Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kaçanik icması
Kaçanik (serb. Качаник) — Kosovoda icma, Uroşevats dairəsinə daxildir. Əhatə etdiyi sahə 294 km². İcmanın inzibati mərkəzi Kaçanik şəhəridir. Obiliç icması 30 yaşayış məntəqəsindən ibarətdir, yaşayış məntəqəsinin orta sahəsi 7,0 km²-dır.
Kalante
Kalante (pol. Calanthe) – Polşa yazıçısı Andjey Sapkovskinin "Cadugər" romanlar seriyasının personajı, Sintra kraliçası. Pavettanın anası və Sirinin nənəsidir. == Bioqrafiya == Sintra kralı Ryöqnerin həyat yoldaşı və Pavettanın anası olan Kalante gözəl və ağıllı qadındır. O, “Sintranın dişi aslanı” kimi tanınır. Həyat yoldaşını erkən itirən Kalante, qızı Pavettanın on beş yaşı tamam olduqda, iradəsinə zidd olaraq onu, Erlenvaldlı Yoj adlı cəngavərə ərə verməli olur. Sonradan Yoj Nilfqaard imperiyasının taxt varisi olur. Nilfqaardın Sintraya hücumu zamanı, Kalante şəhərin müdafiəsini təşkil edir. Məğlubiyyətin qaçılmaz olduğunu başa düşdükdə isə intihar edir. == Seriallarda == Polşa istehsalı olan “Cadugər” teleserialında Kalante rolunu Yeva Vinyevska oynamışdır.
Kamani
Kamani (gürc. კამანი) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 160 m hündürlüktə, Suxumidən 14 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 4, თბ., 2018. — გვ. 504.
Kaoani
Kaoani (yaponca kao (顔, üz) və ani (アニ, animasiya) sözlərindən gəlir) — adətən üzürmüş kimi görünmək üçün yuxarı və aşağı sıçrayan kiçik animasiyalı emotikonlar. Kaoanilərin mənşəyi Yaponiyadan gəlir və eyni zamanda puflar, anime ləkələri, anikaolar və ya anime ifadələri kimi tanınır. Kaoani heyvanlar, oniqirilər kimi qida məhsulları, rəngli ləkələr, karikatura personajları və s. şəklində ola bilər. Bir çoxları rəqs etmək, gülmək və ya alqışlamaq kimi müəyyən bir fəaliyyəti yerinə yetirmək üçün canlandırılır. Kaoanilər üçün fayl formatı adətən GIF-dir, çünki bu format animasiyaları dəstəkləyir. Bununla belə, onları animasiya edilmiş PNG şəkli olan APNG formatında da hazırlamaq mümkündür. Kaoanilər əsasən internet forumlarında, "MySpace" profillərində, bloqlarda və ani mesajlaşma proqramında əhval-ruhiyyə simvolu və ya avatar kimi istifadə olunur.
Kazanın alınması
Rus qoşunlarının Kazan xanlığına qarşı yürüşləri. Kazan xanlığını Osmanlı imperiyası, Krım xanlığı və Noqay ordası dəstəkləyirdi. Kazan qoşunları 1534-cü ildən 1545-ci ilə qədər, hər il Rus dövlətinin şərq və şimal-şərq qıraqlarına yürüşlər edirdi. XVI əsrdə Kazan xanlığında 100 min rus əsiri var idi. Onların çoxusunu Osmanlıya və Aralıq dənizi ölkələrinə satılırdı. Bundan başqa ruslar Volqa və Kama üzərində ticarətlərini genişləndirərək, qaçılmaz olaraq tatarlarla toqquşmalı idilər. Eyni zamanda rus feodallarını xanlığın geniş torpaqları cəlb edirdi, bu ərazilərdə ruslar böyük mülklər əldə etmək fikrində idilər. == Mübarizənin başlanması == 1487-ci ildə Moskva knyazı III İvan Kazanı Moskvadan 1521-ci ilə qədər vassal asılı vəziyyətə saldı. III Vasili, Volqanın sağ qollarında dayaq məntəqələri olan, Vasilsursk istehkamının əsasını qoydu(1523) və Temniklər şəhərciyini möhkəmləndirdi. Kazan yürüşləri VI İvanın vaxtında baş verdi.
