Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Karaçi
Kəraçi — Pakistanda şəhər.
Haraiki
Haraiki (fr. Haraiki) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Şimali Marutea atolundan 42 km şimal-qərbdə yerləşir. Adada meteostansiya fəaliyyət göstərir. == Coğrafiya == Atoll üçbucaq formaya malikdir. Atollun sahəsi 4 km²-dir. Daxilində laqun vardır. Laqun okeanla kiçik boğazla birləşir. == İnzibati bölgüsü == İnzibati baxımından Makemo kommunasına daxildir. == Əhali == 2007-ci il məlumatına görə adada 58 nəfər yaşayır.
Karaoke
Karaoke (カラオケ - yaponca: kara 空 - "boş, yox" və ōkesutora オーケストラ - "orkestra", orkestranın yoxluğu, solistsiz orkestra) — Yapon mənşəli əyləncə anlayışıdır. Karaoke - mahnının əslindən sözlərin çıxarılaraq onu oxuyacaq şəxsin önündə monitora vəya kağıza yazılması və həmin şəxsin mikrofonla bu mahnı sözlərini oxuyaraq ifa etməsinə verilən addır.karaoke – mahnıların kompüterdə musiqili müşayiəti (akkompanementi). "Karaoke CD" termininə də rast gəlinir. Mahnı sözləri adətən Müğənniyə yol göstərmək məqsədiylə monitorda hərflər və rənglərlə musiqili video ilə göstərilir. == Tarix == Yapon musiqiçi Daysuke İnoye kafelərdə çalışırdı. Bir müştəri onunla birlikdə şəhər kənarındakı tədbirə getməsini istədi. Daysuke səfərə çıxa bilmədi. Buna baxmayaraq, müştərinin yemək zamanı mahnı oxuya bilməsi üçün xüsusi səs yazdırdı. Müştəri ondan daha bir neçə kaset yazdırmasını da istədi. Bundan sonra Daysuke insanların oxuduğu musiqini çalan, mikrofonu, səsgücləndirisi olan bir sistem qurmağa qərar verdi.
Qaracik
Qaracik — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Saraclı
Saraclı (Kəleybər) — İranda kənd. Saraçlı oymağı — Oğuz boylarından Bəydili boyuna mənsub oymaqlardan biri. Saraçlı (Borçalı) — Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd Saraçlı (Manavqat) — Türkiyə Cümhuriyyəti Antalya ili, Manavgat ilçəsində kənd. Saraçlı (Aralıq) — Türkiyə Cümhuriyyəti İğdır ili, Aralıq ilçəsində kənd. Saraçlı (Geyvə) — Türkiyə Cümhuriyyəti Sakarya ili, Geyvə ilçəsində kənd. Saraçlı (Çərşənbə) — Türkiyə Cümhuriyyəti Samsun ili, Çərşənbə ilçəsində kənd. Saraçlı (Of) — Türkiyə Cümhuriyyəti Trabzon ili, Of ilçəsində kənd. Oxşar Bığlı Hüseyn Saraclı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Sevan rayonu ərazisində kənd.
Karaok
Karaok - Roketsan tərəfindən inkişaf etidirilən 125 mm daşınabilən qısa məsafəli tank əleyhinə idarəolunan raket (TƏİR) sistemidir. Raketin uzunluğu 110 sm-dir. İnfraqırmızı tuşlama başlığına malik "Karaok"un 2000 metrə yaxın məsafədə hədəfləri məhv etdiyi bildirilir. Kompleks atıcı qurğu ilə birlikdə 25 kq-dan az kütləyə malikdir. "Karaok" raketinin hazırlanmasında daha əvvəl istehsal edilən OMTAS platformasından istifadə edilir. Son zamanlar "Karaok" raketinin seriyalı istehsal prosesi davam edərkən, məhsulun bəzi hissələri embarqolar səbəbiylə yenidən işlənməli olub. Bu səbəblə kütləvi istehsal prosesinə hazırlığın daha bir neçə il davam edəcəyi gözlənilir. ASELSAN bu məqsədlə Konyada yeni bir istehsal xətti də açıb. Müəssisənin 2019-cu ildə istehsala başlayacağı gözlənilir. Modernləşmə proqramı çərçivəsində "Karaok" raketinin atəş məsafəsinin gələcəkdə mərhələli şəkildə əvvəlcə 4, sonra isə 6 km-ə çatdırılması planlaşdırılır.
