Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Karbi
Karpi — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km məsafədə yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə, 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdir. Tarixən burada Kiçik Karpi və Böyük Karpi kəndləri olmuş, sonradan bu iki kənd birləşdirilmiş və Karpi kəndi kimi rəsmiləşdirilmişdir. == Toponimi == Toponim türk dilində "şəhər", "qala", "möhkəmləndirilmiş yer" mənasında işlənən kar sözünə -pi şəkilçisinin qoşulması yolu ilə formalaşmışdır. "…pi Bisitun qayalarındakı mixi yazıların ikinci qolunun dilindən — Elam dilindən göründüyü kimi cəm bildirən şəkilçidir. Bu yazılarda həmin şəkilçi "p", "ap", "pe", "pi" şəkillərində tayfa və ölkə bildirən adların sonuna bitişdirilərək işlənıniş və belə sözlər həmin şəkilçi ilə birlikdə "el", "tayfa", "qəbilə", "yurd", "ölkə" mənalarını ifadə etmişdir. Relyef əsasında yaranan düzəltmə sözdür. XIX əsrin sonlarından sonra mənbələrdə bu kəndin adı çəkilmir. Ehtimal ki, Karbi mahalından çıxmış ailələrin özləri ilə apardıqları addır.
Böyük Karbi
Böyük Karbi — İrəvan xanlığının mahallarından biri olmuş Karbibasarın mərkəzinin adı. == Əhalisi == 1828–1832-ci illərdə kəndin Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və xaricdən gəlmə ermənilər yerləşdirilmişdir 1886-cı ilə aid məlumata görə kəndin əhalisi erməni idi . == Toponimi == Hələ orta əsrlərdə bu kənd digər məntəqə yarandığına görə Böyük Karbi adlandırılmışdır. İndiki Ermənistan ərazisində qədim türk mənşəli toponimlərdəndir. Orta əsr türk, fars və erməni mənbələrində toponimin Qərbi, Gərbi, Karbi və Karpi formaları qeyd olunmuşdur. Karpi (yaxud Karbi) əvvəlcə oradakı qədim qalanın adıdır. 1386-cı ilə aid hadisələrdə mənbədə "Qərbi (Gərbi) qalası"nın adı çəkilir və onun yiyəsinin türk Şeyx Həsən olduğu göstərilir XIII əsrə aid mənbədə Ərməniyə ilə yanaşı Karbi mahalının da adı çəkilmişdir. 1621-ci ilə aid sənəddə Karpi kimidir. XVII əsr erməni müəllifi Arakel Təbrizli toponimi Karbi formasında yazmışdır XIX əsrdə Tiflis quberniyasının Qori qəzasında Karbi kənd adı (Gürcüstanda Karbi kənd adı 1348-ci ildən məlumdur-bax: Qruzinskie dokumentı IX–XV vv. M. 1882.
Karbi mahalı
Karbi mahalı — XIV əsr-XIX əsrlərdə inzibati nahiyə. İrəvan xanlığına tabe olmuş mahal. == Tarixi == Elxanilər dövlətinin Çuxursəəd tüməninin Karbi nahiyəsi Matenadaranda saxlanan alqı-satqı sənədlərinə görə, hələ 1431-ci ildə Ağqoyunlu Yaqub padşahın nümayəndəsi Əmir Rüstəm 7 kəndi (Vağarşabad (Eçmiədzin-Üçkilsə), Əştərək, Batrinc, Noraqavit, Ağunatun, Kirəcli və Muğni) katolikos Qriqor Makuluya 530 min Təbriz dinarına satmışdı. 1441-ci ildə erməni katalikoslarının fəaliyyət mərkəzi Kilikiyanın Sis şəhərindən Azərbaycana - İrəvan yaxınlığındakı Üçkilsə (Üçmüədzin) Cahanşah Qaraqoyunlu fərman vermiş 1590-ci ilin icmal dəftərinə görə Osmanlı İmperiyasının İrəvan əyalətinə tabe olan Karbi nahiyəsində aşağıdakı kəndlər mövcud idi: 73 kənd Karpi kəndi Öşgan Masdıra Abdallar məzrə ("əkin yeri") - Maçdərə kəndinin yaxınlığında yerləşİR. "Kasim vələdi Yusif" adlı bir şəxsə (mülkədara) məxsus olmuş Maçdərə kəndi Qoş kəndi Qızıləyrək kəndi Əxis (?) kəndi Pirtəkiyyəsi kəndi Pireken kəndi Kötüklü məzrə`əsi Qızılağıl və Dəmirkilsə məzrə`əsi. Zopanus kəndi Parpi kəndi Arani məzrə`əsi Xızır İlyas məzrə`əsi Uşi kəndi Maqta kəndi Xanevənk kəndi Ədis kəndi Əştərək Molla Dursun kəndi. Tus kəndi Firənk kəndi Qızıldəmir kəndi Ağdəmir kəndi Kəranpa (?) kəndi Oşakan kəndi Hacı Qaralı (Hacıqara (Üçkilsə)) kəndi Kətxuda Tal (?) məzrə`əsi. Hacılar kəndi Yoncalıq məzrə`əsi Hacavəng məzrə`əsi. Dığır kəndi Batrınc kəndi Qaraağıl kəndi Ağcaqala kəndi. Başqa adı Xatunkənddir. Üçkilsə kəndi Əbdürrəhman məzrə`əsi.
