Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Katorqa
Katorqa (yun. κατεργων — катергон, üç cərgəli avarlara malik gəmi) — dövlət üçün ən ağır cinayətkarlar tərəfindən görülən məcburi əmək cəzası. == Tarixi == Katorqa hələ qədim Roma imperiyasında, edam cəzasının əvəzində məcburi əmək formasında mövcud idi.
Kastor
Kastor - Əkizlər bürcünün α ulduzu. Adını mifologiyadakı əkiz döyüşçülərdən biri olan Kastoradan almışdır. Digəri olan Polluks Əkizlər bürcünün β ulduzudur. Çılpaq gözlə Kastor tək görünsə də müasir teleskoplarla onun əslində üç ulduzdan ibarət olduğunu müşahidə etmək olar. Bu ulduzlar sıra ilə Kastor A, B və C adlandırılmışdır. Daha da maraqlısı bu üç ulduzun hər birinin spektroskopik qoşa ulduz olduğu kəşf edilmişdir. Yəni əslində Kastor altı ulduzdan ibarət bir sistemdir. Alpha Geminorum (α Geminorum, qısaldılmış Alpha Gem, α Gem) olaraq ifadə edilən Castor, Əkizlər bürcünün ən parlaq ulduzu və gecə səmasındakı ən parlaq ulduzlardan biridir. Baxmayaraq ki, 'Alfa' identifikatoruna malikdir, Beta Geminorum'dan (Pollux) daha zəifdir. Kator , James Pound tərəfindən 1718-ci ildə qoşa ulduz kimi qeydə alınmışdır.
Pastora Soler
Pilar Sançes Luke (isp. Pilar Sánchez Luque; 28 sentyabr 1978, Koriya-del-Rio, Sevilya vilayəti[d], İspaniya), daha çox Pastora Soler kimi tanınır (isp. Pastora Soler) — İspaniya müğənnisi, Avroviziya 2012 mahnı müsabiqəsində İspaniyanın təmsilçisi.
Waldorf Astoria
Waldorf Astoria Hotels & Resorts — Hilton Otellər Şəbəkəsinin lüks otel və rezort brendi. Hilton portfelinin daxilində flaqman marka kimi otel avadanlıqlarının və xidmətinin yüksək standartlarını təklif edir. 2016-cı il yanvar ayında Hilton Otellər Şəbəkəsi elan etdi ki, The Waldorf Astoria Collection adlı lüks otel brendini yaradacaq. Bu daha sonra isə Nyu-York şəhərində The Waldorf Astoria adı altında fəaliyyətə başladı. 2014-cü ildə bu mülk çinli investorlara satıldı, lakin Hilton bu brend altında oteli hələ də idarə edirdi. Hiltonun mülklərindən bəziləri "Waldorf" adını öz başlıqlarında hələ də daşıyırdılar, lakin onlar həqiqi Waldorf Astoria otel zəncirinin bir hissəsi deyildilər. The Waldorf Hilton, London buna bir misal olaraq göstərilə bilər. 2007-ci il aprel ayında otelin 4 mülkiyyəti var idi. Konde Nast jurnalının 2015-ci ildə keçirdiyi səyahətçilərin seçim sorğusunda Yerusəlimdə yerləşən Waldorf Astoria oteli 7-ci yerdə qərarlaşmışdı. 2014-cü ilin avqust ayında Waldorf Astoria oteli ABŞ-dakı otellərinin altıısnda Waldorf Astoria Driving Experiences sistemini yaratdı, bu sistemdə VİP qonaqlara peşəkar yarış şərtləri altında bahalı idman avtomobillərinin sükanları arxasında əyləşmək şansını yaradır.
Kasaoka Nal Yengəci Muzeyi
Kasaoka Nal Yengəci Muzeyi (笠岡市立カブトガニ博物館, Kasaoka Şiritsu Kabutoqani Hakubutsukan) – Yaponiyanın Okayama prefekturasının Kasaoka şəhərində yerləşən muzey. Dünyada nal yengəclərinə həsr olunmuş yeganə muzeydir. == Tarixi == Muzey 1990-cı ilin martında nal yengəclərinin nəslinin kəsilməsinin qarşısını almaq məqsədilə yaradılmışdır. Muzey Kasaoka şəhərinin ərazisindəki Konoşima kanalının yaxınlığında yerləşir. Bu kanal Yaponiya hökuməti tərəfindən təbiət abidəsi elan olunmuşdur və "nal yengəclərinin çoxalma ərazisi" kimi qorunur. == Xüsusiyyətlər == Muzey binası nal yengəci formasında dizayn edilmişdir. Muzeyin akvariumunda yetkinlik dövründə olan nal yengəcləri saxlanılır. Fosil guşəsində 8 müxtəlif nal yengəci fosili nümayiş etdirilir. Bu fosillərdən biri Almaniyadan gətirilmişdir. Muzeydə nal yengəcinin böyümə prosesini əks etdirən xüsusi sərgi yerləşir.