Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fortuna Liqa
Fortuna Liqa - Çex Respublikasının ən yüksək futbol liqasıdır. Liqada 18 komandadan biri çempionluğundan sonra UEFA Çempionlar Liqasına, 2 -ci və 3 -cü sıradakı komanda isə UEFA Avropa Liqasına çıxır. Liqanın sonunda son iki yerin sahibləri Çex 2 - ci Liqasına düşür.
La Liqa
La Liqa (isp. Liga de Fútbol Profesional, LaLiga) — İspaniya peşəkar futbol liqası. İlk dəfə 1929-cu ildə keçirilmişdir və "Barselona" mövsümün qalibi olmuşdur.Liqadakı ən titullu klub "Real Madrid"dir. Hər il 20 komandanın oynadığı liqada son 3 yeri tutan klub Sequndaya düşür. İlk 4 klub isə UEFA Çempionlar Liqasına çıxır. 4–7-ci yerləri tutan klublar isə UEFA Avropa Liqasına çıxır. La liqanın ən məhsuldar oyunçusu "Barselona"da oynayan Argentinalı ulduz Lionel Messidir. 2015-ci ilə qədər BBVA sponsorluq edirdi. Daha sonra isə Electronic Arts sponsor oldu. İcraçı direktor isə Javier Gomez Morinadır .
Liqa 1
Liqa 1 (fr. Championnat de France de football) Fransanın ən yüksək səviyyəli futbol liqası. Bir alt səviyyədəki Liqa 2 ilə birlikdə Liqa də Football Professionnel içində olan iki liqadan biridir. Avqust ayında başlayıb may ayında sona çatan sezonların hər birində 20 komanda mübarizə aparır. Hər komandanın digərləri, biri öz meydanında digəri isə səfərdə olmaq üzrə iki matç keçirdiyi liqa 38 həftə davam edir və cəmdə 380 oyun oynanılır. Mövsüm sonunda son üç sırada qərarlaşan komandalar Liqa 2-yə düşərlər. İlk dövrə iki həftə qalmış bitərkən, ikinci sezon isə yanvar ayının 2-ci həftəsində başlayır. UEFA əmsalları sıralamasında Premyer Liqa, La Liga, Bundesliga və Serie A-dan sonra beşinci sırada yerləşir. == Tarixi == 1930-cu ilə qədər qurulan Fransa Futbol Federasiyası Fransada liqa yaradılmağa təkan verdi. 1932-ci ildə Franas çempionatının yaradılmasına qərar verildi.
Liqa Kuboku
İspaniya Liqa Kuboku — 1982-ci ildə qurulub.
Milli Liqa
Milli Liqa (türk. Milli Küme) — Türkiyənin 1937-1950-ci illər arasında ən üst səviyyəli futbol çempionatı. Türk futbol tarixində ilk dəfə bütün ölkədən komandaların yarışdığı liqa olub. Liqada dörd komanda çempion olub. Fənərbaxça ən çox çempion olan komandadır.
LiSA
Lisa (fransız musiqiçi)
Lida
Lida (belar. Ліда, lit. Lyda, pol. Lida) — Belarusda şəhər. Qrodno vilayətində yerləşən böyük sənaye şəhəri, Lida rayonunun inzibati mərkəzi. Şəhər ölkənin əsas avtomobil və dəmir yollarının kəsişməsində yerləşdiyinə görə, böyük strateji əhəmiyyətə malikdir. Lida şəhəri Polşadan 120 km, Litvadan 35 km, Qrodno şəhərindən 110 km, paytaxt Minsk şəhərindən isə 164 km məsafədə yerləşir.
