Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kali
Santiaqo de Kali (isp. Santiago de Cali) və ya sadəcə Kali (isp. Cali) — Kolumbiyanın qərbində şəhər və Valle del Kauka departmanının mərkəzi.2,5 milyon əhalisi ilə Kali, Boqota və Medellindən sonra ölkədə üçüncü ən böyük şəhər.
Kaali krateri
Kaali (est. Kaali kraater) və ya Kaalinyarvi (fin Kaalinjärvi) — Estoniyada meteorit krateri. Saaremaa adasında yerləşən bu krater 3470–3545 il əvvəl, holosen dövründə meteorit düşməsi nəticəsində yaranmışdır. Tartu universitetinin 2016-cı ildə apardığı radiokarbon analizlərinə görə krater e.ə 1500–1600 illərdə yaranmışdır. Kraterdə eyni adlı kiçik göl var. Kaali planetin səkkizinci ən gənc krateri hesab olunur. == Ümumi məlumat == Krater Kuressaare şəhərindən 18 km məsafədə, Kaali kəndi yaxınlığındakı meşədədir. Hündürlüyü 16–22 metr, diametri 110 metr olan kraterin kənarları böyük (4–7 m) dolomit bloklarlarla əhatələnib. Yaxınlıqda diametri 15 ilə 40 metr arasında olan səkkiz daha kiçik krater var. Yerli əhali arasında kraterin yaranması ilə bağlı etioloji məlumatlar mövcuddur.
Kalpi sultanlığı
Kalpi sultanlığı — 1400–1443-ci illərdə Hindistanda hökm sürən səltənət. == Tarixi == Caunpur sultanlığının hökmdarı Seyid Mübarək şah Caunpuru Dehlidən gələn təhlükələrə qarşı qorudu. 1401-cü ildə xanədanın başına Şərqi Sultanlığının ən önəmli hökmdarlarından İbrahim şah keçdi. Hakimiyətinin ilk illərində Mallu İqbal xan və Sultan Mahmud Nasirəddin şahın hücumlarına məruz qaldı. Kannevci zəbt edən Mahmud şah qarşısında onunla anlaşmağı lazım bildi (1405). Tirhut bölgəsi Şərqi Sultanlığına tabe olmağa davam etdi. İbrahim şah 1406-cı ildə Kannevci, 1414-cü ildə Kalpilərə aid bəzi şəhərləri ələ keçirdi. Cəmaziyələvvəl 831-ci ildə (Mart, 1428) Dehli sultanı Seyid Mübarək şah ilə apardığı savaşda iki ordu da itkilər verdi və mütləq bir nəticə alınmadı. İbrahim şah bu dönəmdə Kalpi sultanlığındaki iqtidar mübarizələrinə doğrudan müdaxilə etdi. 1436–1437-ci illərdə Dehliyə hücum edən İbrahim şah ona qarşı dirənəməyən Sultan Seyid Məhəmmədlə anlaşma bağladı.
Kapri (ada)
Kapri (it. Capri) — Tirren dənizində, Neapol körfəzində vulkanik ada. Adanın sahəsi km² olub, İtaliyanın Kampaniya (İtaliya) muxtar vilayətinin Neapol əyalətinin inzibati bölgüsünə aiddir. Roma Respublikası dövründən tanınan dəniz kurortu. Kaprinin gözəl mənzərəsi haqqında hədsiz mübaliğələr mövcuddur. "Şairlər Kaprini yatmış sfinks və ya antiq sarkofaqla müqayisə edirlər". "Necə ola bilər ki, o, burada yaşasın və belə qəddar olsun. Necə ola bilər ki, onun canı belə bir parlaq səmalı torpaqda belə miskin olsun. Necə ola bilər ki, buranı tərk edib başqa, daha günahsız, ömrünün son üç ilini yaşamış olduğu, hələ də onun adını daşıyan, şərq qayalıqdakı iqamətgaha çəkiləsən?" == Mavi mağara == == Məşhur sakinləri == Adada müxtəlif dövrlərdə bir çox tanınmış şəxsiyyətlər yaşamışlar. Tiberi Aksel Munte Hər yaz fəslini Kapridə tikdirmiş olduğu "Sehirli San Mikele qəsrdə" keçirərmiş.
Karli Fiorina
Karli Fiorina (ing. Carly Fiorina) və ya doğum adı ilə Kara Karlton Çak (ing. Cara Carleton Chuck; d. 6 sentyabr 1954-cü il, Ostin, Texas) — ABŞ biznesmeni və siyasətçisi.
