Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kipr
Kipr (yun. Κύπρος, tələf. Kipros, türk. Kıbrıs), rəsmi adı Kipr Respublikası (yun. Κυπριακή Δημοκρατία, tələf. Kipriaki Dimokratia, türk. Kıbrıs Cumhuriyeti) — Aralıq dənizinin şərqində, Türkiyənin cənubunda, Suriya və Livanın qərbində yerləşən ada ölkəsi. Adada 2 dövlət yerləşir: Şimali Kipr Türk Respublikası (ŞKTR) və Kipr Respublikası. Yüksək inkişaf etmiş ölkə və məşhur turizm mərkəzidir. 1 may 2004-cü ildə Avropa İttifaqına qəbul olunanadək Tərəfsiz Dövlətlər Hərəkatının üzvü və təsisçisi olmuşdur.
Ksar
Ksar və ya qsar, cəmdə ksour və ya qsour — ərəb dilindəki qaṣar (قَصَر) (bu sözün özünün latın dilindəki castrum (qala) sözündən törəndiyi düşünülür) sözündən götürülüb, Şimali Afrikada "istehkam tipli yaşayış məskəni və ya kənd" mənasında işlədilən termindir. Bu termin ümumilikdə bərbərlərin istehkam tipli kəndlərinə aid edilir. == Mənşəyi və mənası == Məğrib ərəbcəsində qsar sözünün qarşılığı standard ərəb dilindəki "qala" və ya "saray" mənasını verən qaṣar (قَصَر ) sözünə uyğun gəlir və bu söz müsəlman dünyasının başqa yerlərində də rast gəlinir. Şimali Afrikada Bərbər dilli populyasiyalar tərəfindən ksar termini üçün istifadə olunan orijinal söz ağrem (təkdə) və ya iğerman-dır (cəmdə). Məğrib-də bu termin "istehkam edilmiş kənd" və ya "qala" kimi daha ümumi bir məna daşıyır. == Memarlıq == Məğribdəki ksar ümumilikdə məscid, hamam, soba və dükan kimi kollektiv binalar və digər quruluşlara sahib olan evlərdən ibarətdir. Ksar əsasən Şimali Afrikadakı vahələrdə yaşayan əhali arasında geniş yayılmışdır. Müdafiəni asanlaşdırmaq üçün ksarlar bəzən dağlıq ərazidə yerləşir. Yaşayış evlərinin hamısı əsasən tək bir davamlı divar daxilində yerləşir. Bütün tikililərin tikinti materialı adətən çiy kərpic və ya kəsilmiş daş və çiy kərpicdən ibarətdir.
Kia
"Kia Motors" — avtomobil şirkəti Koreyanın ilk velosiped və avtomobil istehsalçısıdır. == Tarixi == Kia Motors-un tarixi 1944-cü ildən, yəni Kyungsung Precision Industry şirkətinin yaradıldığı ildən başlayır. Həmin şirkət müasir Seulun ərazisində yerləşən Yanqdeunqpoda kiçik zavodda velosipedlər üçün ehtiyat hissələr hazırlamaqla məşğul olurdu. 1952-ci ilin yazında kompaniya ilk Koreya velosipedini yığdı, bundan sonra şirkətin adı dəyişdirilərək "Kia Industrial Company" qoyuldu. Kia adı Çin mənşəli "ki" sözündən yaranmışdır və "mənşə" mənasını verir, "a" isə "Asiya" qitəsini bildirir. Beləliklə Kia "Asiyadan gələn", "Asiya mənşəli" mənasını verir. Qərargahı Seulda yerləşir. Kia korporasiyası 1961-ci ilin oktyabrında Kia şirkəti С-100 motosikllərinin buraxılışını mənimsədi və bununla da Koreyanın motosikl sənayesinin inkişafının təməlini qoydu. Artıq növbəti ilin əvvəlində Kia üçtəkərli К360 yük motosikllərinin buraxılışına başladı. Onların istehsalı yalnız 12 ildən sonra dayandırıldı.
