Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mintay
Mintay (lat. Theragra chalcogramma)— Treskakimilər fəsiləsinə daxil olan, soyuq suları sevən balıq növü. Onlar əsasən Sakit okeanın şimal hissəsində yayılmışdır. Atlantik və Sakit okeanın ən qiymətli qida resursu hesab edilir. == Xarici görünüşü == Balıqların maksimal uzunluğu 91 sm, çəkiləri 3,85 kq təşkil edir. Maksimal ömür müddəti 15 ildir Üç bel üzgəci Qısa bığlar Yan üzgəclər. Üzəri nöqtələrlə örtülüdür Gözləri böyükdür. Dərin sularda üzən balıqlardır. == Həyat tərzi == Bu balıqlar soyuq sularda (2 - 9 °C) yaşayırlar. Əsasən 200 - 300 metr arası sularda yaşasalarda bəzən 500—700 dərinliyə qədər enə bilirlər.
Mintay (cins)
Mintay (lat. Theragra) — Treskakimilər (Gadidae) fəsiləsinə aid balıq cinsi. Cinsə iki növ daxildir: Atlantik mintayı (Theragra finnmarchica) əsasən Barens dənizində və Mintay isə Sakit okeanın Yapon dənizi və Kaliforniya sahillərində yayılmışdır == Görünüşü == Mintaylar ortala 55 sm uzunluğa və 1,5 kq çəkiyə malik olurlar. Bədənləri olduqca uzundur. Qısa bığlara sahibdirlər. Bu cinsə daxil olan növlərdə bir qayda olaraq üç bel üzgəci olur. == Həyat tərzi == Mintaylar əsasən okeanların səthində sularında yaşayırlar. Əsasən 200–300 m dərinliklərdə yayılırlar. Yetkinliyə 3-4 illiyində çatırlar.
Mintac Elsevər
Mintac Elsevər (tam adı: Əliyeva Mintac Allahverdi qızı) (5 may 1975) -Azərbaycanlı jurnalist. == Həyatı == Mintac Elsevər 5 may 1975-ci ildə Ermənistanda anadan olmuşdur. == Fəaliyyəti == Əsas fəaliyyət istiqamətləri jurnalistika, kino və televiziyadır. Əvvəlcə Azərbaycan televiziyasında, sonralar ANS-də çalışmışdır. Aztv-də bir sıra veriliş və filmlərin müəllifidir. Bunlara "Romantik kommunist", "Yağmurun səsi", "Cəsur zərifin seçimi", "Tənha xurma ağacı" filmlərini, "Birincilər" və "Unudulmayanlar" layihələrini misal göstərmək olar. Yazar olaraq mətbu orqanlarda mütəmadi yazıları çıxır. Hazırda ARB televiziyasında çalışır. == Filmoqrafiya == Yeraltı və yerüstü xəzinə (film, 2007)(qısametrajlı sənədli televiziya filmi) (prodüser) Cəsur zərifin seçimi (film, 2009) (qısametrajlı sənədli film) 1 mətbuat konfransının tarixi (film, 2015) (qısametrajlı sənədli film) (səsləndirmə) Böyük ustadın sirləri... (film) (qısametrajlı sənədli film) Cənnətdən qovulmuşlar (film) İllərin ilmə yaddaşı (film) (qısametrajlı sənədli film) Romantik kommunist (film) (qısametrajlı sənədli film) Tənha xurma ağacı...
Lintax
Lintax (ind. Selat Lintah) — Kiçik Zond adalarına daxil olan Komodo və Rinka adaları arasında yerləşir. Flores dənizini Sumba boğazı ilə birləşdirir. Daxilində çoxlu qayalıqlar vardır. Ərazisi Komodo Milli Parkı ərazisinə daxildir. Sahilləri turistləri cəlb edir. == Coğrafiyası == Boğazın uzunluğu 40 km-dir. Eni minimal 4,7 km, şimal-şərqdə isə 20 km təşkil edir. Maksimal dərinliyi 100 m-dir. Sahillərinin bir hissəsi Manqrov meşəsi ilə örtülü olur.
Mantaş
Mantaş (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. Çeşmə Mantaş (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Minato
Minato — Tokionun xüsusi rayonlarından biri. Əhalisi 261 618 nəfərdir (2020).