Karli Çaykin
Karli Hanna Çaykin (ing. Carly Hannah Chaikin; 26 mart 1990, Santa-Monika, Kaliforniya) — ABŞ aktrisası. Karyerasına 2009-cu ildə "Suburgatory" sitkomu ilə başlamışdır.
Kayli Cenner
Kayli Kristen Cenner (ing. Kylie Kristen Jenner; 10 avqust 1997[…], Los-Anceles, Los-Anceles dairəsi, Kaliforniya, ABŞ) — amerikalı model və iş qadını. Kylie Cosmetics adlı makiyaj markası və KylieSkin adlı dəri qulluq məhsulları markasının qurucusu və sahibidir. E! televiziya kanalında göstərilən Keeping Up with the Kardashians ailə realiti şoularında rol alır. 2019-cu ildə Forbes jurnalının açıqladığı siyahıda 1 milyard dollar sərvəti ilə dünyanın ən gənc milyarderi olmuşdur. == Həyatı == Brus Cenner və Kris Cennerin qızıdır. Kendal Cennerin kiçik bacısıdır və Kourti Kardaşyan, Kim Kardaşyan, Kloi Kardaşyan və Rob Kardaşyan adında 4 ögey bacı və qardaşı, ata tərəfindən isə 4 ögey bacı və qardaşı var. Kayli də ailədəki digər üzvlər kimi məşhur amerikalı gənc media şəxsiyyəti və modeldir. Hər dönəm şou-biznesdə çox danışılan və dünya üzrə geniş kütlə tərəfindən izlənən Kim Kardaşyanın ögey bacısıdır.
Kayli Minouq
Kayli Enn Minouq, AO, OBE (ing. Kylie Ann Minogue [ˈkaɪliː mɨˈnoʊɡ], eyni zamanda mononim kimi Kylie; 28 may 1968[…], Melburn) — Avstraliyalı pop müğənni, mahnı müəllifi və aktrisadır. Tez-tez dəyişikliyi ilə tanınan və kommersiya baxımından ən uğurlu Avstraliya ifaçısıdır. Mətbuatda onu Avstraliya musiqi səhnəsinin "pop şahzadəsi" və "stil ikonu" adlandırırlar. Minouq 1980-ci illərin ortalarında Avstraliyanın "Qonşular" serialında çəkilməklə məşhurluq qazanır. 1980-ci illərin sonlarında PWL studiyası ilə müqavilə imzalayaraq musiqi karyerasına başladı. Prodüserlər ilə əməkdaşlıq illərində müğənni babblqam və dans-pop üslubunda dörd studiya albomu buraxdı. İlk üç albomu və "The Loco-Motion", "Hand on Your Heart", "Better the Devil You Know" və "Step Back in Time" sinqlları Avstraliya və Britaniya hit-paradlarının ilk onluğuna daxil oldu. Deconstruction Records səsyazma studiyasının dəstəyi ilə PWL dən ayrılan Minouq Kylie Minogue albomunu buraxdı. 1997-ci ildə elektron rəqs musiqisi üslubunda Rok elementləri olan Impossible Princess adlı eksperimental albom buraxdı.
Kayli Vatson
Kopli yarımadası
Kopli — yarımada Tallin şəhərinin şimalında, eyni mikrarayonun ərazisində yerləşir. Kopli yarımadası Palyassaare və Kopli körfəzinin şimalında qərarlaşır. Sahəsi 4500 km². təşkil edir. Yarımadanın uzunluğu 3 km, eni 1,5 km təşkil edir. == Tarixi == Yarımada da ilk yaşayış məntəqələri 1365-ci ilə aiddir. 1774-cü ildə Baltika almanlarına aid qəbrstanlıq salınmışdır. Hazırda ərazisindən Tallin traleybusu № 9, Tallin tramvayı № 1 и 2, və Tallin avtobusu № 32 işləyir. SSRİ dağıldıqdan sonra qəbrstanlıq yerində park salınmışdır. Yarımada ərazisində Baltik Gəmitəmiri zavodu fəaliyyət göstərir.
