Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Karvan
Karvan — tarixən quru nəqliyatı həyata keçirdən donanma. Nəqliyyat at, qatır, eşşək və daha çox dəvələrlə edilərdi. Karvanlarda olan dəvələrin daşıdıqları yüklərə görə ağır və ya yüngül karvan adları verilərdi. Ağır karvandakı dəvələr 300–350, yüngül karvanda isə 170 kq yük daşıyardılar. İndiki vaxtda bir çox motorlu quru, dəniz və ya hava vasitəsindən meydana gələn nəqliyyat qruplarına donanma və.s kimi adlar verilir == Tarixi == Ağır karvanlardan ən böyükləri ildə bir dəfə Şam və Misirdən Hicaza gedən həcc karvanlarıydı. Ayrı-ayrı gedən bu karvanlardan Şamdan hərəkət edənlər mal və əşya xaricində 60–70.000, Misirdən gedənlər isə 40–50.000 adamı tapardı. Karvanların gedişləri qış və yaza görə dəyişik olardı.Qışda gündüz gedərlər gecə istirahət edərdilər. Yayda istinin təsirindən günəş doğulduqdan iki saat sonra gedişi kəsər istirahətə çəkilirlər, gecə gedərdilər. Şamdan çıxan karvan normal olaraq altmış bir gündə Məkkəyə çatır, həcc mövsümü keçincə mal alaraq sərnişinlərlə birlikdə qayıdardılar. Gediş və dönüş zamanı karvanlar təmiz, düzənlik yerlərdə, su kənarlarında, karvansaraylar olduğu mövqelərdə dayanardılar.
Kurgan
Kurqan — Orta Asiyada ki köhnə Türk məzarlarına verilən ad. Ümumiyyətlə dövlət idarəçisi olanlar üçün edilmişlər. Kurqanlar taxtalarla, bəzən də daşlarla çevrilmiş məzar otaqlarının üstünə bir metr ilə yetmiş metr arasında torpaq yığılmasıyla yaradılar. Kurqanlarda əsl məzar otağı bəzən düzbucaqlı, bəzən kvadrat və ya oval ola bilirdi. Cəsədin tapıldığı yerə bəzən doğrudan çatıla bilir, bəzən də bu otaq altda yerləşirdi. Cəsəd otağının döşəməsi ağac kötükləri və kalasdan hazırlanırdı. Cəsədlərin başı Şərqə çevrilmiş olar və əşyaları ilə birlikdə kurqanlara basdırılardı. Fərqli bölgələrdə kurqanlarda at cəsədlərinə də rast gəlinmişdir. Bu günə kimi olan ən əhəmiyyətli kurqan Qazaxıstandakı Esik kurqanıdır. Çöldə xüsusilə soylular üçün ən məşhur məzar növü kurqandır.
Kurqan
Kurqan — Orta Asiyada ki köhnə Türk məzarlarına verilən ad. Ümumiyyətlə dövlət idarəçisi olanlar üçün edilmişlər. Kurqanlar taxtalarla, bəzən də daşlarla çevrilmiş məzar otaqlarının üstünə bir metr ilə yetmiş metr arasında torpaq yığılmasıyla yaradılar. Kurqanlarda əsl məzar otağı bəzən düzbucaqlı, bəzən kvadrat və ya oval ola bilirdi. Cəsədin tapıldığı yerə bəzən doğrudan çatıla bilir, bəzən də bu otaq altda yerləşirdi. Cəsəd otağının döşəməsi ağac kötükləri və kalasdan hazırlanırdı. Cəsədlərin başı Şərqə çevrilmiş olar və əşyaları ilə birlikdə kurqanlara basdırılardı. Fərqli bölgələrdə kurqanlarda at cəsədlərinə də rast gəlinmişdir. Bu günə kimi olan ən əhəmiyyətli kurqan Qazaxıstandakı Esik kurqanıdır. Çöldə xüsusilə soylular üçün ən məşhur məzar növü kurqandır.
Kursan
Kursan(mac. Kurszán;847-904)—macarların başçısı, Arpadın müasiri. == Həyatı == Kursan macarların başçısı idi. 892-ci ildə Böyük Moraviya sərhədlərinə hücum etmişdi. O, çalışırdı ki, Frank dövləti ilə arası pozulmasın və varlığına son qoyulmasın.Onun törəmələri Kartel soyadını daşıyırdılar.
Kurtan
Kurtan — Tiflis quberniyasının Borçalı qəzasında,indi Cəlaloğlu (Stepanavan) rayonunda kənd.
Kutsan
Kürban
Kürban (fr. Curbans, oks. Curbans) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. La-Mot-dü-Ker kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04066. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 390 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 239 yaşda olan (15-64 yaş arasında) 190 nəfər iqtisadi cəhətdən fəal, 49 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79.5%, 1999-cu ildə 66.8%). Aktiv olan 190 nəfərdən 176 nəfəri (97 kişi və 79 qadın), 14 nəfəri işsizdir (6 kişi və 8 qadın).
Kürdan
Liqvan
Liqvan və ya Liğvan (fars. ليقوان‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanının Mərkəzi bəxşinin Meydançay dehestanında yerləşən kənd. Bu kənd pendirinə görə məşhurdur. Bu kənd "Livan" və "Levan" kimi də adlanır. 2006-cı il əhalinin siyahıya alınmasına görə əsasən, kəndin əhalisi 5,359 nəfərdən ibarət idi.
Vaqvan
Vaqvan — Yuxarı Qarabagda İbrahim xana məxsus kəndlərdən birinin adı İndi Ağdam r-nunda Bağbanlar kəndinin adında qalır.