Karbi nahiyəsi
Karbi mahalı — XIV əsr-XIX əsrlərdə inzibati nahiyə. İrəvan xanlığına tabe olmuş mahal. == Tarixi == Elxanilər dövlətinin Çuxursəəd tüməninin Karbi nahiyəsi Matenadaranda saxlanan alqı-satqı sənədlərinə görə, hələ 1431-ci ildə Ağqoyunlu Yaqub padşahın nümayəndəsi Əmir Rüstəm 7 kəndi (Vağarşabad (Eçmiədzin-Üçkilsə), Əştərək, Batrinc, Noraqavit, Ağunatun, Kirəcli və Muğni) katolikos Qriqor Makuluya 530 min Təbriz dinarına satmışdı. 1441-ci ildə erməni katalikoslarının fəaliyyət mərkəzi Kilikiyanın Sis şəhərindən Azərbaycana - İrəvan yaxınlığındakı Üçkilsə (Üçmüədzin) Cahanşah Qaraqoyunlu fərman vermiş 1590-ci ilin icmal dəftərinə görə Osmanlı İmperiyasının İrəvan əyalətinə tabe olan Karbi nahiyəsində aşağıdakı kəndlər mövcud idi: 73 kənd Karpi kəndi Öşgan Masdıra Abdallar məzrə ("əkin yeri") - Maçdərə kəndinin yaxınlığında yerləşİR. "Kasim vələdi Yusif" adlı bir şəxsə (mülkədara) məxsus olmuş Maçdərə kəndi Qoş kəndi Qızıləyrək kəndi Əxis (?) kəndi Pirtəkiyyəsi kəndi Pireken kəndi Kötüklü məzrə`əsi Qızılağıl və Dəmirkilsə məzrə`əsi. Zopanus kəndi Parpi kəndi Arani məzrə`əsi Xızır İlyas məzrə`əsi Uşi kəndi Maqta kəndi Xanevənk kəndi Ədis kəndi Əştərək Molla Dursun kəndi. Tus kəndi Firənk kəndi Qızıldəmir kəndi Ağdəmir kəndi Kəranpa (?) kəndi Oşakan kəndi Hacı Qaralı (Hacıqara (Üçkilsə)) kəndi Kətxuda Tal (?) məzrə`əsi. Hacılar kəndi Yoncalıq məzrə`əsi Hacavəng məzrə`əsi. Dığır kəndi Batrınc kəndi Qaraağıl kəndi Ağcaqala kəndi. Başqa adı Xatunkənddir. Üçkilsə kəndi Əbdürrəhman məzrə`əsi.
Qoş (Karbi)
Qoş — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd. Rayon mərkəzirdən 18 km cənub-şərqdə yerləşir. 1590-cı il tarixli «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qədim türk dilində «düşərgə, çobanların müvəqqəti yaşayış yeri, çadır» mənasında işlənən qoş sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir. Burada 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. 1858-70-cı illərdə Türkiyədən buraya Ermənilər köçürülüb yerləşdirilmişdir. Kənddə ermənilərdən başqa 1831-ci ildə 62 nəfər, 1873 - cü ildə 211 nəfər, 1886-cı ildə 566 nəfər, 1897-ci ildə 323 nəfər, 1908-ci ildə 427 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma evlərinə dönə bilmişdir.
