Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Medik.
Fridrix Kazimur Medikus (alm. Friedrich Kasimir Medikus‎ və ya alm. Friedrich Casimir Medicus‎, 6 yanvar 1736 — 15 iyul 1808) — alman botaniki, həkim. == Elmi əsərləri == Botanische Beobachtungen (Мангейм, 1780—1784). Beiträge zur schönen Gartenkunst (Мангейм, 1782). Über einige künstliche Geschlechter aus der Malven-Familie, denn der Klasse der Monadelphien (Мангейм, 1787). Historia et Commentationes Academiae Electoralis Scientiarum et Elegantiorum Literarum Theodoro-Palatinae (1790). Pflanzen-Gattungen nach dem Inbegriffe sämtlicher Fruktifications-Theile gebildet mit kritischen Bemerkungen (Мангейм, 1792). Über nordamerikanische Bäume und Sträucher, als Gegenstände der deutschen Forstwirthschaft und der schönen Gartenkunst (Mangeym, 1792). Critische Bemerkungen über Gegenständen aus dem Pflanzenreiche (Mangeym, 1793).
Bedik
Bədik - türk və tatar xalq inacında əyləncə cini. Türk mifologiyasında ən maraqlı hekayəyə sahib olan varlıqlardan biridir. İlk başlarda pis bir ruh olduğu halda, insanlara və heyvanlara zərər verdiyi üçün evlərdən qovulmaq istənmişdir. Bunun üçün onun şərəfinə mərasimlər təşkil edilmiş və mərasimlər yavaş-yavaş əyləncəli bir hal alınca Bedik də əylənməyə başlamışdır. Mərasimlərdə ondan getməsi xahiş edilir, bunun üçün qafiyəli dualar oxunur. Hətta söz anlamazsa təhdid və təhqirə müraciət edilər. Sırtıq, əsbləri oynadan bir varlıq olduğundan danışılmışdır. == Etimoloji == (Bed/Bet) kökündən törəmişdir. Üz və görünüş mənalarını ehtiva edər. Qədim türkcə "Bedük" sözcüyü böyük mənasını verər.
Bədik
Bədik - türk və tatar xalq inacında əyləncə cini. Türk mifologiyasında ən maraqlı hekayəyə sahib olan varlıqlardan biridir. İlk başlarda pis bir ruh olduğu halda, insanlara və heyvanlara zərər verdiyi üçün evlərdən qovulmaq istənmişdir. Bunun üçün onun şərəfinə mərasimlər təşkil edilmiş və mərasimlər yavaş-yavaş əyləncəli bir hal alınca Bedik də əylənməyə başlamışdır. Mərasimlərdə ondan getməsi xahiş edilir, bunun üçün qafiyəli dualar oxunur. Hətta söz anlamazsa təhdid və təhqirə müraciət edilər. Sırtıq, əsbləri oynadan bir varlıq olduğundan danışılmışdır. == Etimoloji == (Bed/Bet) kökündən törəmişdir. Üz və görünüş mənalarını ehtiva edər. Qədim türkcə "Bedük" sözcüyü böyük mənasını verər.
Gədik
Gədik — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Gədik oyk., sadə. Quba r-nunun Vəlvələ i.ə.v,-də kənd. Gədik çayının (Vəlvələ çayının qolu) sahilində, dağətəyi düzənlikdədir. Keçmiş adı Gədik Seyidlər olmuşdur. Sonralar oykonimin ikinci komponenti ixtisara uğramışdır. Toponimik termin kimi gədik türk dillərində, o cümlədən Azərb. dilində "hündür dağ, dağ keçidi, aşırım" deməkdir. Kənd belə bir coğrafi mövqedə yerləşdiyi üçün Gədik adlandırılmışdır. Oykonim "gədikdə yerləşən Seyidlər kəndi" mənasındadır.