Kəraçi
Kəraçi — Pakistanda şəhər.
Qaraçı
Qaraçılar — Hind-Avropa mənşəli köçəri xalq
Karaka
Firmiana (lat. Firmiana) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Erythropsis Lindl. Karaka Raf.
Anthemis karacae
Anthemis karacae (lat. Anthemis karacae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Cia Karanci
Cia Karanci (29 yanvar 1960, Filadelfiya, Pensilvaniya ABŞ) — 1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərində Amerikanın ilk supermodeli. Onun üzü bir cox jurnalların üz qabığında dərc etdirilmişdir. O model olmaq üçün Amerikaya 17 yaşı olanda gəlmişdir. Tezliklə bir çox əlçatmaz fotoqrafların sevimlisinə çevrildi. Çox gözəl bədənə və sinəyə malik olan Cia Karanci, hər kəsin sevimlisinə çevrildi. Kris von Vangenheim, Françesko Skavullo, Artur Elqort, Riçard Avedon kimi fotoqroflarla işləmişdi. Bodi Basiks, Kristian Dior, Kutex, Diane von Fürstenberq, Giorgio Armani, Lanketti, Levi's, Maybelline, Perry Ellis, Versace, Vidal Sassoon, Yves Saint Laurent kimi məşhur adlarla çalışmışdı. Onunla işləyən hər bir insan Cia-nin həddindən artıq enerjili və sadə olduğunu söyləyir. O yaşadığı müddətdə hər bir şeyə nail ola bilmişdi, yalniz bir şeydən başqa. Onun həmişə diqqətə və sevgiyə ehtiyacı olmuşdu.
Nazif Kayacık
Nazif Kayacık (türk. Nazif Kayacık; d. 1872, İstanbul, Osmanlı İmperiyası – ö. 1951, İstanbul, Türkiyə) — Türk əsgəri. 1888-ci ildə hərbi məktəbə daxil olmuş və 1892-ci ildə oranı bitirmişdir. 1897-ci ildə Osmanlı-Yunan müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1921-ci ilin 31 avqustunda Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə mükafatlandırıldı. Böyük hücumda və Dumlupınar döyüşündə iştirak etmişdir. 17 sentyabr 1930-cu ildə öz istəyi ilə təqaüdə çıxdı.
Qaracik Zeyid
Qaracik Zeyd — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Xaçmaz rayonunun Qaracik-Zeyid kəndi məskulaşma tarixi XVIII əsrə təsadüf edən qədim kəndlərdən biridir. Kənddə ilk məskunlaşma Naxçıvanın Qaraçuq mahalından gəlmə əhali tərəfindən olmuşdur. Daha sonra bu ərazidə 1874-cü ildə Quba rayonunun dağlıq Zeyid kəndindən bir qrup əhali məskunlaşmışdır. Bu səbəbdən də kənd Qaracik-Zeyid kimi adlandırılmışdır.
Ramiz Karaeski
Ramiz Karaeski və ya Ramiz dayı — Türk istehsalı olan Ezel teleserialında uydurma bir obraz. Tuncəl Kurtiz tərəfindən yetişkin halı, Ufuq Bayraqdar tərəfindən isə gəncliyi canlandırıldı. Ramiz dayı ilk dəfə 12 oktyabr 2009-cu ildə serialın 3-cü bölümündə göründü və 61-ci bölümdə ayrıldı.
