Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Leviafan
Leviafan (ivr. ‏לִוְיָתָן‏‎ transliterasiya: livyatan - “burulmuş, bükülmüş”; müasir “balina” mənasını verir) — bibliyada Tanrı tərəfindən yaradılmış digər dəniz bədheybətləri arasında od püskürən və çoxbaşlı dəniz ilanı. Leviafanın inanılmaz gücü və ölçüsü var və zamanın sonunda Tanrı tərəfindən məhv edilməlidir. Leviafan Uqarit eposunda - “Baal dövrü”ndə fırtına tanrısı Baalın və Lotanı məğlub edən müharibə ilahəsi Anatın düşməni kimi çıxış edən yeddibaşlı dəniz ilanı Lotanın adı ilə mövcuddur. Ehtimal ki, mif tanrı Hadad və ilan Temtum arasındakı mübarizə haqqında daha qədim nağıllardan, həmçinin Mesopotamiya müharibə tanrısı Ninurtanın yeddi başlı əjdaha ilə döyüşü haqqında mifdən yaranmışdır ki, bu da eramızdan əvvəl III minilliyə aiddir. Fərqli dinlərdə Leviafana fərqli baxılır. Yəhudi təfsir ədəbiyyatında deyilir ki, salehlər Moşiakın gəlişindən sonra məğlub olmuş Leviafanın ətini yeyəcək və dərisindən istifadə edəcəklər. Zoqar kitabının sonrakı təfsiri "maariflənmə" üçün metafora kimi danışır. Xristian ilahiyyatçıları Leviatanı paxıllıq iblisi ilə eyniləşdirdilər. Sonrakı xristian təfsirləri Leviatanı timsahla eyniləşdirir.
Leviafan (Hobbs)
Leviafan, yaxud materiya, kilsə və vətəndaş dövlətinin forma və hakimiyyəti, ya da qısaca Leviafan — ingilis filosofu Tomas Hobbsun dövlət problemlərinə həsr olunmuş əsəri. Kitabın adı İncildə adı çəkilən Leviafan adlı bir məxluqdan ilhamlanıbdır. Əsər cəmiyyətin strukturu və qanuni hökumətdən bəhs edir və sosial müqavilə nəzəriyyəsinin ən erkən və ən təsirli nümunələrindən biri kimi görünür. Leviafan qərb fəlsəfəsinin klassik əsərlərindən biridir, və onu Makiavellinin dövlət idarəçiliyi sahəsində “Hökmdar” əsəri ilə müqayisə etmək olar. İngiltərə burjua inqilabı (1642-1651) zamanı yazılmış bu əsər sosial müqavilə və mütləq suverenitet qurulmasının vacibliyi barəsində yazır. Hobbs yazırdı ki, vətəndaş müharibəsi və təbiət vəziyyətinin qəddarlığından ("hamının hamıya qarşı müharibəsi") ancaq güclü, bölünməz hökumətin yaranmasıyla qarşısını almaq olar. == Məzmun == === Titul === Hobbsun traktatının adı Əyyubun kitabında qeyd olunan Leviafana eyham vurur. Con Lokkun “Dövlətin iki traktatı” və ya Hobbsun özünün “Hüququn elementləri” kimi erkən müasir siyasi fəlsəfə əsərlərində verilən bəsit informativ adlardan fərqli olaraq, Hobbs bu traktatı üçün daha poetik ad seçdi. === Frontispis === Parisli Abraham Bosse Tomas Hobbs ilə uzun müzakirələrdən sonra kitabın məşhur üz qabığı üçün Bossenin özü tərəfindən hazırlanmış "géometrique" üslubunda oyma örtük dizaynı hazırladı. Üz qabığının dizaynı baxımından Jan Matheusun Hobbsun "De Cive (1642)" əsərinə hazırladığı üz qapağına bənzəyir.
Ləvasan
Ləvasan (Farsca: لواسان, Lavāsān) — İranın Tehran ostanında şəhər. == Ümumi məlumat == Tehran ostanının Şimiranat şəhristanının Ləvasan bəxşində olan və bu bəxşin idarə mərkəzi olan şəhərin 2006-cı il rəsmi əhalisi 15.448 nəfər və 4.645 evdir.
Yuri Levitan
Yuri Borisoviç Levitan (Yudka Berkoviç Levitan) (1914 - 1983) — 1931-ci ildən Ümumittifaq radiosunun diktoru, SSRİ Nazirlər Soveti yanında televiziya və radio üzrə Dövlət Komitəsinin diktoru. SSRİ Xalq Artisti (1980). 1941-ci ildən ÜİK(b)P üzvü. Nadir tembrə və təsiredici səsə malik insan. Yuri Levitan 2 oktyabr 1914-cü ildə Vladimirsk şəhərində anadan olub. Atası liman işçisi, anası isə evdar xanım olmuşdu. Öz dayısından o, teatr və poeziyaya sevgini öyrənmişdi. O oxuyan zaman səsini hər kəs bir neçə binadan eşidə bilirdi. Məktəbdə Levitan demək olar ki, bütün teatrlarda iştirak edir. 1931-ci ildə məktəb onu xüsusi istedadına görə Dövlət Kino İnstitutuna göndərilir.
İsaak Levitan
İsaak İliç Levitan (18 (30) avqust 1860 və ya 3 (15) oktyabr 1860, Kibartay[d], Polşa çarlığı – 22 iyul (4 avqust) 1900, Moskva) — rus əssamı, peyzaj ustası, akademik. İsaak İliç Levitan (Исаак Ильич Левитан) Avqustovski quberniyasının, Мariampoliski qəzasında, Кibratda (1866-cı ildən Suvalski quberniyası), ziyalı yəhudi ailəsində dünyaya gəlmişdir. Rəsmi doğum tarixi 30 аvqust 1860-cı il hesab olunur. Atası İlya (Эльяшив-Лейб) Abramoviç Levitan (1827–1877) Litva, Каydanovada mövcud xüsusi çəkili yəhudi — şotland icmasına daxil olan mənşəcə ravvin ailəsindən gəlirdi. İlya Vilnedə oxumuş,sonra isə müstəqil şəkildə fransız və alman dillərinə yiyələnmişdir. O əvvəlcə Кovnoda bu dilləri tədris etmiş, sonra isə dəmir yolu çəkən fransız şirkətində tərcüməçi işləmişdir. 2010-cu ilin noyabr ayında aşkarlanaraq www.JewishGen.org saytda yayımlanmış arxiv məlumatlarına əsasən rəssamın ulu babasını Abram, babasını isə Leyb (Лейб Абрамович Левитан) (təx. 1791–1841) adlandırırdılar. Uşaqların doğum haqqında şəhadətnamələrindəki qeyidlərə əsasən İlyanının (Эльяша) uşaqlarının anası — qızı Mixle(Михле) (d.18.07.1859) və oğlu Aveyla leyba (Авеля Лейба) (d. 9.
HMS Leviathan (1790)
Əlahəzrətin gəmisi Leviafan (ing. HMS Leviathan) (1790) — 74-toplu III ranqlı xətt gəmisi. Kral donanmasının ikinci gəmisi olub mifoloji personaj Leviafanın şərəfinə adlandırılmışdır. ing. Courageux tipli üçüncü xətt gəmisidir. 1792-ci ilin mayında əsası qoyulmuş, 9 oktyabr 1790-cı ildə suya salınmışdır. Bir çox dəniz döyüşlərində, o cümlədən Trafalqar döyüşündə iştirak etmişdir.