Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Karaçi
Kəraçi — Pakistanda şəhər.
Karabin
Karabin- (frans. carabine, ərəb. carab-yarağ,silah)- tüfəngə və ya muşketə oxşar ancaq daha qısa və daha gücsüz atəşli silah. Əvvəllər adətən suvarilərin və topçuların istifadəsində olurdu. Daha qısa lüləsi ilə səciyələnir. Buna görə də güllənin başlanğın sürəti və başqa ballistik xüsusiyyətləri eyni kalibrdə olan vintli tüfəngdən aşağıdır. Bəzi ölkələrdə karabin adi, ancaq bəzi dəyişikliklərlə(kürəkdə rahat daşımaq üçün antabcıqların yanda yerləşməsi və daha kopmpakt olması üçün çəkimin dəstəyinin aşağı əyilməsi və b.) ilə vintli tüfəng hesab olunur. Yivsiz və yivli, qeyri-avtomatik(tək açılan və maqazinli)özü doldurulan və avtomatik növləri olur. == Mənbə == Voyennaya ensiklopediya v 8 tomax."D" Kvartiryer.
Qaracik
Qaracik — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Qaraçöp
Qaraçöp — Gürcüstan Respublikasında əhalisi azərbaycanlılardan ibarət özündə əsasən 8 məhəlləni birləşdirən qəsəbə. Bu məhəllələrə daxildir: Qazlar, Tüllər, Ləmbəli, Keşəli, Muğanlı, Qarabağlı, Düz - Əyrəm və Baldoy. == Tarixi == Qaraçöp qədim döyüşçü türk boyları (əsasən oğuz, az sayda qıpçaq) tərəfindən yurd edilmişdir. Buraya Qarabağ, Gəncə, Qazax və Borçalıdan başqa türkmənlər də köç etmişlər. == Əhalisi == Qaraçöp əhalisi demək olar ki, bütünlüklə azərbaycanlılardan ibarətdir. Dini inancları islamdır. Əhali əsasən maldarlıq və ticarətlə məşğul olur. Sovet dövründə əhalinin var-dövləti dövlət tərəfindən müsadirə edilmişdir. Buna görə hətta kənddə üsyan baş qaldırmışdır. Kəndə girə bilməyən əsgərlər onu uzaqdan top atəşinə tutmuşlar.
Saracıq
Saracıq — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Saracıq kəndi öz adını "saraycıq" sözündən alıb. XVIII əsrin ikinci yarasında yaranıb. Öncə yurd yeri оlub. 1593-cü ilə bağlı Оsmanlı qaynağında kəndin adı Saraycıq kimi keçir. 1727-ci ilə bağlı Оsmanlı qaynağında Saracıq kəndinin adı çəkilmir. XIX əsrin əvvəllərində Xırdapara-Dizaq mahalının başkəndi оlub. Mahalın məliyi, qazısı və digər məmurları bu şenlikdə əyləşiblər. Mahalın məliyi Məlik Həsən Mоlla Səfi əfəndi оğlu idi. Оnun vəfatından sоnra оğlu Həmzə bəy mahala başçılıq etdi.
Karabid
Karabid (lat. Carabus) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin karabidlər fəsiləsinə aid heyvan cinsi.
Araçın
Araçın -Qərbi Azərbaycanın Talin rayonunda kənd adı. == Tarixi == Araçın -Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Talin rayonunda kənd adı. XX əsrin 30-cu illərində kənd ermənicə Davidaşen adlandırılmışdır. Həmçinin Araçın Ermənistanda Zəngəzur dağ silsiləsində zirvələrdən birinin adıdır. == Xarici keçidlər == Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh.
Kəraçi
Kəraçi — Pakistanda şəhər.
Qaraçı
== Xalq ==
Anthemis karacae
Anthemis karacae (lat. Anthemis karacae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Baracıq (Urmiya)
Baracıq (fars. باراجوق‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 386 nəfər. yaşayır (68 ailə).
