Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mende
Mende (fr. Mende) — Fransada şəhər, Lozer departamentinin prefekturası (Langedok-Russilyon bölgəsi). Onun sakinləri Mendois adlandırılır. Şəhər qədim tarixə malikdir. Burda yaşayış yerlərinin ilk izləri də daxil olmaqla şəhər eramızdan əvvəl 200-cü ilə aiddir. O, əvvəlcə Mimata adlandırılmışdır. Ehtimal etmək olar ki, onu əhatə edən dağlara görə belə ad verilmişdir. Mende nisbətən seyrək məskunlaşan yaşayış məskəni (təxminən 12.000 əhali) olaraq qalmasına baxmayaraq, Lozer departamentinin ən mühüm şəhəri olaraq qalır. Bundan əlavə, bu departamentin unikal-tarixi şəhər ərazilərindən biridir. Mende Roma Katolik Yeparxiyasının yerləşdiyi yerdir.
Menes
Menes (Ərəbcə: مينا; Qədim Yunan dili: Μήνης; Misir dili: Meni; təq. e. ə. 3200-cü illər – təq. e.ə. 3125) — bəzi tarixçilərə görə Misirin Erkən padşahlıq dövrünün ilk hökmdarı olduğu qeyd olunan firon. Antik Misirdə haqqında bir çox mübahisə olan bir firon olaraq önə çıxır. Xüsusən Narmer Tabletlərinin tapılmasından öncə Aşağı və Yuxarı Misirin birləşdiricisi və əsl mənada ilk Misir fironu olduğu düşünülən Menesin haqqında adı keçən tabletlərdə heç bir şəkildə məlumat olmaması, önəmli bir mübahisə yaratmış və günümüzdə bir çox tarixçi bu arxeoloji tapıntılar nəticəsində, Narmerin ilk firon və Misirin birləşdiricisi olduğu mövzusunda görüş birliyi içərisindədir. Tarixi qeydlərin çox dəqiq olmaması və fərqli firon siyahılarında görülən fərqliliklər səbəbilə, günümüzdə Menesin, Narmer və ya Hor-Ahaya aid bir ad olduğu və Antik Misirdəki məşhur Memfis şəhərinin qurucusu olduğu düşünülür. Bəzi fironlar siyahısında Min və ya Meni deyə adlandırılmış olan Menesin Manethonun kitabından 62 il hökm sürdüyü və bir begemot tərəfindən öldürüldüyündən bəhs olunur.
Mensa
Mensa — "Mensa"nın əsasını 1946-cı ildə Rolland Berrill və Lans Var qoymuşdur. "Mensa" sözünün latın dilində hərfi mənası "masa"dır. Bu təşkilat milliyyətindən, yaşından, siyası baxışlarından, təhsilindən və cəmiyyətdəki statusundan asılı olmayaraq hamının bərabər hüquq və imkanlara malik olduğu cəmiyyətdir. Burada yeganə tələb – yüksək İQ göstəricisidir. İlkin məqsəd bütün irqi və dini mövhumatdan azad qeyri-siyasi bir cəmiyyət yaratmaq idi. Cəmiyyət özünəbənzər istedada malik insanlarla ünsiyyətdə olmaq və müxtəlif ictimai və mədəni həyatda iştirak etmək məqsədilə intellekti ən yüksək olan 2% əhalini burada toplayır. Mensa-nın üç əsas məqsədi var: bəşəriyyətin xeyrinə olacaq yüksək insan intellektinin aşkar olunması və dəstəklənməsi; intellektin təbiətinin, xarakteristika və tətbiqinin araşdırılmasına imkan yaratmaq; öz iştirakçıları üçün stimullaşdırıcı intellektual mühitin yaradılması. Mensa üzvlərinə yüksək İQ göstəricisindən başqa tələb qoyulmur. Göstərici bəzi testlərə görə 132, digərinə görə 148 ola bilər. Bəzi testlər isə ümumiyyətlə İQ göstəricilərindən istifadə etməyə də bilər.
