YUT

сущ. морск. ют (кормовая часть верхней палубы судна)
YURT
YUVA
OBASTAN VİKİ
Abra və Yutpa
Drosera yutajensis
Drosera yutajensis (lat. Drosera yutajensis) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Sergey Yutkeviç
Sergey İosifoviç Yutkeviç (rus. Сергей Иосифович Юткевич; 15 (28) dekabr 1904, Sankt-Peterburq – 24 aprel 1985[…] və ya 23 aprel 1985[…], Moskva) — Sovet kinorejissoru və ssenaristi. Sergey İosifoviç Yutkeviç 28 dekabr 1904-cü ildə Sankt-Peterburqda anadan olmuşdur. 1921–1923-cü illərdə o, V.E. Meyerholdun kursunda təhsil almışdır. 1938-ci ildə "Tüfəngli adam" işinə quruluş verir. Rejissor eləcə də Lenin mövzusuna xüsusilə diqqət yetirirdi. Onun yaradıcılığında əsas yer tutan bu mövzu əsasında Yutkeviç "Lenin haqqında hekayələr" (1957), "Lenin Polşada" (1966), "Lenin Parisdə" (1981) filmlərini çəkmişdir. Onun dünya kinematoqrafiyasına bəxş etdiyi ən böyük miqyaslı və ən möhtəşəm ekran əsəri isə Vilyam Şekspirin "Otello" faciəsi əsasında yaratdığı eyniadlı film olmuşdur. Həmin filmin uğurunun bir hissəsini də baş rolu məharətlə canlandırmış Sergey Bondarçuku hesab etmək olar. 1955-ci ildə ekranlara çıxmış "Otello" filmi Sergey Yutkeviç yaradıcılığında ən çox tamaşaçı auditoriyası toplamış film idi.
Yuta
Yuta (ing. Utah) — Amerika Birləşmiş Ştatlarında ştat. Yuta, ABŞ-nin qərb əyalətlərindən biridir. 4 yanvar 1896-cı ildə ABŞ-yə əlavə edilmiş 45-ci əyalətdir. ABŞ-nin 50 əyaləti arasında böyüklüyünə görə 13-cü, əhalinin sayına görə 34-cü və əhalinin sıxlığı baxımından 41-ci yerdədir.Yuta adı, bölgədə yaşayan Amerikanın yerli tayfası olan "Ute" sözündəndir və Ute dilində "dağların insanları" mənasını verir.
Yuta Caz
Yuta Caz — Yuta ştatının Solt Leyk Siti şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-də Qərb Konfransında mübarizə aparır.
Yuta Nakayama
Yuta Nakayama (中山 雄太, Nakayama Yūta, 16 fevral 1997, İbaraki, Yaponiya) — Erediviziya təmsilçilərindən olan Zvolle klubunda hücumçu kimi çıxış edən peşəkar Yaponiya futbolçusudur. Nakayama peşəkar karyerasında debütünü 6 may 2015-ci ildə Vyetnam təmsilçisi olan Bin Duonq klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmış və 83-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılmışdır. Qo Dau stadionunda keçirilən AFK Çempionlar Liqası görüşündə Kaşiva rəqibinə 0-1 hesabı ilə məğlub olmuşdur. O, karyerasında ilk qolunu 13 iyul 2016-cı ildə Sanfrekke Hiroşima klubuna qarşı oyunda etmişdir. O, 5-ci dəqiqədə qolla yadda qalmışdır. C1 Liqası görüşündə Kaşiva rəqibi ilə 3-3 hesabı ilə bərabərə qalmışdır. 15 yanvar 2019-cu ildə Nakayama Erediviziya təmsilçilərindən olan Zvolle klubu ilə 3 illik müqavilə imzalamışdır. 2017-ci ilin may ayında Nakayama Yaponiya U-20 millisi ilə 2017 FİFA U-20 Dünya Çempionatında iştirak etmişdir. O, 4 oyunda müdafiənin mərkəzi cinahında çıxış etmişdir.
Yutaka Akita
Yutaka Akita (d. 6 avqust 1970) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 44 oyun keçirib, 4 qol vurub.
Yutaka Okamura
Tensay Okamura (岡村 天斎, Okamura Tensai) və ya doğum adı ilə Yutaka Okamura (岡村 豊, Okamura Yutaka) – Yaponiya anime rejissoru və animasiyaçısı. Okamura Kanaqava prefekturasının Yokohama şəhərində böyümüşdür. Vaseda Universitetinin elm və mühəndislik fakültəsindən məzun olmuşdur. 1991-ci ildə adını Tensay olaraq dəyişdirmişdir. Vaseda Universitetində təhsil alarkən universitetinin manqa tədqiqat cəmiyyətinin üzvü idi. Həmçinin digər animasiyaçılarla tanışlığı var idi. Universitetdə ikən ilk azad animesini istehsal etmişdir. Universitetdən məzun olduqdan sonra Okamura bir dostunun tövsiyəsi ilə Madhouse studiyasına qoşulmuşdur. "Lensman: Secret of The Lens" animasiyaçı kimi işlədiyi ilk anime idi. 1989-cu ildə "YAWARA!
