Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Berqut
Berkut (lat. Aquila chrysaetos) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Status == Azərbaycanda sayı azalan nadir növdür. == Yayılması == Azərbaycanda dəniz səviyyəsindən 1200 m və daha çox yüksəklikdə olan dağ rayonlarında yayılmışdır. Qışda yem üçün aran rayonlarına da enir. == Yaşayış yeri == Müxtəlifdir. Dağ meşələrinin yuxarı kənarlarındakı hündür ağaclarda, yüksək dağlardakı sıldırımlı qayalarda yuva düzəldir. Əsas yemlənmə yeri olan açıq sahələr kənd təsərrüfatı sahələrinə çevrilir. == Təbiətdə sayı == 1990–1996-cı illər hesablamalarına əsasən Azərbaycanda berqutun ümumi sayı 15 yuvalayan cütdən çox deyil.
Küngüt
Baş Küngüt — Şəki rayonunda kənd. Aşağı Küngüt — Şəki rayonunda kənd.
Çətgün
Çətgün — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1999-cu ildə yaradılmışdır. Çətgün oyk, sadə. Qusar r-nunun Zindanmuruq i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. XIX əsrdə Quba qəzasının Qrız icmasına məxsus oba kimi yaranmış, sonralar daimi yaşayış məntəqəsinə çevrilmişdir. Çetkün avar dilində "birəli" deməkdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 149 nəfər əhali yaşayır.
Ketçup
Ketçup və ya ketsup şirin və turş dadı olan süfrə ədviyyatıdır . Beynəlxalq səviyyədə qəbul edilmiş termin kimi (“ketçup”) müasir dövrdə adətən pomidor ketçupu bu adlandırmaya aid edilir Baxmayaraq ki, erkən dövr reseptlərində yumurta ağı, göbələklər, istiridyələr, üzümlər, Molyusklar, qoz və başqa məhsullar da istifadə olunurdu. Pomidor ketçupu pomidor, şəkər və sirkədən baharat və ədviyyatlarla hazırlanır. Ədviyyatlar və dad çeşidləri müxtəlif olur, lakin adətən soğan, ətirli ədviyyat, keşniş, mixək, zirə, sarımsaq və xardal, bəzən isə kərəviz, darçın və ya zəncəfil daxil edilir. Dünya ölkələri üzrə ABŞ (60% bazar payı) və Böyük Britaniyada (82%) bazar lideri Heinz firmasına məxsus Pomidor Ketçupudur . Pomidor ketçupundan ən çox isti servis olunan qızardılmış və yağlı yeməklər üçün əlavə dadlandırıcı kimi istifadə olunur. Misal olaraq: kartof qızartması və digər kartof yeməkləri, hamburgerlər, hot-doqlar, toyuq göbələkləri, isti sendviçlər, ətli piroqlar, bişmiş yumurtalar, qızardılmış ət yeməkləri. Ketçup bəzən digər souslar üçün əsas və ya dadlandırıcı tərkib hissəsi kimi istifadə olunur. Kartof çipsləri kimi qəlyanaltılar üçün əlavə ləzzət kimi istifadə oluna bilər.
Kətük
Ağgədik (əvvəlki adı: Kötük) — Azərbaycan Respublikasının Xocalı rayonunun Xanabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Kötük kəndi Ağkədik kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ağgədik kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. == Toponimikası == Ağgədik kəndi dağətəyi ərazidədir. Keçmiş adı Ağdar, 1992-ci ilədək Kotuk ("gədik" sözünun təhrif forması) olmuşdur. Oykonim ərazidəki eyniadlı dağ keçidinin adından yaranmışdır. Zaman-zaman Kətük, Kətik kimi də qeyd olunmuşdur. Bəzi tədqiqatçılar kəndin adını Qafqaz Albaniyasındakı məşhur Kətik məbədinin (XII əsr) adı ilə bağlayırlar.
Teğut
Tuğut, Teğut — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. Erməni mənbələrində kəndin adı Teğut formasında qeyd edilir. Toponim qıpçaq türk tayfasından olan tuq etnoniminə qədim türk dilində cəmlik bildirən -ut şəkilçisinin qoşulması ilə əmələ gəlmişdir. "Tuğlara, yəni tuğ tayfasına mənsub kənd" mənasını bildirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Tuğut rayon mərkəzindən 11–13 km şimal-şərqdə, Araz çayının sol sahilində yerləşirdi. Kənddə 1831-ci ildə 31 nəfər, 1873-cü ildə 162 nəfər, 1886-cı ildə 199 nəfər, 1897-ci ildə 237 nəfər, 1904-cü ildə 294 nəfər, 1914-cü ildə 513 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar ata-baba torpaqlarına dönə bilmişdir.
