Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Merisa
Merisa (merissa və ya marissa) Cənubi Sudanda məşhur olan ənənəvi fermentləşdirilmiş içki növüdür. Merisa Sudan ölkəsinin sakinləri üçün gəlir mənbəyidir. Merisanı qadınlar hazırlayır.Merisa taxıl, darı və kalış (darıyabənzər dənli bitki) yetişdiyi tarixlərdə hazırlanır. Hazırlama prosesi Qərb şərab istehsal standartları tərəfindən bütün mərhələləri ilə kompleks surətdə təsvir edilmişdir Merisa içkisinin hazır olması — fermentəmələgəlmə (fermentasiya) prosesi 8–10-saatlıq bir prosesdir; hazır içkinin tərkibində alkoholun (spirtin) miqdarı 6%-ə qədər olur. Şimali Sudanda merisa içmək və ya satmaq qanundankənar hesab edilir. Belə qeyri-qanuni hərəkətlər Müsəlman Şəriət qanunlarına görə 40 şıllaq, cərimə ilə cəzalandırılır. Bu qanun pozuntusuna görə hətta həbsxana cəzası da kəsilir.Lakin məlumdur ki, Sudanda babuinlər, təklif edildikdə, merisa içirlər.
Mersin
Mersin (köhnə adı İcəl) — Türkiyənin Mersin ilinin mərkəzi, əhali sayına görə onuncu böyük şəhəri. 2016-cı ildə aparılmış əhalinin siyahıyaalınmasına əsasən əhalisi 1 773 852 nəfərdir. Böyükşəhər statusuna malikdir. Mersin həm də liman şəhəridir. Mersin limanı Türkiyənin ən böyük limanıdır.
Mərsin
Mərsin (lat. Myrtus) — mərsinkimilər fəsiləsinə aid bitki cinsi.
Adi mərsin
Adi mərsin (lat. Myrtus communis) - mərsin cinsinə aid bitki növü. == Əhəmiyyəti == Mərsindən alınan efiryağları ətriyyat sənayesində istifadə edilir. Yarpaqları və meyvələri Aralıq dənizi ölkələrinin məbəxlərində (kulinariyada) ədviyyə vasitəsi kimi işlədilir. Mərsini ət və balıq şorbalarına, pörtlədilmiş mal və donuz ətlərinə, dəniz balıqlarının qaynadılmış ətlərinə əlavə edirlər.Adi mərsin gözəl dekorativ bitkidir. Onun özünə məxsus gözəl ətri və böyük fitonsid aktivliyi vardır. Mərsini otaq şəraitində də becərmək olar. == Müalicəvi xüsusiyyətləri == Mərsindən alınan efir yağı rəngsiz və ya yaşılımtıl-sarı rəngli maye olub, xoşagələn təravətli iyə və yandırıcı dada malikdir. Bu yağın tərkibində α-pinen, dipekten, kamfen , sineol, mirtenol, qeraniol, nerol, kamfora və aldehidlər vardır. Mərsinin yarpaqlarında qatranlar, aşı maddələri, zülal, acı maddələr və s.
Cır mərsin
Karlos Mensia
Ned Arnel Mencía (ing. Carlos Mencia; 22 oktyabr 1967, San Pedro Sula, Honduras) — ABŞ aktyoru.