Talış (Karbi)
Talış — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 21 km qərbdə yerləşir. Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. 1828-1829-cu illərdə Türkiyənin Bayazet vilayətindən ermənilər köçürülərək kənddə yerləşdirilmişdir. Kəndin ərazisində XIII-XIV əsrlərlə səsləşən azərbaycanlılara aid qədim qalanın xarabalıqları indi də durur. Toponim qızılbaş tayfasından olan talış etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 11.11.1970-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Aruç qoyulmuşdur.
Təkiyə (Karbi)
Təkiyə - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Rayon mərkəzindən 6 km şimal-qərbdə, Kasax çayının sağ sahilində, Şaqverd çayının sahilində yerləşir. Kəndin digər adı «Tekyə təkkə»dir. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Pirtəkiyəsi kəndi, 1728-ci il tarixli «İrəvan əyalətinin icmal dəftəri»ndə Təkkə kəndi, Qafqazın 5 verstlik xəritəsində Təkiyə formasında qeyd edilmişdir. Təkkə adlanmasının səbəbi isə çox güman burada müsəlman dini tikilisinin, türbənin olmasıdır. Həmin tikili vandalizmə məruz qalsa da, kitabəsi günümüzə qədər gəlib çatmışdır.[1] Toponim türk mənşəli təkə etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin l.XII.1949 - cu il fərmanı ilə adı dəyişdirilib Bazmaxpyur qoyulmuşdur.
Çatqıran (Karbi)
Çatqran — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd olmuşdur. Zəngi çayının yanında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk dilində «iki çayarası yer», «yarğanın kənarı», «dağın beli, dağ çıxıntısı, iki dərəni birləşdirən yer, yarğanları və dərələri olan alçaq sıra dağ, tirə mənasında işlənən çat sözü ilə «hərbi düşərgə», «həyət», «hasarlanmış, çəpərlənmiş yer», «hasar», «düşərgə», «hərbi düşərgə», «mənzil, ev», «karvansara» mənasında işlənən kuran (>qran) sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. Kənddə 1873 - cü ildə 368 nəfər, 1886-cı ildə 413 nəfər, 1897-ci ildə 630 nəfər, 1908-ci ildə 667 nəfər, 1914 - cü ildə 807 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 53 nəfər, 1926-cı ildə 46 nəfər, 1931-ci ildə 88 nəfər azərbaycanlı yaşamışdır. SSRİ hökumətinin xüsusi qərarı ilə 1948-49 - cu illərdə azərbaycanlılar tarixi-etnik vətənlərindən çıxarılaraq Azərbaycana köçürülmüşdür.
Əkərək (Karbi)
Əkərək — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd., Rayon mərkəzindən 7 km qərbdə yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Əyrək kimi, "İrəvan əyalətinin icmal dəftəri"ndə Əyərək, Qafqazın 5 verstlik xəritəsində Əkərək (Aqarak) kimi qeyd edilmişdir. Adı XVI əsrin əvəllərindən çəkilir. XVI və XVIII əsrlərə aid tarixi mənbələrdə kəndin adının Əyrək, Əyərək formalarında qeyd olunmasına istinad edib bu qənaətə gələ bilirik ki, toponim "Kitabi-Dədə Qorqud" dastanlarında (X boyda) adı çəkilən Əgrək şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kənddə 1831-ci ildə 318 nəfər, 1873-cü ildə 388 nəfər, 1886-cı ildə 536 nəfər, 1897-ci ildə 603 nəfər, 1908-ci ildə 629 nəfər, 1914-cü ildə 720 nəfər, 1916-cı ildə 653 nəfər, 1919-cu ildə 425 nəfər yalnız azərbaycanlı yaşamışdır. "Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti"ndə burada 1920-ci illərə kimi hansı xalqın yaşadığı göstərilmir. Yalnız 1897-ci ildə 603 nəfərin yaşadığı qeyd edilir ki, onların da azərbaycanlı və ya erməni olduğu göstərilmir. Bu da erməni siyasətinin bir formasıdır.