Bret Klar
Bret Klar (27 oktyabr 1972) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Bret Klar Avstraliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub.
Cəfərabad (Kiyar)
Cəfərabad— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Kiyar şəhristanının Mərkəzi bəxşində şəhər.
Cənubi Kipr
Kipr (yun. Κύπρος, tələf. Kipros, türk. Kıbrıs), rəsmi adı Kipr Respublikası (yun. Κυπριακή Δημοκρατία, tələf. Kipriaki Dimokratia, türk. Kıbrıs Cumhuriyeti) — Aralıq dənizinin şərqində, Türkiyənin cənubunda, Suriya və Livanın qərbində yerləşən ada ölkəsi. Adada 2 dövlət yerləşir: Şimali Kipr Türk Respublikası (ŞKTR) və Kipr Respublikası. Yüksək inkişaf etmiş ölkə və məşhur turizm mərkəzidir. 1 may 2004-cü ildə Avropa İttifaqına qəbul olunanadək Tərəfsiz Dövlətlər Hərəkatının üzvü və təsisçisi olmuşdur.
Di'Kuar
Di'Kuar (ing. D'Qar) — "Ulduz müharibələri" kainatında uydurma planet. Di'Kuar qalaktikanın ucqar nöqtələrində yerləşir, nisbətən Nabuya yaxındır. Bu, əsas kosmik marşrutlardan uzaqda yerləşən və geniş halqa ilə əhatə olunmuş, az tanınan bir planetdir. Yamyaşıl, cəngəlliklərlə örtülü səthində sayıqlı canlılar yoxdur, lakin burada müxtəlif növ quşlar və həşəratlar, eləcə də bitkilər yaşayır. Meşəlikdən əlavə, Di'Kuarın səthində düzənliklər və dağlar da var. Mürəkkəb ekosistemə və təhlükəli yırtıcılara ev sahibliyi etməsinə baxmayaraq, planet rahat mülayim iqlimə malikdir.Di'Kuar planeti ilk dəfə "Empire" jurnalında, 26 noyabr 2015-ci ildə nümayiş olunmuşdur. Bundan sonra, planet "Gücün oyanması" (2015) filmində nümayiş olunmuşdur. == İstinadlar == == Xarici keçidlər == D'Qar — Vukipediya saytında.
Karen Klar
Karen Klar (9 aprel 1972) — Kanadanı təmsil edən sinxron üzgüçü. == Karyerası == Karen Klar Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Karen Klar Olimpiadanın gümüş medalına sahib olub.
Kian Kianli
Kian Kianli (7 fevral 1965) — Avstriyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kian Kianli Avstriyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub.
Kipr (ada)
Kipr (yun. Κύπρος), bəzi mənbələrdə Qıbrız və ya Kıbrıs (türk. Kıbrıs) — Aralıq dənizinın şərqində ada. Coğrafi baxımından ada Asiya qitəsinə daxildir. Kipr Misirdən 380 km, Suriyadan 105 km, Türkiyədən isə 75 km məsafədə yerləşir. Şimalında Şimali Kipr Türk Respublikası, 1974-cü ildə türk ordusunun adanın şimalını nəzarətə götürməsindən sonra adanın cənubunda yerləşən və ada üzərində suveren hüquqları beynəlxalq birlik tərəfindən de-yure tanınan Kipr Respublikası yərləşir. Ayrıca, Kipr adasında Böyük Britaniyaya aid dövlət-hərbi baza olan Akrotiri və Dekeliya yerləşir. == Coğrafiya == Ada şərqdən qərbə 240 km məsafədə uzanır. Eni isə 100 km təşkil edir. Adanın sahəsi 9251 km².
Kipr (dəqiqləşdirmə)
Kipr (ada) — Aralıq dənizinin şərqində ada. Kipr Respublikası (və ya Cənubi Kipr) — de-fakto Kipr adasının cənubunu idarə edən, de-yure ada üzərində tam suveren hüquqlara malik olan dövlət. Şimali Kipr Türk Respublikası — Kipr adasının şimalında tanınmamış dövlət.