Lifa
Suquha Kiriqaya (桐ヶ谷 直葉, Kirigaya Suguha) – Reki Kavahara tərəfindən yazılmış "Sword Art Online" ranobe seriyasının personajlarından biri. Əsasən ranobe dünyasındakı ALfheim Online oyununda istifadə etdiyi Lifa (リーファ, Rīfa) oyunçu adı ilə tanınır. Lifa seriyanın protaqonisti Kiritonun xalaqızısı və ögey bacısıdır. Hekayənin birinci arkında Kirito Sword Art Online oyununda tələyə düşdükdən sonra Lifa qardaşının düşdüyü dünyanı daha yaxşı dərk etmək üçün ALfheim Online oyununu oynamağa başlayır. Anası Lifaya Kiritonun əslində onun bioloji qardaşı olmadığını açıqladıqdan sonra Lifa ona qarşı romantik hislər bəsləməyə başlayır, lakin Kiritonun Asunaya vurulduğunu öyrənib kədərlənir. Personaj tənqidçilərin müsbət rəylərini almış, təsviri və cazibədarlığı təriflənmişdir. == Hekayə == Suquha və ya qısaca Suqu real həyatda Kazutonun "bacı"sıdır; əslində onun xalaqızısıdır. Belə ki, Kazutonun anası bacısının qızını kiçik yaşda ikən övladlığa götürmüş, onu Kazutonun bacısı kimi böyütmüşdür. Nə Kazuto, nə də Suquha yaxın vaxta qədər bundan xəbər tutmamışdırlar. Suquha çalışqan qızdır, həyatındakı tənhalıqdan qurtulmaq üçün 8 ildir ki, kendo ilə məşğul olur.
Lima
Lima Perunun paytaxtı.Şəhər sakit okeandan 12 km şərqdə Kallau çayının limanında yerləşir.Lima 21-ci əsrin ən sıx şəhərlərindən biridir.Əhalisinin sayı 7.368.069 nəfərdir.
Liqr
Liqr (lat. Panthera leo × Panthera tigris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Erkək şir və dişi pələngin cütləşməsindən əmələ gələn hibrid yırtıcı heyvandır. Liqr özünün əksi olan hibrid tiqonda fərqlənir (Tiqonun atası pələng, anası şirdir. Ancaq liqrda əksinədir). Dünyanın ən məşhur liqri olan Herkules eyni zamanda dünyanın ən böyük və ən ağır pişiyidir (450 kq; uzunluğu-4 m). Liqrin görünüşü üstündə zolaq olan böyük şirə bənzəyir. Görünüşü ilə mağara şirinə bənzəyir. Erkək liqrin şirdən fərqli olaraq başında demək olar ki, saç yoxdur, yanlız bəzi hallar istisnadır.
Lira
Lira (yun. λύρα , lat. lyra) – simli-dartımlı musiqi aləti. (Xordofon) Qədim dövrlərdən günümüzə qədər gəlib çatmış və müxtəlif ölkələrdə yayılmışdır. == Antik dövr == Qədim Yunanıstan və Qədim Romada lira sözü geniş mənada istifadə olunur və lira ailəsinə—xelis (q.yun. χέλυς, lat. chelys, chelis hərf. tısbağa), barbit (q.yun. βάρβιτον, βάρβιτος, lat. barbitos, barbitus), Forminqa (q.yun.
Lita
Litva litası, lita (lit. litas, çox sayda litai, litų) — 1922-1940 və 1993-cü ildən Litvanın pul vahidi. 100 sentdən ibarətdir (lit. centas, çox sayda centai, centų). ISO 4217 sistemində beynəlxalq kodu LTL. == Tarixi == Birinci dünya müharibəsindən sonra müstəqil Litva Respublikası ərazisində digər dövlətlərin valyutaları dövriyyədə idi. Milli pul vahidi olan lit dövriyyəyə 2 oktyabr 1922-ci il tarixindən buraxıldı. Litva SSRİ tərkibinə qatıldıqdan sonra (1940), 25 mart 1941-ci ildən lit SSRİ rublu ilə əvəz edildi. Lit yenidən dövriyyəyə ikinci müstəqillik dövründə, 25 iyun 1993-cü il tarixindən buraxıldı. == Valyuta kursu rejimi == 25 iyun 1993-cü ildən 31 yanvar 2002-ci ilədək lit ABŞ dollarına 4:1 nisbəti ilə bağlanmışdı, 1 fevral 2002-ci ildən isə avroya 3,4528:1 nisbəti ilə bağlandı. Bu nisbət Litvada avronun istifadəsinə qədər qalacaqdır.
Liva
Liva — iki alaydan ibarət hərbi birləşməyə və bu birləşmənin komandirinə verilən ad. Liva rəsmi qeydlərdə "mirliva" kimi də xatırlanır. Osmanlı ordusunun rütbələrinı görə, miralayın rütbəsi qalxanda liva, livanın rütbəsi qalxanda ferik olurdu. Livalara "paşa" da deyilirdi, "səadəttlü " isə rütbə kimi istifadə olunurdu. Ölkənin mülkiyyə sinfindən olan mütəsərrüf idarəsində hissəsi də liva adlanırdı, lakin bunun əvəzinə daha çox sancaqdan istifadə edilirdi.