Barbi
Barbi (ing. Barbie) — uşaq oyuncağı, kukla. Əsasən 3 yaşdan 14 yaşa qədər qızlar üçündür. 1959-cu ildə ABŞ-də Viskonsin ştatında buraxılmışdır. Onun yaradıcıları Rut və Elliot Handlersdir. Barbinin tam adı Barbara Millicent Robertsdir. Kuklanın meydana çıxmasından keçən müddət ərzində onun bir çox çeşidi və aksesuarları buraxıldı, Barbi dünya miqyasında populyarlıq qazandı, bir brend və pop kumirinə çevrildi. == Tarixi == Dünyada ən məşhur olan gəlincik Barbinin anası və onun əsas yaradıcısı Rut Hendler hesab olunurdu. Keçən əsrin 40-cı illərinin ortalarında Hendler ailəsi şəkillərin qoyulması üçün xüsusi çərçivələr hazırlayan kompaniya açmağı qərara aldılar. Nəticədə ailənin kişisi Rut Elliot düşündü və qərara gəldi ki, nəyə görə istifadə etdikləri ağac parçalarının qırıntılarını atsınlar?
Karpi
Karpi(it. Carpi, emil.-rom. Chèrp) — İtaliyanın Modena vilayətinin Emilia-Romagna regionunda şəhər. == Coğrafiyası == Neapol körfəzinin əsl incisi olan Kapri, keçmişdə olduğu kimi, indi də İtaliyanın ən məşhur və mötəbər kurort şəhərlərindən hesab edilir. Buna görə də təəccüblü deyil ki, insanlar buraya nəinki istirahət etməyə, həm də dənizin qoynunda olan bu təbiət möcüzəsinə tamaşa etməyə can atırlar. Bundan əlavə, Kapri sözün əsl mənasında, təbiətin bəxş etdiyi unikal müalicəvi resurslara malik əsl kurort şəhəridir. Kapriyə səyahət son zamanlar Rusiya turistlərinin böyük marağına səbəb olmuşdur. Bəzən Kapridə istirahət materikdəki istirahətə nisbətən daha dəbdəbəli və prestijli görünür. Tez-tez Kapri ilə bağlı maraqlı turlara rast gəlinir, məsələn, Kapri ilə yanaşı, İtaliyanın bir neçə şəhərinə ekskursiyalı səyahətlər. Digər kurort şəhərində istirahət etsəniz də, yay günlərinin birində Kapri şəhərinə siz də təşrif buyura bilərsiniz.
Karri
Karri — Cənubi Asiya mənşəli ədviyyatlı sous. Karriyə əlavə olunan ədviyyat qarışıqları da karri adlanır. Bəzən karrilərə karri ağacının (lat. Murraya koenigii) yarpaqları da əlavə olunur, amma bu mütləq deyil. == Etimologiya == Bu söz "sous" mənasını verən Tamil mənşəli sözdən (tam. கறி) yaranmışdır. Demək olar ki, Cənubi Asiya üslubunda sous əsasında və ədviyyatlarla hazırlanmış hər hansı bir yeməyi Qərb dünyasında karri kimi adlandırmaq olar. Hindistanın cənubunda yayılmış müxtəlif növ pörtlədilmiş tərəvəzdən, paxlalılar və ya ətdən hazırlanmış ətirli duru, qatı maye yeməklər. Avropa mətbəxində "karri" termini, bir qayda olaraq, karri ədviyyatlarını sousa əlavə etməklə hazırlanmış quru halda, tavada və yaxud qrildə qızardılmış yeməklərə aiddir.
Karib
Karib hövzəsi və ya Vest-Hind — Karib dənizi, Karib adaları və sahil ərazilərini əhatə edən coğrafi region. Karib hövzəsi ölkələrinə daxildir: Yamayka, Haiti, Kuba, Dominikan Respublikası, Puerto-Riko, Qrenada, Sent-Lüsiya və s. Bu bölgə Meksika körfəzi və Şimali Amerikanın cənub-şərqində, Mərkəzi Amerikanın şərqində və Cənubi Amerikanın şimalında yerləşir. Əhalisi 37,5 milyon nəfərdir.
Kabri
Kabri (fr. Cabris) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qras dairəsi, Qras-1 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sen-Valye-de-Tye kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 5,43 km², əhalisi — 1558 nəfərdir (2006) artım tendensiyası ilə: 1384 nəfər (2012), əhalinin sıxlığı 254,9 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 1427 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 1384 nəfər.
Euphorbia karoi
Acı südləyən (lat. Euphorbia esula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Esula angustifolia Haw. Esula ararica (Jord.) Fourr. Esula dalechampii Haw. Esula major Garsault [Invalid] Esula pseudocyparissias (Jord.) Fourr. Esula riparia (Jord.) Fourr. Esula salicetorum (Jord.) Fourr. Esula vulgaris Fourr. Euphorbia androsaemifolia Schousb.
