Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ləzgi
Ləzgilər (ləzg. лезгияр, лекьер) — əsasən Azərbaycanın şimal-şərqini əhatə edən və Dağıstanın cənub-şərqində yaşayan Qafqaz xalqlarından biri. Ləzgilərin çoxu islam dininin sünni məzhəbinə etiqad edir. Antropoloji cəhətdən Qafqaz irqinə aiddirlər. Ləzgi dilində danışırlar. == Mədəniyyət == Ləzgilərin mədəniyyəti İslam, Ləzgival (mənəvi əxlaq qaydaları), yah-namus (şərəf), sihillər (soylar) və ləzgi dilinin istifadəsinə əsaslanır. Ləzgilərin mədəniyyəti, digər Dağıstan xalqlarında olduğu kimi suvarar (adətlər) və İslamdan ibarətdir. Ən önəmli bayramları Ramazan və Qurban bayramlarıdır. === Ləzgival === Ləzgilərin namus, şərəf, qeyrət, əxlaq və ədəb anlayışlarına Ləzgival deyilir. Ləzgival heç kim tərəfindən yazılmamış, ləzgilərin arasında öz-özünə formalaşmış yüksək əxlaq və davranış qaydalarıdır.
Fuad Sezgin
Fuad Sezgin (türk. Fuat Sezgin; 24 oktyabr 1924, Bitlis – 30 iyun 2018, İstanbul) — İslam tarixi, elm və texnologiya tarixi sahəsində çalışan türk alim. == Həyatı == Fuad Sezgin 24 oktyabr 1924-cü ildə Bitlisdə anadan olmuşdur. İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin Şərqşünaslıq İnstitutunda İslami Elmlər və Orientalistika sahəsində qabaqcıl bir yerə sahib olan alman orientalist Hellmut Ritterdən (1892–1971) təhsil almışdır. Ritterin müasir elmin meydana gəlməsində IX–XIII əslərdə Əndəlüs və Abbasilər dövlətlərindəki elm adamlarının da əhəmiyyətli töhfələri olduğunu vurğulaması, Fuad Sezginin bu sahəyə yönəlməsi ilə nəticələnmişdir. 1950-ci ildə Ərəb Dili və Ədəbiyyatı bölməsində "Buxarinin mənbələri haqqında araşdırmalar" adlı dissertasiya işini müdafiə etmişdir. Bu mövzudakı tezisiylə o, hədis qaynağı olaraq İslam mədəniyyətində əhəmiyyətli bir yerə sahib olan Buxarinin bir araya gətirdiyi hədislərdə bilinənlərin əksinə olaraq, şifahi qaynaqlara deyil, İslamın erkən dövrünə, hətta VII əsrə qədər gedib çıxan yazılı mənbələrə əsaslandığı fikrini ortaya atmışdır. Bu teziz Avropa mərkəzli orientalistlər arasında hələ müzakirə edilməkdədir. O, 1954-cü ildə İslam Araşdırmaları İnstitutunda dosent olmuşdur. O, burada Zeki Velidi Toqan ilə çalışmışdır.
Ləzgi (dəqiqləşdirmə)
Ləzgilər — Azərbaycan Respublikası və Rusiya Federasiyasının Dağıstan Respublikasında yaşayan xalq. Ləzgi dili — Ləzgilərin ana dili, Nax-Dağıstan dillərinin ləzgi qoluna aiddir. Ləzgihəngi (və ya Ləzginka) — Qafqaz xalqları arasında geniş yayılmış rəqs. Ləzgilər nəsli — Beyləqan rayonunun Bünyadlı və Əhmədli kəndlərində yaşayan nəsillərdən biri. === Yaşayış məntəqələri və toponimlər === Aşağıdakı yer adları Azərbaycanın Qusar rayonu, Daşkəsən, Gədəbəy, Göyçay, Xocavənd, Kəlbəcər, Qazax, Şabran, Şəki, Şəmkir, Tovuz, habelə Balakən, İsmayıllı və Qəbələ rayonlarında və Bakı, Göyçay, Naxçıvan və Şəki şəhərlərində yayılmışdırlar. Ermənistanda olan yer adları konkret olaraq tarixi Qərbi Azərbaycanın Şəmşəddil mahalında (Azərbaycanın Tovuz rayonu yaxınlığında), Gürcüstanda olan yer adları konkret olaraq tarixi Borçalı mahalının Bolus bölgəsində, İranda olan yer adları isə konkret olaraq Cənubi Azərbaycanın Maku, Vərziqan və Urmiya bölgələrində, Cənubi Azərbaycan bölgəsindən kənarda isə Rəzəvi Xorasan ostanında yayılmışdırlar. ==== Azərbaycan ==== Ləzgi binəsi — Göyçay rayonunun ərazisində yerləşən binə.Ləzgi dağı — Göyçay rayonunun ərazisində yerləşən dağ. Ləzgi yeri — Göyçay rayonunun ərazisindəki bir yer/sahə adı. Ləzgi dağı — Kəlbəcər rayonunun ərazisində yerləşən dağ. Ləzqisuyu (və ya Ləzgisuyu) — Kəlbəcər rayonunun ərazisində axan çay.