Liza
Liza (balıq) — kefallar fəsiləsinə aid balıq cinsi. Liza (ad) — qadın adı. Liza (film, 1972) — film. Liza (film, 1978) — film.
Luqa
Luqa — Rusiya Federasiyasında yerləşən şəhər. Leninqrad vilayətinə daxildir.
Riqa
Riqa (latış. Rīga‎) — Latviyanın paytaxtı və Baltikyanı ölkələrdə ən böyük şəhər. Şəhər Dauqava çayı üzərində, Riqa körfəzinin yaxınlığında yerləşir. SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış ölkənin (1991) paytaxtında yaşayan rusların (180 000 nəfər) şəhəri tərk etməsi ilə şəhər əhalisinin sayı xeyli azalmışdır. Riqa ölkənin siyasi, iqtisadi və mədəni mərkəzidir. Qədim liman şəhəri olan Riqa yeni stildə tikililərlə bərabər illərdən bəri qorunub saxlanmış köhnə məhəllələrə də malikdir. == Tarixi == 1150-ci ildən isveçli tacirlər Dauqava çayı ətrafında, kiçik çay olan Ridzeneyə daimi olaraq alverə gəlirlər. Bu çay sonralar torpaqla doldurulur. Yalnız bugünkü küçələrin işləri əsasında bu çayın yerini təyin etmək mümkündür. XII əsrin sonuna yaxın alman tacirləri Latviyaya getməyə başlayırlar.
Lila
Turanqa Lila (ing. Turanga Leela) — "Futurama" cizgi serialının personajlarından biri. Keti Saqal tərəfindən səsləndirilib. Lila Planet Ekspres Gəmisinin kapitanı və pilotudur. Serialın baş qəhrəmanı Fray ilə sonralar nişanlanır. Personaj fransız bəstəkar Olivye Messianın "Turangalîla-Symphonie" əsərinin adını daşıyır. O, həmişə bacarıqlı, məsuliyyəti öz üzərinə götürən və qrupun qalan hissəsini ardıcıl olaraq təhlükədən xilas edən yeganə personajlardan biridir. Ancaq o, özünə çox inanmır, çünki onun yalnız bir gözü var və buna görə uşaq ikən qısnamaya məruz qalıb. Əvvəlcə özünün yadplaneti olduğunu düşünür, lakin sonralar kanalizasiyada mutasiyaya uğramış insanlardan biri olduğunu öyrənir.
Fransa Liqa 1
Liqa 1 (fr. Championnat de France de football) Fransanın ən yüksək səviyyəli futbol liqası. Bir alt səviyyədəki Liqa 2 ilə birlikdə Liqa də Football Professionnel içində olan iki liqadan biridir. Avqust ayında başlayıb may ayında sona çatan sezonların hər birində 20 komanda mübarizə aparır. Hər komandanın digərləri, biri öz meydanında digəri isə səfərdə olmaq üzrə iki matç keçirdiyi liqa 38 həftə davam edir və cəmdə 380 oyun oynanılır. Mövsüm sonunda son üç sırada qərarlaşan komandalar Liqa 2-yə düşərlər. İlk dövrə iki həftə qalmış bitərkən, ikinci sezon isə yanvar ayının 2-ci həftəsində başlayır. UEFA əmsalları sıralamasında Premyer Liqa, La Liga, Bundesliga və Serie A-dan sonra beşinci sırada yerləşir. == Tarixi == 1930-cu ilə qədər qurulan Fransa Futbol Federasiyası Fransada liqa yaradılmağa təkan verdi. 1932-ci ildə Franas çempionatının yaradılmasına qərar verildi.
La Liqa 1929
1929-cu il fevralın 10-unda İspaniya çempionatına Primera División adıyla start verildi və elə həmin il iyunun 23-ündə ilk sezon başa çatdı. İlk sezonda 10 klub iştirak etdi. == Komandalar == == Turnir cədvəli == == Liqalar arası pley-off == Sezonu sonuncu yerlə başa vuran Racing Primera División'da yerini qorumaq üçün Segunda División 1929 qalibi Sevilya FK 2 matçlı oyun keçirdi. Ümumi nəticədə Rasinq 3 - 2 hesabı ilə qələbə qazandı və Primera División'nun növbəti mövsümündə iştirak etmək hüququnu saxladı. Rasinq 3 – 2 hesabı ilə qələbə qazanır. == Nəticələr == Sol tərəfdəki klublar ev sahibi, üst tərəfdəki klublar isə səfər komandası olaraq nəzərə alınır.
