Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Malışka
Malışka — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd.
Anderson Taliska
Anderson Taliska və ya Taliska (1 fevral 1994, Feyra-de-Santana, Braziliya) — Dûrî el-Muhtarifin es-Suudî təmsilçilərindən olan "Əl-Nəsr" klubunun hücumçusudur. Bəzən yarımmüdafiəçi kimi də çıxış edir.
Malika Şeravat
Malika Şeravat (Hindcə:मल्लिका शेरावत) əsil adı:Reema Lambha; d. 24 oktyabr 1981, Rohtak, Haryana, Hindistan), Hind model və aktrisa. Ləqəbi "Bollivudun öpüşən kraliçası"dır.
Malakka
Malakka (Jawi: ملاك; Malayca: Melaka) — Malayziyada bir ştatdır. Malay yarımadasının cənubunda yerləşir. Paytaxtı Malakka şəhəridir. Şimalında Neqeri Sembilan, şərqində isə Cohor ştatları yerləşir. Malaziyanın 3 ən kiçik əyalətidir. Sahəsi 1,650 km², əhalisinin sayı 713,000 nəfərdir.
Melissa
Ballınanə (lat. Melissa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Gövdəsi dördkünc, budaqlı, yarpaqları ilə birlikdə yumşaq tüklüdür. Yarpaqları qarşılıqlı düzülmüş, saplaqlı, yumurtavarı formalı, kənarları mişarvarı, demək olar ki, çılpaqdır. Çiçəkləri ağ rəngdə xırda,ətirlidir. Meyvəsi dörd kiçik qozcuqdan ibarətdir. Bütövlükdə bitki limon iyinə,qurudulmuş yarpaqları isə acı ədviyyəli, bir qədər büzüşdürücü dada malikdir. İyun-iyul aylarında çiçəkləyir və iyul-sentyabr aylarında meyvə verir. Hündürlüyü 30-100 sm olan çoxillik yumşaq tüklü ot bitkisidir. Gövdəsi kəsikdə dördkünc, budaqlıdır.
Talışca
Talış dili (tal. tolışə zıvon, تؤلشه زوؤن) — Hind-Avropa dil ailəsinin hind-iran qoluna daxil bir dil, talışların dili. Tat dili və Zaza dili ilə yaxından əlaqəli olan Talış dilindən İranda (əsasən Gilan və ərazisində) və Azərbaycanda (əsasən Azərbaycanın Lənkəran, Masallı, Astara, Lerik rayonlarında) yaşayan talışlar məişətdə istifadə edirlər. Morfologiyasında fletivlik əlamətlərinə də təsadüf edilir. Sintaktik əlaqələrdə qoşma və önlüklərindən geniş istifadə olunur. Təsirli fellərin keçmiş zaman formalarının çoxunda cümlə erqativ quruluşludur. Talış dili hind-iran qrupunda irani dillər qolunun şimal-qərbi iran dil yarımqrupuna aid Kaspi dil qrupuna daxildir. Bu qrupa həmçinin talış dilinə yetərincə bənzər gilək dili və mazandaran dili, habelə simnan dilləri (simnani, biyabunaki, səngsəri, sorxeyi, əftəri, ləsgedri) və s. daxildirlər. Talış dili ümumən digər irani dillərlə, yəni fars, tat, tati, kürd, zaza, lur, tacik, osetin, puştu, dəri, bəluc və s.
Alisma
Baqəvər (lat. Alisma) — baqəvərçiçəklilər sırasının baqəvərkimilər fəsiləsinə aid bitki cinsi.
Lalisa
Lalisa (albom)
Maliki
Maliki (ərəb. مالكي‎) məzhəbi — Sünni İslamın içərisində İslam hüquqşünaslığının dörd böyük məktəbindən biri. Onun əsası 8-ci əsrdə Malik ibn Ənəs tərəfindən qoyulmuşdur. Maliki fiqh məktəbi ilkin mənbə kimi Quran və hədislərə əsaslanır. Digər İslam fiqhlərindən fərqli olaraq Maliki fiqhi də Mədinə əhalisinin icmasını İslam hüququnun etibarlı mənbəyi hesab edir. Maliki məzhəbi sünni müsəlmanların ən böyük qruplarından biridir, tərəfdarlar arasında Şafi məzhəbi ilə müqayisə oluna bilər, lakin Hənəfi məzhəbindən daha kiçikdir. Maliki doktrinasına əsaslanan şəriətə əsasən Şimali Afrikada (Şimali və şərqi Misir istisna olmaqla), Qərbi Afrikada, Çadda, Sudanda, Küveytdə, Bəhreyndə, Qətərdə, Dubay Əmirliyində (BƏƏ) və Səudiyyə Ərəbistanının şimal-şərq hissələrində mövcuddur. Orta əsrlərdə Maliki məktəbi həmçinin Avropanın İslam hakimiyyəti altında olan bölgələrində, xüsusən də İslam İspaniyası və Siciliya Əmirliyində mövcud olub. 9-cu əsrdən 11-ci əsrə qədər Maliki təliminin əsas tarixi mərkəzi Tunisin Uqbə məscidində olmuşdur. == Yaranması == İslamın sünni qolunun dörd hüquq məktəblərindən biri də Maliki fiqh məzhəbidir.
