Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bremen
Bremen(alm. Bremen‎ [ˈbʁeːmən])—Bremen əyalətinin paytaxtı. == Tarixi == Bavariya, Hamburq və Saksoniya ilə birlikdə Bremen də artıq 1945-ci ilə qədər mövcud olan siyasi subyektlərdən biri idi; San-Marinodan sonra bu dünyada ikinci ən qədim şəhər respublikadır. Bremen əyaləti Bremen şəhərindən (543 000 əhali) və Veser (d) çayından 65 kilometr aşağıda yerləşən Bremerhaven (d) (125 000 əhali) şəhərindən ibarətdir. Bu iki şəhər arasından ərazi Aşağı Saksoniya əyalətinin payına düşür. İlk dəfə 1200 il əvvəl, daha doğrusu 782-ci ildə milad tarixi ilə 787-ci ildə adı çəkilən və İmperator I Fridrix Barbarossa tərəfindən azad şəhər hüququ alan Bremen 1358-ci ildə Hanseatik liqaya qatıldı. 1404-cü ildə Rolandın heykəlini ucaltmaqla və 1405-ci ildə Şəhər Dəhlizini tikməklə şəhər özünün sağlam təyinata ehtiyacını nümayiş etdirdi. 1646-cı ildə Bremen müstəqil imperiya şəhəri statusunu aldı; 1806-cı ildən bəri Bremen özünü Müstəqil Hanseatik Şəhəri adlandırır. Bremenhaven 1827-ci ildə yaradıldı və 1851-ci ildə şəhər statusuna qaldırıldı. Əyalət parlamenti ənənəvi "Bremise Bürgerşaft" adını daşıyır; əyalət hakimiyyəti "Senat" adlanır və Senatın Rəhbəri əyalətin hakimiyyət rəhbəridir. Hər il Fevral ayının ikinci Cümə günü Almaniyanın məşhur ictimai xadimləri Bremenin dənizkənarı ictimaiyyəti tərəfindən Şəhər Dəhləzində keçirilən tarixi "Şaffermaltsayt" iməcliyinə dəvət olunur.
Dmitri Kremen
Dmitri Kremen (ukr. Дмитро́ Дми́трович Кре́мінь; 21 avqust 1953 – 25 may 2019, Mikolayev) — ukraynalı şair, publisist, esseist, tərcüməçi. == Yaradıcılığı == D. D. Kreminin poetik debütü tələbəlik illərində "Vitrila" (1970–1971) antologiyasının səhifələrində baş verdi. Sonra "Səhər" jurnalında, Zakarpat mətbuatında dərc olunan məqalələr, MYB-nin Zakarpat təşkilatı nəzdində regional ədəbi birliyin işində fəal iştirak, bu ədəbi birliyin bədii şurasında poeziya bölməsinin rəhbəri kimi üzvlüyü, o cümlədən Zakarpat ədəbiyyatının klassikləri P. N. Skunts, İ. M. Çendey və F. D. Krivinlə tanışlıq və dostluq, əslində, bölgənin bədii həyatı da onların üzərində dayanırdı. Sonra o, Vasili Qusti ilə tanış oldu, o, əslində onu universitet şairləri dairəsi o cümlədən Nikolay Matola, İvan Petrovtı, D. M. Keşeley, İosif Kleyman, V. Demidov, A. Stepanyan, İ. Jelitski, Q. Fodor ilə tanış etdi. == Əsərləri == Кремінь, Д. Травнева арка: поезії / Д. Кремінь. — К.: Молодь, 1978. — 82 с. Кремінь, Д. Південне сяйво: поезії / Д. Кремінь. — Одеса: Маяк, 1983.
Bremen (torpaq)
Bremen — Almaniyanın 16 federal torpağından biri. Paytaxtı Bremen şəhəridir.
