Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sebazak-Konkures
Sebazak-Konkures (fr. Sébazac-Concourès, oks. Sebasac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12303. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 141 nəfər (15-64 yaş arasında) 103 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu göstərici 69.8%).
Konkord
Konkord — orta məsafəli, 4 motorlu, dar gövdəli, supersonik (səsdən sürətli) və yüksək sürətli sərnişin təyyarəsidir. Sovet istehsalı Tu-144 təyyarəsindən sonra dünyanın ikinci supersonik təyyarəsidir. Konkord: Fransız Aérospatiale ve İngilis British Aircraft Corporation (BAC) firmalarının ortaq istehsalıdır. Layihə, Fransa və İngiltərə arasında imzalanan ikitərəfli razılaşma çərçivəsində hazırlanmışdır və təyyarənin adı da bu razılaşmaya ithafən Concorde (az. razılaşma, harmoniya, birlik) olaraq seçilmişdir. Təyyarənin prototip istehsalına 1965-ci ilin fevral ayında başlandı. Konkord’ların 50%-i aliminumdan hazırlanmışdı. İlk sınaq uçuşu 1969-cu il 2 mart tarixində həyata keçirildi. Və yalnız 7 il sonra 1976-cı il 21 yanvar tarixində rəsmi olaraq Konkord istifadəyə verildi. British Airways: London – Bəhreyn Air France: Paris – Rio de Janeyro Maksimum 120 sərnişin ilə satta 2.170 km/s sürətlə 18.300 metr hündürlükdə uça bilən Konkord, Paris – Nyu York arasını 3.5 saata qət edə bilirdi.
Kokura
Kokura (小倉市, Kokura-şi, "kiçik xəzinə") - Fukuoka prefekturasının şərq hissəsində yerləşən Yaponiyanın keçmiş şəhəri. 2 oktyabr 1963-cü ildə Kokura qonşu Modzi, Tobata, Yaxata və Vakamaçu şəhərləri ilə birləşmiş, nəticədə Kitakyuşu şəhəri yaranmışdır. Kokuranın keçmiş ərazisi Kitakyuşu şəhərinin Kokura-Kita və Kokura- Minami rayonlarının tərkibinə daxildir. == Tarixi == Kokura Daxili Yapon dənizindəki Kammon boğazının sahillərində yerləşən liman şəhəri olmuşdur. Bu boğaz Kyuşu adasının şimalını Honşu adasının qərb hissəsindən ayırır. VIII-XIX əsrlər ərzində Kokura ərazisi yapon əyaləti Budzenin tərkibində yerləşirdi. Kokura qəsəbəsi 1602-ci ildə samuray başçısı Hosukava Tadaoki tərəfindən salınmışdır. Belə ki o burada özü üçün qəsr və qəsr kənarı məskənlər saldırmışdr. 1632-ci ildə onu Oqasavara nəslindən olan digər bir başçı əvəz etmişdir. Bu nəsil Kokura-xan torpaqlarını XIX əsrin ortalarına qədər idarə etmişdir.
Konus
Hər hansı həndəsi müstəvi fiqurun nöqtələrini onun müstəvisinə aid olmayan nöqtə ilə birləşdirən bütün parçaların yaratdığı fəza fiquruna konus deyilir.Həmin müstəvi fiqura konusun oturacağı, həmin nöqtəyə isə konusun təpə nöqtəsi deyilir.Konusun təpəsindən oturacaq müstəvisinə endirilmiş perpendikulyara konusun hündürlüyü deyilir. Oturacağı dairə olan konusa dairəvi konus,təpəsi oturacağının mərkəzinə proyeksiyalanan dairəvi konusa isə düz dairəvi konus deyilir.Dairəvi konusun təpə nöqtəsini oturacaq çevrəsinin hər hansı nöqtəsi ilə birləşdirən parçaya konusun doğuranı deyilir. Konusa düzbucaqlı üçbucağın katetlərindən biri ətrafında fırlanmasından alınan alınan fəza fiquru kimi də baxmaq olar. Konusun təpə nöqtəsindən və oturacağının mərkəzindən keçən düz xəttə konusun oxu,oturacağının radiusuna isə konusun radiusu deyilir. Radiusu R, doğuranı L olan konusun yan səthinin açılışı qövsünün uzunluğu 2𝜋R və radiusu L olan dairə sektorudur. Konusun yan səthi: Konusun yan səthinin sahəsi oturacaq çevrəsinin uzunluğu ilə doğuranın hasilinin yarısına bərabərdir.
Konkord zirvəsi
Konkord zirvəsi və ya Pik Soglasiya Pamir dağlarında yerləşən zirvədir.Əfqanıstan ilə Tacikistan sərhədində yerləşmişdir. Zorkul gölündən təxminən 15 km cənubdadır.