Malina
Adi moruq (lat. Rubus idaeus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Yayılması == Qırmızı moruq yabanı formada Azərbaycanın dağlıq yerlərində, meşə açıqlıqlarında, çayların kənarlarında, dərələrdə və bir qədər rütubətli torpaqlarda bitir. Moruq iyunda çiçəkləyir. Ağ rəngli ətirli çiçəkləri 1ay müddətində açılır. Külli miqdarda çiçəkləmə isə 2 həftə davam edir. Meyvələri çiçək açdıqdan 35-40 gün sonra, yəni iyul-avqustda yetişir. Meyvəsinin rəngi tünd qırmızı, açıq qırmızı, ağımtıl-sarı olur, yetişəndə tez tökülür. Meyvəsi yumru, oval və yastı-yumru formada olur. Dadı şirin, meyxoş və ətirlidir.
Malıca
Malıca — İranın Kürdüstan ostanının Qürvə şəhristanının Dilbəran bəxşində şəhər. == Tarix == Malıca kəndi 2021-ci ildə şəhər statusu qazanmışdır. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 4,164 nəfər yaşayır (1,245 ailə). === Milli tərkibi === Əhalisi Azәrbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Manisa
Manisa — Türkiyənin Egey regionunda şəhər və Manisa ilinin inzibati mərkəzi. "Şahzadələr şəhəri" olaraq da tanınır. Antik dövrdə "Magnesia", Roma İmperiyası dövründə tam adıyla "Magnesia ad Sipylum" olaraq xatırlanmışdır. Dünya dillərindəki maqnit və maqnezium sözlərinin mənşəyi Manisanın adıdır. Ənənəvi Beynəlxalq Mesir pastası Festivalı təşkil edilir. Festivalı fəaliyyətlərinə qürur qonağı ölkələr üçün gecə təşkil edilir.
Pliska
Pliska — Bolqarıstanda şəhər. Şəhər 681-864 cü illərdə I Bolqar Dövlətinin paytaxtı olmuşdur.
Xalisa
Xalisa — Vedibasar mahalının Vedi rayonunda kənd. Xalisa - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Rayon mərkəzindən 10 km cənub-şərqdə, Vedi çayından ayrılan arxın yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. (Erməni mənbələrində) Erməni əsilli kəndin başqa adının Xalisa Gyuley yurd olduğu göstərilir. Toponim «dövlət torpağı, dövlətə məxsus olan yer» mənasında işlənən ərəb mənşəli xalisə sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir. Xalisa kəndindəki 1925-ci ildən fəaliyyətə başlayan ibtidai məktəb 1934-1935-ci tədris ilində yeni istifadəyə verilən məktəb binasında (Köhnə məktəb) yeddiillik məktəbə çevrilmişdir. Yeddiillik məktəb 1963-1964-cü tədris ilində səkkizillik məktəbə çevrilmişdir. Kənddə 1831-ci ildə 149 nəfər, 1873-cü ildə 864 nəfər, 1886-cı ildə 960 nəfər, 1897-ci ildə 1165 nəfər, 1904-cü ildə 957 nəfər, 1914-cü ildə 1053 nəfər, 1916-cı ildə 1159 nəfər azərbaycanlı yaşamışdır.
Malik
Malik — kişi adı.
