Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Raketli kater
Raketli kater və ya Hücum qayığı, gəmi əleyhinə raketlərlə silahlanmış kiçik bir hərbi gəmidir. Dənizlərdə az məsrəflərlə donanma yaradılması məqsədilə ölkələr tərəfindən seçilən məşhur bir seçim vasitəsidir. Hücum qayıqları yüksək hərəkətliliyi sayəsində döyüş raketlərindən daha effektiv istifadəni təmin edir və bu səbəbdən də tez-tez istifadə olunurlar.
Katet
Katet — düzbucaqlı üçbucağın düz bucağı əmələ gətirən tərəflərin hər biri adlanır.
Katex
Katex — Azərbaycan Respublikasının Balakən rayonunun Katex kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == XVII əsrdə Cənubi Dağıstandan gəlmiş avarların Katex adlanan yerdə məskunlaşması nəticəsində yaranmışdır. Ərazi adını buradan axan Katex çayının adından almışdır. == Coğrafiyası və iqlimi == Katex çayı sahilində, Alazan-Əyriçay çökəkliyindədir. == Əhalisi == == İqtisadiyyatı == Kənddə soyuducu anbar kompleksi var. Kompleksin inşasına 2011-ci ilin sentyabrında başlanmış, 17 avqust 2013-cü ildə açılışı olmuş və açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir. Sahəsi 1,36 hektar olan kompleksə 12 soyuducu kamera və inzibati bina daxildir. Katex kəndində kompleksə məxsus 50 hektar sahədə meyvə bağları da salınmışdır. Meyvə bağlarında xaricdən gətirilmiş alma sortları əkilmiş, damcı üsulu ilə suvarma sistemi qurulmuşdur. == Din == Kənddə Katex kəndi "Mərkəzi" məscidi və Katex kəndi Kombinat məscidi dini icmaları fəaliyyət göstərir.
Krater
Krater (vulkan) — Yer kürəsi və digər nəhəng səma cismlərinin səthi üzərində, bir neçə səbəbdən yaranan relyef forması. Krater (qab) — çaxır və suyu qarışdırmaq üçün antik qab.
Kate
Kate (KDE Advanced Text Editor) — KDE tərəfindən yaradılan mətn redaktorudur. UTF-8, UTF-16, ISO-8859–1 və ASCII kodinqlərini dəstəkləyir. Sintaksi tanıma (highlighting) xüsusiyyətinə malikdir. C++ dili ilə Kate üçün pluginlər yazmaq mümkündür.
Har (krater)
Har – Yupiterin təbii peyki Kallistoda yerləşən krater. German-skandinav mifologiyasında baş tanrı Odinin adlarından birinin şərəfinə adlandırılmışdır. Zərbə krateri olduğu güman olunur.
Houard Karter
Houard Karter (9 may 1874[…] – 2 mart 1939[…], London) — İngilis arxeoloq və Misirşünas. Misirin Luksor şəhərindəki məşhur Krallar vadisində firon Tutanxamon türbəsini kəşf etməsi ilə məşhur olmuşdur. Buna baxmayaraq Misirdən uzaqda ölmüş və cənazəsində yalnız Xanım Evelyn iştirak etmişdir. == Bioqrafiyası == Houard Karter 1874-cü ildə İngiltərənin paytaxtı Londonun Kensington regionunda anadan olub. Atası istedadlı bir sənətçi Samuel Karter, anası Marta Coys (Sands) olmuşdur. Uşaqlığının çox hissəsini Norfolkun Suafhem şəhərində keçirmişdir. Misirdə arxeoloji tədqiqatlar aparan və F. Petrienin "Tell el-Amarna" qazıntılarında (1892) iştirak edən Houard Karter, Misir hökuməti tərəfindən antik abidələrin müdiri olaraq təyin edilmişdir. Thebes qazıntılarında iştirak etmiş (1910) və Misir kraliçası Hatshepsutun türbəsinin kəşf edilməsində mühüm rol oynadıqdan sonra, Thebesdəki Krallar vadisini tədqiq etmək üçün Lord Carnarvon ilə əməkdaşlıq etmiş və uşaq kral olan Tutanxamonun məzarını kəşf etmişdir (1922). Ancaq bu kəşfdən sonra bir sıra xoşagəlməz hallarla üzləşdi. Misir mətbuatı Times jurnalına verdiyi imtiyazlara görə onu sevmirdi.