Konvers (Vayominq)
Konvers Rayonu (ing. Converse County) — Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu rayonun əhalisi 12 052 nəfər olmuşdur. Rayonun paytaxtı Duqlas şəhəridir.
Konkord (Kaliforniya)
Konkord (ing. Concord) — ABŞ-nin Kaliforniya ştatının Kontra-Kosta qraflığında yerləşən şəhər.
Konkord (dəqiqləşdirmə)
Konkord
Baba Kokuri
Baba Sadayoşi (馬場貞由, 1787 – 12 sentyabr 1822) – Edo dövründə yaşamış Yaponiya tərcüməçisi və ranqaku alimi. Sacuro (佐十郎), Kokuri (穀里) və Teyyu (貞由) adlarından da istifadə etmişdir. Yaponiyada vaksinasiyaya və Qərb metallurgiyasına dair ilk əsərlərin müəllifi olmuşdur. == Karyerası == Baba Sadayoşi Şizuki Tadaonun şagirdi olmuş, holland dilini öyrənmiş və Yaponiyanın Naqasaki şəhərində yerləşən Tərcüməçilik Bürosunda işləmişdir. 1808-ci ildə Edo şəhərinə dəvət olunaraq Astronomiya Bürosunun tərcüməçisi olmuşdur. Decimadakı holland postunun rəhbəri Hendrik Doeffdən fransız dilini öyrənmiş və vaksinasiya haqqında məlumatlar əldə etmişdir. 1811-ci ildə yaradılmış Barbar Kitablarının Tərcüməsi Ofisində işləməyə başlamış və buradakı ilk işi Vasili Qolovninin gəmisində tapılmış məktubları tərcümə etmək olmuşdur. O, Ezo adasına gedərək Qolovnindən rus dili təlimi almışdır. 1811–1839-cu illərdə nəşr olunmuş "Kosey şinpen" (azərb. "Sağlamlıq üçün yeni kompendium"‎) əsərinin tərtibində iştirak etmişdir.
Qonkur mükafatı
Qonkur mükafatı (fr. Prix Goncourt) — ən yaxşı roman üçün Qonkur qardaşlarının adını daşıyan Fransanın ən nüfuzlu ədəbi mükafatı. 1903-cü ildən etibarən hər il Qonkur akademiyası üzvlərinin səsverməsi əsasında Parisdəki "Druan" (Drouant) restoranında təşkil edilən xüsusi şam yeməyi zamanı təqdim edilir. Mükafatın məbləği simvolikdir (hazırda on avro), lakin bir qayda olaraq, mükafatın verilməsi qalib romanın satışını əhəmiyyətli dərəcədə artırır və onun müəllifini fransız ədəbiyyatında ön sıralara çıxarır. Qonkur akademiyasına ildə 60 frank nominal qonorar alan Fransanın ən məşhur on yazıçısı daxildir. Akademiyanın hər bir üzvü yalnız bir səsə malikdir və yalnız bir kitaba səs verə bilər. Səslər bərabər olduqda, sədrin səsinin verildiyi əsərə üstünlük verilir. Müxtəlif dövrlərdə Qonkur akademiyasının üzvləri yazıçılar Alfons Dode, Jül Renar, böyük Roni, Filip Eria, Erve Bazen, Lui Araqon və başqaları olmuşlar. Qonkur mükafatının əsasnaməsinə görə, bu mükafat müəllifə ömür boyu yalnız bir dəfə verilə bilər. Yeganə istisna yazıçı Romen Qaridir.
Konkord (Nyu-Hempşir)
Konkord (ing. Concord) — ABŞ-nin şimal-şərqində yerləşən şəhər, Nyu-Hempşir ştatının və Merrimak dairəsinin paytaxtı. Əhalisi — 42,7 min nəfər (2010). == Tarixi == Ağ insanların gəlməsindən əvvəl indiki Konkordun ərazisi əsas məşğuliyyəti balıq tutan Abenaki hindu tayfası yaşayırdı. Merrimak çayının qərbindəki bütün ərazini iddia edən Massaçusets Bey əyaləti, Penakuk koloniyasını qurdu. Bu, 1725 ilə 1727 arasında Haverhill sakinləri tərəfindən kapitan E. İstmen rəburadan götürmüşdür. Rumford və Bow şəhərinin sərhədləri ilə bağlı acı mübahisədən sonra 1765-ci ildə qubernator Benninq Ventvort tərəfindən Rumford şəhərinin adı Konkorda dəyişdirildi. Yeni ad, mübahisə edən şəhərlər arasındakı yeni sülh və harmoniyanı əks etdirmək üçün nəzərdə tutulmuşdu . Məhkəməni uduzan şəhər sakinlərinə təzminat olaraq başqa yerlər verildi. Şəhər XVIII əsr boyu böyüdü və bəzi qədim binalar hələ də Mein stritin şimal ucunda yaşayır.