Kipr Hərəkatı
Kipr əməliyyatı (türk. Kıbrıs Harekâtı), həmçinin Türkiyənin Kiprə müdaxiləsi (yun. Τουρκική εισβολή στην Κύπρο) və ya Atilla əməliyyatı (türk. Attila Harekatı) — 20 iyul 1974-cü ildə Türkiyə Silahlı Qüvvələrinin Kiprdə başlatdığı və 14 avqust tarixində türk silahlı birləşmələrinin paytaxt Nikosiyaya daxil olması ilə nəticələnən əməliyyat. Türkiyə hökuməti bu əməliyyatın Sürix və London müqaviləsinin 4-cü maddəsinə istinadən yerinə yetirildiyini bildirmişdir. Buna baxmayaraq BMT və Avropa Şurası bunu işğal olaraq qiymətləndirmişdir. Avropa Şurası Parlament Assambleyasının 29 iyul 1974-cü il tarixli 573 saylı qərarında və Afinadakı Apelyasiya Məhkəməsinin 21 mart 1979-cu il tarixli qərarında Türkiyənin müdaxiləsinin qanuni olduğu vurğulanmışdır. Ancaq, beynəlxalq qərarların çoxu bunu "işğal" olaraq adlandırmışdır. == Hadisə == Türklər və yunanlar arasında ilk hadisələr 1920-ci ildə, Osmanlı imperiyasının 1878-ci il tarixli 50 illik icarə müqaviləsi ilə adanı Böyük Britaniyaya verməsindən sonra, icarə müddətinin bitməsinə 8 il qalmış başladı. Bu hadisələr yalnız siyasi döyüşlər olsa da, silahlı toqquşmalar şəklini almayıb.
Kipr Kilsəsi
Kipr Kilsəsi (yun. Ἐκκλησίας τῆς Κύπρου, türk. Kıbrıs Kilisesi) — Kiprdə yerləşən avtokefal pravoslav kilsə. Mərkəzi Nikosiya şəhərindədir. II Xrizostom kilsənin indiki baş yepiskopdur.
Kipr Respublikası
Kipr (yun. Κύπρος, tələf. Kipros, türk. Kıbrıs), rəsmi adı Kipr Respublikası (yun. Κυπριακή Δημοκρατία, tələf. Kipriaki Dimokratia, türk. Kıbrıs Cumhuriyeti) — Aralıq dənizinin şərqində, Türkiyənin cənubunda, Suriya və Livanın qərbində yerləşən ada ölkəsi. Adada 2 dövlət yerləşir: Şimali Kipr Türk Respublikası (ŞKTR) və Kipr Respublikası. Yüksək inkişaf etmiş ölkə və məşhur turizm mərkəzidir. 1 may 2004-cü ildə Avropa İttifaqına qəbul olunanadək Tərəfsiz Dövlətlər Hərəkatının üzvü və təsisçisi olmuşdur.
Kipr rumları
1973 ilinde Kipr adasında etnik xəritəsi sarı region Kipr rumları Kipr adasının ən böyük etnik qrupudur.
Kipr türkləri
Kipr türkləri və ya Kiprli türklər — Kipr adasında yaşayan türklərin mənşəyi, Osmanlı İmperiyasının 1571-ci ildəki Kipr adasını ələ keçirməsindən sonra, Anadoludan Kiprə köç etdirilən türklərdir. 1974-ci ildə Türkiyə Silahlı Qüvvələrinin adaya müdaxiləsi ilə ada ikiyə bölünmüşdür. Hal-hazırda Kipr türklərinin əksəriyyəti Şimali Kipr Türk Respublikasında yaşayır. 1975-ci ildən sonra Anadoludan gələn köçkün türklər də Kipr türkü tərifinə daxil olmuşdur. Osmanlı hakimiyyəti dövründə dinini dəyişdirib türkləşən yunanlardan başqa Kipr türklərinin, etnik mənsubiyyət baxımından Anadolu türklərindən çox da fərqi yoxdur.
