Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hon Kong
Honkonq və ya Honq Konq (çin. 香港, ing. Hong Kong), rəsmi şəkildə Çin Xalq Respublikasının Honq Konq Xüsusi İnzibati Bölgəsi (abreviatur. Honq Konq XİB və ya HKXİB), cənubi Çində Mirvari çayı deltasının şərq hissəsində yerləşən şəhər və xüsusi inzibati rayondur. 1,104 kvadrat kilometr (426 kvadrat mil) ərazidə müxtəlif millətlərdən olan 7.5 milyon insan ilə Honq Konq dünyanın ən sıx məskunlaşıldığı yerlərindən biridir. Honq Konq həm də böyük maliyyə mərkəzi və dünyanın ən inkişaf etmiş şəhərlərindən biridir. == Etimologiya == Honq Konq dünyada ən yüksək həyat şəraitinə malik ölkə kimi də seçilir. Ölkədə adambaşına düşən milli gəlir 90 min 856 dollardır. Bu göstərici ilə Honq Konq Böyük Britaniya, Fransa, Almaniya, İsveç, Danimarka, İtaliya və Yaponiyanı qabaqlayır. Ölkədə ümumdaxili məhsul 253 milyard dollar təşkil edir.
Hon Konq

Con Bon Covi
Con Bon Covi (ing. Jon Bon Jovi; əsl adı John Francis Bongiovi) — ABŞ-dən musiqiçi, bəstəkar, aktyor və qurucusu olduğu öz adını daşıyan rok musiqi qrupu Bon Jovinin solistidir. Bu günə qədər qrupu ilə on bir studiya albomuna imza atan Con Bon Covi solo fəaliyyət göstərərək iki albom da yayımlamışdır. Con Bon Covi 1995-ci ildə "Moonlight and Valentino" filmi ilə kino aktyorluq karyerasına başladı və bu günə qədər on üç kino filmində rol alan musiqiçi Sex and the City və Ally McBeal kimi müxtəlif TV seriallarında qonaq aktyor olaraq yer aldı. The Jon Bon Jovi Soul Foundation vəqfinin qurucusu olan sənətçi bir çox xeyriyyəçilik işləri ilə də məşğuldur. 2005-ci ildə Luizianada qasırğada evlərini itirənlər üçün 28 ev tikdirdi və bu evlərin yerləşdiyi küçəyə Bon Jovi Bulvarı adı verldi. Con Bon Covi, 2000-ci il ABŞ prezident seçkilərində Al Gore, 2004-cü ildə John Kerry və 2008-ci ildə Barak Obamanın namizədlik kampaniyalarında iştirak etdi. Musiqiçi, Arena Futbol Liqası komandalarından Philadelphia Soulun da qurucularındandır. 2012-ci ildə Billboard jurnalı Con Bon Covi'yə musiqi dünyasının ən güclü və ilham verici 100 insanı siyahısında yer verdi. 2010-cu ildə Forbes jurnalı isə musiqiçini 125 milyon dollarlıq qazancla 2010-cu ilin ən çox qazanan ikinci musiqiçisi olaraq təyin etdi.
Con Fon Neyman
Con fon Neyman (ing. John von Neumann; 28 dekabr 1903[…], Budapeşt, Macarıstan krallığı[d], Avstriya-Macarıstan – 8 fevral 1957[…], Uolter Rida adına Ordu tibb mərkəzi[d]) — ABŞ riyaziyyatçısı və fiziki. == Həyatı == Con Lüis fon Neyman 28 dekabr 1903-cü ildə Budapeşt şəhərində doğulub. İmkanlı macar bankirinin böyük övladı idi. Onun qeyri-adi qabiliyyəti çox erkən üzə çıxmışdı. 6 yaşında bir-neçə əcnəbi dil bilirdi, səkkiz rəqəmli ədədləri beynində bölürdü, 8 yaşında isə ali riyaziyyatın əsaslarını mənimsəmişdi. Con fon Neyman 22 yaşında Budapeştdə Pajmani Peter Universitetində riyaziyyat üzrə fəlsəfə doktoru dərəcəsi, eyni zamanda İsveçrə Federal Texnologiya İnstitutunun kimya mühəndisliyi üzrə diplomunu almışdır. Hələ 19 yaşı olanda, riyaziyyat üzrə iki məqalə dərc etdirmişdir. Con fon Neyman oyunlar nəzəriyyəsinin əsasını qoymuşdur. Çoxluqlar nəzəriyyəsi, həndəsə, operatorlar nəzəriyyəsi, riyazi iqtisadiyyat və s.