Konkord meydanı (Paris)
Konkord meydanı ya Razılıq meydanı (fr. Place de la Concorde) — Klassizim üslubunda salınmış Parisin mərkəzi meydanı, "5 kral meydanından" biri. Böyüklüyünə görə Fransanın Bordo şəhərindəki lat. “Quinconces” meydanından sonra ikincidir. Sahəsi 68.470 m²- dir. Meydan Sena çayından şimalda, VIII arrondissement ərazisində, Tyuilri bağı ilə Şanzelize prospekti arasında yerləşir. Konkord meydanına Rivoli və Royal küçələri açılırlar. == Tarixi == Meydan 1755 ci ildə Kral meydanı kimi fransız memarı fr. Ange-Jacques Gabriel tərəfindən layihələşdirilərək salınmışdır. O zaman meydanda XV Lüdovikin heykəltaraş fr.
Konus adası
Konus adası — Rusiyanın Kamçatka diyarı ərazisində yerləşən ada. Kiniqa buernundan 3 km şimal-qərbdə, İviniçaman adasından isə 7 km şimal-şərqdə, Podqarenaya çayının mənsəbindən şimal-şərqdə, Oxot dənizinə daxil olan Şelixov körfəzində, Kamçatka yarımadasının qərb sahilinin şimalında yerləşir. İnzibati baxımından Kamçatka diyarı Karaqin rayonu ərazisinə daxildir. Uzunluğu 1,3 km, eni 0,7 km-dir. Maksimal hündürlüyü 258 metrdir. Adadan şimal-şərqdə Vtoroy adası yerləşir.
Konuş təpəsi
Konuş təpəsi (bolq. Конушки хълм, ‘Konushki Halm’ \'ko-nush-ki 'h&lm\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən şimalda yerləşən, 550 m hündürlüklü qaya zirvəsidir. Luis Filipp yaylasından şimadla yerləşmişdir və buzlaqlardan azaddır. Zirvə cənubi Bolqarıstanda yerləşən Konuş şəhərinin adını daşıyır. == Yerləşməsi == Konuş təpəsi 63°29′28″ c. e. 58°11′47″ q. u. koordinatlarında yerləşmişdir. D’Urville dağından 2.03 km şimalda, Tintyava zirvəsindən 3.52 km şimal-şərqdə, Oqled zirvəsindən 5.64 km şimal-şərqdə, Argentina təpəsindən 5.51 km cənubda yerləşmişdir.
Leksinqton və Konkord döyüşləri
Leksinqton və Konkord döyüşləri (ing. Battles of Lexington and Concord ) — ABŞ İstiqlal müharibəsi zamanı ilk silahlı toqquşmalar. Onlar 19 aprel 1775-ci ildə Massaçusets ştatının Midlseks qraflığında, Boston yaxınlığındakı Leksinqton, Konkord, Linkoln, Menotomi (indiki Arlinqton) və Kembric şəhərlərində baş vermişdir. Bu toqquşmalar Britaniya və onun kontinental Britaniya Şimali Amerikasındakı On üç müstəmləki arasında hərbi əməliyyatlara start vermişdir.
Konur Alp Koçak
Konur Alp Koçak (20 iyun 1983, Karaman ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Konur Alp Koçak 1983-cü ildə Karaman ilində anadan olub. Boğaziçi Universitetinin Siyasi Elmlər və Beynəlxalq Əlaqələr Bölməsindən və həmin universitetin Tarix Bölməsindən məzun olub. 2006-2007-ci illərdə Yaponiyanın Keio Universitetində təhsil alıb. 2010-cu ildə Ankara Universitetində beynəlxalq əlaqələr üzrə magistr dərəcəsi alıb. Birləşmiş Ştatların Corctaun Universitetinin Dövlət İşləri İnstitutunda hüquq üzrə altı ay təlim alıb. TBMM Araşdırma şöbəsində hüquq üzrə mütəxəssis vəzifəsində çalışıb. 2014-2016-cı illərdə Brüsseldə Avropa Parlamenti Araşdırma İnstitutunun (EPRS) Xarici əlaqələr bölməsində siyasi şərhçi vəzifəsində, 2019-2023-cü illərdə isə TBMM Xarici əlaqələr üzrə sədr müavini vəzifəsində çalışıb. Siyasi Sosial Strateji Araşdırmalar Vəqfinin (TASAV) qurucularından olub. TÜRKGÜN qəzetində məqalələri dərc olunub.