Saraclı (Kəleybər)
Saraclı (fars. سراجلو‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 216 nəfər yaşayır (35 ailə).
Saraclı (Əhər)
Saraclı (fars. سراجلو‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 359 nəfər yaşayır (79 ailə).
Saraçlı (Borçalı)
Saraçlı, Mamxuti — Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd. Saraçlı kəndi dəniz səviyyəsindən 450–600 m yüksəklikdə, Xrami çayının sağ qollarından olan Sağsağanlı çayının orta axarında - çayın hər iki sahilində yerləşir. Saraçlı qonşu kəndlər – Aşağı Qoşakilsədən 4,0 km, İmirhəsəndən 6,7 km, Faxralıdan 6,4 km, Qudurrudan 7,3 km və rayon mərkəzi Bolnisidən 22 km məsafədə, paytaxt Tiflisdən isə 60 km cənubda yerləşir. Coğrafi koordinatları 41° 22' 60" şimal enliyi, 44° 43' 1" şərq uzunluğudur. 25 kv.km-ə yaxın olan Saraçlı torpaqları cənubdan şimal-şərqə doğru dağ və dağətəyi ərazilərdə yerləşdiyindən, həmçinin mütləq hündürlüyü dəniz səviyyəsindən +400 metrlə (Yuxarı Qoşakilsə yaxınlığında) +1040,5 metr (Ləzgi daşı) arasında olduğundan təbiəti də rəngarəngdir. Əgər şimal torpaqları çılpaq ovalıq zonaya düşürsə, cənuba getdikcə kolluq və qalın meşəliklərlə örtülü dağlarla əhatə olunmuşdur. Yağıntının orta illik miqdarı 500 mm-ə yaxın olduğundan, həmçinin mülayim zonada yerləşdiyindən bu torpaqlar dəmyə əkinçiliyi, bağçılıq və heyvandarlıq üçün əlverişlidir. Saraçlı kəndi haqqında məlumat verən ən qədim rəsmi sənəd hələlik Gürcüstan muzeylərində üç variantı saxlanan çar "Dasturlamali"si hesab olunur. XI Georginin hakimiyyəti dönəmində (1682 - 1688-ci illər) tərtib olunmuş və sonralar əlavələr edilmiş, ərəbcə "dəstürüləməl" sözündən olub, mənası "məlumat" anlamına gələn bu sənədlərin iki variantında – Sulxan Mdivani və Aleksi Mesxişvili variantlarında kəndin adı "Saraclu – Eminis elis sopeli" ("Emin elinin Saraclu kəndi") formasında qeydə alınmışdır. O da maraqlıdır ki, gürcü dəftərdarları "sopeli" sözü ilə yerli – oturaq (binəli) kəndləri qeydə alır, köçəri kəndləri isə "oba" adlandırırdılar.
Saraçlı oymağı
Saraçlı — Oğuz boylarından Bəydili boyuna mənsub oymaqlardan biri. Saraclı adı etno-toponimdir. Saraclı (müxtəlif şəkillərdə - Sırac/Sıraç, Sarac, Saraclu/Saraçlu/Sarraçlu/Saraçlı, Saraclar, Salac) 24 oğuz boyundan Bəydili (müxtəlif şəkillərdə - Beğdili, Beydili, Beqdeli) boyunun oymaqlarından birinin adıdır.
Yuli Karasik
Yuli Yuryeviç Karasik (rus. Ю́лий Ю́рьевич Кара́сик, ukr. Ю́лій Ю́рійович Кара́сик; 24 avqust 1923, Xerson, Odessa quberniyası[d] – 23 yanvar 2005, Moskva) — SSRİ aktyoru, rejissoru, ssenaristi, RSFSR xalq artisti (1977), SSRİ Kinematoqrafçılar İttifaqının üzvü.
