Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Karavella
Karavella (port. Caravela, isp. Carabela) — XV əsrdən etibarən istifadə olunmağa başlanmış yelkənli gəmi. Sürətlə hərəkət edirdi, həm də tutumlu idi. Əsas üstünlüyü: çoxlu yelkenləri var idi. Karavellaların ilkin nümunələri tək bir yelkəndən ibarət olmuşdur. XVII əsrdə isə karavella tipli gəmilərdə köklü dəyişikliklər edilmişdir. XVI əsrdə Portuqaliyada hazırlanan karavellalar 50 - 160 ton ağırlığında olan yükü daşıya bilirdi. Uzun səfərlər üçün nəzərdə tutulan karavellalarda 2 - 6 arası yelkən olurdu. Bu gəmilərin əsas cəhətlərindən biri küləyin hansı istiqamətdən əsməsinə baxmayaraq, yelkənlərin istiqamətini dəyişməklə nəzərdə tutulan yerə tez bir zamanda çatması idi.
Karakalla
Karakalla (lat. Caracalla, 4 aprel 188[…], Luqdun[d], Qalliya[d] – 8 aprel 217[…], Haran[d], Roma imperiyası) — 198-ci ildən 217-ci ilə Roma imperatoru.
Qaravəlli
Folklor Qaravəlli (ədəbiyyat) — Qaravəlli (tamaşa) — Yaşayış məntəqələri Qaravəlli (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Qaravəlli (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Qaravəlli (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Qaravəlli (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Qaravəlli (Zərdab) — Azərbaycanın Zərdab rayonunda kənd. Qaravəlli (Balakən) — Azərbaycanın Balakən rayonunda kənd. Qaravəlli (Neftçala) — Azərbaycanın Neftçala rayonunda mövcud olmuş kənd.
Qaravəlli (1989)
Qaravəlli (rus. Гаравелли) — Azərbaycan cizgi filmi. Müəlliflər burada xalqımızın sevimli qəhrəmanları vasitəsilə bugünkü problemlərimizdən söhbət açırlar. Cizgi multiplikasiya filmində Azərbaycan şifahi xalq yaradıcılığından istifadə edilmişdir. Ssenari müəllifi: Arif Məhərrəmov Kinorejissor: Arif Məhərrəmov Quruluşçu rəssam: Yelena Qolubeva, Arif Məhərrəmov Kinooperator: Ramiz Ağayev Bəstəkar: Səyavuş Kərimi Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı: Bəhmən Əliyev, Vaqif Məmmədov, Firəngiz Quliyeva, Gülşən Quliyeva, M.Nanaziaşvili, Cahangir Süleymanov, Hüseyn Cavid İsmayılov Rəssam: Tamilla Əsgərova, Y.Bekker, Mehriban Əfəndiyeva, Lalə Məmmədova Rejissor assistenti: Sima Qurbanova (mövqe göstərilməyib) Assistent: Ziya Xəqani, Arifə Hatəmi Montaj edən: Nisə Hacıyeva Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Faiq Abdullayev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Qaravəlli (Ağcabədi)
Qaravəlli — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Qaravəlli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Qaravəlli kəndi Gələbədin kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaravəlli kənd inzibati-ərazi vahidi yaradılmışdır. Kənd XVII əsrdən bəri obalardan ibarət olub (Belqışlaq, Qaraqışlaq, Güllüqışlaq v.s.). XIX əsrdən Yelizavetpol quberniyasının Şuşa qəzasına daxil olub. Kolxozlaşma gedişində yuxarıda sayılan obalar bir yerə cəmləşdirilib. Kolxoz sistemi yaranandan sonra əhalinin tərəkəmə həyat tərzinə son qoyulur. Burdakı əhali əksərən tərəkəmə Qaravəlli elatından olanlardır. Zaman keçmiş və insanlar bu kəndin coğrafiyasına uyğunlaşmışlar. Qaravəlli elatının yaşı min ildən çoxdur. Qoca tarixin yazdığına görə Oğuz xanın 6 oğlundan böyüyü Gün xanın dördüncü (sonbeşik) oğlu Qaraevli idi.
Qaravəlli (Ağsu)
Qaravəlli — Azərbaycan Respublikasının Ağsu rayonunun Növcü kənd inzibati ərazi dairəsində kənd.
Qaravəlli (Balakən)
Qaravəli — Azərbaycan Respublikasının Balakən rayonunun Püştətala kənd inzibati ərazi dairəsində kənd.
Qaravəlli (Neftçala)
Qaravəlli — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində mövcud olmuş kənd.