Mənsəb
Mənsəb — çayın dənizə, gölə, su anbarına və ya digər çaya töküldüyü yerə deyilir. Çayın bir hissəsini təşkil edən mənsəb delta və ya estuari (liman, quba). əmələ gətirir. Bütün çaylar daimi mənsəbə malik olmur. Buna misal kimi Okavanqo çayını göstərmək olar. Belə ki, çay Kalaxari səhrasının şimal-qərbində bataqlıqda yoxa çıxır. Qazaxıstan ərazisindən axan Çu çayı nadir hallarda mənsəbi olan Akjaykın gölünə tökülür. Hazırda isə Amudərya öz suyunu Böyük Aral gölünə çatdıra bilmir. Azərbaycan ərazisində mövsümdən asılı olaraq bəzi çaylar öz suyunu mənsəbinə çatdırmır: Ceyrankeçməzçay, Sumqayıtçay, Pirsaatçay. Bu tip çaylar dilimizdə Kor çay adlanır.
Meşə
Meşə — Nisbətən böyük və ya kiçik sahədə yerləşən, bir-birinə və bitdiyi şəraitə, yəni bitkilərə, iqlimə, heyvanlar aləminə və s. təsir edən, burada birgə və ziddiyət şəraitində inkişaf edən ağac bitkiləri topluluğuna "meşə" deyilir. Meşələrin bir çox növü olur məsələn: rütubətli ekvatorial meşələr, enliyarpaqlı meşələr, iynəyarpaqlı (tayqa) meşələri. Məsələn: çinar ağacı,şam ağacı,iydə ağacı,qoz ağacı, meyvə ağacı Dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektardır. Bunun 809 milyon hektarı Rusiya Federasiyasının, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-nin payına düşür. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalmışdır. XVIII–XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olmuşdur. Hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 1213.7 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8%-ni təşkil edir. Bu rəqəm Rusiya Federasiyasında 44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil edir.
Açıq mənbə
Bense Balzam
Bense Buyaki
Bense Buyaki (25 sentyabr 1993) — Macarıstanlı peşəkar kişi BMX velosipedçisi. Bense Buyaki Macarıstanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Bense Buyaki 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 33.733 saniyəlik nəticəsi ilə 67-ci yeri tutdu.
Bense Talas
Monse (En)
Monse (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Mənbə kodu
Mənbə kodu - hər-hansısa proqramlaşdırma dilində yazılan və insan tərəfindən oxuna bilən kompüter proqramının mətnidir. Mənbə kodu tam olaraq icraçı koda kompilyator və ya interpretator vasitəsilə translyasiya edilir. Mənbə kodu ya obyekt kodunu əldə etmək üçün ya da interpretator tərəfindən icra olunur. Dəyişiklik heç vaxt obyekt kodundan icra edilmir. Obyektin növbəti dəyişiklməsi ilə yalnız mənbə kodu üzərindən icra edilir. Mənbə kodunun digər önəmli təyinatı proqramın təsviridir. Proqramən mətni vasitəsilə onun özünüaparma məntiqini bərpa etmək olar. Mənbə kodunun anlaşılan olması üçün şərhdən istifadə edilir. Həmçinin elə alətlər var ki, mənbə kodu haqqında avtomatik kömək fayllarının qəbuluna imkan verir. Bundan əlavə mənbə kodunun bir çox digər tətbiqləri var.
Piter Mensa
Peter Mensah (27 avqust 1959, Qana, Akkra) — Qana əsilli ingilis aktyor. 1959-cu ildə Qananın paytaxtı Akkra şəhərində dünyaya gəlmişdir.Ailəsi mənşəcə Aşanti qəbiləsinə.Mühəndis atası,yazıçı anası və iki bacısı ilə İngiltərənin Hertfordşir şəhərinə köçmüşdür.11 yaşında isə Kanadaya köçmüşlər.Ən çox tanınan rolları Günəşin Göz Yaşları,300 spartalı,Spartak:Qan və Qum,Spartak:Arenanın Tanrıları və Spartık:İntiqam filmlərində olmuşdur.Onun sonuncu və ən çox tanıdan Starz kanalının yayımladığı Spartak seriyasındakı Onemey rolu olmuşdur.