Mersin Limanı
Mersin limanı — Türkiyənin ən böyük limanıdır. 1841-ci ildə kiçik balıq ovçuluğu rolunu oynayan Mersin; 1850-ci ildə vilayət, 1865-ci ildə isə il olmuşdur. 1860-ci ildən etibarən körpü inşası əhəmiyyət qazanan mahalda 1886-ci ildə Adana-Mersin Dəmiryolunun da açılmasıyla gələn - gedən gəmi sayında bir artım meydana gəlmiş və bu gəmilərin idxal - ixracatı üçün daha sürətli iş imkanları ortaya çıxarılaraq, Mersin Bələdiyyəsi tərəfindən əvvəl Daş körpüsü, daha sonra gömrük körpüsü inşa edildi. Bununla da, limanın əsası qoyulmağa başlandı. Dəniz ticarətindəki sürətli artım səbəbiylə ciddi bir liman rəhbərliyinə ehtiyac duyulmuş və 29 avqust 1927-ci ildə Seyrisefain qurumunu, Mersin, Tarsus, Seyhan və Ceyhan bələdiyyələri ilə Mersin Ticarət Palatası və Mersin Xüsusi mühasibliyi (Mersin Liman Şirkəti) qurulmuşdur. Şirkətin sərmayəsi 200 000 TL-dən çox olmuşdur. Şirkət meydana gələn təbii fəlakətlər səbəbi zərər görmüş və 1942-ci ildə ləğv qərarı ilə birlikdə Hökumətə dövrü qərarı alınmışdır. 400 000 TL məbləğ ilə Milli Qoruma Qanununun 6-cı Maddəsinə əsasən Dövlət Dəmiryolları və Limanları Əməliyyat Ümumi Müdirliyinə dövrü haqqındakı K / 323 saylı qərar ilə, Nazirlər Kabinetinin 14 may 1942 gün və 5106 saylı Rəsmi Qəzetdə müntəşir 9 May 1942 tarix və 2/17874 Bu qərara görə qəbul edildi. Mersin limanının müasir və təhlükəsiz bir şəkildə inşaasına 3 May 1954 tarixində başlanılmış, inşaat Hollandiya Kral Liman İnşaat Şirkəti tərəfindən həyata keçirilmişdir. Ən yaxın dəniz limanı Adanada, 50 km məsafədədir.
Mersin ili
Mersin ili — Türkiyədə il.
Mut (Mersin)
Mut (türk. Mut) — Mersin ilinin ilçəsi.
Soli (Mersin)
Soli — (Solo, Solipolis və Pompeipolis adları də verilir), Mersində antik bir şəhər. == Məskunlaşma == Soli antik şəhər olub dəniz sahilinə yaxın geniş bir ərazidir və Mersin Böyükşəhər Bələdiyyəsi sərhədləri içərisində yer almaqdadır. Mezitli metropoliten bələdiyyəsinin Viranşəhər səmtindədir. == Tarixi == Soli şəhəri e.ə. 700-ci illərdə Rodos adasından gələn Dorlar tərəfindən quruldu. Şəhər adı Günəş mənasını verir. Dorlar Günəş tanrısına ibadət etdiklərindən ehtimalla şəhər adı da dini inanc ilə əlaqədar idi. Ancaq Soli Rodos əlaqəsi davamlı olmadı və şəhər böyük ölçüdə muxtar olaraq qısa zamanda Anadolunun Aralıq dənizi sahilindəki ən işlək limanlarından biri oldu. Bəzii qeydlərə görə, Yunanıstandakı Attica Delos ittifaqına üzv idi. Amma, Fars döyüşləri sonrasında, e.ə.
Akdəniz (Mersin)
Akdəniz (türk. Akdeniz) — Mersin ilinin ilçəsi.