Minqey
Minqey (yap. 民芸) — Yaponiyada 1920-ci-1930-cu illərdən sonra inkişaf etmiş xalq incəsənət hərəkatı. Hərəkatın qurucusu Yanaqi Soetsudur (1889–1961). == Yaranması == 1916-cı ildə Koreya sənətkarlığı ilə maraqlanan Yanaqi buraya ilk səfərini gerçəkləşdirir. Bu səfər 1924-cü ildə Koreya Xalq Sənətkarlığı Muzeyinin əsasının qoyulmasına, Yanaqi, Hamada Şoji(1894–1978), Kavai Kanjiro(1890–1966) tərəfindən minqeinin yaranmasına səbəb olur. 1926-cı ildə bu hərəkat Yanaqi tərəfindən rəsmi şəkildə elan edilir. 1936-cı ildə Yaponiya Xalq Sənətkarlığı Muzeyinin əsası qoyuldu.
Mistan
Mistan — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 186 nəfərdir. == Toponimiyası == Mistan oykoniminin mənasına aid iki fikir mövcuddur. Bəzi tədqiqatçıların fikrincə, oykonim Mistan şəxs adı ilə bağlıdır. Digər tədqiqatçılar qeyd edirlər ki, Mistan talışca Mıston adlanır və talış dilində mıst mis, -o/z-cəmlik bildirən şəkilçidir. == Tarixi == Mistan kəndinin tarixi çox qədimdir. Mistan eli 6 qəbilədən ibarət olmuşdur:[mənbə göstərin] 1. Misçiyon (misçilər). 2. Amburon - Osonağaçiyon (dəmirçilər).
Montan
Montan — Bolzano şəhərinin təxminən 20 kilometr cənubunda İtaliyanın şimalındakı Cənubi Tirol əyalətində bir bələdiyyə. == Ədəbiyyat == All demographics and other statistics: Italian statistical institute Istat.
Çistay
Çistay və ya Çistopol (tatar. Чистай; rus. Чистополь) — Rusiya Federasiyasında yerləşən şəhər, Tatarıstan Respublikasına daxildir.
Şinçay
Şinçay - Şəki rayonunda çay. == Ümumi məlumat == Şinçay başlanğıcını Böyük Qafqazın cənub yamaclarından, 3000 m yüksəklikdən götürür. Sol sahilində Qaraqaya dağı, sağ sahilində isə Seyidyurd dağı yerləşir. Çayın əsas qolları Qaraqaya və Dəvəlyan dağlarının yamaclarından başlayan Qaflan çayı və Qozludərə çaylarıdır. Qaflançay Şinçayın ən selli qollarından biridir. Bu çay 1100–1200 m mütləq yüksəkliyə qədər çayın dərəsi dar olub, bəzi yerlərdə kanyonlar əmələ gətirir. Qozludərə çayı isə iki qoldan ibarətdir. Çayın sağ qolu Seyidyurd dağının şimal-qərb yamacından, sol qolu isə Çaxıl dağının qərb yamacından başlayır. Çayın dərəsinin dərinliyi 1000 m olub, yamacları sərt və sıldırımlıdır. Şinçayın orta axınında sol sahildə ona Çaxıl dağının qərb yamacından başlayan Lerux çayı tökülür.
Minab
Minab- İranın Hörmüzgan ostanının şəhərlərindən və Minab şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 76,776 nəfərdən ibarət idi.
