Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Makar adası
Makar adası — Laptevlər dənizində, Yana çayının deltasında yerləşir. Sahildən 30 km aralıda yerləşir. Ən yaxın quru parçası Şelonskiye adalarıdır (21 km). İnzibati cəhətdən Yakutiya ərazisinə daxildir.
Dekabr
Dekabr — Qriqorian təqvimi ilə ilin on ikinci, sonuncu ayıdır. 31 gündən ibarətdir. Qış fəslinin birinci ayıdır. Dekabr sözünün mənası (lat. dekem - onuncu) deməkdir. Buna səbəb Roma İmperiyası dövründə ilin mart ayından hesablanması idi.
Makalu
Makalu (çin. 马卡鲁山,Mǎkǎlǔ Shān — «Qara nəhəng») (8485 m) — dünyanın beşinci ən hündür zirvəsi. Mahalanqur-Himal silsiləsinin şərq hissəsində yeləşir. Bölgə ümumən mərkəzi Himalaya aid olub Çinlə (Tibet Muxtar vilayəti) Nepalın sərhəddindədir. Zirvəni Everestdən 22 km-lik məsafə ayırır. Dağın zirvəsi dördtərəfli piramidanı xatırladır. Makalu səkkizminliklər içərisində ən çox çətinlik yaradan dağ hesab olunur. Ekspedisiyaların ancaq 30%-i uğur qazana bilir. == Coğrafiyası == Dağ massivi iki zirvədən ibarətdir. Hər ikisinin hündürlüyü 8 km-i keçir: Everestdən və Lhotzedən şimal-qərb zirvəsi olan Kanqçunqze aydın görsənir.
Makama
Makasar
Makasar — İndoneziyanın Cənubi Sulavesi əyalətinin paytaxtı. Şərqi İndoneziya bölgəsindəki ən böyük şəhəri və Cakarta, Surabaya, Bandunq və Medandan sonra ölkənin beşinci böyük şəhər mərkəzidir. 1971-ci ildən 1999-cu ilə qədər şəhər rayonlardan biri olan Ucunq Pandanq adını aldı. Şəhər Makassar boğazı ilə üz-üzə olan Sulavesi adasının cənub-qərb sahilində yerləşir. Tarixi boyunca Makasar 17-ci əsrdə Niderland Ost-Hind Şirkəti tərəfindən fəth edilməzdən əvvəl Qova Sultanlığının mərkəzi və Portuqaliya dəniz bazasını qəbul edən əhəmiyyətli bir ticarət limanı olmuşdur. Niderland Ost-Hindində əhəmiyyətli bir liman olaraq qaldı, Şərqi İndoneziya bölgələrinə Makasar balıqçıları ilə Avstraliya sahillərinə qədər gedib çıxdı. İndoneziya müstəqillik qazandıqdan sonra qısa bir müddət ərzində Makasarda üsyanın baş verdiyi Şərqi İndoneziya Ştatlarının paytaxtı oldu. Şəhərin sahəsi 199.3 kvadrat kilometrdir (77.0 kv mi) və 2013-cü ildə təxminən 1.6 milyon əhalisi var. Onun daxili ərazisi Makasar şəhəri və 15 rayonu əhatə edən 1.976.168 əhaliyə malikdir. Rəsmi böyük şəhər sahəsi Mamminasata kimi tanınan və 17 əlavə rayon olmaqla, 2548 kvadrat kilometr ərazini əhatə edir (984 kvadrat mil) və 2010 siyahıyaalmasına görə 2.4 milyon əhalisi var.
Makkabi
Makkabi Tel-Əviv FK — İsrailin Tel-Əviv şəhərinin futbol klubu. Makkabi Hayfa FK — İsrailin Hayfa şəhərinin futbol klubu. Makkabi Tel-Əviv BK — İsrailin Tel-Əviv şəhərinin basketbol klubu. Makkabi Hayfa BK — İsrailin Hayfa şəhərinin basketbol klubu.
Makler
Makler ― müəyyən komissiya müqabilində alqı-satqı əməliyyatlarında vasitəçilik edən, əməliyyatları öz adına tərəfində olduqları şəxs və ya korporasiyaların adından edən treyder. Alıcı və satıcıların görüşünü asanlaşdırır və alış-verişi sürətləndirirlər.
