Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lavar (İzer)
Lavar (fr. Lavars) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Mans kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38208. Kommunanın 1999-cu il üçün əhalisi 1810 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Alvar
ToponimlərAlvar (kommuna)
Davar
Davar - qoyun, keçi kimi əhlilləşdirilmiş heyvanlara və onların sürülərinə verilən ad, mal-qara. == Etimologiyası == Davar sözü qədim türkcədəki tavar sözündəndir.
Havar
Havar adaları (ərəb. جزر حوار‎) — Hind okeanına aid Fars körfəzində yerləşən arxipelaq. Adalar inzibati cəhətdən Bəhreynin Cənub muxafazasına daxil olsa da 16 adadan üçünə Qətər iddia edir. == Coğrafiyası və təsviri == Arxipelaqın mərkəzi Bəhreynin əsas adasından 25 km cənub-şərqdə yerləşir. Arxipelaqın bir qutaracağı Qətərin qərbindən bir km məsafədə yerləşir. Bu səbəbdən 16 adadan üçünün hansı dövlətə mənsub olması mübahisələrə səbəb olur. Ümumilikdə isə bəzi mənbələrdə ada, adacıqlar, qumlu dillər, dayazlıq və bankələrin sayı ilə birlikdə 36 adanın hələdə dəqiq kimə mənsubluğu müəyyən edilməmişdir. Arxipelaqın uzunluğu 23 kilometr, eni isə 8 km təşkil edir. Ümumi sahəsi isə cəmi 52 km²-dir. Ən böyük adası Havar adlanır.
Laval
Laval (Mayen)
Lavaş
Lavaş — su, un və duzla emal edilən çörək növü. Kövrək çörəkdən qalın, pidedən nazikdir. Dürmək üçün də istifadə edilir. Türkiyə, Azərbaycan, Gürcüstan, Ermənistan və İranda geniş şəkildə yeyilir. == Sözün mənşəyi == Dilçinin sözlərinə görə, "lavaş" sözünün mənşəyi iki hissədən ibarətdir: "lav" və ya "lay" "qat" deməkdir, "aş" isə bütün türk dillərində "qida" anlamı verir. Beləliklə, "lavaş" "qat-qat qida" anlamına gəlir. Lavaş çörəyinin bəzi növlərini quru halda həftələrlə, aylarla saxlamaq mümkündür. Hərbi yürüşlər, səyahət zamanı o cümlədən qışlaq-yaylaq təsərrüfat həyatı sürən çobanlar üçün yola belə çörəyi götürmək əlverişli idi. Quru lavaşı azca nəm etməklə yeməyə hazır vəziyyətə gətirmək olur. Ona bükülmüş pendiri, şoru, qaymağı, yağı atdan enmədən rahatlıqla yemək mümkündür.
Lavur
Lavur (fr. Lavours) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belle kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01208. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 148 nəfər təşkil edirdi.
Laxar
Laxar - (rus. лахар, ing. lahar) vulkan ma­te­rial­larının yağış suyu, krater gölü­nün suyu, yaxud vulkan yamacında qarın, və ya buzun ərinti suyu ilə qarışması nəticəsində əmələ gələn palçıq axını. İsti və soyuq L. ayrılır: isti L.-qaynar piroklastik məhsul­lardan əmələ gəlir, soyuq L.-püs­kürmə ilə bilavasitə əlaqəsi olma-yan kövrək vulkanik məhsullardan təşkil olunur.
Avar
Avar dili — Qafqazda yaşayan xalqlardan biri olan avar xalqının dili. Avarlar (qafqazdilli) — Dağıstan Respublikasında ən böyük, Azərbaycanda sayca altıncı böyük etnik qrup. Avarlar — Avar xaqanlığını quran türk xalqı. Avar xaqanlığı — bu günki Macarıstan, Slovakiya, Rumıniya və Serbiya torpaqlarında 562-823-cü illər arasında hökm sürən Türk dövləti. Ağ Hunlar — Hunların qərb qolu.
Lava
Lava (it. lava – doldurur) (rus. лава, ing. lava)– vulkan püskürməsi zamanı yer səthinə axıb tökülən və ya təzyiqlə sıxışdırılan, əsasən, silikat ərintidən ibarət qızğın maye və ya çox qatı kütlə. Lava soyuyarkən tərkibinə uyğun müxtəlif effuziv süxurlar əmələ gətirir. Güclü püskürmələr zamanı lava bütün səthi dolduraraq lava örtükləri əmələ gətirir. Bu halda adətən dağ düzənlikləri – lava platoları yaranır. Sıxışdırılan közərmiş maye və ya qatı kütlə. Soyumuş l. axmış (effuziv) və ya sıxışdırılmış (ekstruziv) sü­xur­lar əmələ gətirir.