MİMTA
Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu və ya qısaca MİMTA — Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatı. Fond qədim tarixə, yüksək mədəniyyətə malik Azərbaycanın tarixini, milli irsini, mənəvi dəyərlərini qoruyub-saxlamaq və inkişaf etdirməyə kömək məqsədilə təsis edilmişdir.31 yanvar 2005-ci ildən fəaliyyət göstərən fondun icraçı direktoru Pərviz Əmirovdur. == Məqsədlər == Fondun fəaliyyətinin əsas məqsədi Azərbaycanın milli irsi, mədəni, tarixi dəyərlərini tədqiq edib həm ölkədə, həm də ölkədən kənarda təbliğ etmək, xarici ölkələrdə Azərbaycanın milli irsini, mədəniyyətini, tarixini əks etdirən sərgilər, konfranslar və s. tədbirlər təşkil etmək, istedadlı gənclərə, yaşlı ziyalılara maddi və mənəvi kömək göstərmək, təhsil, səhiyyə, mədəniyyət və sosial sahədə xeyriyyə tədbirləri, simpoziumlar, seminarlar, müsabiqələr keçirmək və ayrı-ayrı şəxsləri Azərbaycan tarixi, mədəniyyəti, irsi üçün əhəmiyyətli olan uğurlara görə mükafatlandırmaqdan ibarətdir. == Fəaliyyət == === Nəşrlər === ==== Jurnallar ==== ===== Füyuzat jurnalı ===== 1906-cı il noyabrın 1-i Əli bəy Hüseynzadənin baş redaktorluğu ilə nəşrə başlayan, amma mütərəqqi və milli fikirləri təbliğ etdiyindən 1907-ci ilin noyabrında çar hökuməti tərəfindən çapı dayandırılan “Füyuzat” jurnalı 100 il sonra – 2007-ci ildə Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu tərəfindən bərpa edilmiş və “Füyuzat”ın davamı kimi 33-cü nömrədən nəfis şəkildə çap etdirilməyə başlanmışdır.MİMTA fondunun mətbu orqanı olan müasir “Füyuzat” milli-mədəni, ictimai-siyasi, tarixi, mənəvi-əxlaqi mövzuları əhatə edir. Jurnal milli dəyərlərə, irsimizə, zəngin mədəniyyətimizə, tarixi köklərimizə bağlılıq və bununla da dövlətimizə, xalqımıza faydalı olmaq amalına sadiq qalmışdır. Jurnalın baş redaktoru filologiya elmləri doktoru, professor Teymur Əhmədovdur. ===== İşıq jurnalı ===== 1911-ci il yanvarın 22-də maarifpərvər ziyalı Xədicə Əlibəyovanın baş redaktorluğu və Mustafa bəy Əlibəyovun naşirliyi ilə çap olunan və milli mətbuatımızın ilk qadın mətbu orqanı kimi tarixə düşən “İşıq” qəzeti 68 nömrədən sonra – 1912-ci ildə fəaliyyətini dayandırsa da, 2012-ci ilin yanvar ayından etibarən Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun təsisçiliyi ilə “İşıq-qadın” jurnalı kimi bərpa edilmişdir. MİMTA fondunun mətbu orqanı olan “İşıq-qadın” jurnalı, tarixi “İşıq” qəzetinin varisidir. Nəfis şəkildə çap edilən bu jurnal ailə tərbiyəsi, qadın problemləri və bir sıra tarixi, mədəni-əxlaqi mövzulardan bəhs edən məqalələri ilə oxucuların dərin rəğbətini qazanmışdır.Jurnalın baş redaktoru Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovadır.
Abies minuta
Adi küknar Şimal yarımkürəsində geniş ərazini əhatə edir. Bu növə bəzən Avropa küknarı da deyilir. Hündürlüyü 50 m-ə, diametri 1,5 m-ə çatan konusvarı, yaxud enli piramidal çətirli qırmızımtıl-boz qabıqlı ağacdır. İynəyarpaqları parıltılı, tünd-yaşıl, dördbucaqlı və itiucludur, uzunluğu 10-25 mm, eni 2-3 mm-ə çatır və yarpaq yastığı üzərində oturaq vəziyyətdə budağa birləşir. Qozaları uzunsov silindrvarıdır, uzunluğu 15 sm, qalınlığı 4 sm olur. 500 ilə qədər yaşayır. Tumurcuqları sarımtıl-boz rəngdə olur, çılpaq və ya az tükcüklü, yumurtavarıdır. Adi küknarın qozaları may-iyun aylarının əvvəllərində yetişir, açıq-boz rəngli olur. Toxumları uzunsov (4 mm) , qəhvəyi, parıltılı sarımtıl (qırmızıyaçalan), qanadcıqlıdır. Toxum pulcuqları odunlaşmış, tərs yumurtavarı, azca qabarıq, kənarları batıq və ya dişlidir.