Malabo
Malabo (Malabo) (1973-cü ilədək Santa-İsabel, Santa Isabel) — Ekvatorial Qvineyanın paytaxtı; Atlantik okeanında olan Bioko adasında yerləşir. Şimali Bioko əyalətinin inzibati mərkəzi. == Əhalisi == Əhali artımı — 40 min nəfər (1986), 60 065 nəfər (1994), 132 440 nəfər (2001), 187 302 nəfər (2012). == Tarixi == 1827-ci ildə ingilislər tərəfindən Port-Klarens qəsəbəsi kimi salınıb. 1843—1968-ci illərdə İspaniya Qvineyasının inzibati mərkəzi olub.
Marabu
Marabu — leyləkkimilər fəsiləsinə aid olan quş növü. Marabuların 2 cinsi Asiyanın cənubunda və bir cinsi isə Saxaranın cənubunda, Afrikanın böyük bir hissəsində rast gəlinir. Boyu 110–150 sm və qanadlarının uzunluğu isə 210–250 sm-dir. Hər üç cinsin nümayəndələrinin üst lələkləri və qanadları qara, qarınları və quyruqları ağ-dır. Marabuların əsas yeməyi gəmiricilər və kərtənkələlərdir. Marabu əsasən leşlə də qidalanır.
Akaba
Akaba və ya əl-Aqəba (ərəb. العَقبة‎) - İordaniyanın cənubunda, Aqaba körfəzində yerləşən liman-şəhər. Əhalisi təxinən 70.000 nəfərdir.
Dakar
Dakar — Seneqalın paytaxtı. Seneqalın payataxtında çoxlu universitetlər, mədəniyyət mərkəzləri, muzeylər fəaliyyət göstərir. Dakar Rəssamlıq muzeyi şəhərin qürur mənbəyidir. Qore adasındakı Tarix muzeyi də diqqətəlayiqdir. Paytaxtda Qərbi Afrikanın ən böyük mədəniyyət mərkəzləriondən biri Daniel Sorano Teatrı fəaliyyət göstərir.
Macar
Macarlar — Ural xalqları fin-uqor qrupunun uqor qoluna mənsub olan xalq. Macarıstan Respublikasının əsas əhalisidir. == Ümumi məlumat == Macarlar özlərini madyar adlandırırlar. Ural dilləri fin-uqor qrupunun uqor qoluna mənsub olan macar dilində danışırlar. Antropoloji cəhətdən yekcins olmayan macarlar əsasən ağ (Avropa) irqinin Orta Avropa tipinə aiddirlər. Dini dünyagörüşlərinə görə xristiandırlar (katolik). Şərqdən apardıqları qədim dini görüşlərinin, həmçinin şamançılığın izlərini hələ də saxlamaqdadırlar. Macarların dini görüşlərində, qədim türklərdə olduğu kimi, "Başı göy qübbəsinə çatan Dünya ağacına inam" çox güclüdür. 1989-cu il məlumatına görə sayları 14,5 milyon nəfərdir. Macarıstanın əhalisinin 99.4 %-ini təşkil edirlər..
Makao
Makau və ya Makao (çin. 澳门) rəsmi olaraq Çin Xalq Respublikasının Makau Xüsusi İnzibati Bölgəsi (MXİB), Çinin Cənubi Çin dənizi ilə Mirvari çayı deltasının qərb hissəsində yerləşən bir şəhər və xüsusi inzibati bölgədir. Təxminən 680,000 əhalisi və 32.9 kvadrat kilometr (12.7 kvadrat mil) sahəsi ilə dünyanın ən sıx məskunlaşıldığı bölgəsidir. Keçmiş Portuqaliya imperiyası koloniyası olan Portuqaliya Makau ərazisi ilk dəfə 1557-ci ildə Min sülaləsi tərəfindən ticarət məntəqəsi kimi Portuqaliyaya icarəyə verilmişdir. Portuqaliya illik icarə haqqı ödədi və 1887-ci ilə qədər ərazini Çinin suverenliyi altında idarə etdi. Daha sonra Portuqaliya Çin-Portuqaliya Pekin Müqaviləsi əsasında əbədi müstəmləkə hüquqlarını aldı. Koloniya 1999-cu ilə qədər Çinə təhvil verilənə qədər Portuqaliya hakimiyyəti altında qaldı. Makau "bir ölkə, iki sistem" prinsipi altında materik Çindən ayrı-ayrı hökumət və iqtisadiyyat sistemlərini qoruyan Çinin xüsusi inzibati regionlarındandır. Şəhərin tarixi mərkəzində Portuqaliya və Çin memarlığının unikal birləşməsi onun 2005-ci ildə UNESCO Ümumdünya İrsi siyahısına daxil edilməsinə səbəb oldu. == Adın etimologiyası == Makao XVI əsrin ortalarında hələ Portuqaliya müstəmləkəsi olmamışdan öncə Jinghai (鏡海, "Güzgü dəniz") və ya Haojing (濠鏡, "Stridiya güzgüsü") adlandırılırdı.