Hovard Karter
Houard Karter (9 may 1874[…] – 2 mart 1939[…], London) — İngilis arxeoloq və Misirşünas. Misirin Luksor şəhərindəki məşhur Krallar vadisində firon Tutanxamon türbəsini kəşf etməsi ilə məşhur olmuşdur. Buna baxmayaraq Misirdən uzaqda ölmüş və cənazəsində yalnız Xanım Evelyn iştirak etmişdir. == Bioqrafiyası == Houard Karter 1874-cü ildə İngiltərənin paytaxtı Londonun Kensington regionunda anadan olub. Atası istedadlı bir sənətçi Samuel Karter, anası Marta Coys (Sands) olmuşdur. Uşaqlığının çox hissəsini Norfolkun Suafhem şəhərində keçirmişdir. Misirdə arxeoloji tədqiqatlar aparan və F. Petrienin "Tell el-Amarna" qazıntılarında (1892) iştirak edən Houard Karter, Misir hökuməti tərəfindən antik abidələrin müdiri olaraq təyin edilmişdir. Thebes qazıntılarında iştirak etmiş (1910) və Misir kraliçası Hatshepsutun türbəsinin kəşf edilməsində mühüm rol oynadıqdan sonra, Thebesdəki Krallar vadisini tədqiq etmək üçün Lord Carnarvon ilə əməkdaşlıq etmiş və uşaq kral olan Tutanxamonun məzarını kəşf etmişdir (1922). Ancaq bu kəşfdən sonra bir sıra xoşagəlməz hallarla üzləşdi. Misir mətbuatı Times jurnalına verdiyi imtiyazlara görə onu sevmirdi.
Hyüyqens (krater)
Hyüygens – eyni Hollandiyalı astronom, riyaziyyatçı və fizikin şərəfinə adlandırılmış Mars krateri. Buranın Krateri təxminən 467.25 km (290.34 mil) diametri [304] W 13.88 ° S, ilə seçilirdi. Alimlərin Mars ətrafında orbitə göndərilməsinin səbəbi o idi ki, bura su axmırdı . Alimlərin orbitə getmələri ilə su bir daha planetin səthinə axdı. Bir zamanlar suyun olduğu bir yerdə sadə orqanizmlər yaşayırdı. Bir müddət planetimizə su axmadığına görə planetə xeili ziyan vurmuşdur.Ümumilikdə sunun insan həyatında rolunun necə vacib rol oynadığını bilirik.Yaşamaq üçün orqanizmə elə o qədər də su qəbul etmək lazım gəlir.İnsan vücudunun yarsı demək olar ki, su ilə təşkil olunub. Elə bunun qarşısını almaq üçün alimlər TEMİS ilə planetə su çəkdilər. Karbonatlar (kalsium və ya dəmir karbonatlar) Huyqensin ağzında bir kraterdə aşkar edilmişdir.Bu minerallar Marsın bol nəmini sübut edir. Bir çox su var idi. Orbiter üçün Mars Kompakt Rekonessanslı Görüntüləmə Spektrometresi (CRISM) aləti ilə tapıldı.Əvvəllər alət ilə gil mineralları aşkar edilmişdir.
Kader Kamara
Kader Kamara (18 mart 1982, Konakri) — Qvineya futbolçusu. == Həyatı == Abdul Kader Kamara 18 mart 1982-ci ildə Qvineyanın Konakri şəhərində anadan olmuşdur. == Karyera == Əvvəlki klubları: Vasko de Konakri , Atletiko K. Qvineya, Vitess, Zuyd-Vest, Serkle Brügge, Beringen, Dessel Sport. 2007-ci ildən Qəbələdə çıxış edir. Qvineya milli futbol komandasının daimi üzvlərindən biri olub. == Uğurları == Belçika çempionatının ikinci divizionunun qalibi (2003 — Serkle Brügge) Serkle Brügge (2003) və Dessel Sport (2007) klublarının mövsüm ərzində ən yaxşı oyunçusu.