Kardi B
Belkalid Marlenis Almanzar (ing. Belcalis Marlenis Almanzar; 11 oktyabr 1992[…]) — Əslən dominikanlı olan amerikalı repçi, bəstəkar və aktrisa. Əsasən Kardi B adı ilə tanınır.
Karib Niderlandı
Karib Niderlandı (nid. Caribisch Nederland) — Karib dənizində Niderlanda aid 3 özəl bələdiyyədən ibarət ərazi. Müdafiə və beynəlxalq məsələləri Niderland Krallığının səlahiyyətlərindədir. Niderland Karibindəki 6 adadan 3-cü Karib Niderlandında birləşmişdir. Bunlar Boneyr, Sint-Estatius və Saba adalarıdır. Qanuni formada bu üç ada ayrıca BES adaları (adaların baş hərflərindən ibarət olan abbreviatura) olaraq da adlanırlar. == Statistika == == İqtisadiyyatı == === Pul vahidi === 1 yanvar 2011-ci ilə qədər Karib Niderlandına daxil olan 3 adanın hamısında Niderland Antilləri quldeni istifadə edilmişdir. Adalar bu tarixdən sonra Niderland Krallığında istifadə olunan avro və ya keçmiş Niderland Antil adalarına aid ərazilər olmuş Kürasao və Sint-Martenin istifadə etdikləri Karib quldeni əvəzinə ABŞ dollarını seçir. Hazırda da ölkənin pul vahidi ABŞ dollarıdır. == İqlimi == Karib Niderlandının adaları bütün il boyunca isti keçən tropikal iqlimin təsiri altındadır.
Karib böhranı
Karib böhranı və ya digər adı ilə Kuba raket böhranı — SSRİ ilə ABŞ arasında ABŞ-yə məxsus ballistik raketlərin İtaliya və Türkiyədə yerləşdirilməsi, həmçinin buna cavab olaraq Sovet raketlərinin Kubada yerləşdirilməsi nəticəsində 16–28 oktyabr 1962-ci il tarixləri aralığında meydana gələn gərginlikdir. Bu qarşıdurma Soyuq müharibə ərzində genişmiqyaslı nüvə müharibəsinin başlamasına yol açacaq ən yaxın münaqişə olaraq da tanınır. Kubalılar bu böhranı "oktyabr böhranı" adlandırırlar (SSRİ-də baş verən oktyabr inqilabı ilə eyniləşdirmək istəyi olaraq). ABŞ-də "Kuba raket böhranı" (ing. Cuban missile crisis) terminindən istifadə olunur. Soyuq müharibə dövrü çəkişmələrin kifayət qədər qızdığı və bir mənada yer üzünün nüvə fəlakətindən döndüyü Karib böhranı, şübhəsiz dünya siyasi tarixinin yaxın dövrdə baş verən vacib hadisələrindən biridir. == Böhran ərəfəsindəki vəziyyət == Manhatan layihəsi ilə dünyada ilk dəfə nüvə silahını istehsal edən ABŞ, bu silahı Yaponiyada 2 dəfə sınamaqdan çəkinməmiş və böyük bir faciəyə yol açmışdır. 1945-ci il avqustun 6-da Hiroşimaya, avqustun 9-da Naqasakiyə atılan bombaların nəticəsində 250.000 insan həyatını itirmiş, bu bölgələrdəki təsirləri on illər boyunca silinməyəcək kimyəvi-bioloji zərərlər buraxmışdır. ABŞ-nin atom bombası riskinin gözə almasının əsl səbəbləri Yaponiyanın işğalını asanlaşdırmaq və o vaxtlarda Yaponiyaya hələ də müharibə etməmiş olan Sovet Birliyinə bu dəhşətli silahla dünya liderliyinin onda olduğu mesajını vermək istəməsi idi. Müharibənin sonrasında Sovet Birliyinin nüvə silahı və atom bombalarının dünya səviyyəsində yox edilməsi mövzusunda verdiyi təklif ABŞ tərəfindən rədd edilmiş və bu səbəblə Sovet Birliyi də öz təhlükəsizlik strategiyasını inkişaf etdirərək nüvə proqramını 4 il içərsində uğurla sınamağa başlamışdır.
