Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Köşk
Köşk – xırda ticarət və ya xidmət göstərmək üçün nəzərdə tutulmuş ölçüləri çox da böyük olmayan tikili. “Kiosk” sözü Avropa dillərinə türk dilindən keçmişdir. Bank terminalı, ödəniş terminalı, yaxud informasiya terminalı da köşk şəklində hazırlana bilər. İnformasiya vermək və informasiya almaq üçün nəzərdə tutulmuş informasiya köşkləri sensor ekranlı kompüter terminalı şəklində olur. == Həmçinin bax == ATM (Bank) == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Koşk saray
Köşksaray — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 7,439 nəfər və 1,858 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Köşk (dəqiqləşdirmə)
Köşk — xırda ticarət və ya xidmət göstərmək üçün nəzərdə tutulmuş ölçüləri çox da böyük olmayan tikili. Köşk (Şəbüstər) — İranda kənd.
Köşk (Şəbüstər)
Köşk (fars. كوشك‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 625 nəfər yaşayır (157 ailə).
Pərili köşk
Pərili köşk (əslən Yusif Ziya Paşa köşkü olaraq tanınır və hal hazırda Borusan Holdinq və Borusan Contemporary incəsənət muzeyinin mərkəzi binasıdır) ― Türkiyənin İstanbul ilində, Sarıyer ilçəsinin Rumelihisarı məhəlləsində yerləşən tarixi abidə. 1911-ci ildə qırmızı kərpicdən tikilmiş vitray pəncərələri olan bu qəsrə bənzər malikanə Bosfor boğazının üzərindəki Fateh Sultan Mehmet körpüsünün yaxınlığında yerləşir. Bina 9 mərtəbəlidir və ümumi sahəsi təxminən 5 000 kvadrat metrdir.Konakın məşhur ləqəbi olan Pərili köşk (türk dilində "ruhların olduğu köşk" mənasını verir) inşasının uzun müddət qismən yarımçıq qalması (ikinci və üçüncü mərtəbələri on illərdir boş qalmışdır) nəticəsində yaranmışdır. Binanın xarici görünüşü memar Hakan Kıran tərəfindən 1995–2000-ci illər arasında orijinal dizaynına uyğun olaraq diqqətlə bərpa edilmiş və tamamlanmışdır. O, həmçinin köşkün içini də yeniləmişdir.Pərili köşk eyni zamanda türk yazıçı Ömər Seyfəddinin hekayəsinin adıdır. == Tarix == Köşk Osmanlının ABŞ-dakı səfiri, Osmanlı hökumətinin üzvü Yusif Ziya paşa tərəfindən ailəsi üçün tikilmişdir. Binanın inşası 1910-cu illərin əvvəllərində başlamış, lakin Osmanlı imperiyası Birinci Dünya müharibəsinə girdikdə sənətkarların silahlı qüvvələrə qoşulması ilə dayanmışdır. Yusuf Ziya paşanın ikinci həyat yoldaşı olan Nəbiyə xanım və onun birinci ərindən olan üç qızı 1926-cı ilə qədər malikanədə yaşamışdır. Yusuf Ziya paşanın ölümündən sonra ailə 1990-cı illərin əvvəllərinə qədər malikanəyə sahib çıxmağa davam etmişdir. == Təmir == Malikanə 1993-cü ildə xeyriyyəçi iş adamı Basri Ərdoğan tərəfindən satın alındı və 1995-ci ildə binanın təmirinə başlanıldı.
Çinili köşk
Çinili köşk — Topqapı Sarayının kənar qala divarlarının içində yerləşir. 1472-ci ildən qalma bir köşkdür. Osmanlı sultanı Fateh Sultan Mehmet tərəfindən yazlıq saray və ya köşk olaraq tikdirilmişdir. Memarı qəti olaraq bəlli olmasa da, bəzi mənbələr Memar Çevik Sinan tərəfindən inşa edildiyini bildirilir. Sırça Köşk və ya Sırça Saray kimi də adlandırılır. 1875-1891-ci illərdə Muzeyi Hümayun (İmperiya Muzeyi) olaraq xidmətə verilmişdir. 1953-cü ildə Türk və İslam İncəsənəti Muzeyi olaraq açılmıştır. Daha sonra İstanbul Arxeologiya Muzeyinin tərkibinə qatılmışdır. Muzeydə Səlcuqlu və Osmanlı dövrlərindən qalma İznik çinisi və keramika nümunələri nümayiş etdirilir. == Quruluşu == Köşkün daxilində dörd iç eyvanı və bunları birləşdirən tək bir qübbə, künclərdə dörd, biri əsas olmaqla beş otağı vardır.
