Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alan Kuk
Alan Kuk (23 mart 1966) — Birləşmiş Krallıqı təmsil edən stolüstü tennisçi. == Karyerası == Alan Kuk Birləşmiş Krallıqı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 13-cü pillənin sahibi olub. Daha sonra Alan Kuk Birləşmiş Krallıqı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub.
Ceymi Kuk
Ceymi Robert Kuk (8 iyul 1985, Şeffild, Yorkşir və Hamber[d]) – İngiltərəli gitaraçı və bəstəkar. O indi-rok qrupu Arctic Monkeys-in üzvü kimi tanınır.
Ceyms Kuk
Ceyms Kuk (27 oktyabr 1728 – 14 fevral 1779[…]) — ingilis dəniz səyyahı. Bütün materiklərə ayaq basmış ilk insan. Onun həyata keçirdiyi ən böyük kəşflər sayəsində Yerin cənub yarımkürəsinin xəritəsi özünün müasir şəklini ala bilmişdir. Kuk böyük elmi nəticələr verən üç dünya səyahəti etmişdir. == Birinci ekspedisiya (1768–1771) == Ceyms Kukun birinci ekspedisiyasının (1768–1771) qarşısına qoyulan əsas vəzifə Naməlum Cənub torpağını tapmaq idi. Bu ekspedisiya zamanı Cənub torpağının tapılması ilə ilk dəfə sübut edildi ki, Yeni Zelandiya cənub materikinin bir hissəsi olmayan və boğazla iki yerə ayrılan adalardan ibarətdir (sonralar bu boğaza C. Kukun adı verilir). O, Avstraliyanın şərq sahillərini öyrənib onu xəritəyə köçürdü. Yeni Qvineya adasının Avstraliyadan ayrı olduğu müəyyən edildi. == İkinci ekspedisiya (1772–1775) == İkinci ekspedisiya (1772–1775) zamanı Kuk Afrikanın cənub ucqarından cənuba doğru istiqamət götürərək dəniz səyahətləri tarixində ilk dəfə 17 yanvar 1773-cü ildə Cənub qütb dairəsini keçmişdir. Antarktida sahillərindəki buzlu sularda xeyli dolaşır və səhv olaraq burada qurunun Cənub torpaqlarının olmadığı qənaətinə gəlir.
Deyl Kuk
Deyl "Apollo" Kuk (ing. Dale "Apollo" Cook) — ABŞ aktyoru və idmançısıdır. Taekvondo üzrə 7-ci dərəcəli qara kəmərə sahibdir. == Həyatı == Deyl Kuk 1958-ci ildə Talsa şəhərində doğulmuşdur. Əvvəllər Taekvondo, sonralar isə Karate idman növü ilə məşğul olmuşdur. Onun bu idman növlərinin hər birindən qara kəməri vardır. 1977-1996-cı illər boyu bir çox yarışmalar keçirmişdir. Yarışmaları tərk etdikdən sonra karate üzrə müəllim fəaliyyətinə başlamışdır. Həmçinin, Deyl Kukun qardaşı Con Kuk da idmanla məşğuldur.
Frederik Kuk
Frederik Albert Kuk (ing. Frederick Albert Cook; 10 iyun 1865[…], Hortonvill[d], Nyu-York ştatı – 5 avqust 1940[…], Nyu-Raşel[d], Nyu-York ştatı) - 1908-ci il 21 apreldə Şimal qütbünə ayaq basdığını iddia edən amerikalı tədqiqatçı, fizik və etnoqraf. Ondan, təxminən, bir il sonra - 1909-cu il aprelin 6-da Şimal qütbünə çatdığını iddia edən Robert Pirinin də Kukun da iddiaları illərlə müzakirə mövzusu olmuşdu. Kukun ekspedisiyası Şimali Amerika Arktikasında kəşf edilən yeganə ada olan Mien adasını ilk dəfə tədqiq etmişdi. == İstinadlar == == Mənbə == Osczevski, Randall J. "Frederick Cook and the Forgotten Pole". Arctic. 56 (2). 2003: 207–217. doi:10.14430/arctic616. ISSN 0004-0843.
Keyt Kuk
Kuk-Karauk
Kuk-Karauk şəlaləsi (başq. Күк-Ҡарауыҡ) — Başqırdıstanın Kuk-Karauk çayı üzərində yerləşən şəlalə. 1965-ci ildə təbiət abidəsi elan edilmişdir. İşembay yasaqlığı ərazisində yerləşir. Yerləşməsi: Makar kəndindən 7 km aralıda, RZ16 yolu üzərində, Makar meşə təsərrüfatı ərrazisində, 46-cı məhəllədə yerləşir. Şəlalə kaskad xüsusiyyətinə maliksir. Hündürlüyü 10–12 metrdir. Yay ayları suyun azalması ilə tamamən yoxa çıxır. Turizm ərazisidir. Kuk-Karaukdan bir qədər aralıda Kalik-uskan qayası və Salavat və Ziqanovka mağaraları yerləşir.