Hədik
Hədik — Mərasim və mövsümi səciyyəli milli yemək növü. Əvvəlcədən islağa qoyulmuş buğda və qarğıdalını qazana töküb üzərinə su əlavə edib bişirirlər. Buğda bişib açıldıqdan (çatladıqda) sonra qazana lobya, noxud (yarıbişmiş), lərgə, mərcimək tökülür. Hədik süfrəyə verilərkən yanına qoz ləpəsi də qoyulur. Adətən uşaq ilk dişini çıxardıqda bişirilir və qonum-qonşuya paylanır. Məhərrəmlik zamanı (aşura günü), həmçinin payız və qış aylarında çərəz məqsədi ilə də bişirilir. == Həmçinin bax == Hədik Arxivləşdirilib 2015-05-28 at the Wayback Machine == Mənbə == Һәдик // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев .
Mədək
Mədək çökəkliyi — Quba rayonu ərazisində çökəklik. Mədək (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Məlik
Məlik — ərəb dilində kral. Ərəb monarxlarının, xarici dillərə tərcümə olunmayan əmir, yaxud sultan kimi titullarından fərqli olaraq malik (məlik) sözü (titulu), adətən, kral kimi tərcümə edilir. Məlik Azərbaycanda vilayətlərə tabe olan mahalların başçılarına verilən ünvan idi.
Stellaria media var. media
Orta cincilim (lat. Stellaria media) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin cincilim cinsinə aid bitki növü. == Sinonimləri == Alsine apetala Kit. ex Nyman Alsine avicularum Lam. Alsine barbata Stokes Alsine bipartita Gilib. [Invalid] Alsine brachypetala Opiz Alsine elongata Jord. & Fourr. Alsine glabella Jord. & Fourr. Alsine gussonii Jord.
Alsine media
Orta cincilim (lat. Stellaria media) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin cincilim cinsinə aid bitki növü. == Sinonimləri == Alsine apetala Kit. ex Nyman Alsine avicularum Lam. Alsine barbata Stokes Alsine bipartita Gilib. [Invalid] Alsine brachypetala Opiz Alsine elongata Jord. & Fourr. Alsine glabella Jord. & Fourr. Alsine gussonii Jord.
Aspyr Media
Aspyr Media, Inc. – baş qərərgahı Ostin, Texasda yerləşən ABŞ videooyun nəşrçisi. 1996-ci ildə qurulan şirkət videooyunların, Microsoft Windows-dan MacOS və Linux-a daşınmasında ixtisaslaşıb.Aspyr'ın loqosu altında, daşınan məşhur seriyalar arasında Call Of Duty, Sivilizasiya, Ulduz Müharibələri, The Sims 2 və Borderlands iştirak edir. 2003-cü ildə Aspyr, Mac Əyləncə Bazarı'nın 60 faizinə sahib oldu. MacOS və Linux'dan, Aspyr, Game Boy Advance, Nintendo DS, Xbox, Xbox 360, PlayStation 2, IOS, Android və Windows Mobile'a da videooyun daşıyıb. Aspyr, videooyunlarının daşınmasından əlavə, Wideload Games'in 2005-ci ildə satışa çıxarılan Stubbs The Zombie in Rebel Without a Pulse adlı oyunu ilə məşhur hala gələn nəşriyyat xidmətləri də təqdim edir. Aspyr, 2014-ci ilin İyun ayında, Linux üçün, Sivilizasiya V'in daşınmasını satışa çıxardı.Aspyr, ayrıca bir çox albomlar və sənədli filmlər istehsal etdi və payladı. 2015-ci ildə Aspyr, Quantic Dream tərəfindən hazırlana Fahrenheit: İndigo Prophecy'ni, həm hazırladı, həmdə nəşr etdi, bu onların daşınma sahəsinin xaricindəki təkmilləşdirilən ilk oyunu edir.
Banksia media
Banksia media (lat. Banksia media) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin banksiya cinsinə aid bitki növü.