Ləzgi Saleh
Ləzgi Saleh (XVI əsr, Yuxarı Yaraq[d] – XVI əsr) — XVII əsr ləzgi əsilli Azərbaycan şairi. Şair Səfəvilər Dövlətinin Şirvan bəylərbəyliyinə aid Yuxarı Yaraq kəndində anadan olub. == Həyatı == Saleh XVII əsrdə Yuxar-Yaraq kəndində anadan olub. O, ilk təhsilini kənd mədrəsəsində alıb. Saleh daha sonra burada işləməyə başlayıb. == Yaradıcılığı == Salehin məhəbbət lirikasının bir xüsusiyyəti ondan ibarətdir ki, onun şeirlərində aşiqin təsviri, mədhiyyəsi əsas yer tutur. Onlarda lirik qəhrəmanın hissləri gizlidir. Məşuqun vəsf və mədhində əsas təsvir vasitələri şairin ənənəvi şərq poeziyasından, farsçılıqdan və ərəbizmdən götürdüyü müqayisələrdir. Şairin "Çəkərəm tabı" və "Olmuşam müştaq" misraları ikihecalı müqayisə sistemi ilə səciyyələnir. Hər sətirdə iki müqayisə var.
Ləzgi dili
Ləzgi dili — Ləzgilərin istifadə etdikləri dildir. Ümumilikdə təxminən yarım milyon insan bu dildə danışır.Ləzgi dilləri yarımqrupuna aid dildir. Dağıstanın cənub-şərq və Azərbaycan Respublikasının şimali-şərq bölgəsində yayılmışdır. Kurax, Güney, Yarki, Axtı, Fiy, Azərbaycanda Quba və Kusar Kuzun dialektləri mövcuddur. Azərbaycan dilinin Quba dialektinin yaranmasında Ləzgi Güney ləhcəsinin rolu böyükdür. Ədəbi dilinin əsasında Güney dialekti durur. Yazıda 1938-ci ildən kiril qrafikasından istifadə olunur. Azərbaycan ləzgiləri latın qrafikası əsasında yaradılan ləzgi əlifbası ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi kitablardan məktəblərdə istifadə edirlər. Azərbaycan Respublikası ərazisində 170 min civarında ləzgi dili daşıyıcısı var. Cədvəldəki rəngli fondakı hərflər rus dilindən keçən sözlər üçün istifadə edilir.
Ləzgi dilləri
Ləzgi dilləri — Nax-dağıstan dilləri ailəsində on dili birləşdirən dil qrupu. Bu dillərdə təqribən 900 min nəfər danışır (2008). Dağıstanın cənub rayonlarında (Aqul, Axtın, Dərbənd, Məhərrəmkənd, Tabasaran və s.) və Azərbaycanın Xaçmaz, Şəki, Qax, Zaqatala, İsmayıllı, Quba, Oğuz, Qusar və Qəbələ rayonlarında yayılmışdır. Ləzgi dillərinin əhatə dairəsi müxtəlifdir. Məsələn, ləzgi dilinin yarım milyon istifadəçisi vardır, lakin arçin dilinin isə əlifbası yoxdur və cəmi kiçik bir kəndin əhalisi danışır. Bir neçə min il əvvəl müasir ləzgi xalqlarının əcdadları ümumi bir proto-ləzgi dilini istifadə edirdi, lakin zamanla dillər dəyişib və indiki halını alıb. == Qrupun tərkibi == Ləzgi dilləri qrupuna aşağıdakılar aiddir: ləzgi dili, tabasaran dili, aqul dili, rutul dili, saxur dili, arçin dili, udin dili, buduq dili, qrız dili,Ləzgi dillərinin əksəriyyəti dialektlərə malikdirlər və bəzən bu dialektlərin istifadəçiləri bir-birlərini başa düşmür. Ləzgi dillərinin morfologiyası üçün çoxhallılıq səciyyəvidir (halların sayı dildən-dilə 10-dan 30-a qədər artıb-azala bilir). Sintaktik sistemə isə nominativ, erqativ, dativ konstruksiyalar səciyyəvidir. == Mənbə == Алексеев М. Е. Вопросы сравнительно-исторической грамматики лезгинских языков.
