana və bacılarını vertolyotla Bakıya aparsınlar.
Tərs yer
Tərs yer — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Gədəbəy rayonunun Samanlıq kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Tərs yer kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Kənd Kiçik Qafqaz dağlarının ətəyində, dağlıq ərazidə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 138 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Yer-Su
Yer (planet)
Yer — Günəşə yaxınlığına görə Günəş sistemindəki üçüncü planet və həyat aşkar olunan yeganə göy cismi. Radiometrik tanışlıq və digər dəlillərə görə Yer 4,5 milyard il əvvəl yaranmışdır. Yerin cazibə qüvvəsi kainatdakı digər cisimlərə, xüsusən də Yerin yeganə təbii peyki olan Aya və Günəşə qarşılıqlı təsir göstərir. Yer 365 gün ərzində Günəş ətrafında öz orbiti boyu hərəkət edir. Bu müddət ərzində Yer öz oxu ətrafında 365 (366) dəfə fırlanır. Yerin fırlanma oxunun sabit müstəviyə əyilməsinə görə Yerdə fəsillər yaranır. Yer ilə Ay arasındakı qravitasiya qarşılıqlı əlaqəsi qabarma və çəkilmələrə səbəb olur. Yer Günəş sistemindəki ən sıx planetdir və dörd daxili planetin (Günəşdən olan uzaqlığa görə daxili planetlər —Merkuri, Venera, Yer, Mars) ən böyüyü və ən ağırıdır. Yerin xarici təbəqəsi (litosfer) milyonlarla ildir ki, səth boyunca hərəkət edən bir neçə sərt tektonik plitələyə bölünmüşdür. Yer səthinin təxminən 29 %-i qitələr və adalardan ibarət qurudur.
Yer Günü
Beynəlxalq Yer Kürəsi Günü və ya "Ağac Günü" — keçirilmə tarixi XX əsrin 70-ci illərinə təsadüf edir. Senator Heylord Nelsanın təşəbbüsü ilə keçirilən bu bayramda məqsəd insanların diqqətini ətraf mühitin çirkləndirilməsi və canlı aləmin qorunub saxlanması problemlərinə cəlb etmək idi. Yer Kürəsi Günü ilk dəfə 1970-ci il aprelin 22-də qeyd olundu. 20 milyona yaxın amerikalı müxtəlif tədbirlərdə iştirak edərək hökuməti ekoloji problemləri həll etməyə çağırdı. Həmin vaxtdan etibarən başlanan kütləvi ekoloji hərəkat təbii ehtiyatların qorunmasına və sənaye istehsalı üzərində ekoloji nəzarətə istiqamətləndi. Məhz XX əsrin 70-ci illərindən etibarən şirkətlər ətraf aləmin mühafizəsinə nə qədər vəsait ayırmaları barədə rəsmi məlumat verməyə başladılar. ABŞ-nin Nebraska ştatının sakini Corc Sterlinq Mortona ştatın yaşıllaşdırılmasına başlamaq üçün əhaliyə müraciət etmişdi. Onun özü və ailəsi ilk olaraq ağac əkməyə başlamışdı. Tezliklə bu təşəbbüs geniş əks-səda doğurmuşdu. İlk "Ağac Günü"ndə ştatın əhalisi təqribən bir milyon ağac əkmişdi.
Yer Krallığı
Yer Krallığı — Avatar: Aanq haqqında əfsanə cizgi serialın dünyadan bir dövlət. Bu (xəritəyə görə) Avatar dünyasın şərqinin böyük hissədə yerləşən kontinentdə yerləşən, Kral tərəfdən idarə edilən konfederativ monarxiyadır. Paytaxtı - Ba Sinq Se. Əraziyə görə Avatar dünyanın ən böyük dövlətdir. Hava köçəriləri və Su tayfasıdan fərqli olaraq o gədər də magiyanı istifadə edə bilən bilən adamların azlıqdan görə əziyyət çəkmir. Millətin görünüşü qədim Çindən yaradılmışdır (Tzin sülaləsin dövrü). Yer Krallığda yaşayan camaatın mədəniyyəti regeonlara görə çoxşaxəlidir.
Yer Tanrı
Yer Tanrı - türk və altay xalq inancında və mifologiyasında yer tanrısı. Yertengri və ya Certenger olaraq da deyilər. Bəzən şərri və eqoist düşüncələri təmsil edir. Göy Tanrı yanında ikinci planda qalar. İnsan formalı olaraq çox təsvir edilməmişdir. Ancaq çox vaxt qadın cildində qəbul edilir. Yer üzü və ya Dünya "Yertinç / Yerdinç" olaraq ifadə edilər. Yer Tanrıya ağ toyuq qurban edilir. Bəzən də balıq, qoyun və ya öküz qurban verilir. Xüsusilə başı torpağa basdırılar.
