KƏTMƏN

is. Alaq vurmaq, torpağı yumşaltmaq üçün kənd təsərrüfatı aləti.
Qızlar, gəlinlər də çiynində kətmən; Deyib gülə-gülə dağıldı çölə. S.Vurğun.
Qışın şaxtasında, boranında, yayın göydən od ələyən uzun günlərində bu qızlar kətməni, beli əllərindən buraxmadılar. Ə.Əbülhəsən.

□ Kətmən vurmaq – kətmənlə işləmək.
Heç kim [Gülşənlə] kətmən vura bilməzdi. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KƏTMƏN KƏTMƏN Hektarçıynan düşdü bəhsə; Cərgə durdu kətmən vurdu; Ucaldı afərin səsi (Aşıq Əsəd); TOXA [Əzim] əlində alaq etdiyi əyri toxam yerə qoydu (A

Etimologiya

  • KƏTMƏN Mənbələrdə qət, ket feili var və “углублять” mənasını əks etdirir. Görünür, kətmən “dərinləşdirən”, “qazan oyan” mənalarını verən sözdür
KƏTİL
KƏTMƏNÇİ

Digər lüğətlərdə