Bağ Məlik
Bağ Məlik — İranın Xuzistan ostanının şəhərlərindən və Bağ Məlik şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20,844 nəfər və 4,025 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Bolşoy Mediak
Bolşoy Mediak — Çelyabinsk vilayəti, Arqayaş rayonunun Kuluyevo kənd yaşayış məntəqəsində kənd. == Coğrafi mövqeyi == Kən rayonun cənub-şərq hissəsində, Mediaak gölünün sahilində yerləşir. Kuluyevin mərkəzinə gedən yol boyunca məsafə 12 km-dir. == Tarixi == Kənd 19-cu əsrin 2-ci yarısında Muxametqulu volostunda (Orenburq quberniyasının Çelyabinsk qəzası) qurulmuşdur. Vətəndaş müharibəsi illərində burada qırmızıların iyirmi yeddinci atıcılıq diviziyası və ağların on üçüncü Sibir atıcılıq diviziyası arasında şiddətli döyüşlər baş vermişdi. == Əhalisi == == Küçələri == 8 Mart döngəsi 8 Mart küçəsi Daçnaya küçəsi == İnfrastrukturu == Kitabxana Məktəb "Kuluyevo" QSC == İstinadlar == == Xarici keçidlər == Кулуевское сельское поселение. Официальный сайт Аргаяшского муниципального района.
Crataegus × media
Crataegus ×media (lat. Crataegus ×media) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
DMG Media
DMG Media – Böyük Britaniyada qəzet qrupu. Lord Rotermirin 1922-ci ildə yaratdığı "Deyli meyl ənd ceneral trast" nəşriyyat korporasiyasına daxildir. İdarəsi Londondadır. "Associated Newspapers Ltd" 3 qəzet nəşr edir (2004). Gündəlik "Deyli meyl" ("Daily Mail") qəzetinin əsası 1896-cı ildə qoyulmuşdur, tirajı 2,3 mln. nüsxədir. "Meyl on sandi" ("Mail on Sunday") bazar günü nəşri 1982 ildə yaradılmış, tirajı 2,2 mln. nüsxədir. "İvninq standard" ("Evening Standard") London axşam qəzeti 1827-ci ildən nəşr olunur, tirajı 440 min nüsxədir. Nəşrlərin üçü də Böyük Britaniyanın mərkəzi qəzetləri içərisində oxucu dairəsinin ("orta sinfin" konservativ, yaxud mərkəzçi düşüncəli hissəsi) stabilliyi ilə seçilir.
Digitalis media
Purpur üskükotu (lat. Digitalis purpurea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == İkiillik ot bitkisidir. Yaşayışının birinci ili kökətrafı yarpaqlar, ikinci il isə hündürlüyü 1 m-ə qədər olan yarpaqlı gövdəsi və zirvədə iri çiçək salxımı daşıyan budaqcıqlar əmələ gəlir. Çətir yarpaqları uzunsov-yumurtaşəkilli və ya oval, uzun qanadabənzər saplaqdan ibarətdir. Yarpaqlarının uzunluğu 30 sm, eni isə 15 sm-ə bərabərdir. Gövdənin aşağı yarpaqlarının uzunluğu 12-20 sm yumurtaşəkilli, qanadabənzər saplaqdan ibarətdir. Orta yarpaqları qısa saplaqlı, yuxarı yarpaqları oturaq, yumurtaşəkilli və yumurtaşəkilli-neştərvaridir. Kənar yarpaqları bərabər olmayan çəpərlidir. Yuxarı yarpaqları qırışıq, tünd-yaşıl, aşağı yarpaqlarında isə damarlanma, çoxkünclü tor və üzərində çoxlu tükcükləri olan sarımtıl çiçəklərdən ibarətdir.
Dizəc Məlik
Dizəc Məlik (fars. ج ملک‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı, Üzümdil mahalı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,123 nəfər yaşayır (238 ailə).
Drosera media
Drosera intermedia (lat. Drosera intermedia) — şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü. == Sinonim == Drosera americana Willd. Drosera foliosa Elliott Drosera intermedia var. americana (Willd.) DC. Drosera intermedia f. corymbosa (DC.) Fernald Drosera intermedia var. corymbosa DC. Drosera intermedia f. elatior Planch. Drosera intermedia var. elatior Planch.