Yer atmosferi
Atmosfer (q.yun. ἀτμός — buxar və σφαῖρα — sfera) – Yeri əhatə edən hava təbəqəsi. Atmosferin qalınlığı 3000 km olub, Yer kürəsi ilə birlikdə fırlanır. Atmosfer eyni zamanda Yerin qaz təbəqəsidir və tərkibi müxtəlifdir. Atmosfer iki əsas qazdan, 78% azot, 21% oksigendən ibarətdir (karbon cəmi 0,03%-dir). Azot yunanca "azos" sözündən olub, "cansız, həyata kömək etməyən" mənasında işlənməsinə baxmayaraq o, canlılar üçün mühüm qazlardan biri sayılır. Azotun dövranını müxtəlif canlı orqanizmlər yaradır. Oksigen atmosferdə daha fəal element olduğu üçün canlıların tənəffüsündə, yanmada və s. iştirak edir. Onun rəngi, iyi və dadı yoxdur.
Yer badamı
Yer bucağı
Yer bucağı (elevasiya) — həqiqi üfüq üzərində izlənən obyektin (yer əşyası, uçan apparat, göy cisimləri və s.) bucaq hündürlüyüdür. Yer bucağı azimutla birgə obyektə istiqaməti təyin etmək üçün xidmət edir. Başqa ədəbiyyatda belə izah olunur: yer bucağı — şaquli müstəvidə hədəfə istiqaməti ilə onun üfüqi müstəviyə proyeksiyası arasındakı bucaqdır.
Yer canavarı
Yer canavarı (lat. Proteles cristatus) — Kaftarlar fəsiləsindən yırtıcı məməli heyvan növü. Xarici görünüşünə görə yer canavarı kaftara bənzəsə də, rəngi və anatomik xüsusiyyətlərinə görə onları asanlıqla ayırd etmək olur. Yer canavarının bədəninin uzunluğu kaftardan 2 dəfə kiçik olub 55-95 sm arasında dəyişir. Quyruğunun uzunluğu 20-30 sm, süysününün hündürlüyü 45-50 sm-dir. Yetkin fərdlərin kütləsi mövsümdən və qidadan asılı olaraq 8-14 kq olur.
Yer hanası
Yer hanası (toxucu dəzgah) — üfüqi istiqamətdə, torpağa və ya döşəməyə uzadılan, parça, xalça və xalça məmulatları toxumaq üçün istifadə edilən sadə toxucu dəzgah. Qədim zamanlardan bizim günlərə qədər əllə toxunan məmulatlar hana adlanan sadə dəzgahlarda toxuyurdular. Hana, paralel və əks tərəfləri olan dördbucaqlı şəklində toxucu dəzgahdır. Hananın ikinövü mövcuddur; yer hanası və divar hanası. İlk öncə yer hanası meydana gəlmişdir. Yer hanası aşağıdakı əsas hissələrdən ibarət olur: Yer hanasının hər bir hissəsinin öz vəzifəsi var. bir cüt köndələn dolağacdan, onları bir-birindən xeyli aralıda, sabit saxlayan iki cüt mıxçadan, gücü ağacından və gücülənmiş əriş taylarını üfüqi vəziyyətdə saxlayan 3 ədəd çatma ayağından ibarət idi. Hana kompleksi ağız çubuğu, çarpaz çubuğu, asma ipləri, və taxta "qılınc" ilə tamamlanırdı. XX əsrin əvvəllərinə qədər geniş çeşiddə istehsal edilən yun parçaların bəzi növləri (şal, mahud, tirmə, dügürd, cecim, çul, ladı və s.) yer hanasında istehsal edilirdi. Yer hanasında, daha çox qadınlar tərəfindən toxunan şal (yer şalı), əsasən, ailənin daxili ehtiyacını ödəməklə, əsrlər boyu ev peşəsi kimi qiymətləndirilmişdir.