Ağvan
Ağvani və ya Ağvan — Ermənistanın indiki Sünik mərzində kənd. Ağvan (çay) — Şuşa rayonu ərazisində çay. Qarqar çayının qoludur.
Kağan
Xaqan (q.türk 𐰴𐰍𐰣) — erkən orta əsrlərdə bir çox türkdilli xalqlarda dövlət başçısının titulu. "Xaqan" termininə ilk dəfə çin salnamələrində rast gəlinir. Sonralar Kiyev knyazları da bu titulu qəbul etdilər. Monqol imperiyası dövründə isə bu titul "imperator" mənasında işlədildi. Monqol imperiyasında kaan şəklində idi. == İstifadəsi == Bu titula ilk dəfə qədim çin mənbələrində rast gəlinir. Onlar III yüzillikdə yaşayan syanbilərin ulu xanını belə adlandırırlar. 402-ci ildə jujanlar hun titulu olan şanyünün əvəzinə xaqanı qəbul etmişdilər. 551-ci ildə avarlar və göytürklər bu titulu jujanlardan aldılar. Göytürk xaqanlığı çökdükdən sonra digər türk xalqları - xəzərlər, uyğurlar, qarluqlar, kiməklər və qırğızlar xaqan titulundan istifadə etdilər.
Kuban
Kuban çayı — Şimali Qafqazın Qaraçay-Çerkesiya və Adıqe respublikaları, Stavropol və Krasnodar diyarları ərazisindən axan çay. Kuban Şimali Qafqazın iki böyük çayından biridir. O birisi Terekdir. Başlanğıcını, Elbrus dağının cənub-qərb ətəyindəki buzlaqlarda qaynaqlanan Üçkulan və Ullukam qollarının birləşməsindən götürür. Kuban çayının uzunluğu 870 km, Ullukamla birlikdə 900 km. Hövzəsinin sahəsi 57900 kv.km. Temrük şəhəri yanında, Petruşin adlanan əsas qolu ilə Azov dənizinə tökülür. Kazaçiy yerik və Perevoloka qolları ilə suyunun bir hissəsini Axtanizovski limanına və duzsuzlaşdırma kanalı vasitəsi ilə Qızıldaş limanına axıdır. Azov dənizinə 116 km qalmış, böyük qolu - Protoka - sağa ayrılır və Açuyevo qəsəbəsi yanında Azov dənizinə tökülür. Ümumi çoxillik axımının orta həcmi 13,5 kum/m.
Kuran
Kuran (Soyuqbulaq)
Kutan
Kutan (Sərdəşt) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. Kutan-i Süfla (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Kuçan
Kuçan — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Qoçan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 96,953 nəfər və 25,066ailədən ibarət idi. Əhalisinin əksəriyyəti tatlar, kurmanclar və Xorasan türklərindən ibarətdir. Az sayda türkmənlər, ermənilər, mazandaranlılar, bəluclar, ərəblər və azərbaycanlılarda bu şəhərdə yaşayırlar.
Kuşan
Kuşanlar — Kuşan padşahlığının əsas əhalisi. E.ə. I əsrdən Orta Asiyada yaşamışdılar. I–III əsrlərdə qüdrətli dövlət yaratmışdılar. Kuşanların mənşəyi dəqiq məlum deyil. Onlar Orta Asiyada yaşamış irandilli toxarlarla eyniləşdirilir. Kuşanların türkdilli olmaları da ehtimal edilir.
Kuşva
Kuşva — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Küman
Küman — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 190 nəfərdir. == Toponimiyası == Oykonim minilliyin ortalarından kaymakların (kimakların) tərkibində olmuş koman/ kuman türk tayfasının adını əks etdirir. Komanlar rus mənbələrində 1078-ci ildən poloves adı ilə məlumdur. X əsrdə Volqanı keçərək Qara dəniz sahillərinə köçmüşlər. Komanların bir qismi qıpçaqların tərkibində Azərbaycana gələrək burada məskunlaşmışlar.
Muğan
Yaşayış məntəqələri Muğan dairəsi — 1929–1930-cu illərdə mövcud olmuş inzibati-ərazi vahidi. Muğan şahlığı Muğan (tarixi ərazi) Muğan mahalı — tarixi-coğrafi ərazilərdən biri. Muğan (Hacıqabul) — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində qəsəbə. Muğan (kənd, Biləsuvar) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun inzibati ərazi vahidində kənd. Muğan (qəsəbə, Biləsuvar) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun inzibati ərazi vahidində möbcud olmuş qəsəbə. Muğan (Cəlilabad) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Muğan (Karbi) — Karbi mahalında kənd. Muğan (Germi) Digər Muğan düzü — Azərbaycan Respublikasında düzənlik. Muğan Salyan FK — Azərbaycan Respublikasının Salyan rayonunda futbol klubu. Muğan (əsər) — Səməd Vurğunun poeması.
Ünvan
Poçt ünvanı, ünvan — şəxsin yaşadığı və ya müəssisə və ya idarənin yerləşdiyi yer. Coğrafi mənada — Yer səthində nəyinsə yerləşmə koordinatları.
Beş kurqan
Düşvan (Salmas)
Deşvan (fars. دشوان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 269 nəfər yaşayır (49 ailə).
Hisar Xürvan
Hisar Xürvan (fars. حصارخروان‎) iranın Qəzvin ostanının Əlburz şəhristanının Məhəmmədiyə bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 3,949 nəfər yaşayır (1,318 ailə).
Kalvan (Urmiya)
Kalvan (fars. كلوان‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 43 nəfər yaşayır (11 ailə).