Qaraağac-i Köşk (Çaroymaq)
Qaraağac-i Köşk (fars. قره اغاج كوشك‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 74 nəfər yaşayır (12 ailə).
Kiçik Kirs
Kiçik Kirs — Azərbaycanda, Şuşa rayonları arasında yerləşən dağ. Qarabağ silsiləsinin ən hündür zirvələrindən biridir. Zirvənin hündürlüyü 2346 metrdir.
Kiçik Kiska adası
Kiçik Kiska adası (ing. Little Kiska Island) — Aleut adaları qrupuna, Sıçovul adalarına daxil olan kiçik ada. Kiska adasından şərqdə yerləşir Adanı Fyodor Litke tərəfindən adlandırılmışdır. == Tarixi == Digər Aleutlar adaları kimi Kiçik Kiska adası 1741-ci ildə Böyük Şimal Ekspedisiyası zamanı kəşf edilmişdir. İkinci dünya müharibəsi zamanı kiska adasıı ilə birlikdə 1942-ci ildə ada yaponlar təşkil edilmişdir.
Birsk
Börü (başqurdca: Börö, rus.
Biysk
Biysk — Rusiya Federasiyasında, Altay diyarının cənub şərqində şəhər. Biysk rayonunun mərkəzi. == Əhalisi == Əhalisi 227,6 min (2005). == Coğrafiyası == Biya çayı (Ob hövzəsi) sahilində port. Biyskdən Novosi birsk–Taşanta avtomobil yolu (Çuya traktı) keçir. Dəmiryol stansiyası. Aeroport. == Tarixi == 1708–09-cu illərdə Bikatun ostroqu (qala) kimi salınmış, 1732-ci ildən Biya ostroqu adlandırılmışdır. 1782-ci ildə şəhər statusu almışdır. 1782–97-ci illərdə Kolıvan vilayətinin (1783-cü ildən Kolıvan quberniyasının), 1804–22-ci illərdə Tomsk quberniyasının qəza şəhəri idi.
Kilsə
Kilsə — Xristianlığın ibadətlərinin və digər bəzi dini vəzifələrin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş ictimai bina, məbəd.
Kimovsk
Kimovsk — Rusiya Federasiyasında yerləşən şəhər. Tula vilayətinə daxildir.
Kioto
Kioto (yap. 京都市 — Paytaxtların paytaxtı) — Yaponiyada şəhər. Kinki bölgəsində yerləşir. Onun adındakı hecaların yerini dəyişdikdə yeni paytaxtın — Tokionun adı alınır. Çox sayda qədim tarixi binaları və məbədləri var. İkinci dünya müharibəsi zamanı şəhər bombardman olunmadığına görə sayı 1500-dən artıq olan bu məbədlər toxunulmaz qalmışdır. 794-cü ilsən 1869-cu ilədək Yaponiyanın paytaxtı, Yaponiya imperatorlarının əsas iqamətgahı olub. Şəhərin qədim adı — Xeyan, Xeyan-kyö (yap. 平安京, "Sülh və əmin-amanlıq paytaxtı"). Kioto həmçinin gözəl meyvə bağları ilə məşhurdur.
Kirovsk
Kirovsk — Rusiya Federasiyasında yerləşən şəhər, Murmansk vilayətinə daxildir.
Kirşə
Kirşə — qar və buz kimi sürüşkən yerlərdə, bəzən də palçıq, çəmən ya da düz daş səthlərdə hərəkət etmək üçün, adətən, altı hamar iki paralel xizək üzərində düzəldilmiş minik və ya yük arabası. Qışda uşaqlar tərəfindən əyləncə məqsədi ilə işlənən kirşəyə "əl kirşəsi" deyilir.