Bremen şəhəri
Bremen(alm. Bremen‎ [ˈbʁeːmən])—Bremen əyalətinin paytaxtı. == Tarixi == Bavariya, Hamburq və Saksoniya ilə birlikdə Bremen də artıq 1945-ci ilə qədər mövcud olan siyasi subyektlərdən biri idi; San-Marinodan sonra bu dünyada ikinci ən qədim şəhər respublikadır. Bremen əyaləti Bremen şəhərindən (543 000 əhali) və Veser (d) çayından 65 kilometr aşağıda yerləşən Bremerhaven (d) (125 000 əhali) şəhərindən ibarətdir. Bu iki şəhər arasından ərazi Aşağı Saksoniya əyalətinin payına düşür. İlk dəfə 1200 il əvvəl, daha doğrusu 782-ci ildə milad tarixi ilə 787-ci ildə adı çəkilən və İmperator I Fridrix Barbarossa tərəfindən azad şəhər hüququ alan Bremen 1358-ci ildə Hanseatik liqaya qatıldı. 1404-cü ildə Rolandın heykəlini ucaltmaqla və 1405-ci ildə Şəhər Dəhlizini tikməklə şəhər özünün sağlam təyinata ehtiyacını nümayiş etdirdi. 1646-cı ildə Bremen müstəqil imperiya şəhəri statusunu aldı; 1806-cı ildən bəri Bremen özünü Müstəqil Hanseatik Şəhəri adlandırır. Bremenhaven 1827-ci ildə yaradıldı və 1851-ci ildə şəhər statusuna qaldırıldı. Əyalət parlamenti ənənəvi "Bremise Bürgerşaft" adını daşıyır; əyalət hakimiyyəti "Senat" adlanır və Senatın Rəhbəri əyalətin hakimiyyət rəhbəridir. Hər il Fevral ayının ikinci Cümə günü Almaniyanın məşhur ictimai xadimləri Bremenin dənizkənarı ictimaiyyəti tərəfindən Şəhər Dəhləzində keçirilən tarixi "Şaffermaltsayt" iməcliyinə dəvət olunur.
Bremen əyaləti
Bremen — Almaniyanın 16 federal torpağından biri. Paytaxtı Bremen şəhəridir.
Filip Kreven
Filip Kreven - üzgüçülük və əlil arabasında basketbol üzrə beşqat dünya çempionu, Beynəlxalq Paralimpiya Komitəsinin (İPC) rəhbəri. 2001-ci ildən Beynəlxalq Paralimpiya Komitəsinə rəhbərlik edən Kraven 2003-cü ildən Beynəlxalq Olimpiya Komitəsinin üzvüdür. Filip Kreven Azərbaycan Respublikasının Prezidentinin 2 fevral 2016-cı il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə və Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə" "Dostluq" ordeni ilə təltif edilib.
Kremer burnu
Kremer burnu (norv. Kræmerpynten) — Belı adasında yerləşən, Şpitsbergen arxipelaqının və Norveçin ucqar şərq nöqtəsini təkil edir. Burun adı Valdemar Hilbert Kramerin (norv. Waldemar Hilbert Kræmer, 1884—1947) şərəfinə verilmişdir. O, 1925-ci ildə bu regionun dəniz dibini ölçmüşdür.
Peter Kremer
Peter Kremer (18 fevral 1958) — alman aktyor.
Qidon Kremer
Qidon Kremer (d. 27 fevral 1947) — məşhur skripka ifaçısı. Qidon Kremer P.İ.Çaykovski adına Beynəlxalq musiqi müsabiqəsinin, habelə "Qremmi" mükafatlarının laureatıdır.
İsa Kremer
İzabella Yakovlevna Kremer (daha çox İsa Kremer kimi tanınır, 21 oktyabr 1887, Belsı, Bessarabiya quberniyası[d] – 7 iyul 1956, Kordova) — müğənni, opera və operetta sənətçisi. Kremer, 1882-ci il 8 oktyabrda Belsı şəhərində, Yankel Leyboviç Kremer Və Hana Moşkovna Kremerin ailəsində doğulmuşdur. Erkən yaşlarından İzabella musiqi qabiliyyətini ortaya çıxardı. Yəhudi dilində ilk mahnını anasının ağzından beşikdə eşitmişdir. Beş yaşında, o, yəhudi toy musiqisi ilə maraqlanırdı və gəncliyində öz xalqının yoxsulluğu haqqında şeirlər yazırdı. Otuz ildən sonra İsa Kremer səhnədə Yəhudi dilində mahnı oxuyan ilk müğənni oldu. Ailə çətinliyinə baxmayaraq, valideynləri qızının musiqi sahəsində inkişafına xüsusi yanaşırdılar. 1912-ci ildən başlayaraq iki il müddətində Milanda məşhur müəllim Luidji Ronzidən ifa dərsi alır, kiçik teatrlarda çıxış edir və sonra vətəninə qayıdır. O, Puççininin "Boheme " operasında debüt etmək üçün Odessa şəhərinə dəvət olunur. Odessa, Sankt-Peterburq, Moskva – hər yerdə böyük uğurlar qazanır.