Qaravəlli (Zərdab)
Qaravəlli — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Qaravəlli Zərdab rayonunun qədim və zəngin tarixə malik kəndlərindən biridir. Qaravəllilər əvvəllər yarımköçəri maldarlıqla məşğul olmuş, Kür vadisinə XIX əsrin ikinci yarısında həmişəlik gəlmiş və əsasən oturaq həyata keçmişlər. Əlisəfa Məmmədov "Qarayazı düzündən Xəzər dənizinə qədər" kitabında yazır ki, Azərbaycanın qədim türkdilli tayfalarından olan qaravəllilər XX əsrin əvvəllərinə qədər əsasən Şirvanda, Araz boyunca – Mildə, Muğanda yaşayırdılar. Bu vaxt onların Şirvanda Qaravəlli-Alməmməd (ona Xanlıq da deyirdilər) və Qaravəlli (Tapdıq), Qaravəlli-Qambaybəy, Muğanda Qaravəlli, Arazın sol sahilində – Mil düzündə isə Qaravəlli və Minaxarlı (Qaravəlli) kəndləri olmuşdur. Şimali Azərbaycanda Qaravəlli adlı 8 kənd vardı. Qaravəllilər indi Azərbaycanın Gədəbəy, Ağsu, Zərdab, Ağcabədi, Şamaxı, İmişli və Balakən rayonlarının ərazilərində yerləşirlər. Qaravəllinin yaşlı sakinlərinin rəvayət etdiyinə görə ilk dəfə bu əraziyə Vəli, onun ardınca, daha sonra isə Hacıaxund adlı biri gəlib. Onların hər üçü Araz qırağından olub. Vəli kişinin rəngi qara olduğuna görə bu kəndin adını elə Qaravəlli qoyublar.
Qaravəlli (İsmayıllı)
Qaravəlli — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.
Qaravəlli (Şamaxı)
Qaravəlli — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Şamaxı rayonu Mirikənd i.ə.d.-də kənd. Ləngəbiz silsiləsində “Şor dərə” çay dərəsi hövzəsindədir. Əhalisi 1143 nəfərdir (2009), 278 təsərrüfatı var. Əhalisi əsasən maldarlıq və əkinçiliklə məşğuldur. Keçmiş adı Qaravəlli Qambay bəy olmuşdur. 1886 il əhalinin siyahıyaalmasında Şamaxı qəzasında Qaravəlli Qambaybəy köçünün (54 ailə, 272 nəfər) qeyd edilən ərazidə yaşadığı göstərilir. Qambay bəy adlı birisinə mənsub qaravəlli ailələri 19 əsrin 80-ci illərində Daştulan adlı yerdə oturaqlaşaraq kənd salmışlar. Kənd tayfanın adını daşıyır. 1919-cu il tarixində ermənilər tərəfindən 66 evlik Qaravəlli kəndində 40 kişi, 50 qadın, 30 uşaq öldürülmüşdür.
Qaravəlli (ədəbiyyat)
Qaravəllilər— Auditoriyanı güldürməyə xidmət edən, yumoristik məzmunlu nağıllara kiçik müqəddimə. Nəzmlə söylənir və əsasən satirik mahiyyət daşıyır.
Qaravəlli bələdiyyəsi
Qaravəlli bələdiyyəsi (Ağsu) — Ağsu rayonunda bələdiyyə. Qaravəlli bələdiyyəsi (Ağcabədi) — Ağcabədi rayonunda bələdiyyə. Qaravəlli bələdiyyəsi (Zərdab) — Zərdab rayonunda bələdiyyə.
Yekaterina Karavelova
Yekaterina Karavelova (bolq. Екатерина Великова Пенева–Каравелова) — müəllim, tərcüməçi, publisist, qadın hüquqları müdafiəçisi, Bolqarıstan Qadınlar Birliyinin təsisçisi, Yəhudilərin Müdafiəsi Komitəsinin qurucularından biri. Bolqarıstanlı siyasətçi Petka Karavelovanın həyat yoldaşı. Yekaterina Karavelova 21 oktyabr 1860-cı ildə Ruse şəhərində anadan olub, kürkçü Veliko Penev və Stoyanka Penevanın dörd övladının ən kiçiyi olub. 1870-1878-ci illərdə Yekaterina IV Moskva Qadınlar Gimnaziyasında oxumuş və onu qızıl medalla bitirmişdir. Eyni dövrdə Yekaterina məşhur riyaziyyatçı Sofiya Kovalevskaya ilə tanış olur. Gimnaziyanı bitirdikdən sonra Yekaterina Bolqarıstana qayıdır və Rusedə dərs deməyə başlayır və bir ildən sonra Kişi Gimnaziyasında qızlar üçün sinfin direktoru olur. Yekaterina Sankt-Peterburqda tibb təhsili almağı planlaşdırır, lakin 1880-ci ildə Moskvada oxuyarkən tanış olduğu Petka Karavelov ilə ailə qurur və ailəsi Sofiyaya köçür. Cütlüyün üç qızı dümnyaya gəlir - Rada (1880-1883), Viola (1884-1934) və Laura (1886-1913). Tezliklə Yekaterina Bolqarıstanın siyasi elitasının bir hissəsinə çevrilir, lakin 1881-ci ildə Battenberq Şahzadəsi Aleksandr tərəfindən Petka Karavelovun Bolqarıstanın Baş Naziri vəzifəsindən uzaqlaşdırılmasından sonra ailə Bolqarıstanı tərk edib Plovdivə köçmək məcburiyyətində qalır.