Kuk adaları
Kuk Adaları — Sakit okeanın cənubunda, Polineziyada yerləşən eyni adlı arxipelaq və özünüidarə üsulu olan dövlət qurumu. Yeni Zelandiya ilə müstəqil assosiasiya şəklindədir. == Fiziki-coğrafi xarakteristika == Kuk Adaları iki qrup vulkan və mərcan mənşəli adalardan ibarətdir. Onlar Sakit okeanda 2,2 mln. km² əraziyə səpələnir. Adalar 1770-ci ildə Ceyms Kuk tərəfindən kəşf edilmişdir. Kuk adaları 6 mərcan mənşəli atolldan və 9 vulkan mənşəli adalardan təşkil olunur. Əhali ən böyük ada olan Rarotonqada yaşayır Şimalda Kiribati, şərqdə Fransa Polineziyası, Niuye, Amerikan Samoası, qərbdə Tokelau və cənubda neytral Sakit okean suları ilə sərhəddir. == Əhali == 1971-ci ilin siyahıya almaya görə Kuk adalarında 21 322 nəfər adam yaşayırdı. O zamandan başlayaraq, adaların əhalisi tədricən azalır.
Kuk boğazi
Kuk boğazı (ing. Cook Strait) — Yeni Zelandiyada ada. O, Şimal və Cənub adalarını ayırır. Sakit okean və Tasman dənizini isə birləşdirir. Uzunluğu 170 km, eni isə ən dar yerdə 22 km təşkil edir. Dərinliyi 87 m-dir. Kuk boğazında cənub yarımkürəsinin cənub qütbünə ən yaxın paytaxt şəhəri olan Vellinqton şəhəri yerləşir. Maori dilində Raukava və ya Raukava Moana kimi adlandırılır. Bu ərazilərə ayaq basan ilk avropalı Abel Tasman olmuşdur. Boğazı ilk dəfə üzüb keçən isə Ceyms Kukdur.
Kuk boğazı
Kuk boğazı (ing. Cook Strait) — Yeni Zelandiyada ada. O, Şimal və Cənub adalarını ayırır. Sakit okean və Tasman dənizini isə birləşdirir. Uzunluğu 170 km, eni isə ən dar yerdə 22 km təşkil edir. Dərinliyi 87 m-dir. Kuk boğazında cənub yarımkürəsinin cənub qütbünə ən yaxın paytaxt şəhəri olan Vellinqton şəhəri yerləşir. Maori dilində Raukava və ya Raukava Moana kimi adlandırılır. Bu ərazilərə ayaq basan ilk avropalı Abel Tasman olmuşdur. Boğazı ilk dəfə üzüb keçən isə Ceyms Kukdur.
Oliviya Kuk
Oliviya Keyt Kuk (ing. Olivia Kate Cooke; 27 dekabr 1993, Oldem[d]) — İngiltərə aktrisası. Əsasən "Bates Motel" (2013-17) dram-triller teleserialında Emma Desodi və "Vanity Fair" (2018) dram miniserialında Beki Şarp rolları ilə tanınır.
Tim Kuk
Timothy D. "Tim" Cook (1 noyabr 1960, Mobil, Alabama) — Stiv Jobsun 24 avqust 2011 tarixində Apple-ın CEO-luğundan ayrılmasından sonra təyin olunan CEO-su. Kuk Apple-da 1998-ci ildən işləyir.
Tomas Kuk
Tomas Kuk (22 noyabr 1808[…], Derbişir[d] – 18 iyul 1892, Lester) — turizmin yaradıcısı, öz adı ilə tanınan daşımaçılıq şirkətinin qurucusu. O, gələcəkdə turizmi və bununla bağlı digər anlayışları kəşf etmişdir. Bu kəşf təsadüfən baş vermişdir. Əslində T. Kukun belə bir niyyəti olmamışdı. O, keşiş idi. Yaşadığı dövrdə çox yayılan alkoqol və tütün aludəçiliyi ilə mübarizə aparmaq onun üçün çox əhəmiyyətli idi. Buna görə də bu tipli insanların diqqətini başqa bir yerə — səyahətə çəkmək qərarına gəlir. Tomas Kuk 1808-ci ildə İngiltərənin Melbrun şəhərində anadan olmuşdur. Onun atası Con Kuk ailəsini meyvə-tərəvəz satmaqla dolandırırdı. Conun qəfil ölümü ailəni çıxılmaz vəziyyətə sürükləyir.
