Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mamo
"Mamo", (Ukrayna dili ndə: Мамо, Rus dili ndə: Мама, Azərbaycan dili ndə: Ana) 2009 Avroviziya Mahnı Müsabiqəsi ndə Rusiya nı təmsil edən Anastasiya Prixodko nun ifa etdiyi mahnı. Mahnı Ukrayna və rus dilindədir.Sözləri və musiqisi Konstantin Meladze və Diana Goldenindir. 16 may 2009-cu ildə keçirilmiş finalda Anastasiya Prixodko 10-cu nömrə altında çıxış etdi və 91 xalla 11-ci yeri tutdu.
Miho
Miho — Yaponiya qadın adı. Miho Manya — Yaponiya qadın futbolçusu. Miho Fukumoto — Yaponiya qadın futbolçusu. Miho Kaneda — keçmiş Yaponiya qadın futbolçusu.
Mito
Mito (yap. 水戸市) — Yaponiyanın Honşu adasında olan Kanto regionunda yerləşən İbaraki prefekturasının paytaxtı.
Momo
Duman Adamlar olaraq da bilinən Momo , Maykl End tərəfindən 1973-cü ildə nəşr olunan fantastik bir romandır. Söhbət zaman anlayışından və müasir cəmiyyətlərdə insanlar tərəfindən necə istifadə edilməsindən gedir. Adı açıqlanmayan bir şəhərin kənarındakı köhnə amfiteatrın xarabalıqlarında haradan gəldiyi bilinməyən kiçik qız Momo yaşayır. Valideynləri yoxdur, əynində isə geyinilmiş uzun bir palto var. Saymağı və hətta neçə yaşı olduğunu da bilmir. Ondan yaşını soruşanda, "Bildiyimə görə, həmişə var olmuşam" cavabını verir. Yaxşı bir dinləyici olduğu üçün məhəllədəki insanların sevgisini qazanır. Sadəcə insanlarla vaxt keçirib onların problemlərini məsləhət vermədən dinləməklə belə qarşısındakının yaxşı hiss etməsinə səbəb olan biridir Momo. Hətta camaat arasında "Get bir Momony gör" ifadəsi məşhur idi. Momo bir çox dostlar qazanır, xüsusən də vicdanlı, sakit bir küçə süpürgəçisi Beppo və şair ruhlu turist bələdçisi Gigi onun ən yaxın dostlarına çevrilirlər.
Miso
Miso şorbası (yap. 味噌) — Yapon şorbası. Düyü, arpa, dəniz duzu, mərcinin birləşməsindən əmələ gələn şorba. Əslində şorbadan duz dadı gəlir ancaq bəzi məmulatlar qatıldığı üçün şorba dadını dəyişib. Yemək miso ilə hazırlanmışdır. Miso şorbası şirində ola bilər. Həmçinin dieta üçündə əlverişlidir. Miso şorbasının yaranmasının səbəbi uzun sürən müharibələrdir. Yaponiya tarixində Edo dövrünü incələyən alimin iddiasına görə misonun kökü Çinə qədər gedib çıxır. O dövrdə miso, hişio və kuki olaraq adlandırılırdı.
MMO
MMO(massive multiplayer online) - 1. Eyni zamanda çoxlu sayda (əsasən, onlarla, çox zaman minlərlə, bəzən isə yüz minlərlə) oyunçunun oynadığı şəbəkə kompüter oyunu. MMO oyunlarının başqa standart şəbəkə kompüter oyunlarından başlıca fərqi iki amillə bağlıdır: • MMO yalnız İnternetdə fəaliyyət göstərir, standart multimedia oyunlarını isə İnternetlə yanaşı, lokal şəbəkədə də oynamaq olar. • MMO oyununda eyni zamanda bir neçə min insan iştirak edir, standart multimedia oyunlarında isə eyni zamanda iştirak edənlərin sayı təxminən bir neçə yüz nəfərə çatır, çox zaman isə oyun 64, 32 və ya 16 iştirakçı arasında keçirilir. 2. (“Mobile Module” – “mobil modul”). Intel şirkətinin notbuk kompüterləri üçün prosessor modulu. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Fumihiko Şimo
Fumihiko Şimo (志茂 文彦, Shimo Fumihiko) — Yaponiya anime ssenaristi. Ən çox Key şirkəti tərəfindən istehsal olunmuş vizual romanlar əsasında Kyoto Animation studiyası tərəfindən çəkilən animelər üçün yazdığı ssenarilərinə görə tanınır.
