KİRŞƏ

is. Altı hamar iki paralel xizək üzərində düzəldilmiş minik və ya yük arabası. Kirşə ilə odun daşımaq.
// Uşaqlar üçün kiçik əl kirşəsi.
[Kamal] dərsdən sonra … kəndin kənarındakı təpədə kirşə sürməyə gedərdi. M.Rzaquluzadə.

KİRŞANLI
KİRŞƏBAĞLAYAN
OBASTAN VİKİ
Kirşə
Kirşə — qar və buz kimi sürüşkən yerlərdə, bəzən də palçıq, çəmən ya da düz daş səthlərdə hərəkət etmək üçün, adətən, altı hamar iki paralel xizək üzərində düzəldilmiş minik və ya yük arabası. Qışda uşaqlar tərəfindən əyləncə məqsədi ilə işlənən kirşəyə "əl kirşəsi" deyilir.
Kirşə itləri
Kirşə itləri təlim keçmiş və qoşqu nəqliyyat vasitəsini, ən çox da qar üzərində kirşə dartmaq üçün istifadə edilən itlərdir.Kirşə itləri Arktikada ən azı 8000 ildir istifadə olunur və XX əsrdə yarımqoşqu yük maşınları, qar arabaları və təyyarələrin istifadəyə verilməsinə qədər su gəmiləri ilə birlikdə Arktika bölgələrində yeganə nəqliyyat vasitəsi olub, əlçatmaz ərazilərdə insanları və bu və ya digər ləvazimatları daşıyıb. Onlar hər iki qütbün öyərnilməsində, eləcə də Alyaskada qızıl axtarışları zamanı müvəffəqiyyətlə istifadə edilmişdir. Kirşə itləri qrupları Alyaska, Yukon, Şimal-Qərb əraziləri və Nunavutdakı kənd icmalarına poçt daşımışdır. Kirşə itləri bu gün hələ də bəzi kənd icmaları tərəfindən, xüsusən Rusiya, Kanada və Alyaskada, eləcə də Qrenlandiyanın əksər hissəsində istifadə olunur. Onlar istirahət məqsədləri və Iditarod Trail və Yukon Quest kimi yarışlar zamanı da istifadə olunur.

Digər lüğətlərdə

акмеи́стский взрасти́ жоке́йский незы́блемость перебинто́вывать плиссиро́ванный проду́вочный снова́льщица фэ́нство жа́дина затыка́ться изоли́рованность подме́тить покуме́кать пригла́живание стагна́ция селитра compensatory pistol-whip puparium quinia table-linen заезжать заклинать укромный