Kristina Kuk
Kristina Qamak — Milli Okean və Atmosfer Araşdırmaları İdarəsinin Hərbi Korpusunun Amerika Samoasında yerləşən stansiyasının rəhbəri. Qamak 1997-ci ildə Daremdəki Elm və Riyaziyyat üzrə Şimali Karolina Məktəbin bitirib, sonra Rolunda Şimali Karolina Ştat Universitetində təhsil alır, o, elektrik mühəndisliyi (2002) elmi dərəcəli iki bakalavr, elektrotexnika (2001) və fizika (2002) elm dərəcə ustası qazanıb.
Corc Frederik Kuk
Corc Frederik Kuk (ing. George Frederick Cooke; 17 aprel 1756, London – 26 sentyabr 1812, Nyu-York, Nyu-York ştatı) Britaniya aktyoru. Kuk 1800-cü ildən Londondakı "Covent Garden" teatrında, 1810-cu ildən isə Amerikada çıxış etməyə başlayır. Kuk rollarına bir çox cəhətdən romantik yanaşırdı və alkoqolik bir həyat tərzi səbəbilə qaraciyər çatışmazlığından vəfat etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Chisholm, Hugh, ed. (1911). "Cooke, George Frederick" . Encyclopædia Britannica. 7 (11th ed.). Cambridge University Press.
Kuk adaları bayrağı
Kuk adaları bayrağı — Kuk adalarının rəsmi dövlət bayrağı. Bayraq Sakit okeanda keçmiş Britaniya koloniyasının bayraqları əsasında hazırlanmışdır. Kuk adaları bayrağı yuxarı sol küncdə yer alan kiçik Böyük Britaniya bayrağından və 15 ədəd beşguşəli ulduzdan ibarətdir. Böyük Britaniya bayrağı Kuk adalarının bu ölkə ilə olan tarixi əlaqələrini, 15 ulduz isə ölkənin ibarət olduğu 15 adanı (Tonqareva, Rakahanqa, Manihiki, Pukapuka, Nassau, Suvarrou, Palmerston, Aitutaki, Manuae, Takutea, Aitu, Mitiaro, Mauke, Rarotonqa və Manqaia) təmsil edir. Göy rəng okeanı və sülhsevər Kuk adaları əhalisini simvolizə edir. 1973-1979-cu illərdə Kuk adalarının bayrağı yaşıl fon üzərində 15 sarı ulduzdan ibarət idi. Yaşıl rəng adalardakı həyatı, sarı rəng ada sakinlərinin etiqad, sevgi, xoşbəxtlik və öhdəliklərini təcəssüm etdirir. Ulduzların dairəvi şəkildə yerləşməsi adaların və ada sakinlərinin birliyinin göstəricisidir.
Kuk adaları mədəniyyəti
Kuk adaları mədəniyyəti (ing. Culture of the Cook Islands) — Sakit okeanda 1.800.000 km2 ərazidə yayılmış 15 adadan ibarət Polineziya ada ölkəsi olan Kuk adalarının mədəniyyəti. Kuk adaları Yeni Zelandiyanın müstəmləkəsidir. Adaların mədəniyyəti bir neçə əsr əvvəl burada məskunlaşmış əhali tərəfindən formalaşdırılıb. Kuk adalarında VI əsrdə Taitidən gəlmiş polineziya xalqı məskunlaşıb. Portuqal gəmi kapitanı Pedro Fernandes Kiros XVII əsrdə adalarda ilk avropalıların məskunlaşdığını qeyd edib. XVIII əsrdə Böyük Britaniya dəniz səyyahı Ceyms Kuk adalara çatıb və adalara öz adını verib. Adalara gələn əcnəbilər adaların yazı sistemini inkişaf etdiriblər, adalara xristianlığı və Avropa məktəblərini gətiriblər. Kuk dili (Māori Kūki 'Āirani) və ya Rarotonqa dili ölkənin rəsmi dilidir. Kuk Adaları Hökumət Mədəniyyət Dairəsi ölkənin mədəni irsinin qorunması işi ilə məşğuldur.
Stiven Artur Kuk
Stiven Artur Kuk (14 dekabr 1939, Buffalo, Nyu-York ştatı) — 14 dekabr 1939-cu ildə hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış amerikalı alim, NP-tamlıq nəzəriyyəsinin müəllifi Stiven Artur Kuk (Stephen Arthur Cook) anadan olmuşdur. Kuk 1982-ci ildə hesablama nəzəriyyəsinin bir bölməsi olan mürəkkəb hesablamalar nəzəriyyəsi sahəsində əldə etdiyi nailiyyətlərə görə Türinq mükafatına layiq görülmüşdür. Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
KSK
Kommando Spezialkräfte (KSK) — Almaniya Silahlı Qüvvələrinə məxsus xüsusi təyinatlı qüvvələrdirlər. 1996-cı ildə qurulmuşdur. Bunlar briqada ölçüsündədirlər. Baş qərargah Əməliyyat Qüvvələri, Dəstək Qüvvələri və İnkişaf Qrupu olaraq 4 hissəyə bölünürlər. Onlar Əfqanıstanda ISAF kontekstində əməliyyatlarda iştirak etmişdirlər.