Fumaria media
Dərman şahtərəsi (lat. Fumaria officinalis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin şahtərə cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Dərman şahtərəsi 10-30 sm hündürlükdə, budaqlanan, qabırğacıqlı, içərisi boş gövdəli birillik ot bitkisidir. Bitki göyümtül-yaşıl rənglidir. Yarpaqlar gövdə üzərində növbəli düzülmüş və ikiqatlələkvari bölümlüdürlər. Çiçəkləri qırmizi rənglidir, qeyri-müntəzəmdirlər, xırda olub salxıma toplanmışdır. Kasa yarpaqları 4 ədəd, erkəkciklər 2 ədəd və 3 bölümlüdürlər. Meyvəsi uc hissədən bir qədər basıq olan fındıqcıqdır. Bitki aprel ayindan iyun aylarına qədər çiçəkləyir və iyul-avqust aylarinda meyvə verir. == Yayılması == Azərbaycan Kür-Araz ovaliqlarından başlamış alp qurşağına qədər bütün regionlarda yayılmışdır.
Gallinago media
Ortaboy tənbəlcüllüt (lat. Gallinago media)) — Tənbəlcüllütlər fəsiləsinin Tənbəlcüllüt cinsinə aid quş növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (EN). Təhlükə həddindədir. == Qısa təsviri == Qaratoyuqdan iridir (150-250 q). Üst tərəfi qəhvəyi-qonur, başı açıq zolaqlı qara, qarın tərəfi ağdır. Döşünün yanlarında və qarın nahiyəsində naxışlar köndələndir. Sükan lələklərinin ağ xalları kənardan mərkəzi cütə tərəf azalır. Bədənin yanlarında naxışlar köndələn V hərfinə (>) və mötərizə işarəsinə oxşayır .
Gawker Media
"Gawker Media LLC" (əvvəllər "Blogwire, Inc." və "Gawker Media, Inc.") — ABŞ onlayn media şirkəti və bloq şəbəkəsi. == Tarixi == 2003-cü ilin oktyabrında Nik Denton tərəfindən "Blogwire" adı ilə təsis edilmişdir. Qərargahı Nyu-Yorkda yerləşir. 2012-ci ildən Kayman adalarında birləşdirilmiş "Gawker Media" yeddi müxtəlif veb-loqların və onların altında bir çox alt saytların əsas şirkəti idi. Bütün "Gawker" məqalələri "Creative Commons" qeyri-kommersiya lisenziyası əsasında lisenziyalaşdırılmışdır. 2004-cü ildə şirkətin adı "Blogwire, Inc"dən "Gawker Media, Inc."ə və qısa müddət sonra "Gawker Media LLC"yə dəyişdirilmişdir.2016-cı ildə şirkət Halk Hoqan intim kaset iddiaları nəticəsində şirkətə qarşı 140 milyon dollarlıq təzminat ödənildikdən sonra 11-ci fəsildə iflasdan müdafiə üçün müraciət etmişdir. 16 avqust 2016-cı ildə "Gawker.com" istisna olmaqla bütün "Gawker Media" brendləri "Univision Communications" tərəfindən hərracda 135 milyon dollara alınıb. 18 avqustda şirkət "Gawker.com"un növbəti həftə fəaliyyətini dayandıracağını, digər saytlarının isə fəaliyyətini davam etdirəcəyini açıqlamışdır.21 sentyabr 2016-cı ildə "Univision" bütün "Gawker Media" mülkiyyətlərini yeni yaradılmış "Gizmodo Media Group"a köçürmüşdür. == İstinadlar == == Xarici keçidlər == gawker.com — Gawker Medianın rəsmi saytı Tom Zeller, Jr. New York Times.com: "A Blog Revolution?
Gədik aşırımı
Gədik aşırımı – Culfa rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısında, Qabaqlısu çayının mənbə hissəsində, Gədikdağdan 500 m şərqdə aşırım (hünd. 2563,0 m). Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarını yaran gəzdəkdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin şərq kənarında yerləşir.
Heyran gədik
Heyran — İranın Astara şəhristanının inzibati ərazi vahidində kənd. Heyran əhalisi talışlardan ibarətdir. Kənddə Onlar talış dilinin Ərdəbil ləhcəsində danışırlar. Bu kənd tətil günlərdə Təbriz və Ərdəbil dən çoxlu qonaq və turist qəbul edir. Kənd əhalisinin əsas qazanc mənbəyi turizmdir. İndiki Heyran kəndi Qədim Heyran Təpə, Heyran Dərə və Ortaca Heyran kəndlərinin birləşdirilməsi nəticəsində yaranmışdır.