"Kopli" medalı
Kopli medalı (ingiliscə Copley medal) — elm adamları üçün İngiltərədə yaranmış Royal Society tərəfindən verilən elmi mükafatdır. Bu mükafat həm Royal Society tərəfindən, həm də dünyada ən qədim medal kimi tanınır. Kopli medalı ilk dəfə 1731-ci ildə verilməyə başlanıb və bu günə qədər hər il bu davam etdirilir. Medal öz adını varlı bir torpaq sahibi və özü də Royal Society təşkilatının üzvü olan Godfrey Koplidən alıb. Medalın səthi gümüşdən olub 5000 sterlinlik pul mükafatı ilə verilir. Bu medalı qazanan elm adamları arasında Çarlz Darvin, Albert Eynşteyn və Léon Foucault və 52 Nobel mükafatı (17-si fizika,14-ü kimya,21-i fiziologiya və tibb üzrə) qazanmış Con Dezaguilers də var. Bu medalı qazanan yeganə qadın elm adamı 1976-cı ildə Doroti Hodkin olmuşdur.
Eva Kaili
Eva Kaili (26 oktyabr 1978, Saloniki) — 2014-cü ildən Avropa Parlamentinin (AP) üzvü olan yunan siyasətçisi. O Avropa Parlamentində Qətər korrupsiya qalmaqalının bir hissəsi kimi korrupsiyada ittiham olunub və 2022-ci ilin yanvarından 2022-ci ilin dekabrında həbs olunana qədər Avropa Parlamentinin on dörd vitse-prezidentindən biri vəzifəsində çalışıb. 2007–2012-ci illərdə Yunanıstan Parlamentinin üzvü olub və siyasi karyerasından əvvəl 2004–2007-ci illərdə Yunanıstanın televiziya kanalı MEGA Channel-da xəbər aparıcısı olub. Kaili 9 dekabr 2022-ci ildə həbs edildikdən sonra Brüsseldə istintaq təcridxanasında saxlanılır və vəkilləri vasitəsilə ona qarşı irəli sürülən bütün ittihamları rədd edir. == Həyatı == Kaili 1978-ci ilin oktyabrında Salonikidə Mariya İqnatiadou və Aleksandros Kailis ailəsində anadan olub. O Saloniki Aristotel Universitetində memarlıq və inşaat mühəndisliyi üzrə təhsil alıb, daha sonra təhsilini Pirey Universitetində davam etdirib, 2008-ci ildə beynəlxalq və Avropa münasibətləri üzrə magistr dərəcəsi alıb. Kailinin həyat yoldaşı 35 yaşlı deputat köməkçisi Françesko Giorgidən 2021-ci il təvəllüdlü bir qızı var. == Karyerası == Siyasi karyerasından əvvəl Kaili 2004–2007-ci illərdə Mega Channel-da xəbər aparıcısı olub. Kaili 1992-ci ildə PASOK Gənclərinə qoşulub. 2001-ci ildə Memarlıq Məktəbi Tələbələr Birliyinin prezidenti, 2002-ci ildə isə Saloniki Şəhər Şurasına seçilən ən gənc üzv oldu.
Kapil Dev
Kapil Dev Ramlal Nikhanj (6 yanvar 1959, Çandiqarh) — Hindistanlı keçmiş kriketçi. O, orta sürətli melon oyunçu və sərt vuran orta dərəcəli vurucu idi. 2002-ci ildə Wisden tərəfindən Əsrin Hindistan Kriketçisi seçilmişdir. Dev, 1983 Kriket Dünya Kubokunu qazanan Hindistan kriket komandasının kapitanı idi və bu müddətdə Kriket Dünya Kubokunu qazanan ilk Hindistan kapitanı oldu və hələ də hər hansı bir komanda üçün Dünya Kubokunu qazanan ən gənc kapitandır (24 yaşında). 1994-cü ildə, test kriketində ən çox qol vuran dünya rekorduna sahib olduğu zaman təqaüdə çıxdı, daha sonra 2000-ci ildə Kortni Uolş tərəfindən bu rekord qırıldı. O dövrdə həm də əsas test kriketdə və ODI-də Hindistanın ən yaxşı bombardiri idi. 200 ODI topu vuran ilk oyunçudur. O, kriket tarixində 400-dən çox qol (434 qol) vuran və Testlərdə 5000-dən çox qaçış edən yeganə oyunçu kimi kriket tarixində ən yaxşı hərtərəfli oyunçulardan biridir. Devin hərtərəfli oyunu, onu oyunu oynayan ən böyük hərtərəfli oyunçulardan biri hesab edən Sunil Qavaskar da daxil olmaqla kriket oyunçuları tərəfindən yüksək qiymətləndirilir. O, 1999-cu ilin sentyabrından 2000-ci ilin sentyabrına qədər Hindistan millisinin məşqçisi olub.