Ləzgi məscidi
Aşur məscidi və ya Ləzgi məscidi — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. İçərişəhərin tarixi mərkəzində Qız qalası ilə Sınıqqala məscidi arasında yerləşən qədim məscid. Məscid XIX əsrin sonu XX əsrin əvvəllərindən etibarən əsasən Dağıstandan köçmüş, xalq arasında ləzgi adlanan camaatın daha çox toplanması ilə əlaqədar olaraq Ləzgi məscidi kimi də tanınmışdır. == Tarixi == Üstündəki kitabəyə görə onu Hicri-qəməri təqvimlə 567-ci ildə/ 1169 ustad Nəcəf Aşur ibn İbrahim tikmişdir. == Haqqında == Məscid sasanilər dövrü abidəsi üzərində tikilmişdir. Həmin abidədən yalnız iki portik və qübbə ilə örtülmüş otağı qalmışdır. Məscid həcmcə parallelepiped formasındadır. Cənub fasadında isə sonradan iki kiçik pəncərə açılmışdır. Məscidin şimal-şərq hissəsində yerləşən kiçik çatma formalı giriş, geniş birkameralı, qalın tipli çatma qübbə ilə örtülmüş ibadət zalına aparır. Gözəl ifadə olunmuş tac, ibadət zalını sanki iki hissəyə bölür.
Ləzgi mətbəxi
Ləzgi mətbəxi, tarixən ləzgilər tərəfindən hazırlanmış ənənəvi qida rasionudur. Ləzgi mətbəxinin müxtəlifliyi ilə seçilir. Bura ümumi qafqaz mətbəxinə daxil olan (kabab, dolma, xingal, urbeç) kimi yeməklərlə yanaşı həm də sırf ləzgilərə xas olan (isida, tac, tskan, afarar, xəşil) kimi yeməklər də daxildi. Mətbəx əsasən heyvandarlıq və kənd təsərrüfatı məhsulları ilə təmsil olunur. Daha çox quzu və mal əti, bitkilərdən taxıl və tərəvəzlərdən istifadə edilir. == Çörək == Dünyanın bütün xalqları kimi, ləzgilərin də əsas ərzağı çörəkdir. Hər bir ləzgi süfrəsində ən çox yayılmış üç növ çörəkdən birinə rast gəlmək olar: Hram fu (ləzg. хьран фу ləzg. хьран фу hiran fu) Saçun fu (ləzg. сачун фу saun fu) Qvar kvay fu (ləzg.
Ləzgi qoyunu
Ləzgi qoyunu — Ləzgi qoyun cinsinin vətəni Dağıstan ərazisi sayılsa da bu cins Azərbaycanın bir sıra ərazisində hələ XIX və XX əsrlərdə geniş yayılmışdır. Bu cins Dağıstanla bilavasitə həmsərhəd olan Quba, Qusar, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, qismən də Ağdaş və Göyçay rayonları ərazisində yayılmışdır. Təbii-coğrafi şəraitə tez uyğunlaşan və çətinliyə dözümlü olan ləzgi qoyunlarının çəkisi 40–65 kq-a qədər olur. Yunu 2 kq-a yaxın, südü isə 30–40 kq-a qədər olur. Ləzgi qoyununun rəngini ağ, boz, sarımtıl, qara-qonur rənglər təşkil edir.