Karib dənizi
Karib dənizi - Atlantik okeana daxil olan Qərb yarımkürəsində tropik dənizdir. Səthinin sahəsi 2 754 000 m², ən dərin nöqtəsi 7,686 metrdir. Cənubi Amerikanın sahilindədir. Вoğazları: Yamayka boğazı, Külək üstü boğaz.
Karib hövzəsi
Karib hövzəsi və ya Vest-Hind — Karib dənizi, Karib adaları və sahil ərazilərini əhatə edən coğrafi region. Karib hövzəsi ölkələrinə daxildir: Yamayka, Haiti, Kuba, Dominikan Respublikası, Puerto-Riko, Qrenada, Sent-Lüsiya və s. Bu bölgə Meksika körfəzi və Şimali Amerikanın cənub-şərqində, Mərkəzi Amerikanın şərqində və Cənubi Amerikanın şimalında yerləşir. Əhalisi 37,5 milyon nəfərdir.
Karli Fiorina
Karli Fiorina (ing. Carly Fiorina) və ya doğum adı ilə Kara Karlton Çak (ing. Cara Carleton Chuck; d. 6 sentyabr 1954-cü il, Ostin, Texas) — ABŞ biznesmeni və siyasətçisi.
Karli Çaykin
Karli Hanna Çaykin (ing. Carly Hannah Chaikin; 26 mart 1990, Santa-Monika, Kaliforniya) — ABŞ aktrisası. Karyerasına 2009-cu ildə "Suburgatory" sitkomu ilə başlamışdır.
Karpi FK
Karpi FK (it. Carpi Football Club 1909 ) - İtaliyanın Karpi şəhərini təmsil edən futbol klubu. Klub 1909-cu ildə təmsil ediyi şəhərin tələbəsi Adolfo Fankoni tərəfindən yaradılmışdır. İlkin adı Jucunditas olan klubunun adı sonralar Associazione Calcio Carpi formasında dəyişdirilmişdir. İtaliya B Seriyasında çıxış edən Karpi 2014–15-ci il mövzsümündə I yeri tutaraq İtaliya A Seriyasına vəsiqə qazanmışdır. İlk dəfə 1919-1920-ci illərdə İtaliya A Seriyasında çıxış edən Karpsi 93 ildən sonra əsas liqaya qayıdan ilk komanda hesab olunur.
Karri çörəyi
Karri çörəyi (カレーパン, karē pan) – populyar Yaponiya yeməyi. Bir miqdar Yapon karrisi xəmirlə qarışdırılır, xəmirə çörək qırıntıları əlavə edilir, daha sonra qızardılır. Bəzən isə qızardılmır, lakin qızardaraq bişirmək çörəyin ən geniş hazırlanma metodudur. Karri çörəyini çörəkçilərdə və mağazalarda tapmaq olar. == Populyar mədəniyyətdə == Kare pan man ("Karri çörəyi adamı") "Anpanman" kitab seriyasının superqəhrəmanlarından biridir. Onun başı karri çörəyindəndir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Karri çörəyi ilə əlaqəli mediafayllar var. Necə karri çörəyi bişirməli.
Kredit kartı
Kredit kartları (ingiliscə: Credit Cards) - hesablaşma zamanı nağd kredit istifadə imkanını yaradır. Çeklərə nəzərən kredit kartlarıyla ödəniş daha da qarantlıdır. Çeklərin qarşılıqsız çıxması və ya ödəmələrin gecikməsi və satışı həyata keçirən yerlərin öz kredit satışları nəticəsində bəzi alacaqlarını ala bilməməsi və ya gecikmələrlə alması nəzərə alındıqda kredit kartları satıcılar üçün daha avantajlı sayılır. Banklar kart sahiplərinə ayda bir dəfə cəmi aldıqlarının 25%-nin ödənməsini tələb etməklə, geri qalmış vəsaitin isə kredit olarak ödəmə imkanı təmin edirlər. Kredit kartı üzrə ödəmələr həm hesabda olan vəsait qalığı çərçivəsində həm də icazəli overdraft çərçivəsində heyata keçirilir. Kredit kartların digər növü revolver kredit kartlarıdır və bu kartla ödəmələr icazə verilmiş kredit limiti çərçivəsində, yəni kredit borcun maksimal həddi dərəcəsində həyata keçirilir.