Liqa Kuboku (dəqiqləşdirmə)
İspaniya Liqa Kuboku — 1982-ci ildə qurulub.
Macarıstan Liqa Kuboku
Macarıstan Liqa Kuboku (mac. Magyar Ligakupa) — Futbol üzrə Macarıstan Liqasının klubları arasında kubok sistemi ilə keçirilən futbol turniri. 2007-ci ildə yaradılmış bu turnirdə rəqabət yalnız 8 mövsüm davam etmişdir. 2015-ci ildə ləğv edilmişdir. == Bütün finallar == Səkkiz finalın 2-si 2 oyundan, 6-sı isə 1 oyundan ibarət olmuşdur.
Super Liqa (Türkiyə)
Super Liqa (türk. Süper Lig) — Türkiyənin ən üst səviyyə futbol liqası. Bir mövsümdə 19 futbol klubunun yer aldığı liqada, hər komanda bir-birilə 2 dəfə olmaqla mübarizə aparır və qaliblər dairəvi sistem vasitəsilə seçilir. Mövsümü 1-ci və 2-ci yerdə tamamlayan klublar UEFA Çempionlar Liqasında, 3-cü, 4-cü yerdə tamamlayan və Türkiyə Kubokunu qazanan klublar isə UEFA Kubokunda çıxış etmə şansı qazanır. 9 ay davam edən Super Liqa, avqust və may ayları da daxil olmaqla 34 həftə və 306 matç davam edir. 2015–16 mövsümünün sona çatması ilə liqa UEFA ölkələri sıralamasında 11-ci yerdə qərarlaşmışdır. 1959-cu ildə İstanbul, Ankara və İzmir regional liqalarından cəmi 16 komandanın iştirakı ilə təşkil edilmişdir. Türkiyə 1. Futbol Liqası 1962–63 mövsümündə, 2001–02 mövsüm başında istifadə ediləcək olan Super Liqanın adı, bu dövrdə sponsor sponsor adı əlavə edildikdən sonra liqanın başında müxtəlif sponsorların dəstəyi səbəbiylə istifadə edildi. Zamanla iştirakçıların sayı və format baxımından müxtəlif dəyişikliklərə məruz qaldı.
Unibank Premyer Liqa
Azərbaycan Premyer Liqası və ya Misli Premyer Liqası — Azərbaycanın peşəkar futbol klublarının çıxış etdiyi ən yüksək təbəqədir. Hazırda Misli Premyer Liqasında 10 futbol klubu iştirak edir. Azərbaycan Premyer Liqasının mövsümü adətən avqust ayından maya kimi keçirilir. Premyer Liqanın qalibi UEFA Çempionlar Liqasının 1-ci pley-off mərhələsində yer alır. Çempionat 1992-ci ildən 2007-ci ilə qədər Yüksək Liqa, 2007-ci ildən sonra Azərbaycan Premyer Liqası adı altında fəaliyyət göstərir. 1992-ci ildən 10 klub Azərbaycan Premyer Liqasının qalibi olmuşdur. Azərbaycan Premyer Liqasının ən uğurlu komandası "Qarabağ"-dır. Hazırkı çempion "Qarabağ" 2023–24 mövsümündə 11-cu dəfə bu titulu qazanmışdır. == Tarixi == === 1990-cı illər === 1990-cı illərdə liqada əsasən "Neftçi", "Qarabağ", "Kəpəz", "Turan Tovuz FK" və "Şəmkir" hökmranlıq edib. 1997-ci ildə "Kəpəz" Azərbaycan Premyer Liqası tarixində ən uzun qələbə seriyasına imza atmışdır.
İngiltərə Liqa Kuboku
Mançester Yunayted İngiltərə Liqa Kuboku, İngiltərədə keçirilən futbol turniridir. İngiltərədə əsas futbol liqası olan Premyer Liqa və digər 3 diviziondan 92 komandanın qatıldığı turnir 1960-ci ildə qurulub.
İspaniya Liqa Kuboku
İspaniya Liqa Kuboku (isp. Copa de la Liga) — 1982-ci ildə qurulub. Bu kubokda üç komanda qələbə qazanıb (Barselona, Real Madrid, Real Valyadollid). Burda La Liga, Segunda, Segunda B və Tersera klubları iştirak edirlər.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.