Amitay Etsioni
Amitay Etsioni (ivr. ‏אמיתי עציוני‏‎, ing. Amitai Etzioni; 4 yanvar 1929, Köln, Prussiya[d] – 31 may 2023, Vaşinqton; doğum adı Verner Falk (alm. Werner Falk‎)) — təşkilat sosiologiyası, sosioiqtisadiyyat, kommunitarizm, sosial və siyasi fəlsəfə, beynəlxalq münasibətlər nəzəriyyəsi (yeni qlobal memarlığın formalaşması) sahəsindəki işləri ilə tanınan alman yəhudi əsilli amerikalı sosioloq. 1990-cı illərin əvvəllərində kommunitar hərəkatların qurucularından biri olmaqla yanaşı hərəkatın fikirlərini yaymaq üçün kommunitar şəbəkələrin qurucusu idi. == Bioqrafiyası == === Məzun olmadan əvvəl === Amitay Etsioni 1929-cu ildə Kölndə yəhudi ailəsində anadan olub. Ailəsi 1930-cu illərdə məcburi Fələstinə qaçmışdır. Etsioni Qüdsdəki İbrani Universitetini bitirmişdir (1954-cü ildə bakalavr dərəcəsi, 1956-cı ildə magistr dərəcəsi). Müəllimləri arasında Martin Buber də var idi. 1958-ci ildə Berkli Universitetinin Kaliforniya Universitetində Sosiologiya üzrə doktorluq dərəcəsini almışdır.
Aquila minuta
Calidris minuta
Sərçəvi qumluqca (lat. Calidris minuta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
Euphorbia mainty
Euphorbia mainty (lat. Euphorbia mainty) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Güntay Gəncalp
Güntay Gəncalp (Mənuçehr Cavanşir) — şair, yazıçı, araşdırmaçı. == Həyatı == Güntay Gəncalp 1966-cı il 21 dekabrda İranın Muğan məntəqəsi, Xoruzlu mahalının Limli kəndində anadan olub. İbtidai təhsili Limli kəndində, orta məktəbi Ərdəbildə bitirib. Orta məktəbdə oxuduğu zaman ana dili və ədəbiyyatı ilə çox maraqlanıb. O zaman inqilab yenicə olduğundan türk dilində qəzetlər yenicə işıq üzü görürdü. == Əsərləri == === Kitabları === Əvəllər Güntay Cavanşir, daha sonralar Güntay Gəncalp adı ilə yazılar yazıb, tərcümələr edib. Bakıda 6, İranda 2 kitabı çap olunub. Bütün insanlar qardaşdır Mahatmaq Qandi Tərcümə: Güntay Gəncalp 2011-ci il "Tahirə Qurrət-ul Eyn" Dörd pərdəli pyes . "Səməd Behrəngi" Oynav(pyes) http://gencalpguntay.blogspot.com/2010/11/smd-behrngi-oynav-pyes.html Arxivləşdirilib 2016-03-05 at the Wayback MachineSəməd Behrənginin "Qaraca balıq" hekayəsinin davamı olaraq, yazdığı "Qırmızı balıq" və bir də "Qocabəylilər" adlı böyük romanı bu günlərdə Bakıda çap olunacaq. === Məqalələri === "Axundovçuluq və antiaxundovçuluq üzərinə" "Türkiyə- İran ilişkiləri və İran türkləri" "Hüseyin Cavidin təsvir etdiyi Atatürk obrazı" Pro.
Hu Cintao
Hu Cintao (çin 胡錦濤, 胡锦涛, Hú Jǐntāo; azərb. transkripsiya /hu: cintao/; 21 dekabr 1942) — Çin Xalq Respublikasının dövlət xadimi, 2003–2013-cü illərdə Çin Xalq Respublikasının Sədri, 2002-ci il noyabr ayından 10 il müddətinə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş Katibi, 2005-ci ilin mart ayından 2013-cü ilin 14 mart tarixinədək ÇXR Mərkəzi Hərbi Şurasının, 2004-cü ilin sentyabr ayından 2012-ci il 15 noyabr tarixinədək ÇKP MK Mərkəzi Hərbi Komitəsinin sədri.
Kintayr yarımadası
Kintayr yarımadası (şot.kelt Cinn Tìre, ing. Kintyre) — Şotlandiyanın qərbində yerləşən yarımada. Yarımada Ferd-of-Klayd körfəzi ilə Şimal boğazı arasında yerləşir. Çimalında tarixi Namdayl vilayəti yerləşir. İnzibati baxımından Arqayl və Byut vilayətinə daxildir. Uzun və ensiz yarımada meridian istiqamətdə uzanır. Maksimal eni 18 km, uzunluğu 48 km təşkil edir. MƏRKƏZİ HİSSƏSİ ƏSDASƏN DAĞLIQDIR. Maksimal hündürlük 454 metrdir. Sahilə yaxın isə hündürlük azalır. Yarımadadan qərbdə Arran, qərbdə isə Qia adası yuerləşir.