Krımsk
Krımsk — Rusiya Federasiyasının Krasnodar diyarında şəhər.
Kursk
Kursk — Rusiya Federasiyasında yerləşən şəhər Kursk vilayətinə daxildir.
Köşkü
Köşkü — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Keşkü Göygöl r-nunun Aşıqlı i.ə.v.-də kənd. Sarıyal dağının ətəyindədir. Əslinin Köşkü olması ehtimal edilir. Yaşayış məntəqəsi keçmişdə yaylaq köçlərinin dayanacaq yerində salınmışdır. Oykonim köçkü sözündən olub, "köç yeri, müvəqqəti dayanacaq" mənasındadır == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 476 nəfər əhali yaşayır.
Minsk
Minsk (belar. Мінск) — Belarusun paytaxtı, Minsk vilayətinin və Minsk rayonunun inzibati mərkəzi. Sahəsi 348.84 km² olan şəhərin əhalisi 2017-ci il hesablamalarına görə 1,974,800 nəfərdir. == Tarixi == === Qədim tarix === Minsk şəhərinin indiki ərazisi eradan əvvəl 9-cu əsrdə qədim şərq slavyanları tərəfindən məskunlaşmışdır. Svisloç çayı vadisi iki erkən şərqi slavyan tayfalarından olmuş Kriviçlər və Dreqoviçlər arasında sərhəd idi. 980-ci ildə ərazi Kiyev Rus Dövlətinin ən qədim şərqi slavyan kyanzıqlarından biri olan Polotsk knyazlığına daxil edilmişdir. Minsk adı ilk dəfə 1067-ci ildə Nemiqa çayı döyüşü ilə əlaqədar olaraq Əsas Xronikada Měnesk' (Mѣnesk') formasında qeyd olunmuşdur. Buna görə də 1067-ci il Minskin əsasının qoyulduğu il kimi geniş qəbul olunmuşdur. Şəhər hakimiyyəti isə 2 sentyabr 1067-ci il tarixini şəhərin dəqiq quruluş tarixi kimi hesab edir, lakin şəhər o vaxta kimi bir müddət mövcud idi. Minsk adının mənşəyi məlum deyil, lakin bu haqda bir neçə nəzəriyyə mövcuddur.
Pinsk
Pinsk (belar. Пінск) — Belarusda şəhər. Brest vilayətində yerləşən bu şəhər Pinsk rayonunun inzibati mərkəzidir. 1 yanvar 2017-ci il tarixinə olan məlumata əsasən şəhər əhalisinin sayı 138,045 nəfərdir. Pinsk Polesiya ərazisinin tarixi və mədəni mərkəzlərindən biri hesab olunur.
BIOS
BIOS (Basic Input/Output System – giriş /çıxış baza sistemi) — əməliyyat sistemindən asılı olmayan, proqramlaşdırılan daimi yaddaş qurğusuna (və ya fleş-yaddaşa) yazılan, eləcə də ekran, klaviatura və s. periferiya qurğuları ilə əməliyyatları nizamlayan proqram. Kompüter qoşularkən BİOS ilkin testləri yerinə yetirir və çox böyük inteqral sxemləri inisiallaşdırır və ya başqa cür desək proqram olub sabit yaddaş qurğusunda saxlanılır və fərdi kompüterin resurslarının diaqnostikasını təmin edərək, fərdi kompüteri işə saldıqda əməliyyat sisteminin yüklənən hissəsini əməli yaddaşa çağırır. Fərdi kompüterin daimi yaddaşında kompüter avadanlıqlarının işini yoxlayan (məlumatı ekrana çıxarmaqla), əməliyyat sisteminin yüklənməsini təmin edən proqramlar toplusu yerləşir. Həmin proqramlar toplusunun çox hissəsi müəyyən dərəcədə kompüterdə daxiletmə-xaricetmə əməliyyatlarını yerinə yetirir. Belə proqramları BIOS adlandırırlar. BIOS ayrıca mikrosxem şəklində düzəldilir. == Funksiyası == Sistem bloku üzərində yerləşən qurğuları ana plataya qoşmaq üçün interfeyslərdən istifadə edirlər. İnterfeys əlaqə kanallarının proqram, elektrik və mexaniki xarakteristikalarını özündə birləşdirir. Bu tip interfeyslərə misal olaraq ATA (İDE), Serial ATA, SCSI göstərmək olar.
