Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Maraqlı kiçik jurnalı
Türkiyə Elmi və Texniki Araşdırma Təşkilatı hazırladığı Türkiyənin ilk aylıq məktəb əvvəli elm jurnalıdır. Yanvar 2007də nəşr həyatına başlayan Maraqlı Kiçik, hər ayın 1ində oxucularıyla görüşən 3-6 yaşa istiqamətli bir elm jurnalı. Jurnal, içindəki bir-birindən rəngli şəkil və fotoşəkil çəkər, təsir edici yazılar, maraqlı məlumatlar və əyləncəli fəaliyyətlərlə uşaqları elm dünyasında bir səfərə çıxarır. Jurnalın, macəralarla dolu bu səfərdə uşaqlara yoldaşlıq edən qəhrəmanları Kiçik, Çakçak, Kırçıl, Karamel və Nüvə, oxucuları arxalarında sürüyərək hər ədəddə yeni bir mövzunu kəşfə çıxırlar.
Bəzi maraqlı hadisələr (internet serialı, 2021)
Bəzi Maraqlı Hadisələr (türk. İlginç Bazı Olaylar) — rejissoru və ssenaristi İbrahim Büyükak olan NuLook Production imzalı 16 aprel 2021-ci ildə EXXEN-də yayınlanmağa başlayan Türkiyə istehsalı komediya internet serialı. == Məzmun == Ailəsi üçün xəyallarından əl çəkməyən və dostları ilə İstanbula getməyən İbo, ailəsi və dostları ilə birlikdə Bursada yaşadıqları bəzi maraqlı hadisələr.
Daraqlı
Daraqlı (qaq. Taraklı) Moldovada şəhərdir. Daraqlı rayonun mərkəzi.
Manaslu
Manaslu (və ya Kutang) — Himalayda dağ. Əsas zirvəsi Manaslu (8156 m) — dünyanın ən hündür səkkizinci zirvəsi. Manaslu Manaslu-Himal (Mansiri-Himal kimi də adlandırırlar) dağ massivinə aiddir. Zirvə Nepalın mərkəzində, Çin sərhəddinin yaxınlığında yerləşir. == Coğrafiyası == Manaslu üç zirvədən ibarətdir: == Etimologiyası == Sanskrit dilində Manaslu «Ruhlar dağ»ı mənası verir. Manasa — ruh, qəlb deməkdir. == Fəth olunma tarixi == Hal-hazırda (2015) Manaslu zirvəsinə 10 fərqli marşrut mövcuddur. 1950-cı ildə Tilman dağın şimal-şərq yamacı boyu tədqiqat işləri aparmış və mümükün dırmanma yolunu göstərmişdir. 1952-ci ildə yaponlar zirvənin 5275 metr hündürlüyünə yetişmiş. Daha sonra növbəti yapononlardan təşkil olunmuş 15 alpinist və onlardan üçü 7750 metrlik hüdürlüyə qalxa bilmişlər.
Marallı
Marallı-i Cəfərquluxanlı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Marallı-i Kalbalı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Araqlı
Araqlı (türk. Araklı) — Trabzon ilinin ilçəsi.
Makalu
Makalu (çin. 马卡鲁山,Mǎkǎlǔ Shān — «Qara nəhəng») (8485 m) — dünyanın beşinci ən hündür zirvəsi. Mahalanqur-Himal silsiləsinin şərq hissəsində yeləşir. Bölgə ümumən mərkəzi Himalaya aid olub Çinlə (Tibet Muxtar vilayəti) Nepalın sərhəddindədir. Zirvəni Everestdən 22 km-lik məsafə ayırır. Dağın zirvəsi dördtərəfli piramidanı xatırladır. Makalu səkkizminliklər içərisində ən çox çətinlik yaradan dağ hesab olunur. Ekspedisiyaların ancaq 30%-i uğur qazana bilir. == Coğrafiyası == Dağ massivi iki zirvədən ibarətdir. Hər ikisinin hündürlüyü 8 km-i keçir: Everestdən və Lhotzedən şimal-qərb zirvəsi olan Kanqçunqze aydın görsənir.