Əflatun Saraçlı
Məmmədov Əflatun Yunis oğlu (Əflatun Saraçlı) (5 dekabr 1936 – 22 yanvar 2008, Bakı) – şair, tərcüməçi, ədəbiyyatşünas. Əflatun Saraçlı 1936-cı il dekabr ayının 5-də Gürcüstan Respublikası Bolnisi rayonun Saraçlı kəndində anadan olmuşdur. 1944–1952-ci illərdə kənd səkkizillik məktəbində, 1952–1956-cı illərdə isə Borçalı (Marneuli) Pedaqoji Məktəbində təhsil almışdır. 1956-cı ildə Tbilisi Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə daxil olmuş, 1961-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək həmin institutun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında laborant və müəllim vəzifələrində işləmişdir. 1961-ci ildə Azərbaycan Elmlər Akademiyası Nizami adına Dil və Ədəbiyyat İnstitutuna kiçik elmi işçi vəzifəsinə qəbul olunmuş, 1967-ci ildə "Azərbaycan uşaq mətbuatında ədəbiyyat məsələləri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1969-cu ildən baş elmi işçi vəzifəsində işləyən Ə. Məmmədov 1984-cü ildə "XIX əsrin sonu–XX əsrin əvvəllərində Azərbaycan bədii nəsrinin inkişaf problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. 1984-cü ildən həmin institutun aparıcı elmi işçisi, sonra isə ömrünün sonuna kimi şöbə müdiri vəzifəsində çalışmışdır. Azərbaycanın tanınmış ədəbiyyatşünas alimlərindən olan Əflatun Saraçlının yüzlərlə elmi məqaləsi və kitabları nəşr olunmuşdur. "Azərbaycan bədii nəsri" , "Abdulla Şaiq", "Zeynalabdin Marağalı", "Azərbaycan yazıçıları Cümhuriyyət dönəmində" və s. monoqrafiyaları ona böyük şöhrət qazandırmışdır.
Mərvə Kavakcı
Mərvə Kavakcı(19 avqust 1968, Ankara) — Türk akademiki, siyasətçisi və diplomatı. Mərvə Kavakcı 18 aprel 1999-cu il seçkilərində Fəzilət Partiyasından İstanbul millət vəkili seçilib. 1999-cu il mayın 2-də Türkiyə Böyük Millət Məclisində andiçmə mərasiminə qadağan olunsa da, hicablı qatıldığı üçün parlamentdən xaric edilib. O, Nazirlər Şurasının qərarı ilə ABŞ vətəndaşı olduğunu bəyan etmədiyi üçün vətəndaşlıqdan çıxarılıb. O, 1999-cu ildə ABŞ-yə köçüb. Vaşinqtonda Corc Vaşinqton Universitetinin Beynəlxalq Münasibətlər məktəbində müəllim vəzifəsində çalışıb. Üsküdar Universitetinin Humanitar və Sosial Elmlər fakültəsində müəllim vəzifəsində çalışıb və eyni universitetin Postkolonial Araşdırmalar Tətbiq və Araşdırma Mərkəzinin (PAMER) direktoru olub. Daxili İşlər Nazirliyinin 12 may 2017-ci il tarixli məktubu ilə Nazirlər Şurasının 3 iyul 2017-ci il tarixli “Resmi Gazete”də dərc olunmuş qərarına əsasən, Nazirlər Kabinetinin 13 may 1999-cu il tarixli qərarı ilə Kavakcının Türkiyə vətəndaşlığını itirməsi ilə bağlı qərarı Nazirlər Kabinetinin 26 may tarixli qərarı ilə ləğv edilib. O, Xarici İşlər Nazirliyinin yay müddətli fərmanı ilə Kuala-Lumpura səfir təyin edilib və vəzifə müddəti 2 iyun 2022-ci ildə başa çatıb. O, 12 avqust 2022-ci il tarixində Prezident tərəfindən Xarici İşlər Nazirliyinin Xarici Siyasət Məsləhət Şurasının üzvü təyin edilib.