Cia Karanci
Cia Karanci (29 yanvar 1960, Filadelfiya, Pensilvaniya ABŞ) — 1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərində Amerikanın ilk supermodeli. Onun üzü bir cox jurnalların üz qabığında dərc etdirilmişdir. O model olmaq üçün Amerikaya 17 yaşı olanda gəlmişdir. Tezliklə bir çox əlçatmaz fotoqrafların sevimlisinə çevrildi. Çox gözəl bədənə və sinəyə malik olan Cia Karanci, hər kəsin sevimlisinə çevrildi. Kris von Vangenheim, Françesko Skavullo, Artur Elqort, Riçard Avedon kimi fotoqroflarla işləmişdi. Bodi Basiks, Kristian Dior, Kutex, Diane von Fürstenberq, Giorgio Armani, Lanketti, Levi's, Maybelline, Perry Ellis, Versace, Vidal Sassoon, Yves Saint Laurent kimi məşhur adlarla çalışmışdı. Onunla işləyən hər bir insan Cia-nin həddindən artıq enerjili və sadə olduğunu söyləyir. O yaşadığı müddətdə hər bir şeyə nail ola bilmişdi, yalniz bir şeydən başqa. Onun həmişə diqqətə və sevgiyə ehtiyacı olmuşdu.
Karabid böcəklər
Karaqin körfəzi
Karaqin körfəzi — Berinq dənizində, Kamçatka yarımadasının şimal-şərqində yerləşir. Ozernoy yarımadası ilə İlpinski yarımadası arasında yerləşir. Materikin daxilinə 117 km məsafədə uzanır. Eni girişdə 239 km, maksimal dərinliyi 60 metrdir. Körfəzin mərkəzində Karaqinski adası vardır. Ada materikdən Litke boğazı ilə ayrılır. Şimalında Verxoturov adası qərarlaşır. Körfəzə tökülən çaylar:Makarov, Kayum, İvaşka, İstık, Naçiki, Uka. Sahillərində yerləşən iri körfəzlər: Anapka körfəzi, Uala körfəzi, Karaqa körfəzi, Kiçiqinski körfəzi, Tımlat buxtası, Ossora buxtası, Kaqara buxtası, Ukinskaya körfəzi. Qabarmanın hündürlüyü 2,4 metrdir.
Karaqin rayonu
Karaqin rayonu (rus. Карагинский район) — Rusiya Federasiyası, Kamçatka diyarı tərkibindəki inzibati ərazi vahidi. Rayon Koryak dairəsi daxilində yerləşir. İnzibati mərkəzi Ossora qəsəbəsidir. == Coğrafiya == Karaqin inzibati rayonu, Kamçatka yarımadasının şimal hissəsində yerləşir. Şimal-qərbdən Oxot dənizinin suları ilə, şərqdə Berinq dənizi ilə yuyulur. Üç ərazi zonasından ibarətdir: şimal, cənub və Karaqinski adası. Rayonun sahəsi 40,6 min km² -dir. == Relyefi == Ərazinin böyük hissəsi Sredinnı silsiləsinin şimal hissəsini tutur. Şimal-qərbdə Parapol vadisi, şimal-şərqdə Koryak dağının ətəkləri geniş ərazini əhatə edir.
Karatup yarımadası
Karatup yarımadası (qaz. Қаратүп) — Aral dənizinin şimal-şərqində, Qazaxıstanın Qızılorda vilayətinin Aral rayonu ərazisində yerləşən keçmiş yarımada. Aral dənizinin dayazlaşmasından əvvəl dəniz boyu uzunluğu (Böyük Sarışıqanak körfəzi tərəfdən) 42 km idi. Sahildəki relyef hündürlüyü 123 m-ə, mütləq maksimum hündürlüyü isə 190 m-ə çatırdı. Hazırda Aral dənizinin quruması səbəbindən yarımada və ona bitişik ərazilər səhradır.