Lakşmi Mittal
Lakşmi Mittal Niwas (Lakşmi Mittal Niwas; 15 iyun 1950[…], Rajqarx[d], Racastan) — hind iş adamı, Mittal qrupunun təsisçisi və sahibi, dünyanın ən böyük polad şirkəti Arcelor Mittal birgə sahibi. 2008-ci ildə jurnalı "Forbes" in reytinq görə dünyada dördüncü ən iri dövlət (45 milyard ABŞ dolları) məxsusdur. 2009-cu ildə, "Forbes" na uyğun olaraq taleyin $ 19,3 milyard azalıb, lakin qlobal iqtisadi böhranın təsirinə baxmayaraq, o, zəngin ABŞ siyahısında ilk. O, İndoneziya, onun iş başladı. Inkişafının 30 ildən çox, onun şirkəti Ispat Beynəlxalq dünyanın demək olar ki, bütün bölgələrində yaranmışdır. Istisna olmaqla, atası cənab Mittal onun iş başladığı Hindistan, idi, lakin hökumətin problemləri üçün satıb. Həmişə və hər yerdə onun polad imperiya Meksika, Kanada, Almaniya, Qazaxıstan və digər ölkələrdə təcavüzkar əldə vasitəsilə artmışdır. Ailə və ya dostluq əlaqələri ilə bağlı təsisçisi həsr olunmuş "onların" İnsanlar, müəssisələrinin idarə olunması üçün — Onun iş həmişə bir "ailə" qalmışdır. 1997-ci ildə Ispat nəzarət aktivlər geri keçən bir şirkət LNM (Lakşmi Mittal Narendra) qeydə alınmışdır. 2003-cü ildə Ispat və LNM olan Mittal Steel Group edilmiş və idarə şirkəti Mittal Steel SA, Hollandiya daxil və baş ofisi İndoneziya London köçürülmüşdür.
Makoto Şinkay
Makoto Şinkay (新海誠, Shinkai Makoto, d. 9 fevral 1973) — yapon animasiya rejissoru, manqaka, seyyu. Əsl adı Makoto Niitsudur. Məktəb illərindən manqa, anime və ranobe istehsal etmək istəyirdi. Ən çox sevdiyi anime - Hayao Miyazakinin "Castle in the Sky"-dır. Bəziləri onu yeni Miyazaki adlandırsalar da, Şinkay onu həddindən artıq qiymətləndirdiklərini söyləyir. Həm də o, Miyazakidən fərqlənən bir üsulda işləmək istədiyini bəyan etmişdir. == Yaradıcılığının xüsusiyyətləri == Başqa animatorlarla fərqi ondadır ki, Şinkay çox vaxtı işin əsas hissəsini öz üzərinə götürməyə çalışır. İlk layihələrini – "Voices of a Distant Star" və "She and Her Cat", tamamilə özünün ev kompüterində yaratmışdı, seyyu rolunu isə həyat yoldaşı Miko Şinohara ifa edirdi. Qatarlar Şinkay üçün bir növ fetiş sayılır və onun yaradıcılığında böyük rol oynayırlar.
Mantar palıdı
Quercus suber (lat. Quercus suber) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Aralıq dənizi sahillərinin ətrafında geniş yayılmışdır, ilk dəfə Cənubi Avropada təsvir edilmişdir. == Botaniki təsviri == Yavaş böyüyən, hündürlüyü 15–20 m, gövdəsinin diametri 30 sm olan, şaxələnmiş çətirli, həmişəyaşıl ağacdır. Gövdə və budaqlarının qabığı mantar qatına malikdir. Birillik zoğları və tumurcuqları sıx, keçəvari, sarımtıl-boz tükcüklərlə örtülmüşdür. Yarpaqları dərili, qalın, oval, yumurtavari-uzunsov, kiçik, biz dişli və ya kənarları bütöv formalı olub, uzunluğu 3–7 sm, eni 1,5–3,5 sm, kənarları çıxıntılıdır. Yarpaq saplağı 1–1,5 sm uzunluqdadır. Üstdən parlaq, tünd yaşıl, altdan sıx, xırda, boz tükcüklüdür. May-iyun aylarında çiçəkləyir.
Mantaş (Xudabəndə)
Mantaş (fars. منطش‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 148 nəfər yaşayır (30 ailə).