Yutaka İkeuçi
Yutaka İkeuçi (d. 25 avqust 1961) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 8 oyun keçirib.
Yutlandiya
Yutlandiya (dan. Jylland, alm. Jütland‎: "Yutlar ölkəsi", lat. Cimbria, Iutia, Iutlandia) ― Danimarka torpaqlarının böyük bir qisminin yerləşdiyi və cənub ucu Almaniyada qalan yarımada. Yarımadanın ⅔ hissəsi Danimarkanın payına düşür. 1920-ci il referendumuna əsasən Danimarka ərazisi yarımadanın cənubuna doğru genişləndirilmişdiir. Sahəsi 40,000 km² təşkil edir. Bu yarımadanın ən önəmli şəhərləri Odense, Arhus, Esbjerg, Souderborg, Abenra, Tonder, Kolding, Flensburq, Şlezviq və Kildir. Çox güman ki, 5-ci əsrdə Anqllar və Saksonlarla birlikdə Britanyanı istila edən Yutilərin doğma torpaqlarıdır. Danimarkanın Yutlandiyaya düşən ən böyük şəhərləri: Aarhus Aalborg Esbjerg Randers Kolding Horsens Vejle Herning Silkeborg Fredericia Viborg Holstebro Sonderborg Hjorring Frederikshavn Haderslev SkivE Aarhus, Randers, Kolding, Horsens, Vejle, Fredericia, Haderslev kiçik şəhərləridir.
Yutlandiya döyüşü
Yutland dəniz döyüşü (ing. Battle of Jutland, ing. Skagerrakschlacht) — Birinci Dünya müharibəsi illərində olmuş döyüş. 1916-cı ilin iyununda İngilis və alman donanması arasında baş verib. Döyüşdə tərəflərin heç biri qələbə qazana bilmədi.
Yutlar
Yutlar — Eramızın əvvəllərində, sonralar onların şərəfinə adlandırılmış Yutlandiya (Latın dilində: Cimbria, Iutia, Iutlandia) yarımadasında məskunlaşmış qədim alman tayfası..b' Eramızın V əsrində Yutlandiya yarımadası danlar tərəfindən işğal edildikdən sonra yutların bir hissəsi qədim Danimarka xalqları ilə qaynayıb qarışdılar, bir hissəsi anqlar və frizlərlə birlikdə Britaniyaya köç etdilər və Kentdə, Xempşirin cənubunda və Vayt adasında məskunlaşdılar. Yutlar IX əsrdə xristianlığı qəbul etmişlər. Yutlar qədim ingilis dilinə də böyük töhfələr vermişlər, onlar ingilis dilinin kent dialektində danışırlar. Шор Т. У. Глава IV. Юты, готы и норманны // Происхождение англо-саксонской расы = Origin of the Anglo-Saxon Race: A Study of the Settlement of England and the Tribal Origin of the Old English People. — Лондон, 1906. — С. 49–65. Юты // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.
Yuto Nakayama
Yuto Nakayama (中山 雄登, Nakayama Yuto, 11 aprel 1991-ci ildə Hiroşima prefekturasında anadan olub) — Hazırda Roasso Kumamoto FK klubunda çıxış edən Yaponiya futbolçusudur. 23 fevral 2016-cı il məlumatlarına əsasən.
Yuto Naqatomo
Yuto Naqatomo (d. 12 sentyabr 1986) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 86 oyun keçirib, 3 qol vurub.
Yuto Sato
Yuto Sato (d. 12 mart 1982) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Yutpa
Yutub
YouTube (azərb. Yutub‎) — dünyanın ən böyük video paylaşma sistemlərindən biridir. 15 fevral 2005-ci ildə 3 köhnə PayPal işçisi tərəfindən qurulmuş və 2006-cı ilin oktyabrında Google tərəfindən satın alınmışdır. "Tube" sözü Cathode Rals Tube; Televiziya tubiki — borusu (elektron şüa borusu) sözündən gəlmişdir. "Broadcast Yourself" — "Özünü Yayımla" şüarı ilə yola çıxmışdır. Əvvəllər PayPal-da işləyən Steve Chen, Chad Hurley və Jawed Karim videoların e-mail on yollanıla bilməməsi üzərinə 15 fevral 2005-ci ildə yaradılmasına baxmayaraq monetar problemlər səbəbi ilə ilk video 23 aprel 2005-ci ildə Jawed Karim tərəfindən yüklənmişdir. YouTube 9 oktyabr 2006-cı ildə Google tərəfindən 1.65 milyard dollara satın alınmışdır. Bu Google tarixindəki ən böyük alqıdır. Google-un ödədiyi 1.65 milyard dollar YouTube əməkdaşları arasında paylaşılmışdır. YouTube video formatı olaraq Flash Video Formatı (*.