Keşəli (Qaraçöp)
Keşəli (gür.: g.ə. ქეშალო, l.ə. keşalo) - Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Əhalisi == 2014-ci il siyahıyaalınmasına əsasən kənddə azərbaycanlılardan ibarət 2.438 nəfər (1.314 nəfəri kişilər, 1.124 nəfəri qadınlar) əhali yaşayır.
Ləmbəli (Qaraçöp)
Zemo Ləmbəli (gürc. ზემო ლამბალო, zemo lambalo) — Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. 2014-ci il siyahıyaalınmasına əsasən kənddə 99,9%-i azərbaycanlılardan ibarət 2.959 nəfər əhali yaşayır.
Muğanlı (Qaraçöp)
Muğanlı (gür.: g.ə. მუღანლო, l.ə. muğanlo) — Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.Kənddə, Acı Vadi adlanan yerdə, 42 milyard kubmetr dəyərləndirilən təbii qaz yatağı var.2004-cü ilədək adı Yormuğanlı olmuşdur. == Maraqlı faktlar == 2005-ci ilin iyun ayında güclü bir qasırğa burada baş verdi ki 13 nəfər yaralanmaqla, bir neçə evə isə zərər dəydi. == Əhalisi == 2023-ci il siyahıyaalınmasına əsasən kənddə azərbaycanlılardan ibarət 51,000 nəfər (26,010 nəfəri kişilər, 24,990 nəfəri qadınlar) əhali yaşayır.
Nazif Kayacık
Nazif Kayacık (türk. Nazif Kayacık; d. 1872, İstanbul, Osmanlı İmperiyası – ö. 1951, İstanbul, Türkiyə) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1888-ci ildə hərbi məktəbə daxil olmuş və 1892-ci ildə oranı bitirmişdir. 1897-ci ildə Osmanlı-Yunan müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1921-ci ilin 31 avqustunda Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə mükafatlandırıldı. Böyük hücumda və Dumlupınar döyüşündə iştirak etmişdir. 17 sentyabr 1930-cu ildə öz istəyi ilə təqaüdə çıxdı.
Qarabağlı (Qaraçöp)
Qarabağlı (rəsmi olaraq gür.: g.ə. წიწმატიანი, l.ə. tsitsmatiani) və yaxud Qaramanlı Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində məhəllə. 2023-ci il siyahıyaalınmasına əsasən məhəllədə azərbaycanlılardan ibarət 2500 nəfər (1352 nəfəri kişilər, 1148 nəfəri qadınlar) əhali yaşayır.
Qaracik Zeyid
Qaracik Zeyd — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Xaçmaz rayonunun Qaracik-Zeyid kəndi məskulaşma tarixi XVIII əsrə təsadüf edən qədim kəndlərdən biridir. Kənddə ilk məskunlaşma Naxçıvanın Qaraçuq mahalından gəlmə əhali tərəfindən olmuşdur. Daha sonra bu ərazidə 1874-cü ildə Quba rayonunun dağlıq Zeyid kəndindən bir qrup əhali məskunlaşmışdır. Bu səbəbdən də kənd Qaracik-Zeyid kimi adlandırılmışdır.