Ramazan Kaşlı
Ramazan Kaşlı (1969, Ağsaray ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. Ramazan Kaşlı 1969-cu ildə Aksaray ilində anadan olub. Aksaray Ticarət Peşə Liseyindən məzun olub. İş adamı olaraq çalışıb. 1978-ci ildən ayaqqabı biznesi ilə məşğul olur. 1999-2004-cü illərdə Aksaray Bələdiyyə Məclisinin üzvü olub. Uzun illərdir MHP üzvüdür. 2003-2009-cu illərdə MHP Aksaray ilçə sədri, 2016-2018-ci illərdə isə MHP Aksaray il sədri vəzifələrində çalışıb. 2018 və 2023-cü illərdə MHP namizədi olaraq Aksaray ilindən Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı seçilib. İngiliscə bilir.
Andre Kaple
Andre Kaple (fr. André Caplet [ɑ̃dʁe kaplɛ]); 23 noyabr 1878[…], Havr – 22 aprel 1925[…], Nöyi-sür-Sen) – fransız bəstəkarı.
Kali-yuqa
Kali Yuqa (कलियुग (kəli yugə), ədəbiyyatda "Kali dövrü") — Hind Zaman Anlayışına görə zamanın 4 dövrünün(yuqa-dövr) ən sonuncusu. Digər dövrlər isə Sayta Yuqa, Treta Yuqa və Dvapara Yuqadır. Hind mətnlərinə əsasən Kali Yuqa Krişnanın ömrünün sona çatması ilə başlayaraq(e.ə. 3102-ci il) 432.000 il davam edəcək. Bu dövrdə Vişnunun son avatarı Kali əlində qılınc və ağ atın belində meydana çıxacaq, dünyadakı pisliyə qarşı vuruşacaq və onu məhv edəcək.
Kali Linux
Kali Linux — Debian əsaslı təhlükəsizliyin yoxlanılması üçün nəzərdə tutulmuş əməliyyat sistemidir. Kali Linux BackTrack tərtibatçıları tərəfindən 2013-cü ildə yaradılmışdır. Hal-hazırda da dəstəklənməkdədir. Masaüstü mühiti olaraq BackTrack-dəki kimi KDE seçimi yoxdu. İstifadəçilər ancaq GNOME masaüstü mühitindən istifadə edə bilər. == Alətlər == BackTrack-dəki bütün alətlər və sonradan əlavə olunanlarla birlikdə Kali Linux-da işləmək üçün 300-dən çox alət var. == Platforma dəstəyi == Kali Linux ARM platformasını dəstəkləyir. Sistem Rasberry Pi, BeagleBone Black, HP Chromebook, CubieBoard 2, CuBox, CuBox-i, EfikaMX, Odroid U2, Odroid XU, Odroid XU3, Samsung Chromebook, Utilite Pro, Galaxy Note 10.1, və SS808 kimi cihazlarda işləyə bilir.
Kali Uçis
Kali Uçis (ing. Kali Uchis; 17 iyul 1994, Aleksandriya[d], Virciniya) — ABŞ müğənnisi. 2012-ci ildə "Drunken Babble" adlı debüt miksteypini, 2015-ci ildə isə debüt mini-albomu "Por Vida"-nı çıxarıb. Kalinin 2018-ci ildə işıq üzü görən debüt studiya albomu "Isolation" geniş rəğbətlə qarşılanıb. Onun ikinci studiya albomu və ilk ispan dili layihəsi "Sin Miedo (del Amor y Otros Demonios)" 2020-ci ildə buraxılıb. Albomdakı "Telepatía" sinqlı ABŞ-də Billboard Hot 100-ə girən onun ilk mahnısı olub. O, Kaytranadanın "10%" sinqlındakı ifasına görə Ən yaxşı rəqs səsyazması üzrə Qremmi mükafatına layiq görülüb. == Həyatı == Karli-Marina Loaiza 17 iyul 1994-cü ildə Virciniya ştatının Aleksandria şəhərində anadan olub. Atası Kolumbiyanın Pereyra şəhərindən ABŞ-yə köçmüş və 1980-ci illərin sonlarında Karlinin anası ilə tanış olmuşdur. Anasının əvvəlki evliliyindən olan uşaqları Virciniyada yaşayırlar.