Edinson Kavani
Edinson Kavani (isp. Edinson Roberto Cavani Gómez) — Uruqvaylı futbolçu. İspaniyanın Valensiya klubunun və Uruqvay Milli futbol komandasının oyunçusu. == Həyatı == Edinson Roberto Kavani Qomez 2 fevral 1987-ci ildə Uruqvayın Salto şəhərində anadan olmuşdur. Qardaşları Kristian Kavani və Azərbaycan Premyer Liqasının bombardiri olmuş Valter Quqlemon da futbolçu olublar. Yaşca qardaşlarından kiçik olan Kavaninin karyerası daha uğurlu alınıb. Uşaqlıqdan həyatında çətinlik çəkən Kavani həmin günləri belə yada salır: "Ailəmin mənə "Cola" ala biləcək qədər pulu yox idi. Gündəlik xərclərə, qida və paltara olan tələbatımızı güclə ödəyirdik". Erkən yaşlarından futbola olan marağı və həvəsi atası tərəfindən diqqətsiz qalmır. Ailə başçısı şəxsi münasibətləri hesabına oğlunu "Danubio"nun uşaq futbol məktəbinə yazdırır.
Kaiane Aldorino
Kaiane Aldorino — 2009-cu ilin Dünya Gözəli
Kamanə (Urmiya)
Kamanə (fars. كمانه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 101 nəfər yaşayır (21 ailə).
Lacani (Urmiya)
Lacani (fars. لاجاني‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 241 nəfər yaşayır (47 ailə).
Möhtəşəm Kaşani
Şəmsüş-şüəra Kəmaləddin Möhtəşəm Kaşani (1528, Kaşan, İsfahan ostanı – 1 fevral 1588) — İran şairi. Şəmsüş-şüəra Kəmaləddin Möhtəşəm Kaşani Kaşanda dünyaya gəlmiş, Möhtəşəm, I Şah Təhmasib Səfəvinin hakimiyyəti illərində yaşamışdır. Təvəllüd tarixi mə’lum deyildir. O, h.q. 996 (m. 1588) — ci ildə vəfat etmişdir. Məzari-şərifi Kaşandadır. Təzkirə müəlliflərinin yazdıqlarına görə atası Xacə Mir Əhməd bəzzaz olmuşdur. Yeniyetmə yaşlarında Kəmaləddin də atasının yanında bu sən’ətlə məşğul olmuşdur. Gənc yaşlarından bu işdən uzaqlaşmış və şeir yazmağa başlamışdır.
Əhməd Kasani
Əhməd Xacəgi ibn Cəlaləddin Kasani (fars. احمد خواجگی بن جلال‌الدین کاسانی‎; özb. Ahmad Xojagi b. Jaloliddin Kosoniy) vəya "Məxdumi-Əzəm" (fars. مخدوم اعظم‎; özb. Maxdumi Aʼzam; 1461 – 1542, Səmərqənd) — Nəqşibəndi təriqətinin görkəmli sufisi və Səmərqəndin ən məşhur İslam müqəddəslərindən biri. Onun məqbərəsi Özbəkistanın Səmərqənd vilayətindədir. AḤMAD KĀSĀNĪ // Encyclopedia Iranica. KÂSÂNÎ, Ahmed // TDV İslâm Ansiklopedisi.
