Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kiseru
Kiseru— incə doğranmış tütün çəkmək üçün ənənəvi Yapon siqaret borusudur . Adətən qab və ağızlıq metaldır və içi boş taxta boru (bambuk) ilə bir-birinə bağlanır. Kasa kiçikdir, diametri təxminən 10–12 mm və dərinliyi təxminən 7–9 mm. Kiserunun uzunluğu 50 sm-ə çata bilər. Kiseru ilə təxminən 5 dəqiqə tütün çəkmək olur. Klassik Yapon kiseru tütünün yandırıldığı kiçik metal qabdan, içi boş borudan (ən çox bambukdan) hazırlanmış uzun "bədən" və ağızdan ibarətdir. Tütün kisəsi və kiserunun saxlanması həmçinin daşınması üçün çanta kiseru-nun Lazımi atributlarından biridir. Kiserunun çəkilmə üsulu adi tütünün çəkilmə üsulundan fərqlidir . Kiseru kiçik tütün parçaları ilə doldurulur, noxud böyüklüyündə bir top halına salınır. Hər porsiya 3–7 dəqiqə siqaret çəkmək üçün kifayətdir.
Karun
Karun — İranın ən şax-budaqlı və yalnız naviqasiya edilə bilən çayı. İran-İraq müharibəsindən sonra naviqasiya üçün istifadə ola bilmir. Əhvaz şəhərinin içməli suyu bu çaydan təmin olunur.
Kira Kosarin
Kira Nikol Kosarin (7 oktyabr 1997, Morristaun[d], Nyu-Cersi, ABŞ) amerikalı aktrisa və musiqiçi. Ən məşhur rolu Nickelodeon kanalında gedən İldırımadamlar teleserialında Fibi olmuşdur. 10 Aprel, 2019 tarixində , "Markasız" (ing Off Brand) adlı ilk albomunu çıxardı. == Erkən həyatı == Kosarin gənc yaşlarında rəqs və gimnastika ilə məşğul olurdu. O, Boka Ballet Teatrında ballet dərsəri ilə məşğul olur, orta məktəb təhsilini isə Floridada yerləşən Payn Krest Məktəbində alırdı. Anası aktrisa, atası isə bəstəkar, dirijor olaraq çalışırdı ki, bu da Kosarini aktrisa olmağa ruhlandırdı. Aktrisalıq dərslərinə yazıldıqdan sonra, 2011-ci ildə öz karyerasını davam etdirmək üçün Kaliforniya ştatına köçür və orada Disneydən "Silkələ" teleserialı üçün dəvət alır. == Karyerası == === Aktrisalıq === Kosarin ilk aktrisalıq addımına Disney kanalında gedən "Silkələ" teleserialında oynamaqla başlayır. Məşhurluğu artdıqdan sonra, 2013-cü ildə Nickelodeon kanalından "İldırımadamlar" teleserialı üçün dəvət alır və bu teleserialda daha da məşhurlaşır. 2015-ci ildə, Nickelodeon kanalında keçirilən Kids' Choice Award Mükafatlandırımasında "Ən sevimli aktyor" mükafatına namizəd göstərilir lakin sonradan mükafat Laura Maranoya gedir.
Sium sisarum
Adi sukərəvizi (lat. Sium sisarum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin sukərəvizi cinsinə aid bitki növü.
Karun xəzinəsi
Karun Xəzinəsi — çoxu e.ə. 560-546-ci illər arasında Lidiya ölkəsini idarə edən Krezin dövrünə aid olan və Uşakın 25 km qərbində və İzmir Avtomobil Yolu üzərində yerləşən Gur qəsəbəsi yaxınlığındakı arxeoloji qazıqlardan 1960-cı illərdə çıxararaq ABŞ-yə qaçırılan və 1993-ci ildə uzun bir hüquqi proses nəticəsində geri alınan əsərlərin toplu adı. Bəzi mənbələrdə Lidiya Xəzinəsi kimi də qeyd olunur. Xəzinənin ələ keçirilən hissəsində təxminən 450 parça var idi. == Əsərlərin xaricə qaçırılması == Lidiya dövrünün ən görkəmli əsərləri sırasında yer alan bu xəzinə 1965-1966-1968-ci illərdə Türkiyədən qaçırılmışdır. İlk qarət 1965-ci ildə Toptəpə arxeoloji qazığında baş verdi. 5 nəfərlik qrup qazılmış tunelin məzar otağına gələrək, burada tapdıqları əsərləri 65,000 Türk lirəsinə satdılar. Daha sonra, 1966-cı ildə, İkiztəpə arxeoloji qazığı 11 nəfər tərəfindən soyuldu və otaq içərisindəki 150 hissə abidə bir müddət saxlanıb, daha sonra 160,000 Türk lirəsinə satılıb. Karun xəzinələrinin üçüncü qarəti 1968-ci ildə Ağtəpə arxeoloji qazığında keçirilib və olan şəkil və abidələr 40,000 Türk lirəsinə satılıb. Xəzinənin bütün oğurlanmış parçaları Nyu-Yorkdakı Metropoliten Muzeyində 1985-ci ildə bir sərgidə jurnalist Özgən Açır tərəfindən görülüb.
Baç-Kişkun (medye)
Baç-Kişkun (mac. Bács-Kiskun) — Macarıstanda medye, Tisza və Tuna çayları arasındakı Cənub Alfölddə yerləşir. İnzibati mərkəzi — Keçkemet. Baç-Kişkun Baranya, Tolna, Feyer qərbdə (Dunay ilə); Medye Peşt şimalda, Yas-Nadkun-Solnok və Çonqrad şərqdə sərhəddir. Cənubda isə Serbiya dövləti ilə sərhəddir. == İnzibati bölgü == === Yaraşlara bölünməsi === == Rayonlara bölünməsi == == Xarici keçidlər == Vikianbarda Baç-Kişkun (medye) ilə əlaqəli mediafayllar var.