Ləzgi xalçası
Ləzgi xalçası — Dağıstan və Azərbaycanda ləzgilər tərəfindən və ya ləzgi nümunələri üzrə istehsal olunan müxtəlif növ xalçalar məcmusu. Dünyada tanınan çoxlu sayda Qafqaz xalçaları Mikrah, Axtı, Kəbir, Zeyxur, Qımıl kimi ləzgi kəndlərinin adlarını daşıyır. == Tarixi == Xalçaçılıq sənəti əsrlər boyu inkişaf edən və təkmilləşən ləzgi xalq incəsənətinin parlaq nümunəsidir. Arxeoloji qazıntılar nəticəsində, ləzgilərin əcdadları hələ tunc dövründə əyiricilik və toxuculuqla məşğul olublar. Belə ki, Gilyar yaşayış məskəninin keramika fraqmentlərindən birində ilk tunc dövründə dəzgahdan istifadə edildiyini göstərən ən sadə kətan toxunuşuna aid parçanın izi qorunub saxlanılmışdır. Ləzgistanda xalçaçılığın inkişafı üçün sabit bazanın yaradılmasına yerli təbii-coğrafi və iqtisadi şərait xeyli dərəcədə kömək etmişdir. Zəngin flora, bağçılıq, yabanı bitki və meyvələr, zərif qoyunların yununun əla növləri məhsulların möhkəmliyini və keyfiyyətini əhəmiyyətli dərəcədə müəyyənləşdirdi. Ləzgi xalçaları öz gözəl, rəngarəng ornamentləri ilə məşhur olmuşdur ki, bu da sənətkarların böyük bədii zövqündən xəbər verir. Xalçaçılar rəsmlərdə poetik ideyalar və təsviri ornamentasiya sənəti qoyan əsl rəssamlar idilər. S.Ağaşirinovun fikrincə, Azərbaycanda və Dağıstanda xalçaçılıq xüsusilə ləzgilərin yaşadığı bölgələrdə inkişaf etmişdir .
Ləzgi Əhməd
Ləzgi Əhməd — XVIII əsr ləzgi əsilli Azərbaycan şairi. Şair Səfəvilər Dövlətinin Şirvan bəylərbəyliyinə aid Quruş kəndində anadan olub. == Yaradıcılığı == Ləzgi Əhmədin poeziyası çoxşaxəlidir. Onun "Nəmümkündür" şeiri aşıq poeziyasına aiddir. Orada lirik qəhrəman sevgilinin onun yanına getməməsindən və onunla uzun müddət danışmaq mümkün olmadığından şikayətlənir. Ancaq nə sevgilinin yoxluğu, nə də soyuqluğu onu ümidsizliyə, kədərə sövq etmir. Əsər lirik qəhrəmanın ona qarşı ironik, oynaq münasibətindən ibarətdir: Bir tərlana tor qurmuşam, Tora gəlmir, nəmümkündür. Bərəsində mən durmuşam, Bura gəlmir, nəmümkündür. Köksünü bənzətdim qara, Məmələri xırda nara, Bir sözüm var nazlı yara, Demək olmur, nəmümkündür. Əhməd deyər: zalım qızı, Gah ağ geyir gah qırmızı.
Ləzgi ədəbiyyatı
Ləzgi ədəbiyyatı — ləzgi dilində ədəbiyyat, eləcə də ləzgi müəllifləri tərəfindən yazılmış başqa dillərdəki ədəbiyyat. Digər Dağıstan xalqlarının ədəbiyyatı ilə çoxlu ümumi xüsusiyyətlərə malikdir. == Yazı == Eramızın V əsrindən alban yazısı Ağvan yazısından istifadə edilmişdir. Bu əlifba ilə ədəbi əsərlər ya ümumiyyətlə yazılmayıb, ya qorunub saxlanmayıb, ya da hələ də tapılmayıb. VIII — XIX əsrlərdə ərəblərin işğalı və Rusiya imperiyasına daxil olması ilə əlaqədar ləzgilər ərəb əlifbasından istifadə etmişdilər. Bu yazı növündə həm ləzgi, həm də ərəb və türk dillərində ləzgi müəlliflərinin zəngin ədəbi bazası qorunub saxlanılmışdır. Ləzgi dilinin ərəb və türk dillərindən leksik alınmaları ilk növbədə bu halla müəyyən edilir. 1928–1937-ci illərdə ləzgilər latın qrafikası əsasında yazırdılar. 1937-ci ildən bu günə kimi ləzgi dilinin fonetik xüsusiyyətlərinə uyğunlaşdırılmış kiril əlifbasından istifadə olunur. == Orta əsr ədəbiyyatı == Erkən orta əsrlər dövründə ləzgilərin yazılı mədəniyyəti ərəb dilində epiqrafik abidələrə və tarixi hadisələrə dair mühüm məlumatlara çevrilir.