Yer iyesi
Yer iyəsi — türk, altay və monqol mifologiyalarında ərazi və torpağın qoruyucu ruhu. Cer (Çer) iyəsi də deyilir. Eyni mənalı olaraq Orun (orın, Urun, urine) iyəsi təbiri də istifadə edirlər. Moğollar Gazar Ezen deyərlər. Torpağın qoruyucu ruhudur. Hər ərazinin, hər tarlanın fərqli bir iyəsi vardır. Olduqca iri bədənli, uzun boylu və geniş addımlar atan orta yaşlı bir qadındır. Əkili tarlaları qoruyar. Tarla iyəsi adlı başqa bir iye də bənzər xüsusiyyətlərə malikdir. Hər il hasattan əvvəl qurban verilir.
Yer qarqarı
Yer qarqarı (lat. Caracara tellustris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qarqar cinsinə aid heyvan növü.
Yer ellipsoidi
Yer ellipsoidi və ya Yer sferoidi Yerin formasına yaxınlaşan riyazi fiqurdur, geodeziya, astronomiya və geoelmlərdə hesablamalar üçün istinad çərçivəsi kimi istifadə olunur. Təxminlər kimi müxtəlif müxtəlif ellipsoidlərdən istifadə edilmişdir. Bu, coğrafi Şimal Qütbü və Cənub Qütbünü birləşdirən kiçik oxu (daha qısa diametr) təxminən Yerin fırlanma oxuna uyğunlaşdırılmış sferoiddir ( inqilab ellipsoidi). Ellipsoid ekvator oxu ( a ) və qütb oxu ( b ) ilə müəyyən edilir; onların radial fərqi 21-dən bir qədər çoxdur km və ya a- nın 0,335%-i (bu 6400 km deyil). Yer ellipsoidinin oxlarının təyini üçün meridian qövslərindən tutmuş müasir peyk geodeziyasına və ya kontinental geodeziya şəbəkələrinin təhlili və qarşılıqlı əlaqəsinə qədər bir çox üsullar mövcuddur. Milli sorğularda istifadə edilən müxtəlif məlumat dəsti arasında bir neçə xüsusi əhəmiyyət kəsb edir: 1841-ci il Bessel ellipsoidi, 1924-cü il beynəlxalq Hayford ellipsoidi və ( GPS yerləşdirmə üçün) WGS84 ellipsoidi.
Rəqəmsal Yer
Rəqəmsal Yer — 1998-ci ildə ABŞ-nin keçmiş vitse-prezidenti Al Qor tərəfindən georeferans verilmiş və dünyanın rəqəmsal bilik arxivlərinə qoşulmuş Yerin virtual təsvirini təsvir edən konsepsiyaya verilən ad. Məhdavi-Amiri və başqalarının sorğu sənədində toplandığı kimi, 2005–2015-ci illərdə Rəqəmsal Yerə doğru əhəmiyyətli irəliləyişlər əldə edilmişdir. "Google Earth", "NASA World Wind" və ESRI-nin "ArcGIS Explorer" kimi geobrauzer virtual qlobuslarının elmi istifadəsi onların funksionallığı yaxşılaşdıqca və KML formatı dünya vizualizasiyası üçün faktiki standarta çevrildikcə əhəmiyyətli dərəcədə artmışdır. Çoxsaylı nümunələrə "Google Earth Outreach Showcase" və "World Wind Java Demo Applications and Applets"də baxmaq olar. Geosensorlar "... coğrafi olaraq istinad edilə bilən ətraf mühit stimullarını qəbul edən və ölçən istənilən cihaz" kimi müəyyən edilir. Uzun illərdir ki, Yer səthini, hidroloji və atmosfer hadisələrini ölçən geniş miqyaslı geosensor şəbəkələri mövcuddur. İnternetin yaranması bu cür şəbəkələrin genişlənməsinə səbəb olmuşdur. Rəqəmsal Yer üçün Beynəlxalq Cəmiyyət, əsasən akademik mübadilə, elm və texnologiya innovasiyaları, təhsil və beynəlxalq əməkdaşlığın təşviqi üçün qeyri-siyasi, qeyri-hökumət və qeyri-kommersiya beynəlxalq təşkilatıdır. Rəqəmsal Yer üzrə Beynəlxalq Simpozium (RYBS) bir neçə dəfə keçirilmişdir.
Yer orbiti
Yerin orbiti (rus. орбита Земли, ing. Earth`s orbit) — günəş ətrafında Yerin illik yolu; birinci yaxınlaşmada ellips formasında olur ki, onun da fokuslarının birində Günəş yerləşir. İl ərzində Günəşlə Yer arasındakı məsafə 147,117 mln. 29,27 km/san /afelidə/ arasında tərəddüd edir.

Digər lüğətlərdə