İzabella Kremer

Eski-Kermen
Eski-Kermen (Krım tatar dilində "Köhnə qala") — Krımda orta əsr mağara şəhərinin xarabalığı. Bağçasaraydan 14 km cənub qərbdə, Manqupdan 5 km şimal qərbdədir. Şəhərin sahəsi 8,5 ha, uzunluğu 1040 m, eni 170 m idi. Hündürlüyü 30 m-ə çatan sıldırımlarla məhdudlaşan Stolovaya dağının yaylasında salınmışdır. Şəhərin salınması 5-ci əsrin sonu – 6-cı əsrin əvvəllərinə aiddir.
Bremen Universiteti
Bremen Universiteti (alm. Universität Bremen‎) — 115 ölkədən təxminən 18.000 nəfərin təhsil aldığı Almaniyanın Bremen şəhərində yerləşən dövlət universitetidir. O, 2012-ci ildə Federal Hökumət və Federal Dövlətlər tərəfindən başladılan Mükəmməllik Təşəbbüsünün "İnstitusional Strategiyalar" kateqoriyasında 11 uğurlu qurumdan biridir. Bremen Universitetində 12 ixtisas üzrə 119 ali təhsil proqramı təklif edilir. Bundan əlavə, tədqiqata əsaslanan öyrənmə ilə universitet yarandığı gündən Bremen Universitetinin müəyyənedici xüsusiyyəti olan layihə əsaslı kursları yenidən şərh etmişdir. Bremen Universiteti 1971-ci ildən fəaliyyətə başlasada, bu Universitetdə ali təhsilin keçmişdən gələn uzun bir ənənəsi var. Bremen Latın Məktəbi 1584-cü ildə "Gymnasium Academicum"a fəaliyyət göstərib. 1610-cu ildə "Gymnasium Illustre"yə çevrilmişdir. Bu dövr ərzində İlahiyyat, hüquq, tibb elmləri və fəlsəfə elmləri tədris edilmişdir. 1811-cu ildə Napoleon tərəfindən "Fransız-Bremen Universiteti"nin yaradılması nəzərdə tutulmuşdur.
Bremen Coğrafiya Cəmiyyəti
Bremen Coğrafiya Cəmiyyəti (alm. Geographische Gesellschaft in Bremen‎) — Almaniya Federativ Respublikasının coğrafi sahədə fəaliyyət göstərən ictimai təşkilatlarından biri. Mərkəzi ofisi Bremen şəhərində yerləşir. == Tarixi == Cəmiyyətin əsası 1877-ci ildə Almaniyanın Bremen şəhərində qoyulmuşdur. == Fəaliyyəti == Cəmiyyəti müntəzəm olaraq mühazirələr, müzakirələr, ekskursiyalar və səyahətlər həyata keçirir.
Le-Kremlen-Bisetr
Le-Kremlen-Bisetr (fr. Le Kremlin-Bicêtre) — Fransada kommuna, İl-de-Frans regionunun Val-de-Marn departamentinə daxildir, Parisin mərkəzindən 4,5 km məsafədə yerləşir. Kommunanın ərazisində XVII əsrə aid Bisetr hospitalı yerləşir. Le-Kremlen-Bisetr kommunası 1896-cı ildə Jantiya kommunasından ayrılaraq müstəqil olmuşdur. Le-Kremlen-Bisetr adının mənasının bir hissəsi yəni "Kremlen" sözü Moskva Kremlndən gəlir.