Saraçlı (Aralıq)
Saraçlı — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. Kəndin adı 1901-ci il qeydlərində Saraçlu, 1928-ci il qeydlərində Pirço kimi qeyd olunur. Kənd İğdır şəhər mərkəzinə 41 km, Aralıq qəsəbə mərkəzindən 4 km məsafədədir.
İosif Karakis
İosif Yuliyeviç Karakis (ukr. Йосип Юлійович Каракіс, rus. Иосиф Юльевич Каракис; 16 (29) may 1902, Balta[d], Balta qəzası[d], Podolsk quberniyası[d], Rusiya imperiyası – 23 fevral 1988, Kiyev) — ən məhsuldar sovet memarlarından biri kimi tanınan sovet memarı, rəssam və pedaqoq. Keçmiş Sovet İttifaqında və onun hüdudlarından kənarda Ukrayna konstruktivizminin qısa dövrünün ustası və tarixi abidələrin qorunması uğrunda fəal mübariz kimi tanınan dünya səviyyəli memar. Mütəxəssislərin fikrincə, müəllifin 1930-cu illərin yaşayış və ictimai binalar üçün bir çox innovativ ideyaları hələ də yeni və aktualdır, memarın planları öz dövrünü xeyli qabaqlayırdı. İosif Karakis SSRİ-nin bir çox şəhərlərində sonradan memarlıq abidəsinə çevrilmiş onlarla binanın və bir sıra standart layihələrin müəllifidir. Ümumilikdə onun layihələri üzrə 4500-dən çox məktəb binası tikilmişdir (inşaatlar bu gün də davam edir). İosif Karakis 29 may 1902-ci ildə Balta şəhərində Turbov qəsəbəsindəki şəkər zavodunun işçisi və şəriki Yuliy Borisoviç Karakis (1879–1943) və Frida Yakovlevna Karakisin (qızlıq soyadı Qeybtman) ailəsində anadan olub. İosif ailənin böyük oğlu idi. Onun kiçik qardaşı David Yulieviç Karakis hərbi həkim peşəsini seçmiş, polkovnik rütbəsinə qədər yüksəlmiş, Böyük Vətən Müharibəsi illərində ordu epidemioloqu (sanitar-epidemioloji dəstənin rəisi) olmuşdur.
Gizem Karaca
Gizem Karaca (7 sentyabr 1992, İstanbul) — Miss Turkey 2011 ikincisi, model və aktrisadır. Aktrisa kimi debütü 2011-ci ildə "Eve Düşen Yıldırım" serialında baş rolu canlandırıb. == Həyatı == Gizem Karaca 7 sentyabr 1992-ci ildə İstanbulda doğulmuşdur. Kiçik yaşlarından ailəsi ilə bərabər Amerikaya köçüb. İbtidai məktəbi ABŞ-də, orta məktəbi Kanadada bitirdikdən sonra, lise illərində Türkiyə'yə dönmüşdür. Daha sonra İstanbul Universitetinin fransız dili və ədəbiyyatı fakültəsinə daxil olmuşdur. İngilis və orta səviyyədə fransız dillərini bilir. == Karyerası == Universitet illərində çətin keçən dərslərdən qaçmaq üçün Miss Turkey 2011 gözəllik müsabiqəsinə qatılmağa qərar verir və ikinci yeri tutur. Müsabiqə bitdikdən dərhal sonra Eve Düşen Yıldırım adlı serial ilə aktrisa kimi debütünü edir. 2012-ci ildə Emirin Yolu adlı serialda da baş rol oynayır, lakin reytinqlərin aşağı düşməsi səbəbindən serialın çəkilişləri 13.bölümdən sonra dayandırılır.
Katsuyuki Kavaçi
Katsuyuki Kavaçi (27 aprel 1955, Hiroşima) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.