Koçani qalaları
Koçani qalaları — Şimali Makedoniyanın Koçani şəhərində yerləşən memarlıq abidələri kompleksi. Qalaların XVII əsrin ikinci yarısında tikilməsinə baxmayaraq, onları xalq arasında “orta əsr qalaları” da adlandırırdılar. == Tarixi == Koçana qalaları şəhər Osmanlı imperiyasının hakimiyyəti altında olduğu dövrdə tikilmişdir. Yaxın Şərq memarlığı qalaların dizayn və üslubuna böyük təsir göstərmişdir. Bugünkü tapıntılara görə, Koçani şəhərində və onun ətrafında üç qüllə də tikilib ki, onlardan ikisi şəhərdə - Koçana çayının hər iki sahilində, üçüncüsü isə Dolni-Podloq kəndində yerləşir. Qalalar eyni anda iki funksiyanı: həm yaşayış, həm də müdafiə funksiyasını yerinə yetirirdi. XIX əsrdə tikilmiş qalalardan birinin başında saat da var idi. 1957-ci ildə iki şəhər qalası mədəniyyət abidəsi statusunu aldı. Bu gün onlar Koçani şəhərində XVII əsrə aid yeganə tikililər olaraq qalır. == Təsviri == Şəhərin mərkəzində Koçan çayının sağ sahilində yerləşən qala sıx yaşayış massivində yerləşir və hündürlüyü 15,35 metrdir.
Kalani Brown
Kalani Braun - 21 mart 1997-ci ildə anadan olub. WNBA-nın Dallas Wings və Maccabi Bnot Ashdod üçün Amerikalı peşəkar basketbolçudur. O, basketbolçu karyerası ərzində bir çox mükafatlar alıb və 2017 və 2018 mövsümlərindən sonra Qadın Basketbol Məşqçiləri Assosiasiyası (WBCA) tərəfindən Ümumamerikalı adına layiq görülüb. == WNBA Karyera == === Dallas Wings === 2 fevral 2023-cü ildə Braun Dallas Wings ilə təlim-məşq toplanışı zamanı müqavilə imzaladı. Braun Wingslə təlim-məşq toplanışından keçdi, lakin onların etdiyi son əsas heyətdə yer ala bilməyən basketbolçulardan biri oldu və o, 2023 Açılış Gecəsi siyahısında yer almadı. O, bir neçə həftə sonra Wings-ə qayıtdı, çünki o, Wings-in komandada zədələri olduğuna görə Çətinlik Müqaviləsi imzaladı. 23 iyun 2023-cü ildə Braun Wingslə Çətinlik Müqaviləsindən azad edildi. Bir gün sonra Wings ilə başqa bir Çətinlik Müqaviləsi ilə qayıtdı. Çətinlik Müqaviləsi sadalanan tərəflərin öhdəliklərini tarazlaşdırmağa kömək etmək üçün müqavilələrə çətinliklə bağlı müddəalar daxil edilir. Vəziyyətlər dəyişirsə və bir tərəf indi qeyri-bərabər öhdəlik götürürsə, çətinlik bəndi müqavilələrin şərtlərinin dəyişdirilməsinə imkan verir.
Kalani Braun
Kalani Braun - 21 mart 1997-ci ildə anadan olub. WNBA-nın Dallas Wings və Maccabi Bnot Ashdod üçün Amerikalı peşəkar basketbolçudur. O, basketbolçu karyerası ərzində bir çox mükafatlar alıb və 2017 və 2018 mövsümlərindən sonra Qadın Basketbol Məşqçiləri Assosiasiyası (WBCA) tərəfindən Ümumamerikalı adına layiq görülüb. == WNBA Karyera == === Dallas Wings === 2 fevral 2023-cü ildə Braun Dallas Wings ilə təlim-məşq toplanışı zamanı müqavilə imzaladı. Braun Wingslə təlim-məşq toplanışından keçdi, lakin onların etdiyi son əsas heyətdə yer ala bilməyən basketbolçulardan biri oldu və o, 2023 Açılış Gecəsi siyahısında yer almadı. O, bir neçə həftə sonra Wings-ə qayıtdı, çünki o, Wings-in komandada zədələri olduğuna görə Çətinlik Müqaviləsi imzaladı. 23 iyun 2023-cü ildə Braun Wingslə Çətinlik Müqaviləsindən azad edildi. Bir gün sonra Wings ilə başqa bir Çətinlik Müqaviləsi ilə qayıtdı. Çətinlik Müqaviləsi sadalanan tərəflərin öhdəliklərini tarazlaşdırmağa kömək etmək üçün müqavilələrə çətinliklə bağlı müddəalar daxil edilir. Vəziyyətlər dəyişirsə və bir tərəf indi qeyri-bərabər öhdəlik götürürsə, çətinlik bəndi müqavilələrin şərtlərinin dəyişdirilməsinə imkan verir.
