Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kohat
Kohat — Pakistanın Hayber-Paxtunxva əyalətində şəhər. Şəhərin əsası 15-ci əsrdə qoyulub. Əhalisi təxminən 229 min nəfərdir. Şəhər Pakistanda əsasən "Puştun dairəsi" olaraq anılır.
Kokal
Kokal (q.yun. Κώκαλος) — yunan mifologiyasında personaj. Mikena kitabələrində ko-ka-ro (Kokal) adına rast gəlinir.Kokal Siciliyada Kamik və ya İnikanın hakimi olmuşdur. O, siklopların məhv edilməsindən sonra Siciliyanı idarə etmişdir. O,sikanların padşahı olmuşdur. Kokal padşah Minos səbəbilə Kritdən qaçan Dedalı qəbul etmişdir.Aristofanın "Kokal" komediyasının baş qəhrəmanıdır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === «Мифы Древней Греции. Словарь-справочник.» EdwART, 2009 год. И. А. Лисовый, К. А. Ревяко. Античный мир в терминах, именах и названиях: Словарь-справочник по истории и культуре Древней Греции и Рима / Науч.
Kotal
Kotal — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Kroda
Kroda — pagan və folk metal üslubunda musiqi ifa edən Ukraynalı musiqi qrupu. Qrupun musiqi mətnlərinin mövzusu Təbiət, Paqanizm və Tarixdir. == Tarixi == === 2003 === Qrup iki musiqiçi Eisenslav və Viterzgir tərəfindən 2003-cü ilin mart ayında yaradılmışdır. Eisenslav və Viterzgir qrupu yaradarkən hər ikisi artıq başqa proyektlərdə təcrübəyə malik idilər. Eisenslav və Viterzgir avropa folklor musiqisi və pagan konsepsiyalı Black Metal ifa etmək üçün səylərini birləşdirmək qərarına gəlirlər."Kroda" sözü qədim qərbi slavyan dilindən götürülmüşdür və tərcümədə "dəfn tonqalının tüstüsü" mənasını verir. Əfsanəyə görə qəhrəmanların cəsədini tonqalda yandırdıqdan sonra onların ruhu tüstü vasitəsilə tanrıların dərgahına qalxırdılar. Tüstü bir növ Roda vasitəçi rolunu oynayırdı.Sanskrit dilində Kroda sözü qəzəb, şiddət mənasın verir. Beləliklə, adın mənası qrupun konsepsiyasını göstərir. Bu ilin may ayından oktyabr ayınadək qrupun debüt albomu "Поплач мені, річко…" yazılmışdır. === 2004 === 2004-cü ilin yazında qrup "Поплач мені, Річко… " Rarog Prodsda kaset variantın yazdırır.
Köhül
Köhül (Ərdəbil) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. Köhül (Şəbüstər) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. Köhül (Bicar) — İranın Kürdüstan ostanının Bicar şəhristanı ərazisinə daxil olan kənd. Aşağı Köhül (Sayınqala) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. Yuxarı Köhül (Sayınqala) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. Qışlaq-i Köhül (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. Xaraba-i Köhül (Ərdəbil) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd.
Roşal
Roşal — Rusiya Federasiyasında yerləşən şəhər Moskva vilayətinə daxildir
Endi Uorhal
Endi Uorhol (ing. Andy Warhol (d. 1928-ö. 1987), əsl adı Andrey Varhola — Amerika rəssamı, dizayner, prodüser, yazıçı, kolleksiyaçı, jurnal naşiri və kinorejissor, pop-art cərəyanının görkəmli nümayəndəsidir. 1960-cı illərdə alternativ rok qrupu olan "The Velvet Underground"un meneceri və prodüseri olmuşdur. == Uşaqlıq illəri == Endi Pittsburqda (Pensilvaniya ştatı) rusin əsilli ailənin dördüncü uşağı olaraq anadan olmuşdur. Uşaq ikən xorea, daha sonra skarlatin xəstəliklərinə tutulur və xəstəliyi çox vaxt yatağa bağlı olaraq keçirir. Yatağa bağlı olarkən, rəsm çəkməklə məşğul olur, qəzet parçalarından kollaj düzəldir. 13 yaşında ikən atası mədəndə həlak olur. == Karyeranın başlanğıcı == 1949-cı ildə Korneqa Texniki Universitetinin rəssamlıq fakultəsini bitirdikdən sonra Nyu Yorka köçür və orada Vogue, Harper's Bazaar kimi məşhur jurnallarda və başqa nəşrlərdə rəssam-illüstrator kimi işləyir.
