Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Letenye
Letenye (xorv. Letinja, sloven. Letina) — Macarıstanın Zala medyesində, Xorvatiya ilə sərhəddə yerləşən rayon. 1989-cu ildə rayon statusunu almışdır. == Tarixi == Letenye qədim Hun qəbilələrinin məskənidir. Rayonun əsası Atillanın ağ cəngavərləri tərəfindən qoyulmuşdur. == Nəqliyyat == Letenye Budapeştdə başlayan Macarıstanın M7 magistral yolunun son məntəqəsidir.
Çeçencə
Çeçen dili (нохчийн мотт) — Nax dillərindən biri, çeçenlərin milli dili. Çeçen dili Çeçenistanda, İnquşetiyada, Dağıstanın Xasavyurt rayonunda, Gürcüstanın Əhməd rayonunda yayılmışdır. 2010-cu ilin siyahıyaalmasına əsasən Rusiyada çeçen dilində danışanların sayı 1 354 705 nəfər olmuşdur. Çeçen dili yayılma dərəcəsinə görə Rusiyada beşinci yeri tutur (rus, ingilis, tatar və alman dillərindən sonra). Çeçenistanın rəsmi, Dağıstanın isə ədəbi dillərindən biridir.
Peçenye
Peçenye – undan bişirilən kiçik, yastı şirniyyat və ya çərəz. Bişirilməsində un, şəkər, yumurta, yağdan istifadə olunur, bəzən içərisinə şokolad, qoz, fındıq, yulaf, kişmiş qatılır. Peçenye adətən çay, kofe, süd kimi içkilərlə servis olunur. Peçenyeyə oxşar qida növləri qədim zamanlardan bişirilir, çünki uzun səyahətlərlə xarab olmadan qala bilirdilər. Lakin həmin qidalar kifayət qədər şəkərli olmadığı üçün müasir standartlara görə peçenye hesab olunmur. İlk peçenyelərin VII əsrdə İran ərazisində ortaya çıxdığı güman olunur. Həmin dövrdə regionda şəkərdən istifadə yayılmağa başlamışdır. Müsəlmanların İspaniya işğalından sonra peçenyelər Avropaya yayılmışdır. Vikianbarda Peçenye ilə əlaqəli mediafayllar var.
Ləcədi
Ləcədi — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Ləcədi xalçaları ilə məşhurdur.
Paraamblyseius lecanis
Ferenç Seçeni
Ferenç Seçeni (mac. Széchényi Ferenc; 28 aprel 1754 və ya 29 aprel 1754 – 13 dekabr 1820, Vyana) — Budapeştdə Macarıstan Milli Kitabxanasının və Milli Muzeyinin təsisçisi. Kitabxana onun şərəfinə Milli Seçeni Kitabxanası adlandırılmışdır. İştvan Seçeninin atasıdır.
Fobus Levene
Fobus Aaron Teodor Levene (ing. ; 25 fevral 1869 və ya 1869 – 6 sentyabr 1940 və ya 1940, Nyu-York, Nyu-York ştatı) — amerikalı biokimyaçı, nuklein turşularının strukturunu və funksiyasını öyrənmişdir. O, DNT və RNT-ni xarakterizə etmiş və DNT-nin adenin, quanin, timin, sitozin amin əsaslarından, dezoksiriboza monosaxaridindən və fosfat qrupundan ibarət olduğunu tapmışdır. Sonradan Rusiya İmperiyasının tərkibinə daxil olan Litvanın Çaqaro şəhərində Litvak (Litva Yəhudi) ailəsində dünyaya gəlmişdir. Fişel Rostropoviç Levene Sankt -Peterburqda böyümüşdür. Orada İmperator Hərbi Tibb Akademiyasında (1891-ci ildə doktorluq dərəcəsi alıb) tibb təhsili alır və biokimyaya böyük marağı yaranır. 1893-cü ildə antisemitik talanlar səbəbiylə ailəsi ilə birlikdə ABŞ-yə köçür və Nyu-Yorkda tibblə məşğul olur. Levene Kolumbiya Universitetinə yazılır və boş vaxtlarında şəkərlərin kimyəvi quruluşu ilə bağlı məqalələr dərc edərək biokimyəvi tədqiqatlar aparır. 1896-cı ildə New York Dövlət Xəstəxanalarının Patoloji İnstitutunda dosent vəzifəsinə təyin edilir, ancaq vərəmdən sağalmaq üçün öz işlərinə fasilə verməli olur. Bu vaxt ərzində zülallar üzrə mütəxəssis olan Albrext Kossel və Emil Fişer də daxil olmaqla bir neçə kimyaçı ilə işləyir.