IBT Media
"IBT Media" — ABŞ qlobal rəqəmsal xəbərlər təşkilatı. aylıq 90 milyondan çox oxucu əldə edir. Digərləri arasında "International Business Times" və "Medical Daily" nəşrlərini dərc edir. "IBT Media"nın baş ofisi Nyu-Yorkda yerləşir. 2014-cü ilin məlumatına görə, şirkət təxminən 21 milyon dollar gəlir və təxminən 500 min dollar mənfəət əldə etmişdir.Şirkət 2006-cı ildə "IBT Media" olaraq qurmuşdur. Şirkətin xüsusi şaquli saytlar və həmçinin beynəlxalq nəşrlər vasitəsilə üzvi şəkildə qurduğu bir neçə brend mövcuddur. == Qalmaqallar == 2018-ci ilin yanvar ayında Manhetten dairə prokurorluğunun işçiləri şirkətin ofislərində reyd keçirərək on səkkiz kompüter serverini götürmüşdür. "Newsweek"in məlumatına görə, reyd şirkətin maliyyəsi ilə bağlı araşdırmanın bir hissəsi idi. 1 fevral 2018-ci ildə şirkətin sahiblərindən olan və sədri Etyen Uzak, eləcə də maliyyə direktoru vəzifəsini icra edən həyat yoldaşı Marion Kim istefa vermişdir. Uzak həbsdən qaçmaq üçün təqsirli bilinərək məhkum edilmişdir.20 fevral 2018-ci ildə "Newsweek" prokurorluğun ana şirkət ilə bağlı araşdırması və Olivet Universiteti ilə əlaqələri haqqında məlumat vermişdir.Xəbərlərin dərc edilməsindən sonra "Newsweek"in bir neçə əməkdaşı işlərindən azad edilmiş və bəzi redaktorlar rəhbərliyin xəbərlərin dərcinə müdaxilə etməyə çalışdığını bildirərək istefa verəcəklərini bildirmişdir.
Imagine Media
Future US (əvvəllər Imagine Media və The Future Network USA) — Birləşmiş Krallığın "Future plc" korporasiyasının ABŞ bölməsi. Bu nəşriyyat videooyunlar, musiqi və yüksək texnologiyalar sahəsində ixtisaslaşdırılmış müxtəlif jurnallar nəşr edir. == Tarixi == 2010-cu ilin iyun ayında Future US, əsas istehlakçı elektronikası və əlaqəli pərakəndə satış şəbəkəsi "Best Buy" ilə müqavilə ilə yeni paylama variantlarını araşdırmağa davam etmişdir. Müqaviləyə əsasən, "Future US" əməkdaşları "@Gamer" jurnalının nəşrinə nəzarət edəcək, "Best Buy" tərəfindən işə götürülən işçilər isə onun satışa çıxarılmasına cavabdeh olacaqlar. Jurnalın bütün "Best Buy" mağazalarında satışı planlaşdırılırdı.2011-ci ilin iyun ayında şirkət həm bu bölməni, həm də onun digər adlarını gücləndirmək üçün videooyun bölməsini yenidən təşkil etmiş, bəzi mövcud resursları birləşdirmişdir. İstehlak məhsullarının reklamı üzrə direktor Riç MakKarti və departamentin vitse-prezidenti Keyt Birn də daxil olmaqla bir sıra əməkdaş işindən azad edilmiş, bir sıra ümumi kompüter jurnalları fəaliyyəti dayandırılmışdır.Buna baxmayaraq, dəyişikliklər bununla bitməmiş və iyul ayında şirkətin bazar strategiyasında dəyişiklik ediləcəyi elan edilmişdir. "Future US" nəşriyyatının gələcək prezidenti Con Markomun sözlərinə görə, çap satışları azalmağa davam etdikcə çap məhsullarının təşviqi strategiyasına yenidən baxılmış, rəqəmsal məhsullara artan diqqətin olmuşdur.