Marabu
Marabu — leyləkkimilər fəsiləsinə aid olan quş növü. Marabuların 2 cinsi Asiyanın cənubunda və bir cinsi isə Saxaranın cənubunda, Afrikanın böyük bir hissəsində rast gəlinir. Boyu 110–150 sm və qanadlarının uzunluğu isə 210–250 sm-dir. Hər üç cinsin nümayəndələrinin üst lələkləri və qanadları qara, qarınları və quyruqları ağ-dır. Marabuların əsas yeməyi gəmiricilər və kərtənkələlərdir. Marabu əsasən leşlə də qidalanır.
Marağa
Marağa — İranın Şərqi Azərbaycan ostanında şəhər. Təbrizdən 130 kilometr cənub-şərqdə yerləşir. Marağa bağ-bağatı, meyvəsi, xüsusilə üzüm, doşab və kişmişi ilə məş­hurdur. Şəhər, meyvəsindən əlavə, taxılı və gözəl mərməri ilə də böyük şöhrət qazanmışdır. Həmçinin Marağa öz qədim Marağa rəsədxanası və bütün Azərbaycanda tanınan Marağa sabunuyla məşhurdur. == Etimologiyası == Bir çox mütəxəssis indiki Marağanı qədim tarixi qaynaqlarda adı çəkilmiş, Atropatenada yerləşən Vera şəhəriylə, habelə Fraata, Prasana, Fraaspa, Fraspa, Əfrahrud (rud farsca çay deməkdir) kimi toponimlərlə əlaqələndirir. Bəzi qaynaqlara görə, "Marağa" sözünün mənası "otlaq yeri" deməkdir. Marağa şəhərinin adını ərəb dilində "otlamaq" mənasındakı "mərəğə" sözüylə əlaqələndirib, bu adın "otlaq, at bəslənən yer" demək olduğunu qeyd edirlər. Lakin çox güman ki indiki Marağa toponimi ilə bağlı olan qədim toponimlərin (Fraata, Fraaspa, və s.) Azərbaycan ərazisinə ərəb xilafətinin axınlarının başlamasından xeyli əvvəl mövcud olduqları nəzərə alındıqda, bunun gerçək olması ehtimalı az olur. == Tarixi == Strabonun yazdığına görə, Atropatena hökmdarlarının yay iqamətgahı olan Qazaka və qış iqamətgahı olan Vera adlı iki paytaxt şəhərləri olmuşdur.
Maral
Marallar (lat. Cervidae) — cütdırnaqlılar dəstəsiə aid fəsilə. 40 növə malikdir. Avrasiya, Şimali Amerika, Cənubi Amerikada yayılıb, eləcə də insanlar tərəfindən Avstraliya və Yeni Zelandiyaya gətirilib. Azərbaycan folklorunda adı ən çox hallanan heyvanlar arasında maral sözsüz ki, birincilər sırasındadır. Lap qədim dövrlərdən indiyə kimi həmişə insanın bu "dağlar və meşələr gözəli"nə xüsusi marağı olub. Ona görə də məişət və təsərrüfat fəaliyyətində maraldan zaman-zaman istifadə ediblər. Maralın qidalığına görə əti və südü, sənaye əhəmiyyətinə görə isə dərisi və buynuzu əvəzsiz sayılıb. Maral estetik baxımdan və mənəvi tələbatı ödəmək cəhətdən müqayisəolunmazdır. Gözəl təbiət müşahidəçisi, yazıçı-ekoloq Zaman Novruz onu bu cəhətdən belə ifadə edirdi: "Təbiətcə çox da sakit olmayan maralın görkəmindəki zəriflik, baxışlarındakı mehribanlıq, cəlbedicilik, duruşundakı vüqar, əzəmət və incəlik onu gözəllik rəmzi kimi dilə-dişə salmış, adı nağıllara, dastanlara, şeirlərə düşmüş, neçə-neçə maral ünvanlı əfsanə yaranmışdır".