Kali karteli
Kali karteli — Kolumbiyanın Kali şəhəri və Valla del Cauca əyaləti yaxınlarında var olmuş narkotik karteli. Qurucuları Rodriguez Orejuela qardaşları olaraq bilinən Gilberto və Migueldan əlavə "Chepe" olaraq tanınan Jose Santacruz Londonodur. 1980-ci illərin sonlarına yaxın Helmer Herreranın da qrupa daxil olmasıyla Pablo Escobar və ona bağlı olan Medellin Karteli ilə əlaqələrini qoparmış və dörd adamın başda olduğu bu karteli idarə etməyə başlayıblar. Kali karteli ingilis pullu əsgərlər, bir çox ölkədəki müttəfiqlər, hökumətdəki saysız-hesabsız casus və mühbirlər ilə "SSSR"dəki Dövlət Təhlükəsizlik Komitinəsinə (ingiliscə: KGB) oxşarlığı ilə dünyanin tarixdəki ən böyük cinayət şəbəkəsi yəni "The Cali KGB" olaraq adlandırılmışdır. Kali kartelinin zirvədə olarkən dünya kokain bazarının 90%-nı əlində tuttuğu bilinir.
Mustafa Kapı
Mustafa Kapı (8 avqust 2002, Dənizli) — türk futbolçudur. Super Liqada "Qalatasaray" da oynayır.
İtum-Kali
İtum-Kali (çeç. Итон-Кхаьлла) — Çeçenistan Respublikası, İtum-Kali rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən İtum-Kali rayonunun və İtum-Kali kənd sovetliyinin mərkəzidir. İtum-Kali kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir. Kənd Argun çayının hər iki sahilində, Heldixoyerk qolunun ona birləşdiyi yerdə, Şatoy kəndindən 24 km cənub-qərbdə və Qroznı şəhərindən 75 km cənub-qərbdə yerləşir. Ən yaxın yaşayış məntəqələri: cənub-şərqdə Veduçi, şimalda Kokadoy və şərqdə Tazbiçi. İtum-Kalinin cənubunda və kəndin yaxınlığında orta əsrlərə aid bir çox abidələr var - qüllələr, qəbirstanlıqlar. Qədim Şulkaq kəndi hazırda İtum-Kalinin bir hissəsidir. Ehtimal ki, M. Yu. Lermontovun "Dağ kəndinə mənzərə" rəsmində təsvir məhs bura təxvir edilmişdir.
Kayli Ray Harris
Kylie Ray Harris (15 may 1989 – 4 sentyabr 2019) — ABŞ müğənnisi.
Mavi mağara (Kapri)
Mavi mağara (it. Grotta Azzurra — "azzurlu mağara" ) — İtaliyanın Kampaniya (İtaliya) regionunun, Neapol əyalətinə aid Kapri adasının şimal sahilində yerləşmiş uzunluğu 56 m, eni 30 m , girəcəyinin hündürlüyü 1,3 m olan mağara. Mavi mağaranın tək girişi vardır ki, ora ancaq qayıqla düşmək mümkündür. Giriş qapısı kiçik olduğundan fırtınalı havada mağaraya yan almaq və ya içinə daxil olmaq təhlükəli sayılır. Mağara dibini dəniz suyu basdığından , girişindən içəri düşən günəş şüaları altında mavi rəngə qərq olduğundan məhz "mavi mağara" adlandırılmışdır. Mağara Kapri adasının əsas simvolu sayılır. Bu günədək ona baş çəkən turistlərin ardı arası kəsilmir. Mağara Qədim Roma dövründə məlum olsa da 1826 cı ildə alman yazıçı-şairi Avqust Kopiş tərəfindən demək olar ki, yenidən aşkarlanmışdır. === Rəngi === Mavi mağara, parlaq mavi və ya zümrüd işığı ilə su basmış dünyada bir neçə dəniz mağaralarından biridir. Hər birində rəngin keyfiyyəti və təbiəti onun dərinlik, genişlik, su aydınlığı və işıq mənbəyinin unikal kombinasiyası ilə müəyyən edilir.
Santiaqo de Kali
Santiaqo de Kali (isp. Santiago de Cali) və ya sadəcə Kali (isp. Cali) — Kolumbiyanın qərbində şəhər və Valle del Kauka departmanının mərkəzi.2,5 milyon əhalisi ilə Kali, Boqota və Medellindən sonra ölkədə üçüncü ən böyük şəhər.
