Gədikvəng
Gədikvəng — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor)
rayonu ərazisində kənd.
== Tarixi ==
Rayon mərkəzindən 24 km şimal-şərqdə, Erdəpin çayının sahilində, Alagöz çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edümişdir. Kəndin adı Qoturvəng, Qoduxvəng, Gedikvəng kimi göstərilsə də, Kəndin əsil adı "Gədikvəng"dir. Kəndin adı X əsrdə çəkilir.
== Toponimi ==
Toponim Azərbaycan dilində "dağın beli, aşırım", "dağın belində batıq yer, aşırım, dağ keçidi" mənasında işləqək gədik sözü ilə, "dini məbəd, kilsə, abidə"mənasında işlənən vəng sözündən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 1946-cı ilədək Qoturvəng adlanmışdır, lakin yerli tələffüz forması Qoduqvəngdir. Əgər toponim Gədikvəngdirsə, onda Azərbaycan dilində gədik və vəng "kilsə" sözlərindən ibarətdir və "gədikdə (dağ belində batıq yerdə) yerləşən vəng" mə’nasını verir.