Kaster (Vaşinqton)
Kaster (ing. Custer) — ABŞ-nin Uotkom dairəsində siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 366 nəfər olmuşdur. == Tarixi == Adı ilk poçt müdiri Alber Kasterin adından götürülmüşdür. İlk ərazi Velli-Vyu və Bey-Rods yollarının kəsişməsində olsa da, 1890–1892-ci illərdə dəmiryolunun çəkilməsi ilə əlaqədar indiki əraziyə köçürülmüşdür. == Coğrafiyası == Ümumi ərazisi 4.7 km² olub, tamamilə quru ərazisindən ibarətdir. == Əhalisi == === 2010-cu il əhalinin siyahıyaalınması === 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 366 nəfər əhali, 138 şəxsi təsərrüfat və 98 ailə vardı. Əhalinin sıxlığı 63.5 nəfər/km²-di. Burada 147 ev var və evlərin sıxlığı 31.3/km²-di. Əhalinin etnik tərkibini 89,3%-i Ağ amerikalılar, 1,9%-i Asiyalılar, 0,3%-i Hindilər, 0,5%-i Afroamerikalılar, 6,3%-i digər irqdən olanlar və 1,6%-i isə iki və daha artıq irqdən olanlar təşkil edirdi.
Katex bələdiyyəsi
Balakən bələdiyyələri — Balakən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Katex kilsəsi
Katex kilsəsi - Katexçay şəlaləsindən bir neçə kilometr üzü dağlara doğru getdikdə Zaqatala qoruğunun qadağan zonasında (Balakən rayonu ərazisində) yerləşən V əsr alban kilsəsi. Kilsəyə getmək olduqca çətindir. Bir neçə kilometr mövcud dağ yolu ilə getdikdən sonra çətin dağ cığırlarından (heyvanların açdığı - ora insan nadir hallarda gedə bilər) keçmək, üç dəfə gur dağ çaylarından adlamaq lazımdır. Dörd sütun üzərində dayanan kilsənin günbəzi qırılaraq onun içinə düşüb. Divarlarının hörgüsü zamanı travertindən istifadə olunub.
Katex qüllələri
Katex qüllələri — Balakən rayonunun Katex kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi kimi qeydiyyata alınmış qüllələr. == Memarlıq xüsusiyyətləri == Qüllələrin inşasında ərzidən keçən çayda bol olan yerli daşlardan istifadə edilmişdir. Qüllələrin aşağı hissələri böyük ölçülü kobud daşlardan, yuxarı hissələri isə səliqə ilə kəsilmiş kiçik ölçülü qaya daşlarından inşa edilmişdir. İnşaat zamanı keyfiyyətli əhəng məhlulundan istifadə olunurdu. Məhlulun möhkəmliyi o qədər yüksəkdir ki, qüllələrdən qopub düşmüş hissələr parçalanmadan iri bloklar şəkildə qalmışdır. Qüllələrin divarlarının qalınlığı aşağıda 0.9 metrdən başlayır və yuxarı qalxdıqca 0.5-0.6 metrə qədər azalır. Qüllələrin xarici divarları zəif maililiyə malikdir. Maşikulların kronşteynləri bir neçə sıra iri daşlardan formalaşdırılmışdır. Onlar divar səthindən irəli çıxaraq, bir-birini üstündə asılır. Kronşteynlərin sayı bəzi qüllələrdə hər divarda altıya qədər çatır.
Kevin Karter
Kevin Karter (ing. Kevin Carter; 13 sentyabr 1960, Yohannesburq, Transvaal[d] – 27 iyul 1994[…], Yohannesburq) — Cənubi Afrika Respublikasından (CAR) olan fotojurnalist və 1993-cü ildə Sudanda aclığı təsvir etdiyi fotoya görə Pulitser mükafatının sahibi. O, 1990-1994-cü illərdə Cənubi Afrikada fəaliyyət göstərmiş “Bang-Bang Club”un üzvü olmuşdur. 33 yaşında intihar etmişdir. Onun hekayəsi 2010-cu ildə çəkilmiş “Bang-Bang Club” filmində nümayiş olunmuşdur. Bu filmdə onun obrazını Teylor Kits canlandırmışdır. == Erkən illəri == Kevin Karter Yohannesburq şəhərində anadan olmuşdur. Karter orta sinfə məxsus rayonda böyümüşdür. Bu rayonda ancaq ağdərili insanlar yaşamışdır. O, uşaqlıqda bu rayonda qeyri-qanuni yaşayan qaradərililərin həbs edilməsi üçün həyata keçirilən bir sıra polis reydlərinin şahidi olmuşdur.