Kipr yunanları
1973 ilinde Kipr adasında etnik xəritəsi sarı region Kipr rumları Kipr adasının ən böyük etnik qrupudur.
Kipr əhalisl
== Əhalinin hərəkəti == Küveyt əhalisinin sayına görə region ölkələri içərisində 14-cü yerdədir. 1957-ci ildə ölkədə 995 min, 2005-ci ildə isə 2,3 mln, nəfər əhali yaşayırdı. Ölkə əhalisinin 60 faizi başqa ölkələrdən gələnlərdir. Küveytdə digər ərəb ölkələri, Pakistan, Hindistan və Asiyanın başqa ölkələrindən olan immiqrantlar çoxdur. Əhalinin təbii artım sürəti 1957-ci ildə 11 faizdən 2005-ci ildə 3,0 faizə qədər azalmışdır. «Ailənin planlaşdırılması» adlı demoqrafik siyasət aparan «üçüncü dünya» dövlətlərindən fərqli olaraq Küveyt uşaq doğumunu artırmaq məqsədi ilə müxtəlif tədbirlər həyata keçirir. Proqnozlara görə 2015-ci ildə ölkə əhalisinin sayının 3,4 mln. nəfərə çatması gözlənilir. 1930-cu ildə Küveytdə neft yataqlarının kəşfi və xüsusilə İkinci Dünya müharibəsindən sonra onun istismarına başlanılması ölkəyə digər ölkələrdən, əsasən müsəlman dövlətlərindən əhali axınına səbəb olur. Hazırda ölkə əhalisinin 90 faizi yerli və gəlmə ərəblərdir.
Kira Andronikaşvili
Kira Georgiyevna Andronikaşvili (rus. Ки́ра Гео́ргиевна Андроникашви́ли, gürc. კირა გიორგის ასული ანდრონიკაშვილი, Andronikaşvili-Pilnyak; 16 iyun 1908, Tiflis – 24 fevral 1960, Tbilisi, SSRİ) — Sovet aktrisası və kinorejissor. Gürcüstan SSR əməkdar artisti (1959). Knyaz qızı. == Həyatı == O, Andronikovlar knyaz nəslindən idi. Kino sənayesinə təsadüfən düşən bacısı Natonun yolu ilə gedərək kinematoqrafla məşğul olmağa başladı. 1923—1928-ci illərdə Gürcüstan Kino Sənayesinin aktrisası olmuşdur, 1929—1931-ci illərdə "Vostokfilm" kinostudiyasının aktrisası və rejissor köməkçisi idi. 1936-cı ildə Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq şöbəsini (Sergey Eyzenşteynin emalatxanası) bitirdi. Rejissor köməkçisi ("Soyuzdetfilm") və dublyaj rejissoru ("Gürcüstan-Film") kimi fəaliyyət göstərmişdir.
Kira Kosarin
Kira Nikol Kosarin (7 oktyabr 1997, Morristaun[d], Nyu Cersi) amerikalı aktrisa və musiqiçi. Ən məşhur rolu Nickelodeon kanalında gedən İldırımadamlar teleserialında Fibi olmuşdur. 10 Aprel, 2019 tarixində , "Markasız" (ing Off Brand) adlı ilk albomunu çıxardı. == Erkən həyatı == Kosarin gənc yaşlarında rəqs və gimnastika ilə məşğul olurdu. O, Boka Ballet Teatrında ballet dərsəri ilə məşğul olur, orta məktəb təhsilini isə Floridada yerləşən Payn Krest Məktəbində alırdı. Anası aktrisa, atası isə bəstəkar, dirijor olaraq çalışırdı ki, bu da Kosarini aktrisa olmağa ruhlandırdı. Aktrisalıq dərslərinə yazıldıqdan sonra, 2011-ci ildə öz karyerasını davam etdirmək üçün Kaliforniya ştatına köçür və orada Disneydən "Silkələ" teleserialı üçün dəvət alır. == Karyerası == === Aktrisalıq === Kosarin ilk aktrisalıq addımına Disney kanalında gedən "Silkələ" teleserialında oynamaqla başlayır. Məşhurluğu artdıqdan sonra, 2013-cü ildə Nickelodeon kanalından "İldırımadamlar" teleserialı üçün dəvət alır və bu teleserialda daha da məşhurlaşır. 2015-ci ildə, Nickelodeon kanalında keçirilən Kids' Choice Award Mükafatlandırımasında "Ən sevimli aktyor" mükafatına namizəd göstərilir lakin sonradan mükafat Laura Maranoya gedir.