Maraq
== Maraq nədir? == Maraq – fərdin xüsusi cəhd göstərmədən öz istəyi ilə, zövq alaraq bir işə yönəlməsidir. Maraqlar insanın idrak təlabatlarının emosional təzahürləridir.Onların təmin olunması biliklərdəki çatışmamazlıqları aradan qaldırmağa, onları anlamağa, onlarla tanış olmağa kömək edir. Marağı bir insanın özü və çevrəsi tərəfindən təsdiq olunan davranışları kimi də qəbul etmək olar. Yəni maraq daxili və xarici təsirlə formalaşır. Bir işə sevgi ilə müəyyən müddət bağlanma da maraqdır. Kitab, futbol, musiqi və s. də bu maraqlara daxildir. Maraqlar bir çox səbəbdən asılı olaraq fərddən fərdə dəyişir. Şəxsin içində olduğu dairə, cinsiyyət, yaş, zəka, fiziki imkanlar, başqa bir çox qabiliyyətlər, sosial mühit, ailə mühiti və mədəni faktorlar və s.
Daraqlı seloziya
Maharlu gölü
Maharlu gölü (fars. دریاچه مهارلو‎‎) — İranın Fars ostanında, Şirazın mərkəzindən 27 km aralı duzlu göl. Yüksək duzluluq balıqların yaşamasına imkan vermir. Maharlı gölünün ətrafındakı bataqlıqlarda çoxlu su quşu yaşayır. Göldə qızılqazlar qışlayır.
Maracul (Urmiya)
Maracul (fars. مراجول‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 369 nəfər yaşayır (106 ailə).
Marağalı Kərimi
Marağalı Kərimi (1931, Cənubi Azərbaycan) 1931-ci ildə Marağa şəhərində anadan olub. Azərbacan türkcəsində çox sayılı şeirlər yazıb. 2023, 9 fevralda 91 yaşında öldü.
Marağalı Övhədi
Əvhədi Marağayi Rüknəddin (1271, Marağa, Şərqi Azərbaycan ostanı – 1338, Marağa, Şərqi Azərbaycan ostanı) — Azərbaycan filosofu, şair. == Həyatı == Dəqiq təvəllüdü məlum olmayan, Azərbaycanlı məşhur alim və filosof şair Şeyx Marağalı Əvhədədin Şeyx Əvhədi ibn Hüseyn 1274-cü ildə keçmişdə Azərbaycan ın paytaxtı olmuş Marağa şəhərində anadan olduğu təxmin edilir. Bəzi mənbələrə görə ilk zamanlar "Safi" təxəllüsü ilə yazmışdır. Təhsilini o zaman Yaxın Şərqin ən məşhur mədəni mərkəzlərindən olan Marağa şəhərində almışdır, ana dilindən başqa ərəb, fars dillərini, elmi-nücum, məntiq, təbiət elmlərini, fəlsəfəni, ilahiyyatı və sair elimləri öyrənmişdir. Müxtəlif mənbələrdə onun barədə deyilmişdir: övliya, xoşbatin, xoşsifət, Allahpərəst, arif, şeyx, mövlana, mehriban, əxlaqlı, təmiz adam, fazil və kamil insan, təcəvvüf təriqəti başçısı, haqq yolun bələdçisi də s. Ən dahi şairimiz Həzrəti Seyid İmadəddin Nəsimi Əvhədini çox sevmiş, əsərlərini tərcümə etmiş, yaxud onlara nəzirələr yazmışdır. Xacə Hafiz onu "Piri-Təriqət" adlandırmışdır. Sədi Şirazi onu öz ustadi saymışdir. Bəziləri Əvhədinin bir müddət İsfahanda yaşamasını və farsca yazmasını əsas tutaraq onu fars şairi kimi gələmə verməyə calışmışlar, lakin bu fikir səhv və gülüncdür. Birincisi, fars şairlərin çoxu ərəbcə yazmışlar ki, buna görə onlara ərəb demək olmaz.