İzabel Acani
İzabel Yasmin Acani(fr. Isabelle Yasmine Adjani; 27 iyun 1955)—Fransa aktrisası. İzabel —Əlcəzairli mühacir Məhəmməd Şərif Acaninin və alman Avqustanın qızıdır. 27 iyun 1955-ci ildə Parisin 17-ci məhəlləsində dünyaya gəlib..12 yaşından həvəskar teatrda oynamağa və kiçik rollarda çəkilməyə başlayıb.15 yaşında məktəb tətili dövründə "Kiçik kömürçü" filmində rol alıb. İzabel Acani 1972—1974-cü illərdə müqavilə bağlayaraq rejissor və aktyor Rober Osseyn ilə çalışıb.
Möhsün Feyz Kaşani
Molla Məhəmməd Möhsün Feyz Kaşani (?-1670)—İslam alimi. Feyz Kaşani 14 səfər 1007-ci ilində Kaşan şəhərində elm və təqva dolu bir xanədanda dünyaya gəlib və miladi ilə 1670-cı ildə dünyadan köçüb. Atası Molla Fəthullah Kaşani və Ziyauddin Muhəmməd Razinin şagirdlərindən olan Rəziyuddin Şah Murtəza Kaşan Elmlər Hövzəsinin böyük fəqihlərindən olub. Anası alimə və şairə olan Zəhra Xatun Rey şəhərinin böyük alim və fəqihlərindən olan Ziyaul-Urəfa Razinin qızıdır. Feyz Kaşani Şah Murtəzanın dördüncü uşağıdır. İki yaşında atasını itirdikdən sonra dayısı və əmisi onun və qardaşlarının təhsilini boynuna götürürlər. Feyz Kaşani digər qardaşlarından daha ağıllı olduğu üçün yetkinlik çağına qədər Kaşanda dayısı və əmisinin yanında müqəddimə elmini tamamlayır. İyirmi yaşında böyük qardaşıyla birlikdə o dövrdə müxtəlif elm ustadlarının iqamət etdiyi elm mərkəzi İsfahana gedir. 1. Molla Muhəmməd Təqi Məclisi (r.ə) 2.
Seyid Əbülqasim Kaşani
Seyid Əbülqasim ibn Seyid Mustafa Kaşani (19 noyabr 1882, Tehran – 14 mart 1962, Tehran) — müctəhid, ayətullah əl-üzma, İran Milli Məclisinin sədri. Seyid Əbülqasim Kaşani 1882-ci ildə Tehran şəhərində anadan olmuşdu. Əslən Kaşanlıydı. Bundan əlavə 1914–1920-ci illərdə İraqda ingilislərə qarşı hərəkatın liderləri arasında Seyid Mustafa əl-Kaşani, Ayətullah Seyid Əbülqasim Kaşani adlı böyük müctəhidlər var idi. Ayətullah Əbülqasim Kaşani 1921-ci ildə İrana sürgün edildi.
Demina-Koçani binası (Taqanroq)
Demina-Koçani binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Taqanroq şəhəri Qreçeskaya küçəsi ev 47 ünvanında yerləşən bina. Bina XIX əsrin 60-cı illərində inşa edilmişdir. Binanın hazır ki, vəziyyəti idealdır. Bina regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. Binanı adı onun iki məşhur bina sahiblərinin soy adı ilə əlaqədardır: Marqarita Koçani və Aleksandra Demina. == Tarixi == İki mətəbədən ibarət olan bina Rostov vilayəti Taqanroq şəhəri Qreceskaya küçəsi ev 47 ünvanında yerləşir. Bina XIX əsrin 60-cı illərərində inşa edilmişdir. Bina kərpiç stilinə malikdir. Binanın ilk sahibi Marqarita Kaçioni olmuşdur.