Disk
Disk (yunan. δίσκος (Diskos) — metaldan və ya plastik kütlədən hazırlanmış, səthi maqnit materialı ilə örtülmüş dairəvi lövhə. İnformasiya bu lövhənin üzərinə sektorlara bölünmüş konsentrik cığırlar şəklində yazılır. Əyilən plastikdən (əyilgən disk) və ya əyilməyən metaldan (sərt disk) hazırlanmış, üzərinə maqnit materiallı örtük çəkilmiş və müəyyən elektrik təsiri nəticəsində rəqəmsal (ikilik) formatda yazılmış informasiyanı özündə saxlaya bilən dairəvi lövhə. Bir çox kompüterlərdə disk, informasiyanı daimi və ya uzun müddətli saxlamaq üçün əsas vasitədir. Diskin maqnit örtüyünü zədələnmədən və çirklənmədən qorumaq lazım olduğundan əyilgən disk (5,25 düymlük) və ya mikrodisk (3,5 düymlük) qoruyucu plastik örtüyə salınır. Yüksək dəqiqlikli məmulat olan sərt disk möhkəm korpusa salınır ki, onu da toz olmayan yerdə açmaq olar. Kompüterlərdə bu növ disklərdən istifadə olunur: əyilgən disklər, mikrodisklər, sərt disklər, çıxarılıb-taxılan sərt disklər, Bernulli diskləri kimi çıxarılıb-taxılan kartriclər. == Mənbə == Физико-математическа и техническа енциклопедия", том 1, АИ "Проф. Марин Дринов, София, 1990 İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Kirk
Tomas Kirk (ing. Thomas Kirk; 18 yanvar 1828, Koventri, Uest-Midlends[d] – 8 mart 1898, Vellinqton) — Yeni Zelandiya botaniki. == Elmi fəaliyyəti == Tomas Kirk toxumlu bitkilər və qıjıkimilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Forest Flora New Zealand (1889). Students’ Flora New Zealand (1899). == Şərəfinə adlandırılmış taksonlar == CinsKirkianella cinsiNövSclerochiton kirkii C.B.Clarke Cheilanthes kirkii J.B.Armstr. Doryopteris kirkii (Hook.) Alston Centemopsis kirkii Schinz Lannea kirkii Burtt Davy Searsia kirkii (Oliv.) Moffett Macledium kirkii (Harv.) S.Ortiz Combretum kirkii M.A.Lawson Crassula kirkii (Allan) A.P.Druce & Given Euphorbia kirkii (N.E.Br.) Bruyns Ledebouria kirkii (Baker) Stedje & Thulin Gossypioides kirkii (Mast.) Skovst. Meliosma kirkii Hemsl. & E.H.Wilson == İstinadlar == == Ədəbiyyat == Ray Desmond (1994). Dictionary of British and Irish Botanists and Horticulturists includins Plant Collectors, Flower Painters and Garden Designers.
Kirs
Kirs (Kirov) — Rusiyada şəhər. Kirs (Qafan) — Zəngəzur mahalının Qafan rayonunda kənd.
Amerikanskaya Koşka
Amerikanskaya Koşka (rus. Американская Кошка) — Çukot Muxtar Dairəsinin cənubunda yerləşən burun. Sahillərini Anadır körfəzinin suları yuyur. Anadır çayının sağ sahili boyunca uzanan dilin sonucunu təşkil edir. Burunun sahilə sularında dərinlik 0,6 – 2 m arasında dəyişir. Əsasən çınqıl və qumdan təşkil olunmuşdur. Burun Markov kəndinin sakinləri tərəfindən adlandırılmışdır. Belə ki, 1865-ci ildə buradan transberinq telefon xəttini çəkərkən amerikalı işçilər işləmişdir. Kazaklar isə dil və ya dayazlığı "Koşka" olaraq adlandırırdılar. Burunda RF Müdafiə Nazirliyi tərəfindən naviqasiya işarəsi qoyulmuşdur.