Mon Kyon-Ha
Mon Kyon-Ha (d. 29 may 1980) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Mon Kyon-Ha Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu. Daha sonra Mon Kyon-Ha Cənubi Koreya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 38:36 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Afina Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Mon Kyon-Ha Cənubi Koreya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda İspaniya yığmasına 32:30 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, London Olimpiadasını 4-cü yerdə başa vurdu.
Con fon Neyman
Con fon Neyman (ing. John von Neumann; 28 dekabr 1903[…], Budapeşt, Macarıstan krallığı[d], Avstriya-Macarıstan – 8 fevral 1957[…], Uolter Rida adına Ordu tibb mərkəzi[d]) — ABŞ riyaziyyatçısı və fiziki. == Həyatı == Con Lüis fon Neyman 28 dekabr 1903-cü ildə Budapeşt şəhərində doğulub. İmkanlı macar bankirinin böyük övladı idi. Onun qeyri-adi qabiliyyəti çox erkən üzə çıxmışdı. 6 yaşında bir-neçə əcnəbi dil bilirdi, səkkiz rəqəmli ədədləri beynində bölürdü, 8 yaşında isə ali riyaziyyatın əsaslarını mənimsəmişdi. Con fon Neyman 22 yaşında Budapeştdə Pajmani Peter Universitetində riyaziyyat üzrə fəlsəfə doktoru dərəcəsi, eyni zamanda İsveçrə Federal Texnologiya İnstitutunun kimya mühəndisliyi üzrə diplomunu almışdır. Hələ 19 yaşı olanda, riyaziyyat üzrə iki məqalə dərc etdirmişdir. Con fon Neyman oyunlar nəzəriyyəsinin əsasını qoymuşdur. Çoxluqlar nəzəriyyəsi, həndəsə, operatorlar nəzəriyyəsi, riyazi iqtisadiyyat və s.
Kon-Tiki
" Kon-Tiki " (norv. Kon-Tiki ) — Norveç səyyahı və kəşfiyyatçısı Tur Heyerdal və beş yoldaşının 1947 -ci ildə polineziyalıların əcdadlarının Cənubi Amerikadan miqrasiya yolu ilə Sakit Okean sularında üzdüyü sal (Heyerdal nəzəriyyəsinə görə). == Dizayn == Sal uzunluğu 10 metrdən 14 metrə qədər olan 9 balsa kündəsindən ibarət idi, salın iti burnu olması üçün bükülmüşdü. "Kon-Tiki" düzbucaqlı yelkən, sərt avar və iki paralel cərgə xəncər lövhələri ilə təchiz edilmişdi (salın dibindən aşağıya doğru uzanan və həm keil, həm də sükan rolunu oynayan lövhələr). İnkaların 50 dəniz milinə qədər sənədləşdirilmiş okean səyahətləri etdiyi salların dizaynı. "Kon-Tiki" bir çox Polineziya əfsanələrinin əfsanəvi qəhrəmanının adını daşıyırdı. Bu əfsanələrə görə, Kon-Tiki, Polineziya adalarında yaşayış məntəqələri quran və yerli mədəniyyətin yaranmasına səbəb olan bir qrup qəbilə həmkarı ilə birlikdə şərqdən üzdü. == Ekspedisiya == Kon-Tiki 28 aprel 1947 -ci ildə Perunun Kallao limanından yola düşdü. İlk 50 mil üçün sal Peru Hərbi Dəniz Qüvvələrinin yedək gəmisi Guardian Rio tərəfindən Humboldt cərəyanına çatana qədər çəkildi. Ekipaj ilk dəfə iyulun 30 -da Puka Puka adası idi.
Marko Kon
Marko Kon (20 aprel 1972, Belqrad) — Serbiya müğənnisi. 2009 Avroviziya Mahnı Müsabiqəsində ölkəsini Cipela adlı mahnıyla Milan Nikolić ilə birlikdə təmsil etmiştir.