Səfi xan Ləzgi
Əlqas Mirzə (daha sonra Səfi (qulu) xan Ləzgi adı ilə tanınan) — 17-ci əsrdə Səfəvi dövlətində ləzgi şahzadəsi ailəsindən olan məmur. Dağıstanlı İldırım Xan Şamxal kimi tanınan Aldas (İldas) Mirzə Şamxalın oğlu və buna görə də Qumuq şamxalı ailəsinin üzvü idi. O, gənc yaşlarında şah Səfi dövründə (1629-1642) atası tərəfindən İsfahandakı Səfəvi sarayına göndərilmiş, burada böyümüş və adı dəyişdirilərək "Səfi (qulu) xan" olmuşdur. O, 1666-1674-cü illərdə İrəvan vilayətinin (həmçinin Çuxursəəd adı ilə tanınır) bəylərbəyi (hakim) vəzifəsində çalışmışdır. Onun oğlu Fətəli xan Dağıstani yüksələrək Səfəvilər dövlətinin ən güclü şəxsiyyətlərindən birinə çevrildi. == Mənbə == Bournoutian, George. The Journal of Zak'aria of Agulis. Mazda Publishers. 2003. səh.
Duman dənizi üzərindəki gəzgin
Duman dənizi üzərindəki gəzgin (almanca: Der Wanderer über dem Nebelmeer) - 1818-ci ildə romantik alman rəssamı Kaspar David Fridrix tərəfindən çəkilmiş rəsm əsəri. Bu, romantizmin şah əsərlərindən biri hesab olunur.
Qusar Dövlət Ləzgi Dram Teatrı
== Haqqında == Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyul 1992-ci il tarixli 374 nömrəli Qərarına və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 26 iyul 1992-ci il tarixli 177 nömrəli əmrinə əsasən Qusar rayonunda Dövlət Ləzgi Dram Teatrı yaradılmışdır. Teatr Qusar rayon mədəniyyət evinin binasında yerləşdirilmişdir. Teatrın rəsmi açılışı 3 aprel 1993-cü ildə A. Figeyredonun "Ezop" tamaşası ilə olmuşdur. == Fəaliyyəti == 2000-ci ildə teatra yeni direktor – Rəhimxan Qaraxanov təyin edilmişdir. Azərbaycan müəlliflərindən Ə. Haqverdiyevin, C. Cabbarlının, İ. Əfəndiyevin, S. Rəhmanın, Elçinin, F. Mustafanın, İ. Məlikzadənin, Ə. Əmirlinin əsərlərini ləzgi dilinə tərcümə etmiş, teatrın repertuarında olan bir çox tamaşalara quruluş vermiş, aktyor kimi çıxış etmişdir. Bu müddət ərzində 55 yeni tamaşa hazırlanmışdır: N. B. Vəzirov "Ağa Kərim xan Ərdəbili", S. S. Axundov "Tamahkar" (dövlət sifarişi 2007), S. Rəhman "Yalan". İ. Əfəndiyev "Büllur sarayda", "Bizim qəribə taleyimiz", "Atayevlər ailəsi", Elçin "Qatil", "Mənim ərim dəlidir", Hidayət "Məni qınamayın", Ə. Əmirli "Onun iki qabırğası", "Varlı qadın", Ə. Səmədli "İmam Şamil", M. Əlizadə "Dağ çiçəyi", A. Məmmədov "Həmyerlilər" və s. 2010-cu ildə N. B. Vəzirovun "Yeyərsən qaz ətini, görərsən ləzzətini" əsərinin dövlət sifarişi ilə hazırlanması nəzərdə tutulmuşdur. Mədəniyyət və Turizm Nazirliyinin vəsadətinə əsasən R. Qaraxanov 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülmüşdür. Qusar teatrı may ayının 14-də Ə. Əmirlinin "Varlı qadın" tamaşası ilə Milli Teatr Festivalında uğurla iştirak etmişdir.