Kira Naytli
Kira Naytli (ing. Keira Knightley) — məşhur İngiltərə aktrisası. == Həyatı == Kira Naytli 1985-ci il mart ayının 26-da İngiltərənin Teddinqton şəhərində sənətçi ailəsində anadan olub. Onun anadan olması qəribə mərc əsasında baş verir. Belə ki, onun valideynləri - anası aktrisa Şerman Makdonald və atası aktyor Uill Naytli öz aralarında mərc qoşurlar. Şerman karyerasını yarımçıq qoyub, dramaturgiya ilə maraqlanır. Əgər o, özünün birinci əsərini təqdim etsə, onda ailədə ikinci uşaq anadan ola bilər. Şerman Makdonald mərcdə qalib gəlir və gələcək aktrisa Keira Knightley anadan olur. Kiranın özündən böyük Kaleb adlı bir qardaşı var. O, uşaqlıqdan aktrisa olacağına əmin idi.
Kira Noir
Kira Noir (16 iyul 1994[…], San Marino[d], Kaliforniya, ABŞ) — amerikalı pornoaktrisa.
Kira Plastinina
Kira Sergeyevna Plastinina (1 iyun 1992, Moskva) — Rusiya modelyeri. == Həyatı == Kira Plastinina dünyanın ən gənc modelyeri kimi tanınan rus modelyeridir. Belə ki, o, karyerasına hələ orta məktəb şagirdi olduğu müddətdə başlamışdir. Kira 1 iyun 1992-ci ildə Sergey və Tatyana Plastinin ailəsində anadan olub. Atası Sergey Plastinin məşhur rusiyalı iş adamı, qida sənayesi nəhəngi Wimm-Bill-Dann şirkətinin səhmdarıdır. Anası Tatyana Plastinina ixtisasça dilçi, Uşaq Musiqili Akademiyasının həmtəsisçisidir. Artıq 14 yaşında valideynlərinin dəstəyi ilə Kira Plastinina öz moda brendinin sahibi oldu. 2017-ci ildə Kira Plastinina keçmiş iş ortağı, amerikalı sahibkar Trey Vallett ilə ailə həyatı qurub. == Karyerası == Sergey Plastinin 2006-cı ildə qızının arzusunu həyata keçirməyə başladı. O, Kira Plastinina ticarət markasını qeydiyyatdan keçirdi və yeni geyim markasının təşviqi strategiyasını hazırlayan mütəxəssisləri işə götürdü.
Kira Vassiliki
Kira Vassiliki (yun. Κυρά Βασιλική; əsl adı Vassiliki Kontaksi; 1789 – 11 dekabr 1834) — Osmanlı hökmdarı Əli Paşanın sarayında böyümüş nüfuzlu yunan qadın. == Həyatı == Vassiliki Kontaksi Yunanıstanın Tesprotiya vilayətindəki Filyate kəndində anadan olub. On iki yaşında o, atasının həyatını şəfaət etmək üçün yerli osmanlı hökmdarı Əli Paşaya verildi. Atasını əfv edən Əli Paşa 1808-ci ildə Vasiliki ilə evlənir və o, onun hərəmi olur. Xristian inancını tətbiq etməyə icazə verilərək, o, pravoslav xalqı adından şəfaət etdi. Ola bilsin ki, Yunanıstanın vətənpərvər təşkilatı "Filiki Eteriya" ilə əlaqə saxlayıb. Bu müddət ərzində o, bir sıra xeyriyyə təşəbbüsləri həyata keçirdi. 1819-1820-ci illərdə o, Afon dağında bir sıra bərpa işlərini maliyyələşdirdi.1822-ci ilin yanvarında Osmanlı sultanı qüvvələri tərəfindən Yaninanın mühasirəsinin son mərhələsində Vassiliki Əli Paşa və şəxsi mühafizəsi ilə birlikdə İoannina adasına qaçdı. Sultan tərəfindən qanundankənar elan edilən Əli Paşa yanvarın 22-də osmanlı nümayəndə heyəti tərəfindən orada edam edildi.