Yutube
YouTube (azərb. Yutub‎) — dünyanın ən böyük video paylaşma sistemlərindən biridir. 15 fevral 2005-ci ildə 3 köhnə PayPal işçisi tərəfindən qurulmuş və 2006-cı ilin oktyabrında Google tərəfindən satın alınmışdır. "Tube" sözü Cathode Rals Tube; Televiziya tubiki — borusu (elektron şüa borusu) sözündən gəlmişdir. "Broadcast Yourself" — "Özünü Yayımla" şüarı ilə yola çıxmışdır. Əvvəllər PayPal-da işləyən Steve Chen, Chad Hurley və Jawed Karim videoların e-mail on yollanıla bilməməsi üzərinə 15 fevral 2005-ci ildə yaradılmasına baxmayaraq monetar problemlər səbəbi ilə ilk video 23 aprel 2005-ci ildə Jawed Karim tərəfindən yüklənmişdir. YouTube 9 oktyabr 2006-cı ildə Google tərəfindən 1.65 milyard dollara satın alınmışdır. Bu Google tarixindəki ən böyük alqıdır. Google-un ödədiyi 1.65 milyard dollar YouTube əməkdaşları arasında paylaşılmışdır. YouTube video formatı olaraq Flash Video Formatı (*.
Yutuber
YouTuber və ya Yutuber — YouTube üçün video hazırlayıb paylaşan və bu videolarla məşhur olan şəxslərə verilən ad. YouTube 14 fevral 2005 tarixində PayPal işçiləri Chad Hurley, Steve Chen və Jawed Karim tərəfindən yaradıldı. İlk YouTube kanalı "Jawed" 23 aprel 2005 eyni adlı YouTube qurucusu tərəfindən yaradıldı. Me adlı qısa bir vlog klibi olan zooparkda ilk YouTube videosu olaraq tarixə keçdi. 2005-ci ilin oktyabrında YouTube, YouTube kanallarına abunə olmaq xüsusiyyətini tanıtdı. 2015-ci ilin oktyabrından etibarən 100.000-dən çox abunəyə sahib 17.000-dən çox YouTube kanalı və bir milyondan çox abunəyə sahib təqribi 1.500 YouTube kanalı var. Bu rəqəmlər 2019-cu ilinin yanvarında ən az 250.000 abunəyə sahib 44.000 kanala çatdı. "YouTuber" sözü "YouTube" sözündən əmələ gəlib. Bu sözün Azərbaycan dilində tam mənası "Yutubçu" deməkdir amma, Azərbaycan dilində "Yutuber" kimi işlənir. YouTuber-lər Google AdSense hesabından gəlir əldə edə bilərlər.
Yutyrannus huali
Yutyrannus huali (lat.) — Yutyrannus cinsinə aid yeganə növ. Təbaşir dövründə 125 milyon il öncə yayılmışlar. Çinin Lyonin vilayəti ərazisində aşkarlanmışdır. Qiqantoraptordan sonra ən iri lələkli canlıdır. Onun çəkisi 1,4 ton və 9 metr uzunluğa malik imiş. Adi ləlıklərin uzunluğu 15 sm təşkil edirdi.
Yutel
Yutel (fr. Utelle) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Turrent-Levans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Tand kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 67,97 km², əhalisi — 660 nəfərdir (2006) artım tendensiyası ilə: 765 nəfər (2012), əhalinin sıxlığı 11,3 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 734 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 765 nəfər.
Yuta Universiteti
Yuta Universiteti (ing. University of Utah) — Yuta ştatının Solt-Leyk-Siti şəhərində dövlət tədqiqat universiteti. 1850-ci ildə Dezeret Universiteti (ing. University of Deseret) kimi müvəqqəti Dezeret (en) dövlətinin Baş Assambleyası tərəfindən yaradılmışdır. Universitet Yutanın ən qədim ali təhsil müəssisəsidir. Universitet indiki adını 1892-ci ildə, Yutanın ştat statusunu qazanmasından dörd il əvvəl aldı və 1900-cü ildə hazırkı yerinə köçdü.