Qaravəlli-2 (1992)
Film satirik xalq folklorunun motivləri əsasında çəkilmişdir.
Qaravəlli (film, 1989)
Qaravəlli (rus. Гаравелли) — Azərbaycan cizgi filmi. Müəlliflər burada xalqımızın sevimli qəhrəmanları vasitəsilə bugünkü problemlərimizdən söhbət açırlar. Cizgi multiplikasiya filmində Azərbaycan şifahi xalq yaradıcılığından istifadə edilmişdir. Ssenari müəllifi: Arif Məhərrəmov Kinorejissor: Arif Məhərrəmov Quruluşçu rəssam: Yelena Qolubeva, Arif Məhərrəmov Kinooperator: Ramiz Ağayev Bəstəkar: Səyavuş Kərimi Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı: Bəhmən Əliyev, Vaqif Məmmədov, Firəngiz Quliyeva, Gülşən Quliyeva, M.Nanaziaşvili, Cahangir Süleymanov, Hüseyn Cavid İsmayılov Rəssam: Tamilla Əsgərova, Y.Bekker, Mehriban Əfəndiyeva, Lalə Məmmədova Rejissor assistenti: Sima Qurbanova (mövqe göstərilməyib) Assistent: Ziya Xəqani, Arifə Hatəmi Montaj edən: Nisə Hacıyeva Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Faiq Abdullayev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Qaravəlli bələdiyyəsi (Ağcabədi)
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaravəlli bələdiyyəsi (Ağsu)
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sud Aviation Caravelle
Sud Aviation Caravelle — Sud Aviasiya tərəfindən istehsal olunan Fransa mənşəli regional reaktiv sərnişin təyyarəsidir. Təyyarə ilk uçuşunu 27 may 1955-ci ildə etdi və 26 aprel 1959-cu ildə xidmətə başladı. Caravelle, qısa və orta həcmli bazar üçün hazırlanmış ilk reaktiv təyyarədir. Sərnişin xidmətlərinə başladıqdan bir neçə il sonra, Caravelle Avropanın ən uğurlu ilk nəsil reaktiv sərnişin təyyarələrindən biri oldu. Təyyarə Avropadakı operatorlara əhəmiyyətli satışlar etdi və hətta United Airlines şirkətinin 20 Caravelle sifarişi ilə ABŞ bazarına çıxmağı bacardı.
Qaravəlli-2 (film, 1992)
Film satirik xalq folklorunun motivləri əsasında çəkilmişdir.
Arabella - Qaranlıq mələyi (film, 1989)
Arabella — Qaranlıq mələyi (it. Arabella, l'Angelo Nero) — 1989-cu ildə Stelvio Massi tərəfindən çəkilən İtaliya filmidir. == Məzmun == Filmdə Arabellanın macəralarından danışılır. Arabella çoxlu kişilərlə münasibət saxlayır. Bir gün yazıçı olan həyat yoldaşını dişləyir. Bu hadisədən sonra həyat yoldaşı paralic keçirir və onunla münasibət qura bilmir. Bu səbəbdən Arabella digər şəxslərlə münasibət qurmağa qərara gəlir. Bunun üçün müxtəlif klublara yollanmağa qərara alır. Arabella ilə maraqlanan iki polis müfəttişinin ölümündən sonra ittihamlar Arabellanın üzərinə düşür. Bu səbəbdən polislər onun izinə düşməyə qərar verirlər.
Ş.Məhərrəmov adına Qaravəlli kənd tam orta məktəbi
Ş.Məhərrəmov adına Qaravəlli kənd tam orta məktəbi — Qaravəlli kəndində orta məktəb. Yeni məktəb binası şagirdlərin istifadəsindədir, məktəb kompyuret ilə təmin olunub.