Kek
Pirojna — şirin xəmirdən hazırlanan kiçik ölçülü, adətən də kremli olan şirniyyat məhsulu. == Pirojnanın növləri == === Şokoladlı pirojna === ==== Ərzaqlar ==== 250 qram un 6 ədəd yumurta 130 qram şəkər 50 qram kakao tozu 200 qram qaymaq 100 qram şokolad 5 qram ovulmuş portağal qabığı 1 paket vanil 5 qram soda ==== Hazırlanması ==== Yumurtaların ağını 150 qram şəkərlə çalın. Üzərinə kakao, soda, un, portağal qabığı, vanil və 50 qram şəkərlə ovuşdurulmuş yumurta sarısı əlavə edib xəmir yoğurun. Xəmiri 3 hissəyə bölüb qoğal bişirin. Qaymağı qalan şəkərlə çalın. Şokoladı sürtgəcdən keçirin. Qoğallara çalınmış qaymaq sürtün, sonra şokolad səpin. Məmulatı üçbucaq formasında doğrayıb 20 dəqiqə soyuq yerdə saxlayın. Nuş olsun! === Portağal sufleli pirojna === ==== Tərkibi ==== biskvit üçün: 3 yumurta 150 q şəkər tozu 150-200 q un sufle üçün: 20 q jelatin 200-250 portağal şirəsi (4-5 portağalın) 500 ml 33-35%-li qaymaq 150 q şəkər tozu ==== Hazırlanması ==== Yumurtaları şəkər tozu ilə çalın.
Kuşk
Kuşk — İranın İsfahan ostanının Xomeynişəhr şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,264 nəfər və 3,083 ailədən ibarət idi.
Küf
Yelləncək — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Yelləncək oyunu Novruz bayramı günlərində, ilaxır çərşənbələrdə, həmçinin yaz, yay və payız aylarında ağac budağından kəndirlə asılan yelləncək. Bu mərasim oyununda, əsasən, gənc oğlan və qızlar iştirak edirlər. İştirakçılar bir-bir yelləncəyə minib yellənirlər. Digər iştirakçılar isə halay, yallı məzmunlu oyunlar ifa edirlər. Yelləncəyə minib yellənənlər Naxçıvanda "Kuflan", Qarabağda "Ucuncaq", Lənkəran bölgəsində "Küf", "Həlaçin", Bakıda "Quyhaquy", Qubada "Havaçağ", Şəkidə "Sulançıx", "Yörtməc", Zəngilanda "Sarımçax", Gəncədə "Səkmən" və sairə adlarla məlumdur. == Oyunun qaydaları == İştirakçılar bir-bir, iki-iki ağac budağından asılmış kəndir yelləncəyə qalxıb yellənir, deyişmə və bayatı şəklində müxtəlif mahnı oxuyur, ətrafdakılar isə əl çalıb şənlənir, halay və yallısayağı rəqs edirlər. Yelləncəkdə yellənən qızın ayaqlarına çubuqla asta-asta vurub xorla oxuyurlar: Yelləncəkdəki qızdan ta cavab almayınca onu yelləndirirlər. Qız cavab verdikdən sonra yelləncəyi saxlayıb yerə salır və bir başqası yelləncəyə minir. Oyun saatlarla davam edir.
Kükü
Kükü bu mənaları ifadə edə bilər: Yaşayış məntəqələri Kükü (Şahbuz) — Azərbaycannın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Kükü abidələr kompleksi — Şahbuz rayonu ərazisində yerləşən arxeoloji abidələr kompleksi. Yeməklər Kükü (yemək) — yemək. Kükü plov — Azərbaycan plovunun geniş yayılmış növlərindən biri.
Küp
Küp — mayeləri tutmaq üçün çox istifadə olunan bir qab növüdür. Dökülmək və ya içmək üçün açılan, bəzən dar olan bir qolu var və tez-tez tökülən bir dodaq var. Tarix boyu küplər metaldan hazırlanmışdır və keramika və ya şüşədən və plastikdən indi yayılmışdır.
Kür
Kür (türk. Kura; gürc. მტკვარი, translit. Mtkvari; erm. Կուր, translit. Kur; q.yun. Κῦρος, translit. Kiros; fars. کوروش‎‎, translit. Kuruş) — Qafqazda çay.