İzabella Yakovlevna Kremer
İzabella Yakovlevna Kremer (daha çox İsa Kremer kimi tanınır, 21 oktyabr 1887, Belsı, Bessarabiya quberniyası[d] – 7 iyul 1956, Kordova) — müğənni, opera və operetta sənətçisi. Kremer, 1882-ci il 8 oktyabrda Belsı şəhərində, Yankel Leyboviç Kremer Və Hana Moşkovna Kremerin ailəsində doğulmuşdur. Erkən yaşlarından İzabella musiqi qabiliyyətini ortaya çıxardı. Yəhudi dilində ilk mahnını anasının ağzından beşikdə eşitmişdir. Beş yaşında, o, yəhudi toy musiqisi ilə maraqlanırdı və gəncliyində öz xalqının yoxsulluğu haqqında şeirlər yazırdı. Otuz ildən sonra İsa Kremer səhnədə Yəhudi dilində mahnı oxuyan ilk müğənni oldu. Ailə çətinliyinə baxmayaraq, valideynləri qızının musiqi sahəsində inkişafına xüsusi yanaşırdılar. 1912-ci ildən başlayaraq iki il müddətində Milanda məşhur müəllim Luidji Ronzidən ifa dərsi alır, kiçik teatrlarda çıxış edir və sonra vətəninə qayıdır. O, Puççininin "Boheme " operasında debüt etmək üçün Odessa şəhərinə dəvət olunur. Odessa, Sankt-Peterburq, Moskva – hər yerdə böyük uğurlar qazanır.
Sen-Krepen (Yuxarı Alplar)
Sen-Krepen (fr. Saint-Crépin, oks. Sant Crespin) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. Qiyestr kantonuna daxildir. INSEE kodu — 05136. 2008-ci ildə əhalinin sayı 592 nəfər təşkil edirdi. İqtisadiyyat kənd təsərrüfatı və turizmə əsaslanır. Société de Travaux Alpes Méditerranée (STAM) və Charles Queyras TP də daxil olmaqla tikinti şirkətləri mühüm rol oynayır.
Fresen.
Georq Fresenius (alm. Johann Baptist Georg Wolfgang Fresenius‎; 25 sentyabr 1808 – 1 dekabr 1866) — Alman fiziki və botaniki.
Kerman
Kirman şəhəri — İranın cənub-şərqində yerləşən şəhər. Kirman ostanının mərkəzi. 515 114 nəfər əhalisi var.
Klement
İsgəndəriyyəlí Klemént - (yun. Κλήμης ὁ Ἀλεξανδρεύς, lat. Clemens Alexandrinus, Titus Flavius Clemens; təq. 150[…], Afina, Axeya – təq. 215[…], Kayseri) — xristian apologeti, nəzəriyyəçisi, İsgəndəriyyə ilahiyyat məktəbinin rəhbəri. == Bioqrafiyası == Təqribən 150-ci ildə Afina şəhərində zəngin ailədə dünyaya gəlmiş və yaxşı təhsil almışdır. 20 yaşında ikən Aralıq dənizi sahilləri boyunca səyahətə çıxmışdır. İsgəndəriyyədə ilahiyyat məktəbinin başçısı Pantenlə tanış olmuş, onun təsiri ilə xristianlığı qəbul edib orada məskunlaşmışdır. Burara Klemens keşiş olmuş, apologetik əsərlərini yazmış, qnostiklərlə və "ittellektual" Xristianlığa şübhə ilə yanaşan başqa xristianlarla polemikalara girmişdir. Əsəs fəaliyyəti Xristian ehkamlarının düşüncənin dəlilləri ilə barışdırmasına yönəltmişdir.