Alvar (kommuna)
Alvar (fr. Allevard) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ot-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38006. Kommunanın 2012-ci il üçün əhalisi 3881 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 399-dan ilə 2749 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 36 km şimal-şərqdə yerləşir.
Alvar (Əhər)
Alvar (fars. الوار‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 82 nəfər yaşayır (17 ailə).
Alvar Aalto
Hüqo Alvar Henrik Aalto (3 fevral 1898[…], Kuortane, Finlandiya knyazlığı – 11 may 1976[…], Helsinki[…]) — Finlandiyalı memar və dizayner, Şimali Avropada "modernizmin atası", müasir dizaynın banilərindən biri. Aalto Universiteti onun şərəfinə adlandırılıb. Kilsə memarlığı layihələrinin müəllifidir. Modern dizaynlı mebel nümunələri dünyada geniş yayılmışdır. 1963–1968-ci illərdə Finlandiya Akademiyasının prezidenti olmuşdur. == Həyatı == Hüqo Alvar Henrik Aalto 1898-ci ildə Kuortanedə doğulmuşdur. 1916-cı ildə Helsinki Politexnik İnstitutuna daxil olmuş, 1918-ci ildə o təhsilini Finlandiyanın müstəqilliyi uğrunda müharibəyə görə yarımçıq qoyub, fin ordusunun əsgəri kimi bu müharibədə iştirak etmişdir. Müharibədən sonra, 1921-ci ildə İnstitutu bitirmiş və memar diplomunu aldımışdır. 1923-cü ildə Yuvaskyulaya qayıtdı və orada özünün ilk memarlıq ofisini açır. Sonrakı ildə isə o, memar Aino Marsio ilə evlənir.
Alvar Qulstrand
Alvar Qulstrand (isv. Allvar Gullstrand; 5 iyun 1862[…] – 28 iyul 1930[…]) — İsveç oftalmoloqu və optiki.
Bavar 373
Bavar 373 (farsca: باور -۳۷۳, “inanmaq” deməkdir) — İranın 2016-cı ilin avqust ayında təqdim edilmiş uzun mənzilli yer-hava tipli mobil ballistik raket sistemidir. İran bunu S-300 raket sisteminə rəqib kimi tanıdır. İran Müdafiə Nazirliyi tərəfindən adları açıqlanmış yerli istehsalçılar və universitetlərlə əməkdaşlıq nəticəsində istehsal olunmuşdur. Sistem 22 avqust 2019-cu il tarixində İran Prezidenti Həsən Ruhaninin qatıldığı mərasimdə rəsmi olaraq açıqlandı və eyni gün arsenala qəbul edilmişdir. == Tarixi == Rusiya S-300 sistemlərinin İrana ixracına qadağa qoyduqdan sonra (2015-ci ildə qərar ləğv edilmişdir) İran oxşar sistem hazırlamağa qərar verdi: “S-300-ə bənzər uzun mənzilli hava hücumundan müdafiə raket sistemi qurmağı planlaşdırırıq. Allahın lütfü və mühəndislərimizin səyləri ilə özümüzü təmin etməyə nail olacağıq”Sonra sistemin adının Bavar 373 olacağı bilindi. Bavar “inanmaq” deməkdir və 373 Əbcəd hesabı ilə Məhəmməd peyğəmbərin adıdır. Xatəmül-Ənbiya bazasının komandiri Fərzad İsmaili İran mediasına bunları demişdir: Bu sistemin inkişafı S-300 müqaviləsinin ləğvi ortaya çıxması və İran heyətinin hələ də Rusiyada bu mövzuda təhsil aldığı dövrdə, ali lider Ayətullah Xameneinin birbaşa göstərişi ilə başlamışdır. Layihənin prototip dizayn mərhələsində olduğunu və S-300-ün zəif tərəflərindən təsirlənməyəcəyini söyləmişdir. Aşkarlama və radarlar sahəsində çox yaxşı bir nöqtəyə çatdıqlarını və müdafiə nazirliyinin hər biri fərqli bir mənzik və yüksəklik üçün iki və ya üç raket üzərində çalışdıqlarını söylədi.