Əl-Hənsə
Əl-Xənsa (ərəb. الخنساء‎; 575, Nəcd – 645, Nəcd) — Bənu Süleym qəbiləsindən olan ərəb şairəsi. Onun tam adı: Tumadir binti Əmr ibn əl-Haris ibn aş-Şarid as-Sulamiyahdır. Ömrünün çox hissəsini öz qəbiləsində keçirmiş, evlənmiş, uşaqları olmuşdur. Ömrünün sonunda İslamı qəbul edir (Məhəmməd Peyğəmbərlə görüşdən sonra). Onun Məkkə və Mədinəyə səfər etdiyi, xəlifə Ömər ibn Xəttabla görüşdüyü bildirilir. Onun dörd oğlu Qadsiyyə döyüşündə ərəb-müsəlman ordusunun tərkibində həlak olur. Əl-Hənsənin qardaşları - Səhra və Müaviyənin ölümü ilə bağlı ağı ilə məşhurlaşır. Merkuridəki krater Əl-Hənsənin adını daşıyır.
Tarixi mənbə
Tarixi mənbə — mühüm tarixi məlumatları ehtiva edən orijinal mənbədir. Bu qaynaqlar bizə ən sadə səviyyədə tarix haqqında məlumat verən bir şeydir və tarixi öyrənmək üçün ipucu kimi istifadə olunur. Tarixi mənbələrə sikkələr, abidələr, ədəbi mənbələr, sənədlər, artefaktlar, arxeoloji ərazilər, xüsusiyyətlər, şifahi nəqllər, daş kitabələr, rəsmlər, qeydə alınmış səslər, təsvirlər və şifahi tarix daxil ola bilər. Hətta qədim qalıqlar və xarabalıqlar da tarixi mənbələrdir. Mənbələrin növlərinə ilkin mənbələr, ikinci dərəcəli mənbələr və digər tarixçilər əlavə edilmiş üçüncü mənbələr daxildir. Təbii morfoloji simvollar, oroqrafik və hidroqrafik strukturlar, insanların müdaxilələri, binalar, infrastrukturlar, arxeoloji tapıntılar keçmişin istifadə və məskunlaşma formalarını göstərən maddi mənbələrdir. Ədəbi təsvirlər, bədii təsvirlər, kartoqrafik ifadələr şifahidir. və ya onları yaradan tarixi subyektin diktə etdiyi digər məlumatları təqdim edə bilən simvolik mənbələr. Tarixşünaslıq sintezi layihəsi multidissiplinar araşdırma səyi ilə müxtəlif kateqoriyalı mənbələri bir araya gətirməlidir. İkinci dərəcəli mənbə, ilkin mənbə haqqında məlumat verən mənbədir.
Meşə-çöl
Meşə-çöl — Şimal yarımkürəsinin təbii zonası, meşə və çöl sahələrinin birləşməsi ilə xarakterizə olunur. Avrasiyada meşə-çöllər, Karpatların şərq ətəklərindən Altayadək qərbdən şərqə davamlı bir zolaq olaraq uzanır. Rusiyada meşə zonası ilə sərhəd, Kursk və Kazan kimi şəhərlərdən keçir. Bu zolağın qərbindən və şərqindən, meşə-çölün davamlı uzanması dağların təsiri ilə kəsilir. Meşə çöllərinin ayrı-ayrı bölmələri Ortadunay düzənliyində (Macarıstan Pustası), Cənubi Sibir, Şimali Qazaxıstan, Monqolustan və Uzaq Şərqin bir sıra dağətəyi hövzələrində yerləşir, həm də Çinin şimal-şərqindəki Sunlyao düzənliyinin bir hissəsini tutur . Şimali Amerikada meşə-çöllər şimaldan cənuba, Böyük Düzənliklərdən keçərək 38 ° ş.e-ə qədər uzanır. Meşə-çöllərin iqlimi mülayim, adətən mülayim isti və qışı mülayim sərin keçir. Yağışıntıdan bir qədər çox buxarlanma müşahidə edilir. Cənuba doğru hərəkət edərkən, meşə-çöl tədricən daha az ağac və daha çox çöl sahələrini əhatə edir. İqlim istiləşir, yağıntı azalır və meşə-çöl tədricən səhraya keçir.
Meşə Qardaşları
Meşə Qardaşları (1905-1906)
Meşə albalısı
Meşə albalısı (lat. Prunus mahaleb) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Təbii halda Orta Avropa, Kiçik Asiyada yayılıb. Hündürlüyü 6-7 m-ə çatan, yaşıl və ya açıq-qonur rəngli, nazik zoğları olan ağac və ya koldur. Yarpaqları saplaqlı, yarpaq ayası dəyirmi, yumurtavari, ucu sivri, kənarları mişardişli, səthi çılpaqdır. Çiçəkləri ağ, ətirlidir, qalxanvari salxımlarda yığılmışdır. Meyvəsi 8-10 mm uzunluqda yumurtavari, qaramtıl rəngli çəyirdəkmeyvədir. Daşlı yamaclarda və kollu cəngəlliklərdə bitir. Kölgəyə, istiyə, rütubətə davamlıdır. Böyük və Kiçik Qafqazda aşağı, orta dağ qurşaqlarında, Naxçıvanda, Talışda təbii halda rast gəlinir.
Meşə alması
Meşə alması (lat. Malus sylvestris) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü. Rusiyanın Avropa hissəsində və Qafqaz meşələrində geniş yayılmışdır. Hündürlüyü 15 m-ə çatan ağac və ya kol bitkisidir. Yarpaqları iri, enli ellipsvari, uzunluğu 10 sm, ayanın üst səthi tünd-yaşıl, hamar, alt səthi açıqdır. Saplağın uzunluğu 5 sm-dir. Çiçəkləri ağ və ya çəhrayı, ətirli, diametri 4 sm olmaqla çətirşəkilli salxımlara yığılmışdır. Meyvələrinin diametri 3 sm, yaşılımtıl-sarı, turşdur. Soyuğa, quraqlığa davamlı bitkidir. İsmayıllıda, Qubada, Qəbələdə, Zaqatala, Balakəndə həyatyanı sahələrdə geniş istifadə olunur.
Meşə antilopları
Meşə antilopu (lat. Tragelaphus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Meşə antilopu
Meşə antilopu (lat. Tragelaphus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Meşə atlanqaçı
Dördpəncə atlanqaç (lat. Petrodromus tetradactylus) — atlanqaçlar fəsiləsinin meşə atlanqaçı cinsinə aid yeganə məməli növü.
Meşə bayquşcuğu
Meşə bayquşcuğu (lat. Otus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Meşə bayquşu
Meşə dişəvəri
Meşə dişəvəri (lat. Anthriscus sylvestris) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dişəvər cinsinə aid bitki növü. Anthriscus alpina (Vill.) Jord. Anthriscus candollei Rouy & E.G.Camus Anthriscus chaerophyllea (Lam.) Druce Anthriscus dissectus C.H.Wright Anthriscus elatior Besser Anthriscus intermedia Schur Anthriscus keniensis H.Wolff Anthriscus keniensis f. gracilis H.Wolff Anthriscus laevigata Griseb. Anthriscus nemorosa Baker & S.Moore [Illegitimate] Anthriscus pilosa Schur Anthriscus procera Besser Anthriscus sylvestris var. abyssinica A.Rich. Anthriscus sylvestris subsp. aemula Kitag. Anthriscus sylvestris subsp.
Meşə dələsi
Meşə dələsi (lat. Martes martes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü. Azərbaycanda nəsli kəsilmək üzrə olan növdür. Daşlıq dələsindən fərqli olaraq bir birinə yaxınlaşmış və iri qulaqlı yumru başa malikdir. Kütləsi 0.5 - 2 kq, bədənin uzunluğu 36 - 58, quyruğu 17 - 26 sm-dir (erkəklər dişilərdən iridir). Xəzin rəngi kürəni çalarlarla tutqun qəhvəyidir. Boğazındakı xal qollarının arasına kimi paz şəklində uzanmış sarı rəngdədir. Arealı Avropa, Qərbi Sibir və Ön Asiyanı əhatə edir. Təsvir olunmuş 7 yarımnövdən Qafqazda və Kiçik Asiyada ən iri forma (Qafqaz meşə dələsi) yayılmışdır. Dəniz səviyyəsindən 2700 m-dək olan meşə landşaftları ilə sıx əlaqədardır.