Matar
Matar — Anju adaları qrupuna daxil olan elə də böyük olmayan ada. Ada Çukot dənizi ilə Şərqi Sibir dənizi araspnda yerləşir. İnzinati cəhətdən Yakutiya ərazisinə daxildir. Ərazi Ust Lena qoruğuna daxildir.
Sakar
Sakar — Türkmənistan Respublikasının Lebap vilayətində şəhər tipli qəsəbə, Sakar etrapının inzibati mərkəzi. Yaşayış məntəqəsinin adı etnotoponimdir və burada məskun olan Sakar tayfasının adından yaranmışdır. Qəsəbənin təxminən 1 km qərbindən Türkmənabad – Atamurad avtomobil şossesi keçir, 10 km şimal-şərqində isə Ceyhun çayı axır. Qəsəbə ölkənin paytaxtı Aşqabaddan 700 km, vilayətin inzibati mərkəzi Türkmənabaddan isə 20 km uzaqlıqda yerləşir.
Takab
Təkab (fars. تکاب‎ Azərbaycan türkcəsində. Tikan təpə) — İranın Qərbi Azərbaycan ostanında şəhər. Şəhər Təkab şəhristanının inzibati mərkəzidir. Türk mənşəli Tikantəpə toponimi dəyişdirilmiş və Təkab adlandırılmışdır. == Tarix == 1938-ci ildə Rza xan Palani Pəhləvinin toponimlərin farslaşdırılması proqramına uyğun olaraq tarixi adı Tikantəpə olan şəhərin adı dəyişdirilərək Təkab olmuşdur. == Əhali == 2006-cı il siyahıya alınmasına əsasən əhalisi 43,702 nəfərdir. Şəhərin əsas əhalisi azərbaycanlılardan, az qismi isə kürdlərdən ibarətdir. Tikantəpə şəhərinin 42 məhəlləsi vardır. Şəhərin Şərifava məhəlləsi kürdlərdən ibarətdir, Qırnav məhəlləsində isə kürdlər azərbaycanlılarla birlikdə yaşayırlar: 1962-ci ildə şəhərin çıxışındakı körpünün yaxınlığında kasıb bir kürd ailəsi məskunlaşdı.
10 dekabr
10 dekabr — Qriqorian təqvimində ilin 344-cü günü. (uzun ildə 345-ci) Bu tarixdə ilin sonuna 21 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 27 noyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1817 — Missisipi ABŞ-nin 20-ci ştatı olub. === 1901–cari === 1901 — İlk "Nobel" mükafatı mərasimi Alfred Nobelin ölümünün beşinci ildönümündə Stokholmda keçirilib. 1948 — İnsan Hüquqları Konvensiyası Birləşmiş Millətlər Təşkilatı tərəfindən imzalanıb. 2017 — İraq Şam İslam Dövləti İraqda məğlub olub. === Azərbaycana aid hadisələr === 2002 — Bakıda Nizami metrostansiyasının açılışı olmuşdur. 2020 — İkinci Qarabağ Müharibəsində Azərbaycanın qələbəsi şərəfinə Bakıda hərbi parad keçirilmişdir.
11 dekabr
11 dekabr — Qriqorian təqvimində ilin 345-ci günü. (uzun ildə 346-cı) Bu tarixdə ilin sonuna 20 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 28 noyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1816 — İndiana ABŞ-nin 19-ci ştatı olub. === 1901–cari === 1941 — İkinci Dünya müharibəsi: Pörl-Harbora hücumdan sonra amerikalıların Yaponiya imperiyasına müharibə elan etməsindən sonra Almaniya və İtaliya ABŞ-yə müharibə elan ediblər. ABŞ da öz növbəsində onlara müharibə elan edib. 1946 — Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım üzrə Beynəlxalq Fondu (UNICEF) təsis edilib. 1979 — Paraqvay milli futbol komandası Amerika Kubokunu qazanıb. 1997 — Kioto protokolu qəbul olunub. 2008 — Bernard Medoff həbs edilib və 50 milyard dollarlıq Ponzi sxemində qiymətli kağızlar fırıldaqçılığı ilə ittiham olunub.