Joan Miro
Joan Miro (tam adı Joan Miró i Ferrà; 20 aprel 1893[…], Barselona[…] – 25 dekabr 1983[…], Palma-de-Malyorka[…]) — ispan rəssamı, heykəltaraş və keramikaçı. Əsərlərinin saxlanıldığı Joan Miro Fondu 1975-ci ildə doğulduğu Barselona şəhərində və digər bir muzey olan Joan Miro İsri Fondu 1981-ci ildə ömrünün əksər hissəsini keçirdiyi Palma şəhərində inşa edilib. Beynəlxalq olaraq tanındıqdan sonra onun əsərləri Sürrealizmin nümunələri olaraq qəbul edildi. 1930-cu ildən sonrakı bir çox intervyularda Miro burjua cəmiyyətini dəstəkləyən ənənəvi rəsm metodlarını açıq şəkildə tənqid etdi və tanınmış rəsm əsərlərinin vizual elementlərini yenidən qurmaq üçün məşhur “rəssamlığın sui-qəsdi”-ni elan etdi. == Həyatı == Zərgər və saat ustasının ailəsində anadan olan Miro Barselonanın yaxınlığında Qot dairəsində anadan olmuşdur. Miro adının kökü qədim yəhudilərə gedib çıxır. Onun atası Mikel Miro Adresias və anası Dolors Ferra idi. O, ilk dəfə rəssamlığa 7 yaşında olarkən özəl məktəbdə başlamışdır. Xaricdə olan kubist və sürrealist sərgilərdən ilhamlanaraq Miro Monparnasda incəsənət cəmiyyətinə qoşuldu və 1920-ci ildə Parisə köçdü, lakin buna baxmayaraq yay aylarını Kataloniyada keçirməyə davam etdi. === Karyerası === Miro incəsənət məktəbi ilə birlikdə biznes məktəbinə də getmişdir.
Miao Vanq
Miho Fukumoto
Miho Fukumoto (d. 2 oktyabr 1983) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 81 oyun keçirib.
Miho Kaneda
Miho Kaneda — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Miho Manya
Miho Manya (d. 5 noyabr 1996) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Miho Takeda
Miho Takeda (武田美保, Takeda Miho, 13 sentyabr 1976, Kioto) — Yaponiyanı təmsil edən sinxron üzgüçü. Miho Takeda Yaponiyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Takeda Olimpiadanın bürünc medalına sahib olub.
Miko Halyas
Miko Halyas — Estoniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2012-ci ildən)
Milo Ventimiqlia
Milo Antoni Ventimiqlia (8 iyul 1977 ; Kaliforniya, Anaheym) — tanınmış ABŞ aktyor və rejissoru. Amerikanın NBC telekanalında efirə gedən Qəhrəmanlar serialında Piter Petrelli rolu ilə məşhurdur. Milo WB telekanalının təqdim etdiyi Qilmor qızları adlı serialında Ces Marinano rolu ilə fanatlarının sevgisini qazanır.
Mino Rayola
Mino Rayola (it. Mino Raiola, 4 noyabr 1967, Noçera-İnferyore[d], Kampaniya – 30 aprel 2022, Milan) — İtalyan əsilli Niderland futbol agenti. O, bir çox tanınmış futbolçuların, o cümlədən, Pavel Nedved, Zlatan İbrahimoviç, Lorenzo İnsine, Mario Balotelli, Romelu Lukaku və Pol Poqbanın agenti olmuşdur. Rayola 1967-ci ildə İtaliyanın cənubundakı Kampaniya əyalətinin Noçere-İnferyore şəhərində anadan olub. O, bir il sonra valideynləri ilə Hollandiyanın Haarlem şəhərinə köçmüşdür. Hollandiyada Rayolanın gənclik illəri atasının qurduğu pizzaçılar şəbəkəsində keçib., O, atasına yaxınlaşmaq üçün əvvəlcə qab-qacaq yuyurdu, sonra isə ofisiant kimi çalışırdı. Rayola ailəsi ilə birlikdə Monako knyazlığında yaşayırdı. O, yeddi dildə danışırdı: italyan, ingilis, alman, ispan, fransız, portuqal və holland. 2022-ci il aprelin 30-da Rayolanın ailəsi onun 54 yaşında dünyasını dəyişdiyini təsdiqləyən bəyanat yayıb.
Miro Varvodiç
Miro Varvodiç (xorv. Miro Varvodić; 15 may 1989, Split, Yuqoslaviya SFR) — xorvatiyalı qapıçı. Miro Varvodiç 2006-2010-cu illərdə Xorvatiyanın Hayduk Split klubuna məxsus olub. 2007-ci ildə Xorvatiyanın Mosor, 2008-2010-cu illərdə Almaniyanın Köln klubuna icarəyə verilən qolkiper 2010-da Bundesliqa klubuna transfer olunub. 2012-ci ildə Qarabağ klubu ilə 2 illik müqavilə imzalayıb. 2013-сü ildə qarşılıqlı razılaşma əsasında klubla müqaviləni pozub və komandadan ayrılıb.
Miro Yaroş
Miro Yaroş ( 14 mart 1978, Jilina) - slovakiyalı müğənni. Miro uşaqlığını Tepliçke nad Vahom şəhərində keçirib. Məktəbi bitirdikdən sonra, o İngiltərəyə köçərək 2 ildən artıq müddət ərzində işləyir və ingilis dilini öyrənir. Slovakiyaya qayıtdıqdan sonra, On the way adlı musiqi proektini yaradır. Onun ifasında sinqllar yerli radioda səsləndirilməsinə baxmayaraq, yayımcılar onun mahnılarını uzun müddət qəbul etmirdilər. 2001-ci ildə albomunu yaratmaq məqsədilə Miro İsrailə pul qazanmağa gedir. O Təl Əvivdə 4 il yaşayır. Pul qazanmaq üçün o həmçinin model kimi çalışaraq What a wonderful place adlı israil serialında qısa rollarda da çəkilmişdi. O həmçinin orada yerli əhaliyə xırda konsertlər verir. Burada o prodüser Cerri Vlodavski ilə tanış olur.
Miso şorbası
Miso şorbası (yap. 味噌) — Yapon şorbası. Düyü, arpa, dəniz duzu, mərcinin birləşməsindən əmələ gələn şorba. Əslində şorbadan duz dadı gəlir ancaq bəzi məmulatlar qatıldığı üçün şorba dadını dəyişib. Yemək miso ilə hazırlanmışdır. Miso şorbası şirində ola bilər. Həmçinin dieta üçündə əlverişlidir. Miso şorbasının yaranmasının səbəbi uzun sürən müharibələrdir. Yaponiya tarixində Edo dövrünü incələyən alimin iddiasına görə misonun kökü Çinə qədər gedib çıxır. O dövrdə miso, hişio və kuki olaraq adlandırılırdı.
Mito İsaka
Mito İsaka (25 yanvar 1976, Saytama prefekturası) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 46 oyun keçirib, 15 qol vurub.
Mixo Mosulişvili
Mixo (Mixail) Anzoroviç Mosulişvili (gürc. მიხო მოსულიშვილი; 10 dekabr 1962, Araşenda[d], Kaxetiya) — gürcü yazıçı və dramaturq. O, 1986-cı ildə Tbilisi Dövlət Universitetinin geoloji-coğrafiya fakultetinin geoloq-mühəndis ixtisasını bitirmişdir. Daha sonra o, geoloq kimi çalışmış və müxtəlif qəzetlərdə jurnalist kimi fəaliyyət göstərmişdir. Gürcü dilində bir neçə hekayələr, roman və pyesləri nəşr etmiş və Boris Akunin üç romanını tərcümə etmişdir. Gürcüstanda onun əsərləri televiziya, radio və teatrlarında təqdim olunmuşdur. Bundan əlavə, onun bəzi bədii əsərləri latış, ingilis, alman, erməni və rus dillərinə tərcümə edilmişdir.
Miyo (rayon)
Miyo (fr. Millau) — Fransanın Cənub-Pireney regionun rayonlarından biri. Departamenti — Averon. Suprefektura — Miyo. Rayon əhalisi 2006-cı ildə 70 499 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 20 nəf / km². Rayon ərazisi — 3467 km².
Mişo dağı
Mişo dağları — Cənubi Azərbaycanın, Şərqi Azərbaycan ostanın Təsuc, Mərənd və Şəbistər şəhərləri arasında yerləşən dağ silsiləsi. Bu dağların ən uca zirvəsi 3155 metr olaraq Əli ələmdar dağı adlanır.
Momo (roman)
Duman Adamlar olaraq da bilinən Momo , Maykl End tərəfindən 1973-cü ildə nəşr olunan fantastik bir romandır. Söhbət zaman anlayışından və müasir cəmiyyətlərdə insanlar tərəfindən necə istifadə edilməsindən gedir. Adı açıqlanmayan bir şəhərin kənarındakı köhnə amfiteatrın xarabalıqlarında haradan gəldiyi bilinməyən kiçik qız Momo yaşayır. Valideynləri yoxdur, əynində isə geyinilmiş uzun bir palto var. Saymağı və hətta neçə yaşı olduğunu da bilmir. Ondan yaşını soruşanda, "Bildiyimə görə, həmişə var olmuşam" cavabını verir. Yaxşı bir dinləyici olduğu üçün məhəllədəki insanların sevgisini qazanır. Sadəcə insanlarla vaxt keçirib onların problemlərini məsləhət vermədən dinləməklə belə qarşısındakının yaxşı hiss etməsinə səbəb olan biridir Momo. Hətta camaat arasında "Get bir Momony gör" ifadəsi məşhur idi. Momo bir çox dostlar qazanır, xüsusən də vicdanlı, sakit bir küçə süpürgəçisi Beppo və şair ruhlu turist bələdçisi Gigi onun ən yaxın dostlarına çevrilirlər.
Momo Babunqu
Momo Babunqu (12 aprel 1983) — Konqo DR-nı təmsil edən stolüstü tennisçi. Momo Babunqu Konqo DR-nı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.