Aşağı Küngüt
Aşağı Küngüt — Azərbaycan Respublikasının Şəki rayonunda kənd. == Toponimikası == Kəndin əsasını XIX əsrin əvvəllərində Baş Küngüt kəndindən çıxmış ailələr qoymuşdular. Toponimin birinci komponenti olan "Aşağı" sözü kəndin coğrafi mövqeyini, yəni kəndin coğrafi baxımdan aşağı tərəfdə yerləşdiyini əks etdirən bir sözdür. Toponimin ikinci komponenti olan "Küngüt" isə XIII əsrdə monqolların tərkibində gəlmiş, olxonut tayfa birliyinin boylarından biri olan kungiyat/xingid tayfasının adıyla bağlıdır. Kəndin adının ümumi mənası da "aşağı tərəfdə yerləşən Küngüt kəndi" deməkdir. == Coğrafiyası və iqlimi == Kənd Əyriçayın qolu olan Küngüt çayının sahilində, Qanıx-Həftəran vadisində, rayon mərkəzindən 25 km cənub-şərqdə, Şəki-Oğuz şose yolundan 5 km aralı yerləşir. == Əhalisi == Kəndin əhalisi 1358 nəfər təşkil edir ki, onun da 641 nəfəri kişi, 717 nəfəri isə qadındır.
Baş Küngüt
Baş Küngüt — Azərbaycan Respublikasının Şəki rayonunda kənd. == Toponimikası == Toponimin "Baş" hissəsi kəndin üst, hündür, yuxarı yerdə (yəni "başda") yerləşməsini əks etdirən sözdür. Toponimin ikinci komponenti olan "Küngüt" isə, XIII əsrdə monqol işğallarında iştirak etmiş kungiyat tayfasının adını əks etdirir. Kəndin adının ümumi mənası da "yuxarı tərəfdə yerləşən Küngüt kəndi" deməkdir. == Tarixi == Kənddəki bəzi məhəllə adları: Həjjərlər, Süvərlər, Papaqçılar, Dəmirçilər, Muradlılar, Bəkirlər və s. === Tarixi abidələri === Ərazisində orta əsrlərə aid Küngüt qalası, alban məbədi, Həzrət Əli qalası və bir sıra tarixi abidələr yerləşir. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 27 km şimal-şərqdə, Əyriçayın qolu olan Küngütçayın sahilində, dağlıq ərazidə yerləşir. Kənd şimaldan Böyük Qafqaz dağları, cənubdan Bideyiz, şərqdən Baş Kəldək, cənub-şərqdən isə Oraban kəndləri ilə əhatə olunmuşdur. Küngütçay kəndin şərqindən axır. Əsasən yayın sonu və payızın əvvəlində çayda daşqınlar olur.
Eş Ketçum
Pokémon (yap. ポケットモンスター, ing. Pokémon - Pocket Monster, azərb. Cib bədheybəti‎) — 1996-cı ildə Satoşi Taciri tərəfindən yaradılan medifranşizadır. Pokémonun ticarət markası "Nintendo" studiyasına məxsusdur. Pokémon haqqında ilk ideya 1989-cu ildə yaranmış və 1996-cı ildə ilk olaraq videooyun kimi istehsal edilmişdir. Pokémondan videooyunda, manqada və kart oyunlarında istifadə edilmişdir. Hal-hazırda 807 növ Pokémon növü və 18 tipi vardır. Pokémonun 20 mövsüm cizgi filmi, manqası, 700-dən çox seriyası olan anime və 45-dan çox videooyunu vardır.
Küngüt qalası
Küngüt qalası — Şəki rayonunun Küngüt kəndində nisbətən yaxşı araşdırılmış tarixi abidələrdən biri Kilsədağın üzərindəki VI-VII əsrlərə aid qala. == Tarixi == Orta əsrlərə aid Küngüt qalası düzbucaqlı formadadır. Uzunluğu 120 m, eni isə 42 metrdir. Qalanın divar və bürcləri cənub və qərb tərəflərdə nisbətən yaxşı qalmışdır. Divarların qalınlığı 2 metr, hündürlüyü isə müxtəlif yerlərdə 2 metrlə 5 metr arası dəyişir. Qalanın bürcləri də düzbucaqlı formalıdır və qalanın iki darvaza yeri vardır. Əsas darvaza yeri cənub tərəfdə, ikinci darvaza yeri isə şimal-qərb tərəfdə yerləşir. Qalanın ikinci darvaza yeri birincisinə nisbətən xeyli kiçikdir. Abidə əhəng məhlulu ilə, çaydaşından hörülmüşdür. Onun tikintisində kərpicə və digər inşaat materiallarına təsadüf edilməmişdir.
Xristofe Lequt
Xristofe Lequt (6 avqust 1973) — Fransanı təmsil edən stolüstü tennisçi. Xristofe Lequt Fransanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub. Daha sonra Xristofe Lequt Fransanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 5-ci pillənin sahibi olub. Xristofe Lequt Fransanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Əliabad Kətul
Əliabad Kətul- İranın Gülüstan ostanının şəhərlərindəndir. Həm də Əliabad şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 46,183 nəfər və 11,676 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və mazandaran dilində danışırlar. Mazandaranlılardan başqa,azərbaycanlılar, farslar, türkmənlər, bəluclar, ermənilər də bu şəhərdə yaşayırlar.
Aşağı Künqüt bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Baş Küngüt bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.