Satoşi Kon
Satoşi Kon (yap. 今 敏 Kon Satoshi, 12 oktyabr 1963, Kuşiro, Hokkaydo prefekturası – 24 avqust 2010[…], Tokio) — Yaponiya animasiya rejissoru və ssenarist.
Valter Kon
Valter Kon — 9 mart 1923 il, Vyana, Avstriya — 19 aprel 2016 il, Santa Barbara, Kaliforniya, ABŞ) — Avstriya əsilli amerikalı nəzəri fizik. Kimya üzrə Nobel mükafatı laureatı (1998il, Con Popl ilə birlikdə) "sıxlıq funksional nəzəriyyəsinin inkişafına görə". Santa Barbaradakı Kaliforniya Universitetinin fəxri professoru, ABŞ Milli Elmlər Akademiyasının (1969il) və Amerika Fəlsəfə Cəmiyyətinin (1994il) üzvü, London Kral Cəmiyyətinin (1998il) və Rusiya Elmlər Akademiyası (2006il) , Avstriya Elmlər Akademiyasının fəxri üzvü (2011il). == Bioqrafiyası == Valter Kon 9 mart 1923-cü ildə yəhudi ailəsində anadan olub. Valideynləri ziyalı və təhsilli insanlar idi: atası Solomon Kon, Moraviyanın Hodonin əsilli idi və "Postkartenverlag Brueder Kon" bədii açıqcalar üçün mağaza və mətbəə işlədirdi; anası Gitl Rappaport Qalisiyadakı (indiki Ukrayna) Brodi şəhərindən idi. Uşaqlıqdan dövlət Akademik Gimnaziyasında (Akademische Gymnasium) latın və yunan dillərini, daha sonra xüsusi Hayes yəhudi məktəbində (Zwi Perez Chajes Gymnasium) iki müəllimin böyük dəstəyi təsiri ilə oxudu. Bu iki müəllimin biri — Albert Eynşteynin köməkçisi fizik Emil Nohel (1886–1942 illər) və riyaziyyatçı Viktor Sabbat idi ki, hər iki müəllim həbs düşərgəsində öldü. 1938-ci il martın 11-dən 12-nə keçən gecə alman qoşunları Avstriyaya daxil oldular. Avstriya ordusu təslim oldu. Valter və bacısı şanslı olaraq, "Kindertransport" xilasetmə əməliyyatının köməyi ilə işğal edilmiş Avstriyadan İngiltərəyə, bir az sonra isə Kanadaya gedə bildilər.
Le-Kot-de-Kor
Le-Kot-de-Kor (fr. Les Côtes-de-Corps) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38132. Kommunanın 1999-cu il üçün əhalisi 44 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 680 ilə 2 015 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 530 km cənub-şərqdə, Liondan 135 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.
Kan kan
Kan kan (fr. cancan) — yüksək enerjili, fiziki cəhətdən tələbkar rəqs. 1840-cı illərdə məşhur musiqi-zal rəqsi olmuş, bu günə qədər fransız kabaresində populyarlığını davam etdirir. Əvvəlcə cütlər tərəfindən rəqs edilirdi, indi ənənəvi olaraq qadın rəqqasların xor xətti ilə əlaqələndirilir. Rəqsin əsas xüsusiyyətləri yüksək ayaq hərəkətləri, şpaqat ilə birlikdə ətəklərin güclü manipulyasiyasıdır.
Kon-d'Alye
Kon-d'Alye (fr. Cosne-d'Allier) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Erisson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03084. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2196 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 1161 nəfər (15-64 yaş arasında) 809 nəfər iqtisadi cəhətdən, 352 hərəkətsiz (fəaliyyət göstərici 69.7%, 1999-cu ildə 65.5%) idi. Fəal olan 809 nəfərdən 725 nəfəri (398 kişi və 327 qadın), 84 nəfəri işsizdir (38 kişi və 46 qadın). Aktiv olmayan 352 nəfər arasında şagird və ya tələbə, 153 nəfər pensiyaçı, 114 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Kon Fu Dzı
Kon Fu Dzı (daha çox bilinən adı Konfutsi. Çincə: 孔夫子; təq. e.ə. 551 – təq. e.ə. 479) qədim dövr Çin filosofu və mütəfəkkiri. Kun Tsı da adlanır. Çin fəlsəfi sisteminə böyük təsirlər göstərmişdir. Bu təsir o qədər güclü olmuşdur ki, Konfutsianizm adlı yeni bir dinin yaranmasına səbəb olmuşdur. Sonradan ona "Yüz min nəslin atası" kimi görkəmli bir adın verilməsi də bunu göstərir.