Kremlin
Moskva Kremli — Moskvanın mərkəzində və onun ən qədim hissəsindəki bir qala, şəhərin əsas ictimai-siyasi və tarixi-bədii kompleksi, Rusiya Federasiyası Prezidentinin rəsmi iqamətgahı, Sov.İKP MK-nın Baş Katibinin rəsmi iqamətgah Moskva çayının yüksək sol sahilində - Borovitski təpəsində, Neqlinnaya çayının axdığı yerdə yerləşir. Planda Kreml 27,5 hektar ərazini əhatə edən nizamsız üçbucaqdır. Cənub divarı Moskva çayına, şimal-qərb İskəndər bağlarına, şərqə isə Qırmızı meydana baxır. == Tarixi == === Finn-uqor qəsəbəsi === Moskva Kremlinin ərazisindəki ilk yaşayış məskənləri tunc dövrünə (e.ə. II minillik) aiddir. Müasir Arxangelsk kafedralında erkən dəmir dövrünə (e.ə. I minilliyin ikinci yarısı) aid Finno-Uqor yaşayış məskəni tapıldı. Bu zaman Dyakovo tipli qəsəbə Borovitski(Kremlin) təpəsinin yuxarı sel düzənliyinin mərkəzini işğal etdi(müasir Katedral meydanının sahəsi) və cox gümanki,artıq istehkamları ola bilərdi. Şimal-şərqdən yaşayış məskəni iki yarğanla qorunurdu: biri,indiki Üçlük Qapısından şimalda, Neglinnaya çayına doğru uzanırdı,digəri isə Petrovskaya ilə müasir Kremlin İkinci Naməlum qalaları arasından uzanırdı. === Vyatiçi qəsəbəsi === Oka və Moskva çayı hövzələrinin slavyan müstəmləkəçiliyinin XX əsrində başlayan Vyatiçi, Borovitski təpəsinin zirvəsini (bəlkə də köhnə yaşayış məntəqəsini mənimsəmiş) məskunlaşdırdı.
Kremona
Kremona (it. Cremona) — İtaliyanın Lombardiya regionunda şəhər.
Kremyo
Kremyö (fr. Crémieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kremyö kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dü-Pen. INSEE kodu — 38138. Kommunanın 2006-cı il üçün əhalisi 3330 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 203 ilə 415 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Kretey
Kretey (fr. Créteil) — Parisdən 11.5 km aralıqda , Marna çayı üzərində yerləşən şəhər. 1965-ci ildən Val-de-Marn departamentin paytaxtı, eparxiyanın mərkəzi olan Kretey rayonun subprefekturasıdır. Əhalisi — 89,845 nəfər (2012), bir neçə böyük xəstəxana mövcuddur. İlk 865-ci ildə Kristoliy olaraq tanınıb. Paris ilə əsas nəqliyyat əlaqələri Paris Metrosunun 8 nömrəli dörd stansiyasıdır və şəhərin kənarında A və D RER xətlərinin stansiyası yerləşir.. Şəhər əhalisinin 24,4% -i yəhudilərdir.
Krevet
Krevet (lat. Palaemon) — Əsl krevetlər infradəstəsinə (Palaemonidae) aid krevet cinsi.
Kürəkən
Kürəkən — Bir insanın qızının, bacısının, ümumən bir qızın qohumları tərəfindən ərinə müraciəti. Məsələn:Mahmud kürəkən, Əhməd kürəkən və s. "Kürəkən" sözü bəzi yerlərdə "yeznə" kimi də deyilir.
Kərmək
Dəvəayağı (lat. Limonium) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin plumbaqokimilər fəsiləsinə aid bitki cinsi.
Kəsəmən
Aşağı Kəsəmən — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Kəsəmən (Samux) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Kəsəmən (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Kəsəmən (Göyçə) — Göyçə mahalının Basarkeçər rayonunda kənd.
Gramen
Çovdar (lat. Secale) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Çovdarın vətəni Qafqazın, Kiçik və Orta Asiyanın dağətəyi rayonlarıdır. Çovdar payızlıq buğda və arpanın əkinlərində bitən alaq otları növündən yaranıb. Çovdar e.ə. I–II minillikdə Dnepr, Dnestr, Oka çaylarının hövzələrində, İsveçrənin, Macarıstanın, Danimarkanın ərazilərində becərilirdi. Çovdarın əkin sahələri barədə məlumata ilk dəfə XI-XII əsrlərin əlyazmalarında rast gəlmək mümkündür. O bir sıra Avropa ölkələrində geniş yayılmışdır. == İstifadəsi == Çovdar unundan çörək bişirilir. O, buğdanın məhdudiyyətli istehsalı olan rayonlarda əsas çörək bitkisidir.