Kira Şon
Kira Şon (ing. Kyra Schon; 4 oktyabr 1957) — ABŞ aktrisasıdır. == Həyatı == Kira Şon 4 oktyabr 1957-ci il tarixində Pensilvaniyanın Pittsburq şəhərində anadan olmuşdur. 11 yaşında olarkən Yaşayan ölülərin gecəsi filminə çəkilmişdir. Bu filmdə Kira Şon Karl Hardmanın və Merilin İstmanın qızını canlandırmışdır. Kira Şon bu filmə görə 2005-ci ildə "Ən yaxşı zombi" nominasiyasına namizəd göstərilmişdir. 2011-ci ildə "Yaşıl adam" filminə çəkilir.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır.1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi.2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi. Jurnalın redaktorları fəaliyyətlərini onlayn formatda davam etdirmişdir.
ИХР-388 aşqarı
ИХП-388 aşqarı – tiofosfinat tipli coxfunksiyalı polimer aşqardır. == Xassələri == ИХП-388 aşqarı yüksək yuyucu-dispersləşdirici, antikorroziya, antioksidləşdirici və neytrallaşdırıcı xassələr daşıyır. Digər aşqarlardan fərqli olaraq, ИХП-388 aşqarı yağların özlülük indeksinin qiymətini 5–12 vahid artırır, yüksək hidrolitik davamlılığa malikdirdir. == Alınması == ИХП-388 aşqarı ilk dəfə izobutilen-stirol birgə polimerinin (və ya poliizobutilenin, daha sonra isə poliheksen-stirol birgə polimerinin) fosforkükürdləşdirilmiş məhsulunun alkilfenolla qarışığının maqnezium oksidlə neytrallaşmasından alınmışdır, sonra isə barium, kalsium və sink duzları da sintez edilmişdir. ИХП-388 aşqarının sintezi texnologiyası AMEA Ə. M. Quliyev adına Aşqarlar Kimyası İnstitutunda işlənib hazirlanmışdır. ИХП-388 aşqarı almaq üçün istifadə olunan polimerin molekul kütləsi 600–800 hədləri arasındadır. ИХП-388 aşqarınin əsas göstəriciləri: küllülük – 7–10%, kükürdün miqdarı – 2,5–3,0%, fosforun miqdarı – 1,5–1,7%. == Tətbiqi == ИХП-388 aşqarı avtomobil və dizel yağlarının istismar xassələrini yaxşılaşdırmaq üçün nəzərdə tutulmuşdur. Motor yağlarının ИХП-388 aşqarının istifadəsi ilə karbürator və dizel mühərriklərində sınaqları göstərdi ki, bu aşqar yağların istismar xassələrini xeyli yaxşılaşdıraraq mühərrikin hissələrinin təmizliyini qoruyur, yeyilməsini və karbon əmələ gəlməsini azaldır, nəticədə isə mühərrikin işinin etibarlılığı və uzunmüddətliliyi artmış olur. Çoxfunksiyalı ИХП-388 polimer aşqarından istifadə edilməklə müasir güclü dizel və karbürator mühərriklərində istifadə olunan yağlar üçün effektiv aşqar kompozisiyası yaradılmışdır.