Maska
Maska — tanınmamaq və ya müdəfiyə məqsədilə üzə geyinilən əşya. Maska öz forması ilə çox vaxt üz cizgilərini təkrarlayır, gözlər üçün və nadir hallarda ağız və burun üçün dəliklərə malik olur. Qədim zamanlarda maskalar pis ruhlardan qorunmaq üçün istifadı edilirdilər. “Maska” sözü fransız dilində olan masque sözü vasitəsilə olan italyan sözü maschera və ya ispan sözü máscara sözlərindən törəmədir. Bu sözlər latın sözü olan mascus, masca (kabus) və ya ərəb sözü olan maskharah (təlxək) sözlərindən əmələ gəliblər. Maskalar müxtəli materiallardan düzəldirirlər: ağac, metal, gips, parça, dəri və s.
Alisa
Alisa — ad. Alisa Xalıyeva — Azərbaycanı təmsil edən üzgüçü. Alisa Paqani — İtaliya aktrisası, fotomodeli və yazıçısı.
I Kanişka
I Kanişka — 78-144-ci illərdə Kuşan imperiyasının xaqanı. == Həyatı == Kuşan dövləti, ən parlaq zamanını Kanişka dönəmində (78-144) yaşadı. Pişəvər şəhərinin səs-sorağı hər yana yayıldı. == I Kanişka və Hindistan mədəniyyəti == Maurilərin ardınca Kuşanlar sülaləsi (b.e-nın I-III əsrləri) qədim Hindistanın tərəqqisini yüksəklərə qaldırdı. Xüsusilə, Kanişkinin hakimiyyəti dövrü (b.e. 78-144) buraya aid edilir. B.e-nın I-III əsrlərində handhar incəsənət məktəbi mühüm yer tutdu. Bu məktəbdə Şimali Hindistan, Orta Asiya, Yunan-Roma məktəbinin ənənələri üstünlük təşkil edirdi. Bu məktəbin özüməxsusluğu Buddanın ideallaşdırılmış gözəl insan obrazında antropomorf təsvirdə verilməsi ilə izah edilir.
Malakka (ştat)
Malakka (Jawi: ملاك; Malayca: Melaka) — Malayziyada bir ştatdır. Malay yarımadasının cənubunda yerləşir. Paytaxtı Malakka şəhəridir. Şimalında Neqeri Sembilan, şərqində isə Cohor ştatları yerləşir. Malaziyanın 3 ən kiçik əyalətidir. Sahəsi 1,650 km², əhalisinin sayı 713,000 nəfərdir.
Malakka boğazı
Malakka boğazı (ind. Malakka Madura,malay Selat Melaka) - Malay yarımadasını Sumatra adasından ayırır. Hind okeanına daxil olan Andaman dənizini Sakit okeana daxil olan Cənubi Çin dənizi ilə birləşdirir. Boğazın uzunluğu 930 km, eni isə ən dar yerdə 38 km təşkil edir. Strateji əhəmiyyət baxımından Süveyş kanalı və Panama kanalı ilə əhəmiyyətə malikdir. Bu yol Hind okeanı və Sakit okean arasında olan əsas dəniz yoludur. İl ərzində boğazdan 50,000 gəmi keçir. Onlar müxtəlif ölçülərə malik olsa da, dünya üzrə gəmilərin ¼ təşkil edir. Şərqi Asiya istiqamətində gedən neft daşımaları bu boğaz vastəsi ilə həyata keçirilir. Bu istiqamətindəki, daşımaların böyük qismi Yaponiya,Çin və Cənubi Koreyanın üzərinə düşür.
Malakka sultanlığı
Malakka sultanlığı — 1414–1511-ci illərdə mövcud olmuş, əsası islamı qəbul etmiş yavalı şahzadə Parameşvara İsgəndər şah tərəfindən qoyulmuş dövlət. == Tarixi == Malakka körfəzindən keçən ticarət yollarının yaxınlığı zəminində yeni eranın başlanğıcında Malakka yarımadasının cənub hissəsində iri liman şəhərləri yarandı. İlk dövrlərdə Malayyada Hindistandan gəlmə tacirlər və buddist rahiblər mühüm rol oynayırdılar. Hind mədəniyyətinin Malayyanın sosial-siyasi və dini həyatına təsiri uzun əsrlər boyu davam etdi. Malayyanın şəhər-dövlətləri və vilayətləri uzun müddət ərzində Cənubi Hindistan, Hind-Çin, Sumatra və Yavada yerləşən qonşu dövlətlərdən asılı idilər. Bu dövlətlər Malakka körfəzindəki gəmiçiliyi nəzarətə almaq uğrunda bir-biri ilə rəqabət aparırdılar. 1414-cü ildə islamı qəbul etmiş yavalı şahzadə Parameşvara İsgəndər şah adı altında Malakka sultanlığının əsasını qoydu. Onun tərkibinə, demək olar ki, bütün Malayya, Sumatranın bir hissəsi və yaxınlıqdakı bir neçə ada daxil idi. XV əsr ərzində islam dini Malayyada buddizm və hinduizmin mövqelərini xeyli zəiflətdi: müsəlman tacirlər beynəlxalq ticarətdə üstün mövqe qazanmağa başladılar, malay yazısı üçün hind qrafikası yerinə ərəb qrafikası istifadə olunmağa başladı. XVI əsrin əvvəllərinə doğru Malakka sultanlığı Cənub-Şərqi Asiyanın nüfuzlu şəhər-dövlətinə çevrildi və öz hakimiyyətini Sumatranın şərq hissəsinə qədər genişləndirdi.