Məryəm Kromah
Məryəm Kromah (d. 1 yanvar 1994) — Liberiyanı təmsil edən yüngül atlet (sprinter). Məryəm Kromah Liberiyanı 2016-cı ildə Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Məryəm Kromah birinci dəfə Olimpiya Oyunlarına Braziliyanın Rio-de-Janeyro şəhərində qatıldı. XXXI Yay Olimpiya Oyunlarında 400 metr məsafəyə qaçış yarışlarında Kromah 52.79 saniyə nəticəyə imza atdı və 5-ci yeri tutdu.
Kral
Kral (lat. rex, fr. roi, ing. king, alm. König‎) — monarxın titulu, irsi olaraq verilir, bəzi hallarda seçilir, dövlət başçısı. Kraliça — kralın zövcəsi və ya krallığı idarə edən qadın. Avropada 1533-cü ilə qədər kral titulu Roma papası tərəfindən verilirdi. == Müasir dövrdəki kralların siyahısı == Avropa II Elizabet, Böyük Britaniya kraliçası. II Marqrete, Danimarka kraliçası. Karl XVI Qustav, İsveçrə kralı.
Balaşzadə Röyal
Corc Koval
Corc Abramoviç Koval (ing. George Abramovich Koval, rus. Жорж Абрамович Коваль, translit. Jorj Abramoviç Koval; 25 dekabr 1913, Su-Siti[d], Ayova, ABŞ – 31 yanvar 2006, Moskva, Rusiya) — Sovet atom bombası layihəsi üçün Sovet İttifaqı adına kəşfiyyat vəzifəlisi olaraq xidmət edən Amerika Birləşmiş Ştatları vətəndaşı casus, alim, texnika elmləri namizədi. Sovet mənbələrinə görə Kovalın Sovet Baş Kəşfiyyat İdarəsinin (BKİ) agenti olaraq Manhetten layihəsinə sızıb məlumat ötürməsi Sovet İttifaqının nüvə silah inkişaf etdirməsi üçün lazım olan müddəti böyük ölçüdə azaldıb. Koval Rusiyadan köçmüş yəhudi bir ailənin uşağı olaraq Amerika Birləşmiş Ştatlarının Ayova ştatına bağlı Su-Sitidə anadan olub. Yetkinlik dövrünə çatdıqdan bir müddət sonra ailəsiylə birlikdə Sovet İttifaqı, Birobicana köçüb. Sonradan, Baş Kəşfiyyat İnstutuna daxil olaraq burada ali təhsilini davam etdirib və buranı bitirdikdən sonra "Delmar" kod adı ilə vəzifəyə başlayıb. 1940-cı ildə Amerika Birləşmiş Ştatlarına geri qayıtdıqdan sonra 1943-cü ilin əvvəllərində Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinə sızdı. Koval Amerika Birləşmiş Ştatlarının atom tədqiqat laboratoriyalarında çalışdı və ölkənin atom silahlarında istifadə etdiyi polonium, plutonium və uranium elementlərinin istehsal prosesləri və həcmləri haqqında Sovet İttifaqına gizli məlumatlar ötürdü.
Köhül (Bicar)
Köhül (fars. كهل‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 58 nəfər yaşayır (14 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Köhül (Şəbüstər)
Köhül (fars. كهل‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 242 nəfər yaşayır (63 ailə).
Köhül (Ərdəbil)
Köhül (fars. كهل‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 131 nəfər yaşayır (40 ailə).
Por-Royal
Por-Royal — Paris yaxınlığında qadın monastrı. XVII əsrdə yansenizmin, Fransada maarifçiliyinin mərkəzi olmuşdur. Paskal burada yaşamış və işləmişdir. Por-Royal məktəbində müxtəlif dərsliklər, o cümlədən kartezian rasionalizmi ruhunda yazılmış məntiq dərsliyi (müəllifləri Arno və Nikol) tərtib edilmişdir. Dərslikdə hökmlərin müfəssəl təsnifatı verilmiş,həmçinin sintetik və analitik metodların fərqi məsələsi nəzərdən keçirilmişdir. Yansenistlər mübarizədə yezuitlərin tərəfinə keçmiş XIV Lüdovikin əmri ilə monastır yandırılmışdır (1712). == Mənbə == Fəlsəfə Ensklopedik Lüğəti. 1997 ci-il. Səh.