Ləcədi xalçaları
Ləcədi xalçaları — Azərbaycanın Quba-Şirvan xalçaçılıq mərkəzinin Quba qrupuna aid olan Ləcədi xalçaları qədim və zəngin tarixə malikdir. == İstehsalı == "Ləcədi" xalçaları Dəvəçi rayon mərkəzindən 10km şimal — qərb istiqamətində yerləşən eyni adlı kəndin şərəfinə adlandırılmışdır. Belə xalçalar həm də Dağıstanın xalçaçılıq məntəqələrində, o cümlədən Dərbəndin, Tabasaranın və Axtının xalçaçılıq məntəqələrində toxunduğuna görə bəzən onlara "Dağıstan" da deyirlər. Xalça ustaları arasında isə bu xalçalar "Samovar çeşni" kimi məşhurdur. == Bədii xüsusiyyətləri == "Ləcədi" xalçasının ara sahəsinin mürəkkəb kompozisiyası ardıcıl şəkildə təkrarlanan düzbucaqlı formada orta ölçülü rapportlardan ibarətdir. Kompozisiya aydın şəkildə ifadə olunmuş şaquli oxa malikdir. Bu ox özünün mövcud eni ilə mərkəzi sahənin bütün quruluşunu formalaşdırır. Qalmış sahə də şaquli istiqamətdə təşkil olunaraq mərkəzi ox elementlərinin replikasına çevrilir. "Ləcədi" xalçasının ona xas olan müstəqil köbəsi yoxdur. Orta haşiyə rolunda çox vaxt Bakının nəbati naxışlı "Xilə Əfşan" xalçasının orta haşiyəsi çıxış edir.
Vəcəni (Əhər)
Vəcəni (fars. وجني‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 337 nəfər yaşayır (77 ailə).
İştvan Seçeni
İştvan Seçeni (mac. István Széchenyi, 21 sentyabr 1791, Vyana – 8 aprel 1860, Döblinq) Macar dövlət xadimi və yazıçısı. O, 1848-ci ildə baş vermiş macar inqilabının 4 liderindən biri olmuşdur. Seçeninin bir vaxtlar ictimai və iqtisadi həyatda başladığı proseslər macar cəmiyyətində dərin izlər buraxmışdır. Elə buna görə də o, hər nə qədər özünü Macar millətinin "qulu" adlandırsa da, Macar tarixində "Ən böyük Macar" (ing. The Greatest Hungarian) adına layiq görülmüşdür. İştvan Seçeni 1771-ci ildə Vyanada macar əsilzadə olan qraf Ferens Seçeni ilə Yuliyana Festetiç de Tolnanın ailəsində anadan olmuşdur. Seçeni ailəsi Macarıstanın ən qədim və soylu ailələrindən biri idi. Seçeninin atası Macarıstan Milli Muzeyinin qurucularından idi . Seçeni öz uşaqlığını Vyanada və Nadçenkdə keçirtmişdi.
Aşağı Ləkənde (Avurğazı)
Aşağı Ləkənde (başq. Түбәнге Ләкәнде, rus. Нижние Леканды) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Nuqazaqı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Tolbazı): 32 km, kənd sovetliyindən (Tatar Nuqazaqı): 5 km. ən yaxın dəmiryol stansiyasından (Tyukun stansiyası): 5 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (50%), başqırdlar (49%) üstünlük təşkil edir.
Yuxarı Ləkənde (Avurğazı)
Yuxarı Ləkənde (başq. Үрге Ләкәнде, rus. Верхние Леканды) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Nuğazağı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 27 km, kənd sovetliyindən (Tatar Nuğazağı): 4 km. ən yaxın dəmiryol stansiyasından (Nuğazağı stansiyası): 4 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (65%), tatarlar (35%) üstünlük təşkil edir.
Milli Seçeni Kitabxanası
Milli Seçeni Kitabxanası (mac. Országos Széchényi Könyvtár) (OSZK) — Macarıstanın paytaxtı Budapeşt şəhərində yerləşən kitabxana. Macarıstanın iki milli kitabxanasından biridir, digəri Debreçen Universitetinin kitabxanasıdır. Kitabxana 1802-ci ildə son dərəcə vətənpərvər olan macar ariktokratı Ferenç Seçeni tərəfindən təsis edilmişdir. Seçeni bütün dünyanı ziyarət edərək Macarıstanla bağlı olan kitabları toplamış və onu dövlətə təqdim etmişdir. Növbəti ildə ictimai kitabxana Peşt şəhərində açıldı. Seçenidən sonra əksər insanlar kitabları milli kitabxanaya iadə edirdilər. 1808-ci ildə Macarıstan Milli Məclisi Macarıstanın tarixi, arxeoloji və təbii irsini bir yerdə toplamaq üçün Macarıstan Milli Muzeyini yaratdı. Muzey kitabxana ilə birləşdirildi və son 200 ildə Macarıstanın keçmişini özündə əks etdirən depozit rolunu oynayır. 1846-ci ildə Macarıstan Milli Muzeyi yeni binaya köçürüldü.