Çan Kon Vah
Çan Kon Vah (31 avqust 1961) — Honq Konqu təmsil edən stolüstü tennisçi. == Karyerası == Çan Kon Vah Honq Konqu 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub.
Ken
Ken — Yaponiya kişi adı. Ken Naqanuma — keçmiş Yaponiya futbolçusu. Ken Noritake — keçmiş Yaponiya futbolçusu. Ken Robinson (maarifçi) — İngiltərəli müəllif.
Kod
Kod – [lat. codex – qanunlar külliyatı] – şərti ixtisarlar sistemidir. Kod sözü digər mənalarda da işlənə bilər: Şərti siqnallar sistemi; Əmtəələrin, əşyaların onlar haqqında informasiyaya malik şərti, qısaldılmış işarəsi, adlanması, onların şifri, rəmzi təsviri Hesablama texnikasında informasiyanın qəbul olunmuş şərti işarələr sistemindəki təsviri (ifadəsi) İstənilən növ informasiyanı müəyyən məsafəyə ötürmək, yaxud da mexanikləşdirilmiş və avtomatlaşdırılmış əməliyyatlardan keçirmək üçün ona əlverişli forma vermək məqsədilə yaradılan şərti işarələr və ya siqnallar sistemi; Hərbidə texniki rabitə vasitələri ilə hərbi xarakterli məxfi məlumatları gizli şəkildə vermək üçün şərti işarələr sistemi. Mənbə kodu Açıq kod == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Koi
Koi (Cyprinus carpio) — Çəkilər fəsiləsinə aid balıq növü. Koi, böyük bir akvarium balığıdır. İlk Yaponiyada evcilləşdirilən koinin yabanı atası Karpdır. Koi sözcüyü Yaponcada "Karp" mənasını verən (コイ) sözündən gəlir. Koilər Karp kimi yaşıl deyil. Onun yerinə qırmızı, ağ, qara və ya gümüşü ola bilər. Ancaq koi bahalı bir balıqdır və onları pişik , tülkü və porsuq kimi heyvanlardan qorumaq üçün xüsusi hovuz lazımdır. Bu balıqlar çox böyüdüklərindən məncə akvariumlarda bəsləmək heyvana işgəncə etməkdir bu bir hovuz balığıdır bu balıqları akvariumda bəsləyəcəksinizsə çox böyük bir akvariuma ehtiyacınız var deməkdir balığın boyunun 7-8 bərk/qatı uyğundur üzmə sürəti və yaddaşına görə balıq kiçik akvariumda asan stressə girərlər bu stressin səbəbi ümumiyyətlə sürakli eyni şeyləri görməkdir akvariumun boyu balığın yaddaşını yeniləyə biləcəyi qədər olmalıdır.
Kol
Kol — budaqlanması torpağın səthindən başlayan çoxillik bitki. Hündürlüyü 0,8–6,0 m-ə çatır. 10–20 il, bəzən 40–50 il yaşayır. Düzən rayonlardan başlamış quraq, kontinental, subtropik və subalp dağ zonasına qədər hər yerdə yayılmışdır. == Növləri == Azərbaycanda 290-a yaxın kol növü vardır.
Kom
Kom dağı — Bolqarıstanda dağ. Kom FK — Monteneqronun paytaxtı Podqoritsanın peşəkar futbol klubu.
Kong
Bəndər Kung — İranın Hörmüzgan ostanının şəhərlərindən biri, Minab şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14 881 nəfər və 2 908 ailədən ibarət olmuşdur.