Rahal (Xoy)
Rahal (fars. ‎‎رهال‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Royal Bank
Royal bank – Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 12 iyul 2012-ci il tarixli qərarı ilə "Royalbank" ASC-nin lisenziyası ləğv edilmişdir. Eyni zamanda, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə 13 iyul 2012-ci il tarixdən "Royalbank" ASC-yə müvəqqəti inzibatçı təyin edilmişdir. Həmçinin, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi ilə əlaqədar bank barəsində iflas prosedurlarının başlanması üçün Mərkəzi Bank 16 iyul 2012-ci il tarixdə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etmişdir. Mövcud qanunvericiliyə əsasən, həmin andan bankın öhdəliklərinin icrasına moratorium qüvvəyə minmişdir. 25 iyul 2012-ci il tarixdə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsnin qərarı ilə banka ləğvedici təyin edilmişdir. Hal-hazırda bankda ləğvedici fəaliyyətə başlamışdır. Qeyd olunan qərar kütləvi informasiya vasitələrinə açıqlanmışdır. == Tarixçə == Bakının royal bankası – nın rəsmi adı "Royal Bank of Baku Açıq Səhmdar Cəmiyyəti" dir. Bank 1993-cü ilin avqust ayında "ÖZ BANK" adı altında səhmdar kommersiya bankı kimi yaradılmışdır. Bank öz fəaliyyətini 2 avqust 1993-cü il tarixindən Milli Bank tərəfindən verilmiş 158-saylı lisenziyaya əsasən fəaliyyət göstərir.
Röyal Aslanov
Röyal Elzar oğlu Aslanov (17 may 2001; Abulbəyli, Tovuz rayonu — 30 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Röyal Aslanov 2001-ci il mayın 17-də Tovuz rayonunun Abulbəyli kəndində anadan olub.2008-2013-cü illərdə N.Tusi adına Tovuz şəhər tam orta məktəbində təhsil alıb. 2013-cü ildə ailəsi ilə birlikdə ölkə xaricinə köçüb. Orta təhsilini Rusiya Federasiyasının Tümen vilayətinin Nadım şəhəri, Panqodı qəsəbəsindəki 1 saylı məktəbdə davam etdirib. Röyal hələ üçüncü sinifdən güləş və boksla məşğul olub. Tümendə oxuyarkən də idmanla məşğul olmağa davam edib. Boks üzrə şəhər və vilayət yarışlarına qatılıb, fəxri yerlər tutub. 2017-cı ildə boks üzrə 16-17 yaşlı gənclər arasında ikinci yerə, 2018-ci ilin may ayında birinci yerə çıxıb. Subay idi. == Hərbi xidməti == Röyal Aslanov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Röyal Balaşzadə
Röyal Balaşzadə (23 noyabr 2003; Anzov, Yardımlı rayonu – 17 sentyabr 2022; Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. == Həyatı == Balaşzadə Röyal Atduxan oğlu 23 noyabr 2003-cü ildə Yardımlı rayonunun Anzov kəndində anadan olmuşdur. Ailədə üç qardaşdan sonuncusu idi. 2004-cü ildə ailə yaşayış yerini dəyişib Bakıya köçür və 2010-cu ildə Röyal yaşadığı Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən 315 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olur, 2019-cu ildə həmin məktəbin 9-cu sinfini bitirib, peşə məktəbinə daxil olur, 16 dekabr 2020-ci il tarixdə atası Balaşov Atduxan Tanrıverdi oğlunun qəfil miokart infarktından vəfat etməsi səbəbindən ailənin maddi ehtiyaclarını ödəmək üçün müxtəlif peşələrdə işləməyə başlayır. 2022-ci ilin yanvar çağırışı zamanı SHÇDX-nin Yardımlı rayonu şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidməti yerinə yetirmək üçün hərbi xidmətə çağrılır. Hərbi xidmətə böyük şövq və istəklə gedən Röyal Balaşzadə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində ilkin təlimləri aldıqdan sonra Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) seçimlərinə daxil olur və xidmətini davam etdirmək üçün XTQ-nin "N" saylı hərbi hissəsinə göndərilir. 12/13 sentyabr 2022-ci ildən başlayan Ermənistan Silahlı Qüvvələrin törətdiyi təxribatların qarşısını alan dəstədə Balaşzadə Röyalda var idi, Röyal təlimlərdə fərqləndiyi kimi döyüş meydanında da öz cəsarəti, döyüş bacarığı ilə seçilirdi. Döyüş yoldaşları bildirir ki, biz Röyala heyran qalırdıq, çox yüksək bacarıqla döyüşürdü.14 sentyabr tarixində Kəlbəcər rayonu ərazisində döyüş tapşırığını yetirərkən odlu silahdan açılan güllə yarası nəticəsində şəhid olur. Ərazinin atəş altında olması və relyefin çətinliyi səbəbindən şəhidin nəşi yalnız 17 sentyabr 2022-ci il tarixdə "X" adlı rayon xəstəxanasında yaxınlarına təhvil verilir. Şəhidin cənazəsi ailəsinin yaşadığı Dədə Qorqud qəsəbəsinə gətirib, vida mərasimi keçirildikdən sonra atasının da dəfn olunduğu Xəzər rayonu, Binə-sovxoz qəbiristanlığının Şəhidlər Xiyabanında dəfn olunub.