İtum-Kali rayonu
İtum-Kali rayonu (çeç. Итон-Кхаьллан кӏошт) — Rusiya Federasiyası, Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi İtum-Kali kəndidir. İtum-Kali rayonu Çeçenistanın cənub-qərb hissəsindəki dağlıq zonada yerləşir. Qalançoj rayonu təşkil edildikdən sonra sahəsi 1276.9 km² olmuşdur. Ərazi qərbdən şərqə doğru 60 km, şimaldan cənuba isə 40 km məsafədə uzanır. Rayon şimalda respublikanın Şatoy və Açxoy-Martan rayonları ilə həmsərhəddir. Şərqdə - Şaroy rayonu, qərbdə - İnquşetiya Respublikası və cənubda - Gürcüstanla sərhədə sahibdir. Rayonun inzibati sərhədi Xaxaltı dağından Yaperlan silsiləsi ilə Yasenkord dağı, Martan çayının mənbəyinə, sonradan isə Qumartairkort silsiləsi Çinxoy-Lam dağı, Vyarda-Exk yatağı ilə, İnzaexk mənbəyinə qədər. Bundan əlavə sərhəd Dayxox dağı ilə, Canjare keçidi və Çerxunışkort dağları və Şaroy-Arqun yatağı boyunca uzanır.
Çarli Çaplin
Çarlz Spenser "Çarli" Çaplin (ing. Sir Charles Spencer "Charlie" Chaplin; 16 aprel 1889[…] – 25 dekabr 1977[…]) — məşhur ABŞ və İngiltərə rejissoru, aktyoru, ssenari müəllifi, komediyaçısı və bəstəkarı olmuşdur. Çarli Çaplin Londonda Çarlz Çaplin və Hanna Çaplinin övladı kimi dünyaya gəlmişdir. Onun valideynlərinin ikisi də musiqiçi idilər. Anası məşhur rəqqasə idi. O anadan olandan bir az sonra valideynləri ayrılırlar. Çarlz Çaplin 1901-ci ildə alkoqoldan vəfat edir. Anası Hanna hələ uşaqlıqdan psixi problemlərdən əziyyət çəkir, belə ki, balaca Çarli və ögey qardaşı Sidney internatda böyüməli olurlar. Çaplin öz karyerasına 5 yaşında İngiltərədə teatrda başlayır. Burada o küçə uşağı rolunu uğurla oynayırdı.
Qanlı
Qanlı — Qərbi Azərbaycanın (indiki Ermənistan) Göyçə mahalında kənd. Qanlı kəndinin yaranma tarixi XIV əsrin sonu (1387), XV əsrin əvvəlinə (1410) təsadüf edir. Kəndin yaranması və ilk adı olan Qanlı sözünün mənası iki əsas mənanı kəsb edir. 1. "Dədə Qorqud" dastanını təşkil edən 12 Türk boylarından biri "Səlcuq" Türkərinin nəslindən olan "Kanlı" qolunun adı ilə bağlıdır. 2. Qanlı sözünün ikinci mənası isə deyilənlərə görə Qazax mahalından Göyçə mahalına gələn Qanlı Allahverdinin adı iıə bağlıdır. Qanlı Allahverdi kəndin himini salarkən bol sulu, münbit torpağa və eləcə də maldarlıq üçün əhəmiyyətli olduğunu görərək həmin yeri özü ilə birlikdə gələn qohumlarına daimi yaşayış yeri seçmişdir. Qanlı Allahverdi kənddə özündən sonra məskunlaşan kənd sakinlərindən biri ilə dalaşaraq həmin adamı öldürmüşdü. O, qan tökdüyünə görə həmin gündən ailəsi ilə birlikdə kənddən köçərək Azərbaycanın Kəlbəcər rayonunun indiki Qanlı kəndinin bünövrəsini salmış və ömrünün sonuna qədər orada yaşamışdır.
Qapılı
Qapılı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. Rayon mərkəzindən 15 km cənub-qərbdə, Arpaçayın yaxınlığında, İrəvan-Gümrü yolunun üstündə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin yaxınlığında urartu dövründən qalma uçuq qalanın qalıqları, divarları indi də durur. Toponim türk dilində "dar dərənin yarıqlara bölünmüş yuxarı hissəsi", "dağ yamacında dərə" mənasında işlənən qapı sözünə -lı şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 3.ll.1947-ci il fərmanı ilə adı dəyişdirilib Qusanagyuğ (Aşıq kəndi) qoyulmuşdur. Ermənilər buraya 1829–30-cu illərdə Türkiyənin Alaşkert, Bulanix və Muşdan gətirilmişdir.
Bağlı
Bağlı (Uludərə) — Türkiyənin Şırnak vilayətinin Uludurə rayonunda kənd. Hacı Bağlı (Sulduz) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd.