Dağın beli, aşırım, dağ keçidi. (“Koroğlu” dastanının lüğəti)
Koroğluyam, gədikləri busaram,
Qancırğadan qanlı başlar asaram,
Bolu bəy, sənə bir qılınc basaram,
Bağırsağın cəmdəyinə dolansın.
(“Koroğlu ilə Bolu bəy”)
*
Daşlı dərənin girəcəyi dar bir gədik idi. (“Qulun qaçmağı”)
*
Bir gün tacir Ərzurumdan gəlib Ərzincana gedirdi. Ərzincan yolunda keçilməz bir gədik var idi. Koroğlu gəlib gədiyin ağzını kəsib pusquda dayandı. Tacir qabaqda, karvan ilə nökərlər isə arxada gəlib gədiyə çatdılar. (Paris nüsxəsi, 7-ci məclis)