Legion
Roma legionu (lat. legio, legionis, lego - yığmaq, toplamaq) — Qədim Roma ordusunun əsas taktiki və təşkilati vahidi. E.ə. VIII əsrə qədər - bütün Roma ordusunun adı. E.ə. IV əsrə qədər legion 4200 piyadadan (3 min ağır və 1200 yüngül) və 300 süvaridən təşkil olunurdu. Lakin onun sayı dəyişirdi. Legion, döyüşdə taktiki müstəqilliyi olmayan senturiyalardan, və hərəsində 30 süvari olan 10 turmadan ibarət idi. Legionun düzülüşü erkən çağlarında 8-12 sıradan ibarət falanqa kimi idi və legionerlərin silahlanması və təcrübəsindən asılı idi. E.ə.
Leonin
Magistr Leonin (lat. Magister Leoninus; təq. 1150 – təq. 1210) — XII əsrin 2-ci yarısında yaşamış əfsanəvi fransız bəstəkarı. Notr-Dam kilsəsinin xor məktəbinin nümayəndəsi.
Ləngan
Ləngan (Masallı) — Azərbaycan Respublikasının Masallı rayonunun Təklə inzibati ərazi vahidində kənd. ‎Təzəkənd-i Ləngan (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Ləzgicə
Ləzgi dili — Ləzgilərin istifadə etdikləri dildir. Ümumilikdə təxminən yarım milyon insan bu dildə danışır.Ləzgi dilləri yarımqrupuna aid dildir. Dağıstanın cənub-şərq və Azərbaycan Respublikasının şimali-şərq bölgəsində yayılmışdır. Kurax, Güney, Yarki, Axtı, Fiy, Azərbaycanda Quba və Kusar Kuzun dialektləri mövcuddur. Azərbaycan dilinin Quba dialektinin yaranmasında Ləzgi Güney ləhcəsinin rolu böyükdür. Ədəbi dilinin əsasında Güney dialekti durur. Yazıda 1938-ci ildən kiril qrafikasından istifadə olunur. Azərbaycan ləzgiləri latın qrafikası əsasında yaradılan ləzgi əlifbası ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi kitablardan məktəblərdə istifadə edirlər. Azərbaycan Respublikası ərazisində 170 min civarında ləzgi dili daşıyıcısı var. Cədvəldəki rəngli fondakı hərflər rus dilindən keçən sözlər üçün istifadə edilir.
Ləzginka
Ləzgihəngi — Qafqazlıların milli rəqsi. Bütün Qafqaz üzrə geniş yayılmış rəqs növü. Hər xalqda rəqs növünün öz variantı vardır. == Ləzgihəngi rəqsi == Rəqs yarış xarakteri daşıyır. Hər bir kəs özünün cəldliyini, yorulmazlığını, qətiyyətini nümayiş etdirir. Bir qayda olaraq rəqs musiqi sədaları altında ifa edilir. Melodiyası dinamik, dəqiq, cəldliyə zövq edəndir. Rəqs həmçinin İranda "Lazgi" və "Ləzgi", Gürcüstanda "Lekuri" adı ilə məşhurdur. "Lekuri" gürcü dilindən tərcümədə — "ləzgilər (lekilər) rəqs edir" edir deməkdir. Güman edilir ki, rəqs qartal surətinin təcəssüm etməkdədir.
Ləzran
Ləzran (Yardımlı) — Azərbaycanın Yardımlı rayonunda kənd. Ləzran (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd.
Qəzvin
Qəzvin — İranın ən qədim şəhərlərindən biridir. Səfəvilər sülaləsinin hakimiyyəti zamanı Qəzvin həmçinin paytaxt olmuşdur.Qəzvin şəhəri Tehranın qərbində 144 km da düzənlik zona yerləşir. Şəhərin təməli Sasanilər sülaləsindən olan I Şahprur tərəfindən qoyulmuşdur. Qəzvin Ərəb xəlifəliyinin mühüm hərbi bazasına çevrilmişdir. Əməvilər dövründə Qəzvində ən əzəmətli məscidlərdən biri inşa edilmişdir. Bu Cümə məscidi Harun Ər-Rəşidin dövründə tikilmişdir. IX əsrdə Qəzvin şəhərinin qarşısında yeni qala tikilmişdir ki, bu qala mübarək Mədinə adı almışdır. Xəlifə Harund əl Rəşidin əmri ilə mübarək Mədinə qalası yenidən qurulmuş və onun ətrafı boyu yeni qala divarları tikdirmişdir. Onun ölümündən sonra, şəhərin yenidənqurulması və genişlənməsini türk hökmdarları tamamlamışdılar. XII əsrinin sonnuda Qəzvin və İsmayıl qalası monqolların hücumuna məruz qalmışdır.
Elqin
Elqin (ing. Elgin, şot.kelt Eilginn) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Lenin
Vladimir İliç Ulyanov və ya qısaca Lenin (rus. Влади́мир Ильи́ч Ле́нин, 22 aprel 1870[…], Simbirsk, Simbirsk quberniyası[d], Rusiya imperiyası – 21 yanvar 1924[…]) — rus inqilabçısı, marksist, publisist, leninizm nəzəriyyəsinin yaradıcısı, SSRİ-in qurucusu. Vladimir Lenin tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Ailəsi == Lenin (həqiqi soyadı Ulyanov) Vladimir İliç KP (B) partiyasının və Sovetlərin qurucusudur. Vladimir İliç Ulyanov Simbirskdə xalq məktəbi inspektorunun — İlya Nikolayeviç Ulyanovun (1831–1886) ailəsində anadan olmuşdur. Onun atasının şəxsi (qeyri-irsi) dvoryanlığı olmuşdur. Leninin ailəsi çoxmillətli olmuşdur və onun kökündə bir neçə millətlilik özünü daha qabarıq göstərir — çuvaş, kalmık, rus, alman, yəhudi, isveç. Lenin ata tərəfindən babası Nikolay Vasilyeviç Ulyanov milliyyətcə çuvaş olmuşdur. Daha sonralar atası milliyyətcə kalmık, anası isə bəzi məlumatlara görə rus olan Anna Alekseyevna Smirnova ilə evlənmişdir. Nikolay Ulyanovun ölümündən sonra isə İlya Ulyanovun qayğısına onun böyük qardaşı Vasili Ulyanov qalmışdır.
Login
Login — kompüter sistemi istifadəçisinin qeydiyyat adı. Login — kompüter sistemi istifadəçisinin qeydiyyat adı və şəxsi parolunu göstərməklə idenfikasiyası və sistemə daxil olma imkanı.
Ləkin
Ləkin — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Badamağac, Buravar və Şatırlı kəndləri Ləkin kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Şatırlı kəndi olmaqla Şatırlı kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir. == Toponimikası == Cəlilabad rayonunun eyniadlı ı.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Əsl adı Ləkandır. Oykonim lək tayfa adından və cəmlik bildirən – an şəkilçisindən ibarət olub, “Ləklər” mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1665 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Ləngi
Langi—Azərbaycan Respublikasının Qusar rayonunun Aşağı Legor inzibati ərazi vahidində kənddir. Düzənlikdə yerləşir. Yaşayış məntəqəsi salındığı ərazinin adını daşıyır. Tədqiqatçıların ehtimalına görə, oykonim İran dillərindəki ləng sözündən olub “müvəqqəti dayanacaq” mənasındadır. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Ləngi oyk., sadə. Qusar r-nunun Aşağı Legor i.ə.v.-də qəsəbə. Düzənlikdədir. Yaşayış məntəqəsi salındığı ərazinin adını daşıyır. Tədqiqatçılann ehtimalına görə, oykonim İran dillərindəki ləng sözündən olub “müvəq¬qəti dayanacaq” mənasındadır.
Ləzir
Ləzir — Azərbaycan Respublikasının Yardımlı rayonunun Bərcan inzibati ərazi vahidində kənd. Talada yerləşir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi 1918-20-ci illərdə keçmiş binə yerində salın­mışdır. Keçən əsrin əvvəllərində Lənkəran qəzasında Ləzran adlı iki kənd və Ləzir adlı bir köçəbə qeydə alınmışdır. Tədqiqatçılara görə, ləzir və ya ləziran orand tayfasının birinci qoluna məxsus tirənin adıdır.