Kiilut (krater)
Kiilut – Yupiterin təbii peyki Kallistoda yerləşən krater. Kallistonun cənub qütbünün yaxınlığında yerləşir. Zərbə krateri olduğu güman olunur. Ölçüsü 47 kilometr təşkil edir. Yuxarı hissəsində deqredasiyaya uğramış Reqinleyf krateri görünür.
Kopernik (krater)
Kopernik krateri (lat. Copernicus)-orta ölçülü, polşalı astronom Nikolay Kopernikin(1473–1543) şərəfinə adlandırılan Ay krateridir. Krater Fırtına Okeanının şərq hissəsində yerləşir. Kraterin yaşı təxminən 800 milyona bərabərdi, yəni krater, Ayın geoloji tarixinin kopernik dovrundə yaranmışdır. Yaşı kiçik olduguna görə kraterin strukturu aydındir. Kraterin dərinliyi- 3800 metirdir. Kraterə bu adı yezuit Djovanni Ricioli tərəfindən verilmişdir və 1935-ci ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən təsdiq olunmuşdur. Eyniadlı krater Mars planetində də var. == Kraterin təsviri == Krater şimalda Qey-Lüssak, şərqdə Stadiy krateri, cənubda Faut krateri, qərb-cənub-qərbdə Qortenziy krateri ilə sərhəddir. Kraterin cənubunda Adalar dənizi, şimalında Karpat dağları, şimal-şərqdə Apennin dağları, şərqde isə Znoy körfəzi yerləşir.
Krater (qab)
Krater (qab) (q.yun. κεράννυμι — qarışdırıram) — çaxır və suyu qarışdırmaq üçün antik qab.
Krater (vulkan)
Vulkan krateri (lat. crater q.yun. κρατήρ sözündən götürülmüşdür) — yer kürəsi] və digər nəhəng səma cisimlərinin səthi üzərində, bir neçə səbəbdən yaranan relyef forması. Bunlardan ən əsasları vulkanik dağlar üzərində yerləşən vulkan aktivliyi nəticəsində yaranan kraterlər və kiçik-xırda səma cismlərinin səthə düşməsindən yaranan kraterlər — zərbə kraterləri (meteor kraterləri). == Haqqında == Vulkan krateri- (rus. кратер вулканический, ing. volcanic crater) (yun. krater-kasa, piyalə) –vulkan konusunun zirvəsində və ya yamacında əmələ gəlmiş qıf yaxud kasa şəkilli çökəklik. Köndələn kəsimi nadir halda −2, −2,5 km-dən böyük , dərinliyi isə bir neçə on metrdən yüz metrlərə qədər olur. Vulkan kraterinin dibində maqma ocağından qalxan lava və başqa vulkan məhsullarının yer üzünə çıxması üçün bir və ya bir neçə ağız yerləşir.
Krater gölü
Kreyter gölü — ABŞ-nin Oreqon ştatında yerləşən kaldera gölü. Kreyter Gölü Milli Parkının ana hissəsi olan göl tərtəmizvə şəffaf suyu ilə məşhurdur. Gölün ən dərin yeri 594 metrdir. Göl və kalderası 7.700 il əvvəl Mazama dağının vulkanik çökməsi nəticəsində yaranmışdır. Kreyter gölü ABŞ-nin ən dərin, dünyanın isə ən dərin 7-ci gölüdür. Gölə tökülən və ya göldən axan çay yoxdur. == Yeri == Kreyter gölü Klamat qraflığında yerləşir. Klamat şəlaləsinin 97 km şimal-qərbində, Medford şəhərinin 130 km şimal-şərqindədir. 1853-cü ilin iyun ayında Con Uesli Hillman gölü kəşf edən ilk amerikalı olmuş və gölü Tünd Göy göl adlandırmışdı. Gölün bundan sonra da dəyişdirilərək Mavi Göl, Macesti gölü olmuş, sonda Kreyter gölü adı verilmişdir.
Küri (krater)
Kuri krateri — Mars planetində yerləşən 29,1° şimal və 4,8° qərb koordinatlarında yerləşən kosmik obyektdir. Onun diametri 144.1 kilometrdir və adı fransız fizik-kimyaçı Pyer Kürinin şərəfinə qoyulub.
Lateral krater
Lateral krater (rus. кратер латеральный, ing. lateral crater) — əsas vulkan konusunun yamacında yerləşən ikinci dərəcəli vulkan krateri; parazit kraterlərə aid edilir.
Pater familias
"Pater familias" (latın dilindən – "ailə atası") — patriarxal ailənin başçısı. Qədim Romada "pater familias" əvvəlcə həyat yoldaşı, uşaqları, qulları, əşyaları üzərində eyni gücə (manus) malik idi. O, bunların hamısını bəraət qazandırmaqla iddia edə bilərdi. Sonra bu güc fərqlənmiş və müxtəlif adlar almışdır. Əvvəlcə ailənin atasının səlahiyyəti qeyri-məhdud idi, qalan ailə üzvləri isə tamamilə gücsüz idi, lakin sonra Roma hüququ onların hüquqlarını tanımağa başlamışdır. Ailə atasının hakimiyyətinin zəifləməsi Roma ailə hüququndakı dəyişiklik, yetkin ailə üzvlərinin müəyyən müstəqilliyini öz üzərinə götürən ticarətin inkişafının nəticəsi idi.
Qabbi Karter
Qabbi Karter (ing. Gabbie Carter;4 avqust 2000, Ostin) — ABŞ pornoaktrisa və erotik modeli. == Bioqrafiya == Texasda doğulan Karter burada müxtəlif restoranlarda ofsiant olaraq işləmişdir. "Matrix Models" tərəfindən yayımlanan "SexyJobs" reklam çarxına cavab yazdıqdan sonra Kaliforniyaya köçdü və burada pornoaktrisa karyerasına 2019-cu ilin aprel ayında, 18 yaşı olarkən başladı. İlk çəkilişi 2 apreldə "FTV Girls" vebsaytı üçün anal seks və "ExploitedCollegeGirls" üçün üçlü seks videosunda çəkilmişdir. Aktrisa Jules Jordan Video, Deeper, Blacked, Tushy, Reality Kings, Mile High, Digital Sin, Bangbros, Mofos, Brazzers, Naughty America, New Sensations və Evil Angel kimi studiolarda çəkilişlərə qatılmışdır. Ümumilikdə 220-dən çox videofilmdə yer almışdır.
Rabiyə Kadər
Rəbiyyə Qədir (Uyğurca: رابىيه قادىر, (Çincə: 热比娅·卡德尔); 21 yanvar 1947, Altay) — Çinin Sincan-Uyğur Muxtar Rayonunda yaşayan Uyğur xalqının insan haqqları üçün mübarizə edən Uyğur aktivist. == Həyatı == Rəbiyə Qədir 1947-ci il yanvar ayının 21-də Sincan Uyğur Muxtar Vilayətinin Altay şəhərində anadan olub. Kasıb bir ailədə böyüyən Rəbiyə orta təhsilini Altay şəhərində alıb. 1965-ci ildə 18 yaşında ikən ailə həyatı quran Rəbiyə vilayətin digər şəhəri Ağsuya köçür. Çində mədəni inqilab illərində öz həyat yoldaşı ilə birlikdə dini paltar biznesi ilə məşğul olan R. Qədir belə bir təcarətlə məşğul olmasına görə, bir müddət sonra yüksək dairələr tərəfindən düşmən və möhtəkir elan edilir ki, bu da sonda onun öz həyat yoldaşından boşanması ilə nəticələnir. 1981-ci ildə Rəbiyə Qədir elm xadimi Siddiq Ruzi ilə ailə həyatı qurur. Bu izdivacdan sonra cütlük Sincan Uyğur Muxtar Vilayətinin mərkəzi şəhəri olan Urumçiyə köçür. Artıq özünü işadamı kimi təsdiqləməyə başlayan Rəbiyə Urumçidə uyğur etnik mallarının satıldığı univermaq açır. 1985-ci ildə Rəbiyə Qədirin sahib olduğu ticarət məkanının sahəsi 14 000 kv metr təşkil edirdi. Getdikcə biznesini genişləndirən R. Qədir imkanlarının çoxaslması ilə paralel olaraq, həm bir çox uyğur türkünü də işlə təmin edir, həm də onların maariflənməsi ilə məşğul olurdu.