Benjamen Pavar
Benjamen Pavar (fr. Benjamin Pavard 28 mart 1996[…], Moböj) — Sağ cinah müdafiəçisi rolunu oynayan footbolçudur. Bayer Münhen və Fransa milli komandalarının şərəfini qoruyur. O öz karyerasına Fransanın Lille komandasında başlamış və 2016-cı ildə Ştutqard klubuna transver olaraq 2. Bundesliqa titulunu özünün ilk sezonunda qazanmışdır. Milli karyera debütünü Noyabr ayının 2017də başlamış və Rusiyada keçirilən 2018 FİFA World Cup əsas müdafiəçi rolunu oynamışdır. == Klub karyerası == === Lill === Nord şəhərində anadan olan Pavard, gəncliyini Lille klubunda keçirmişdir. O, ilk debütünü 2015-ci il yanvarın 31-də "Nantes" klubuna qarşı keçirmişdir. === Vfb Ştutqart === ==== 2016–17 mövsümü ==== 30 avqust 2016-cı ildə Pavard 4 illik müqavilə imzalayıb VfB Stuttgart'a köçdü. O, SpVgg Greuther Fürth üzərində 4–0 ev qalibiyyəti qazanaraq, 3 oktyabr tarixində 2.
Cəzirət-Havar
Cəzirət-Havar adası (ərəb. جزيرة المحرق‎) — Fars körfəzindəki Havar arxipelaqının ən böyük adası. İnzibati cəhətdən Bəhreynin Cənub muxafazasına aiddir. Ada meridional istiqamətdə uzanır. Adanın uzunluğu 18 km, eni isə 0,9-5,2 km arasında dəyişir. Sahəsi 40 km²-dir. Qrupun digər adalarından dar boğaz (3–4 km) ilə ayrılır. Cəzirət-Havar adası düzən relyefə malikdir (maksimum hündürlüyü dəniz səviyyəsindən 19 m-dir). Qumlu və susuz adadır. Onun şimal-qərb və cənub-şərq ucqarlarını şoranlıqlar tutur.
Gavar (Kəleybər)
Gavar (fars. گوار‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 452 nəfər yaşayır (92 ailə).
Gavar (Təbriz)
Gavar (fars. گوار‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 175 nəfər yaşayır (45 ailə).
Havar Məmmədov
Havar Əmir oğlu Məmmədov (9 oktyabr 1945, Qızılkənd, İmişli rayonu) — Bakı Mühəndislik Universitetinin rektoru (2017-2023), İxtisaslaşdırılmış D02.031 dissertasiya şurasının sədri, texnika elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi (2015), Rusiya Mühəndislik Akademiyasının həqiqi üzvü (2001), Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü (2001), Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü və vitse-prezidenti, Beynəlxalq Şərq Neft Akademiyasının müxbir üzvü. Xəzəryanı dövlətlərin Universitetləri Assosiasiyasının prezidenti (2003–2004). Almaniyanın Köln Tətbiqi Elmlər Universiteti senatının fəxri üzvü, Bolqarıstanın Varna Texniki Universitetin fəxri doktoru, Rusiyanın Astarxan və Rostov Texniki Universitetlərinin fəxri professoru, Ukraynanın Odessa Rabitə və İnformasiya Texnologiyaları Universitetinin fəxri doktoru, Gürcüstan Texniki Universitetinin fəxri doktoru. == Elmi fəaliyyəti == Texnika elmlər doktoru, professor Məmmədov Havar Əmir oğlu 1968-ci ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun "Avtomatika və hesablama texnikası" fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və "Avtomatika və telemexanika" ixtisasına yiyələnmişdir. Ali məktəbdə oxuduğu müddətdə əla təhsilinə və ictimai işlərdə fəal iştirakına görə Lenin təqaüdünə layiq görülmüşdür. 1968–1970-ci illərdə o, AzPİ-nin "Avtomatika və telemexanika" kafedrasında assistent vəzifəsində çalışmış, 1970–1974-cü illərdə həmin institutun əyani şöbəsinin aspirantı olmuşdur. 1970–1971-ci illərdə ordu sıralarında hərbi xidmətini başa vurduqdan sonra o, aspiranturada təhsilini davam etdirmişdir. 1974–1984-cü illərdə AzPİ-nin "İstehsalat proseslərinin avtomatlaşdırılması və hesablama texnikası" kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində uğurla çalışmışdır. H. Ə. Məmmədov institutun ictimai həyatında fəal iştirak etmişdir. O, 1973–1975-ci illərdə AzPİ-nin Komsomol Komitəsi katibinin müavini, 1980–1983-cü illərdə Partiya Komitəsi katibinin müavini, 1983–1984-cü illərdə isə institutun Partiya Komitəsinin katibi olmuşdur.
