Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Akira Kurosava
Akira Kurosava (yap. 黒澤明; 23 mart 1910[…], Şinaqava, Yaponiya imperiyası – 6 sentyabr 1998[…], Setaqaya) – Yaponiya film rejissoru və ssenaristi. 57 illik karyerası ərzində 30 filmə rejissorluq etmişdir. Kinematoqrafiya tarixində ən əhəmiyyətli və nüfuzlu rejissorlardan biri kimi qəbul edilir. Kurosava Yaponiya film sənayesinə 1936-cı ildə qısa davam edən rəssamlıq fəaliyyətindən sonra daxil olmuşdur. Bir çox filmdə köməkçi rejissor və ssenarist kimi rol oynadıqdan sonra rejissorluq debütünü İkinci dünya müharibəsi zamanı populyar döyüş filmi olan "Sanşiro Suqata" ilə etmişdir. Müharibədən sonra o dövrün elə də tanınmayan aktyoru Toşiro Mifunenin baş rol oynadığı və böyük uğur qazanan "Sərxoş mələk" filmi rejissora Yaponiyada böyük reputasiya gətirmişdir. Kurosava Mifune ilə daha 15 filmdə birlikdə işləmişdir. Premyerası Tokioda baş tutan "Raşomon" filmi 1951-ci il Venesiya Film Festivalında Qızıl şir mükafatının sürpriz qalibi olmuşdur. Filmin kommersial və tənqidi uğuru ilk dəfə Qərb film marketlərinə Yaponiya film sənayesinin məhsullarına yönəltmiş və digər Yaponiya rejissorlarının da tanınmasına səbəb olmuşdur.
Karolina Kurkova
Karolina İsela Kurkova (çex. Karolína Isela Kurková; 28 fevral 1984, Deçin) — Çexiya aktrisası və fotomodeli.
Ravşana Kurkova
Ravşana Kurkova (özb. Ravshana Kurkova; d. 22 avqust 1980, Daşkənd, SSRİ) — rusiyalı teatr və kino aktrisası, prodüser, model. Ravşana Kurkova (qızlıq soyadı Matçanova) 1980-ci il avqustun 22-də Daşkənddə, aktyor ailəsində anadan olub. Onun atası Bəhram Matçanov "İlhom" teatrında aktyor, anası Rano Kubaeva isə kinoaktrisa və rejissor idi. Dayısı Rauf Kubaev rejissor və ssenarist olub. Ravşana uşaqlıda balerina olmaq istəyirdi, lakin boyu balerina üçün hündür olduğundan, onu o zamanlar bütün Orta Asiyada ən nüfuzlu musiqi məktəblərindən biri olan, Daşkənddəki Uspenski adına musiqi məktəbinə qoyublar. 1992-ci ildə, 12 yaşında ikən "Özbəkfilm" kinostudiyasında istehsal olunmuş "Qıjıların sirri" (özb. «Kirk Kulok Siri») filmində çəkilir. Bir müddət sonra Ravşananın valideynləri ayrılır və o, anası ilə birlikdə Moskvaya köçür.