Marağan (Sərdəşt)
Marağan (fars. مراغان‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 384 nəfər. yaşayır (78 ailə).
Pəriçınqıl Qaragölü
Pəriçınqıl Qaragölü — Laçın rayonu ərazisində göl. Alagöllər dağının (Qarabağ yaylası) cənub-qərb yamacında, 2961 metr yüksəklikdə şirin sulu göldür. Mal-qaranın suvarılmasında istifadə olunur. Ərazidəki Qaragöl adlı bir neçə göldən fərqləndirmək üçün Pəriçınqıl dağının adından istifadə olunmuşdur. Gölün sahəsi 0,94 km², maksimal dərinliyi isə 5,4 metrdir.
Qaragül qoyunu
Qaragül qoyunu — qabayunlu qoyun cinsi. Əsasən dərisindən və südündən istifadə edilir.. Qaragül qoyunu əsasən Türkmənistan və İranda saxlanılır. Qaraqul xəzinə müxtəlif cins qoyun qurularının dərilərinə aid edilir və bunlar da özlərinin ilkin tük örtüyünün burulma quruluşuna görə fərqlənirlər. Qaraqul xəzi aşağıdakı kimi fərqlənir: təmizcinsli qara rəngli qaraqul; təmizcinsli rəngli qaraqul; təmizcinsli boz rəngli qaraqul; metis (quyruqlu) qara rəngli qaraqul; metis (quyruqlu) rəngli qaraqul; metis cinsdən olan qara rəngli qaraqul; metis müxtəlif cinsdən olan rəngli qaraqul; Doğulmayan, qaraqul cinsli quzu dərisi qaragülçə Bunlar yaş fərqinə görə (hətta bir aya qədər günlərin sayına görə) və tük örtüyünün inkişaf dərəcəsinə görə üç yerə ayrılır: qolyak-lütcə (cox zəif tük örtüyü olan) Muar-cox qısa parlaq, iynəyəbənzər dalğavari tük örtüklü (qaragülçə ölü) Klyam zahılığın axırıncı mərhələsindəki embrion dərisi və doğulmuş 1–2 günlük quzu dərisi; tük örtüyü müardan çoxdur və burulma təzə başlayır(buna qaragül-qaragülçəsi deyilir) Sumuşka- doğlmuş, 2–4 günlük quzu dərisi: Yaxobob-doğuluş 1-aya qədər qaraqul cinsli quzu dərisi. Merluşka:-30 günlük quzu dərisi (qara palıdı və ağ rəngli) Qaragül xəzi müxtəlif qoyunların quzu dərilərindən ibarətdir. Qara, boz və çal rəngli təmiz cinsli qaragül dərisi, qara və əlvan rəngli müxtəlif cinslərin (zərif yunlu qoyunlardan başqa) qarışığından olan qaragül dəri saf və qarışıq cinsli qaragülçə (doğulmamış quzu), təbii və boyanmış krım dərisi, təbii və boyanmış güllü dəri, Rusiya və səhra müarının dərisi , güllü və safcinsli yaxobab dərisi bu qrupa daxildir. Bunlardan başqa sənayedə şiraz, Xorason, Əfqan, Tehran, Qərbi Cin və Monqolustan quzu dəriləri də emalı edilir. Qaraqul quzu dərisi qoyunların tükü yaşına görə çox dəyişilir. Dəriyə qiymət verilməsində bu halın çox böyük əhəmiyyəti vardır.