Röyal Cəfərli
Röyal İkrəm oğlu Cəfərli (1 yanvar 1998; Beyləqan, Azərbaycan — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Röyal Cəfərli 1 yanvar 1998-ci ildə Beyləqan şəhərində anadan olmuşdur. 2004-2015-ci illərdə M. Mehdizadə adına Beyləqan şəhər 3 saylı tam orta məktəbində təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Röyal Cəfərli 2016-cı ilin yanvarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. 2017-ci ilin iyulunda tərxis olunmuşdur. Röyal Cəfərli 2019-cu ilin mayından müddətdən artıq həqiqi hərbi xidmət edirdi. 2019-cu ilin 20 noyabr tarixində döyüş atışlı təlimdə göstərdiyi yüksək nailiyyətə, qarşıya qoyulan tapşırıqlarının yerinə yetirilməsində və nizam-intizamda fərqləndiyinə görə "N" saylı hərbi hissənin komandiri polkovnik Nemət Məmmədov tərəfindən fəxri fərmanla təltif edilmişdir. Azərbaycan Ordusunun əsgəri olan Röyal Cəfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir.
Röyal Cəfərov
Röyal Cəfərov (tam adı: Cəfərov Röyal Vaqif oğlu; 07.12.1991; Gəncə, Azərbaycan — 4 noyabr2020 ; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Röyal Cəfərov 1991-ci ildə Gəncədə anadan olub. Gəncə Nizami Aydın adına 18 nömrəli orta məktəbi bitirib. 2016 evlənmişdir. Ailəli idi. İki evladı var idi. == Hərbi xidməti == Gəncə Şəhidlər xiyabanı torpağa dəfn olunub.
Röyal Həsənov
Röyal Arzu oğlu Həsənov (2 yanvar 1992, Çobankənd, Gədəbəy rayonu – 3 oktyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Röyal Həsənov 1992-ci il yanvarın 2-də Gədəbəy rayonunun Çobankənd kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgər olan Röyal Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Röyal Həsənov oktyabrın 3-də Murovdağ döyüşləri zamanı şəhid olub. Gədəbəy rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Həsənov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Həsənov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Röyal Mədətov
Röyal Şahin oğlu Mədətov (14 may 1992; Qazax rayonu, Azərbaycan — 22 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Röyal Mədətov 1992-ci il mayın 14-də Qazax rayonunun Hüseynbəyli kəndində anadan olub. 1998-2009-cu illərdə A. Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. == Hərbi xidməti == Röyal Mədətov 2010-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2011-ci ildən isə "gizir" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb və yaralanıb. Azərbaycan Ordusunun kiçik giziri olan Röyal Mədətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Röyal Mədətov oktyabrın 22-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Hüseynbəyli kəndində dəfn olunub.
Röyal Məmmədov
Röyal Misil oğlu Məmmədov (12 noyabr 1990; Kürdəmic, Şamaxı, Azərbaycan — 24 oktyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Röyal Məmmədov 12 noyabr 1990-cı ildə Şamaxı rayonunun Kürdəmic kəndində anadan olub. 1997-ci ildə Şirvan şəhər 13 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2006-cı ildə həmin məktəbin 9-cu sinfini bitirib. Təhsilini Şirvan Peşə Liseyində davam etdirib, 2009-cu ildə Peşə Liseyini Radioteleviziya aparatlarının (videotexnikanın) təmiri və xidməti üzrə mexanik ixtisası ilə bitirib. 2009-cu ilin martın 30-da anası uzun sürən xəstəlikdən vəfat edib. 2009-2010-cu illərdə hərbi xidmətdə olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Röyal Məmmədov Füzuli, Cəbrayıl və Qubadlı şəhərlərinin işğaldan azad edilməsində iştirak edib. O, 24 oktyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub. Şirvan Şəhidlər Xiyabanında dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Məmmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Məmmədov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Röyal Nəsirov
Röyal İmran oğlu Nəsirov (d. 16 mart 1997; Cəlilabad, Azərbaycan — ö. 2 aprel 2016; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Röyal Nəsirov 1997-ci ilin 16 mart günündə Cəlilabad rayonunun Məlikqasımlı kəndində anadan olub. == Hərbi xidməti == Əsgər Röyal Nəsirov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 9-u isə Röyal Nəsirov doğulduğu Cəlilabad rayonunun Məlikqasımlı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Nəsirov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Röyal Nəsirov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.