Katolikos Lazar
Katolikos Lazar (Qafqaz albanlarının dili:𐔾𐔰𐔰𐔵𐔰𐕙) və ya Ğazar (erm. Ղազար) - Alban katolikoslarından biri. Mxitar Qoşun katolikoslar siyahısında adı 7-ci yerdə çəkilir. Alban salnaməsində göstərilir ki, o Beqamej adlanan bir yerdə (Kirakos Qandzaketsinin məlumatına görə, Bərdə və Beyləqanın arasında, müasir Ağcabədidə) Ğazarabadı və Müqəddəs Pantaleon kilsəsini tikdirmişdir. Kirakosa görə 8 il hakimiyyətdə olmuşdur.
Laxar brekçiyaları
Laxar brekçiyaları - (rus. брекчии лахаровые, ing. lahar breccia, breccia volcanic mudflow) püskürmə ilə eyni vaxtda baş verən palçıq axımı çö­küntüləri; narın materiallarla se­ment­ləşmiş vulkan qırıntıları və qaymalarından təşkil olunur.
Lazar Parpetsi
Lazar Parapetsi (erm. Ղազար Փարպեցի; 442, Pərpi, Böyük Ermənistan – 510, Pərpi, Sasanilər İmperiyası) — V əsr erməni tarixçisi. Knyaz Vardan Mamikonyanın xahişi ilə Favstos Buzandın tarixini davam etdirən keşiş. == Ermənistan tarixi == Lazar Parpetsi tərəfindən V əsrin sonu-VI əsrin əvvəllərində yazılmış Ermənistan tarixi əsərində Cənubi Qafqaz xalqlarının istiqlaliyyət uğrunda mübarizəsindən bəhs edilir. Parpetsi 387-ci ildə Ermənistanın parçalandığı vaxtdan V əsrin sonlarınadək olan bir dövrdə baş verən hadisələri əhatə edir. Sənədlərə və müasirlərinin dediklərinə əsaslanan müəllif 450-451-ci illərdə Sasanilər əleyhinə hərəkat haqqında Yelişenin məlumatlarını zənginləşdirir və 481-484-cü illərdə Cənubi Qafqaz xalqlarının Sasanilərə qarşı üsyanını təsvir edir. Parpetsinin əsəri bir də ona görə qiymətlidir ki, bütün erməni müəlliflərindən fərqli olaraq o, bütün Qafqaz xalqları arasındakı yekdillik və bərabərliyi tez-tez xatırladır. == Ədəbiyyat == Muradyan, Gohar. ŁAZAR PʿARPECʿI // Encyclopaedia Iranica. 2018.
Lazar Xrebelyanoviç
Lazar Xrebelyanoviç (serb. Лазар Хребељановић; 1329[…] – 15 iyun 1389, Kosovo sahəsi) — Serbiyanın sonuncu müstəqil knyazı.
Lazar Şaineanu
Lazar Şaineanu (23 aprel 1859- 11 may 1834) — rumın dilçisi, folklorçusu. == Həyatı == Lazar Şaineanu 1859-cu ildə anadan olmuşdur. 1901-ci ildə Fransaya köçmüş, École des hautes étudesdə təhsil işçisi olaraq çalışmışdır. Şäineanu rumın dili üzrə yazdığı əsərlərlə tanınmışdır. Bundan əlavə türk dili, türk tarixi və türk mədəniyyəti üçün böyük əhəmiyyət kəsb edən bir əsər yazmışdır. «Influenta orientalä asupra limbei şi culturei romäne» (1900) adı ilə nəşr olunan bu əsərdə rumin dilində türk dilindən alınma sözlərdən bəhs olunur. Şäineanudan əvvəl Theophil Loebelde bu haqda əsər yazmışdır («Elemente turceştı, ara- beştı şi persane ın limba Romänä», 1894). Loebel Şäineanunun əsəri ilə əlaqədar öz fikir və düşüncələrini də dərc etdirmişdir («Contributioni i observatiuni relative la opera "Influenta orientalä" de L. Şäineanu», 1909). Son illərdə Heinz F. Wendt «Die türkischen Elemente im Rumänischen» (1960) adlı əsərində rumin dilində istifadə olunan türk sözlərini təkrar gözdən keçirsə də, Şäineanunun tədqiqatları bu sahədə nəşr olunan ilk əsər olaraq öz əhəmiyyətini itirməmişdir.