Qaraçöp xalçaları
Qaraçöp xalçaları — “Qaraçöp” xalçaları — Gəncə–Qazax tipli Qazax qrupuna daxil olan xovlu xalçalardır. == Ümumi məlumat == Gəncə-Qazax tipinin Qazax qrupuna daxil olan bu xalçanın adı müasir Gürcüstan Respublikasının ərazisində, Qazax rayonundan 20 km şimal-qərbdə yerləşən bir neçə kəndin adı ilə bağlıdır. Etnik azərbaycanlıların məskunlaşdığı keçmiş Muğanlı rayonunda yerləşən Muğanlı, Ləmbəli, Tüllər, Qəmbəli, Düzəqrəm kəndləri ümumilikdə “Qaraçöp” adı ilə tanınırdı. Ümumiyyətlə, bu kəndlər, xüsusilə Ləmbəli, Muğanlı və Tüllər Qazax xalçaçılıq qrupunun əsas inkişaf mərkəzlərindəndir və Borçalı xalçaçılıq mərkəzi onlara bitişikdir. Burada toxunan xalçalar “Qarabirçək” adı ilə də tanınır. V.Muradovun “Qazax-Borçalı bölgəsinin xalçaçıları” kitabında dərc olunan məlumatlara əsasən qeyd etmək olar ki, Qaraçöp xalçaları bu gün də Gürcüstan Respublikası ərazisində yerləşən və azərbaycanlıların məskunlaşdığı Bolnisi (Çörük Qəmərli), Marneuli (Sarvan) və Dmanisi (Başkeçid) rayonlarında toxunur. “Qaraçöp” sözündə “qara” – Dədə Qorqud ağzında “böyük” deməkdi, “çöp” isə yerlilərin deyimində “yurd”, “oba”, “olacaq” mənasına gəlir” == Bədii analiz == XIX – XX əsrlərdə hazırlanmış “Qaraçöp” xalçalarının nümunələri bədii baxımdan sadədir. Nadir hallarda xüsusi sifarişlə istehsal olunan ən keyfiyyətli və yüksək kateqoriyalı xalçalara rast gəlmək olar. “Qaraçöp” xalçalarının ara sahəsini əhatə edən haşiyə zolaqları “Gəncə” və “Qazax” xalçalarının haşiyə zolaqları ilə eynidir. Yaşıl rəngli ara sahə daha çox “Qaraçöp” xalçaları üçün xarakterikdir.
Qaraçöp xalçası
Qaraçöp xalçaları — “Qaraçöp” xalçaları — Gəncə–Qazax tipli Qazax qrupuna daxil olan xovlu xalçalardır. == Ümumi məlumat == Gəncə-Qazax tipinin Qazax qrupuna daxil olan bu xalçanın adı müasir Gürcüstan Respublikasının ərazisində, Qazax rayonundan 20 km şimal-qərbdə yerləşən bir neçə kəndin adı ilə bağlıdır. Etnik azərbaycanlıların məskunlaşdığı keçmiş Muğanlı rayonunda yerləşən Muğanlı, Ləmbəli, Tüllər, Qəmbəli, Düzəqrəm kəndləri ümumilikdə “Qaraçöp” adı ilə tanınırdı. Ümumiyyətlə, bu kəndlər, xüsusilə Ləmbəli, Muğanlı və Tüllər Qazax xalçaçılıq qrupunun əsas inkişaf mərkəzlərindəndir və Borçalı xalçaçılıq mərkəzi onlara bitişikdir. Burada toxunan xalçalar “Qarabirçək” adı ilə də tanınır. V.Muradovun “Qazax-Borçalı bölgəsinin xalçaçıları” kitabında dərc olunan məlumatlara əsasən qeyd etmək olar ki, Qaraçöp xalçaları bu gün də Gürcüstan Respublikası ərazisində yerləşən və azərbaycanlıların məskunlaşdığı Bolnisi (Çörük Qəmərli), Marneuli (Sarvan) və Dmanisi (Başkeçid) rayonlarında toxunur. “Qaraçöp” sözündə “qara” – Dədə Qorqud ağzında “böyük” deməkdi, “çöp” isə yerlilərin deyimində “yurd”, “oba”, “olacaq” mənasına gəlir” == Bədii analiz == XIX – XX əsrlərdə hazırlanmış “Qaraçöp” xalçalarının nümunələri bədii baxımdan sadədir. Nadir hallarda xüsusi sifarişlə istehsal olunan ən keyfiyyətli və yüksək kateqoriyalı xalçalara rast gəlmək olar. “Qaraçöp” xalçalarının ara sahəsini əhatə edən haşiyə zolaqları “Gəncə” və “Qazax” xalçalarının haşiyə zolaqları ilə eynidir. Yaşıl rəngli ara sahə daha çox “Qaraçöp” xalçaları üçün xarakterikdir.
Saracıq (Urmiya)
Saracıq (fars. ساراجوق‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 125 nəfər yaşayır (30 ailə).