Melissa Benoyst
Melissa Mari Benoyst (ing. Melissa Marie Benoist; 4 oktyabr 1988, Hyuston, Texas) – ABŞ aktrisası və müğənnisi. O, daha çox «Xor» serialındakı Marli Rouz və «Supergörl» serialındakı Supergörl/Kara Zor-El rolları ilə tanınır. Melissa Mari Benoyst 4 oktyabr 1988-ci il tarixində ABŞ-nin Texas ştatında yerləşən Hyuston şəhərində anadan olmuşdur. Benoyst Kolorado ştatının Litlton şəhərində böyümüşdür. O, 2007-ci ildə Litltondakı bir orta məktəbdən məzun olmuşdur. Bundan sonra Nyu-York şəhərinə köçən Benoyst 2011-ci ildə kollecdən məzun olur. O, həmin dövrdə «Qanun və nizam: Xüsusi korpus», «Qanun və nizam: Cinayətkar niyyət», «Göy qanlar» və «Yaxşı arvad» teleseriallarında qonaq rolları canlandırır. «Showtime» telekanalında yayımlanan «Vətən» serialında az əhəmiyyətli bir rolu canlandırdıqdan sonra, 2012-ci ilin payızında «Fox» telekanalında yayımlanan «Xor» teleserialının dördüncü mövsümünün aktyor heyətinə qoşulur. Teleserialın beşinci mövsümündə daha əhəmiyyətli rol alan Benoyst 2014-cü ilin əvvəllərində digər aktyorlarla birlikdə layihəni tərk edir.
Melissa Brannen
Melissa Brannenin itkin düşməsi — 3 dekabr 1989-cu ildə Virciniya ştatının Lortondakı Woodside mənzillərində baş vermiş hadisə. O, kompleksdə yaşayan Maykl Brannen və Temmi Brannenin beş yaşlı qızı idi. Kompleksdə sakinlər üçün təşkil olunan ziyafətdə iştirak edərkən yoxa çıxdı. Kompleksdə hər işi bacaran Kaleb Daniel Hyuz pislik etmək məqsədilə qaçırmaqda ittiham olundu və 50 il həbs cəzasına məhkum edildi. Onun cəsədi heç vaxt tapılmadı və heç vaxt öldüyü sübuta yetirilmədi. Onun itkin düşmə hekayəsindən "The FBİ Files"-ın ilk mövsümünün 8-ci epizodunda bəhs olundu. Həmçinin "Forensic Files" televiziya proqramının 4-cü sezonunun 5-ci epizodunda göründü. 3 dekabr 1989-cu ildə Temmi Brannenin qızı Melissa ilə birlikdə yaşadığı mənzil kompleksində təxminən 100 qonağın olduğu Milad şənliyi təşkil olundu. Şənlikdən çıxarkən Melissa bir az çips almaq üçün geri qayıtdı və bir daha geri gəlmədi. O, tapılmayanda foul oyunundan şübhələnildi.
Melissa Corc
Melissa Süzan Corc (ing. Melissa Suzanne George; 6 avqust 1976, Pert) — Avstraliya-ABŞ aktrisası.
Melissa Kollinz
Melissa Kollinz (d. 25 sentyabr 1976) — Kanadanı təmsil edən su poloçusu. Melissa Kollinz, Kanada yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün sadəcə birində qalib gələn Kanada yığması, Sidney Olimpiadasını beşinci pillədə başa vurdu. Daha sonra Melissa Kollinz, Kanada yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Qazaxıstan yığmasını 10:4 hesabı ilə məğlub edən Kanada yığması, Afina Olimpiadasını yeddinci pillədə başa vurdu.