Mersi (Alye)
Mersi (fr. Mercy) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Nyoyi-le-Real kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03171. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 282 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 178 nəfər (15-64 yaş) arasında 129 nəfər iqtisadi fəal, 49 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72.5%, 1999-cu ildə 65.5%). Fəaliyyət göstərən 129 nəfərdən 117 nəfər (73 kişi və 44 qadın), 12 nəfər işsiz (5 kişi və 7 qadın) idi. Aktiv olmayan 12 nəfər arasında şagird və ya tələbə, 19 nəfər təqaüdçü, 18 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Persia sərhəddində döyüş
Persia sərhəddində döyüş – maday və fars hərbi qüvvələri arasında ikinci qarşılaşma. Döyüş, Persia üçün ciddi qələbə sayılmasa da, cənub-qərbi Asiyada Mdiyanın hərbi təsirinin yox olmasına ciddi işarə olmuşdur. Bu döyüş I Kambizin şəxsən iştirak etdiyi ilk döyüş olmaqla yanaşı, həm də onun oğlu II Kirlə eyni cəbhədə – madaylara qarşı döyüşdüyü ilk döyüşdür. Farsların Persiaya müstəqillik qazandırmağı qarşılarına məqsəd qoyduqları bu döyüş madaylar və farslar arasında baş tutmuş ən ağır döyüş olmaqla iki gün davam etmişdir. Döyüş farsların cənuba doğru yürüşlərini genişləndirməyə imkan yaratmaqla yanaşı, madaylarla üçüncü toqquşma üçün də ruhlandırmışdır. Döyüş əsasən Dəməşqli Nikolay tərəfindən işıqlandırılsa da, Hirbə döyüşündən bəhs edən tarixçilərin əksəriyyəti bu döyüş haqqında da informasiya vermişlər. Lakin Herodot Persia sərhəddində baş vermiş bu döyüşdən bəhs etməmişdir. Əksər tarixçilər bir cəhətə diqqəti çəkirlər ki, Herodot madaylar və farslar arasında baş vermiş yalnız iki döyüş – birinci və sonuncu döyüşlərdən bəhs etmişdir. Bu döyüş iki qonşunun sərhəddində baş verən ilk böyük döyüş idi. Kir maday ordusunu geri çəkilməyə və qaçmağa məcbur etdi.
Prince of Persia
Prince of Persia (azərb. Fars şahzadəsi‎) – Action-adventure (ing. Hərəkət-macəra) janrında olan oyun seriyalarıdır. == Tarixi == "Prince of Persia" videooyununun ilk versiyası Cordan Mexner və "Brøderbund" oyun şirkəti tərəfindən 1989-cu ildə Prince of Persia adı altında yaradılmışdır. Yaradılan oyun 2D formatındadır. Kompaniya oyunun müxtəlif seriyalarını yaradaraq məşhurluq qazanmışdır. "Prince of Persia" oyununun sonuncu seriyaları müxtəlif kompaniyalar tərəfindən hazırlanmışdır. 1999-cu ildə ilk dəfə olaraq oyun seriyasının ilk 3D formatında Prince of Persia 3D adı altında hazırlanılır. Bu oyun 3D formatında yaradılmasına baxmayaraq əvvəlki 2D formatındakı oyun seriyalarına görə çox məşhur olmamışdır. 2003-cü ildə dövrünə görə məşhur olan Prince of Persia: The Sands of Time (azərb.
Farah (Prince of Persia)
Farah (ing. Farah) - Prince of Persia oyun seriyasının qəhrəmanıdır. Farah personajı Prince of Persia: The Sands of Time və Prince of Persia: The Two Thrones seriyalarında peyda olur. Farah Prince of Persia seriyasında Şahzadə personajının uzunqulağının adı olur və bu ad keçmiş seriyalardakı Farah personajına hörmət olaraq xatırlanmışdır. == Xarakteristika == Farah Hind maxaracasının qızıdır. Fara nəinki cazibədar xarakterə malikdir, o cümlədən, ox atmaq və akrobatik hərəkətlər üzrə ustadır. Atası Zaman adasında gəzinti zamanı "Sehrli medalyon" tapır və qızı Faraha bəxş edir.
Şahzadə (Prince of Persia)
Şahzadə (ing. Prince) – Prince of Persia oyun seriyasının qəhrəmanıdır. Personaj ilk dəfə Cordan Mexner tərəfindən yaradılmışdır. Oyunlarda onun adı bir dəfə də olsun çəkilmir. Filmdə isə onun adı "Dastan" kimi səslənir. İlk üç seriyada orijinal personaj olur. Lakin 2003-cü ildən etibarən personajın xarakteri və görünüşü dəyişir.
Mersin Talim Yurdu FK
Mersin Talim Yurdu və ya köhnə adı ilə Mersin İdman Yurdu — Türkiyənin Mersin şəhərini təmsil edən və 1925-ci ildə qurulmuş köhnə futbol klubu.
Battles of Prince of Persia
Battles of Prince of Persia - Ubisoft oyun şirkəti tərəfindən 2005-ci ildə yaradılan macəra oyunudur. Bu seriya Prince of Persia: The Sands of Time və Prince of Persia: Warrior Within seriyaları arasında baş verən hadisələri ehtiva edir.
Prince of Persia: Harem Adventures
Prince of Persia: Harem Adventures - "Gameloft" mobil oyun şirkəti tərəfindən 2003-cü ildə yaradılan macəra oyunudur. "Prince of Persia: Harem Adventures" mobil oyunu "Gameloft" şirkətinin ilk oyunudur.
Prince of Persia: Warrior Within
Prince of Persia: Warrior Within (azərb. Fars Şahzadəsi: Daxili döyüşçü‎) — Kanadanın Ubisoft Montreal oyun şirkəti tərəfindən 2004-cü ildə yaradılan macəra oyunudur. Oyunun rəsmi adı "Fars Şahzadəsi: Tale ilə mübarizə" kimi səslənir. "Prince of Persia: Warrior Within" videooyunu "Prince of Persia" oyununun "Sands of Time" seriyasının davamıdır. Videooyun Ubisoft firması tərəfindən 2004-cü ilin 1 dekabr ayında satışa çıxarılmışdır. Oyun Prince of Persia: The Sands of Time seriyasının qaldığı yerdən davam edir. Videooyunda Şahzadə artıq eyni anda iki silah daşıya bilir, düşmənlərindən silahlarını oğurlamağı bacarır və onları ata bilir. "Warrior Within" seriyası əvvəlki oyunlarına görə daha qaranlıq bir atmosferə sahib olmaqla oyunçuya, düşmənini daha şiddət ehtiva edən yeni hərəkətlərlə yox etmə imkanını yaradır. Bu kimi səbəblər üzündən oyun PEGI-dən 16+, ESRB-dən isə "Mature" (17+) təsnif etməni götürmüşdür. Bir çox Avropa ölkələrində, o cümlədən Almaniyada istehsal edilən oyunda qan səhnələri yoxdur.
Prince of Persia personajlarının siyahısı
Prince of Persia personajlarının siyahısı - Prince of Persia videooyunundakı personajları ehtiva edir. == "Prince of Persia" seriyalarının personajları == === Prince of Persia === Şahzadə (ing. Prince): Uşaqlıq illərindən valideynsiz qalan Şahzadə mahir biliyə malikdir. Ona Sultanın qızı aşiq olduqdan sonra müxtəlif silahlarla döyüşə bilir. Sultanın qızı Şahzadə (ing. Princessa): Sultanın qızı olan Şahzadə gələcək Şahzadəyə aşiqdir. Bu səbəbdən Sultanın qızı Şahzadə üçün gözlənilməz risklər edir. Şahzadə gözəl və ağıllıdır. Cəfər (ing. Jafar): Qəddar Vəzir olan Cəfər Sultanın ölkəsindən ayrıldığını görüncə, onun qızını ələ keçirir və Şahzadəni əsir saxlayır.
Prince of Persia: The Fallen King
Prince of Persia: The Fallen King - Ubisoft Casablanca videooyun şirkəti tərəfindən 2008-ci ildə yaradılan macəra oyunudur. Bu videooyun seriyası Prince of Persia oyununun davamıdır.
Prince of Persia: The Forgotten Sands
Prince of Persia: The Forgotten Sands — Ubisoft oyun istehsal edən şirkət tərəfindən 2008-ci ildə "Hərəkət-macəra" janrında yaradılan videooyundur. "Prince of Persia: The Forgotten Sands" videooyunu ABŞ-da 18 may 1997-ci il, Avropada isə 20 may 1997-ci ildə ilk dəfə olaraq yayımlanmışdır. Bu videooyunun Prince of Persia: The Sands of Time seriyasında baş verən hekayəyə geri dönməkdədir. "Prince of Persia: The Forgotten Sands" videooyunun əsl hekayəsi isə "PS3", "Xbox 360" və "PC" üçün hazırlanmış və ayrıca olaraq bu distributiv xaricində "PSP", "NDS" və "Wii" platformaları üçün üç xüsusi platforması vardır. Videooyunu "PlayStation Portable" və "Wii" platformaları üçün "Ubisoft Quebec", "PlayStation 3", "Xbox 360" və Microsoft Windows platformaları üçün "Ubisoft Singapore" distribüterin köməyi ilə Ubisoft Montreal tərəfindən hazırlanmışdır. "Nintendo DS" platforması isə "Ubisoft Casablanca" tərəfindən istehsal edilmişdir. == PC, PS3, Xbox 360 == === Hekayə === Hekayənin əvvəli Şahzadənin atı üzərində səhrada irəliləməsiylə başlayır. Şahzadə döyüş sənətlərini daha dərindən mənimsəmək üçün qardaşı Malikin krallığına gəlmək arzusu ilə yola düşmüşdür. Şahzadə Malikin krallığına çatdığı zaman bir ordunun krallığa hücumuyla qarşı-qarşıya qalır. Ordu krallığın dərinliklərindəki xəzinəni ələ keçərməyə çalışmaqdadır.
Prince of Persia: The Two Thrones
Prince of Persia: The Two Thrones — Ubisoft şirkətinin yaratdığı Prince of Persia trilogiyasının üçüncü oyunudur. Trilogiyadakı ilk iki oyun — Sands of Time və Warrior Within oyunlarıdır. İlk Prince of Persia oyunu 1989-cu ildə Cordan Mexner tərəfindən yaradılmışdır. İlk oyundan sonra çıxan POP2 və POP3D oyunlarından sonra "Ubisoft" şirkəti Prince of Persia oyununun müəllif hüquqlarını alaraq onu inkişaf etdirmişdir. Ubisoftun yaratdığı POP oyunlarında Mexner məsləhətçi olaraq vəzifə almışdır. 2007-ci ildən etibarən PlayStation Portable və Wii platformaları üçün "Prince of Persia: Rival Swords" adı ilə satışa çıxarılmışdır. == Hekayə == Warrior Withinin sonunda zaman qumlarının yaradıldığı adadan Kaylinanı özü ilə götürüb ayrılan şahzadə ölümcül bir səhvə yol verir. Şahzadə Kalienanı öz zamanına gətirərək zaman qumlarının qum saatında yaranmasına mane olmuş olur və bütün tarix dəyişir. Bir zamanlar öz kralına xəyanət edən və zaman xəncərinə sahib olmaq istəyən vəziri şahzadə heç bir zaman öldürməmişdir. Şahzadə və atası kral Şaramanın ordusu ilə Hindistanı heç bir zaman işğal etməmişlər.
Prince of Persia (video oyun, 1989)
Prince of Persia - Apple II kompyuterləri üçün Cordan Mexner tərəfindən hazırlanmış, "Brøderbund" oyun şirkəti tərəfindən 1989-cu ildə istehsal edilmiş, macəra oyunudur. Mexner videooyunda bütün hərəkətlərin real həyatda olduğu kimi görünməsindən əmin olmaq üçün saatlarla kiçik qardaşı Devidin ağ paltarla qaçmaq və atlanmaq film üzərində çalışarkən "Rotoscoping" olaraq adlandırılan bir üsulu istifadə etdi. Mərkəzi xarakter və düşmənlərin çoxu müasir oyunda olduğu kimi mənzilli silahlarla deyil, qılınclarla döyüşürdü. Mexner oyunu proqramlaşdırmaya başladığında, "Müqəddəs Xəzinə Ovçuları"nın ilk on dəqiqəsinin, təhlükəli bir mühit içindəki xarakterlərin akrobatik reaksiyalarını meydana gətirmək üçün mərkəzi ilham qaynaqlarından biri olduğunu söyləmişdir. == Hekayə == Adından göründüyü kimi oyundakı hadisələr Antik İranda baş verir. Bir gün Fars Sultanı xarici torpaqlara döyüşməyə gedən zaman ölkəni idarə etmək üçün yerini qəddar vəziri Cəfərə buraxır. Bu zaman taxta Vəzir çıxır. Cəfər icra etdiyi vəzifə ilə bərabər, cadugərdliklə də məşğul olur. Taxta çıxdıqdan sonra Cəfər adsız bir qəhrəmanı zindana salır. Bunun səbəbi Cəfərin taxt-taca sahib olmaq üçün qəhrəmanın aşiq olduğu Fars Sultanının qızı olan Şahzadə ilə evlənməlidir.
Amesia
Mürgəkotu (lat. Epipactis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Bergia
Berqiya (lat. Bergia) — elatinaceae fəsiləsinə aid bitki cinsi.
Breşia
Breşia (it. Brescia) — İtaliyanın Lombardiya regionunda sənaye şəhəri. Şəhər Alp dağları ətəklərində yerləşir. Lombardiya region mərkəzi olan Milandan sonra, bölgənin ikinci böyük yaşayış mərkəzidir. Şəhər əhalisi (10.2010-cu ilə görə) 190.809 nəfərdir. Breşia vilayəti İtaliyada olan ən böyük vilayət olub əhalisi 1.2 milyondur. Brescia tarixində ən mühüm və mühüm müasir rəssam Francesco Filippini fransız impressionizminə qarşı italyan impressionizmi hesab edilən "Filippinismo" bədii cərəyanının banisi olmuşdur.
Celsia
Sığırquyruğu (lat. Verbascum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == Sinonimləri == Celsia L. Rhabdotosperma Hartl Staurophragma Fisch. & C.A.Mey. == Morfoloji özəllikləri == İyun-avqust aylarında parlaq sarı rəngli çiçəklər açan 20 ilə 150 cm hündürlüyündə iki illik ot bitkisidir. Daha çox əkilməmiş yerlərdə və yol kənarlarında tapılır. Gövdəsi dik, bəzən budaqlanmış və tüklü örtüklüdür. Yarpaqları gövdənin alt hissəsində rozet şəklində düzülmüş olub, tüklüdür. Gövdədəki yarqaqlar isə saplaqsızdır. Çiçəkləri gövdənin ucunda sıx və ya seyrək, az və ya çox uzun bir salxım vəziyətində tyığılmışdr.
Dərsim
Tuncəli — Türkiyənin Tuncəli ilinin inzibati mərkəzi.
Hertia
Hertia (lat. Hertia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Hertia alata (Thunb.) Kuntze Hertia angustifolia (DC.) Kuntze Hertia cheirifolia (L.) Kuntze Hertia ciliata (Harv.) Kuntze Hertia cluytiifolia (DC.) Kuntze Hertia intermedia (Boiss.) Kuntze Hertia kraussii (Sch.Bip.) Fourc.
Hərsin
Hərsin (fars. هرسين‎) — İranın Kirmanşah ostanının şəhərlərindən və Hərsin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 51,562 nəfər və 12,001 ailədən ibarət idi.
Imeria
Imeria (lat. Imeria) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Imeria memorabilis (Maguire & Wurdack) R.M.King & H.Rob.
Jensia
Jensia (lat. Jensia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Marsea
Conyza (lat. Conyza) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Meksika
Meksika (isp. México) ya da rəsmi adı ilə Meksika Birləşmiş Ştatları (isp. Estados Unidos Mexicanos) — Şimali Amerikada ölkə, paytaxtı Mexiko şəhəri, sahəsi 1,972,550 km², əhalisinin sayı 2015-ci il hesablamalarına görə 119,530,753 nəfərdir. Dünya ölkələri arasında sahəsinə görə 13-cü, əhalisinə görə isə 11-ci yerdədir. İspan dilli ölkələr arasında əhalisinin sayına görə ilk yeri tutsa da, Latın Amerikası ölkələri arasında əhalisinin sayına görə 2-ci yerdədir. Coğrafi mövqeyinə görə şimaldan ABŞ, qərbdən və cənubdan Sakit okean, cənub-şərqdən Qvatemala, Beliz, Karib dənizi, şərq tərəfdən isə Meksika körfəzi ilə əhatə olunmuşdur. Meksika 3 ölkə ilə həmsərhəddir – ABŞ, Beliz və Qvatemala. Monterrey, Guadalajara, Puebla, Juárez, Tijuana, Nezahualcóyotl, Chihuahua və Leon Meksikanın ən böyük şəhərlərinidir. == Coğrafiyası == Hazırda Meksikanın ərazisi 1,972,550 kvadrat kilometrdir, ərazisinin böyüklüyünə görə Braziliya və Argentinadan sonra Latın Amerikasının üçüncü dövlətidir. 1959-cu il konstitusiyasındakı dəyişikliyə əsasən 200 m dərinliyə qədər materik dayazlığı (şelf zonası) da ölkənin Milli ərazisi hesab edilmişdir.
Merida
Merida (İspaniya)
Mersed
Merced - Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında, Mersed əyalətində yerləşində bir şəhərdir. Şəhərin əhalisi 26 noyabr 2009-cu il tarixində 78958 nəfər idi. == Tarixi == İlk Merced poçt şöbəsi 1870-ci ildə açıldı. Mersed 1889-cu ildə yaradılıb və indi Hökumətin İdarəetmə meneceri formasında fəaliyyət göstərir. İkinci Dünya Müharibəsi dövründə, Mersed evlərindən çıxarılan Yapon Amerikalıların saxlanıldığı müvəqqəti "birləşmə mərkəzi" idi. Mərkəzi Kaliforniyadan olan 4,669 kişi, qadın və uşaq Mersed Assambleyası Mərkəzində 1942-ci il mayın 6-dan 15-nə kimi Kolorado ştatının daha qalıcı Granada internat düşərgəsinə köçürülmüşdü. == Demoqrafiyası == === 2010 === 15 mart 2010-cu ildə keçirilən əhalinin siyahıya alınması əsasında şəhərdə 72125 adam, 26970 ev və 18128 ailə qeydə alınmışdır. Şəhər əhalisinin 79.0% Ağ, 11.3% Afroamerikan, 0.3% yerli Amerikan, 5.2% Asiyalı, 0.1% Sakit okean adalarından və 1.1% digər qruplardandır. === 2000 === 1 aprel 2000-ci ildə keçirilən əhalinin siyahıya alınmasına əsasən şəhərdə 69.368 adam, 26.536 ev və 17.540 ailə qeydə alınmışdır. Şəhər əhalisinin 79.0% Ağ, 11.3% Afroamerikan, 0.3% yerli Amerikan, 5.2% Asiyalı, 0.1% Sakit okean adalarından və 1.1% digər qruplardandır.
Mertim
Mertim və ya Mersin Ticarət Mərkəzi — Türkiyənin Mersin şəhərində ən hündür binadır. İstanbuldakı İş Bankası qülləsinin tamamlanmasına qədər 1987 və 2000-ci illər arasında Türkiyənin ən yüksən binası idi. Həmçinin Türkiyənin ən hündür otel binasıdır. == Tarixi == Türkiyənin ən böyük dəniz limanı olan və Şimali Kipr Türk Respublikası ilə beynəlxalq ticarətin əsas limanı olan Mersin Limanı sərbəst ticarət limanı elan edildi, eyni zamanda Mertim Qülləsinin də daxil olduğu şəhərdə ticarət və ticarətdə istifadə ediləcək bir sıra binalar inşa edildi. == Konstruksiya == Kompleksin memarı binanı 1985-ci ildə dizayn edən Cengiz Bektaş idi. Qüllə 1980-ci illərin ikinci yarısında Üstay Korporasiyası tərəfindən inşa edilmişdir. Qüllə 1987-ci ildə tamamlandı və bütün kompleks 1993-cü ildə istefaya verildi. 1993-cü ildə açıldıqdan dərhal sonra binanın bir hissəsi 1990-cı illərdə Mersin Universiteti tərəfindən bir neçə il istifadə edildi. == Bina == Kompleksə 1100 mağazadan ibarət ticarət mərkəzi və məşhur şəhər kimi tanınan 52 mərtəbəli göydələn daxildir. Binanın ümumi hündürlüyü 176.8 metrdir (580 fut) və binanın 1990-cı illərin əvvəllərinə görə Sinqapur və Frankfurt arasındakı ən yüksək göydələn olduğu iddia edilir.