Konk
Konk (fr. Conques, oks. Concas) — Averonun Fransız departamentində kommuna. Əhalisi - 300 nəf. Orta əsrlərdə - Ruerg əyalətindəki bir şəhər, təsvirli şəkildə Həcc ziyarəti yolunda yüksək bir təpənin yamacında yerləşirdi. Fransanın ən gözəl kəndləri Birliyinə daxil edilmişdir. Konka gedən orta əsr zəvvarları əfsanəyə görə, nağıllarına görə, rahiblər Agendən oğurladığı nağıl bu reliklərin istirahət etdiyi abbey kilsəsi XI - XII əsrlərdə inşa edilmişdir. Roman üslubunda və dövrün monastır memarlığının bir nümunəsidir. 1424-cü ildə bağlandı, şəhər öldü və içərisində tikinti demək olar ki, dayandı. IX əsrdə Orta əsrlərin bu guşəsi tarix tamponları üçün Prosper Merimeyi yenidən kəşf etdi.
Konq
Honkonq və ya Honq Konq (çin. 香港, ing. Hong Kong), rəsmi şəkildə Çin Xalq Respublikasının Honq Konq Xüsusi İnzibati Bölgəsi (abreviatur. Honq Konq XİB və ya HKXİB), cənubi Çində Mirvari çayı deltasının şərq hissəsində yerləşən şəhər və xüsusi inzibati rayondur. 1,104 kvadrat kilometr (426 kvadrat mil) ərazidə müxtəlif millətlərdən olan 7.5 milyon insan ilə Honq Konq dünyanın ən sıx məskunlaşıldığı yerlərindən biridir. Honq Konq həm də böyük maliyyə mərkəzi və dünyanın ən inkişaf etmiş şəhərlərindən biridir. == Etimologiya == Honq Konq dünyada ən yüksək həyat şəraitinə malik ölkə kimi də seçilir. Ölkədə adambaşına düşən milli gəlir 90 min 856 dollardır. Bu göstərici ilə Honq Konq Böyük Britaniya, Fransa, Almaniya, İsveç, Danimarka, İtaliya və Yaponiyanı qabaqlayır. Ölkədə ümumdaxili məhsul 253 milyard dollar təşkil edir.
Kont
Kont(qraf), Avropada bir əsilzadə ünvanı. Kontun xanımına və ya kont mövqeyindəki qadına kontes deyilir. Böyük Britaniyadak; qarşılığı earldür. Hal hazırda, əsilzadəlik sıralamasında markizdən sonra, markizin olmadığı ölkələrdə hersoqdan sonra gəlir. Sözün etimologiyası Latin dilində comes (müşayətçi, nəzarətçi) sözündən gəlməkdədir. Roma İmperiyasında comeslər imperatorun müşayətçilərindən biri idi. Franklarda isə kontlar yerli komandir və hakimlər idilər. Kontlar zamanla feodal quruluşa daha cox integrasiya oldular və hersoqun müavini vəzifəsinə yüksəldilər. Flandriya, Tuluza ve Barselona kimi bəzı ölkə ve qraflıqlarda isə hersoq mövqeyinə bərabər hala gəldilər. Kralların feodal bəylər üzərindəki hakimiyyətlərini artırmağa çalışdıqları sonraki dövrlərdə hakimiyyətlər get-gedə mərkəzləşdi və kontlar siyasî güclərini itirdilər.
Korn
Korn (bəzən loqotiplərdə əslinə uyğun olaraq "KoRn" və ya "KoЯn" kimi də yazılır ) — 1993-cü ildə Kaliforniyada yaranmış nu metal qrupudur. == Qrup haqqında == Qrup nu metal janrının banisi hesab edilir. 1994-cü ildə çıxardıqları eyni adlı (Korn) debüt albomu bütün dünyada 3 milyondan çox satmışdır. Qrup 1996-cı ilin aprelinə kimi "Life Is Peachy" albomunun üzərində işləyir və həmin il 15 oktyabr albomu satışa çıxardır. 1998-ci ildə Billboard 200 siyahısında 1-ci sıraya yüksələn "Follow the Leader Korn" albomu qrupun əsas tanınmasında rolu olan albom kimi qəbul edilir. 1999-cu ildə çıxardıqları "Issues" albomu yenə eyni siyahıda 1-ci sıraya yüksəlir. Qrup 11 iyun 2002-ci ildə "Untouchables" albomunu və 21 noyabr 2003-cü ildə "Take a Look in the Mirror" albomunu yayımlayır. Hər iki albom Billboard 200 siyahısında ilk onluq içərisindən zirvəyə yüksəlir. İlk yığma albomları olan "Greatest Hits Vol. 1", Billboard 200 siyahısında 4-cü sıraya yüksəlir.