GNU Free Documentation License
GNU Free Documentation License (GNU-nun sərbəst sənədləşmə lisenziyası), və ya sadəcə GNU FDL (GFDL) — bu, Azad Proqram Təminatı Fondu tərəfindən azad proqram təminatı üçün tanınmış lisenziya olan GNU GPL-ə əlavə olaraq işlənmiş kopileft-liseziyadır. == Əsas prinsipləri == Əgər müəllif məhsulu GNU FDL lisenziyası ilə nəşr edirsə, O, istəyən hər bir kəsə bu məhsuldan istifadə üçün geniş səlahiyətlər (istifadə, paylaşmaq, dəyişmək və s.) vermiş olur. Lakin məhsuldan istifadə edərkən müəllifin adı istifadə olunmalıdır, bununla belə əgər müəllif adının qeyd olunmasını istəmirsə bu məcburi deyildir.
Gecənin havadarlığı (film, 2016)
Gecənin havadarlığı (ing. Nocturnal Animals) — Tom Fordun rejissorluğu və prodüserliyi ilə 2016-cı ildə, yazıçı Ostin Raytın 1993-cü ildə nəşr olunmuş Toni və Syuzan adlı romanı əsasında çəkilmiş ABŞ psixoloji triller filmidir. Filmdə əsas rolları Emi Adams, Ceyk Cillenhol, Maykl Şennon, Aaron Teylor-Conson, Ayla Fişer, Armi Hammer, Laura Linni, Andrea Reysboro və Maykl Şin ifa edirlər. Filmin əsas çəkilişləri 5 oktyabr 2015-ci ildə Los-Anceles, Kaliforniyada başlamışdır. Film, 73-cü Venesiya Film Festivalında Qızıl Şir uğrunda mübarizə aparmaq üçün seçilmiş və Münsiflər heyətinin xüsusi mükafatına layiq görülmüşdür. Filmin 18 noyabr 2016-cı ildə Focus Features tərəfindən ABŞ-də çıxarılacağı gözlənilir. == Məzmunu == Ayrılmalarınan uzun müddət sonra Syuzan Morrounun (Emi Adams) keçmiş həyat yoldaşı Edvard (Ceyk Cillenhol) "Gecənin havadarlığı" adlı ilk romanının əlyazmasını Syuzana göndərərək oxumağı və ədəbi baxımdan dəyərləndirməyi xahiş edir. Əsərin baş qəhrəmanı Toni Qastinqsin tətili təhlükəli və ölümcül hadisəyə çevrilir. Romanı oxuyan Syuzana əsər o qədər təsir edir ki, keçmiş həyat yoldaşı ilə münasibətlərinə yenidən baxır. Çünki, kitab oların keçmiş birgə həyatlarına çoxlu istinad və işarələrlə zəngindir.
Seçeni adına Milli Kitabxana
Milli Seçeni Kitabxanası (mac. Országos Széchényi Könyvtár) (OSZK) — Macarıstanın paytaxtı Budapeşt şəhərində yerləşən kitabxana. Macarıstanın iki milli kitabxanasından biridir, digəri Debreçen Universitetinin kitabxanasıdır. Kitabxana 1802-ci ildə son dərəcə vətənpərvər olan macar ariktokratı Ferenç Seçeni tərəfindən təsis edilmişdir. Seçeni bütün dünyanı ziyarət edərək Macarıstanla bağlı olan kitabları toplamış və onu dövlətə təqdim etmişdir. Növbəti ildə ictimai kitabxana Peşt şəhərində açıldı. Seçenidən sonra əksər insanlar kitabları milli kitabxanaya iadə edirdilər. 1808-ci ildə Macarıstan Milli Məclisi Macarıstanın tarixi, arxeoloji və təbii irsini bir yerdə toplamaq üçün Macarıstan Milli Muzeyini yaratdı. Muzey kitabxana ilə birləşdirildi və son 200 ildə Macarıstanın keçmişini özündə əks etdirən depozit rolunu oynayır. 1846-ci ildə Macarıstan Milli Muzeyi yeni binaya köçürüldü.
Çeçeni̇stan Milli Kitabxanası
Çeçeni̇stan Milli Kitabxanası — 1904-cu ildə Qroznıda yaradılmış ilk Ümumaçıq kitabxanadır. 1920-ci il Sovet hakimiyyəti dövründə dövlət kitabxanasına çevrilmişdir. Çeçen-İnquş Muxtar Vilayəti yarandıqdan sonra (1934) Vilayət kitabxanası statusu alır. Metodik və səyyar fond şöbələri yaradılır. 1936-cı ildə Muxtar Respublika yaradılması ilə əlaqədar respublika kitabxanasına çevrilir.
Gecəniz xeyrə qalsın, uşaqlar! (veriliş, 1964)
"Gecəniz xeyrə qalsın, uşaqlar!" (rus. Спокойной ночи, малыши!) — 1964-cü il sentyabrın 1-dən yayımlanan SSRİ və Rusiya uşaq verilişi. == İstinadlar == == Xarici keçidlər == Gecəniz xeyrə qalsın, uşaqlar!