Yaraqlı nemerttinlər
Yusif Miroğlu
Yusif Miroğlu — Dəli ürək serialının baş qəhrəmanıdır. Obraz Kənan İmirzalıoğlu tərəfindən canlandırılmışdır. Hələ də hərbi xidmətini davam etdirən Yusuf bir gün məzuniyyət almaq üçün yaşadığı İstanbula gəldiyi zaman hərbi maşına qarşı həyata keçirilən terror hücumunun ortasında qalır. Sağlam düşüncəsi və qəhrəmanlara xas olan instinktiv reflekslə hərəkətə keçərək, hərbi bacarıqlarından və təcrübəsindən istifadə edərək hücumu həyata keçirən terrorçulardan birini tutur və silahını ələ keçirir, digərlərini silahı yerə qoymağa çağırır, lakin bu çağırışa qulaq asmayıb onu nişan alan başqa bir terrorçunu başından vuraraq öldürür. Bu hadisə ölkənin gündəminə çevrilir və onun adı bütün ölkəyə yayılaraq məşhurlaşır. Bundan sonrakı müddətdə baş verən ardıcıl proseslər Yusuf Miroğlunu Birim adlı rəsmi məxfi xidmətin özünəməxsus xüsusi layihəsində işə götürmək üçün axtardığı istedadlı şəxsə və qəddar insanlardan zərər görən məzlumların müraciət etdiyi ümumxalq qəhrəmanına çevirəcəkdir. Serial ümumilikdə ölkədəki cari problemlərə işıq salmış və bu personaj da həmişə bu problemlərin bir ucunda özünü tapmış və mafiya başçıları, dərin dövlət məmurları, rəsmi dövlət məmurları və hətta müxtəlif məxfi xidmət əməkdaşları ilə mübarizə aparmaq məcburiyyətində qalmışdır. Yusuf Miroğlu, öz adamları Bozo Sabri və Cihan ilə birlikdə serialın 113-cü final bölümündə Cek adlı düşməni tərəfindən anqarda pusquya salınaraq öldürülmüşdür.
Yusuf Miroğlu
Yusif Miroğlu — Dəli ürək serialının baş qəhrəmanıdır. Obraz Kənan İmirzalıoğlu tərəfindən canlandırılmışdır. Hələ də hərbi xidmətini davam etdirən Yusuf bir gün məzuniyyət almaq üçün yaşadığı İstanbula gəldiyi zaman hərbi maşına qarşı həyata keçirilən terror hücumunun ortasında qalır. Sağlam düşüncəsi və qəhrəmanlara xas olan instinktiv reflekslə hərəkətə keçərək, hərbi bacarıqlarından və təcrübəsindən istifadə edərək hücumu həyata keçirən terrorçulardan birini tutur və silahını ələ keçirir, digərlərini silahı yerə qoymağa çağırır, lakin bu çağırışa qulaq asmayıb onu nişan alan başqa bir terrorçunu başından vuraraq öldürür. Bu hadisə ölkənin gündəminə çevrilir və onun adı bütün ölkəyə yayılaraq məşhurlaşır. Bundan sonrakı müddətdə baş verən ardıcıl proseslər Yusuf Miroğlunu Birim adlı rəsmi məxfi xidmətin özünəməxsus xüsusi layihəsində işə götürmək üçün axtardığı istedadlı şəxsə və qəddar insanlardan zərər görən məzlumların müraciət etdiyi ümumxalq qəhrəmanına çevirəcəkdir. Serial ümumilikdə ölkədəki cari problemlərə işıq salmış və bu personaj da həmişə bu problemlərin bir ucunda özünü tapmış və mafiya başçıları, dərin dövlət məmurları, rəsmi dövlət məmurları və hətta müxtəlif məxfi xidmət əməkdaşları ilə mübarizə aparmaq məcburiyyətində qalmışdır. Yusuf Miroğlu, öz adamları Bozo Sabri və Cihan ilə birlikdə serialın 113-cü final bölümündə Cek adlı düşməni tərəfindən anqarda pusquya salınaraq öldürülmüşdür.