12 dekabr
12 dekabr — Qriqorian təqvimində ilin 346-cı günü. (uzun ildə 347-ci) Bu tarixdə ilin sonuna 19 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 29 noyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1787 — Pensilvaniya ABŞ-nin ikinci ştatı olub. === 1901–cari === 1963 — Keniya Böyük Britaniyadan müstəqilliyini elan edib. 2015 — BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasına aid Paris sazişi qəbul edildi. === Azərbaycana aid hadisələr === 1948 — Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Əfrasiyab Bədəlbəylinin "Nizami" operasının premyerası keçirilmişdir. 1988 — Spitak zəlzələsində yerli əhaliyə yаrdım göstərmək məqsədilə Azərbaycandan göndərilmiş İl-76 təyyаrəsi Ermənistanın Spitak rаyоnunun Quqark şəhərinin yаxınlığındа qəzaya uğramışdır. 1991 — Pakistan Azərbaycanın müstəqilliyini tanımışdır. 1994 — Azərbaycan və Kolumbiya arasında diplomatik əlaqələr qurulmuşdur.
13 dekabr
13 dekabr — Qriqorian təqvimində ilin 347-ci günü. (uzun ildə 348-ci) Bu tarixdə ilin sonuna 18 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 30 noyabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1642 — Abel Tasman Yeni Zelandiyanı görən ilk Avropalı olub. === 1901–cari === === Azərbaycana aid hadisələr === 1909 — Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun "Şeyx Sənan" operasının premyerası keçirilmişdir.
14 dekabr
14 dekabr — Qriqorian təqvimində ilin 348-ci günü. (uzun ildə 349-cu) Bu tarixdə ilin sonuna 17 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 1 dekabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1819 — Alabama ABŞ-nin 22-ci ştatı olub. === 1901–cari === 1911 — Olav Byaland, Helmer Hanssen, Sverre Hassel və Oskar Vistinqdən ibarət Roald Amundsenin komandası Cənub qütbünə ilk səyahət edən şəxslər olmuşdur. 1939 — Qış Müharibəsi: Sovet İttifaqı Finlandiyanı işğal etdiyi üçün Millətlər İttifaqından qovulub. 2012 — Sendi Huk ibtidai məktəbində atışma: Konnektikut ştatının Sendi Huk kəndində silahlı şəxs də daxil olmaqla 28 nəfər öldürülüb. === Azərbaycana aid hadisələr === 1928 — Bakı Zooloji Parkı təsis edilib. 2015 — Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti təsis edilib. 2016 — Buta Airways təsis edilib.
15 dekabr
15 dekabr — Qriqorian təqvimində ilin 349-cu günü. (uzun ildə 350-ci) Bu tarixdə ilin sonuna 16 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 2 dekabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === === Azərbaycana aid hadisələr === 1993 — Qarabağ müharibəsi: Azərbaycan Silahlı Qüvvələri Ermənistan Silahlı Qüvvələrinə qarşı Kəlbəcər əməliyyatını keçirmişdir. 2007 — Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Firəngiz Əlizadənin "Qarabağnamə" operasının premyerası keçirilmişdir. 2012 — Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Elnarə Dadaşovanın "Sayalı" baletinin premyerası keçirilmişdir.
16 dekabr
16 dekabr — Qriqorian təqvimində ilin 350-ci günü. (uzun ildə 351-ci) Bu tarixdə ilin sonuna 15 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 3 dekabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1984 — Səudiyyə Ərəbistanı milli futbol komandası Asiya Kubokunu qazanıb. 1991 — Qazaxıstan Sovet İttifaqından müstəqilliyini elan etdi.
17 dekabr
17 dekabr — Qriqorian təqvimində ilin 351-ci günü. (uzun ildə 352-ci) Bu tarixdə ilin sonuna 14 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 4 dekabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 2010 — Məhəmməd Buəzizi özünü yandırır. Bu hərəkət Yasəmən inqilabı və daha geniş Ərəb baharı üçün katalizator oldu.
18 dekabr
18 dekabr — Qriqorian təqvimində ilin 352-ci günü. (uzun ildə 353-cü) Bu tarixdə ilin sonuna 13 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 5 dekabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1787 — Nyu-Cersi ABŞ-nin üçüncü ştatı olub. 1892 — Rusiyanın Sankt-Peterburq şəhərində Pyotr İliç Çaykovskinin "Şelkunçik" baletinin premyerası keçib. === 1901–cari === 1988 — Səudiyyə Ərəbistanı milli futbol komandası Asiya Kubokunu qazanıb.