Əbdülqadir Marağai
Əbdülqadir Marağayi və ya Əbdülqadir Maraği (az-əbcəd. عبدالقادر مراغی‎; fars. عبدالقادر مراغی‎) — Azərbaycan türklərindən olan böyük alim. Musiqi Azərbaycan xalqının həyatının bütün sahələrində həmişə xüsusi yer tutub. Görünür, elə buna görə də orta əsrlərdə bütün Şərq musiqisinin nəzəriyyə və təcrübi məsələlərini əhatə etmiş Səfiəddin Urməvi və Əbdülqədir Marağayi kimi iki korifey məhz Azərbaycandan çıxmışdı. Əbdülqədir ibn Qeybi əl-Hafiz Əl-Marağayi XIV əsrin ortalarında Azərbaycanın məşhur elm və mədəniyyət mərkəzlərindən sayılan Marağa şəhərində anadan olub. Orta əsrlərin bir çox digər alimləri kimi Marağayi də hərtərəfli təhsil almışdı. O, şərq musiqi nəzəriyyəsini dərindən mənimsəmiş, gözəl xanəndə, musiqiçi, bəstəkar, rəssam – xəttat və şair olmuşdur. Marağayi öz şerlərini Azərbaycan türkcəsi, fars və ərəb dillərində yazıb. Marağayi özünün yazdığı kimi, şeirlərinin əksər qismini Azərbaycanda və İraq türkləri arasında geniş yayılmış Segah, Üşşaq və Nəva muğamlarına uyğun vəznlərdə qələmə alıb.
Əvhədi Marağalı
Əvhədi Marağayi Rüknəddin (1271, Marağa, Şərqi Azərbaycan ostanı – 1338, Marağa, Şərqi Azərbaycan ostanı) — Azərbaycan filosofu, şair. Dəqiq təvəllüdü məlum olmayan, Azərbaycanlı məşhur alim və filosof şair Şeyx Marağalı Əvhədədin Şeyx Əvhədi ibn Hüseyn 1274-cü ildə keçmişdə Azərbaycan ın paytaxtı olmuş Marağa şəhərində anadan olduğu təxmin edilir. Bəzi mənbələrə görə ilk zamanlar "Safi" təxəllüsü ilə yazmışdır. Təhsilini o zaman Yaxın Şərqin ən məşhur mədəni mərkəzlərindən olan Marağa şəhərində almışdır, ana dilindən başqa ərəb, fars dillərini, elmi-nücum, məntiq, təbiət elmlərini, fəlsəfəni, ilahiyyatı və sair elimləri öyrənmişdir. Müxtəlif mənbələrdə onun barədə deyilmişdir: övliya, xoşbatin, xoşsifət, Allahpərəst, arif, şeyx, mövlana, mehriban, əxlaqlı, təmiz adam, fazil və kamil insan, təcəvvüf təriqəti başçısı, haqq yolun bələdçisi də s. Ən dahi şairimiz Həzrəti Seyid İmadəddin Nəsimi Əvhədini çox sevmiş, əsərlərini tərcümə etmiş, yaxud onlara nəzirələr yazmışdır. Xacə Hafiz onu "Piri-Təriqət" adlandırmışdır. Sədi Şirazi onu öz ustadi saymışdir. Bəziləri Əvhədinin bir müddət İsfahanda yaşamasını və farsca yazmasını əsas tutaraq onu fars şairi kimi gələmə verməyə calışmışlar, lakin bu fikir səhv və gülüncdür. Birincisi, fars şairlərin çoxu ərəbcə yazmışlar ki, buna görə onlara ərəb demək olmaz.
Fazil Qaraoğlu
Fazil Qaraoğlu (tam adı: Fazil Qara oğlu İsmayılov; 1947, Qaradonlu, İmişli rayonu) — Quran kitabını ilk dəfə iki dilə həm Azərbaycan, həm də rus dilinə çevirən tək mütərcim, professor.[mənbə göstərin] == Fəaliyyəti == Quran kitabını ilk dəfə hər iki dilə — həm Azərbaycan, həm də rus dilinə çevirən tək tərcüməçidir. "Tarixi həqiqətlər", "Erməni saxtakarlığını ifşa edən əsər", "Soyqırım yalanını təsdiq edən ermənilər və ruslar", "Soyqırım yalanını təsdiq edən ermənilər və ruslar, "Ağlasığmaz xəyanət", "Erməni məsələsi və türk-müsəlman soyqırımı", "Erməni məsələsinə dair tarixi həqiqətlər", "Vətənə, xalqa həsr olunmuş ömür", "Peyğəmbərimiz Hz. Məhəmmədin həyatı", "Mikologiya elmi bizə nələr deyir" əsərlər ilə yanaşı "Ermənilər və həqiqətlər sənədlərdə" mövzusunda ümumilikdə 5 min səhifədən çox 7 cilddə kitab yazıb və nəşr etdirib. === Haqqında === On dörd il Ankarada Qazi Universitetində çalışıb. Prezident Ərdoğanın şəxsi tapşırığı ilə Osmanlı arxivlərində araşdırma aparmaq icazəsi alıb. Fazil Qaraoğlu bu vaxta qədər Türkiyə Böyük Millət Məclisində çıxış edən ikinci vətəndaşımızdır. == Kitabları == Коран. Перевод проф. Ф. Караоглы. [б.м.]: Управления по делам религии Турецкой Республики, 1994.
Milli maraqlar
Milli maraqlar — bütövlükdə milli dövlətin obyektiv əhəmiyyətli məqsəd və vəzifələri. Milli maraqlar siyasi maraqların bir növüdür. Ayrı-ayrı dövlətlərin maraqları haqqında doktrina ilk dəfə Makiavelli tərəfindən əsaslandırılmış, 16-17-ci əsrlərdə Covanni Botero və Jan Boden tərəfindən hərtərəfli işlənib hazırlanmış və 18-ci əsrə qədər hər bir fəal siyasətçiyə yaxşı tanış olmuşdur. Bu təlimin mahiyyəti Rohan hersoqu tərəfindən tapılan düstur idi: “Knyazlar xalqlara əmr verir, knyazlara isə maraqlar əmr edir”. Əsrlər boyu bu sırf praktiki təlim fəlsəfə və tarixşünaslıqda hakim olan təbii hüquq təlimi ilə bağlı olmadan, mənəvi cəhətdən təcrid olunmuş bir varlığa səbəb olmuşdur. Pufendorf 17-ci əsrin sonlarında sərt və birtərəfli əzəmətin köməyi ilə müasir dövrün tarixinə dair böyük əsərlərində dövlət maraqları doktrinasını siyasi fəaliyyəti dərk etmək prinsipinə çevirə bildi. Henri Bolinqbrokun bir qədər səthi “Tarixin öyrənilməsi və istifadəsi üzrə məktubları” ( 1735 ) haqqında ən yaxşı cəhət onun müasir siyasi tarixə maraqlar doktrinasının ruhunda baxışları idi. Maraqlar doktrinasına həsr olunmuş son böyük ümumiləşdirici iş Jan Russenin “Avropa hökmdarlarının həyati maraqları və iddiaları” ( Les intérêts présents et les prétentions des puissances de l'Europe, birinci nəşr - 1733, 341-17 ) arayış kitabı idi. 18-ci əsrin ortalarında o, Maarifçilik fəlsəfəsinə mexaniki şəkildə daxil edildi: “Dövlət marağı kralların suveren müdrikliyidir ” ( Volter ). Tarixi aspektdə milli maraqlar kateqoriyası Fridrix Meyneke tərəfindən dərindən və hərtərəfli öyrənilmişdir.